Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Sənaye nümunələrinin beynəlxalq təsnifatının təsisi haqqında Lokarno Sazişinə qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanunu



Yüklə 68,96 Kb.
Pdf görüntüsü
tarix21.04.2018
ölçüsü68,96 Kb.
#39691


Ümumdünya  Əqli  Mülkiyyət Təşkilatının  ʺSənaye  nümunələrinin  beynəlxalq 

təsnifatının təsisi haqqında Lokarno Sazişiʺnə qoşulmaq barəsində 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 

I.  Azərbaycan  Respublikası  Ümumdünya  Əqli  Mülkiyyət Təşkilatının  1968‐ci  il  8  oktyabr 

tarixli  ʺSənaye  nümunələrinin  beynəlxalq  təsnifatının  təsisi  haqqında  Lokarno  Sazişiʺnə 

qoşulsun. 

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. 



Heydər ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 13 may 2003‐cü il

 № 449‐IIQ 

ÜMUMDÜNYA ƏQLİ MÜLKİYYƏT TƏŞKİLATI 

Sənaye nümunələrinin beynəlxalq təsnifatının təsisi haqqında 

LOKARNO SAZİŞİ 

1968‐ci il oktyabrın 8‐də Lokarnoda imzalanmışdır 

M a d d  ə  1 



Xüsusi ittifaqın yaradılması; Beynəlxalq təsnifatın qəbul olunması 

(1) Bu Sazişin tətbiq olunduğu ölkələr Xüsusi ittifaq yaradırlar. 

(2)  Onlar  sənaye  nümunələrinin  vahid  təsnifatını  qəbul  edirlər  (bundan  sonra  — 

Beynəlxalq təsnifat). 

(3). Beynəlxalq təsnifata daxildir: 

(i) siniflərin və yarımsiniflərin siyahısı; 

(ii) siniflər və yarımsiniflər göstərilməklə sənaye nümunələrini təcəssüm etdirən əmtəələrin 

əlifba siyahısı; 

(iii) izah. 

(4) Siniflər və yarımsiniflər, 3‐cü maddəyə uyğun təsis olunan ekspertlər komitəsi (bundan 

sonra — ekspertlər Komitəsi) tərəfindən verilə  bilən düzəlişlər və əlavələr nəzərə alınmaqla bu 

Sazişə qoşulan siyahıdan ibarətdir. 

(5) Əmtəələrin  əlifba  siyahısı və  izahlar,  3‐cü  maddədə müəyyən  edilən  prosedura uyğun 

ekspertlər komitəsi tərəfindən qəbul olunur. 

(6)  Beynəlxalq  təsnifat,  3‐cü  maddədə  müəyyən  edilən  prosedura  uyğun,  ekspertlər 

komitəsi tərəfindən dəyişdirilə və ya ona əlavələr edilə  bilər. 

(7) (a) Beynəlxalq təsnifat ingilis və fransız dillərində işlənib hazırlanır. 

(b) Beynəlxalq təsnifatın rəsmi mətnləri, maraqlı hökumətlərlə məsləhətləşmələrdən sonra 

5‐ci  maddədə  göstərilən  Assambleyanın  müəyyən  etdiyi  başqa  dillərdə,  Ümumdünya  Əqli 

Mülkiyyət Təşkilatını  (bundan  sonra  —  «Təşkilat»)  təsis  edən  Konvensiyada  köstərilən  əqli 

mülkiyyətin Beynəlxalq bürosu (bundan sonra — «Beynəlxalq büro») tərəfindən hazırlanır. 

M a d d  ə  2 




Beynəlxalq təsnifatın tətbiqi və hüquqi əhəmiyyəti 

(1)  Beynəlxalq  təsnifat,  bu  Sazişdən  irəli  gələn  öhdəliklər nəzərə  alınmaqla  sırf  inzibati 

sənəd  xarakteri  daşıyır.  Bununla  belə, hər  bir  ölkə  ona  öz  istədikləri  kimi  hüquqi  əhəmiyyət 

verə bilər. Xüsusən, Beynəlxalq təsnifat Xüsusi ittifaq ölkələrində sənaye nümunələrinin hüquqi 

mühafizəsinin həcmi və görünüşü ilə bağlı onları əlaqələndirmir. 

(2)  Xüsusi  ittifaqın  hər  bir  ölkəsi  Beynəlxalq  təsnifatdan  əsas  və  ya  əlavə  sistem  kimi 

istifadə etmək hüququnu özündə saxlayır. 

(3)  Xüsusi  ittifaq  ölkəsinin  idarələri,  sənaye  nümunələrinin  depozitə  qoyulması  və  ya 

qeydiyyata  alınması  barədə  rəsmi  sənədlərdə,  əgər  onlar  dərc  olunubsa  —  nəşrdə, sənaye 

nümunələrini  təcəssüm  etdirən  əmtəələrin  aid  edildiyi  Beynəlxalq  təsnifatın  siniflərinin  və  ya 

yarımsiniflərinin nömrələrini göstərir. 

(4)  Ekspertlər  komitəsi,  əmtəələrin  əlifba  sayahısına  daxil  edilməsi  üçün  adların  seçilməsi 

zamanı,  müstəsna  hüququn  predmeti  ola  bilən  adlaran  istifadə  etməməyə  səy  göstərir. 

Bununla belə, əlifba sırasına istənilən terminin daxil edilməsi, bu terminin müstəsna hüququn 

predmeti olub‐olmaması barədə ekspertlər komitəsinin mövqeyi kimi yozula bilməz. 

M a d d  ə  3 



Ekspertlər komitəsi 

(1)  Beynəlxalq  büronun  nəzdində  üzərinə  1(4),  1(5)  və  1(6)  maddələrində  göstərilən 

vəzifələr  qoyulan  ekspertlər  komitəsi  təsis  edilir.  Xüsusi  ittifaqın  hər  bir  ölkəsi  Ekspertlər 

komitəsində təmsil olunur və bu komitənin fəaliyyəti təmsil olunan ölkələrin sadə səs çoxluğu 

ilə qəbul  olunan prosedur qaydalarına uyğun müəyyən edilir. 

(2) Ekspertlər komitəsi əlifba siyahısını və onun izahlarını Xüsusi ittifaq ölkələrinin sadə səs 

çoxluğu ilə qəbul edir. 

(3) Beynəlxalq təsnifata düzəlişlərin və ya əlavələrin edilməsi barədə təklifləri Xüsusi ittifaq 

istənilən  ölkəsinin  idarəsi  və  ya  Beynəlxalq  büro  irəli  sürə  bilər.  İdarənin  irəli  sürdüyü  hər 

hansı  təklif  həmin  idarə  tərəfindən  Beynəlxalq  büroya  göndərilir.  İdarənin  və  Beynəlxalq 

büronun  təklifləri, ekspertlər komitəsinin üzvlərinə, həmin məsələlərə görə çağrılan komitənin 

sessiyasına ən geci iki ay qalmış göndərilir. 

(4)  Beynəlxalq  Təsnifata  düzəlişlərin  və  ya  əlavələrin  edilməsinə  dair  ekspertlər 

komitəsinin qərarları Xüsusi ittifaq ölkələrinin sadə səs  çoxluğu ilə qəbul olunur. Bununla belə, 

əgər qərar yeni sinifin yaranması və ya əmtəələrin bir sinifdən digər sinifə keçirilməsi ilə bağlı 

olarsa,  yekdillik tələb olunur. 

(5) Hər bir ekspert yazışma yolu ilə səs vermək hüququna malikdir. 

(6) Əgər hər hansı ölkə ekspertlər komitəsinin iclasına öz nümayəndəsini təyin etmirsə və 

ya təyin olunmuş ekspert iclas vaxtı və ya  ekspertlər komitəsinin prosedur qaydalarına uyğun 

müəyyən  edilən  müddət  ərzində  səs  vermirsə,  onda  hesab  edilir  ki,  həmin  ölkə  komitənin 

qərarını qəbul edir. 

M a d d  ə  4 



Bildiriş, təsnifatın dərci, ona düzəlişlər və əlavələr 

(1)  Ekspertlər  komitəsi  tərəfindən qəbul  olunan  əmtəələrin  əlifba  siyahısı  və  izahlar, 

həmçinin  Beynəlxalq  təsnifata  edilən  istənilən

dəyişikliklər və  əlavələr  barədə  ekspertlər 

komitəsinin  qəbul  etdiyi  qərarlar,  büro  tərəfindən  Xüsusi  ittifaq  ölkələrinin  idarələrinə 

göndərilir.  Ekspertlər komitəsinin qərarları bildirişin alındığı tarixdən qüvvəyə minir. Lakin bu 




qərarlar  yeni  sinifin  yaradılması  və  ya  əmtəələrin  bir  sinifdən  digərinə  keçirilməsi  ilə  bağlı 

olduqda isə həmin qərarlar bildirişin göndərildiyi tarixdən altı ay sonra qüvvəyə minir. 

(2) Beynəlxalq təsnifatın depozitoru kimi Beynəlxalq büro qüvvəyə minən dəyişiklikləri və 

əlavələri  Beynəlxalq  təsnifata  daxil  edir.  Bu  cür  dəyişikliklər və  əlavələr  barədə  məlumatlar, 

Assambleyanın müəyyən etdiyi nəşrlərdə dərc olunur. 

M a d d  ə  5 



Xüsusi ittifaqın Assambleyası 

(1) (a) Xüsusi ittifaq, Xüsusi ittifaq ölkələrindən ibarət Assambleyaya malikdir. 

(b)  Xüsusi  ittifaqın  hər  bir  ölkəsinin  hökuməti  bir  nümayəndə  ilə  təmsil  olunur. 

Nümayəndənin müavinləri, müşavirləri və ekspertləri  ola bilər. 

(c) Hər bir nümayəndənin xərcini onu təyin edən hökumət ödəyir. 

(2) (a) Assambleya 3‐cü maddənin müddəalarını nəzərə almaqla: 

(i)  Xüsusi  ittifaqın  saxlanılması  və  inkişafı,  bu  Sazişin  tətbiqi  ilə  bağlı  bütün  məsələlərə 

baxır; 


(ii) yenidən baxılma üzrə konfransların təşkili ilə bağlı Beynəlxalq büroya göstərişlər verir; 

(iii)  Xüsusi  ittifaqla  bağlı  Təşkilatın  baş  direktorunun  (bundan  sonra  —  «Baş  direktor») 

fəaliyyətinə görə hazırlanan hesabata  baxır və onu təsdiq edir və Xüsusı ittifaqın səlahiyyətinə 

dair məsələlərlə əlaqədar ona lazımi təlimatları verir; 

(iv)  proqramları  müəyyən  edir,  Xüsusi  ittifaqın  üç  illik  büdcəsini  qəbul  edir  və  onun 

maliyyə hesabatını təsdiq edir; 

(v) Xüsusi ittifaqın maliyyə reqlamentini təsdiq edir; 

(vi)  ingilis  və  fransız  dillərindən  başqa  Beynəlxalq  təsnifatın  rəsmi  mətnlərinin  digər 

dillərdə hazırlanması məsələsini həll edir; 

(vii)  3‐cü  maddəyə  uyğun  yaradılan  ekspertlər  komitəsi  ilə  yanaşı,  Xüsusi  ittifaqın 

məqsədlərini həyata keçirmək üçün zəruri  sayılan başqa ekspertlər komitəsini və işçi qrupları 

yaradır; 

(viii)  Xüsusi  ittifaqa  üzv  olmayan  ölkələrdən,  hökumətlərarası  və  Beynəlxalq  qeyri‐

hökumət təşkilatlarından  hansıların  onun 

iclaslarına  müşahidəçi  kimi  dəvət  olunmasını 

müəyyən edir; 

(ix) 5—8‐ci maddələrə düzəlişlər qəbul edir; 

(x)  Xüsusi  ittifaqın  məqsədlərinin  həyata  keçirilməsi  istiqamətində  ona  digər zəruri 

köməklikləri göstərir; 

(xi) bu Sazişdən irəli gələn digər funksiyaları yerinə yetirir; 

(b) Təşkilat tərəfindən rəhbərliyin həyata keçirildiyi başqa ittifaqlar üçün maraq kəsb edən 

məsələlər üzrə Assambleya, Təşkilatın  koordinasiya komitəsinin fikrini dinləyərək qərar qəbul 

edir. 

(3) (a) Assambleyaya üzv olan hər ölkə bir səsə malikdir. 



(b) Assambleyaya üzv olan ölkələrin yarısı yetərsay təşkil edir. 

(c) (b) yarımbəndinin müddəalarına baxmayaraq, hər hansı sessiyada təmsil olunan ölkələr 

yarıdan  az,  lakin  Assambleyaya  üzv  olan  ölkələrin  üçdə  birinə  bərabər və  ya  ondan  artıq 

olarsa, Assambleya qərarlar qəbul edə bilər, lakin Assambleyanın bu cür qərarları,  onun özünə 

məxsus  prosedur  qaydalarına  aid  qərarları  istisna  olmaqla,  yalnız  aşağıdakı  şərtlər  daxilində 

qüvvəyə  minir.  Beynəlxalq  büro  Assambleyanın  işində  iştirak  etməyən,  Assambleyaya  üzv 

olan ölkələrə həmin qərararı göndərir və qərarların göndərilmə  tarixindən üç ay ərzində onun 

lehinə,  əleyhinə  səs  verməsi  və  ya  bitərəf  qalmasına  dair  yazılı  bildiriş  göndərməyi  onlardan 

xahiş edir.  Verilən müddət ötdükdən sonra səsvermədə iştirak edən və ya bitərəf qaldıqlarını 



bildirən ölkələrin sayı sessiyanın işində yetərsay  şərtini ödəyirsə, bu cür qərarlar eyni zamanda 

zəruri çoxluq şərtini saxlamaqla qüvvəyə minir. 

(d)  Assambleya  8(2)  maddəsinin  müddəalarını  nəzərə  alamaqla,  verilən səslərin  üçdə  iki 

artığı ilə öz qərarını qəbul edir. 

(e) səsvermədə bitərəf qalanların səsləri nəzərə alınmır. 

(f) Nümayəndə yalnız bir dövləti təmsil edə bilər və onun adından səs verə bilər. 

(4)  (a)  Assambleya,  baş  direktorun  çağırışına  uyğun  üç  ildə  bir  dəfə  növbəti  sessiyaya, 

istisna hallardan başqa, Təşkilatın baş  Assambleyasının yerləşdiyi yerdə və eyni vaxtda yığışır. 

(b) Assambleya, Assambleyaya üzv olan ölkələrin dörddə birinin tələbinə görə baş direktor 

tərəfindən çağrılan fövqəladə sessiyaya  yığışır. 

(c) Hər sessiyanın gündəliyi baş direktor tərəfindən hazırlanır. 

(5) Assambleya özünün prosedur qaydalarını qəbul edir. 

M a d d  ə  6 

Beynəlxalq büro 

(1) (a) Xüsusi ittifaqın inzibati vəzifələrini Beynəlxalq büro həyata keçirir. 

(b) Beynəlxalq büro xüsusən iclasları təşkil edir və Assambleyanın, ekspertlər komitəsinin 

və Assambleya və ekspertlər komitəsi  tərəfindən yaradılan bu cür başqa ekspertlər komitəsinin 

və işçi qrupların katiblik funksiyalarını yerinə yetirir. 

(c) Baş direktor Xüsusi ittifaqın yüksək vəzifəli şəxsidir və Xüsusi ittifaqı təmsil edir. 

(2)  Baş  direktor  və  onun  təyin  etdiyi  istənilən  heyət  üzvü  Assambleyanın,  ekspertlər 

komitəsinin  və  Assambleya  və  ekspertlər  komitəsi 

tərəfindən  yaradılan  bu  cür  başqa 

komitələrin  və  işçi  qrupların  bütün  iclaslarında  səsvermə  hüququna  malik  olmadan  iştirak 

edirlər.  Baş  direktor  və  onun  təyin  etdiyi  istənilən  heyyət  üzvü  bu  təşkilatların  ex  officio 

katibləridir. 

(3)  (a)  Beynəlxalq  büro  Assambleyanın  göstərişinə  uyğun  olaraq,  5—8‐ci maddələr  istisna 

olmaqla bu Sazişin qaydalarına yenidən  baxılma üzrə konfransları təşkil edir. 

(b)  Beynəlxalq  büro  yenidən  baxılma  üzrə  konfransların  təşkili  məsələləri  ilə  əlaqədar 

hökumətlərarası və Beynəlxalq qeyri‐hökumət təşkilatları ilə məsləhətləşmələr apara bilər. 

(c)  Baş  direktor  və  onun  təyin  etdiyi  şəxs  yenidən  baxılma  üzrə  konfransların  işində 

səsvermə hüququna malik olmur. 

(4) Beynəlxalq büro onun qarşısında qoyulan istənilən tapşırıqları yerinə yetirir. 

M a d d  ə  9 



Maliyyə 

(1) (a) Xüsusi ittifaq büdcəyə malikdir. 

(b)  Xüsusi  ittifaqın  büdcəsi,  Xüsusi  ittifaqa  daxilolmalardan  və  xərclərdən.  onun  ittifaqlar 

üçün ümumi olan büdcə xərclərinə üzvlük  haqqından, həmçinin müvafiq hallarda, Təşkilatın 

konfransı tərəfindən büdcəyə ayırmalardan ibarətdir. 

(c) ittifaqlar üçün ümumi olan xərclər yalnız Xüsusi ittifaqa aid xərclər yox, eyni zamanda 

Təşkilatın  rəhbərlik  etdiyi  bir  və  ya  bir  neçə  başqa  ittifaqlara  aid  olan  büdcə  xərcləri  hesab 

edilir. Xüsusi ittifaqın bu ümumi xərclərdəki payı, onun bu xərclərdəki maraqlarına  uyğundur. 

(2)  Xüsusi  ittifaqın  büdcəsi,  Təşkilatın  rəhbərlik  etdiyi  başqa  ittifaqların  büdcələrinin 

koordinasiyası tələbi nəzərə alınmaqla qəbul olunur. 

(3) Xüsusi ittifaqın büdcəsi aşağıdakı mənbələrdən maliyyələşir: 

(i) Xüsusi ittifaq ölkələrinin üzvlük haqqlarından; 




(ii) Xüsusi ittifaqa aid olan və Beynəlxalq büro tərəfindən göstərilən xidmətlər üçün yığım 

və ödənişlərdən; 

(iii) Xüsusi ittifaqa aid nəşrlərin Beynəlxalq büro tərəfindən satılmasına və bu cür nəşrlərlə 

bağlı hüquqların verilməsinə görə  daxilolmalardan; 

(iv) ianələrdən, vəsiyyət olunmuş vəsaitlərdən və subsidiyalardan; 

(v) rentadan, faizlərdən və başqa gəlirlərdən. 

(4)  (a)  Xüsusi  ittifaq  ölkələrinin  hər  biri  üçün  (3)(i)  bəndində  göstərilən  üzvlük  haqqı 

müəyyən  edilərkən,  o, sənaye  mülkiyyətinin  mühafizəsi  üzrə  Paris  konvensiyasında  həmin 

ölkələr  üçün  müəyyənləşdirilən  siniflərə  uyğunlaşdırılır  və  ölkələr  Paris  konvensiyasında 

həmin siniflərə görə müəyyən edilən məbləğdə illik üzvlük haqqı ödəyirlər. 

(b)  Xüsusi  ittifaq  ölkələrindən hər  birinin  illik  üzvlük  haqqı,  bütün  ölkələr tərəfindən 

Xüsusi  ittifaqın  büdcəsinin  ödənilən  üzvlük  haqqının  ümumi  məbləğinə  aid  olmaqla  onun 

məbləğ vahidi, ölkənin ödədiyi bütün üzvlük haqlarının ümumi məbləğ vahidinə  bərabərdir. 

(c) üzvlük haqqı hər il yanvarın birindən başlayaraq ödənilir. 

(d)  üzvlük  haqqının  ödənilməsi  ilə  bağlı  borcu  olan  ölkə  Xüsusi  ittifaqın  istənilən 

orqanında  səsvermə  hüququndan  məhrum  olur,  o    şərtlə  ki,  onun  borcu  ötən  iki  il  üçün 

müəyyən  olunan  üzvlük  haqqının  məbləğinə  bərabər və  ya  ondan  artıq  olsun.  Lakin  Xüsusi 

ittifaqın istənilən orqanı bu cür ölkəyə səsvermə hüququndan istifadə etməyə icazə verə bilər, o 

halda  ki,  ödənişin  aparılmamasının 

səbəbinin  istisna  və  qarşısıalınmaz  hal  nəticəsində 

yarandığına əmin olsun. 

(e)  Büdcə  yeni  maliyyə  ilinin  əvvəlinə  qəbul  olunmadığı  halda,  maliyyə  reqlamentində 

nəzərdə tutulan qaydaya uyğun olaraq, büdcə  ötən ilin səviyyəsində qüvvədə olur. 

(5)  Xüsusi  ittifaqın  adından  Beynəlxalq  büronun  göstərdiyi  xidmətlərə  görə  yığım  və 

ödənişlərin  həcmi  baş  direktor  tərəfindən  müəyyən  edilir  və  o,  bu  barədə  Assambleyada 

məruzə edir. 

(6) (a) Xüsusi ittifaq dövriyyə vəsaitləri fonduna malik olur. Bu fond Xüsusi ittifaqın hər bir 

ölkəsi tərəfindən birdəfəlik ödənilən vəsaitlər  hesabına yaranır. Əgər dövriyyə vəsaitləri fondu 

az olarsa, onda Assambleya onun artırılması məsələsini həll edir. 

(b) Göstərilən fonda hər bir ölkənin ödədiyi ilkin ödənişin həcmi və ya fondun artırılması 

ilə əlaqədar onun payı, fondun yarandığı və  ya onun artırılması barədə qərarın qəbul edildiyi 

ildə, həmin ölkənin ödədiyi üzvlük haqqı ilə mütənasibdir. 

(c)  Bu  nisbət və  ödəmə  şərtləri,  Təşkilatın  koordinasiya  komitəsinin  fikri  dinlənildikdən 

sonra baş direktorun hazırladığı təklifə uyğun  Assambleya tərəfindən müəyyən edilir. 

(7)  (a)  Ərazisində  Təşkilatın  iqamətgahının  yerləşdiyi  ölkə  ilə  iqamətgah  haqqında 

bağlanan Sazişdə nəzərdə tutulur ki, əgər dövriyyə  vəsaitləri fondu az olarsa, onda həmin ölkə 

avans qoyur. Avansın məbləği və verilmə şərtləri bu ölkə ilə Təşkilat arasında hər bir ayrıca  hal 

üçün bağlanan xüsusi Sazişin predmetidir. 

(b)  İstər  (a)  yarımbəndində  göstərilən  ölkə  və  istərsə  də  Təşkilat  yazılı  bildiriş  verməklə 

avansların verilməsi ilə əlaqədar öhdəlikləri  denonsasiya edə bilər. Denonsasiya barədə qərar, 

bildirişin verildiyi il başa çatdıqdan üç il sonra qüvvəyə minir. 

(8) Maliyyə təftişi maliyyə reqlamenti qaydalarına uyğun, Xüsusi ittifaqın bir və ya bir neçə 

ölkəsi,  yaxud  da  onların  razılığı  ilə  Assambleya  tərəfindən təyin  edilən kənar  müfəttişlər 

tərəfindən həyata keçirilir. 

M a d d  ə  8 

5—8‐ci maddələrə düzəlişlər 



(1)  5—7‐ci  maddələrə  və  bu  maddəyə  düzəlişlərin  daxil  edilməsinə  dair  təkliflər  Xüsusi 

ittifaqın istənilən ölkəsi və ya baş direktor tərəfindən  verilə bilər. Baş direktor tərəfindən bu cür 

təkliflər,  Assambleyada  onların  baxılmasına  ən  azı  altı  ay  qalmış  Xüsusi  ittifaq  ölkələrinə 

göndərilir. 

(2)  (1)  bəndində  nəzərdə  tutulan  maddələrə  verilən  düzəlişlər  Assambleyada  səslərin 

dörddə üç artığı ilə qəbul olunur; lakin 5‐ci maddəyə və  bu bəndə verilən düzəlişlər isə səslərin 

beşdə dörd artığı ilə qəbul olunur. 

(3)  (1)  bəndində  nəzərdə  tutulan  maddələrə  istənilən  düzəliş, həmin  vaxt  Xüsusi  ittifaqa 

üzv olan hər bir ölkənin konstitusiya prosedurlarına  uyğun həyata keçirilərək qəbul olunan və 

bu  ölkələrin  dörddə  üçünün  onun  qəbul  olunması  barədə  yazılı  bildirişini  baş  direktor  aldığı 

tarixdən  bir  ay  sonra  qüvvəyə  minir.  Bu  yolla  göstərilən  maddədə  qəbul  olunan  istənilən 

düzəliş,  düzəlişin  qüvvəyə  mindiyi  vaxtda  Assambleyaya  üzv  olan  və  ya  həmin  düzəlişin 

qəbul  olunduğu  tarixdən  sonra  ona  üzv  olan  ölkələr tərəfindən zəruri  öhdəlik  kimi  qəbul 

olunmalıdır; lakin Xüsusi ittifaqın maliyyə öhdəliyini artıran istənilən düzəliş yalnız o ölkələrə 

şamil edilir ki, həmin ölkə onu qəbul etməsi  barədə yazılı bildiriş verir. 

M a d d  ə  9 



Ratifikasiya olunma və qoşulma; qüvvəyə minmə 

(1) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris konvensiyasının iştirakçısı olan və bu Sazişi 

imzalayan  istənilən  ölkə  onu  ratifikasiya  edə  bilər,  Sazişi  imzalamayan  ölkə  isə  ona  qoşula 

bilər. 


(2) Ratifikasiya bəyannaməsi və ya qoşulma aktı saxlanılmaq üçün baş direktora verilir. 

(3)  (a)  Bu  Saziş,  ratifikasiya  bəyannaməsini  və  ya  qoşulma  aktını  saxlanılmaq  üçün  verən 

ilk beş ölkədən, beşinci ölkənin ratifikasiya  bəyannaməsi və ya qoşulma aktı saxlanılmaq üçün 

daxil olduğu tarixdən üç ay sonra qüvvəyə minir. 

(b) Bu Saziş istənilən başqa ölkələr üçün, Sazişi ratifikasiya edən və ya ona qoşulan ölkələr 

barədə  baş  direktorun  yaydığı  bildiriş  tarixindən  üç  ay  sonra,  əgər həmin  ölkə  ratifikasiya 

bəyannaməsində  və  qoşulma  aktında  daha  gec  tarix  göstərilməyibsə  qüvvəyə  minir.  Axırıncı 

halla bağlı bu Saziş ölkənin göstərdiyi tarixdən qüvvəyə minir. 

(2)  Ratifikasiya  etmə  və  ya  qoşulma  avtomatik  olaraq  bu  Sazişdən  irəli  gələn  bütün 

müddəaların tanınmasına və bütün üstünlüklərin  alınmasına səbəb olur. 

M a d d  ə  1 0  

Sazişin qüvvəsi və qüvvədə olma müddəti 

Bu Sazişin qüvvəsi və qüvvədə olma müddəti, sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris 

konvensiyası ilə eynidir. 

M a d d  ə  1 1  



1—4 və 9—15‐ci maddələrə yenidən baxılma 

(1) Bu Sazişin 1—4 və 9—15‐ci maddələri yaxşılaşma istiqamətində düzəlişlərə məruz qala 

bilər. 

(2)  Hər  yenidən  baxılma  Xüsusi  ittifaq  ölkələrinin  nümayəndələrinin  iştirak  etdiyi 



konfranslarda həyata keçirilir. 

M a d d  ə  1 2  




Denonsasiya 

(1) İstənilən ölkə baş direktora bildiriş göndərməklə bu Sazişi denonsasiya edə bilər. Sazişin 

denonsasiya olunması yalnız onu bildirən  ölkəyə şamil edilir, Xüsusi ittifaqın başqa ölkələrinə 

görə Saziş öz qüvvəsini saxlayır və yerinə yetirilməlidir. 

(2) Denonsasiya, baş direktorun bildiriş aldığı gündən bir il sonra qüvvəyə minir. 

(3)  Bu  maddədə  göstərilən  denonsasiya  hüququndan,  Xüsusi  ittifaqa  üzv  olan  ölkə,  üzv 

olma tarixindən etibarən beş il müddət ötməyənə  kimi istifadə edə bilməz. 

M a d d  ə  1 3  



Ərazi 

Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris konvensiyasının 24‐cü maddəsinin müddəaları 

bu Sazişə tətbiq olunur. 

M a d d  ə  1 4  



İmzalanma, dillər, bildiriş 

(1) (a) Bu Saziş ingilis və fransız dillərində bir nüsxədə imzalanır və hər iki mətn tamamilə 

eyni qüvvəyə malikdir. Saziş saxlanılmaq üçün  İsveçrə hökumətinə verilir. 

(b) Bu Saziş Berndə 30 iyun 1969‐cu il tarixə kimi imzalanmaq üçün açıqdır. 

(2)  rəsmi  mətn,  Baş  direktor  tərəfindən  maraqlı  hökumətlərlə  məsləhətləşmələr 

aparıldıqdan sonra Assambleyanın müəyyən etdiyi başqa  dillərdə tərtib edilir. 

(3) Baş direktor imzalanmış Sazişin mətninin İsveçrə hökuməti tərəfindən təsdiqlənmiş iki 

ədəd  surətini  onu  imzalayan  bütün  ölkələrin  hökumətlərinə  və  sorğu  əsasında  isə  başqa 

ölkələrin hökumətlərinə göndərir. 

(4) Baş direktor bu Sazişi birləşmiş Millətlər Təşkilatının katibliyində qeydiyyatdan keçirir. 

(5) Baş direktor Xüsusi ittifaq ölkələrinin hökumətlərinə bu Sazişin qüvvəyə mindiyi tarix, 

onun  imzalanması,  ratifikasiya  bəyannaməsinin 

və  qoşulma  aktının  saxlanılmaq  üçün 

verilməsi, bu Sazişə düzəlişlərin qəbul edilməsi, həmin düzəlişlərin qüvvəyə minmə tarixləri və 

etibarsız  sayılma ilə bağlı verilən bildirişlər barədə məlumatlar göndərir. 

M a d d  ə  1 5  



Keçid müddəaları 

Birinci  baş  direktor  vəzifəsinə  başlayana  kimi,  Təşkilatın  Beynəlxalq  bürosuna  görə  bu 

Sazişə  və  ya  baş  direktora  edilən  istinadlar,  əqli  mülkiyyətin  mühafizəsi  üzrə  birləşmiş 

Beynəlxalq  büroya  və  ya  müvafiq  şəkildə  onların  direktorlarına  olunan  istinad  kimi  hesab 



edilir. 

Document Outline

  • Sənaye nümunələrinin beynəlxalq təsnifatının təsisi haqqında LOKARNO SAZİŞİ
  • M a d d ə 1 Xüsusi ittifaqın yaradılması; Beynəlxalq təsnifatın qəbul olunması
  • M a d d ə 2 Beynəlxalq təsnifatın tətbiqi və hüquqi əhəmiyyəti
  • M a d d ə 3 Ekspertlər komitəsi
  • M a d d ə 4 Bildiriş, təsnifatın dərci, ona düzəlişlər və əlavələr
  • M a d d ə 5 Xüsusi ittifaqın Assambleyası
  • M a d d ə 6 Beynəlxalq büro
  • M a d d ə 9 Maliyyə
  • M a d d ə 8 5—8‐ci maddələrə düzəlişlər
  • M a d d ə 9Ratifikasiya olunma və qoşulma; qüvvəyə minmə
  • M a d d ə 1 0 Sazişin qüvvəsi və qüvvədə olma müddəti
  • M a d d ə 1 1 1—4 və 9—15‐ci maddələrə yenidən baxılma
  • M a d d ə 1 2 Denonsasiya
  • M a d d ə 1 3 Ərazi
  • M a d d ə 1 4 İmzalanma, dillər, bildiriş
  • M a d d ə 1 5 Keçid müddəaları

Yüklə 68,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə