Ümumdünya Poçt Konvensiyası



Yüklə 303,3 Kb.
səhifə1/4
tarix21.04.2018
ölçüsü303,3 Kb.
#39690
növüQaydalar
  1   2   3   4

Ümumdünya Poçt Konvensiyası

İttifaqa üzv ölkələrin Hökumətlərinin aşağıda imza etmiş səlahiyyətli nümayəndələri Ümumdünya Poçt İttifaqının Vyanada 10 iyul 1964-cü ildə qəbul edilmiş Nizamnaməsinin 22-ci maddəsinin 3-cü paraqrafına əsasən qarşılıqlı razılıqla və xatırladılan Nizamnamənin 25-ci maddəsinin 4-cü paraqrafında verilən şərtlərə müvafiq surətdə hazırkı Konvensiyada Beynəlxalq Poçt Xidmətlərinə tətbiq olunan ümumi qaydaları və məktub korrespondensiyası mübadiləsinə dair müddəaları işləyib hazırladılar.



Ümumdünya Poçt Konvensiyasına qoşulmaq haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası 1994-cü il sentyabrın 14-də Seul şəhərində imzalanmış Ümumdünya Poçt Konvensiyasına müvafiq qeyd-şərtlər ilə (qeyd-şərtlərin mətnləri əlavə olunur) qoşulsun.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 19 fevral 2002-ci il 


                № 265-IIQ

 

 



 

ÜMUMDÜNYA POÇT KONVENSİYASI

 İttifaqa üzv ölkələrin Hökumətlərinin aşağıda imza etmiş səlahiyyətli nümayəndələri Ümumdünya Poçt İttifaqının Vyanada 10 iyul 1964-cü ildə qəbul edilmiş Nizamnaməsinin 22-ci maddəsinin 3-cü paraqrafına əsasən qarşılıqlı razılıqla və xatırladılan Nizamnamənin 25-ci maddəsinin 4-cü paraqrafında verilən şərtlərə müvafiq surətdə hazırkı Konvensiyada Beynəlxalq Poçt Xidmətlərinə tətbiq olunan ümumi qaydaları və məktub korrespondensiyası mübadiləsinə dair müddəaları işləyib hazırladılar.

 

BİRİNCİ HİSSƏ



BEYNƏLXALQ POÇT XİDMƏTLƏRİNDƏ TƏTBİQ OLUNAN ÜMUMİ QAYDALAR

Fəsil 1


ÜMUMİ MÜDDƏALAR

 Maddə 1


Tranzit azadlığı

 

 1. Tranzit azadlığı prinsipi Nizamnamənin birinci maddəsində şərh olunmuşdur. Bu prinsipə görə hər bir poçt müdiriyyəti ən sürətli yollarla və öz göndərişləri üçün tətbiq etdiyi ən etibarlı vasitələrdən istifadə etməklə digər müdiriyyət tərəfindən ona ötürülən bağlı depeşləri və açıq tranzitlə göndərilən məktub korrespondensiyası göndərişlərini təyinat üzrə göndərməyə borcludur.



 2. İçərisində bioloji tezkorlanan və radioaktiv maddələr olan məktubların mübadiləsində iştirak etməyən üzv ölkələr belə göndərişləri öz ərazilərindən açıq tranzitlə buraxmamaq hüququna malikdirlər. Bu maddə-məktublar, poçt kartoçkaları və sekoqramlar istisna edilməklə, həmçinin nəşr olunma şərtlərini müəyyənləşdirən və ya keçdiyi ölkədə dövriyyəsi üçün kifayət qədər qanuni əsasları olmayan göndərişlərə də şamil edilir.

 3. Dəniz və quru yolları ilə göndərilən poçt bağlamalarının tranzit sərbəstliyi bu xidmətdə iştirak edən ölkələrin əraziləri ilə məhdudlaşdırılır.

 4. Aviabağlamaların tranzit sərbəstliyinə İttifaqın bütün ərazilərində zəmanət verilir. Lakin poçt bağlamaları haqqında Sazişi imzalamamış üzv ölkələr aviabağlamaların yerüstü yolla göndərilməsində iştirak etməyə borclu ola bilməzlər.

 5. Əgər hər hansı bir üzv ölkə tranzit azadlığı barədə müddəalara əməl etmirsə, qalan üzv ölkələr bu ölkə ilə poçt əlaqələrini dayandırmaq hüququna malikdirlər.

 

Maddə 2


Poçt göndərişlərinin mənsubiyyəti

 

 1. Hər bir poçt göndərişi, təyinat ölkəsinin qanunvericiliyi əsasında bu göndərişin tutulub saxlanılması halları istisna edilməklə, ünvançıya çatdırıldığı ana qədər göndəriciyə məxsusdur.



 

Maddə 3


Yeni xidmətin təşkili

 

 1. Poçt müdiriyyətləri ümumi razılıqla İttifaqın Aktlarında dəqiq nəzərdə tutulmamış yeni xidmətlər təşkil edə bilərlər. Yeni xidmətə aid olan tariflər hər bir marağı olan müdiriyyət tərəfindən xidmət üzrə istismar xərcləri nəzərə alınmaqla təyin olunur.



 

Maddə 4


Pul vahidi

 

 1. Nizamnamənin 7-ci maddəsində nəzərdə tutulmuş və Konvensiyada, Sazişlərdə, eləcə də İcra Reqlamentlərində istifadə edilən pul vahidi Xüsusi Alqı Hüququ (XAH) adlanır.



 

Maddə 5


Poçt markaları

 

 1. Yalnız Poçt Müdiriyyətləri İttifaqın Aktlarına müvafiq olaraq ödənişi təsdiq edən poçt markaları buraxmaq hüququna malikdir. Konvensiyanın İcra Reqlamentinin müddəalarına uyğun olan poçt ödənişi qeydləri, frankirə maşınlarının ottiskləri, mətbəə ottiskləri və digər ştempelləmə üsulları ilə alınan ottisklər yalnız Poçt Müdiriyyətinin icazəsi əsasında istifadə oluna bilər.



 2. Poçt markalarının mövzu və süjetləri ÜPİ-nin Nizamnaməsinin preambulasının ruhuna və İttifaq orqanlarının qəbul etdikləri qərarlara uyğun olmalıdır.

 

Maddə 6



Tariflər

 

 1. Müxtəlif beynəlxalq poçt xidmətlərinə aid olan tariflər Konvensiya və Sazişlərdə müəyyənləşdirilir. Tariflərin belə müəyyənləşdirilməsi, prinsipcə, həmin xidmətlərin göstərilməsinin dəyəri əsasında həyata keçirilməlidir.



 2. Aktlarda göstərilən təqribi tariflər daxil olmaqla, tətbiq edilən tariflər eyni xüsusiyyətlərə (kateqoriya, miqdar, işlənmə müddəti və s.) malik daxili rejim göndərişlərinə tətbiq edilən tariflərə ən azı bərabər olmalıdır.

 3. Poçt Müdiriyyətləri Konvensiya və Sazişlərdə verilən, eləcə də təqribi göstərilməyən tariflər də daxil olmaqla, bütün tarifləri qaldırmaq hüququna malikdirlər:

 3.1. əgər eyni xidmətlər üçün onların daxili rejimdə tətbiq etdikləri təriflər təyin edilmiş tariflərdən yüksəkdirsə;

 3.2. əgər bu, istismar xərclərinin bağlanmasına və ya hər hansı başqa bir məntiqi səbəbə görə zəruridir.

 4. Konvensiya və Sazişlərdə nəzərdə tutulduğundan başqa, hər cür poçt tariflərini müştərilərdən almaq qadağandır.

 5. Alınmış tarifləri, Konvensiya və Sazişlərdə nəzərdə tutulmuş hallar istisna olmaqla, hər bir poçt Müdiriyyəti öz xeyrinə saxlayır.

 

Maddə 7


Pulsuz göndərilmələr

 

1. Prinsip



 1.1. Konvensiya və Sazişlərdə pulsuz göndərilmələrin konkret halları nəzərdə tutulmuşdur.

2. Xidməti yazışma

 2.1. Poçt müdiriyyətləri və ya onların müəssisələri tərəfindən göndərilən, xidməti yazılmaya aid məktub korrespondensiyası göndərişləri hər cür poçt rüsumlarından azaddır.

 2.2. Xidməti yazışmaya aid aşağıdakı məktub korrespondensiyası göndərişləri əlavə aviatariflər istisna olmaqla, hər cür poçt rüsumlarından azaddır.

 2.2.1. Ümumdünya Poçt İttifaqı orqanları və Regional İttifaqların orqanları arasında mübadilə olunan göndərişlər;

 2.2.2. Bu ittifaqların orqanları arasında mübadilə olunan göndərişlər;

 2.2.3. Bu orqanlardan Poçt Müdiriyyətlərinə və ya onların müəssisələrinə göndərilən göndərişlər;

3. Hərbi əsirlər və internə edilmiş mülki şəxslər

 3.1. Hərbi əsirlərə ünvanlanmış və ya onlar tərəfindən birbaşa və ya Reqlamentdə nəzərdə tutulmuş müəssisələrin vasitəçiliyi ilə göndərilən məktub korrespondensiyası göndərişləri, poçt bağlamaları və poçt maliyyə xidmətlərinin göndərişləri əlavə aviatariflər istisna olmaqla, hər cür poçt tariflərindən azad edilir. Müharibə aparan tərəfə mənsub, neytral ölkədə qəbul və intern edilmiş şəxslər, əvvəlki müddəaların onlara tətbiq edilməsi zamanı sözün müstəqim mənasında hərbi əsirlərə bərabər tutulur.

 3.2. 3.1-ci paraqrafda nəzərdə tutulmuş müddəalar müharibə vaxtı dinc əhalini qorumaq üçün 12 avqust 1949-cu il Cenevrə Konvensiyasında nəzərdə tutulmuş mülki intern edilmiş şəxslərə ünvanlanmış və ya bu şəxslər tərəfindən birbaşa və ya reqlamentdə nəzərdə tutulmuş müəssisələrin vasitəçiliyi ilə göndərilən məktub korrespondensiyası göndərişlərinə, poçt bağlamalarına və poçt maliyyə xidmətləri göndərişlərinə də tətbiq edilir.

 3.3. Reqlamentdə nəzərdə tutulmuş müəssisələr, göndərişləri bilavasitə və ya vasitəçi ilə göndərmək və ya almaqdan asılı olmayaraq, 3.1 və 3.2-ci paraqraflarında göstərilən şəxslərə aid məktub korrespondensiyası göndərişlərini, poçt bağlamalarını və poçt maliyyə xidmətləri göndərişlərini həmçinin pulsuz göndərmək hüququna malikdir.

 3.4. Çəkisi 5 kq-a qədər olan bağlamaların pulsuz göndərilməsinə icazə verilir. Göndərişlərin tərkibi bölünməz olduqda və əsirlər arasında bölüşdürülmək üçün bir düşərgəyə və ya onun inanılmış şəxslərinə ünvanlandıqda, mümkün çəki 10 kq-a qədər artırılır.

 4. Sekoqramlar

 4.1. Sekoqramlar, əlavə aviatariflər istisna edilməklə, hər cür poçt rüsumlarından azad edilir.

 

İKİNCİ HİSSƏ



MƏKTUB KORRESPONDENSİYASI BARƏDƏ MÜDDƏALAR:

XİDMƏTLƏRİN TƏKLİFİ

Fəsil 1


ƏSAS XİDMƏTLƏR

Maddə 8


Məktub korrespondensiya göndərişləri

 

 1. Məktub korrespondensiyası göndərişləri aşağıdakı iki sistemdən birinə uyğun olaraq təsnif edilir. Hər bir Poçt Müdiriyyəti öz çıxış mübadiləsi üçün tətbiq etmək baxımından sistem seçməkdə sərbəstdir.



 2. Birinci sistem göndərişlərin işlənmə sürətinə əsaslanır. Bu halda göndərişlər aşağıdakılara bölünür:

 2.1. Prioritet göndərişlər: ən tez yolla (hava və ya yerüstü) prioritet qaydada daşınan göndərişlər; çəki limitləri adətən 2 kq, kitab və broşür tipli göndərişlər üçün 5 kq (fakultativ xidmət), sekoqramlar üçün 7 kq-dır.

 2.2. Qeyri-prioritet göndərişlər: 2.1-ci paraqrafında göstərilən çəki hüdudları üzrə daha aşağı tariflərlə daha gec çatdırılan göndərişlər nəzərdə tutulur.

 3. İkinci sistem göndərişlərin tərkibinə əsaslanır. Bu halda göndərişlər aşağıdakılara bölünür:

 3.1. Birgə olaraq «LC» adlanan məktub və poçt açıqcalari; çəki limiti: 2 kq;

 3.2. Birgə olaraq «AO» adlanan çap nəşrləri (banderollar), sekoqramlar və kiçik paketlər; çəki limitləri: 2 kq- kiçik paketlər üçün, 5 kq-çap nəşrləri üçün, 7kq-sekoqramlar üçün.

 4. Tərkiblə bağlı təsnifat sistemində

 4.1. Hava yolu ilə daşınmada prioritetə malik olan məktub korrespondensiyası göndərişləri “aviagöndərişlər” adlanır.

 4.2. Hava yolları ilə aşağı prioritet dərəcə ilə daşınan yerüstü göndərişlər «S.A.L göndərişləri» adlanırlar.

 5. Hər bir Müdiriyyət bir vərəq kağızdan ibarət olan müvafiq şəkildə bükülmüş və hər tərəfdən yapışqanlanmış prioritet və aviagöndərişlər göndərmək hüququna malikdir. Belə göndərişlər “aeroqramlar” adlanır.

 6. Reqlamentdə göstərilən şərtlərə uyğun olaraq bir depeşlə və ya ayrı-ayrı depeşlərlə alınan, tərkibinə eyni bir göndəricidən qəbul edilmiş böyük miqdarda məktub korrespondensiyası göndərişləri daxil olan poçt “böyük miqdarda poçt” adlanır.

 7. İçərisində qəzetlər, dövri nəşrlər, kitablar və digər çap nəşrləri olan və eyni ünvan sahibinə, eləcə də eyni bir bir təyinat yerinə göndərilən xüsusi kisələr hər iki sistemdə M kisələri adlanır; çəki limiti: 30 kq

 8. Ölçü limitləri və göndərişlərin qəbul şərtləri, eləcə də çəki limitlərinə aid xüsusiyyətlər Reqlamentə aiddir.

 

Maddə 9



Ödəniş tarifləri

 

 1. Qəbul Müdiriyyəti İttifaqın bütün ərazisi üzrə məktub korrespondensiyasının göndərilməsi üçün ödəniş tariflərini təyin edir. Əgər təyinat ölkələrində müvafiq göndərişlərin evə çatdırılma xidməti təşkil edilmişdirsə, bu halda ödəniş tariflərinə göndərişlərin ünvançıya evdə çatdırılma haqqı daxil edilir.



 2. Təxmini ödəniş tarifləri aşağıdakı cədvəldə göstərilir:

 


Göndərişlər

Çəki vahidi

Təxmini tariflər

1

2

3

2.1. Sürətə əsaslanan sistem üzrə tariflər

 

XAH (xüs. alqı hüq.)

Prioritet göndərişlər

 

 



 

 

 



 

 

 



Qeyri-prioritet

göndərişlər

 

 

 



 

 

 



 

2.2. Tərkibə əsaslanan sistem üzrə tariflər

Məktublar

 

 



 

 

 



Poçt açıqcaları

Çap nəşrləri

 

 

 



 

 

 



 

Kiçik paketlər



 

20 qrama qədər

20 q-dan 100 q qədər

100 q-dan 250 q qədər

250 q-dan 500 q qədər

500 q-dan l000 q qədər

1000 q-dan 2000 q qədər

hər bir 1000 q əlavə

vahid üçün

 

20 q qədər



20 q-dan 100 q qədər

100 q-dan250 q qədər

250 q-dan 500 q qədər

500 q-dan 1000 q qədər

1000 q-dan 2000 q qədər

hər bir 1000 q əlavə

vahid üçün

 

20 q qədər



20 q-dan l00 q qədər

100 q-dan 250 q qədər

250 q-dan 500 q qədər

 500 q-dan l000 q qədər

1000 q-dan 2000 q qədər

 

20 q qədər



20 q-dan l00 q qədər

100 q-dan 250 q qədər

250 q-dan 500 q qədər

 500 q-dan l000 q qədər

1000 q-dan 2000 q qədər

hər bir 1000 q əlavə

vahid üçün

l00 q qədər

100 q-dan 250 q qədər

250 q-dan 500 q qədər

 500 q-dan l000 q qədər

1000 q-dan 2000 q qədər



 

0,37


0,88

1,76


3,38

5,88


9,56

 

4,78 (fakultativ)



 

0,18


0,40

1,74


1,32

2,21


3,09

 

l,54(fakultativ)



 

0,37


0,88

1,76


3,38

5,88


9,56

0,26


0,18

0,40


0,74

1,32


2,21

3,09


 

1,54


0,40

0,74


1,32

2,21


3,09

 


 

 3. 2-ci paraqrafda göstərilən təqribi tarifləri iki Konqres arasındakı müddətdə İnzibati Şuranın razılığı ilə Poçt İstismarı Şurasının yenidən baxmasına və onu dəyişdirməsinə icazə verilir. Yenidən baxılmış tariflər İttifaqın üzv ölkələri tərəfindən öz ölkələrində təyin edilmiş beynəlxalq göndəriş tariflərinin median (orta) qiyməti əsasında müəyyənləşdirilir.

 4. Qəbul Müdiriyyəti aşağıdakı tərkibli məktub korrespondensiyası göndərişlərinə güzəştli tarif tətbiq etmək hüququna malikdir:

 4.1. öz ölkəsində çap olunan qəzetlərə və dövri nəşrlərə müvafiq kateqoriyalı göndərişlərə tətbiq edilən tariflərin 50%-indən çox olmayaraq güzəştlər;

 4.2. elan və reklamlar daxil edilməyən (üz qabığında və titul vərəqlərindəkilər istisna edilməklə) kitab və broşürlərə, not və coğrafi xəritələrə həmçinin 4.1-ci paraqrafda nəzərdə tutulmuş bənddəki güzəştlər.

 5. M kisələrə tətbiq edilən tarif 1 kq-lıq çəki vahidi üzrə hər bir kisənin tam çəkisi üçün hesablanır. Qəbul edən müdiriyyət belə kisələr üçün müvafiq kateqoriyalı göndərişlər üzrə tariflərin 20%-dək güzəşt təyin etmək hüququna malikdir. Bu güzəşt 4-cü paraqrafda göstərilən güzəştlərdən asılı olmaya bilər.

 6. Qəbul edən Müdiriyyət qeyri-standart göndərişlərə, tətbiq edilən tariflərdən fərqli tariflər tətbiq etmək hüququna malikdir. Standart göndərişlər Reqlamentdə təyin edilmişdir.

 7. Tərkibə əsaslanmış sistemdə, müxtəlif tariflərlə ödənilən əşyaların bir göndərişdə birləşdirilməsi zamanı ümumi çəki ən yüksək çəki limitinə malik kateqoriyalı göndərişin maksimum çəkisindən artıq olmamalıdır. Belə göndərişə, qəbul edilən Müdiriyyətin arzusu ilə ən yüksək tarif təyin edilmiş kateqoriya üzrə və ya göndərişin hər bir elementinә tətbiq edilən müxtəlif tariflərin cəmi üzrə yekun tarif tətbiq edilə bilər. Bu cür göndərişlərin üzərində «Qarışıq göndərişlər» (Envois mixtes) qeydi edilir.

 

Maddə 10


Göndərilmə üsulundan və ya sürətdən asılı olaraq tarifikasiya

 

 1. Daim ən tez yolla (hava və ya yerüstü) daşınan prioritet göndərişlərə tətbiq edilən tariflərə sürətli göndərilmək üçün mümkün əlavə dəyər də daxil edilə bilər.



 2. Tərkibə əsaslanmış sistemi tətbiq edən müdiriyyətlər aşağıdakı hüquqlara malikdir:

 2.1. aviagöndərişlər üzrə əlavə tariflər götürmək. Əlavə tariflər hava yolları ilə daşınmalara çəkilən xərclərə müvafiq olmalı və istifadə edilən, istiqamətdən asılı olmayaraq, ən azı hər bir ölkənin bütün ərazisi üçün eyni olmalıdır. Aviagöndərişlər üzrə əlavə tariflərin hesablanması zamanı müdiriyyətlərə müştərilərin istifadə etdikləri əlavə blankların da çəkisini nəzərə almağa icazə verilir;

 2.2. S.A.L. göndərişləri üzrə aviagöndərişlər üçün nəzərdə tutulmuş tariflərdən aşağı əlavə tariflər götürmək;

 2.3. Aviagöndərişlərin və S.A.L. poçtunun ödənilməsi üçün onların poçt xidmətləri dəyərini və aviadaşınma xərclərini nəzərə almaqla, kombinəedilmiş tarifləri təyin etmək.

 3. 9.4 və 9.5-ci maddələri uyğun olaraq, tariflərin azaldılması hava yolu ilə daşınan göndərişlərə də tətbiq edilir, lakin bu nəqliyyat xərclərinin bağlanması üçün nəzərdə tutulan tarif payına heç bir güzəşt tətbiq olunmur.

 

Maddə 11



Güzəştli tariflər

 

 1. 6.2-ci maddəsində təyin edilmiş tariflərin minimal limitindən əlavə olaraq, Poçt Müdiriyyətləri onların ölkələrində qəbul edilmiş məktub korrespondensiyası göndərişləri üçün öz daxili qanunvericiliyinə əsaslanmış aşağı tariflər təqdim edə bilər. Xüsusi halda Poçt Müdiriyyətləri böyük poçt mübadiləsinə malik olan öz müştərilərinə güzəştli tariflər təqdim etmək hüququna malikdirlər.



 

Maddə 12


Xüsusi tariflər

 

 1. 500 qramdan az çəkiyə malik kiçik paketlərin çatdırılması üçün ünvançıdan heç bir tarif alına bilməz.



 2. Əgər çəkisi 500 qramdan artıq olan kiçik paketlərin çatdırılması üçün daxili rejimdə tarif tutulursa, həmin tarif xarici ölkələrdən daxil olan kiçik paketlər üçün də tutula bilər.

 3. Müdiriyyətlərə daxili rejimlə eyni olan tarifləri aşağıdakı hallarda tutmağa icazə verilir:

 3.1. iş vaxtının sonuna yaxın qəbul edilən göndərişlər üçün göndəricidən tutulan tarif;

 3.2. əməliyyat pəncərəsi işini qurtardıqdan sonra qəbul edilmiş göndəriş üçün göndəricidən tutulan tarif;

 3.3. göndərişin evdə qəbul edilməsi üçün göndəricidən tutulan tarif;

 3.4. əməliyyat pəncərəsi işini qurtardıqdan sonra göndərişin verilməsi üçün ünvançıdan tutulan tarif;

 3.5. «Tələb olunana qədər» göndərişin verilməsi üçün ünvançıdan tutulan tarif;

 3.6. pulsuz saxlanılma müddəti ərzində ünvançı tərəfindən alınmamış, çəkisi 500 qramdan artıq olan hər cür məktub korrespondensiyası göndərişi üçün saxlanılmaya görə ünvançıdan tutulan tarif. Belə bir tarif sekoqramlara tətbiq edilmir.

 

Maddə 13


Ödəniş

 

 1. Bir qayda olaraq, məktub korrespondensiyası göndərişləri göndərici tərəfindən tam ödənilməlidir. Ödəniş üsulları Reqlamentdə müəyyənləşdirilmişdir.



 2. Qəbul Müdiriyyəti haqqı ödənilməmiş və ya tam ödənilməmiş məktub korrespondensiyası göndərişlərini, haqqını tam ödəmək üçün göndəriciyə qaytarmaq hüququna malikdir.

 3. Qəbul Müdiriyyəti həmçinin haqqı ödənilməmiş məktub korrespondensiyası göndərişlərinin haqqını və ya onun ödənilməmiş hissəsini özü ödəyə bilər və çatışmayan məbləği göndəricidən ala bilər. Bu halda, o həmçinin əlavə olaraq maksimum 0,33 XAH həcmində işlənilmə üzrə tarif ala bilər. Çatışmayan ödəniş Reqlamentdə müəyyənləşdirilmiş üsullardan biri vasitəsi ilə həyata keçirilir.

 4. 2-ci və 3-cü paraqraflarda nəzərdə tutulmuş imkanlardan heç biri tətbiq edilmirsə, bu hallarda haqqı ödənilməmiş və ya tam ödənilməmiş göndərişlər üçün ünvançıdan və ya göndəricidən (əgər geri qaytarılan göndərişdən söhbət gedirsə) hesablanması Reqlamentdə müəyyənləşdirilmiş xüsusi tarif tutulur.

 

Maddə 14



Gəmilərdə məktub korrespondensiyası göndərişlərinin ödənişi

 

 1. Marşrutun iki son məntəqəsində və ya aralıq məntəqələrin birində gəmilərin dayanması zamanı, gəmidə qəbul edilən poçt göndərişləri gəminin üzdüyü suların aid olduğu ölkənin tarifi üzrə poçt markaları vasitəsi ilə ödənilməlidir.



 2. Açıq dənizdə gəmilərdə poçt göndərişləri qəbul edildikdə, marağı olan Müdiriyyətlər arasındakı xüsusi razılaşma istisna edilməklə, onların ödənişi poçt markaları ilə gəminin məxsus olduğu və ya nəzarətində olduğu ölkənin tariflərinə uyğun aparılır. Bu cür şəraitdə ödənilmiş göndərişlər gəmi son məntəqəyə çatan kimi dərhal poçt müəssisəsinə ötürülməlidir.

 

Maddə 15



Beynəlxalq cavab kuponları

 

 1. Poçt Müdiriyyətləri Beynəlxalq Büronun buraxdığı beynəlxalq cavab kuponları satmaq və bu satışı öz daxili qanunvericilikləri əsasında məhdudlaşdırmaq ixtiyarına malikdir.



 2. Bir cavab kuponunun dəyəri 0,74 XAH-a bərabərdir. Marağı olan Müdiriyyət tərəfindən müəyyən edilən satış qiyməti bundan aşağı ola bilməz.

 3. Cavab kuponları istənilən üzv ölkədə xaricə ünvanlanan sadə prioritet göndərişin və ya sadə aviaməktubun minimal ödəniş haqqına bərabər və ya bir neçə poçt markasına dəyişdirilir. Əgər ölkənin daxili qanunvericiliyi bunu qadağan edirsə, cavab kuponları həmçinin bütöv poçt ödəniş nişanlarına və ya digər nişanlara və ya ödəniş ştempellərinə dəyişdirilə bilər.

 4. Bundan əlavə, üzv ölkənin müdiriyyəti cavab kuponlarının mübadiləsində cavab kuponlarını və ödənilməli olan göndərişləri eyni vaxtda tələb etmək hüququnu özündə saxlaya bilər.

 

Fəsil 2



XÜSUSİ XİDMƏTLƏR

 Maddə 16



Sifarişli göndərişlər

 

 1. Məktub korrespondensiyası göndərişi sifarişli qaydada göndərilə bilər.



 2. Sifarişli göndəriş üçün tarif qabaqcadan ödənilməlidir. Bu, göndərişin klassifikasiya sistemindən və kateqoriyasından asılı olaraq göndəriş üçün ödəniş tarifindən və maksimum 1,31 XAH həcmində sifarişə görə təyin edilmiş tarifdən ibarətdir. Hər bir M kisəsi üçün Müdiriyyət vahid tarif əvəzinə bunun beş mislindən çox olmayan ümumi tarif təyin edir.

 3. Fövqəladə təhlükəsizlik tədbirləri zəruri olduğu hallarda Müdiriyyətlər göndəricidən və ya ünvançıdan 2-ci paraqrafda göstərilən tarifdən başqa öz daxili qanunvericiliyinə uyğun xüsusi haqq tuta bilər.

 4. Fors-major hallarına görə cavabdeh olan Poçt Müdiriyyətləri hər bir sifarişli göndəriş üçün maksimum 0,13 XAH ölçüsündə xüsusi tarif tutmaq hüququna malikdir.

 

Maddə 17



Çatdırılması nəzarətdə olan göndərişlər

 

 1. Məktub korrespondensiyası göndərişləri, belə xidmətlərə malik Müdiriyyətlər arasında nəzarətli çatdırılan göndərişlər xidməti vasitəsi ilə göndərilə bilər.



 2. Nəzarətli çatdırılan göndərişlər üçün tarif qabaqcadan ödənilməlidir. Bura, göndərişin təsnifat sisteminə və kateqoriyasına uyğun ödəniş tarifi və qəbul Müdiriyyətinin təyin etdiyi nəzarətli çatdırılmaya görə tarif daxildir. Bu tarif sifarişli göndərişə görə tarifdən aşağı olmalıdır.

 

Maddə 18



Qiyməti elan edilmiş göndərişlər

 

 1. “Qiyməti elan edilmiş göndərişlər” adlanan, içərisində qiymətli kağızlar, sənədlər və ya qiymətli əşyalar olan prioritet və qeyri-prioritet göndərişlər və məktublar tərkibi göndəricinin elan etdiyi məbləğlə sığortalanmış halda mübadilə edilə bilər. Bu mübadilə, Poçt Müdiriyyətləri belə göndərişlərin ikitərəfli və ya birtərəfli mübadilədə qəbulu barədə razılıq əldə etmiş üzv ölkələr arasındakı münasibətlə məhdudlaşdırılır.



 2. Elan olunmuş qiymətin məbləği prinsipcə məhdudlaşdırılmamışdır. Hər bir Müdiriyyət öz arzusu ilə elan edilmiş qiymətin yuxarı həddini, bu hədd 4000 XAH məbləğindən aşağı olmamaq şərti ilə təyin etmək hüququna malikdir. Bununla belə, daxili xidmətdə qəbul olunmuş qiymət həddi bu məbləğdən (4000 XAH) aşağıdırsa, həmin elan edilmiş qiymət həddi tətbiq oluna bilər.

 3. Qiyməti elan olunmuş göndəriş üçün tarif əvvəlcədən ödənilməlidir. Bu tarif, sadə ödəniş tarifindən, 16,2-ci maddəsində nəzərdə tutulmuş sifarişə görə təyin edilmiş tarifdən və sığorta rüsumundan ibarətdir.

 4. Sifarişli göndəriş üçün müəyyən edilmiş tarifin əvəzinə Poçt Müdiriyyətləri öz daxili xidmətlərinə müvafiq olan tarif və ya müstəsna qaydada maksimum 3,27 XAH həcmində tarif tətbiq etmək hüququna malikdir.

 5. Sığorta rüsumu 65,34 XAH üçün maksimum 0,33 XAH və ya 65,34 XAH-ın bir hissəsini və ya elan edilmiş qiymət vahidinin 0,5%-ni təşkil edir. Bu tarif təyinat ölkəsindən asılı olmayaraq, hətta fors-major şəraiti ilə əlaqədar riskə məruz qalan ölkələrdə də tətbiq edilir.

 6. Fövqəladə təhlükəsizlik tədbirləri zəruri olduğu hallarda Müdiriyyətlər göndəricilərdən və ya ünvançılardan 3-cü, 4-cü və 5-ci paraqraflarda göstərilən tariflərdən əlavə öz daxili qanunvericiliyində nəzərdə tutulmuş xüsusi tariflər də götürə bilərlər.

 

Maddə 19



Yüklə 303,3 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə