“Ümumdünya Statistika Günü” ilə əlaqədar 16 oktyabr 2015-ci il tarixdə
Yasamal Rayon Statistika Şöbəsi tərəfindən keçirilən tədbir.
BMT-nin
Baş
Məclisi
tərəfindən 2015-ci il 20
oktyabr
tarixi “Daha təkmil statistika-daha
yaxşı
həyat” devizi altında
“Ümumdünya Statistika Günü”
elan olunmuşdur. Bununla
əlaqədar olaraq 16 oktyabr 2015-
ci il tarixdə Azərbaycan
Respublikasının Dövlət Statistika
Komitəsinin Yasamal Rayon
Statitika Şöbəsi tərəfindən Yasamal rayonunda fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin
iştirakı ilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Yasamal Rayon Statitika Şöbəsinin
rəis vəzifəsini icra edən Arif Əliyev Azərbaycanda statistikanın tarixi, əhəmiyyəti və inkişafı
barədə danışaraq bildirib ki, 1994-cü il Azərbaycan statistikasının tarixində xüsusi il
olmuşdur. Ümummilli lider
Heydər Əliyev tərəfindən 18
fevral 1994-cü ildə “Statistika
haqqında” Azərbaycan
Respublikasının Qanunu
imzalanmışdır. Qanunun qəbul
edilməsi statistik fəaliyyətin
qanuniləşdirilməsinin təmin
olunmasında mühüm rol oynadı
və Azərbaycan tarixində ilk dəfə
olaraq qanunvericiliklə statistika sahəsində əsas parametrlərini müəyyənləşdirdi. Rayon
statistika şöbəsinin aparıcı məsləhətçisi Tünzalə Məmmədova Azərbaycan Respublikasının
Dövlət Statistika Komitəsinin beynəlxalq əlaqələrindən, “Forvard Karqo” MMC-nin
nümayəndəsi Əfqan Səftərov isə müəssisələrlə yerli statistika orqanlarının qarşılıqlı əlaqədə
işləməsindən və rəsmi statistika hesabatlarının elektron formada təqdim olunmasının
əhəmiyyətindən danışmışdır.