Ümumi İqtisadi tarazlıq



Yüklə 9,85 Kb.

tarix23.09.2018
ölçüsü9,85 Kb.

background image
Ümumi İqtisadi tarazlıq 

Satıcılar və alıcılar, istehsalçılar və istehlakçılar arasında uzlaşımış qarşılıqlı 

əlaqələr təsərrüfat tipindən asılı olmayaraq həmişə mövcud olmuşdur. Lakin bu 

münasibət və əlaqələr heç də həmişə taraz olmur. Bu da iqtisadiyyatın mövcudluq halı 

adlanır. 

      Tələb və təklif arasındakı bərabərliyə uyğun qiymətlər taraz qiymətlərdir. Tarazlıq 

qiyməti həmçinin istehsalçı və istehlakçının iqtisadi baxımdan faydalı fəaliyyətini təmin 

edən qiymətdir. Satıcı və alıcı əvvəlcədən müəyyənləşdirdikləri faydalığı tarazlıq qiyməti 

vasitəsi ilə həyata keçirir. 

      Nəzərə almaq lazımdır ki, iqtisadi sistemin normal halı iqtisadiyyatın ümumi tarazlıq 

vəziyyətində olması deyil. Makroiqtisadi tarazlığın təmin olunması üşün ayrı-ayrı fərdi 

bazarlarda tarazlığın yaranması şərt deyil. Cəmiyyətin iqtisadi resurslarının nə dərəcədə 

tam istifadə olunması, istehsalın tarazlıq həcminin nə dərəcədə əmək ehtiyatlarının 

məşğulluğu və istehsal güclərinin potensialına uyğun gəlməsi makroiqtisadi tarazalığı 

səciyyələndirən xüsusiyyətlərdir. 

     Ümumiyyətlə iqtisadi tarazlıq dedikdə iqtisadi resurs və tələbatlar arasındakı 

uyğunluq problemi başa düşülür. Bu zaman tam uyğunluq halı ola bilməz. Bu tələbatların 

həmişə ehtiyatlar artıq olması ilə bağlıdır. Tələbatların məhdudlaşdırılması şərti ilə 

ehtiyatların optimal istifadəsi əsasında ümumi tarazlıq təmin edilə bilir. 

     Tarazlıq modeli marjinalizm məktəbinin nümayəndəsi olan L.Valrasın adı ilə bağlıdır. 

Bu modeldə ümumi iqtisadi tarzalığa ən mükəmməl hal kimi baxılır. O qeyd etmişdir: 

“Ümumi iqtisadi tarazlıq yalnız müəyyən şərtlər ödəndikdə mümkündür”. 

     Valrasın modeli olan tarazlıq modeli çox güclü riyazi model əsasında tərtib 

olunmuşdur. Onun nəzəriyyəsinin gücü də bundan irəli gəlir. Valras hesab edir ki, 

makroiqtisadi tarazlığı yalnız müəyyən zəruri şərtlər yerinə yetirildiyi və ödənildiyi 

zaman təmin oluna bilər. O, iqtisadi əlaqələrin funksional asılılığını təhlil etmiş və son 

məhsuldarlığa nail olmağın yollarını şərh etmişdir. Lakin ümumi tarazalıq nəzəriyyəsini 

yalnız Valras təlimi məhdudlaşdırmaq düzgün olmaz. Çünki A.Marşal, C.Klark və 

C.Robinson kimi görkəmli iqtisadçılar ümumi tarazlıq nəzəriyyəsinin üzərində 

çalışmışlar. 

Bazar iqtisadiyyatının qanunauyğunluqlarına əsasən, tarazlıq məcmu tələb və məcmu 

təklif arasındakı uyğunluğu əsasında özünü göstərir. Makroiqtisadi tarazlıq təmin 

olunması, yəni məcmu tələb və məcmu təklif arasında nisbət qorunub saxlanılması 

iqtisadi artıma gətirib çıxarır. Məcmu tələb, fərdi tələbdən fərqli olaraq, qiymətlərin 

ümumi səviyyəsi və cəmiyyətdə pul təklifinin dəyişməsindən asılı olaraq müəyyənləşir. 

     Cəmiyyətdə pul təklifi, qiymətlərin ümumi nəzəriyyəsi, ümumi gəlirlər və digər nu 

kimi amillərlə müəyyən olunan mürəkkəb hadisə məcmu tələbi ifadə edir. Məcmu tələb 

əhalinin, müəssisələrin və dövlətin qiymətin ümumi səviyyəsinə uyğun ala biləcəyi əmtəə 

və xidmətlərin cəmindən ibarətdir. Faiz dərəcəsi effekti, varlılıq effekti və idxal 

məhsulları effekti məcmu tələbi şərtləndirən cəhətlərdir. Məcmu tələb mikro və makro 



səviyyədə baş verən dəyişikliklərlə şərtlənir. Məcmu tələb dörd əsas tərkib hissədən-  

 

: referatlar -> iqtisadiyyat
iqtisadiyyat -> Referat mövzu: Müəssisə Maliyyəsi Fənn: Maliyyə Tələbə: Qənbərov Cəlil Kurs: III qrup: 300 baki 2011 plan
iqtisadiyyat -> ƏMƏYİN ÖDƏNİLMƏSİ
iqtisadiyyat -> Camalov röyal
iqtisadiyyat -> Fəsil 8 Maliyyə nəzarətinin təşkili prinsipləri
iqtisadiyyat -> Referat mövzu: Bazar iqtisadiyyatı şəraitində müəssisənin yeni iqtisadi mahiyyəti və hüquqi təşkilati formaları
iqtisadiyyat -> Referat mövzu: Maliyyə Nəzarəti Tələbə: Astanov Ruslan Qrup: 36 Kurs: Müəllim: Həsənova Afidə
iqtisadiyyat -> İxtisas : İqtisadi resursların idarə edilməsi kurs I Ş İ Mövzu: “Anbar təsərrüfatının təşkili və təkminləşdirilməsi istiqamətləri”
iqtisadiyyat -> Biznesin qiymətləndirməsi fəaliyyəti və metodları
iqtisadiyyat -> Beynəlxalq iqtisadi münasibətlərin mahiyyəti və əsasları
iqtisadiyyat -> 7. Beynəlxalq maliyyə təşkilatları


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə