Ümummilli lider Heydər Əliyev – 90 357



Yüklə 60,09 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü60,09 Kb.
#31624


Ümummilli lider Heydər Əliyev – 

90                                                

357

 

Tarix və onun problemləri, № 2 2013 

 

TALEH ƏLIYEV 



AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi  

E-mail: taleh.ali@mail.ru 

 

QORUQBAĞI ƏHALISININ ETNOGENEZI HAQQINDA 

(tarixi və etno-antropoloji materiallar əsasında) 

 

Açar sözlər: Qoruqbağı, müskürlü, etnos, türk, dolixokefal  

Ключевые слова: Горугбаги, мюскюрлу, этнос, тюрк, долихокефал  

Key words: Gorugbaghi, muskurlu, ethnos, turk, dolikhokephal  

 

Zərdab rayonunun Kürsahili kəndlərindən biri olan Qoruqbağı kəndi çayın sol sahilin-

də, Yarməmmədbağı inzibati ərazi vahidliyinin ərazisində, Şirvan düzündə yerləşir. Keçmişdə 

Zərdab kənd icmasına məxsus olmuş əkin və bağ sahəsinin adıdır. “Zərdab” adına ilk dəfə XV 

əsrə aid Ağqoyunlu mənbələrinə məxsus yazılarda rast gəlinmişdir. Qoruqbağı sözü isə oyko-

nim olmaqla “qoruq” (mühafizə olunan yer) və “bağ” sözlərindən düzəlmiş, “qoruq”, “qoru-

nan bağ” mənasındadır. Kənd XIX əsrin ortalarında müskürlü və qaravəlli tayfalarına mənsub 

ailələrin  məskunlaşması  nəticəsində  yaranmışdır.  Burada  əhalinin  tərkibini  məhz  bu  tayfalar 

təşkil  edir.  İndi  isə  həmin  tayfaların,  o  cümlədən,  tarixi  Müskür  obasında  yaşayan  əhalinin 

etno-antropoloji mənşəyi məsələsinə diqqət yetirək.  

Qaravəlli  tayfası  Azərbaycanın  müxtəlif  ərazilərində  yaşayan  türk  əhalisidir.  Bu  tayfa 

Ağcabədi, Zərdab, Ağsu, Balakən, İmişli və Şamaxı rayonları ərazisində hal-hazırda yaşayan 

tayfalardan  biridir.  Araşdırmalar  Zərdab  ərazisinə  bu  tayfanın  Ağsu  rayonu  ərazisindən  gəl-

diklərini  deməyə  əsas  verir.  Qeyd  etmək  lazımdır  ki,  eyniadlı  ərazidən  Qoruqbağına  Xəlilli 

tayfasının az bir qismi də gəlmişdir ki, bu da vaxtilə Xançobanı mahalında  yaşayan əhalinin 

bir hissəsinin Qarasubasar mahalına köçməsi ilə əlaqələndirilir. 

N.Bayramova  “Şamaxı  xanlığı”  əsərində  yazır:  Xançoban  mahalında  1821-ci  ildə  46 

obada (Axtaçı, Garıs, Qaraqoyunlu, Padar, Xəlilli, Kolanı, Məlikçobanlı, Şahsünlü, Ərəbxanə-

dan, Müsküri, Ovculu, Mollalar, Göydəlləkli, Muradlı, Sığırlı, Qurd, Pirhəsənli, İlxıçı, Sarvan, 

Mustafalı, Binaslı, Çaylı, Qaraməmmədli, Ərəbuşağı, Dəlilər, Çovurqanlı, Adnalı, Bağırlı, Al-

pout, Əlicanlı, Nəmirli, Sorsor, Eldəlləkli, Xanazad, Şahsultanlı, Müskürlü Molla Qədim, Şıx-

lı,  Axundlu,  Çıraqlı,  Axtaçı  Salyan,  Elli-Gözlü,  Veysəlli,  Mərzili,  Lələ  Əhmədli,  Qaraxanlı, 

Qaravəlli  Ağaməmməd)  1492  ailə  yaşayırdı.  Şirvan  xanları  Xançoban  mahalından  çıxdığı 

üçün bu mahala vergi təyin edilməmişdi. Xançoban mahalının sakinləri maldarlıq və əkinçilik-

lə məşğul olurdular. Mahalın naibi Məlik Umud idi. Məhz Qoruqbağı əhalisinin etnogenezin-

də mühüm rol oynamış Müskürlü, Qaravəlli və Xəlilli tayfaları Xançoban mahalının sosial tər-

kibində xüsusi əhəmiyyətə malik olmuşdur (1).  

Qaravəlli tayfasının etnik mənşəyi haqqında bir sıra rəvayət xarakterli məlumatlar möv-

cud olsa da, konkret elmi nəticələrə əsaslanan faktlar azdır. Apardığımız elmi araşdırmalar qa-

ravəlli  tayfasının  etnogenezi  məsələsini  aydınlaşdırmağa  imkan  vermişdir.  Oğuz  tayfalarının 

Azərbaycan xalqının etnogenezində mühüm rol oynadığı məlumdur. XI – XII əsrlər dövrünün 

bəzi tarixi aspektlərinin araşdırılması bizə bu işdə kömək etmişdir. Bu adın və tayfanın hansı 

əraziyə məxsus olduğuna diqqət yetirək. XI əsrdə Səlcuqlar Cənubi Azərbaycan ərazisinə gə-

ləndə Şəhrizor, Kirmanşah və  Daquqa  yörələri Ənnaz  oğulları tərəfindən tutulmuşdu. İbn  əl-

Əsir yazır ki, hicri 495-ci ildə (miladi 1101-ci ildə) bu bölgənin mühüm bir qismi bir çox oğuz 

əmirləri  kimi  təkbaşına  fəaliyyət göstərən  Qara  Beli adlı (yaxud ləqəbli) bir salur bəyi tərə-




358                                                         Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

findən fəth olundu. Bu salur bəyinin özündən bir daha bəhs edilmədiyinə baxmayaraq sonralar 



həmin  ərazinin  mənbələrdə  Beyt  ül-Qara  Beliyyə  (Qara  Beli  xanədanı)  adı  ilə  XII  əsr  boyu 

qeyd  olunur.  Hətta  əksər  mənbələrdə  bura  Qara  Beli  ölkəsi  adlanmış,  Bağdaddan  Marağaya 

gedən ana yolda, Dinavərlə Marağa arasındakı bir keçid də XII əsrin sonlarına qədər Qara Be-

linin adını daşımışdır (2). Beləliklə, məlum olur ki, Qaravəlli tayfası həmin mənbələrdə qeyd 

olunan  Qara  Beli  vilayətinin  əhalisinə  verilmiş  addır  və  Nadir  şah  dövründən  sonra  bu  tayfa 

Qaravəlli adlanmışdır. Bu tayfa oğuzların Salur boyuna məxsus olmuşdur. Məlumdur ki, Salur 

boyu  tarixdə  mühüm  rola  malik  bir  qövm  olmuş,  Qazi  Bürhanəddin  kimi  şəxsiyyətlər  yetiş-

dirmişdir. Hətta Kitabi – Dədə Qorqud dastanında Salurlar haqqında xüsusi qeyd olunur.  

Xəlilli  tayfası  XIII  -  XIV  əsrlərdə  Azərbaycan  ərazisinə  Hülakülər  tərəfindən  Qərbi 

Türküstan əyalətindən köçürülmüşdür. Tayfa ağ hunların qayı adlandırılan dəstəsinə daxil ol-

muşdur.  Tədqiqatlar  göstərir  ki,  bu  tayfa  əslində  oğuzların  Qayı  boyuna  məxsus  olmuşdur. 

Qayıların isə Osmanlı tarixindən əsrlər boyu necə böyük rol oynadığı məlumdur. 

Qoruqbağı  ərazisinə  Xəlillilər  Girdimançay  vadisində  Şirvan  düzündə  yerləşən  Ağsu 

rayonunun Xəlilli kəndindən gəlmişdir. Hələ XIX əsrin əvvəllərində Şirvan əyalətinin Xanço-

ban mahalına daxil olan Xəlilli kəndinin nüfusu 39 ailə idi. Yuxarıda mahal haqqında məlu-

matda  məhz  Xəlilli  toponiminin  adı  keçir.  Həmin  dövrdə  Xəlilli  kəndi  Şirvan feodallarından 

Qasım  bəyin  mülkiyyətində  olduğundan  xan  və  çar  xəzinəsinə  vergi vermirdi.  Xəlilli  kəndi 

getdikcə genişlənmiş, Ağsu rayonunun böyük kəndlərindən birinə çevrilmişdir.  

Müskürlü  tayfası  da  əvvəllər  Göyçay  qəzasının  Xançobanı  mahalında  yaşamışdır.  Bu 

tayfa  Şirvan  düzünə  XIX  əsrin  ortalarında  Quba  qəzasının  Müşkür  mahalından  köç  etmiş 

Azərbaycan tayfasıdır. Müşkür toponimi Samur və Vəlvələçay arasındakı Xəzəryanı düzənliyə 

verilmiş  addır.  Mənbələrin  əksəriyyətinə  söykənərək  bu  adın  massagetlərdən  (masqutlardan) 

qaynaqlandığını söyləmək mümkündür. Antik və İlk orta əsrlərdə sözü gedən ərazi Qafqaz Al-

baniyasının Çola vilayətinə daxil olmuşdur. Çola vilayətində isə albanlar, leqlər, gellər, mas-

kutlar,  xəzərlər,  hunlar  yaşayırdılar.  Əl-Bəlazurinin  verdiyi  məlumata  görə,  ərəb  sərkərdəsi 

Mərvan  ibn  Məhəmməd  VIII  əsrdə  İslamı  qəbul  etmiş  xəzərləri  Samur  və  Şabran  arasındakı 

Maskata köçürmüşdür (3).  

Sara Aşurbəyli qeyd edir ki, Müskür toponiminə ilk dəfə XII əsr gürcü  mənbələrində 

rast  gəlinmişdir.  Demək  olar  ki,  XII-XIII  əsrlərdən  etibarən  müskür  adı  işlədilməyə  başlan-

mışdır. Bu vaxta qədər isə ərazinin adı mənbələrdə Masqut formasında keçmişdir. Abbasqulu 

ağa Bakıxanov Gülüstani-İrəm əsərində qeyd edir ki, ilk dəfə Müskür adına XIII əsrdə rast gə-

linmişdir. Yuxarıda qeyd etdiyimiz kimi mənbələr Müskür adının massaget və ya maskut adı-

nın dəyişmiş fonetik adına uyğun gəldiyini qeyd edirlər. Müasir dövrdə Müskür və ya Müşkür 

sözü “qışlaq”  mənasını da  ifadə  edir.  Həqiqətən, bu ad  Müskür  mahalının  yerləşdiyi coğrafi 

əraziyə uyğun gəlir. Belə ki, bu ərazi qışlaq üçün yararlı bir yerdir. Yay aylarında maldarlıqla 

məşğul olan əhali dağlıq ərazilərə gedir, qış aylarında isə öz mahallarına qayıdırdılar (4).  

XVI  əsrdə  Səvəfi-Osmanlı  müharibəsi  zamanı  ələ  keçirilmiş  Azərbaycan  ərazilərində 

Osmanlıların həyata keçirdiyi inzibati bölgü içərisində Zərdab sancaqlığı və Müskür sancaqlı-

ğının adı çəkilir. Osmanlılar Şamaxı əyalətini 16 sancaqlığa bölmüşdü: Lahıc, Ağdaş, Qəbələ, 

Salyan,  Zərdab,  Şəki,  Bakı,  Sade-ru,  Qara  Ulus,  Axtı  və  İxir,  Diku  (bu  adın  Dəkkə,  indiki 

Dəkkəoba  olduğunu  ehtimal  etmək  olar),  Siryan  (Sirhan),  Osmani,  Xudaverd,  Mahmudabad, 

Ərəş  sancaqlıqları.  Dərbənd  əyaləti  isə  8  sancaqlığa  bölünmüşdü:  Dəmirqapı  (Sancaq  paşa), 

Şabran (Şaburan), Axtı, Quba, Müskür, Kürə, Çirak, Rustov sancaqlıqları (3).  

Abbasqulu  ağa  Bakıxanovun  məlumatlarından  aydın  olur  ki,  Qaravəlli  və  Müskürlü 

əhalisinin Zərdab ərazisinə köçməmişdən əvvəl yaşadıqları ərazi Şirvanşahlar dövlətinin tərki-



Ümummilli lider Heydər Əliyev – 

90                                                

359

 

Tarix və onun problemləri, № 2 2013 

 

binə  daxil  idi.  Buradakı  əhalinin  dini-dünyagörüşünə  diqqət  yetirdikdə  onların  İslam  dininin 



sünni məzhəbinin şafii qoluna mənsub olduqlarını görürük. Qoruqbağı kəndinin özü də hal-ha-

zırda vaxtilə Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuş Şirvan düzündə yerləşir (5).  

Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində Müskür əhalisi içərisindən çıxmış 

Mövlana  Şeyx  Molla  Yusif  Müskürlünün  və  1719-1721-ci  illərdə  Şirvan  üsyançılarının,  o 

cümlədən, 1721-1727-ci illərdə Şirvan əyalətinin hakimi olmuş Hacı Davud Müskürlünün adı-

nı çəkir (5).  

XIX əsrdə Şirvan düzünə köç etmiş müskürlü tayfasının adı həmin ərazidə yaşadıqları 

üçün bu cür adlanmışdır. Çünki Müskürlü adı konkret bir tayfa deyil, həmçinin, qədimdə Sa-

mur və Vəlvələçay arasında yaşamış ellərin ümumi adıdır. Hazırda Müskürlü toponimi Quba-

nın Müskür kəndi və Qəbələnin Qəbələ-Müskürlü kəndinin adında saxlanılmışdır.  

Müskür mahalı XIX əsrdə Müskür, Dədəli və onların ətrafındakı digər kiçik kəndlərin 

birləşmiş inzibati ərazisi idi.  

Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində öz dövrü haqqında yazdığı məlu-

matda  belə  qeyd  edir:  “Təbərsaran  (Tabasaran  –  T.Ə.)  mahalının  müəyyən  qismi,  Mağarti, 

Mərağə,  Xoçni  və  Çıraq  adlı  dörd  kənddə,  Dərbənd  şəhərində  və  onun  hər  iki  tərəfində  olan 

Ulus  və  Tərəkəmə  mahalındakı  kəndlərin  hamısında,  Tip,  Müskür,  Şabran  mahallarında  və 

Quba şəhərinin özündə, Salyan ilə Şirvanın digər mahallarında, Bakının altı tərəkəmə kəndin-

də və bütün Şəki ölkəsində əhalinin dili türkcədir. Bunlar əksəriyyətilə türkmən (azərbaycanlı-

lar da bura daxil edilir – T.Ə.), moğol və tatar nəslindən olub, bəziləri də, Osmanlı-Səfəvi mü-

haribələri zamanında, Səfəvilər dövründə və bundan sonra gəlmişlər” (5).  

T.T.Mustafazadə qeyd edir ki, Quba xanlığı zamanında Müskür mahalının əhalisi sünni 

məzhəbli olub əksəriyyəti türk dilində, bir hissəsi isə tat dilində danışırdı (6). Hazırda Qoruq-

bağı kəndində yaşayan və Azərbaycan türkcəsində danışmağına baxmayaraq müskürlülər tərə-

findən  tat  adlandırılan  əhali  də,  çox  güman  ki,  T.T.Mustafazadənin  qeyd  etdiyi  kimi,  vaxtilə 

Müskür mahalında yaşayan sünni məzhəbli əhali olmuş, XIX əsrin ortalarında Müskür maha-

lından gələn əhali ilə birlikdə burada məskunlaşmışdır. Qeyd edək ki, bu əhali də antropoloji 

cəhətdən kaspi tipinə aiddir və əslində ilk orta əsrlərdə tarixi Çola vilayətinin yerli alban tayfa-

larının davamçısıdır. Yuxarıda qeyd etdiyimiz kimi XIX əsrdə Müskürlü adı konkret bir tayfa 

deyil,  Samur  və  Vəlvələçay  ərazisində  yaşayan  ellərin  ümumi  adı  idi.  Onu  da  qeyd  etdik  ki, 

Abbasqulu  ağa  Bakıxanova  əsasən  XIX  əsrdə  Müskür  mahalında  əhalinin  hamısının  Azər-

baycan türkcəsində danışdığı məlumdur (5). Artıq bu dövrdə Qoruqbağı ərazisində məskunla-

şan mahal sakinlərinin hamısının Azərbaycan türkü olduğu və antropoloji cəhətdən dolixokran 

kaspi tipinə məxsus olması bir daha onların mənşəyinin avtoxton olduğunu göstərir. Hətta çar 

Rusiyası tərəfindən tərtib olunmuş xəritədə Bakı quberniyasının müasir Zərdab ərazisinə dü-

şən hissəsində əhalinin Azərbaycan tatarları olduğu göstərilir. O da məlumdur ki, çarizm döv-

ründə Azərbaycan türkləri rus tarixşünaslığında Azərbaycan tatarları adı ilə tanınırdı. Bir mə-

sələni də qeyd edək ki, İlk orta əsrlər dövründə Samur və Vəlvələçay hövzəsinə ərəblər tərə-

findən İslamı qəbul etmiş yüz min xəzər ailəsinin köçürüldüyü məlumdur. Bunu nəzərə alsaq, 

o zaman Qoruqbağı əhalisinin etnik mənşəyində xəzərlərin də mühüm rol oynadığını söyləyə 

bilərik.  Belə  ki,  Çola  əyalətində  məskunlaşmış  həmin  müsəlman  xəzərlər  İslamı  qəbul  etmiş 

albanlarla qaynayıb qarışmış və Müskür ərazisində yaşayan əhalinin əsas tərkib hissəsi olmuş-

dur.  Hətta  763-764-cü  illərdə  xəzərlərin  vaxtilə  Qafqaz  Albaniyasının  Əcəri  vilayətinə  daxil 

olmuş ərazilərə qədər yürüş etdiyi xatırlanır. Bu vilayət isə hazırki Ucar və Zərdab rayonları-

nın ərazisini əhatə etmişdir (7). Belə olduğu halda demoqrafik artımı nəzərə almaqla mahalın 

əhalisinin  genetik  mənsubiyyətində  xəzərlərin  də  rolu  olduğunu  qeyd  etməliyik.  Nəticədə 



360                                                         Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

Müskürlü adı ilə tanınan əhalinin vilayətdə yaşamış alban, masqut (massaget), xəzər və hunla-



rın birlikdə genetik kodunu daşıdığını söyləmək mümkündür. Bu isə Qoruqbağı ərazisində, o 

cümlədən  Zərdab  rayonunun  digər  dörd  kəndində  yaşayan  müskürlülərin  etnik  mənşəyini 

aydınlaşdırmaq üçün mühüm məlumatdır (8; 9; 10; 11).  

Müasir  dövrdə  Qubanın  Müskür  (Müşkür),  Qəbələnin  Qəbələ-Müskürlü  və  Zərdabın 

Qoruqbağı, o cümlədən, 4 müskürlü kəndində yaşayan əhali antropoloji cəhətdən kaspi tipinə 

məxsusdur.  

XIX  əsrdə  Qoruqbağı  kəndi  salınanda  burada  bir  çox  Qaradolaq  tayfaları  da  məskən 

salmışdır.  Qaradolaqlar  Qarabağ  xanlığı  zamanında  xanlığın  Şirvan  xanlığı  ilə  sərhəddində, 

yəni  Kür  çayının  sahilində  Qaradolaq  mahalında  yaşamışdır.  Mənşəyini  Nadir  şah  dövründə 

Dərviş Qulu və onun sonradan Pənahəli xan tərəfindən bəy rütbəsi ilə mükafatlandırılan Adı-

gözəl  bəy  və  İmamqulu  bəy  zamanından  götürən  bu  tayfanın  Qarabağ  xanlığının  Qaradolaq 

mahalında, qismən də Şirvan xanlığında Qarasubasar mahalında yaşadığı məlumdur. Qeyd et-

mək lazımdır ki, Müskür bəyləri ilə Qaradolaq bəyləri arasında hər zaman yaxın əlaqə olmuş-

dur.  T.C.Rəsulov  yazır  ki,  Qoruqbağı  meşəsi  Kür  çayının  sağ  sahilində  Qaradolaq  tayfasının 

məskunlaşdığı  Qaradolaq  bəylərindən  olan  Nəcəfqulu  bəyin  adı  ilə  adlanan  Nəcəfqulubəyli 

kəndinin ərazisində yerləşmişdir. Bu ərazidə Kür çayı planda əyri xəttli olduğundan (meandr-

lı), çayda süni üsulla düzləndirmə işləri aparılmışdır. Nəticədə meşəliyin bir hissəsi çayın sa-

hilində qalmış və Şirvan ərazisinə qatılmışdır (12).  

Qeyd olunan mənbələrin məlumatları, tarixi və etno-antropoloji materiallar Qoruqbağı 

əhalisinin  Azərbaycanın  alban  dövrü  əhalisinin  davamçısı  və  avtoxton  kaspi  tipinə  məxsus 

əhali  olduğunu,  tarix  boyu  Şirvan  ərazisində  yaşadığını  söyləməyə  əsas  verir.  Antropoloq 

İ.İ.Pantyuxov  Qafqaz  xalqlarının  antropoloji  təsnifatını  verərkən  Azərbaycan  əhalisinin  doli-

xokefal olduğunu yazır və cədvəldə Azərbaycan tatarlarının kəllə ölçülərini 77,6-79,1 olduğunu 

göstərir (13). Antropoloq K.H.Məmmədov Azərbaycan əhalisinin Kaspi tipinə aid olduğunu və 

dolixokefal baş quruluşuna malik olduqlarını göstərir (14; 15). Qoruqbağı əhalisinin də antropo-

loji tipi üçün məhz Kaspi tipi xarakterikdir və burada göstəricilər 77-79-dur. Bu bir daha Qoruq-

bağılıların Azərbaycanın qədim sakinlərindən olduğunu söyləməyə əsas verir (16; 17).  

 

ƏDƏBİYYAT 

1.Bayramova N. Şamaxı xanlığı, Bakı, Təhsil, 2009, 396 s.  

2.Sümər F. Oğuzlar, Bakı, Yazıçı, 1992, 432 s.  

3.Əliyev T.V. Qoruqbağı (Zərdab rayonu) əhalisinin etnik mənşəyi haqqında (arxeoloji, etno-

qrafik və antropoloji materiallar əsasında) / Ümummilli lider Heydər Əliyevin anadan olması-

nın 87-ci ildönümü münasibətilə BDU Tarix fakültəsi professor-müəllim heyətinin və magist-

rantlarının elmi-praktik konfransının materialları, Bakı, 2010, s. 117-120  

4.Ашурбейли С.Б. Государство Ширваншахов (ВЫ-ХВЫ вв.), Баку: Элм, 1983, 343 с.  

5.Бакиханов А. Гюлистани-Ирам, Баку, 1991, 305 с.  

6.Mustafazadə T.T. Quba xanlığı, Bakı, Elm, 2005, 480 s.  

7.Vəlixanlı N.M. Ərəb xilafəti və Azərbaycan, Bakı, Azərnəşr, 1993, 157 s.  

8.Piriyev V.Z. Azərbaycanın tarixi-siyasi coğrafiyası, Bakı, Müəllim, 2006, 147 s. 

9.Məmmədova F. Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası, Bakı, 1993, 260 s. 

10.Əliyev T.V. Xəzər xaqanlığının tarixnin öyrənilməsində arxeoloji tədqiqatların rolu // Tarix 

və onun problemləri, Bakı, 2012, N 2, s. 359-364  

11.Əliyev T.V. Əlican və Türyançay hövzəsi və xəzərlər (tarixi-arxeoloji materiallar və 

toponimlər əsasında) // Tarix və onun problemləri, Bakı, 2013, N 3, s.  




Ümummilli lider Heydər Əliyev – 

90                                                

361

 

Tarix və onun problemləri, № 2 2013 

 

12.Rəsulov T.C. Ağcabədinin Qaradolaq bəyliklərinin tarixi, Bakı, 2004, 67 s.  



13.Пантюхов И.И. Расы Кавказа, Тифлис, 1900  

14.Məmmədov K.B. Antropologiyanın əsasları, Bakı, 2006, 190 s.  

15.Məmmədov K.B. Ön Asiya əhalisinin antropologiyası haqqında / http: ulu turk yurdu 

Borchalı.com  

16.Qeybullayev Q.A. Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakl, Azərnəşr, 1994, 248s.  

17.Гейбуллаев Г.А. К этногенезу азербайджанцев (историко-этнографическое 

исследование), т.I, Баку, Элм, 1991, 552 с.  

 

ТАЛЕХ АЛИЕВ 

Институт Археологии и Этнографии НАНА 

научный сотрудник, диссертант 

 

ОБ ЭТНОГЕНЕЗЕ НАСЕЛЕНИЯ ГОРУГБАГЫ 

(на основе исторических и антропологических материалов) 

Статья посвящена истории и происхождению племена Мюскюрлу и Гаравелли на 

территории Горугбаги (Зердабский район), являющиеся одним из древних племена Азер-

байджана. Население Мюскюрлу, относящиеся к племенам албано-массагетов, принадле-

жит племени маскут. Название племени Мюскюрлу сохранило свое наименоание в топо-

нимах на территории Губа, Кабала и Зердаба. Средневековые источники, дав сведения о 

племени, отмечают их места проживания на Кавказе.  

Население Гаравелли, относящиеся к племенам огуз, принадлежит племени Салур. 

Название  племени  Гаравелли  сохранило  свое  наименоание  в  топонимах  на  территории 

Агджабеди, Имишли, Салиан и Зердаба.  



TALEH ALIYEV 

The Institute of Archaeology and Ethnography of NASA 

scientific worker, candidate for a degree  

 

ON THE GORUGBAGY'S POPULATION ETHNOGENESIS 

(on the basis of historical and anthropological materials) 

The article has been devoted to the history and the origin of the kins of Muskurlu and 

Garavelli – one of the ancient kins of Azerbaijan the territory of Gorugbaghi (Zardab region). 

Muskurlu population belong to the masgut kin from one of the Albano-massaget kins. Name 

of  the  Muskurlu  kin  has  kept  in  the  name  of  toponims  in  the  territory  of  Guba,  Gabala  and 

Zardab.  When  the  Middle  Age  sources  give  information  about  the  kin,  they  note  that  they 

lived in the Caucasus.  

Garavelli  population  belong  to  the  Salur  kin  from  one  of  the  Oghuz  tribes.  Name  of 

Garavelli kin has kept in the name of toponims in the territory of Aghjabedi, Imishli, Salyan 

and Zardab.  



 

 

Rəyçilər: t.e.d. A.Məmmədov, t.e.d.Q.S.İsmayılov 



AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu “İlk orta əsrlər arxeologiyası“ şöbəsinin 8.04. 

2013-cц il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №4). 

Yüklə 60,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə