Ümummilli lider Heydər Əliyev – 90 431



Yüklə 408,05 Kb.
Pdf görüntüsü
tarix08.09.2018
ölçüsü408,05 Kb.
#67479


Ümummilli lider Heydər Əliyev – 

90                                                

431

 

Tarix və onun problemləri, № 2 2013 

 

 



CƏMIL QULIYEV 

Lənkəran Dövlət Universiteti 

E-mail: cemil.quliyev.1983@mail.ru 

 

AZƏRBAYCANLI ƏHALIYƏ QARŞI HƏYATA KEÇIRILƏN 

SIYASI BƏRABƏRSIZLIYIN QAFQAZ ARXEOQRAFIYA KOMISSIYASININ 

AKTLARINDA ƏKS OLUNMASI 

 

Açar sözlər: Siyasi bərabərzislik, vəziyyət, Qafqaz, Arxeoqrafiya, Komissiya, Aktlar 



Ключевые слова: Политического неравенства, положении, Акты, Кавказ, 

Археография, Комиссии 

Key words: Political inequality, regard, Document, Caucasus, Archeografial, Commission 

 

Şimali Azərbaycanın Rusiya tərəfindən istila edilməsinin gedişində yeni inzibati siste-



mi  yaradılmağa başladı. Rus qoşunlarına  müqavimət göstərən xanlar hakimiyyətdən  məhrum 

edilir, xanlıqlar isə başda komendant olmaqla dairə və əyalətlərə çevrilirdilər. Komendantlar 

Qafqazdakı rus ordusunun baş komandanı tərəfindən mayor və daha yüksək rütbəli rus zabitlə-

rindən təyin olunurdu. Məsələn: Gəncə xanlığı hərbi cəhətdən tabe edilən kimi ləğv edildi və 

onun  yerində  başında  rus  zabiti  dayanan  hərbi  dairə  yaradıldı.  Bakıda  da  elə  belə  olmuşdu. 

Bəzi  hallarda  komendant  idarə  sistemi  tətbiq  edilməzdən  əvvəl  qısa  müddətə  keçid  sistemi 

yaradıldı. Quba xanlığı 1806–cı ildə işğal edildikdən sonra rus hərbi dairələrinin nəzarəti altın-

da yerli bəylərdən – naiblərdən təşkil olunmuş müvəqqəti orqan tərəfindən idarə olunan əyalə-

tə çevrildi. Yalnız 1810–cu ildə hakimiyyət komendanta verildi. Ölkənin yerdə qalan hissəsin-

də – Qarabağ, Şəki, Şirvan və Lənkəran xanlıqlarında işğalın birinci mərhələsində əvvəlki sis-

temi və idarə aparatı saxlanılmışdı. Bu xanlıqlar Rusiyaya ikitərəfli (dövlətlərarası) müqavilə 

əsasında,  silahlı  qüvvə  tətbiq  edilmədən  ilhaq  edilmişdi.  Məhz  buna  görə  də  onlar  özlərinin 

siyasi statusları ilə  fərqlənirdilər. Adları çəkilən xanlıqlar  Rusiya  imperiyası sistemində  asılı 

dövlət  qurumları  vəziyyətində  idilər.  Xanların  daxili  idarəçilikdə  hüquqları  əvvəlki  həcmdə 

saxlanılsa da, onların səlahiyyət və hakimiyyətləri xeyli dəyişikliyə məruz qalmaqla məhdud-

laşdırıldı. Belə ki, xanlıqların ərazisində rus hərbi qüvvələri yerləşdirilir, hakim vassaların öz-

ləri isə çar generalları  siyahısına daxil edilir  və Qafqazdakı hərbi  məsələlər üzrə baş  koman-

danın tapşırıqlarını yerinə yetirirdilər. Bununla belə, 20–ci illərə yaxın çarizm öz vassalarının 

xidmətindən imtina etməyi lazım bildi və bütün xanlıqlar ləğv edildi. Şəki xanlığında 1819–cu 

ildə,  Şirvan  xanlığında  1820–ci  ildə,  Qarabağ  xanlığında  1822–ci  ildə,  Lənkəran  xanlığında 

1826-cı ildə köhnə idarəçilik ləğv edilərək, komendantlıqlarla  əvəz  edildi. Aparılan tədqiqat-

lardan  məlum  olur  ki,  Qafqazın  ali  baş  komandanı  təyin  edilməsi  ilə  İ.V.Qudoviçə  Şimali 

Azərbaycan  ərazisində  “yarımçıq  qalmış  ərazi  məsələlərini”  həll  etmək  tapşırığı  verilmişdir. 

Əsas hədəf isə İrəvan və Naxçıvan xanlıqlarının zəbt edilməsi və Rusiya imperiyasına qatıl-

ması idi. [1; 627, 1258] 

Məlum  olduğu  kimi  iki  cəbhədə  müharibə  aparmağın  çətinliyini  nəzərə  çar  hökuməti 

danışıqlar aparmaq üçün kapitan Stepanovu İrana göndərmişdir. Cənubi Qafqazı güzəştə get-

mək  istəməyən  İran  tərəfi  isə  kapitan  Stepanovun  sülh  təkliflərini  qəbul  etməmişdir.  (Qeyd: 

Bu  təkliflərdə  iki  ölkə  arasında  sərhəd  xəttinin  İrəvan  xanlığı  da  daxil  olmaqla  Kür  və  Araz 

çaylarından  keçməsi nəzərdə  tutulurdu–C.Ə.) Rus qoşunları bundan bir bəhanə  kimi istifadə 

edərək 1808-ci ilin baharında İrəvan istiqamətində yenidən hücuma keçdilər. Irəvanı ələ keçir-



432                                                         Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

mək üçün uzun müddət hazırlıq görmüş rus qoşunları İrəvan, Qars və Axalsix tərəfdən İran və 



Türkiyə qoşunlarının gözlənilməz hücumlarının qarşısını almaq üçün Pəmbəkdəki Qarakilsə, 

habelə Dərəbaş, Hamamlı, Qacarabad, Gümrü kimi yerlərdə istehkamlar inşa etmişdilər. 1808-

ci  ilin  sentyabrında  Qudoviç  Pəmbəkdən  6  minlik  qoşun  və  12  topla  İrəvan  istiqamətində 

hərəkət etdi. N.F.Dubrovinin məlumatında isə rus qoşunlarının tərkibi 240 zabit və 7506 süva-

ri əsgərdən ibarət olduğu qeyd edilmişdir. Tarixi ədəbiyyatda 500 nəfərdən çox erməni süvari-

sinin  işğalçı  orduya  qoşulduğu,  “akt”larda  isə  ermənilərin  Rusiya  hakim  dairələrinə  müxtəlif 

məzmunlu  məktublar  göndərdiyi,  onları  özlərinin  “xilaskarı”  hesab  etdiyi,  rus  qoşunlarının 

İrəvanın  işğalına  şirnikləndirdiyi  və  səbirsizliklə  yolunu  gözlədikləri  əksini  tapmışdır.  Belə-

liklə, bir daha məlum olur ki, Azərbaycan torpaqlarında həyata keçirilən işğallarda təcavüzkar 

rus orduları və mənfur ermənilərin öz maraqları var idi. Əgər Rusiya Türkiyə və İran sərhədin-

də özü üçün möhkəm sədd yaratmaq istəyirdisə, ermənilər isə “yolunu səbirsizliklə gözlədik-

ləri rus qoşunlarının himayəsi” sayəsində dövlət sahibi olacaqlarına can atırdılar. [2; 122, 172] 

Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarıdan məlum olur ki, Rusiya dövlətinin İrə-

van xanlığını işğal etmək niyyətindən əl çəkməyəcəyini bilən Hüseynqulu xan Qacar hakimiy-

yətə gələn kimi dərhal müdafiə tədbirlərinə 1806–cı ilin dekabrında Zəngi çayından başlaya-

raq İrəvan qalasının ətrafındakı xəndəyi daha da dərinləşdirmiş, qalanı müdafiə edən qoşunla-

rın  sayını  artırmağa  başlamışdır.  Mənbələrdən  o  da  məlum  olur  ki,  rus  qoşunlarının  İrəvana 

hücuma ərəfəsində xan artıq İrəvan qalasını fransız mühəndislərinin köməyi ilə Avropa üslu-

bunda yenidən möhkəmləndirdi. Irəvanın qalın qala divarlarının çöl tərəfində səngərlər qazıldı 

və bu səngərlərə toplar düzüldü. Döyüşlərdə füqas adlı xüsusi bombalardan istifadə olunurdu. 

Qudoviçin  mərkəzə  göndərdiyi  məktublarından  məlum  olur  ki,  fransız  mühəndisləri  Üçkilsə 

monastrını da möhkəmləndirməklə məşğul olurdular. Hətta, fransızlar Qudoviçdən İrəvan di-

yarından çıxmasını tələb edirlər. O yazır: “... Mən qoşunlarımla Pəmbək istiqamətində hərəkət 

edərək İrəvan sərhədlərinə yaxınlaşmazdan əvvəl fransızlar öz mühəndis və zabitlərini...İrəvan 

qalası  və  Üçkilsə  monastrını  möhkəmləndirmək  üçün  göndərmişlər.”  Digər  bir  məktubunda 

isə Qudoviç bildirir ki, “fransızlar məndən İrəvan vilayətini tərk etməyi tələb edirlər, halbuki 

bu  yerlərə  mən  silah  gücü  ilə  sahib  olmuşam.”  Yeri  gəlmişkən  qeyd  edək  ki,  1807–ci  ilin 

mayın 4-də Fransa və İran arasında bağlanmış müqavilənin şərtlərinə əsasən Fransa İranın əra-

zisini  qorumağı,  Gürcüstanın  İrana  tabe  olmasına  nail  olmağı,  habelə  Gürcüstanı  ruslardan 

“təmizləməyi” öhdəsinə götürür, həmçinin İranı silahla təmin etməyə və qoşunu yenidən qur-

mağa söz verirdi. Aktlardan  məlum olur ki, İrəvan qalası Avropa hərbi qaydaları üzrə  möh-

kəmlənmiş, iki divarı, xəndəyi və torpaqdan düzəldilmiş səddə malik idi. Təpənin üstünə əv-

vəllər burada yerli hərbiçilər tərəfindən tətbiq edilməyən Kirteçlə işləyən toplar qoyulmuşdur. 

İrəvanlılar  fuqas  bombalarından  istifadə  edirdilər  ki,  bu  da  fransız  mühəndislərinin  fəaliy-

yətinin bəhrəsidir. [3; 126] 

Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarından məlum olur ki, Hüseynqulu xanın İrə-

van ətrafında möhkəm müdafiə tədbirlərinə baxmayaraq 1808-ci ilin sentyabrın 30-da ermənilərin 

yardımı ilə Üçkilsə rus qoşunları tərəfindən işğal edildi. Artıq oktyabrın 3-də Qudoviçin koman-

danlıq etdiyi rus qoşunları Zəngi çayını keçərək İrəvan qalasını mühasirəyə aldı. Qudoviç şəhər 

əhalisindən və İrəvan qalasının komendantı Həsən xandan təslim olmağı tələb etdi. Qraf Qudoviç 

əvvəlcə oktyabrın 4-də  İrəvan  əhalisinə  məktubla müraciət edərək onları könüllü şəkildə  təslim 

olmağa çağırdı, özlərinin və əmlaklarının toxunulmazlığına söz verdi. Məktubda daha sonra deyi-

lirdi: “...İrəvanın əvvəlki müvəffəqiyyətsiz mühasirəsindən (1804-cü il - C.Ə.) nümunə götürmə-

yin, onda vəziyyət tamamilə başqa idi, indi başqadır. ... tabeliyimdəki qoşunla nəinki İrəvan qala-




Ümummilli lider Heydər Əliyev – 

90                                                

433

 

Tarix və onun problemləri, № 2 2013 

 

sını məhv edərəm, hətta İranı belə keçərəm.” Göründüyü kimi, çar generalı lovğalanaraq irəvanlı-



ları təslim olmağa çağırırdı.[4; 330, 340, 385] 

İlk döyüşdə rus qoşunlarına məğlub olan Hüseynqulu xan da öz növbəsində bir sıra təd-

birlərə əl atdı. Tarixi ədəbiyyatdan məlum olur ki, xanın əsas məqsədi rus qoşunlarına kənar-

dan qəfil zərbələr endirməklə onları İrəvanın mühasirəsindən uzaqlaşdırmaq idi. Lakin Qudo-

viç  general–mayor  Portnyaginin  başçılıq  etdiyi  hərbi  hissəni  Hüseynqulu  xanı  təqib  etmək 

üçün göndərərək onun planını baş tutmağa qoymadı. “Akt”lardan məlum olur ki, oktyabrın 7–

də gecə polkovnik Simonoviçin başçılıq etdiyi dəstə qalanın şimal tərəfində yerləşən Təpəba-

şını, Borşovun dəstəsi Zəngi çayını keçərək qalanın cənub-qərbindəki Mağtəpə kurqanını, ma-

yor  Buxvotsovun  dəstəsi  isə  qalanın  cənub–şərqində  yerləşən,  ətrafı  bağlarla  əhatə  olunmuş 

Muğanlıtəpə kurqanını ələ keçirə bildi. Mənbə göstərir ki, İrəvan qalasını ələ keçirə bilməyən 

Qudoviç növbəti dəfə hədələyici və şirnikləndirici məktubla qalanın komendantı Həsən xana 

müraciət edir. Həmin məktubda isə Qudoviç Hüseynqulu xanı məğlub etdiyini, qala müdafiə-

çilərinə heç bir kömək gəlməyəcəyini bildirirdi. Qalanı könüllü təslim edəcəyi halda isə Həsən 

xanın azad buraxılacağı, Arazı keçməyə icazə veriləcəyi, əgər qalmaq istəsə, İrəvan qalası və 

şəhəri  istisna  olmaqla,  bütün  xanlığın  hakimi  təyin  olunacağına  Rusiya  imperatoru  adından 

söz  verilmişdi.  Tarixi  ədəbiyyatda  isə  qeyd  olunur  ki,  Həsən  xanın  oktyabrın  21–də  general 

Qudoviçə  göndərdiyi  cavab  məktubunda  qalanı  heç  bir  zaman  təslim  etməyəcəyini  bildir-

mişdi. Məlumatlar da təsdiqləyir ki, işğalçı qoşunlar ciddi dirənişlə qarşılaşmışdılar. [5, 81] 

İrəvanlıların inadkarlığı qarşısında  qalan  Qudoviç İrəvan  qalasının komendantı Həsən 

xanla yenidən danışıqlara başladı və ona şirnikləndirici məktubla müraciət etdi. Əvvəlki mək-

tublardan  heç  nə  ilə  fərqlənməyən  bu  məktubda  da  dəfələrlə  “möhtərəm  komendant”  ifadə-

sinin işlədilməsi taktiki bir gediş hesab olunmalıdır. Qudoviçin təslim olmaq tələblərinə cavab 

olaraq,  qala  komendantı  çar  zabitinə  yazırdı:  “Nə  olursa-olsun  biz  sizinlə  nəinki  qalanın 

içində, eləcə də açıq düzdə vuruşmağa hazırıq. Məlumunuz olsun ki, qala qarnizonu bu barədə 

artıq öz qərarını verib.” Yeri gəlmişkən, İrəvan xanının qardaşı Həsən xanın qəhrəmanlığını, 

hətta,  erməni  müəlliflərinin  özləri  də  etiraf  edirlər.  Baş  komandanın  qalanı  təslim  etmək 

tələbinə cavab olaraq Həsən xan yazırdı: “... Tələb edirsiniz ki, İrəvan qalasını könüllü təslim 

edim, əvəzində isə İrəvan xanlığını mənə verəcəksiniz. Əgər bu cür əməl yaxşıdırsa, onda siz 

İran hokmdarına qulluq edin ki, əvəzində İrəvan, Təbriz və başqa xanlıqları alasınız.” Təbii ki, 

bu  hal  rus  qoşunlarını  razı  sala  bilməzdi.  Digər  tərəfdən  mühasirənin  uzanması,  soyuqların 

düşməsi  və  ərzaq  çatışmazlığı  rus  qoşunlarının  vəziyyətini  getdikcə  çətinləşdirirdi.  Irəvan 

qalasına hücum planlaşdırılırdı. [6; 639] 

Qafqaz  Arxeoqrafiya  Komissiyasının  Aktlarından  məlum  olur  ki,  İrəvan  qalasına  hü-

cum 1808-ci ilin noyabrın 17-si səhər saat 5-ə təyin edilmişdi. Qalaya hücum edən rus qoşun-

larının sayı 4645 nəfər idi. Rusiya imperiyasının Xəzərsahili vilayətlərə yürüşünə dair dəyərli 

məlumat  verən  P.Q.Butkovun  tədqiqatlarından  məlum  olur  ki,  hücum  başlanan  kimi 

irəvanlılar  top  atəşləri  ilə  rusları  geri  oturtdular.  Rus  qoşunlarının  hazırladığı  nərdivanlar 

qalaya daxil olmağa kifayət etmədi. Nəhayət, 1000 nəfərə yaxın itki verən rus qoşunları hücu-

mu dayandırmağa məcbur oldu. “Akt”larda dərc edilmiş məlumatda isə rus qoşunlarından 17 

zabit, 269 əsgərin məhv edildiyi, 64 zabit və 829 əsgərin yaralandığı qeyd olunur. Bəhs olunan 

mənbə daha sonra yazır ki, şəhərə daxil ola bilməyəcəyinə əmin olan Qudoviç noyabrın 30–da 

səhər tezdən İrəvanın mühasirəsindən əl çəkərək rus qoşununa Tiflisə qayıtmaq haqqında əmr 

verir.  Dekabrın  1-də  Naxçıvanda  möhkəmlənən  rus  qoşunları  da  oranı  tərk  etməli  oldu. 

N.F.Dubrovinin məlumatları da irəvanlıların bu döyüşdə rus qoşunları üzərində parlaq qələbə 

çaldıqlarını təsdiq edir. Onun  yazdığına görə, rus ordusunun alayları elə vəziyyətə düşdü ki, 



434                                                         Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

təkrar  hücum  haqqında  düşünməyə  belə  dəyməzdi.  Məlumatlardan  da  göründüyü  kimi,  çar 



generalı Qudoviç İrəvan ətrafında rüsvayçı şəkildə məğlub olaraq geri çəkildi. Və bu, bir daha 

vətənin  yağı  tapdağına  düşməsinə  imkan  verməyən  xalqın  azərbaycanlıların,  irəvanlıların  fə-

dakarlığını  ortalığa  qoydu.  İrəvan  ətrafında  məğlubiyyətə  uğramış  rus  qoşunlarının  itkisinin 

Qudoviçin  çara  göndərdiyi  raportunda  az  göstərilməsi  də  diqqət  çəkən  məqamlardadır.  Bu 

məlumatda  guya  Rusiya  tərəfindən  17  zabit  və  269  əsgərin  öldürüldüyü,  64  zabit  və  829  əs-

gərin isə yaralandığı göstərilirdi. [7; 523, 526] 

Mənbələrdən məlum olur ki, İrəvanı ələ keçirmək ümidindən əli üzülən Qudoviç Nax-

çıvandan  geri  çəkilən  Nebolsinə  rus  qoşunları  ilə  getmək  istəyənləri  (Azərbaycana  xəyanət 

etmiş ermənilər nəzərdə tutulur - C.Ə.) Qarabağa aparmağı tapşırdı. Beləliklə məlumatlar da 

təsdiqləyir ki, rus qoşunlarının uğurlarında ermənilərin də payı az olmamışdır. Belə ki, ermənilər 

casusluqla məşğul olmaqla özləri üçün “lazımi zamanın” yetişəcəyinə ümid edirdilər. [8; 76] 

Tədqiqatlardan aydın olur ki, Rusiyanın Cənubi Qafqazdakı uğursuzluqları regionda in-

gilislərin fəallaşmasına səbəb oldu. Rusiya imperiyasının əleyhinə kampaniyaya başlamaq is-

təyən ingilislər İranın xarici siyasətində mühüm ro oynamağa başladılar. Bu məqsədlə ingilis 

hərbi mütəxəssislərinin bir dəstəsi Türkiyə ərazisindən İrəvana gəldi. Onların təkidi ilə İrəvan 

xanı Hüseynqulu xan 20 minlik qoşunla Türkiyə ərazisindən Gürcüstana hücum etdi. Lakin o, 

bu yürüşdə uğurlu nəticə əldə edə bilmədi. Təxmini hesablamalara görə, ermənilərin köçürül-

məsi İrana, əsasən Cənubi Azərbaycana 32 milyon manat ziyan vurmuş, bunun bütün ağırlığı 

yerli  əhalinin  üzərinə  düşmüş,  vəziyyəti  kəskin  şəkildə  pisləşmişdi.  Köçürülmə  Şimali  Azər-

baycanda  da  azərbaycanlıların  ən  məhsuldar  torpaqlarının  əllərindən  çıxması  ilə  nəticələn-

mişdi. Köçürmənin xərcləri də, demək olar ki, Cənubi Azərbaycan hesabına həyata keçirilmiş-

di. Beləliklə, çarizmin erməniləri İrandan Şimali Azərbaycanın qərb bölgələrinə və Qarabağa 

köçürməsi  siyasəti  azərbaycanlıların  öz  ata-baba  torpaqlarından  sıxışdırıb  çıxarmaq  məqsədi 

güdürdü və “erməni dövləti”nin yaradılmasına hazırlıq idi. Tarixi hadisələrin sonrakı gedişatı 

bir  daha  sübut  etdi  ki,  İran  erməniləri  Şimali  Azərbaycana  xüsusi  məqsədlə  onlara  burada 

“yeni vətən” yaratmaq məqsədilə köçürülmüşdü. [9; 244–245, 453] 

Dövrün mənbələrindən əldə olunan məlumatlara görə, İran hakim dairələri kimi Türki-

yə hökuməti də onun ərazisində səpələnmiş halda yaşayan ermənilərin ruslar tərəfindən köçü-

rülüb sərhəd boyunca ərazilərdə yığcam şəkildə yerləşdirilməsindən narahat idi. Ona görə də 

Osmanlı hökuməti bu köçürmənin qarşısını almaq məqsədilə Rusiya işğalları zamanı erməni-

lərin Türkiyədə etdiyi xəyanəti, törətdikləri vəhşilikləri bağışlamaq barədə qərar verdi və fev-

ralın 17-də yerlərdəki ermənilərə “əfvnamə”lər göndərdi. Türkiyə tərəfi, eyni zamanda, ermə-

nilərin  köçürülməsinin  qarşısını  almaq  məqsədilə  işğala  məruz  qalan,  lakin  Ədirnə  müqavi-

ləsinin  şərtlərinə  əsasən  Rusiya  tərəfindən  boşaldılmalı  olan  Ərzurum,  Qars,  Bəyazid,  Ələş-

gird və s. bölgələrə öz nümayəndələrini göndərdi. “Akt”lardan əldə olunan məlumatlara görə, 

Türkiyədən  köçürülən  ermənilər  Axıska,  Pəmbək–Şorəyəl  və  “Erməni  vilayəti”ndə  yerləşdi-

rildi.  Daha  sonra  məlum  olur  ki,  Türkiyə  paşalıqlarından  Rusiya  hüdudlarına  14044  erməni 

ailəsi köçürülmüşdür.  Ərzurumdan köçürülən 7288 erməni ailəsindən 5000–i, eləcə də Ərdə-

handan 67 erməni ailəsi Axıska paşalığı ərazisində, 1050 ailə Borçalı distansiyasında və Çalqa 

ətrafında, qalan 1305 ailə isə Pəmbək və Şorəyel distansiyalarında məskunlaşdırılmışdı. Qars-

dan köçürülən 2464 ailədən 2264–ü Pəmbək və Şorəyel distansiyalarında, 200–ü isə Talın ma-

halında,  Bayaziddən  köçürülən  4215  ailə  Göyçə  gölü  ətrafında  və  Baş  Abaranda  məs-

kunlaşdırılmışdı.  Həmin  sənədə  aid  əlavə  qeyddə  göstərilir  ki,  tam  və  dəqiq  hesabat  təqdim 

edilmədiyi  üçün  Türkiyədən  neçə  nəfərin  köçürüldüyü  dəqiq  göstərilməmişdir.  Lakin  hesab-

lama komissiyasının təxmini sayına görə, Osmanlı dövləti ərazisindən 84 min nəfərdən artıq 



Ümummilli lider Heydər Əliyev – 

90                                                

435

 

Tarix və onun problemləri, № 2 2013 

 

erməni və yunan köçürüldüyü məlum olur. Maraqlıdır ki, digər sənəddə Türkiyə vilayətlərin-



dən erməni və yunanlardan ibarət 14 mindən çox ailə (90 min nəfərə qədər) üçün 380 min rubl 

gümüş  pul  ayrıldığı  bildirilmişdi.  İ.Şopenin  apardığı  siyahıyaalmanın  nəticələrinə  görə, 

ümumiyyətlə,  1828-1829-cu  illər  Rusiya-Türkiyə  müharibəsindən  sonra  “erməni  vilayəti”nə 

Türkiyədən 21666 nəfər erməni, 324 nəfər  yezidi  kürd köçürülmüşdür. Köçürülən ermənilər 

əsasən keçmiş İrəvan xanlığının Qırxbulaq, Sürməli, Talın, Körpübasar, Abaran, Dərəçiçək və 

Göyçə mahallarının 129 kəndində yerləşdirildi. Azərbaycanlı əhaliyə qarşı rus müstəmləkəçi-

lərinin yaratdıqları qanunsuzluq, özbaşınalıq və soyğunçuluq rejiminin nədən qaynaqlandığını 

aydın  şəkildə  dərk  etmək  üçün  o  dövrkü  rus  dövlətinin  hərbi-bürokratik  mahiyyətini  və  xa-

rakterini açıb göstərmək lazım gəlir. Rus tarixçisi N.Yeroşkinin çarın gizli müşaviri Qreçin rus 

dövlət  maşınını  bürümüş  özbaşınalıq  haqqında  əlahəzrət  imperatora  1859–cu  ildə  təqdim 

etdiyi məruzədən gətirdiyi iqtibas bu baxımdan çox əhəmiyyət daşıyır. Müəllif yazır: “Yəni 60 

milyonluq  Rusiya  əhalisindən  8  ağıllı  nazir  və  50  ədalətli  qubernator  tapmaq  doğurdanmı 

mümkün deyil?” Müəllifin əsaslandığı o dövrün mənbələrində Rusiyanın dövlət sistemi “za-

hirən parıltılı, daxilən çürük” hesab edilmişdi. Bütün bunlar göstərir ki, Azərbaycan işğaldan 

sonra məhz belə bir çürük, qanunlarla deyil, fövqəladə hallarla, top və süngülərlə, özbaşınalıq 

və rüşvət sistemi ilə idarə olunan bir orqanizmə daxil edilmişdi. 1829-1830-cu illərdə mərkəz-

dən  Cənubi  Qafqaza  yoxlama  aparmaq  üçün  göndərilmiş  senatorlar  qr.  P.İ.Kutaysov  və 

Y.İ.Meçnikov  yazırdılar:  “...müsəlman  əyalətlərində  rəislərin  özbaşınalığından  və  əhalinin 

çəkdiyi əziyyətdən adam dəhşətə gəlir. Burada insan ləyaqəti tapdalanmış, hər cür ədalət unu-

dulmuş, qanun yalnız əsarət aləti olmuşdur.” [10; 478, 666] 

Beləliklə, məlumatlardan da göründüyü kimi, çar hökumətinin həyata keçirdiyi bu qanlı 

siyasət nəticəsində İrəvan xanlığında etnodemoqrafik vəziyyət ermənilərin xeyrinə dəyişdiril-

di, Rusiyanın əli və gücü çatan yerlərdə vəziyyətin erməni əhalisinin xeyrinə dəyişdirilməsinə 

cəhd göstərildi, azərbaycanlı əhalinin doğma yurd-yuvalarından didərgin salınmasının başlan-

ğıcı  qoyuldu.  İşğaldan  qabaq  İrəvan  xanlığının  əhalisinin  ¾-ü  təşkil  edən  azərbaycanlıların 

xüsusi çəkisi artıq 1834-1835-ci illərdə 46%-ə enmişdi. 1918-1920-ci illərdə İrəvanda daşnak-

lar  tərəfindən  100  minlərlə  azərbaycanlı  məhv  edildi  və  ya  öz  doğma  yurd-yuvalarından  qo-

vuldu. Belə  məqsədyönlü deportasiya və genosid siyasətinin  nəticəsidir ki, hal-hazırda Qərbi 

Azərbaycanda bir nəfər də olsun azərbaycanlı qalmamışdır. 

 

ƏDƏBİYYAT 

1.

 



AKAK, T.2., Тифлис, 1868, sənəd 1258 

2.

 



AKAK, T.5., Тифлис, 1873, sənəd 250 

3.

 



Əliyev F., Həsənov U. İrəvan xanlığı. Bakı, Şərq–Qərb, 2007, 144 səh. 

4.

 



İrəvan xanlıgı. Rusiya işgalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına 

köçürülməsi. Bakı. Azərbaycan, 2010, 620 səh. 

5.

 

Əliyev F., Əliyev M. Naxçıvan xanlığı. Bakı–Az.Nəşr., 1996, 106 s. 



6.

 

Шопен И.И. Исторический памятник состаяния Армянской области в зпоху ее 



присоединения к Российской империи. В Типографии Императорской Академии Наук. 

Спб., 1852, 990 стр. 

7.

 

AKAK, T.7., Тифлис, 1878, sənəd 566 



8.

 

Azərbaycan tarixi, VII cilddə, IV cild, Bakı–Elm, 2007, 504 səh. 



9.

 

AKAK, T.3., Тифлис, 1869, sənəd 725 



10.

 

 AKAK, T.4., Тифлис, 1870, sənəd 1112 



 


436                                                         Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

 



ДЖAМИЛЬ КУЛИЕВ 

Ленкоранский Государственный Университет 

 

ПОЛОЖЕНИИ ПОЛИТИЧЕСКОГО НЕРАВЕНСТВА 

ПО ОТНОШЕНИЮ К НАСЕЛЕНИЮ АЗЕРБАЙДЖАНА В ДОКУМЕНТАХ 

КАВКАЗСКОЙ АРХЕОГРАФИЧЕСКОЙ KОМИCСИИ 

 

В  статье  указывается,  на  состояние  политического  неравенства  созданного  со 

стороны  колонияльной  царской  Росии  в  начале  ХIХ  вв.  Северном  Азербайджана.  На 

основе авторского исследование, можно пологать, что основой политического неравен-

ства у всех народов олно начало, и очень много сходного основным занятием сельского 

хозяйство является земледелие, сеяние пщеницы, ячменя, риса. Все эти данные СОБРа-

ны,  на  основе  материалов  Кавказской  Археографической  Комисии  как  первоисточник 

по истории сельского хозяйство по Северному Азербайджану 



  

JAMIL GULIYEV 

Lenkaran State University 

 

THE POLITICIAL INEQUALITY IN REGARD OF THE POPULATION 

OF AZERBAIJAN IN ACCORDANS WITH THE DOCUMENTS OF 

THE ARCHEOGRAFIAL COMMISSION OF CAUCASUS 

 

Article is devoted to the situation of agriculture in the North Azerbaijan after occupying 

of by czar Russia in the beginning of 19–th century. The author comes to a conclusion that the 

same  situation  were  in  the  agriculture  in  the  all  of  khanates  as  a  result  of  researching.  All  of 

these  are  analyzed  on  the  basis  of  the  document  of  Archeological  Commission  of  Caucasus 

which is the first sources in the objective form 



 

Rəyçilər: t.ü.f.d. Ə.Baxşıyev, t.e.d.A.C.İsgəndərov 

Lənkəran Dövlət Universitetinin “Tarix və Fəlsəfə” kafedrasının 28.02.2013-cü il tarixli 

iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №06).

 

Yüklə 408,05 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə