Ümummilli lider Heydər Əliyev – 90 437



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
tarix23.09.2018
ölçüsü0,85 Mb.
#70328


Ümummilli lider Heydər Əliyev – 

90                                                

437

 

Tarix və onun problemləri, № 2 2013 

 

 



KƏMALƏ ALOYEVA 

Bakı Dövlət Universiteti, 

Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsi 

“Müasir dövrdə Yaxın və Orta Şərq ölkələrinin 

xarici siyasəti” ixtisası üzrə II kurs magistrant 

E-mail: aloyeva_kemale@mail.ru 

 

QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATI 

ÇƏRÇİVƏSİNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ-GÜRCÜSTAN ARASINDA 

ENERJİ SEKTORUNA ƏSASLANAN REGİONAL İNTEQRASİYANIN 

ƏSAS İSTİQAMƏTLƏRİ 

 

Açar sözlər: Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Azərbaycan, Türkiyə, Gürcüstan 

Ключевые слова: Организация Черноморского Экономического Сотрудничества, 

Азербайджан, Турция, Грузия  

Keywords: Black Sea Economic Cooperation Organization, Azerbaijan, Turkey, Georgia 

 

Qara dəniz regionu Fars körfəzindən sonra  yer üzündəki ən geniş neft yataqlarına sa-



hibdir. Xəzər hövzəsindəki 200 milyard barel səviyyəsində neft yatağından başqa dünya təbii 

qaz  ehtiyatının  da  27%-i  bu  bölgədədir.  QDİƏT-in  geostrateji  əhəmiyyəti  həm  əhatə  etdiyi 

coğrafi sahədə əhəmiyyətli miqdarda neft və təbii qaz yataqlarına sahib olmasından, həm də 

Qərb dünyasına istiqamətlənmiş enerji nəqliyyatı yollarının bu torpaqların üzərindən keçmə-

sindən qaynaqlanmaqdadır.  

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı dünyanın xüsusilə enerji sahəsindəki əhəmiy-

yətli istehsalçı ölkələri ilə istehlakçı ölkələrini öz əhatəsində birləşdirməkdədir.  

Qara  dəniz  regionu  ölkələri  ilə  əməkdaşlıq  iqtisadi  baxımdan  Azərbaycan  üçün  daha 

çox əhəmiyyətlidir. Bizim üç iri neft kəmərinin ikisinin enerji resurslarımızı Qara dəniz liman-

larına nəql etməsi dediklərimin əyani sübutudur. Lakin bu təşkilatın bizim üçün həm də siyasi 

əhəmiyyəti  vardır.  Azərbaycan  üçün  ərazi  bütövlüyünün  bərpa  edilməsi  prioritet  məsələdir. 

QDİƏT-ə üzv ölkələr bir təşkilat olaraq ölkəmizin ərazi bütövlüyünü tanıyır.

 

   


1994-cü il sentyabrın 20-də Bakıda xarici ölkələrin iri neft şirkətləri ilə Xəzərin Azər-

baycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən 

hissəsinin birgə işlənməsinə dair hasilatın pay bölgüsü sazişinin – “Əsrin müqaviləsi”nin im-

zalanması ölkəmizin neft sənayesinin qapılarını xarici sərmayədarların üzünə açdı. Azərbayca-

nın yeni neft strategiyası Türkiyə ilə Azərbaycanın neft sənayesi sahəsində əməkdaşlığı üçün 

də geniş imkanlar açdı. "Əsrin  müqaviləsi"nin imzalanması imkan  verdi ki, Xəzərin neft-qaz 

ehtiyatları dünyada ilk dəfə olaraq Qara dəniz və Aralıq dənizləri ilə beynəlxalq bazarlara nəql 

edilsin.  Azərbaycanda  1992-ci  ildə  fəaliyyətə  başlayan  Türk  Petrolları  Anonim  Ortaqlığı 

(TPAO)  şirkəti  “Əsrin  müqaviləsi”ndə  6.75  faizlik  pay  əldə  etdi.  TPAO  şirkəti  “Şahdəniz” 

yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişində isə 9 faiz iştirak payına ma-

likdir. Bundan başqa, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin reallaşdırılması 

məqsədilə  yaradılmış  BTC  Ko-nun  səhmdarlarından  olan  TPAO  şirkəti  həmin  layihədə  6,53 

faizlik iştirak  payına  malikdir. Ötən illərdə  TPAO  şirkəti Azərbaycanın neft və qaz layihələ-

rinə 1.8 milyard dollardan artıq sərmayə yönəldib. Bu da ölkəmizdə fəaliyyət gostərən BP, Ek-

sonMobil və Statoyldan sonra dördüncü nəticədir. Azərbaycan Dövlət Neft Şirkəti ilə Türkiyə-



438                                                         Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

nin nəhəng tikinti təşkilatlarından sayılan “Tekfen” şirkəti arasında “Azfen” birgə müəssisəsi-



nin yaradılması bu sahədə atılmış ilk uğurlu addım olmuşdur. 1996-cı ildə Azərbaycanın in-

şaat bazarına daxil olan “Azfen” birgə müəssisəsi Bakı-Supsa boru kəmərinin tikintisini mü-

vəffəqiyyətlə başa çatdırmışdır. 1999-cu ilin yazında istismara verilmiş bu kəmərlə indiyədək 

45  milyon  tondan  artıq  neft  ixrac  olunub.  “Azfen”  birgə  müəssisəsinin  “Tekfen”  şirkəti  ilə 

birlikdə yerinə yetirilmiş layihələr arasında Səngəçal terminalının tikintisi xüsusi yer tutur. 

Azərbaycan Prezidenti Heydər Əliyev də öz çıxışlarında, nitqlərində dəfələrlə QDİƏT-

in perspektivlərindən və mövcud əməkdaşlıq əlaqələrindən danışıb, mümkün əməkdaşlıq sahə-

lərini  qeyd  edərək,  elektroenergetika  sahəsində  əməkdaşlığın  ümidverici  olduğunu,  QİƏT-in 

üzvü olan ölkələrin elektroenergetika sistemlərini birləşdirmək layihəsini Avropa-Asiya ener-

getika sisteminin işlənib hazırlanmasında mühüm addım hesab etdiyini bildirirdi.  

Eyni zamanda, Türkiyənin də dövlət və hökumət başçıları dünya bazarlarına enerji ehti-

yatları, mal göndərmək üçün yeni infrastrukturun bərqərar olmasında, habelə Avropa Birliyi-

nin  maliyyələşdirdiyi  Avropa-Qafqaz-Asiya  nəqliyyat  dəhlizi  -  TRASEKA  layihələrində, 

elektrik enerjisi sistemlərinin birləşdirilməsində və bir sıra digər layihələrdə ölkələrinin iştirak 

etmək  istəyini  bildirir,  bu  istiqamətdə  müxtəlif  proqramların  həyata  keçirilməsinin,  böyük 

nəqliyyat infrastrukturunun yaradılmasının gələcək iqtisadi inkişafları və qarşılıqlı əlaqələrinin 

genişlənməsi üçün mühüm şərtlərdən biri olduğunu qeyd edirlər. 

Gürcüstan  regionda  Azərbaycanın  ən  yaxın  müttəfiqlərindən  biridir.  SSRİ  dağılandan 

sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraq-

ların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında partnyorluq münasibətlərinin  yaran-

masına gətirib çıxardı. Bu gün Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-

Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommuni-

kasiya  layihələri  birləşdirir.  Qeyd  olunan  layihələr  həmin  ölkələri  bir-birinə  strateji  cəhətdən 

bağlayır. Siyasi yaxınlaşma iqtisadi inteqrasiya fonunda baş verir və strateji xarakter alır. 

1998-ci  il  sentyabrın  7-8-də  keçirilmiş  Tarixi  Böyük  İpək  yolunun  bərpası  üzrə  Bey-

nəlxalq Konfransın işində iştirak etmək üçün Gürcüstan prezidenti E.Şevardnadzenin başçılıq 

etdiyi nümayəndə heyətinin Bakıya səfəri, 1998-ci il oktyabrın 7-də Azərbaycanın Gürcüstan-

la sərhədində  yeni körpünün açılışında Azərbaycan və Gürcüstan prezidentlərinin, 1999-cu il 

aprelin 17-də isə Azərbaycan, Ukrayna və Gürcüstan dövlət başçılarının Bakı-Supsa neft kə-

mərinin  təntənəli  açılışı  mərasimində  iştirak  etmələri  qarşılıqlı  əlaqələrin  möhkəmlənməsinə 

və regional əməkdaşlığın inkişafına təkan verdi. 

1999-cu  il  aprelin  17-də  müstəqil  Azərbaycanın  tarixində  fövqəladə  əhəmiyyətli  daha 

bir  hadisə  baş  vermişdir.  Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyev,  Gürcüstan 

Prezidenti Eduard Şevardnadze və Ukrayna Prezidenti Leonid Kuçmanın iştirakı ilə Bakı-Sup-

sa  neft  kəməri  və  Gürcüstanın  Qara  dəniz  sahilindəki  Supsa  ixrac  terminalı  istismara  veril-

mişdir.  "Çıraq"  yatağından  hasil  olunan  neftin  Supsa  limanından  dünya  bazarlarına  ixracına 

başlanmış və ilk dəfə olaraq Azərbaycan nefti şimala yox, qərbə istiqamət götürmüşdür. 

Gürcüstanın  Azərbaycanla  strateji  tərəfdaşlığını  rəsmiləşdirən  məqamlardan  biri  kimi 

2002-ci ilin aprelində  Türkiyənin  də imzaladığı “Trabzon razılaşması”nı  göstərmək olar.  Re-

gionun enerji təhlükəsizliyi və müstəqilliyini təmin etmək üçün üç ölkənin daxili işlər nazirlə-

rinin imzaladığı bu sənəd terrorizm və aqressiv separatizmə qarşı mübarizədən tutmuş, çirkli 

pulların yuyulması və neft-qaz borularının birgə mühafizəsinədək kifayət qədər geniş spektri 

əhatə edir. 

Bu ölkələrin əməkdaşlığının əsasını Xəzərin karbohidrogen resurslarına əsaslanan ener-

ji layihələri təşkil edir. Azərbaycanla Türkiyə arasında əlaqələrin inkişafına səbəb məhz son il-



Ümummilli lider Heydər Əliyev – 

90                                                

439

 

Tarix və onun problemləri, № 2 2013 

 

lərdə iki ölkə arasında müxtəlif sahələrdə imzalanmış müqavilələrdir. Həmin illərdə Azərbay-



can, Türkiyə və Gürcüstan arasında əməkdaşlığın vacib elementlərindən biri Azərbaycan, Gür-

cüstan və Türkiyə arasında daha sıx əməkdaşlıq üçün əsas yaradan, hər iki ölkənin həyatında 

tarixi  əhəmiyyətə  malik  olan  Bakı-Tbilisi-Ceyhan  (BTC)  neft  boru  xətti,  Bakı-Tbilisi-Ərzu-

rum təbii qaz boru xətti, Nabukko qaz kəməri və Azərbaycan və Türkiyə arasında 2012-ci ilin 

noyabr ayında təsdiqlənmiş Trans-Anadolu təbii qaz boru xətti (TANAP) layihələridir. 

Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru xətti 

Türkiyənin enerji istehlakını qarşılamaq üçün ehtiyac duyduğu təbii qaynaqların başın-

da neft gəlməkdədir. 2009-cu ilin hesablamalarına görə, Türkiyədə hasil ediləbiləcək neft miq-

darı  878  milyon  tondur.  2009-cu  ildə  Türkiyədə  bütövlükdə  2.2  milyon  ton  neft  hasil  olun-

muşdur. Ancaq həmin il Türkiyənin istehlak etdiyi neft miqdarı 35.2 milyon ton olmuşdur. Öz 

neft  istehlakını  qarşılamayan  Türkiyə  2009-cu  ildə  təxminən  33.1  milyon  ton  neft  idxal  et-

mişdir.  

Türkiyə  ilə  Azərbaycan  arasında  BTC-nin  qurulması  məqsədilə  çalışmalar  SSRİ-nin 

dağılmasından sonra başlanmışdır. Bu məqsədlə 1992-1997-ci illərdə Türkiyə, Azərbaycan və 

Gürcüstan  arasında  baş  tutmuş  danışıqların  ardından  1999-cu  ildə  ABŞ  prezidenti  Bill 

Clintonun şahidliyi ilə İstanbul protokolu imzalandı. 2002-ci ilin aprel ayında Bakıda və Ada-

nada təməli qoyulan BTC neft boru xəttinin açılışı 2006-cı ildə həyata keçirilmişdir.  

Bu kəmərin ümumi uzunluğu 1769 km (Azərbaycan hissəsi 443 km, Gürcüstan hissəsi 

250 km, Türkiyə hissəsi 1076 km), diametri  1070  mm, illik keçirmə qabiliyyəti 50  mln. ton, 

ümumi dəyəri büdcəyə görə 2,95 mlrd. ABŞ dollarıdır. Kəmərin tikilişinə sərmayə qoyuluşu-

nun səhmdarları BP (30,1%) ARDNŞ (25%), Yunokol (8,90%), Statoyl (8,71%) TPAO (Türk 

Petrolları Anonim Ortaqlığı) (6,53%), ENİ (5%), TotalFinaElf (5%), İtoçi (3,40%), İNPEKS 

(2,50%), KonokolFillips (2,50%) və Amerada Hess (Hess öz payını 2012-ci ilin sentyabrında 

Hindistanın ONGC (ONGC.NS) şirkətinə satmışdır.) (2,36%) şirkətlərindən ibarətdir. 

 

 

 

40 illik bir müddət üçün hazırlanmış BTC neft boru xəttinin illik 375 milyon barrel neft 



daşıma qabiliyyəti vardır. Türkiyə keçid vergisi və istifadə xidmətləri qarşılığında 1-16 illəri 

arasında 140-200 milyon dollar, 17-40 illəri arasında isə təxminən 200-300 milyon dollar gəlir 




440                                                         Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

əldə edəcəkdir.  



BTC xətti sadəcə Azərbaycan neftinin deyil, Qazaxıstan neftinin də Qərbə çatdırılması-

na imkan verməsi səbəbiylə Türkiyənin Qərb-Şərq enerji koridoru olması siyasəti baxımından 

da böyük önəmə malikdir.  

BTC  Azərbaycan  neftini  Gürcüstan  üzərindən  Türkiyənin  Ağdəniz  sahillərinə  daşıyan 

neft boru xəttidir. BTC əslində Xəzər, Qara dəniz və Ağ dənizi bir-birinə bağlayan xətdir. Ey-

ni şəkildə BTƏ təbii qaz boru xətti də təbii qaz baxımından bu imkan yaradır. 



Bakı-Tbilisi-Ərzurum (BTƏ) təbii qaz boru xətti 

BTƏ  təbii  qaz  xəttinin  istifadəyə  verilməsiylə  Azərbaycan  təbii  qazı  Bakıdan  Tbilisi 

üzərindən Ərzuruma çatmaqdadır. 

Azərbaycanın təsdiqlənmiş ümumi təbii qaz ehtiyatları 1 trilyon kubmetr, təsdiqlənmə-

miş ehtiyatlar isə 4-5 trilyon kubmetr təşkil edir. Bundan Şah-Dəniz yatağının payına 1.15 tril-

yon  kubmetr  düşür.  (Digərləri  isə:  Abşeron  –  3  trilyon  kubmetr,  Bulla-Dəniz  –  25  milyard 

kubmetr, Cənubi-Qərb Qobustan 20-25 milyard kubmetr). 

1999-cu ildə nəhəng  Şahdəniz qaz-kondensat  yatağı aşkar edildi və bununla Azərbay-

canla Türkiyə arasında təbii qazın satışı və alışı sahəsində əməkdaşlığın qurulması üçün zəmin 

yaradıldı.  2001-ci  il  martın  12-də  Azərbaycan  Prezidenti  Heydər  Əliyevin  Türkiyəyə  rəsmi 

səfəri  zamanı  "Azərbaycan  təbii  qazının  Türkiyə  Respublikasına  tədarük  edilməsinə  dair 

Azərbaycan və Türkiyə Respublikaları arasında təbii qazın satışı və alışı haqqında müqavilə" 

imzalanmışdır. 

“Şahdəniz” yatağının ilkin işlənmə mərhələsi layihəsinə 2003-cu ilin fevral ayında start 

verilmişdir. Ötən müddətdə layihə çərçivəsində bir sıra nəhəng tikinti işləri həyata keçirilmiş, 

Xəzər dənizində analoqu olmayan yeni platforma inşa olunmuş, qazın sahilə nəqli üçün sualtı 

boru  kəməri  çəkilmişdir.  Bundan  əlavə,  “Şahdəniz”  qazının  dünya  bazarına  çıxarılmasını 

nəzərdə tutan Cənubi Qafqaz boru kəməri tikilib istifadəyə verilmişdir. Yatağın istismarına isə 

təqribən  5  il  əvvəl  başlanılmış  və  ötən  müddətdə  Azərbaycan  qazının  dünya  bazarına  ixracı 

uğurla davam etdirilmişdir. 

Cənubi Qafqaz boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəlcə Gürcüs-

tana,  2007-ci  ilin  iyul  ayından  etibarən  isə  Türkiyəyə  “Şahdəniz”  qazını  çatdırır.  Cari  ilin  9 

ayında adı çəkilən kəmərin orta gündəlik ötürmə gücü 14 milyon kubmetr mavi yanacaq təşkil 

etmişdir ki, bu da təqribən 91 min barel neft ekvivalentinə bərabərdir. Göründüyü kimi, ölkə-

mizi dünyanın potensial qaz ixracatçısına çevirmiş “Şahdəniz” yatağının birinci işlənmə mər-

hələsi  uğurla  həyata  keçirilir.  Növbəti  illərdə  layihə  çərçivəsində  platformadan  qazılan  yeni 

quyuların istismara  verilməsi ilə  əlaqədar  qaz hasilatı xeyli artacaq. Şah-Dəniz layihəsi üzrə 

danışıqlar bir sıra şirkətlərlə aparılırdı və hal-hazırda onun iştirakçıları bunlardır: BP Amoco 

25.5%;  Statoyl  (Norveç)  25.5  %;  ARDNŞ  10%;  LukAcip  (RF  +  İtaliya)  10%;  TotalFinaElf 

(Fransa); OİEC (İRİ) 10%; TPAO (Türkiyə) 9%. Şah-Dəniz üzrə PSA (hasilatın pay bölgüsü 

sazişi) 1996-cı ilin iyun ayında imzalanıb. 

Ehtiyatları  1,2  trilyon  kubmetr  qaz  və  240  milyon  tondan  artıq  kondensat  həcmində 

qiymətləndirilən  "Şahdəniz"  yatağı  hazırda  dəniz  akvatoriyalarında  işlənilən  ən  iri  qaz-kon-

densat yataqlarından biridir. 2006-cı ildən isə yataqda hasilata başlanılmışdır. Hazırda burada 

orta  gündəlik  hasilatı  21  milyon  kubmetr  qaz  və  5  min  ton  kondensat  olan  4  quyu  istismar 

edilir.  "Şahdəniz-1"  layihəsi  üzrə  hasil  olunan  qazın  Gürcüstan  və  Türkiyəyə  ixrac  edilməsi 

məqsədilə  Cənubi  Qafqaz  Boru  Kəməri  (Bakı-Tbilisi-Ərzurum)  tikilib  istifadəyə  verilmişdir. 

2006-cı  ildən  etibarən  bu  yataqdan  hasil  olunan  qaz  Səngəçal  terminalında  ilkin  emaldan 

keçirilərək ümumi uzunluğu 997 kilometr, ötürmə qabiliyyəti ildə 20 milyard kubmetr təşkil 



Ümummilli lider Heydər Əliyev – 

90                                                

441

 

Tarix və onun problemləri, № 2 2013 

 

edən Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə Gürcüstana və Türkiyəyə ixrac olunur. 



Təsdiqlənmiş  inkişaf  konsepsiyasına  əsasən,  ikinci  mərhələdə  hasilat  ildə  16  milyard 

kubmetr səviyyəsinə çatdırılmalı, 30 hasilat quyusu istismara verilməlidir. İkinci mərhələ üzrə 

ilk qazın hasilatı 2017-ci ilə proqnozlaşdırılır. 

Sənayesi inkişafda olan bir ölkə olaraq Türkiyə təbii qaz ehtiyacını da tam olaraq qar-

şılaya bilmir. Türkiyə bu ehtiyacını da qarşılamaq üçün idxal etmək məcburiyyətindədir.  

Azərbaycan  təbii  qazının  Gürcüstan  və  Türkiyə  üzərindən  beynəlxalq  bazarlara  çatdı-

rılması  məqsədilə  2001-ci  ildə  müqavilə  imzalanmışdır.  Bu  müqavilənin  birinci  maddəsinə 

əsasən Azərbaycan ildə 6.6 mlrd. kub metr təbii qazı Türkiyəyə verməli və Türkiyə də bu qazı 

satın almalıdır. Eyni zamanda, verilən qazın Türkiyənin ehtiyacını keçdiyi zaman Türkiyə ar-

tıq olan qazı ixrac edə bilər. Bu xəttin fəaliyyətinə 2007-ci ildə başlanmışdır.  

Layihənin  ilkin  məqsədi  hasil  olunacaq  təbii  qazın  Gürcüstan  ərazisiylə  Türkiyəyə 

satılması idi. Bunun üçün 12.03.2001-ci il tarixində Türkiyə (Enerji və Təbii Ehtiyatlar Naziri) 

və  Azərbaycan  (Baş  nazirin  müavini)  arasında  Hökumətlərarası  Saziş  (İnter-Govermental 

Agreement) imzalanmışdır. 

Hökümətlərarası saziş Azərbaycan tərəfindən 26.10.2001-ci il tarixində, Gürcüstan tə-

rəfindən 19.12.2001-ci il tarixində, Türkiyə tərəfindən isə 28.12.2001-ci il tarixində ratifikasi-

ya olunmuşdur. Azərbaycan və Gürcüstan arasında isə ayrıca olaraq Tranzit Saziş (Transit Ag-

reement)  imzalanmışdır.  “Təbii  qazın  alqı-satqısı  üzrə  Saziş”-ə  əsasən,  Bakı-Tiflis-Ərzurum 

layihəsinin icra müddəti 15 ildir. 2005-2006-cı illərdə satılacaq təbii qazın həcmi 2 mlrd kub-

metr  (ildə)  təşkil  edirsə,  bu  həcmin  2007-ci  ildən  sonra  (2020-ci  ilədək)  6.6  mlrd  kubmetrə 

çatdırılması planlaşdırılırdı. Kəmərin illik buraxış qabiliyyəti isə 24 mlrd kubmetrdir, lakin 30 

mlrd  kubmetrə  qədər  də  artırıla  bilər.  Layihənin  dəyəri  2.6  mlrd  dollar  təşkil  edirdi,  lakin 

2002-ci  ilin  yayında  Şah-Dəniz  yatağının  operatoru  BP  şirkəti  birdən-birə  bu  vəsait  həcmini 

3.2 mlrd dollara qaldırmışdır. BTC əsas ixrac neft kəməri layihəsindəki kimi də, layihə xərclə-

rinin  70  faizi  beynəlxalq  maliyyə  təsisatları  tərəfindən  maliyyələşdirilməlidir.  Hal-hazırda 

ARDNŞ-in layihədəki 10 faizinin (təxminən 320 milyon dollar) maliyyələşdirilməsinin EBRD 

öz üzərinə götürmüşdür (bu haqda razılıq noyabrın əvvəlində əldə edilmiş və müvafiq sənədlər 

EBRD  və  ARDNŞ  arasında  11.12.2002-ci  ildə  imzalanmışdır).  2007-ci  ilin  iyul  ayından  isə 

Azərbaycanın Şahdəniz  yatağından çıxarılan  qazın Türkiyəyə ixracı başlayıb. Qaz  Türkiyəyə 

Cənubi  Qafqaz  boru  kəməri  ilə  ötürülür.  Hazırda  Şahdəniz  yatağından  Azərbaycan  sutka 

ərzində təxminən 5 mln. kubmetr qaz alır. Bu qaz yeraltı anbarlara vurulur. Hazırda Şahdəniz 

yatağında istismar üçün 3 quyu tam hazır vəziyyətdədir. 



Nabukko qaz kəməri 

Azərbaycan  Türkiyə  arasında  gələcək  yönlü  investisiya  layihələrindən  ən  əsasını 

Nabucco qaz kəməri tutur. Nabukko qaz kəməri - Xəzər bolgəsi və Orta Şərq təbii qaz ehtiyat-

larını  Avropa  bazarlarına  çatdırmağı  nəzərdə  tutan  qaz  kəməri  layihəsidir.  Bolqarıstandan 

başlayıb Rumıniya, Macarıstandan kecərək Avstriyaya qədər uzanması planlaşdırılan bu xəttin 

ümumi uzunluğu 3 300 km-dir. Nabukko Təbii Qaz Boru Xəttinin minimum 25, maksimum 

31 milyard barrel illik daşıma həcminə sahib olması və 2012-ci ildə istismara verilməsi nəzər-

də  tutulur.  Xəttin  ümumi  xərclərinin  təxminən  8  milyard  dollar  olacağı  ehtimal  edilir.  3 300 

kilometrlik bu boru xətti layihəsində OMV (Avstriya), Bulgargaz (Bolqarıstan),MOL (Maca-

rıstan),  Transgaz  (Rumıniya)  və  BOTAŞ  (Türkiyə)  iştirak  edir.  Alman  RWE  Qaz  Şirkəti  5 

fevral 2008-də Vyanada təşkil olunan iclasda Nabukkonun altıncı ortağı olmuşdur. Həmçinin, 

Fransa şirkəti olan Gas da France də bu layihəyə qoşulmaq istəyini bildirmişdir. 

Avropa İttifaqı Nabucco qaz kəmərinin reallaşmasında Azərbaycanı ən real tərəfdaş he-



442                                                         Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

sab edir. Qurumun energetika üzrə komissarı Günter Ottinger Avropanın qazla təmin edəcək 



kəmərin perspektivlərini açıqlayıb. 

 

 



 

Avropa  İttifaqı  yaxın  illər  ərzində  “Nabucco”  qaz  kəməri  ilə  mavi  yanacaq  alacağına 

ümid  edir.  Bu  layihə  ilə  bağlı  Azərbaycan  Hökümənin  konkret  planları  da  var.  Bu  fikirləri 

Brüsseldə Avropa İttifaqının energetika üzrə komissarı Günter Ottinger jurnalistlərə açıqlama-

sında bildirib. Onun sozlərinə  görə  Azərbaycan  Avropa  ucun  onəmli bir dövlətdir. Nabucco 

qaz kəmərinin yaxın 2-3 ildən sonar işə düşməsi isə bütün Avropa ölkələri üçün mühüm əhə-

miyyət kəsb edir. Günte Ottingerin sozlərinə görə, rəsmi Bakı Azərbaycanın növbəti 5-8 il ər-

zində “Nabucco” vasitəsilə ildə 21 mlrd. kubmetr qaz satmağa hazır olduğunu bildirib. Turk-

mənistan tərəfi isə ildə 10 mlrd. kubmetr “mavi yanacaq” satmağa razıdır. Nəticədə, hər iki öl-

kə tərəfindən satılacaq qaz, kəmərin tam doldurulması üçün kifayət edəcək. Nabucco” qaz kə-

məri layihəsinin dəyərinə gəldiksə isə qurum  numayəndəsi əlavə edib ki,  bu vəsait 7,9  mlrd. 

avro  təşkil  edir.  Tikinti  işlərinin  2011-2012-ci  illərdə  başlayacağı  gözlənilir  və  qazın  nəqli 

2014-2015-ci ildə reallaşacaq. Bu qaz kəməri Bakı-Tiflis-Ərzurum qaz kəmərinin ardı olacaq 

və  Xəzər  qazının  Azərbaycan,  Gürcüstan,  Türkiyə,  Bolqarıstan,  Macarıstan,  Rumıniya  və 

Avstriyadan keçməklə Avropaya çatdırılmasının təmin edəcək. “Nabucco” qaz kəməri layihə-

sinin  iştirakçıları  artıq  gələn  ilin  ortalarında  qaz  nəqlinə  dair  ilk  müqavilələrini  imzalamağı 

planlaşdırırlar. Bu məqsədlə artıq Azərbaycanla danışıqlar  yenidən aktivləşib. Qeyd edək ki, 

oturmə gücü illik 31 milyard m3 olacaq Nabucco kəmərinin açılışı 2015-ci il üçün planlaşdı-

rılıb. 2011-ci ilin sonlarından  etibarən investisiya  qoyuluşuna başlanacaq  və  layihəyə  8  mil-

yard dollar sərmayə qoyulacaq. Konsorsium rəhbəri bildirib ki, əsas odur ki, Xəzərdə bu kə-

mərlə  daşınmaq  üçün  yetərincə  qaz  ehtiyatı  var  indi  isə  qalır  muqavilələri  bağlamağa,  çünki 

artıq bu mərhələnin vaxtı çatıb. Xatırladaq ki,"Nabucco İnternational Pipeline" layhəsinin rəh-

bəri Reyhard Mitçek isə hələ sentyabrda Azərbaycanı "Şahdəniz"  yatağının ikinci fazasından 

qaz əldə olunana qədər digər mənbələr hesabına kəmərə qaz verməyə dəvət etmişdi. Bu gün-

lərdə  Türkmənistan  rəhbərliyi  də  bəyan  edib  ki,  Türkmənistan  sahib  olduğu  qazı  lazım  olan 

olkələrə  satdıqdan  sonra  da  əlində  illik  daha  40  milyard  m3  əlavə  qaz  qalır  ki,  bu  qazı  da 

Nabucco vasitəsilə Avropaya sata bilər. 



Ümummilli lider Heydər Əliyev – 

90                                                

443

 

Tarix və onun problemləri, № 2 2013 

 

Trans-Anadolu təbii qaz boru kəməri (Trans Anadolu Pipeline - TANAP) 

2012-ci  il  iyunun  26-da  İstanbulda  imzalanmış  TANAP  layihəsi  də  Türkiyə-Azərbay-

can  qardaşlığının  və  əməkdaşlığının  yeni  bir  strateji  simvolu  olaraq  görülməlidir.  Bu  layihə 

qaynaq və diversifikasiyanı təmin edərək Xəzər hövzəsi və Orta Asiya təbii qazının Türkiyə 

üzərindən Avropaya nəqlini həyata keçirməklə enerji təhlükəsizliyinin təmin olunmasına kö-

mək edəcək. 

7 milyard dollara başa gələcək bu layihə Avropa üçün Ankara və Bakının strateji önə-

mini daha da artırmış olacaq. 

Azərbaycanın Xəzər dənizindəki qaz yataqlarından hasil olunan təbii qaz bu layihə çər-

çivəsində Avropaya çatdırılacaq. 

 

 



 

Türkiyə ərazisindən keçəcək Trans-Anadolu qaz kəməri Türkiyə-Gürcüstan sərhədi ilə 

Türkiyə-Avropa  sərhədini  birləşdirəcək.  Beləliklə,  Azərbaycan  qazı  bu  marşrutla  Avropaya 

çatdırılacaq.  Layihənin  80  faizlik  hissəsi  Azərbaycana,  20  faizlik  hissəsi  isə  BOTAŞ-TPAO 

ortaqlığına aiddir. 

2013-cü  ilin  yazında  tikintisinə  başlanılacaq  və  beş  ilə  tamamlanması  planlaşdırılan, 

ildə 24 milyard kubmetr təbii qaz nəql edə biləcək bu boru kəməri Türkiyə iqtisadiyyatı, habe-

lə Avropanın enerji təhlükəsizliyi üçün böyük əhəmiyyətə malikdir. Bu layihə təkcə ölkələri-

miz arasında strateji əməkdaşlığı dərinləşdirməyəcək, eyni zamanda, Türkiyə ərazisində Azər-

baycan ilə Avropa arasında daha sıx əlaqələri təmin edəcəkdir. 



"Azerbaijan-Georgia-Romania Interconnector" (AGRI) layihəsi 

Azərbaycan, Gürcüstan və Rumıniya arasında "Azerbaijan-Georgia-Romania Intercon-

nector" (AGRI) layihəsinin reallaşması ilə bağlı "Qaz tədarükü sahəsində əməkdaşlıq haqqın-

da" anlaşma Memorandumu 2010-cu il aprelin 13-də Buxarestdə imzalanıb.  

Birinci  mərhələdə  Rumıniyaya  2,5  milyard  kubmert  mavi  qazın  ötürülməsi  planlaş-

dırılır. Nəzərə alsaq ki, 2009-cu ildə ölkədə 28 milyard kubmetr mavi qaz hasil edilib və ilkin 

mərhələdə 2,5 milyard kubmetr qazın ötürülməsinə problem olmayacaq. Xüsusilə, "Şahdəniz" 

layihəsinin  2-ci  fazası  istifadəyə  verildikdən  sonra  hasilatın  70  faiz  artması  gözlənilir.  O  ba-

xımdan, Azərbaycan üçün alternativ kəmərlərin olması vacib məsələdir.  

Növbəti  mərhələdə  bu  həcmin  8  milyard  kubmetrə  qədər  artırılması  nəzərdə  tutulur. 

Xərc-gəlir  təhlilinin  nəticələri  göstərir  ki,  indiki  halda  AGRI  layihəsinin  reallaşma  imkanları 



444                                                         Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

çox böyükdür. 



AGRI layihəsi vasitəsilə yalnız Azərbaycan mavi qazı ötürüləcək. 

2011-ci  il  sentyabrın  14-də  Bakıda  Azərbaycan,  Gürcüstan,  Rumıniya  və  Macarıstan 

AGRI layihəsi üzrə Bakı Bəyannaməsini imzalayıblar.  Sənəddə qeyd olunur  ki, AGRI çərçi-

vəsində işlərin gücləndirilməsi Azərbaycan qazının Avropa bazarlarına nəqlinin nisbətən daha 

qısa  marşrutunun  tapılmasını,  Rumıniya-Macarıstan  (Arad-Şeqed)  interkonnektorunun  yara-

dılmasını nəzərdə tutur. 

Bundan  əvvəl  Rumıniyada  AGRI  layihəsi  çərçivəsində  yaradılan  birgə  müəssisə  yeni 

layihənin  texniki-iqtisadi  əsaslandırması  (TİƏ)  və  maliyyələşdirmə  mənbələrinin  axtarışı  ilə 

məşğul olacaq. Şirkətin iştirakçıları Rumıniyanın ROMGAZ, Gürcüstanın Neft-Qaz Korpora-

siyası,  ARDNŞ  və  MVM  şirkətləridir.  Birgə  müəssisənin  iştirakçılarının  hər  biri  25  faizlik 

iştirak payına malikdir. 

Layihə Xəzər qazının Gürcüstanın Qara dəniz sahili vasitəsilə Şərqi Avropaya tədarü-

künü nəzərdə tutur ki, bu qaz da xüsusi terminalda mayeləşdirilərək, tankerlərlə Rumıniyanın 

Konstansa limanı terminalında nəql olunacaq. Gələcəkdə maye qaz təbii qaz halına gətirilərək, 

ölkə ərazisində mövcud olan qaz infrastrukturu vasitəsilə Rumıniya və digər Avropa ölkələri-

nin qaz tələbatını ödəmək üçün istiqamətlənəcək. 

Azərbaycan qazını Avropa Birliyinə üzv ölkələrə ixrac etmək üçün Konstansadan Bol-

qarıstan və Macarıstana iki ayrı boru kəməri çəkilməsi də nəzərdə tutulur. Layihə çərçivəsində 

Konstansa (Rumıniya) və Kulevi (Gürcüstan) limanlarında maye qaz terminalları yaradılacaq. 

 

 



 

Gözlənilir ki, Türkmənistan layihədə tədarükçü kimi iştirak etməklə, maye qazı sonra-

dan onun Avropaya tranziti üçün Xəzər ilə Azərbaycana tədarük edə bilər. 

Layihənin gücündən asılı olaraq, onun dəyəri 1,2 milyardla 4,5 milyard avro arasında 

dəyişir. 

Tranzit ölkə kimi layihənin reallaşmasının Gürcüstan üçün vacibdir. Hazırda Rumıniya 

mavi qaza olan tələbatının 70 faizini daxili mənbələr hesabına ödəyir. Amma yaxın ildə Rumı-

niyanın mavi qaza olan tələbatında daxili hasilatın payı 70 faizdən 40 faizə qədər azalacaq. O 




Ümummilli lider Heydər Əliyev – 

90                                                

445

 

Tarix və onun problemləri, № 2 2013 

 

baxımdan Ruminiya üçün layihənin strateji əhəmiyyəti var. Azərbaycan bu sammitlə Avropa-



nın enerji təhlükəsizliyinin formalaşmasında aparıcı ölkə olduğunu diqqətə çatdırır. 

Azərbaycan  QDİƏT-in  müxtəlif  platformalarında  fəal  iştirak  edir  və  gələcəkdə  bu 

regional  təşkilatın  effektivliyinin  artırılmasında  maraqlıdır.  Azərbaycan  regiona  növbəti  20 

ildə  investisiya  məkanı  üçün  prioritet  kimi  baxır.  Təkcə  Türkiyədə  SOCAR-ın  layihələri  va-

sitəsilə investisiyaların həcmi 2020-ci ilədək 10-dan 17 mlrd. dollara kimi artırılacaq. Region-

da  investisiya  siyasətindən  danışarkən  qeyd  etmək  lazımdır  ki,  Gürcüstanda  investisiyaların 

ümumi həcmi 3  mlrd.  dollara  çatıb.  SOCAR  Rumıniya  istiqamətində  AGRI  qaz  layihəsinin, 

Balkana çıxmaqla Trans-Adriatik boru kəməri layihəsinin reallaşmasında, həmçinin Yunanıs-

tan,  Ukrayna,  Moldovanın  yanacaq  infrastrukturunun  inkişafında  iştirak  edir.  Azərbaycan 

həmçinin Serbiya, Gürcüstanda çoxmilyonlu layihələrə kredit verir. 



 

ƏDƏBİYYAT 

1.Əliyev H. Müstəqilliyimiz əbədidir. 19 cilddə. Bakı: Azərnəşr, 1998-2004. 

2.Həsənov Ə. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı: 

Azərbaycan, 2005, 752 s.  

3.Petrol İşleri Genel Müdürlüğü, Yıllar İtibariyle Türkiye’nin Ham Petrol Üretimi, (Erişim) 

http://www.pigm.gov.tr/yillara_gore_petrol_uretimi.htm, 4 Ocak 2009 

4.The Europa World Year Book 2003 By Ed 2002 43rd, Taylor & Francis Group 

5.Harvard Black Sea Security Program 2007. 

6.http://www.enerji.gov.tr/duyurular/2009_yili_genel_enerji_dengesi.pdf 

7.www.bsec-organization.org - QİƏT-in rəsmi saytı 

8.http://mfa.gov.az/index.php - Xarici İşlər Nazirliyinin rəsmi saytı 

9.http://icbss.org/index.php - QİƏT-in beynəxalq mətbuat mərkəzi 

10.http://www.access.ch/tuerkei/GRUPF/bsecr.htm 

11.http://www.transport.ru/bsec/mpa991118.html. 

 

KЯМАЛЯ АЛОЕВА 

Бакинский Государственный Университет, 

Магистр II курса факультета Международных отношений и экономики 

по специальности «Внешняя политика Ближнего и Среднего Востока на 

современном тапе» 

 

 «ОСНОВНЫЕ НАПРАВЛЕНИЯ РЕГИОНАЛЬНОЙ ИНТЕГРАЦИИ 

АЗЕРБАЙДЖАН-ТУРЦИЯ-ГРУЗИЯ, ОСНОВАННЫЙ НА ЭНЕРГЕТИЧЕСКИЙ 

СЕКТОР В РАМКАХ ОРГАНИЗАЦИИ ЧЕРНОМОРСКОГО 

ЭКОНОМИЧЕСКОГО СОТРУДНИЧЕСТВА» 

 

В статье анализируется проекты в сфере энергетики, которые будут проводится в 



ближайщем  будущем  между  Азербайджаном-Турцией-Грузией  в  рамках  Организации 

Черноморского  Экономического  Сотрудничества.  Это  статья  изучает  влияние  этого 

сотрудничества  на  региональные  интеграционные  процессы  между  странами  произво-

дителями  и  потребителями  в  сфере  энергетики.  Автор  в  статье  указывает,  как  влияет 

реализация энергетических проектов на экономику всех трех стран: Азербайджан-Тур-

ция-Грузия.  



 


446                                                         Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

 



KAMALA ALOYEVA 

Baku State University 

Master II of the faculty of International Relations and Economics 

specialty "Foreign Policy and the Middle East in the modern Tape" 

 

"GUIDELINES FOR THE REGIONAL INTEGRATION OF AZERBAIJAN, 

TURKEY AND GEORGIA, BASED ON THE ENERGY SECTOR IN THE 

FRAMEWORK OF THE BLACK SEA ECONOMIC COOPERATION" 

 

The article analyzes the energy projects, which will be held in the near future between 



Azerbaijan,  Turkey  and  Georgia  in  the  framework  of  the  Black  Sea  Economic  Cooperation. 

This  article  examines  the  impact  of  this  cooperation  for  regional  integration  among  the 

countries of producers and consumers in the energy sector. Author of the article points out the 

effect  of  the  implementation  of  energy  projects  in  the  economies  of  all  three  countries: 

Azerbaijan, Turkey and Georgia.  

 

 



Rəyçilər: s.e.n.K.K.Məmmədov, t.e.d.M.B.Fətəliyev 

Beynəlxalq münasibətlər kafedrasının 25 dekabr 2012-ci il tarixli iclasının qərarı ilə çapa 

məsləhət görülmüşdür (protokol №5).

 

Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə