ÜmummiLLİ Lİder heydəR ƏLİyevin azərbaycan diLİ VƏ ƏLİfbasinin iNKİŞafinda rolu



Yüklə 263,27 Kb.
Pdf görüntüsü
tarix19.10.2018
ölçüsü263,27 Kb.
#74605


  

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN AZƏRBAYCAN DİLİ VƏ ƏLİFBASININ İNKİŞAFINDA ROLU 

 

 

 



Ana dili hər bir  xalqın  milli  sərvəti,  həmin  xalqın varlığının  təsdiqidir.  Dil millətin  formalaşmasında  vacib 

olan amillərdən biridir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə, onun dilində öz əksini 

tapır.  Dilini  itirən  xalq  məhvə  məhkumdur.  Azərbaycan  dili  də  Azərbaycan  xalqının  milli  sərvətidir  və 

xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir. 

Azərbaycan  dilinin  bugünkü  inkişaf  səviyyəsi  xalqımızın  dünyanın  ən  qədim  xalqlarından  biri  olduğunu 

təsdiqləyir. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik 

olan,  min  illərin  müxtəlif  burulğanlarından  alnıaçıq,  üzüağ  çıxaraq  müasir  dövrə  gəlib  çatmış  ən  böyük 

dəyərimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. 

 

Ana  dilimizin  inkişafına  dövlətin  həmişə  xüsusi  diqqəti  və  qayğısı  olub.  Sovet  dövründə  quruluşun 



müəyyən  təzyiqlərinə,  diktələrinə  baxmayaraq,  ümummilli  lider  Heydər  Əliyev  Azərbaycan  dilinin 

respublikada  dövlət  dilinə  çevrilməsində  əsl  fədakarlıq  göstərmişdir.  Ana  dilinin  inkişafı  ilə  əlaqədar  ulu 

öndərin müntəzəm imzaladığı fərman və sərəncamlarda, eləcə də çıxış və məruzələrində, tövsiyələrində 

vaxtaşırı ortaya çıxan problemlərin həlli vacib sayılırdı. 

 

1995-ci  ildə  ilk  milli  Konstitusiyamıza  Azərbaycan  dili  dövlət dili  kimi  daxil  edildi.  2001-ci  ilin  iyul  ayında 



Ulu öndər Heydər Əliyev "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman imzaladı. Eyni 

zamanda, o zaman Dil Şurası da yaradıldı. Bunu ardınca isə Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə 

imzaladığı  fərmana  əsasən,  avqustun  1-i  respublikamızda  Azərbaycan  Əlifbası  və  Azərbaycan  Dili  Günü 

kimi təsis olundu. 

 

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü ölkəmizdə ən əziz günlərdən biri kimi qeyd olunur. 



Çünki milli varlığımızın əsas atributlarından olan Ana dilimizlə bağlıdır. Dil millətin simasını səciyyələndirən 

amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli 

dövlətçilik  tarixinin  qızıl  səhifəsidir.  Bu  məqam  millətin  millət  olaraq  təsdiqidir.  Çünki  dilin  dövlət  dili 

statusuna  yüksəlməsi  millətin  öz  taleyinə  sahibliyinin,  dövlət  qurmaq  və  qorumaq  qüdrətinin,  eyni 

zamanda  dilinin  zənginliyinin  sübutudur.  Bu  gün  Azərbaycan  dilinin  dövlət  statuslu  dillər  arasında 

olmasına  görə  bu  dilin  mənəvi  dirilik  atributuna  çevrilməsi  yolunda  böyük  fədakarlıqlar  göstərmiş 

ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq. Ulu öndər milli-mənəvi dəyərlərimizin ən qiymətlisi 

və  bir  millət  kimi  milli  varlığımızın  rəmzi  olan  Azərbaycan dilinin  saflaşdırılması  və  inkişafı  istiqamətində 

çox  mühüm  addımlar  atıb.  Ölkəmizdə  Azərbaycan  dilinin  hərtərəfli  inkişafı,  işlək  dilə  çevrilməsi, 

beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər 

Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. 

 

Ümumiyyətlə,  dünyanın  böyük  liderləri  içərisində,  o  cümlədən  türk  dünyasında  Heydər  Əliyev  qədər  dil 



məsələsini dövlət siyasəti səviyyəsinə qaldıran lider olmayıb. Bu amilin çox böyük  əhəmiyyəti var. Çünki 

bu amil millətin özünüdərki üçün çox mühüm məsələ idi. Amma Ulu öndər Heydər Əliyev bunu milli dəyər 

səviyyəsinə qaldırdı. 

 

  




Azərbaycanın  sovet  imperiyasının  tərkibində  olduğu  illərdə  dilimizə  qarşı  hücumlar  başlamışdı.  “Sovet 

xalqı”  formalaşdırmaq  adı  altında  müxtəlif  xalqların  dilini,  mədəniyyətini,  milli  kimliyini  yox  etməyə 

yönələn  siyasət  Azərbaycanda  da  özünü  göstərirdi.  Belə  ki,  ölkədə  rəsmi  dövlət  dili  rus  dili  idi,  rəsmi 

tədbirlərdə  bir  qayda  olaraq  rus  dilində  çıxışlar  üstünlük  təşkil  edirdi.  Oxşar  vəziyyət  özünü  radio, 

televiziya  və  mətbuatda  da  göstərirdi.  Ölkədə  elə  bir  psixoloji  mühit  yaradılmışdı  ki,  hətta,  bəzən  sıravi 

insanlar  arasında  da  Azərbaycan  dilində  danışmaq,  rus  dilini  bilməmək  qəbahət  hesab  olunurdu.  Lakin 

Azərbaycanda siyasi hakmiyyətə gələn Ümummilli lider Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək 

oldu. 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ulu öndər müxtəlif tədbirlərdə Azərbaycan 

dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərdi. O, həmçinin, rusdilli məktəblərdə Azərbaycan dilində 

dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də vermişdi.  

 

Bunlarla  yanaşı,  Ulu  öndər  1978-ci  ildə  tarixi  bir  uğura  imza  atdı.  Belə  ki,  həmin  ildə  qəbul  olunan 



Azərbaycan  SSR-in  Konstitusiyasında  ilk  dəfə  olaraq,  rus  dili  ilə  yanaşı,  Azərbaycan  dili  rəsmi  dil  statusu 

əldə  etdi.  Ulu  öndər  Heydər  Əliyev  Azərbaycan  dövlətinin  rəhbəri  olduğu  ilk  illərdən  ana  dilinin  sosial-

siyasi,  ideoloji  problemləri  ilə  bilavasitə  məşğul  olub.  Tarix  üçün  o  qədər  də  böyük  olmayan,  təxminən 

onillik  bir  müddətdə  görkəmli  dövlət  xadimi  həqiqətən  böyük  tarixi  olan  işlər  həyata  keçirib.  Birincisi, 

Azərbaycan  dili  dövlət  dili  olaraq  Azərbaycan  SSR-in  müvafiq  qanunlarında  (xüsusilə  Konstitusiyada)  öz 

əksini  tapıb,  Moskvanın  etirazlarına  baxmayaraq,  respublikada  rus  dili  ilə  yanaşı,  Azərbaycan  dilinin  də 

rəsmiliyi təmin edilib.  

 

İkincisi,  Azərbaycandilli  məktəbin,  maarifin  inkişafına  xüsusi  qayğı  göstərilib,  bir  sıra  digər  Sovet 



respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük verilib. Üçüncüsü, 

Azərbaycan  dilində  mətbuatın,  elmin  tərəqqisi  üçün  dövlət  rəhbərliyi  əlindən  gələni  edib,  Azərbaycanın 

böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazıb, Azərbaycan Yazıçılar İttifaqının aparıcı 

mətbuat orqanları - “Azərbaycan”, “Ulduz” jurnalları, “Ədəbiyyat və incəsənət” qəzeti Azərbaycan dilində 

nəşr edilib. Dördüncüsü, Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş bir ardıcıllıqla araşdırılıb, 

çoxcildlik  “Müasir  Azərbaycan  dili”  kitabları  yaradılıb,  həmin  çoxcildliklərdən  biri  -  ali  məktəblər  üçün 

“Müasir  Azərbaycan  dili”  dərsliyi  Azərbaycan  Dövlət  mükafatına  layiq  görülüb,  ana  dilini  araşdıran 

alimlərin  əməyi  yüksək  qiymətləndirilməklə,  əslində,  ana  dilinin  nüfuzu  bir  daha  təsdiq  edilib.  Beşincisi, 

həm rəsmi, həm də qeyri-rəsmi yığıncaqlarda, məclislərdə Azərbaycan dilində danışmaqdan çəkinməyən 

respublika  rəhbəri  praktik  olaraq  ana  dilinin  ictimai-siyasi  mövqeyinin  yüksəlməsinə  bilavasitə  təsir 

göstərib,  başqalarına  nümunə  olub.  Bütün  bunlar  onu  göstərir  ki,  Azərbaycan  xalqının  Ümummilli  lideri 

Heydər  Əliyevin  hazırlayıb  həyata  keçirdiyi  dil  siyasəti  Onun  dövlət  quruculuğu  siyasətinin  tərkib  hissəsi 

olub.  Ali  məktəblər  üçün  yazılmış  “Müasir  Azərbaycan  dili”  dərsliklərinin  Respublika  Dövlət  mükafatına 

layiq  görülməsi,  anadilli  ədəbiyyatın  inkişafı  üçün  hər  cür  şəraitin  yaradılması,  Azərbaycan  ədəbiyyatı 

klassiklərinin  təbliği  məhz  bunun  nəticəsi  idi.  O  zaman  sovetlərin  tərkibində  olan  türk  dövlətlərinin 

mərkəzi  şəhərlərində  demək  olar  ki,  ana dilində məktəb  yox  idi.  Amma Azərbaycanda  rus  dilinin  təzyiqi 

ana dilimizi sıxışdırıb çıxardacaq səviyyədə deyildi. Biz Heydər Əliyevə həm də ona görə Ümummilli lider 

deyirik  ki,  O,  yalnız  dövləti  yox,  milləti birləşdirəcək  bütün  dəyərləri  qoruyub  mühafizə  edirdi  və  onların 

inkişafı üçün proqramlar müəyyənləşdirdirirdi. Bunların ən mühümlərindən biri də dil məsələsi idi. 

 

Heydər Əliyevin siyasətçi kimi uzaqgörənliyi ondan ibarət idi ki, bu məsələləri tədricən çox təmkinlə, ağılla 



və ustalıqla reallaşdırdı. Demək olar ki, O heç bir mərhələdə geri çəkilmədi.  


 

Bununla belə, ana dili problemi bu gün yenə də bir müddət aktual problem olaraq qalırdı, buna görə də 

dövlət  tərəfindən  bu  problemin  həlli  üçün  müxtəlif  tədbirlər  görülürdü.  Azərbaycan  müstəqillik 

qazandıqdan sonra qəbul edilmiş bir sıra qanun və qərarlar dilin inkişaf etməsi üçün yollar açmışdır. 1995-

ci il noyabrın 12-də qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili 

elan  olundu.  Konstitutsiyanın  21-ci  maddəsində  deyilir:  "Azərbaycan  Respublikasının  dövlət  dili 

Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir". 

 

Ümummilli  lider  Heydər  Əliyev  müstəqillik  illərində  Azərbaycan  dilinin  qorunub  saxlanılması,  onun 



zənginləşdirilməsi istiqamətində də böyük işlər gördü. Azərbaycan müstəqilliyini qazandıqdan sonra milli 

şüurun inkişafı, demokratik cəmiyyət yaranması ana dilimizin tətbiq sahəsini genişləndirməyi bir zərurətə 

çevirdi.  Azərbaycan  dilinin  milli-mənəvi,  siyasi-hüquqi  haqqının  bərpa  olunması  istiqamətində  atılmış 

vacib  addımlardan  biri  18  iyun  2001-ci  ildə  "Dövlət  dilinin  tətbiqi  işinin  təkmilləşdirilməsi  haqqında" 

fərmanın  imzalanması  olmuşdur.  Fərmanda  Azərbaycan  dilinin  tarixi  inkişaf  yolları,  habelə  müstəqil 

dövlətçilik  atributu  kimi  rolu  və  funksiyası  göstərilmiş,  əvvəlki  on  il  ərzində  tətbiqi  vəziyyəti  hərtərəfli 

nəzərdən  keçirilmişdir.  Eyni  zamanda,  problem  və  nöqsanlar  müəyyənləşdirilərək  onların  aradan 

qaldırılması barədə müvafiq tapşırıqlar verilmiş və qəti olaraq 2001-ci il avqust ayının 1-dən latın qrafikalı 

Azərbaycan əlifbasına keçilməsi qərara alınmışdır. 

 

Prezident  sərəncamında  qeyd  olunur  ki,  müstəqilliyimizin  qazanılmasından  sonra  yaranmış  tarixi  şərait 



xalqımızın  dünya  xalqlarının  ümumi  yazı  sisteminə  qoşulması  üçün  yeni  perspektivlər  açmış  və  latın 

qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etmişdir. Bu amil isə dil haqqında müvafiq qanunun, eləcə 

də digər normativ aktların qəbul olunmasını sürətləndirmişdir. 

 

Həmin  fərmana  əsasən,  2001-ci  il  avqustun  1-dən  etibarən  latın  qrafikalı  Azərbaycan  əlifbasına  keçid 



reallaşdı.  Məhz  bundan  sonra  respublikada  bütün  yazılı  sənədləşmələr  heç  bir  istisnaya  yol  verilmədən 

latın qrafikası ilə aparılmağa başladı.  

 

Əlifbamız bir  əsr ərzində bir neçə dəfə dəyişilmişdi. Ərəb əlifbasını daha uyğun bir əlifba ilə əvəz etmək 



məqsədilə 1921-ci ildə Əlifba Komitəsi yaradıldı və həmin komitəyə Azərbaycan xalqı üçün tarixi baxımdan 

daha doğma olan latın qrafikalı  əlifba tərtib etmək tapşırıldı. 1923-cü ildə respublikamızda latın qrafikalı 

əlifbaya keçid prosesi başlamışdı. O dövrdə mətbuatda az-az da olsa, latın əlifbası ilə yazılar çap olunurdu. 

1929-cu  ildə  rəsmi  olaraq  latın  qrafikalı  Azərbaycan  əlifbası  qəbul  edildi  və  1939-cu  ilə  qədər  məhz  bu 

əlifbadan istifadə olunmuşdu. 1940-cı ildən etibarən isə Azərbaycanda Kirill əlifbasından istifadə edilməyə 

başlanmışdı.  Bu  illər  ərzində  xalqın  yazı  mədəniyyətinə  bir-birinin  ardınca  iki  agır  zərbə  dəydi.  Buna 

baxmayaraq, Azərbaycan dili çətinliklə də olsa, bütün bu illər ərzində yenə öz saflığını qoruya bilmiş, elmi 

və bədii ədəbiyyatda, publisistikada böyük imkanlara malik olduğunu numayiş etdirmişdir. 

 

Müstəqilliyin bərpasından sonrakı ilk ildə, 1991-ci ildə latın qrafikalı Azərbaycan əlifbası qəbul olunsa da, 



o, bütün gücü ilə işləyə bilməmişdi. Yalnız ümummilli lider bu məsələnin birdəfəlik həllinə nail oldu. 

Xalqımızın  ana  dili  olan  Azərbaycan  dilinin  inkişafında,  onun  dünya  dilləri  içərisində  öz  layiqli  yerini 

tutmasında  dilimizin  zənginliklərinə  bələd  olan  Heydər  Əliyevin  misilsiz  xidmətləri  olmuşdur.  Onun 

hakimiyyəti illərində dilimizin dövlət dili kimi inkişafı dil quruculuğu ilə əlaqədar mühüm siyasətlə bağlıdır. 




Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev 

uğurla  davam  etdirir.  Latın  qrafikasında  kütləvi  nəşrlərin  həyata  keçirilməsi  və  kitabxanalara  pulsuz 

paylanması  bunun  parlaq  göstəricisidir.  Ümumiyyətlə,  Azərbaycan  xalqının  Ümummilli  liderinin  siyasəti 

Azərbaycanda  ana  dilinin  -  ümumxalq  dilinin  tərəqqisi  üçün  elə  bir  tarixi  şərait  yaratdı  ki,  biz  həmin 

siyasətin  uzun  illər  uğurla  davam  edəcəyinə  tam  əminik.  Təqdirəlayiq  haldır  ki,  Ümummilli  liderin 

ideyalarını  layiqincə  yerinə  yetirən  Azərbaycan  Prezidenti  İlham  Əliyev  doğma  dilimizə,  milli  adət-

ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı 

düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz dövlət başçısının 

təşəbbüsü  ilə  baş  tutdu.  Prezidentin  2004-cü  il  yanvarın  12-də  imzaladığı  “Azərbaycan  dilində  latın 

qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı, həm də, əlifba ilə bağlı problemləri 

tamamilə həll etdi 

 

Bununla belə, Azərbaycan Respublikasının son 10 illik inkişaf yolu göstərmişdir ki, digər sahələrdə olduğu 



kimi,  ana  dilimizin  öyrənilməsi  və  tətbiqi  sahəsində  də  hələ  görüləsi  işlər  çoxdur.  Ölkəmizin  ali  və  orta 

məktəblərində Azərbaycan dilinin müasir dünya standartlarına, milli-mədəni inkişaf tariximizin tələblərinə 

cavab verən tədrisi işinin təkmilləşməsinə ehtiyac vardır. Bir çox kütləvi informasiya vasitələrində, rəsmi 

yazışmalarda,  kargüzarlıq  və  s.  sahələrdə  Azərbaycan  ədəbi  dilinin  normalarına  lazımi  səviyyədə  əməl 

edilmir. 

 

Bu  problemləri  nəzərə  alan  Prezident  İlham  Əliyev  2012-ci  il  23  may  tarixdə  "Azərbaycan  dilinin 



qloballaşma  şəraitində  zamanın  tələblərinə  uyğun  istifadəsinə  və  ölkədə  dilçiliyin  inkişafına  dair  Dövlət 

Proqramı"nın hazırlanması barədə sərəncam imzalamışdır. Sərəncamda Azərbaycan dilinin tarixi təkamül 

və  inkişaf mərhələlərinə  elmi-tarixi  rakursdan  nəzər  salınmış, qloballaşma  şəraitində bu  sahədə mövcud 

olan problemlər, görülməli olan tədbirlər dolğun əksini tapmışdır. 

 

"Azərbaycan  dilinin  qloballaşma  şəraitində  zamanın  tələblərinə  uyğun  istifadəsinə  və  ölkədə  dilçiliyin 



inkişafına  dair  Dövlət  Proqramı"nın  qısa  müddətdə  hazırlanaraq  Prezident  İlham  Əliyevin  2013-cü  il  9 

aprel  tarixli  sərəncamı  ilə  təsdiq  olunması  mənəviyyatımızın  güzgüsü  olan  ana  dilimizin  saflığının  və 

zənginliyinin qorunması yolunda mühüm tarixi hadisədir. 

 

Azərbaycan dili 50 milyondan artıq insanı bir-biri ilə birləşdirən bir atributdur. Buna görə də, bu amil dilin 



inkişaf etdirilməsi işi ilə bağlı istənilən qərarların qəbulunda nəzərə alınır və Dövlət proqramında öz əksini 

tapan müddəalar da bu tələblərə tamamilə cavab verir. 

 

Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Bu 



səbəbdən  də  onun  qorunması  və  qayğı  ilə  əhatə  olunması  müstəqil  Azərbaycanın  hər  bir  vətəndaşının 

müqəddəs borcudur. 

 

 

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev 



 

 



 

   


 

Yüklə 263,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə