Ümumtəhsil, peşə və orta ixtisas təhsili müəssisələrinin kitabxanaçıları üçün asanlaşd



Yüklə 2,23 Mb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü2,23 Mb.
#53876


 

 



Azərbaycan Respublikası Təhsil Nazirliyi 

Respublika Elmi Pedaqoji Kitabxanası 

 

 



 

Ümumtəhsil, peşə və orta ixtisas təhsili 

müəssisələrinin kitabxanaçıları üçün asanlaşd 

Ülkər Məmmədova



 

 

 



Ümumtəhsil, peşə və orta ixtisas təhsili müəssisələrinin 

kitabxanaçıları üçün asanlaşdırılmış “İKT-dən istifadə 

üsulları və proqram təminatları ilə işləmə qaydası”  

metodik vəsait. 

 

 

 



 


 

 



 

 

 



 

  

 



Müəllif:  

Məmmədova Ülkər İzbail qızı - Respublika Elmi Pedaqoji  

     Kitabxanasının Elmi metodik və təhlil şöbəsinin müdiri 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

Qeyd:    Vəsaitin  bəzi  bölmələri  Osman  Gündüzün    “Kompüter”, 



Babək  Abasovun  “Microsoft  Access”  kitabına  və  ULTRA 

şirkətinin  “ALISA  sisteminin  təlim  materialları”na  istinadən 

hazırlanmışdır. 

 

 



 

 

 

 

 

GİRİŞ 

 

Bu vəsait “Milli təhsil strategiyasının 4.7-ci (ömür boyu təhsilə 

artan 

tələbatın 



ödənilməsi 

üçün 


kitabxana 

fəaliyyətinin 

modernləşdirilməsi,  rəqəmsal  təhsil  resurslarından  istifadə 

imkanlarının  genişləndirilməsi)  bəndi”nin  icrasına  uyğun  olaraq 

ümumtəhsil, peşə məktəbləri və orta ixtisas təhsili müəssisələrinin 

kitabxanaçıları  üçün  kitabxana  sistemlərinin  avtomatlaşdırıl-

masında  strateji  hədəflər  və  tədbirlər  çərçivəsində  treninqlərin 

keçirilməsi  prosesində  kitabxanaçılara  köməklik  məqsədilə  tərtib 

edilmiş  və  kitabxanaçıların  yeni  informasiya  texnologiyalarından 

səmərəli  istifadə  etmələri  üçün  hazırlanmışdır.  Vəsaitdə  faydalı 

internet resursları haqqında geniş məlumat verilmişdir.  

Kompüter texnologiyasının ən səmərəli tətbiq sahələrindən biri 

informasiya  sistemlərinin  yaradılmasıdır.  Informasiya  sistemi 

avtomatlaşdırılmış  informasiyanın  toplanması,  saxlanması  və 

axtarışını  həyata  keçirən  texniki,  linqvistik,  proqram  və  təşkilati 

vasitələrdən  ibarət  mürəkkəb  kompleksdir.  Onun  əsasını 

verilənlər  bazası  təşkil  edir.  Bunun  üçün  də  vəsaitdə  kitabxana 

işinin  avtomatlaşdırılmasını  təmin  edəcək  verilənlər  bazası 




 

idarəetmə  sisteminin    vasitələrindən  biri  olan  Microsoft  Access 



proqramının öyrənilməsi də öz əksini tapmışdır. 

Eyni  zamanda  metodik  vəsaitdə  ULTRA  şirkətinin  yaratdığı 

son  texnologiyaların  tətbiqi  ilə  işləyən  ALISA  -  vahid 

mərkəzləşdirilmiş 

kitabxana 

sistemi 


haqqında 

məlumat 


verilmişdir.  

 

  



 

 

 



 

İNTERNET HAQQINDA ÜMUMİ MƏLUMAT 

 

İnternet  dünyanın  müxtəlif  yerlərində  milyonlarla  insanın 



sərbəst  ünsiyyət  vasitəsidir.  Istənilən  məlumatın  alınması  və 

ötürülməsi  internet  resursları  vasitəsilə  daha  sürətli  həyata 

keçirilir.  İnternet  -  qlobal  şəbəkədə  birləşmiş  kompüterlər 

çoxluğudur.  İnternet  özündə  milyonlarla  kompüteri,  proqramları, 

verilənlər  bazalarını  və  müxtəlif  faylları  birləşdirən  şəbəkədir. 

Məhz  buna  görədir  ki,  “İnternet”  termininin  geniş  açılışı  www

“World  Wide  Web”  –  “Ümumdünya  hörümçək  toru”  adlanır. 

İnternetdən  danışarkən  istifadə  etdiyimiz  Web  səhifə,  Web  sayt 

birləşməsindəki  “Web”  sözünün  tərcüməsi  də  “tor”  –  şəbəkə 

deməkdir.   

Istifadəçinin  internetə  qoşulması  üçün  tələb  olunan 

elementlər: 



1.  Kompüter 

2.  Telefon xətti 

3.  Provayderlə razılıq 

4.  Modem (ADSL və ya Wi-fi)  


 

 



 

 

 



 

 

 



 

 

 



İstifadəçinin  İnternetə  qoşulmasını,  məktublarının  göndəril-

məsini,  alınmasını  və  qorunub  saxlanmasını  təmin  edən  təşkilat 



internet-provayder adlanır.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

İnternetə qoşulma ayrılmış kanal  vasitəsi  ilə və  ya zəng etmə 

yolu  ilə,  yəni  telefon  xətti  ilə  həyata  keçirilir.  Ayrı-ayrı 



 

kompüterlərin  ayrılmış  kanal  vasitəsi  ilə  və  ya  telefon  xətti  ilə 



şəbəkəyə  qoşulması  üçün  nəzərdə  tutulmuş  qurğuya  Modem 

(modulyator- demodulyator) deyilir. 

Kompyuterlərin  sayı  çox  olduqla  interneti  paylamaq  üçün 

XAB  aparatından  istifadə  olunur.  Xab  aparatı  həmçinin 

kompyuterlər 

arasında 

şəbəkə 


yaradaraq 

öz 


aralarında 

məlumatların 

ötürülmə 

imkanı 


ilə 

yanaşı, 


digər 

İKT 


aparatlarından  (skaner,  printer)  bütün  kompyuterlərin  ortaq 

istifadəsinə şərait yaradır. 



 

QURĞULAR 

PRİNTER 

 

Kompyuterlərlə  iş  prosesində  ən  çox  istifadə  olunan  periferiya 

qurğusu  printerdir.  Printer  kompyuterdəki  mətn  materiallarını, 

təsvirləri,  qrafik  materialları  kağıza  köçürmək  üçün  istifadə 

olunur. 

 

Hər  hansı  bir  sənədi  çapa  vermək  üçün  pəncərənin  yuxarı 



panelindən 

 işarəsinin  üzərində  mouse`u  vuraraq  açılan 

yarımpəncərədən Print- Печать əmrini seçirik. 



 

 



SKANER 

 

Skaner  qrafik  informasiyanı  səth  üzərindən  oxuyan  və 

kompyuterin  yaddaşına  köçürən  qurğudur.  Skanerlərdən  istifadə 

üsulları  bu  qurğuların  istehsal  olunduğu  firma  və  modellərindən 

asılı olaraq dəyişir. 

 

 




 

Skanerlə  əldə  olunan  elektron  informasiyanı  kompyuterin 



yaddaşına köçürməklə yanaşı, çap etmə imkanı olan qurğularında 

həmçinin 

kağız 

üzərində 



çoxaltmaq 

da 


mümkündür. 

Ümumiyyətlə,  skaner  və  çap  (ikisi  birində)  qurğusundan  eyni 

zamanda  kseroks  aparatının  əvəzləyicisi  kimi  də  istifadə  etmək 

mümkündür. 

 

 

 



WEB KAMERA  

 

Veb  kamera  video  təsvirlərinin  sadələşdirilərək  İnternetə 

ötürülməsi 

üçün 


istifadə 

edilir. 


Qurğudan 

adətən 


videokonfransların  keçirilməsi  zamanı  və  ya  kompyuterlər 

arasında 

informasiya 

mübadiləsinin 

videozənglə 

yerinə 


yetirilməsində istifadə olunur. 

 Birçox  sosial  şəbəkələrdə  videozəng  funksiyası  aktiv  olsa  da, 

www.skype.com

  veb  saytı  birbaşa  video  zənglər  üçün  nəzərdə 

tutulmuşdur. 

 



 

 



 

 

 

BRAUZERLƏR VƏ AXTARIŞ 

 

İnternetdə  istifadəçinin  rahat  işləməsi  üçün  proqramlar 



yaradılmışdır ki,bunlarada brauzerlər (browser) deyilir.  Hazırda 

müxtəlif brauzerlər mövcuddur: 



 

1. 

 

Microsoft İnternet Explorer 

 

 



2. 

 

Firefox Mozilla 

 

 



3. 

 

Google chrome 

 



10 

 

 



4. 

 

Safari 

 

 



5. 

 

Opera 

 

 



“Microsoft  İnternet  Explorer”  1995-ci  ildə  yaradılmış  və 

1999-ildən başlayaraq ən çox istifadə olunan brauzerdir.  



“Microsoft  İnternet  Explorer”  brauzeri  istənilən  web 

səhifəyə daxil olmaq üçün keçid funksiyasını yerinə yetirir. 

 

“Microsoft  İnternet  Explorer”  proqramının  əsas  panelləri 

Standart ButtonsAddress Bar və Links panelləridir: 

 

Standart  Buttons  panelində  əsas  istifadə  olunan  düymələr 

yerləşir:  əvvəlki  səhifəyə  qayıtmaq,  sonrakı  səhifəyə  keçmək, 

əməliyyatı  dayandırmaq,  səhifəni  yeniləmək,  əsas  səhifəyə 

keçmək. 

 

Address  bar  paneli  ünvan  yazmaq  üçün  istifadə  olunur. 

Istədiyimiz  web  saytın  ünvanını  həmin  panelə  daxil  etdikdən 

sonra  panelin  sağında  yerləşən  Go  düyməsini  və  ya  klaviaturada 

yerləşən  ENTER  düyməsini  vururuq.  Davamlı  olaraq  müraciət 

etdiyimiz hər hansı bir web səhifəni Favorites bölməsində yadda 

saxlayırıq  və  beləcə  gələn  dəfə  həmin  web  səhifəyə  daxil  olmaq 

üçün ünvanı yazmağa ehtiyac qalmır.  

 

Links  panelində  tez-tez  müraciət  etdiyimiz  səhifələrə 



11 

 

istinadlar yerləşir. 



Standart  Buttons  panelində  birinci  və  ikinci  mövqedə  Back 

(geri)  və  Forward  (irəli)  düymələri  yerləşib.  Bu  düymələrin 

köməyilə  artıq  müraciət  etdiyimiz  əvvəlki  və  sonrakı  səhifələrə 

keçə bilərik.  



Stop (dayandır) və Refresh (yenilə) düymələrindən hər hansı 

bir  səhifəyə  keçidin  dayandırılması  və  ya  texniki  səbəblərdən 

donmuş səhifəni yeniləmək üçün istifadə olunur.  

Home  page  (ev  səhifəsi)  düyməsi  ən  əvvəlki  səhifəyə 

qayıtmaq üçün keçid funksiyasını yerinə yetirir. 



QEYD:  digər  brauzerlərin  işləmə  qaydası  da  Microsoft 

İnternet Explorer-lə oxşardır. 

  Daxil  olmaq  istədiyimiz  internet  səhifəsinin  ünvanını  biliriksə  bu 

ünvanı  (Məs:  www.repk.az)  brauzerin  adres  panelinə  yazıb  ENTER 

düyməsini vururuq. 

  Əgər  hər  hansı  bir  ünvan  bilmiriksə  vəya  konkret  bir  məlumat 

axtarırıqsa,  bu  halda  axtarış  sistemlərindən  istifadə  edirik.  Bunun  üçün 

adres panelinə axtarış sistemi saytlarından birinin ünvanını yazırıq. 

( məs: www.google.az) bu halda aşağıdakı pəncərə açılır: 

  Google  sözünün  altındakı  pəncərəyə  axtardığımız  hər  hansı 

məlumatı  daxil  edib  ENTER  düyməsini  vururuq.  Əgər  axtardığımız 




12 

 

şəkildirsə,  əvvəlcə  qara  paneldə  göstərilən    Şəkillər  sətrini  seçib  daha 



sonra axtardığımız şəklin adını daxil edib, ENTER düyməsini vururuq. 

Bu halda aşağıdakı görünüşdə bir pəncərə açılır:  



 

  İstifadə  etmək  istədiyimiz  şəkli  kompyuterin  yaddaşında  saxlamaq 

üçün  əvvəlcə  mouse`un  sol  düyməsi  ilə  şəklin  üstünə  bir  dəfə 

klikləyirik.  Şəkil  açıldıqdan  sonra    mouse`un  sağ  düyməsi  ilə  şəkli 

klikləyib  açılan  pəncərədə  Save  picture  as  -  Сохранить  картинку 

как... sətrini mouse`un sol düyməsi ilə klikləyirik. 

  Kompyuterin 

yaddaşına 

yüklənən 

şəkillər,  sənədlər,  musiqilər,  videolar 

formatına  uyğun  olaraq                START- 



ПУСК 

panelinin 

yanındakı 

papka 


pəncərəsinin  içərisindəki    Libraries  - 

Библиотеки 

papkasındakı 

müvafiq 

qovluqlara  vəya  Downloads  -  Загрузки 

qovluğuna    və      Desktop  -  Рабочий 

стол`a (kompyuterin ekranına) düşəcəkdir. 

 

 



 

 

 

 

 

 

 

 


13 

 

 



DOMENLƏR 

 

Hər  hansı  bir  web  səhifəyə  keçmək  üçün  onun  ünvanını 



yazmaq  lazımdır.  Ünvanını  yazdığımız  web  səhifənin  hansı 

təşkilata, hansı ölkəyə aid olduğunu müəyyənləşdirmək üçün sayt 

ünvanların sonuna domenlər əlavə olunmuşdur.  

Domen  veb  saytın  internetdəki  adı  və  adresidir.  Bu  adres 

olmadan internet istifadəçiləri veb sayta girə bilməzlər. 

Domen  adlar  sistemi  (Domain  Name  System  -  DNS)  80-ci 

illərdə  yaradılmışdır,  ərazi,  sahə  mənasını  verir.  Domenlər  I,  II, 

III səviyyəli olurlar: 

 

 

Birinci səviyyəli domenlər coğrafi domenlərdir: 



az – Azərbaycan 

de – Almaniya 

fr – Fransa 

se – İsveç 

ru – Rusiya 

uk – Böyük Britaniya 

tr – Türkiyə və s. 

 

 



İkinci səviyyəli domenlər əsasən şəhər, əyalət adları olur.  

 

 



Üçüncü  səviyyəli  domenlər  isə  firma,  müəssisə  adlarından 

ibarətdir.   

 

Ən çox istifadə olunan domenlər: 

com – kommersiya təşkilatları; 

edu – təhsil müəssisələri; 

gov – hakimiyyət qurumları; 

mil – hərbi qurumlar; 

net – müxtəlif şəbəkə agentlikləri və ya provayderlər; 

int – beynəlxalq təşkilatlar; 

org – qeyri-kommersiya təşkilatları. 




14 

 

WEB SAYTLAR 



 

İnternet  müəyyən  məqsədlər  üçün  (informasiya  axtarışı, 

kommunikasiya,  əyləncə,  kommersiya  və  s.)  müxtəlif  elektron 

resursların  toplandığı  bir  məkandır.  İnternetə  daxil  olduğumuz 

zaman qarşımızda internet şəbəkənin geniş imkanları açılır: 

 

İnformasiya axtarışı 

İnformasiya axtarışı, istifadəçinin sorğusuna uyğun sənədlərin 

tapılması  və  istifadəçiyə  təqdim  olunması  prosedurudur. 

İnternetdə axtarışı rahat və daha məhsuldar həyata keçirmək üçün 

müxtəlif  axtarış  saytları  mövcuddur.  Bu  saytlar  vasitəsi  ilə 

dünyanın hər yerində hər hansı bir  məhsulun qiyməti, istehsalçısı 

və  digər  xüsusiyyətləri  haqqında  məlumat  ala  bilərik.  Həmçinin, 

maarifləndirici  məqsədlərlə  yaradılmış  axtarış  saytlarından 

müxtəlif  ədəbiyyat,  məqalə  və  ya  elmi  məlumatların  da  əldə 

edilməsi mümkündür. 

 

Kommunikasiya 

İstifadəçilərin internetə qoşulmasında əsas məqsədlərindən biri 

də  elektron  poçtdan  istifadədir.  Elektron  formada  göndərilən 

məktub  dünyanın  istəlinlən  nöqtəsinə  bir  neçə  dəqiqəyə  çatır. 

Həmçinin,  internetdə  çoxsaylı  elanlar,  forumlar,  sosial  şəbəkələr 

və çatlar informasiya alış-verişini daha asan və məhsuldar edir. 

 

Əyləncə 

İnternetdə  kifayət  qədər  əyləncə  xarakterli  informasiyalar  da 

mövcuddur.  Fərdi  yaradılmış  səhifələrdə  hər  bir  istifadəçinin 

maraqlarına  uyğun  fotoşəkillər,  musiqi,  kino  və  s.  informasiya 

toplamaq mümkündür.  

 

 

 



Kommersiya 


15 

 

İnternetdə ən çox yayılmış saytlar məhz kommersiya xarakterli 



saytlardır. Internetdə hər hansı bir saytın yerləşdirilməsi üçün pul 

ödəmək  lazım  gəldiyindən  yaradılan  saytlardan  kommersiya 

məqsədli  istifadə  olunur.    Hər  hansı  məhsulun  satışından  və  ya 

tez-tez  müraciət  edilən  saytların  reklamından  gəlir  əldə  edilməsi 

mümkündür. 

 

İnternetdə  xəbər  saytlarından  başlayaraq  sosial  şəbəkələrə  qədər 



bir çox web saytlar fəaliyyət göstərir.  

Bunlara misal olaraq aşağıdakı web saytları göstərmək olar: 

 

Xəbər saytları: www.day.az, www.trend.az , www.milli.az 



Nazirliklər:www.edu.gov.az, www.mct.gov.az . 

Sosial şəbəkələr:www.facebook.com; www.twitter.com . 

Dövlət təşkilatları:www.president.az , www.cabmin.gov.az . 

Mətbu orqanları: www.azerbaijan-news.az . 

Ali təhsil müəssisələri: www.bsu.edu.az , www.aseu.az . 

Kitabxanalar:www.repk.az , www.anl.az

www.libraries.az



 

Əyləncə: www.open.az , www.mp3.tac.az . 



Informasiya axtarışı: www.google.com , www.yandex.ru . 

 

 



 

 

 



ELEKTRON POÇT 

Poçt  iki  şəxs  arasındakı  informasiya  mübadiləsini  həyata 

keçirmək üçün istifadə olunan rabitə vasitəsidir. Elektron poçt isə 



16 

 

informasiya 



mübadiləsinin 

internet 

vasitəsilə 

həyata 


keçirilməsidir.  Elektron  poçt  vasitəsilə  yerləşdiyiniz  coğrafi 

ərazidən asılı olmayaraq istənilən məlumatı (musiqi, video, şəkil, 

qovluq, sənəd, link və s.) göndərmək olur.  

Elektron  poçt  vasitəsilə  aparılan  informasiya  mübadiləsi 

ənənəvi poçtdan bir çox üstünlükləri ilə fərqlənir.  

Elektron  poçt  ünvanını  bu  xidmətləri  mövcud  olan  Web 

saytlardan  əldə  etmək  mümkündür:  www.mail.az,  www.mail.ru, 

www.hotmail.com , www.rambler.ru və s. 

Məsələn:  www.hotmail.com  səhifəsində  elektron poçt  ünvanı 

açmaq üçün: 

  ilk öncə Sign up now - (qeydiyyatdan keç) sətrini seçirik. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




17 

 

daha  sonra  açılmış  sorğu  səhifəsindəki  bütün  xanalara 



haqqımızda uyğun məlumatları qeyd edirik. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




18 

 

 I  accept  –  (məlumatların  doğruluğunu  qəbul  edirəm) 



düyməsini vuraraq qeydiyyatı yekunlaşdırırıq. 

 

Elektron poçt vasitəsilə sənədin gondərilməsi üçün: 



-  poçt  ünvanımızın  əsas  panelindən  Compose  –  Создать 

(Yarat) düyməsini seçirik. 

 

-  Səhifə  açıldıqdan  sonra  ilk  olaraq  To  –  Кому  (kimə) 



bölməsinə  məktub  gondərəcəyimiz  şəxs  və  ya  idarənin 

elektron poçt ünvanını yazırıq. 

 

-  Sonra  Subject  –  Тема  (mövzü)  bölməsinə  göndərəcəyimiz 



sənədlə bağlı qısa məlumat və ya elə sənədin adını yazırıq. 

 

-  Göndərmək  istəyimiz  hər  hansı  bir  sənədi  Attach  – 



Вложения  (yüklə)  bölməsinə  daxil  olub  lazımi  sənədi  seçib 

Open – Открыть (faylı aç) komandasını yerinə yetiririk. 

 



19 

 

- Son mərhələ olaraq  Send  –  Отправить (göndər) düyməsini 



seçərək sənədi göndəririk. 

 

 



 

QEYD:  Elektron  poçt  ünvanı  yaratmaq  üçün  müxtəlif  portallar 

mövcuddur 

(

www.hotmail.com



mail.ru



rambler.ru



www.gmail.com

 və s.). Qeydiyyatdan keçmə üsulu bütün elektron 

poçt portalları üçün eynidir. 

 

 



 


20 

 

MICROSOFT OFFICE WORD 



Microsoft Office Word sənədini açma qaydası: 

1. Monitorda  sənədin  işarəsi 

varsa 

mouse`un 



oxunu 

üzərinə gətirib sol düyməsini iki dəfə klikləyirik. 

2. Monitorda  WORD  sənədin  işarəsi  yoxdursa  ekran  boşluğunda 

mouse`un  sağ  düyməsini    bir  dəfə  klikləyirik,  açılan  pəncərənin 



New-Создать  sətrindən  Microsoft  Office  Word  Document  – 

Документ Microsoft Office Word  yazısının üzərində mouse`un 

sol düyməsi ilə bir dəfə klikləyirik. 

3. Əgər  birinci  və  ikinci  üsul  kompyuterinizdə  aktiv  deyilsə 

mouse`la  monitorun  sol  aşağı  kuncundəki  Start-Пуск  işarəsinin 

üstünə gəlirik sol düymə  ilə bir dəfə klikləyirik.  All  programs  – 

Все  программы  sətrinin  üzərində  mouse`un  sol  düyməsini 

klikləyərək  açılan  proqramlar  siyahısından  Microsoft  Office 

papkasına  daxil  olub,  mouse`un  sol  düyməsini  Microsoft  Office 

Word sətrinin üzərində bir dəfə klikləyirik. 

***************************************************** 



WORD  sənədi  açdıqdan  sonra,  mətni    yazacağımız  dil,  şrift  və 

ölçüdən asılı olaraq tənzimləyirik. 

1. Dili dəyişmək üçün WORD sənədin sağ aşağı panelindən /EN/ 

bölməsinin  istində  mouse`un  sol  düyməsini  bir  dəfə  klikləyib 

açılmış dillər pəncərəsindən işləyəcəyimiz dili seçirik. 

2. UNİCODE  üçün,  yuxarı  sol  şrift  panelindən  Calibri(Bold)  – 



Calibri(основной  текст)  şrifti  Times  New  Roman  olaraq 

dəyişirik, şriftin sağındakı -11-  ölçünü isə -14- olaraq dəyişirik. 

 



21 

 

QEYD:  Klaviaturalar  istehsal  firmasından  asılı  olaraq  müxtəlif 



formatda olur. Bəzi klaviaturalarda həm ingilis, həm rus, həm də 

azərbaycan  əlifbası  olur.  Bəzilərində  isə  əksər  hallarda 

azərbaycan əlifbası olmur. Buna görə də, ilk olaraq klaviaturada 

azərbaycan hərflərinin yerini təyin edək: 

 

 

Ü 

 

Ö 



 

Ğ 



 



 

Ə 



 

Ç 



 

Ş 



 

 



***************************************************** 

Mətn tənzimləmələri: 

 Başlığı  qalın  hərflərlə  yazmaq  üçün  şrift  panelinin  alt 

hissəsindəki                      -             

 sətrindən  B(menyu  ingilis  dilindədirsə)  –  Ж  (menyu  rus 

dilindədirsə) seçirik. 



B (Bold) – Ж (Жирный) 

I (Italic) – К (Курсив) 

U (Underline) – Ч (Подчеркнутый) 



B   I   U  

Ж  К  Ч  


22 

 

 

 Növbəti  sətrə  keçmək  üçün  ENTER         

düyməsindən 

istifadə edirik (mətn yazarkən cümlələr səhifənin ölçüsünə uyğun 

özləri  yerləşir,  hər  cümlənin  sonunda  Enter  düyməsini  vurmağa 

ehtiyac  yoxdur.  Enter  düyməsi  yalnız  abzas  bitimində  istifadə 

olunur).  

  Abzas buraxmaq üçün TAB 

düyməsindən 

istifadə 

edirik  (TAB  düyməsindən  bir  dəfə  istifadə  etdikdən  sonra  artıq 

növbəti  bütün  abzaslarda  söz  önündəki  abzas  məsafəsini 

komputer avtomatik olaraq özü tənzimləyir). 

  Cümlənin  baş hərfini  böyük  yazmaq üçün Shift 

düyməsini  basıb  saxlayaraq,  böyük  yazmaq  istədiyimiz  hərfi 

vururuq (əgər bütöv söz böyük hərflərlə yazılmalıdırsa, bu zaman 

CAPS  LOCK  düyməsini  bir  dəfə  vuraraq  aktivləşdirib  və  sözü 

yazdıqdan sonra eyni düyməni bir dəfə də vuraraq deaktiv edirik). 

***************************************************** 

 Azərbaycan dili klaviaturası ilə işləyiriksə: 

Nöqtə qoymaq üçün 

 

Vergül qoymaq üçün  



 

 

İki 



nöqtə 

qoymaq 


üçün 

 

 

Nöqtəli 


vergül 

qoymaq üçün 

 

 



23 

 

Sual  işarəsi  qoymaq 



üçün  

 

 

Nida  işarəsi  qoymaq 



üçün 

 

 

Dırnaq  açıb  bağlamaq 



üçün 

 

 

Mötərizə 



işarələri 

üçün 


 

 

 



 

 

***************************************************** 



Klaviaturada  işarələrin  yeri  yazarkən  istifadə  etdiyimiz  dildən 

asılı  olaraq  dəyişir.  Əgər  bizə  lazım  olan  hər  hansı  bir  işarə 

seçdiyimiz dilin klaviaturasında aktiv deyilsə, klaviaturanın dilini 

işarənin aktiv olduğu dilə dəyişirik. 

 

 

№ 



Işarəsini 

yazmaq 


üçün 

klaviaturanın  dilini  Rus  dilinə 

çeviririk 

 



 

Işarəsini  yazmaq  üçün  klavia-

turanın  dilini  İngilis  dilinə 

çeviririk 

 



 



 

 

 

 

MICROSOFT OFFICE POWERPOINT 

Microsoft Office PowerPoint sənədini açma qaydası: 

4.  Monitorda  sənədin  işarəsi 

varsa  mouse`un  oxunu 



24 

 

üzərinə gətirib sol düyməsini iki dəfə klikləyirik. 



5.  Monitorda 

POWERPOINT

  sənədin  işarəsi  yoxdursa  ekran 

boşluğunda  mouse`un  sağ  düyməsini    bir  dəfə  klikləyirik,  açılan 

pəncərənin 



New-Создать 

sətrindən 



Microsoft 

Office 

PowerPoint  Presentation  –  Презентация  Microsoft  Office 

PowerPoint yazısının üzərində mouse`un sol düyməsi ilə bir dəfə 

klikləyirik. 

6.  Əgər  birinci  və  ikinci  üsul  kompyuterinizdə  aktiv  deyilsə 

mouse`la  monitorun  sol  aşağı  kuncundəki  Start-Пуск  işarəsinin 

üstünə gəlirik sol düymə  ilə bir dəfə klikləyirik.  All  programs  – 

Все  программы  sətrinin  üzərində  mouse`un  sol  düyməsini 

klikləyərək  açılan  proqramlar  siyahısından  Microsoft  Office 

papkasına  daxil  olub,  mouse`un  sol  düyməsini  Microsoft  Office 

PowerPoint sətrinin üzərində bir dəfə klikləyirik. 

***************************************************** 

Microsoft Office PowerPoint sənədində işləmə qaydası: 

1.  İlk olaraq  Home – Главная panelindən New slide - Создать  



слайд    pəncərəsindən  Blank  -  Пустой  слайд  pəncərəsini 

seçərək boş səhifə yaradırıq. 

2.  Səhifəyə əlavə etmək  istədiyimiz şəkli kompyuterə  yükləndiyi 

qovluqda tapıb kopyalayaraq slayd səhifəsinə daxil edirik. Şəklin 

ölçülərini kənarlarından mouse`un sol düyməsi ilə tutaraq hərəkət 

etdirib dəyişə bilərik.  

3.  Şəkilə başlıq daxil etmək üçün  İnsert  –  Вставка panelindəki 

Wordart pəncərəsindən istifadə edirik. 



25 

 

4.  Şəkilə mətn daxil etmək üçün isə həmin paneldən Text Box  – 



Надпись pəncərəsindən istifadə edirik. 

5.  Hazırladığımız  sənədi  şəkil  kimi  yadda  saxlamaq  istəyiriksə, 

klaviaturadakı  CTRL  və  A  düymələrini  sıra  ilə  vururuq.  Beləcə 

sənəddə  həm  şəkil,  həm  başlıq  həm  də  mətn  seçilir.  Sənədin 

üzərində  mouse`un  sağ  düyməsini  vururuq  və  açılan  pəncərədən 

Save  as  picture  –  Сохранить  как  рисунок  sətrini  seçirik. 

Açılan pəncərədə şəklin hansı qovluğa düşəcəyi göstərilir və eyni 

zamanda  şəkilə  ad  verib  formatını  JPEG  (standart  şəkil  formatı) 

təyin edib Save – Сохранить düyməsini seçirik. 



 

 

 

 

MICROSOFT 

OFFICE 

EXCEL   

Microsoft Office Excel sənədini açma qaydası: 




26 

 

1.Monitorda sənədin işarəsi varsa mouse`un oxunu üzərinə gətirib 



sol düyməsini iki dəfə klikləyirik. 

2.Monitorda  EXCEL sənədin işarəsi yoxdursa ekran boşluğunda 

mouse`un  sağ  düyməsini    bir  dəfə  klikləyirik,  açılan  pəncərənin 

New-Создать    sətrindən  Microsoft  Office  Excel  Document  – 

Документ Microsoft  Office  Excel  yazısının üzərində  mouse`un 

sol düyməsi ilə bir dəfə klikləyirik. 

3.Əgər  birinci  və  ikinci  üsul  kompyuterinizdə  aktiv  deyilsə 

mouse`la  monitorun  sol  aşağı  kuncundəki  Start-Пуск  işarəsinin 

üstünə gəlirik sol düymə  ilə bir dəfə klikləyirik.  All  programs  – 

Все  программы  sətrinin  üzərində  mouse`un  sol  düyməsini 

klikləyərək  açılan  proqramlar  siyahısından  Microsoft  Office 

papkasına  daxil  olub,  mouse`un  sol  düyməsini  Microsoft  Office 

Excel sətrinin üzərində bir dəfə klikləyirik. 

 

***************************************************** 



 EXCEL  sənədi  açdıqdan  sonra,  mətni    yazacağımız  dil,  şrift  və 

ölçüdən asılı olaraq tənzimləyirik. 

***************************************************** 

EXCEL`də  işləməyə  başlamadan  əvvəl  sənədin  sərhəddini  təyin 

edirik.  Bunun  üçün  Page  layout  –  Разметка  страницы 

panelində    Size  –  Размер  bölməsinə  daxil  oluruq  və  açılan 

pəncərədən  A4  sətrini  seçirik.  Yazı  yazılarkən  A4  sərhəddindən 

kənara çıxmırıq. 



27 

 

 



Yazdığımız cümlənin ölçüsünə uyğun xanaları birləşdirmək üçün 

həmin  xanaları  seçib    Home  –  Главная  panelindən  Merge  & 



Center  -    Объединить  и  поместить  в  центре    bölməsini 

seçirik. 

Əgər  cədvəl  qurulursa,  cədvəllərin  kənarlarını  vurğulamaq  üçün, 

cədvəli  tam  şəkildə  seçib,  üzərində  mouse`un  sağ  düyməsini 

vururuq,  açılan  pəncərədən  Format  Cells  –  Формат  ячеек 

sətrini  seçib,  açılan  pəncərədə  Border  –  Граница  bölməsinə 

daxil  olub    Outline  –  Внешние  və  İnside  –  Внутренние 

xanalarını seçirik və OK düyməsini vururuq. 

 

 



28 

 

 



 

 



29 

 

Hesablama  apararkən  məbləğləri  toplamaq  üçün  lazımi  sütunu 



seçərək Home – Главная panelindəki  cəm işarəsini ∑ vururuq. 

 

 



 

 

 



 

 

 



 

 



30 

 

ELEKTRON KİTABXANALAR 

Müasir  kitabxana  işini  yeni  informasiya  və  kommunikasiya 

texnologiyaları  olmadan  təsəvvür  etmək  bir  qədər  çətindir. 

İnformasiya 

və 


kommunikasiya 

texnologiyalarının 

insan 

fəaliyyətinin  bir sıra sahələrində olduğu kimi kitabxana  işində də 



tətbiqi  ənənəvi  kitabxana  proseslərinin  sürətlənməsinə  və 

optimallaşmasına 

gətirib 

çıxarır. 

Kitabxana 

işinin 


avtomatlaşdırılması  təcrübəsi  dünya  ölkələrinə  ötən  əsrin  60-cı 

illərindən  tanış  olsa  da  Azərbaycanda  bu  tip  fəaliyyətin  həyata 

keçirilməsi 90-cı illərin sonlarına təsadüf edir. 

Elektron 

kitabxanaların 

informasiya 

ehtiyatı 

rəqəmsal 

formatda  hazırlanmış  müxtəlif  mövzuları  əhatə  edən  sənədlərdən 

ibarətdir.  Bu  sənədlərin  bir  qismi  kitabxananın  mülkiyyəti  olub, 

mərkəzləşmiş  formada  elektron  kitabxananın  Web  serverlərində 

toplanmışdır  və  ənənəvi  ədəbiyyatın  elektron  nüsxələrindən  və 

kitabxana  tərəfindən  ödənişli  və  ya  mübadilə  üsulu  ilə  alınmış 

elektron sənəd və nəşr toplusundan ibarətdir.

  

Elektron  kitabxana  müəllif  hüquqlarını  qoruyub  saxlamaqla, 



milli  ədəbiyyat  nümunələrini  elektron  daşıyıcılarına  köçürməklə 

yaradılır. Eyni zamanda elektron kitabxanaya müəllifin öz arzusu 

ilə  onun  təqdim  etdiyi  əsərin  elektron  versiyası  da  daxil  edilə 

bilər.


 

Elektron  kitabxana  ümumi  istifadə  üçün  açıq  olan  lokal  və 

uzaq  məsafədə  yerləşən  paylanmış  informasiya  ehtiyatlarına 

malikdir.  

 

Elektron kitabxanaların siyahısı:  



www.preslib.az

 

www.anl.az 



                                                        www.kitabxana.net

 

                                                        www.libraries.az



 

 

VERİLƏNLƏR BAZASI VƏ MS ACCESS PROQRAM 



TƏMİNATI HAQQINDA MƏLUMAT 


31 

 

 

Müasir dövrümüzdə  verilənlər bazası  və  verilənlər bazalarının 

idarəetmə  sistemləri  terminləri  geniş  yayılmışdır  və  yalnız 

kompüterlərə aid olan terminlər kimi istifadə olunur.  

Verilənlər  bazası  (VB)  kompüterlərin  yaddaşında  təşkil 

edilərək  saxlanılan  informasiya  yığımıdır.  Verilənlər  bazalarında 

istənilən qədər istənilən həcmdə məlumatlar saxlanılır. Verilənlər 

bazası cədvəllər şəklində hazırlanır. 

Verilənlər  –  informasiyanın  dialektik  tərkib  hissəsi  olmaqla, 

adətən  nitq,  mətn  və  əyani  informasiyaya  xas  olan  adi  sərbəst 

strukturlu  informasiyadan  fərqli  olaraq  xüsusi  formada  təsvir 

olunmuş  informasiya  növüdür.  Bu  cür təsvir  forması  verilənlərin 

toplanılmasını,  saxlanılmasını  avtomatlaşdırmağa  imkan  verir. 

Daha sonra bu məlumatlar insanlar vəya informasiya vasitələri ilə 

emal edilir. Kompyuter texnologiyasında verilənlərnkompyuterdə 

saxlanmaq,  emal  olunmaq  və  əlaqə  kanalları  ilə  ötürülmək  üçün 

qeyd olunmuş informasiyadır.   

Verilənlər  bazalarının  yaradılmasnı  və  emalını  həyata  keçirən 

sistemlərə  (dil  və  proqram  vasitələrinə)  verilənlər  bazasının 



idarəetmə  sistemləri  (VBİS)  deyilir.  VBİS-lər  istifadəçi  ilə 

verilənlər bazaları arasında qarşılıqlı əlaqə yaratmaq imkanı verən 

proqramlardır. 

Müasir VBİS-lərin tərkibinə aşağıdakılar daxildir: 

 

Cədvəllər  və  onların  arasında  əlaqələri  yaradan  vasitələr 



toplusu; 

 

Məlumatları  daxil  etmək,  dəyişdirmək,  axtarmaq  və 



müxtəlif  şəkillərdə  (mətn,  qrafik)  əks  etdirmək  imkanı  verən 

istifadəçi interfeysi; 

 

Yuxarı səviyyəli proqramlaşdırma vasitələri. 



MS  Office  proqram  paketinə  daxil  olan  MS  Access  proqramı 

həm  bir  fərdi  kompüterdə,  həm  də  lokal  kompüter  şəbəkəsində 

fəaliyyət  göstərə  bilən  VBİS-dir.  MS  Access  proqramında 



32 

 

İnternet  şəbəkəsi  ilə  qarşılıqlı  əlaqədə  işləmək  imkanları 



mövcuddur.  MS  Access  verilənlərin  saxlanılmasını  və  emalını 

həyata keçirmək imkanı verən sadə və çox güclü VBİS-dir.  

Verilənlər  hər  hansı  bir  təşkilat,  idarə,  müəssisə,  firma  və  s. 

obyektlərin iş fəaliyyətləri ilə bağlı məlumatlar toplusudur. 

VB  yaratmaq  üçün  lazımi  məlumatlar  toplanılır,  bazanın 

informasiya - məntiqi modeli yaradılır, cədvəllərin strukturları və 

cədvəllər arasında əlaqə formaları müəyyən edilir. 

Verilənlər  bazalarında  aşağıda  göstərilən  verilənlərdən  ibarət 

cədvəllər saxlanıla bilər: 

 Firma və ya müəssisə işçiləri barədə məlumatlar; 

 Firma və ya müəssisə ilə bağlı məlumatlar; 

 Firma avadanlıqları barədə məlumatlar; 

 Maliyyə, alqı və satqı ilə bağlı məlumatlar; 

 Aylıq, illik satış ilə bağlı məlumatlar; 

 Ünvanlarla bağlı məlumatlar; 

 Statistik məlumatlar və s. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



ELEKTRON OXUCU QEYDİYYATI VERİLƏNLƏR 

BAZASININ QURULMASI 

 

Ilk öncə İŞ STOLU-nda MS Access proqramını açırıq.  




33 

 

 



Əmrlər panelindən Create - Создание bölməsini  açırıq və Table 

design  -  Конструктор  таблиц  əmrini  seçirik.  Açılan 

pəncərədə xanalara uyğun olaraq məlumatları daxil edirik. 



Field  name  –  Имя  поля  bölməsinə  oxucu  formulyarının  üz 

qabığındakı sorğu əmrlərini şaquli istiqamətdə daxil edirik.  



Data  tipe  –  Тип  данных  bölməsində  isə  birinci  bölmədəki 

əmrlərin  tipini  qeyd  edirik.  Məs:  Adı  –  Text  (Текстовый)

Təvəllüdü – Data/time (Дата/время)

Oxucu kodu – Oxucu biletinə veriləcək nömrədir.  

Əmrləri  daxil  etdikdən  sonra  mouse-un  oxunu  cədvəlin  yuxarı 

hissəsindəki Table1 – Таблица1 panelinin üzərinə gətirib mouse-



un  sağ  düyməsini  vuraraq  açılan  kiçik  pəncərədə  Save  – 

Сохранить  sətrini  seçirik    sonra  ekranda  açılan  Save  as  – 


34 

 

Сохранение 

pəncərəsində 

hazırladığımız 

VB-yə 

Oxucu 


Qeydiyyatı  adını  veririk  və  mouse-un  sol  düyməsi  ilə  OK 

düyməsini seçirik.  

Sonda    Oxucu  qeydiyyatı  panelinin  üzərində  mouse-un  sağ 

düyməsini  vururuq  açılan  kiçik  pəncərədən  Close  –  Закрыть 

sətrini  mouse-un  sol  düyməsi  ilə  seçərək  ilk  mərhələni 

yekunlaşdırmış oluruq. 

KİTAB VERİLİŞİ VERİLƏNLƏR BAZASININ 

QURULMASI 

Oxucu  qeydiyyatı  VB-ni  işlədiyimiz  qaydada  eyni  ardıcıllıqla 

Əmrlər panelindən Create  - Создание bölməsini  açırıq və Table 

design  -  Конструктор  таблиц  əmrini  seçirik.  Açılan 

pəncərədə  xanalara  uyğun  olaraq  formulyarın  içliyindəki  sorğu 

əmrlərini  daxil  edirik.  Oxucu  kodu  əlaqələndirici  funksiyasını 

daşıdığı  üçün  əvvəlki  cədvələ  uyğun  olaraq  Oxucu  kodu  sözünü 

bu  cədvəldə  də  ilk  olaraq  yazırıq.  Bu  cədvələ  isə  Kitab  verilişi 

adını veririk. 




35 

 

   



Bu bölmədə isə oxucuya verilən ədəbiyyatın qeydiyyatı üçün: 

  Verilmə tarixi 

  Inventar nömrəsi 

  Şöbə 


  Müəllif 

  Sərlövhə 

  Qaytarılma tarixi 

 yazılır. 

 

 

 



CƏDVƏLLƏR ARASINDA ƏLAQƏNİN YARADILMASI 

Əmrlər  panelindən  Database  tools  -  Работа  с  базами  данных  

bölməsinə daxil oluruq və Relationships - Схема данных əmrini 

seçirik. 

 

Açılan Show table - Добавление таблицы pəncərəsindən hər iki 



cədvəli seçərək Add - Добавить düyməsini vururuq. 

Sonra  alətlər  panelindən  Edit  relationships  -  Изменить  связи  

bölməsini seçirik.  



36 

 

Açılmış  pəncərənin  Create  new  -  Новое  düyməsini  seçirik  və 



ikinci  yarım  pəncərədə  əlaqə  yaradacağımız  cədvəllərin  adlarını 

qeyd edirik.  

 

 

OK düyməsini seçirik. 



 

Analoq  oxucu  qeydiyyatında  olduğu  kimi  Elektron  formulyarda 

da Kitab verilişi cədvəlinin formulyar içliyi şəklində olması üçün 

Kitab  verilişi  cədvəlini  Oxucu  qeydiyyatı  cədvəlinin  daxilinə 

əlavə edirik. 

Oxucu  qeydiyyatı  cədvəlinə  daxil  oluruq.  Alətlər  panelindən    



More  -  Дополнительно  bölməsini  seçib  açılan  alt  yarımpən-

cərədən Subdatasheet - Подтаблица sətrini seçirik. 




37 

 

 



Kitab verilişi cədvəlini seçirik. 

 

 



 

 

 



Elektron Oxucu Qeydiyyatı Verilənlər Bazası hazırdır. 

AXTARIŞ PANELİNİN YARADILMASI 

Axtarış  paneli  kitabxanaçıya  oxucunu  tapmaqda  və  ya  verilmiş 

ədəbiyyatın  kimin  adında  olduğunu  öyrənmək  üçün  kömək 

edəcəkdir. 

 Bunun  üçün  əmrlər  panelindən  Create  -  Создание  bölməsinə 

daxil  olaraq  Query  design  -  Конструктор  запросов  əmrini 

seçirik. 

Açılan 


Show 

Table 



Добавление 

таблицы 


pəncərəsindən hər iki cədvəli seçərək Add - Добавить düyməsini 

seçirik. 




38 

 

 



Açar  sözləri  üzərində  mouse-un  sol  düyməsini  iki  dəfə 

klikləyərək axtarış sətrinə əlavə edirik.  

 

Səhifəyə AXTARIŞ PANELİ adını verərək işimizi 



yekunlaşdırırıq. 


39 

 

 



 

 

 

ELEKTRON QEYDİYYAT (EQ) VERİLƏNLƏR BAZASI 

EQ  Verilənlər  Bazasında  oxucuların  elektron  qeydiyyatı  həyata 

keçirilir.  Oxucular  haqda  bütün  məlumatlar  verilənlər  bazasına 

daxil  edilir  və  hər  oxucuya  məxsus  elektron  “oxucu  formulyarı” 




40 

 

əlavə olunur. 



 

Elektron  “oxucu  formulyarı”  kitabxanaçıların  standart  olaraq 

tərtib  etdikləri  “oxucu  formulyarı”nın  elektron  versiyasıdır. 

Həmçinin,  elektron  “oxucu  formulyarı”na  tələb  olunarsa 

oxucunun şəkli, şəxsiyyət vəsiqəsinin surəti də əlavə edilə bilər. 

 

 



Elektron  qeydiyyatdan  keçmiş  oxucu  haqqında  hər  hansı 

məlumatın  tapılması  üçün  EQ  Verilənlər  Bazasının  Axtarış 

bölməsi  vasitəsi  ilə  oxucu  haqqında  hər  hansı  bir  məlumatı  (adı, 

soyadı,  oxucu  kodu  və  s.)  “açar  söz”ü  daxil  edərək  lazımi 

məlumatları əldə edə bilirik. 



41 

 

            



 

    Ümumi  oxucuların  siyahısının  fərdi  çap  olunması  tələb 

olunarsa EQ Verilənlər Bazasının Forms- Форма  pəncərəsindən 

daxil olaraq baxa və çap edə bilərik.  

 

 

 



 

 

 



 

 



42 

 

 



 

KİTABİŞLƏMƏ VERİLƏNLƏR BAZASI 

Kitabişləmə  Verilənlər  Bazası  da  Summar-uçot  kitabının 

elektron  formasıdır,  müəssisəyə  daxil  olan  kitablar  bu  bazada 

qeydiyyatdan  keçir,  elmi  və  texniki  cəhətdən  işlənildikdən  sonra 

Elektron Kataloqa salınmaq üçün müvafiq şöbəyə yönləndirilir. 

 

 

 

 

 

 

 

 



43 

 

 



DÖVRİ MƏTBUAT VERİLƏNLƏR BAZASI 

Dövri mətbuat Verilənlər Bazasında müəssisəyə daxil olan 

qəzet və jurnallar işlənilir. 

 

 

ELEKTRON KATALOQ (EK)VERİLƏNLƏR BAZASI 

Elektron  Kataloq  Verilənlər  Bazasına  müəssisəyə  daxil  olmuş, 

elmi və texniki cəhətdən işlənmiş kitablar qeyd olunur.  

  

Elektron  Kataloq  Verilənlər  Bazasına  eyni  zamanda  əldə  olunan 



ədəbiyyatın varsa, elektron versiyasını da fayl şəklində yükləmək 

mümkündür.  




44 

 

EK  Verilənlər  Bazasında  hər  hansı  bir  kitabı  axtarmaq  üçün, 



bazanın  Axtarış  bölməsinə  daxil  olaraq  kitab  haqqında  istənilən 

məlumatı daxil edərək axtardığımız kitabı tapa bilərik. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A L I S A 


45 

 

(AUTHOMATED LIBRARY INFORMATION SYSTEM of 



AZERBAIJAN) 

(AZƏRBAYCANIN AVTOMATLAŞDIRILMIŞ KİTABXANA 

İNFORMASİYA SİSTEMİ) 

ALISA  sistemi  -  kompleks  bir  layihə  kimi  Azərbaycanın 

Kitabxana  sistemini  inkişaf  etdirmək  üçün  yaradılmışdır. Sistem 

MARC21,  İSO2709,  UNİCODE,  Z3950  və  digər  standart  və 

protokollar  üzərində  qurularaq  istənilən  milli,  ictimai,  özəl  və 

dövlət 


təhsil 

müəssisələrinin 

kitabxana 

proseslərinin 

avtomatlaşdırılması    üçün  bütün  funksionallıqları  özündə  əks 

etdirir.  ALISA  sisteminin  üstünlüklərindən  biri  də  bir  üzvlük 

bileti  ilə  bütün  kitabxanalara  daxil  olmaq  imkanının  olmasıdır. 

Kitabxanaçılar üçün isə sistemin əsas üstünlüyü bazaya daxil olan 

ədəbiyyat  artıq  ikinci  bir  müəssisə  tərəfindən  təkrar  işlənmir, 

sadəcə  ədəbiyyatın  inventar  nömrəsini  qeyd  etməklə  kitabişləmə 

və kataloqlaşdırma işini yekunlaşdırmaq mümkündür. 

Sistem  kitabxana  daxili  prosesləri-  oxucu  münasibətlərini  tam 

avtomatlaşdırır  və  bu  proses  üçün  lazımi  mühitin  yaradılmasına 

təkan  verir.  Proqramın  tətbiqində  əsas  məqsəd  istənilən 

kitabxananın  sistemə  qoşulma  imkanının  olması,  onlayn 

xidmətlərin  yaradılması  və  kitabxananın  daxili  proseslərinin  tam 

avtomatlaşdırılmasıdır. 

Sistem  16  moduldan  ibarət  qurulmuşdur:  Təşkilatı  struktur, 

Kataloqlaşdırma,  Sifariş,  Mini  HR  (daxili  oxucu  bazası),  Kitab 

verilişi,  Təhlükəsizlik  və  səlahiyyət  modulu,  Nüsxələr,  Bron, 

Dinamik  axtarış  modulu,  Sənədin  tarixçəsi,  Kitablar  üzrə  ətraflı 

axtarış  modulu,  Dinamik  hesabatlar  modulu,  Mənbə,  Oxucuların 

şəxsi  kabineti,  Komplektləşdirmə,  Oxucuların  kitab  rezervasiya 

modulu. 


MÜNDƏRİCAT 

 



46 

 

Giriş...............................................................................................5 



İnternet haqqında ümumi məlumat..............................................6 

Qurğular.........................................................................................8 

Brauzerlər və axtarış....................................................................11 

Domenlər.....................................................................................15 

Web saytlar..................................................................................16 

Elektron poçt...............................................................................18 

Microsoft 

Office 


Word………………………………………………….………….2

Microsoft 



Office 

Powerpoint…………………………………………………...26 

Microsoft 

Office 


Excel………………………………………………………..…….2

Elektron 



kitabxanalar…………………………………………………….…

……...32 


Verilənlər  bazası  və  MS  Access  proqram  təminatı  haqqında 

məlumat……………………………………………………………

……….…….……..33 

ALISA 


……………………………………………………………………

……………….…48 

 

 

 



 

 

 



 


47 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Tərtibçi-müəllifin rəsmi razılığı olmadan metodik vəsaitin və ya 



onun hər hansı bir hissəsinin təkrar çapı, yayılması, elektron və 

ya mexaniki üsulla surətinin çıxarılması qadağandır. 


48 

 

Müəllif hüquqları qorunur! 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Respublika Elmi Pedaqoji Kitabxanası 



Azərbaycan, AZ 1110                              Tel/Fax: (+994 12) 465 20 16 

Bakı, Koroğlu Rəhimovküç.,108.   

 

REPK_1983@mail.ru

 

u.mammadova@outlook.com



 


49 

 

www.repk.az

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Yüklə 2,23 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə