Unesco (unesco — United Nations Educational, Scientific and Cultural Organization) Elm, Təhsil və Mədəniyyət üzrə Birləşmiş Millətlər Təşkilatı



Yüklə 222,67 Kb.
Pdf görüntüsü
tarix20.09.2018
ölçüsü222,67 Kb.
#69583


P l a n :  

Giriş  


1 . B i r t ə r ə f l i   s ə n a y e l ə ş d i r m ə   x ə t t i  

2 .Zorakı kollektivl əşdirmə  si yas əti 

N ə t i c ə  

İstifad ə  olun muş  ədəbi yya t  si yahısı  

 

 

Giriş 



 

Sovet  hakimiyyəti  Azərbaycanda  özünün  iqtisadi  siyasətini  spesifik, 

mürəkkəb  və  çətin  şəraitdə  həyata  keçirməyə  başladı.  İri  sənaye  mərkəzi  olan 

Bakını  çıxmaqla,  Azərbaycan  iqtisadi  baxımdan  əsasən  geridə  qalm ış,  kəndli 

ölkəsi  idi.  Burada  yarımpatriarxal-yarımfeodal  məişətin  qalıqları  ilə 

çulğaşmış  kapitalist  və  yarımfeodal  münasibətləri  mövcud  idi.  Az ərbaycanın 

iqtisadiyyatı  çoxukladlı  xarakter  daşıyırdı.  Onda  müxtəlif  ictimai-iqtisadi 

ukladların  ünsürləri  var  idi.  Regionda  baş  verən  müharibələr  zamanı 

Azərbaycanın  iqtisadiyyatı  dağılmış  və  əldən  düşmüşdü.  Belə  şəraitdə  sovet 

hakimiyyəti  özünün  iqtisadi  siyasətini  həyata  keçirməyə  başladı.  Bu,  zaman 

etibarilə  Sovet  Rusiyasında  vətəndaş  müharibəsi  və  dağıntı  şəraitində 

məcburiyyət  qarşısında  tətbiq  edilən  "hərbi  kommunizm"  siyasəti  ilə  eyni 

vaxta  təsadüf  edirdi.  Həmin  siyasətin  əsas  hissəsi  ərzaq  sapalağ ı  idi.

 

"Hərbi 



kommunizm"  siyasəti  sisteminə  aid  tədbirlərdən  Azərbaycanda  bəziləri,  özü 

də  daha  məhdud  formada  və  qısa  müddət  ərzində  həyata  keçirilirdi.  Əgər 

"hərbi  kommunizm"  zamanı  Sovet  Rusiyasında  xüsusi  ticarətə  yol 

verilmirdisə,  sovet  hakimiyyətinin  ilk  aylarında  Azərbaycanda  azad  ticarət 

mövcud  idi  və  yalnız  1920-ci  il  avqustun  26-da  Azərbaycan  İnqilab  Komitəsi 

taxıl ticarəti inhisarı haqqında dekret qəbul etmiş, bir sıra qəzalarda taxılın və 

başqa  kənd  20  təsərrüfatı  məhsullarının  dövlət  tədarükü  t ətbiq  olunmuşdu.

 

Sovet  respublikalarında  vətəndaş  müharibəsi  əsasən  1922 -ci  ilin  payızında 



başa  çatdı.  Dinc  quruculuq  mürəkkəb  beynəlxalq  vəziyyətdə,  sovet  ölkəsinin 

iqtisadi  mühasirəyə  alınmasını  təşkil  edən  Qərb  imperialist  qüvvələrinin 

müqaviməti şəraitində başlandı.  

Sovet  Azərbaycanında  dinc  quruculuğa  keçid  müharibə,  xarici  müdaxilə  və 

vətəndaş müharibəsi nəticəsində yaranmış ən ağır təsə rrüfat dağıntısı 

şəraitində  baş  verirdi.  İqtisadi  təcridolunma,  Ermənistanla  sərhəddə  tez-tez 

baş  verən  hərbi  münaqişələr,  Qarabağda  daşnakların  təxribatları,  daxili 

çəkişmələr  respublikanı  var-yoxdan  çıxarırdı.

 

Azərbaycanın  iqtisadi  h əyatının 



bütün  sahələri  -  sənayesi,  kənd  təsərrüfatı  və  nəqliyyatı  dərin  böhran  içində 

idi.  1921-ci  ildə  respublikanın  sənaye  istehsalı  1913-cü  ilin  istehsal 

səviyyəsinin  43  faizini  t əşkil  edirdi

1

.  Bakı  neft  sənayesi  xüsusilə  ağır 



vəziyyətdə  idi.  Neft  istehsalı  üç  d əfə  azalmışdı,  1913-cü  ildə  istehsal  edilmiş 

                                                 

1

 Азербайджан в цифрах. Краткий стат. сб. Баку, 1964, стр. 45.  



 


7,3  milyon  tondan  1920/21 -ci  təsərrüfat  ilində  2,4  milyon  tona  enmişdi  ki,  bu 

da  müharibədən  əvvəlki  səviyyənin  33,4  faizini  t əşkil  edirdi.1921-ci  ilin 

başlanğıcında  respublikada  davam  etməkdə  olan  "hərbi  kommunizm"  siyasəti 

ilə  bağlı  tətbiq  edilən  ərzaq  sapalağının  ağır  t əsiri  özünü  xüsusilə  göstərirdi. 

Əvvəllərdə  olduğu  kimi  ərzaq  sapalağı  qaydasına  uyğun  olaraq,  kəndlilər 

bütün  kənd  təsərrüfatı  məhsullarının  qalıqlarını  dövlətə  verirdilər.  Buna  görə 

də  onlarda  öz  təsərrüfatlarını  genişl əndirmək  və  yaxşılaşdırmaq  həvəsi 

olmurdu. 

Kəndlilərin 

çoxu  əkin  sahələrini  genişləndirmək  barəsində 

fikirləşmir, əksinə onu ailə tələbatına uyğunlaşdıraraq azaltmaq ist əyirdilər.

 

1921-ci  il  ərəfəsində  kəndlilərin  fəhlələrin  bir  hissəsini  əhatə  etmi ş  narazılıq 

göstərirdi  ki,  "hər  kommunizm"  siyasəti  əsasında  xalq  təsərrüfatını  bərpa 

etmək  mükün  deyil.  Ərzaq  sapalağı  siyasəti,  sosializmin  quruculuğunun 

kommunist  üsulu  sistemi  bütün  kəndlilərin  mənafeləri  ilə  toqqu şmağa 

başlamışdı.  Belə  bir  şərait  fəhlə  sinfi  ilə  kəndlilə rin  ittifaqını,sosialist 

quruculuğunun  taleyini  təhlükə  altına  alırdı.  Yeni  iqtisadi  s iyasətə  keçmək 

zəruriyyəti  meydana  çıxdı.  Onun  əsas  məqsədi  iqtisadi  və  sosial  böhranın 

qarşısını  almaq,  sovet  hakimiyyətinin  sosial  bazası  sayılan  fəhlə  və  kəndli 

ittifaqını  möhkəmləndirmək  idi.

 

1921-ci  ilin  yazından  başlayaraq,  başqa  sovet 



respublikalarında  olduğu  kimi,  Azərbaycan  SSR-də  də  "hərbi  kommunizm" 

siyasətindən YİS-ə keçid əməli olaraq həyata keçirilirdi. Bu istiqamətdə atılan 

ilk  addımlardan  biri  Azərbaycan  İnqilab  Komitəsinin  192l-ci  il  mayın  17-də 

"Ərzaq  inhisarlarının  bütün  formalarının  ləğv   edilməsi  barədə"  dekreti  oldu. 

Bu  dekretlə  ərzaq  sapalağının  qalıqları  ləğv  edildi,  müəyyən  çərçivədə, 

ticarətdə  müstəqilliyə  icazə  verildi.  YİS -in  təsərrüfat  sistemi  ölkənin 

iqtisadiyyatını  bərpa  etmək  üçün  şərait  yaratmasına  baxmayaraq,  ziddiyyətli 

və  dəyişkən  idi,  əsasən  iri dövlət  sənayesi  və  xırda  əmtəə  kəndli  təsərrüfatına 

əsaslanırdı. Müxtəlif partiya qrupları V.İ.Leninin vəfatından sonra hakimiyyət 

uğrunda  mübarizənin  kəskinləşdiyi  şəraitdə  yarana  biləcək  iqtisadi,  siyasi  və 

partiyadaxili  böhran  məsələlərini  həll  etmək  üçün  müxtəlif  variantlar  təklif 

edirdilər.1927-ci  ilin  ikinci  yarısında  Stalinin  təkbaşına  hakimiyyəti  YİS-

i,demokratik  prosesləri  güclü  inzibati -amirlik  təzyiqləri  ilə  əvəz  etdi.  1927 -

1928-ci illərdə kəndlilərə qar şı fövqəladə antidemokratik tədbirlər ba şlandı və 

bununla da hələ imkanları qalan YİS-i həyata keçirməkdən əslində tam imtina 

edildi. 


 

1 .

 

B i r t ə r ə f l i   s ə n a y e l ə ş d i r m ə   x ə t t i  

 

1921-ci  ildə  qəbul  edilmiş  yeni  iqtisadi  siyasət  ölkədə  gedən  ictimai -siyasi 

proseslərin  obyektiv  məntiqi  gedişindən  irəli  gəlirdi  və  qısa  müddətdə  xeyli 

müsbət  nəticələr  verə  bildi,xalq  təsərrrüfatının  qısa  müddətdə  bərpa 

olunmasında  mühüm  rol  oynadı.

2

 



1925-ci  ilin  sonlarına  yaxın  müttəfiq 

respublikalarda,  o  cümlədən  Azərbaycan  SSR-də  əsasən  müharibədən  qabaqkı 

səviyyə  bərpa  olundu.  YİS  azad  iqtisadiyyatın,  işgüzarlığın  və  təsərrüfat 

                                                 

2

 S.Qəndilov “Siyasi Tarix”(I hissə),Bakı-1995,səh.172



 


təşəbbüskarlığının inkişafına şərait yaratdı. Buna baxmayaraq, ölkə texniki və 

iqtisadi  cəhətcə  olduqca  geri  qalırdı.  Sənayenin  müasir  sahələrini  yaratmaq, 

ölkənin  elmi-texniki  potensialını  yüksəltmək  lazım  idi.  Beləliklə,  ölkənin 

sənayeləşdirilməsini  inkişaf  etdirmək  zəruriyyəti  meydana  çıxmışdı. 

Cəmiyyətin  ictimai-iqtisadi,  maddi  həyatının  obyektiv  tələblərinə  uyğun 

yeniləşdirilməsi  zərurəti  ilə  əlaqədar  olaraq,  1925 -ci  ilin  dekabrında  ÜK(b)  P 

XIV  qurultayı  SSRİ-də  sənayeləşdirmə  xəttini  götürdü.  Lakin  bunun  üçün  öz 

yığımı  olmayan  ölkə  "sosialist  sənayeləşdirməsinə"  iqtisadiyyatı  inzibati-

amirlik  yolu  ilə  nizamlamaq,  kəndi  istismar  etmək,  fəhlə  əksəriyyətinin 

"inqilaba və sosializmə" hədsiz inamı və ruh yüksəkliyi hesabına gedirdi.   

Sənayeləşdirmə  bütün  xalq  təsərrüfatının  "sosialistcəsinə"  yenidən  qurulması, 

fəhlə  sinfinin  artmasına  şərait  yaranması,  onun  zəhmətkeş  kəndlilərlə 

ittifaqının  möhkəmlənməsi  və  şəhərlə  kəndin  istehsal  əlaqəsi  üçün  əsas  açar 

hesab  olunurdu.

 

Sənayeləşdirmə,  keçmiş  çar  Rusiyasının  müstəmləkələri 



olmuş  digər  milli  respublikalarda  olduğu  kimi,  Azərbaycanda  da  iqtisadi -

texniki geriliyi aradan qaldırmaqda həlledici rol oynamalı idi.   

Bir  çox  sənaye  sahələrinin  tam  bərpası  əslində  1927-ci  ilə  qədər  uzanır  və 

onlarla  yanaşı,  yeni  sənaye  müəssisələri,  ilk  növbədə  neft  sənayesi 

müəssisələri yaradılması prosesi gedirdi.  

Neft  sənayesinin  sonrakı  inkişafı  üçün  Azərneftin  yanında  ilk  dəfə  geoloji -

kəşfiyyat bürosu yaradıldı. Neftli sahələrin ardıcıl olaraq öyrənilməsin ə  

başlandı.  

1926-cı  il  fevralın  3-də  Q.Musabəyov  (sədr),  H.Sultanov  D.Bünyadzad ə  və 

başqalarından  ibarət  respublikanın  sənayeləşdirilməsi  komissiyası  yaradıldı. 

3

Komissiyanın  yanında  xammal  və  fəhlə  qüvvəsi,  sənaye,  elektrik  stansiyaları 



və 

sairənin 

təşkili 

şöbələri  yaradıldı.  Komissiyaya  təcili  surətdə 

sənayeləşdirmə  planı  hazırlamaq  tap şırıldı.  1926-cı  ilin  mayında  Azərbaycan 

SSR-in  sənayeləşdirilməsinin  beşillik  inkişaf  proqramı  məsələsi  AK(b)P  MK 

plenumunda  müzakirə  edildi.  Həmin  planda,  hər  şeydən  əvvəl,  neft 

sənayesinin  gələcəkdə  daha  güclü  inkişafı  və  texniki  cəhətcə  yenidən 

qurulmasının  başa  çatdırılması,  eləcə  də  yeni  toxuculuq  kimya  və  sənayenin 

başqa  sahələri  üzrə  yeni  müəssisələrin  tikilməsi  nəzərdə  tutulurdu. 

Azərbaycan  qəzalarında  yeni  sənaye  ocaqlarının  yaradılmasına  xüsusi 

əhəmiyyət  verilirdi.  Onlar  gələcəkdə  Azərbaycanın  simasını  dəyişdirməli  və 

onu 

qabaqcıl 



sənaye 

respublikasına 

çevirməli 

idi.


 

Azərbaycanın 

sənayeləşdirilməsinin  özünəməxsusluğu  ondan  ibarət  idi  ki,  burada  onun  əsas 

və  aparıcı  sahəsi  tarixən  yaradılmış  neft  sənayesi  idi.  Əsas  s ərəncam  verən 

Mərkəz  Azərbaycanda  "qara  qızıl"  çıxarılması  sür ətinin  artırılmasında  daha 

çox  maraqlı  idi.  Çünki  neft  sənayesi  Sovet  İttifaqının  sosialist 

sənayeləşdirilməsi  planının  ən  mühüm  tərkib  hissəsi  idi.  O,  ölkənin  xalq 

təsərrüfatının  bütövlükd ə  inkişafı  üçün  həlledici  əhəmiyyətə  malik  olub, 

iqtisadi  cəhətcə  xeyirli  və  effektli  idi.  Buna  gör ə  də  sənayeləşdirmənin  ilk 

illərində əsas diqqət Azərbaycanda neft sahəsinin inkişafına verilmişdi. Digər 

                                                 

3

 



Azərbaycan tarixi. Üç cilddə, III с, I h., Bakı, 1973, səh.351

 

Yüklə 222,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə