UNİBANK KOMMERSİYA BANKI
31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ
KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR
(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə)
7
1.
ÜMUMİ MƏLUMAT
Unibank Kommersiya Bankı ASC (“Bank”) və onun törəmə müəssisələri (birlikdə “Qrup” adlandırılır)
üçün 31 dekabr 2013-cü il tarixinə bitən il üzrə hazırkı konsolidə edilmiş maliyyə hesabatları Maliyyə
Hesabatlarının Beynəlxalq Standartlarına (“MBHS”) uyğun hazırlanmışdır.
Bank Azərbaycan Respublikasında təsis olunub və bu ölkədə fəaliyyət göstərir. Bank Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış açıq səhmdar cəmiyyətidir. 31 dekabr
2013-cü il tarixinə Bankın son nəzarətçi tərəfi cənab Eldar Qəribovdur (31 dekabr 2012-ci il üzrə:
cənab Eldar Qəribov).
Unileasing şirkəti (“Unileasing”)17 iyun 2004-cü il tarixində Azərbaycan Respublikası Ədliyyə
Nazirliyində dövlət qeydiyyatından keçmişdir. Şirkət 2004-cü ilin avqust ayında fəaliyyətə başlamışdır
və səhmlərinin 66.7%-i Banka məxsusdur.
23 yanvar 2008-ci ildə Bank tam sahiblik etdiyi müəssisəsini, Unicapital Məhdud Məsuliyyətli
Cəmiyyətini (“Unicapital”) Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından
keçirmişdir. Şirkət 2008-ci ilin fevral ayında fəaliyyətə başlamışdır. Şirkətin əsas fəaliyyəti müştərilər
adından səhm portfelinin idarə edilməsi və Azərbaycan Respublikası qiymətli kağızlar bazarında
sərmayə xidmətlərinin göstərilməsindən ibarətdir.
Əsas fəaliyyət. Bankın əsas fəaliyyəti Azərbaycan Respublikasında kommersiya və pərakəndə
bankçılıq əməliyyatlarının aparılmasından ibarətdir. Bank 1992-ci ildən Azərbaycan Respublikası
Mərkəzi Bankı (“ARMB”) tərəfindən verilmiş ümumi bank lisenziyası əsasında fəaliyyət göstərir.
Bank 29 dekabr 2006-cı il tarixli “Fiziki şəxslərin əmanətlərinin sığortalanması haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulan əmanətlərin sığortalanması üzrə dövlət proqramında
iştirak edir. Dövlət Əmanətlərin Sığortalanması Fondu aşağıdakı qaydada fərdi depozitlərin 100%
ödənilməsinə zəmanət verir: 1 yanvar 2010-cu ildən – 30,000 AZN-ə qədər. müvafiq limitdən yuxarı
hər hansı məbləğ sığorta edilmir. 31 dekabr 2013-cü il tarixinə Bankın Azərbaycan Respublikasında
32 filialı olmuşdur (31 dekabr 2012-ci il üzrə: 29 filial). Bankın hüquqi ünvanı aşağıdakı kimidir:
R. Behbudov küçəsi 55, AZ1022 Azərbaycan Respublikası, Bakı şəhəri.
UNİBANK KOMMERSİYA BANKI
31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ
KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR (DAVAMI)
(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə)
8
2.
MÜHÜM MÜHASİBAT UÇOTU QAYDALARI
Uyğunluq haqqında bəyanat
Bu konsolidə edilmiş maliyyə hesabatları Mühasibat Uçotunun Beynəlxalq Standartları Şurası
(“MUBSŞ”) tərəfindən buraxılmış Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Beynəlxalq
Maliyyə Hesabatlarının Şərhi Komitəsi (“BMHŞK”) tərəfindən verilmiş şərhlərə müvafiq olaraq
hazırlanmışdır.
Təqdimat meyarlarının digər əsasları
Bu konsolidə edilmiş maliyyə hesabatları Qrupun gələcəkdə fasiləsizlik prinsipinə uyğun olaraq
fəaliyyətini davam etdirə biləcəyi ehtimalı əsasında hazırlanmışdır.
Bu konsolidə edilmiş maliyyə hesabatları, başqa qeydlər olmazsa, min Azərbaycan manatı (AZN) ilə
təqdim olunur. Konsolidə edilmiş maliyyə hesabatları aşağıda göstərilən mühasibat uçotu qaydalarında
izah edildiyi kimi yenidənqiymətləndirmə məbləği və ya ədalətli dəyər ilə ölçülmüş maliyyə alətləri
istisna olunmaqla, ilkin dəyər əsasında tərtib edilmişdir. Tarixi dəyər adətən aktivlərin mübadiləsi
əvəzində əldə olunan vəsaitlərin ədalətli dəyərinə bərabərdir.
Ədalətli dəyər, müşahidə edilə bilən və ya digər qiymətləndirmə üsulundan istifadə etməklə
hesablanmış olmasından asılı olmayaraq, ölçmə tarixində bazar iştirakçıları arasında adi əməliyyat
çərçivəsində aktivin satışından alınan və ya öhdəliyin ötürülməsi üçün ödənilən qiymətdir. Hər hansı
aktivin və ya öhdəliyin ədalətli dəyərinin hesablanmasında Qrup, ölçmə tarixində belə aktiv və ya
öhdəliyin qiymətini müəyyən edərkən bazar iştirakçılarının nəzərə ala biləcəkləri xüsusiyyətləri
nəzərə alır. Ölçmə və/və ya bu konsolidə edilmiş maliyyə hesabatlarında açıqlama məqsədilə ədalətli
dəyər MHBS 2-yə daxil olan pay alətləri əsasında ödəmə əməliyyatları, MUBS 17-yə daxil olan lizinq
əməliyyatları, eləcə də ədalətli dəyər ölçülməsinə oxşar olan, lakin ədalətli dəyər olmayan ölçmələr,
məsələn, MUBS 2-də qeyd edilən xalis satış dəyəri və ya MUBS 36-da qeyd edilən istifadə dəyəri
kimi ölçmələr istisna olmaqla müəyyən edilir.
Bundan əlavə, maliyyə hesabatı məqsədilə ədalətli dəyər ölçmələri ədalətli dəyər ölçmələri üçün giriş
məlumatlarının müşahidə edilə bilmə dərəcəsindən və bütövlükdə ədalətli dəyər ölçmələri üçün giriş
məlumatlarının əhəmiyyətliliyindən asılı olaraq Səviyyə 1, 2, 3 kimi təsnifləndirilir. Bu səviyyələr
aşağıdakılardır:
Səviyyə 1 – Giriş məlumatları, ölçmə tarixində müəssisənin istifadə edə biləcəyi, fəal bazarda eyni
aktiv və öhdəliklər üçün təyin edilən (düzəliş edilməmiş) qiymətlərdir;
Səviyyə 2 – Giriş məlumatları, Səviyyə 1-yə daxil olan təyin edilmiş qiymətlər istisna olmaqla,
birbaşa və ya dolayısı ilə aktiv və öhdəliklər üzrə müşahidə edilə bilən giriş məlumatlarıdır; və
Səviyyə 3 – Giriş məlumatları aktiv və ya öhdəlilər üzrə müşahidə edilə bilən giriş məlumatlardır
Bank və onun Azərbaycan Respublikasında qeydiyyata alınmış konsolidə olunmuş şirkətləri
mühasibat uçotu qeydlərini yerli mühasibat uçotu metodlarına uyğun aparır. Bu konsolidə edilmiş
maliyyə hesabatları qanunvericilik tələblərinə cavab verən mühasibat uçotu qeydləri əsasında
hazırlanmış və MHBS-ə uyğunlaşdırılmışdır.
Bank maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatını likvidlik ardıcıllığı ilə geniş şəkildə
təqdim edir. Hesabat tarixindən sonra 12 ay ərzində (cari) və hesabat tarixindən sonra 12 aydan çox
müddət (uzunmüddətli) ərzində ödəniləcək məbləğlər və ya hesablaşmalar üzrə təhlil 25 saylı
qeyddə göstərilir.
Əməliyyat valyutası. Qrupun müəssisələrinin hər birinin maliyyə hesabatlarına daxil olan maddələr
müəssisənin fəaliyyət göstərdiyi əsas iqtisadi mühitdəki valyuta məzənnəsindən (“Azərbaycan
manatı”) istifadə etməklə ölçülür. Qrupun ana müəssisəsinin əməliyyat valyutası Azərbaycan
manatıdır ("AZN"). Qrupun konsolidə edilmiş maliyyə hesabatlarının təqdim edildiyi valyuta manatdır.
Başqa cür qeyd edilən hallar istisna olmaqla, bütün rəqəmlər min Azərbaycan manatına
uyğunlaşdırılaraq yuvarlaqlaşdırılır.