Universitetinin özünütəhlil hesabatı təhvilvermə tarixi



Yüklə 130,87 Kb.
tarix26.09.2018
ölçüsü130,87 Kb.
#70488





_______________________Universitetinin özünütəhlil hesabatı

_təhvilvermə tarixi_

Azərbaycan Ali Təhsilində Keyfiyyət Təminatı üzrə Standartlar və Təlimatlar



- 2016-2017-ci illərdə aparılacaq Pilot Qiymətləndirmələr üzrə Təlimat Kitabçası

MÜNDƏRİCAT



ÖZÜNÜTƏHLİL ÜZRƏ TƏLİMATLAR……………………………………………………………………………….3

ZƏRURİ ƏLAVƏLƏR………………………………………………………………………………………………………4

I.STRATEJİ PLANLAŞDIRMA 5

II.İDARƏETMƏ 6

III.İNSAN RESURSLARI 8

IV.TƏHSİL PROQRAMLARI VƏ ONLARIN HAZIRLANMASI 9

V.TƏLƏBƏLƏR 11

VI.TƏDQİQAT FƏALİYYƏTİ 13

VII.TƏDRİS VƏ TƏLİM RESURSLARI VƏ DƏSTƏK XİDMƏTLƏRİ 14

ÖZÜNÜTƏHLİL HESABATI ÜZRƏ TƏLİMATLAR
İnstitusional qiymətləndirmənin məqsədi ali təhsil müəssisələrinin strateji idarəetməsini dəstəkləmək, müəssisələrin daxili keyfiyyət təminatı prosedurlarına kənardan rəyin verilməsini təmin etmək və maraqlı tərəfləri tədris və təlim prosesinin və təlim nəticələrinin Keyfiyyət Təminatı üzrə Avropa Standarları və Təlimatlarına uyğun olub-olmaması barədə məlumatlandırmaqdır. Özünütəhlil ümumi qiymətləndirmə prosesinin önəmli hissələrindəndir.
Özünütəhlil hesabatı qiymətləndirmə sahələrinin strukturuna uyğun olmalıdır. Universitet hesabatı mümkün qədər təhliledici istiqamətdə hazırlamalı və təkmilləşdirilməli sahələri müəyyənləşdirməlidir. Özünütəhlilhesabatının məqsədi universitetə fəaliyyətini inkişaf etdirməkdə yardım etməkdir, bu səbəbdən, daxili keyfiyyət təminatı baxımından universitet daxilində olan institusional fərqləri hesabatda təsvir etmək mümkündür.
Universitet özünütəhlil hesabatının aparılması və hesabatın yazılması prosesini özü qərarlaşdırır. Universitetə özünütəhlil prosesinə müxtəlif maraqlı tərəfləri cəlb etmək tövsiyə olunur: işçi heyətinin müxtəlif qrupları və tələbələr. Xarici maraqlı tərəflərin bəzi qiymətləndirmə sahələrinin özünütəhlilinə cəlb edilməsi faydalı ola bilər.
Bundan əlavə, universitetə hesabatın yazılmasına bir prosess kimi yanaşmaq tövsiyə olunur. Bu proses müxtəlif tərəflər arasında aparılan müzakirələrin və onların anlayışlarının əsasında universitetin fəaliyyəti və daxili keyfiyyət təminatı barədə təhliledici fikrin ifadəsi ilə nəticələnir.
Özünütəhlil hesabatı 40 səhifəni keçməməlidir (əlavələr daxil deyil).

Zəhmət olmasa, universitetinizin özünütəhlili necə apardığını və özünütəhlil hesabatını necə yazdığını təsvir edin. Zəhmət olmasa, özünütəhlil prosesinə cəlb olunmuş tərəfləri qısaca təsvir edin. Universitet özünütəhlil prosesindən necə faydalandı?





Universitetdə özünü təhlil üzrə əlaqələndirici şəxs (adı, vəzifəsi və əlaqə vasitələri)



ZƏRURİ ƏLAVƏLƏR
Əlavələr hesabatın maksimum səhifə sayına daxil deyildir.
Universitet aşağıdakı məlumatları özünütəhlil hesabatına əlavə kimi təmin edir.


  • Müəssisənin son 5 ildə gəlir və xərclərinin dinamikası;

  • Təhsil səviyyələri üzrə təhsil haqqı göstəricilərinin dinamikası;

  • Son 5 ildə əməkdaşların orta əmək haqqının dinamikası;

  • Təhsilalanların sayının son 5 ildə dinamikası;

  • Təhsilalanların akademik müvəffəqiyyət göstəricilərinin son 5 ildə dinamikası;

  • Təhsilalanların işlə təmin olunmasının son 5 ildə dinamikası;

  • Son 5 ildə müəssisədə elmi-tədqiqat fəaliyyətinin inkişaf dinamikası (patent, monoqrafiya, elmi məqalələrin nüfuzlu impaktfaktorlu jurnallarda nəşrləri, magistr və doktorantların elmi-tətqiqat fəaliyyətləri).



Bundan əlavə, universitet aşağıdakı sənədləri özünütəhlil hesabatına əlavə kimi təmin edir.



  • Ali təhsil müəssisəsinin təşkilati strukturu və təşkilatın qısa təsviri




  • Müəssisənin inkişaf strategiyası və onun həyata keçirilməsi üzrə plan




  • Kurikulumların tərtibatının universitet səviyyəsində təsviri (məsələn, təlimatlar, cəlb edilən tərəflər, hazırlama və qərarvermə prosesi və s.)

  1. STRATEJİ PLANLAŞDIRMA



Tələblər

  1. Müəssisənin rolu (missiya və gələcəyə baxışı) milli təhsil kontekstində aydın şəkildə müəyyənləşdirilib və müvafiq (daxili və xarici) maraqlı tərəflər tərəfindən dəstəklənir.

  2. Müəssisənin Elmi Şurası tərəfindən təsdiqlənən inkişaf strategiyası müəssisənin missiya bəyannaməsi və məqsədlərinə uyğundur. Onun həyata keçirilməsi üçün qısa və ortamüddətli planlar mövcuddur.

  3. Müəssisənin inkişaf strategiyası onun resusrlarına (maliyyə, işçi heyət, infrastruktur), yeni resurslar cəlb etmə potensialına, əmək bazarında baş verən dəyişikliklərə və cəmiyyətin ehtiyaclarına uyğundur.

  4. Müvafiq maraqlı tərəflər (professor-müəllim heyəti, tələbələr və işəgötürənlər) müəssisənin strateji inkişafı prosesinə cəlb olunurlar.

  5. Strategiyada qoyulan məqsədlərin əldə olunmasını qiymətləndirmək üçün proseslər mövcuddur, qısa və ortamüddətli planlar tətbiq olunur və həyata keçirmə prosesi monitorinq edilir.

  6. Ali təhsil müəssisənin missiyası, gələcəyə baxışı və məqsədləri barədə məlumat ictimaiyyətə açıqdır (veb səhifə, mətbuat və digər kanallar).



Zəhmət olmasa, universitetinizdə strateji planlaşdırma ilə bağlı hansı prosedurların (məsələn, əsas praktikalar, proseslər, təlimatlar, dəstək və digər xidmətlər, qərarverici orqanlar və s.) olduğunu yuxarıda göstərilən tələblərə əsaslanaraq təsvir edin. Xeyr/bəli cavablarından istifadə etməyin.







Zəhmət olmasa, strateji planlaşdırma sahəsində əsas güclü tərəflərin, qabaqcıl praktikaların, təmilləşdirilməli sahələrin və planlaşdırılan təkmilləşdirmə tədbirlərinin icmalını cədvəldə qeyd edin. Qiymətləndirməni aparmaq üçün yuxarıda göstərilən tələblərdən istifadə edin.


Güclü tərəflər



Qabaqcıl praktikalar



Təkmilləşdirilməli sahələr



Planlaşdırılan təkmilləşdirmə tədbirləri



  1. İDARƏETMƏ



Tələblər

  1. Müəssisənin idarəetmə strukturu inkişaf strategiyasında qeyd olunan institusional hədəflərin əldə edilməsinə şərait yaradır.

  2. Struktur vahidlərinin (Elmi Şura, kafedra və digərləri) hüquq və vəzifələri aydın şəkildə müəyyənləşdirilib və verilən qərarlar səmərəli şəkildə həyata keçirilir.

  3. Rəhbər vəzifələri tutan işçi heyət müvafiq kvalifikasiyalara malikdir, onların hüquq və vəzifələri aydın şəkildə müəyyənləşdirilib; müəssisə onların rəhbərlik bacarıqlarının və səriştələrinin inkişaf etdirilməsini dəstəkləyir.

  4. Müəssisə daxilində maliyyə resurslarının ayrılması müəssisənin inkişaf strategiyasının (o cümlədən qısa və/və ya ortamüddətli planların) həyata keçirilməsini dəstəkləyir.

  5. Ali təhsil müəssisənin struktur vahidləri arasında qarşılıqlı və işlək əlaqələr (daxili əməkdaşlıq) mövcuddur və onlar digər müəssisələr və təşkilatlarla (xarici əməkdaşlıq) əməkdaşlıq edirlər.

  6. Rəhbərlik, professor-müəllim heyəti və tələbələr arasındakı daxili kommunikasiya (formal və qeyri formal) məqsədyönlü və səmərəlidir.

  7. Daxili keyfiyyət təminatı sistemi (o cümlədən monitorinq, təhlil, qiymətləndirmə və proqnozlaşdırma) müəssisənin streteji idarəetməsini dəstəkləyir.


Zəhmət olmasa, universitetinizdə idarəetmə ilə bağlı hansı prosedurların (məsələn, əsas praktikalar, proseslər, təlimatlar, dəstək və digər xidmətlər, qərarverici orqanlar və s.) olduğunu yuxarıda göstərilən tələblərə əsaslanaraq təsvir edin. Xeyr/bəli cavablarından istifadə etməyin.






Zəhmət olmasa, idarəetmə sahəsində əsas güclü tərəflərin, qabaqcıl praktikaların, təmilləşdirilməli sahələrin və planlaşdırılan təkmilləşdirmə tədbirlərinin icmalını cədvəldə qeyd edin. Qiymətləndirməni aparmaq üçün yuxarıda göstərilən tələblərdən istifadə edin.



Güclü tərəflər


Qabaqcıl praktikalar


Təkmilləşdirilməli sahələr


Planlaşdırılan təkmilləşdirmə tədbirləri




  1. İNSAN RESURSLARI



Tələblər

  1. İşçi heyətin hüquq və vəzifələri eləcə də tələb olunan kvalifikasiyalar tutduqları vəzifəyə uyğun (məs., iş təsviri) müəyyənləşdirilib. İşəgötürmə prosesi şəffafdır.

  2. Tamştatlı professor-müəllim heyətinin sayı milli tələblərə uyğundur.

  3. Tamştatlı professor-müəllim heyətinin yaşa və kvalifikasiyalara əsasən paylanılması müəyyən sahə üzrə təhsilin dayanaqlılılğına yardım edir.

  4. Ali təhsil müəssisəsindəprofessor-müəllim heyətinin tədris fəaliyyətinin (keyfiyyət və peşəkarlıq) monitorinqini və qiymətləndirilməsini həyata keçirmək üçün mexanizm mövcuddur.

  5. Ali təhsil müəssisəsində tədris-köməkçi heyət normativ-hüquqi tələblərə (sayı, ixtisası və s.) uyğundur;

  6. Müəssisə akademik işçi heyətin peşəkar və tədris bacarıqlarını müntəzəm olaraq artırmalarını monitorinq edir, dəstəkləyir və təşviq edir.

  7. Akademik heyət beynəlxalq mübadilə proqramlarında, layihələrdə və konfranslarda iştirak edir.

  8. Müəssisədə İR inkişaf etdirilməsi (o cümlədən motivasiya edilməsi) sistemi tətbiq edilir. Professor-müəllim heyətinin işinin qiymətləndirilməsi zamanı onların tədrisinin və tədqiqatının keyfiyyəti, o cümlədən tədris və tədqiqat bacarıqlarının inkişaf etdirmələri və beynəlxalq mobillikləri nəzərə alınır.


Zəhmət olmasa, universitetinizdə insan resursları ilə bağlı hansı prosedurların (məsələn, əsas praktikalar, proseslər, təlimatlar, dəstək və digər xidmətlər, qərarverici orqanlar və s.) olduğunu yuxarıda göstərilən tələblərə əsaslanaraq təsvir edin. Xeyr/bəli cavablarından istifadə etməyin.





Zəhmət olmasa, insan resursları sahəsində əsas güclü tərəflərin, qabaqcıl praktikaların, təmilləşdirilməli sahələrin və planlaşdırılan təkmilləşdirmə tədbirlərinin icmalını cədvəldə qeyd edin. Qiymətləndirməni aparmaq üçün yuxarıda göstərilən tələblərdən istifadə edin.



Güclü tərəflər



Qabaqcıl praktikalar



Təkmilləşdirilməli sahələr



Planlaşdırılan təkmilləşdirmə tədbirləri




  1. TƏHSİL PROQRAMLARI VƏ ONLARIN HAZIRLANMASI



Tələblər

  1. Təhsil proqramları institusional strategiya, ali təhsil üzrə milli standartlar, cəmiyyətin, iqtisadiyyatın və əmək bazarının gözləntilərinə uyğun olan məqsədlərlə hazırlanıb.

  2. Təhsil proqramının məzmunu ixtisas üzrə son tədqiqatlar nəzərə alınmaqla yenilənib.

  3. Proqramların məqsədləri, nəzərdə tutulan təlim nəticələri və qəbul və məzun olmaq üçün zəruri olan tələblər aydın şəkildə müəyyənləşdirilib; proqramı bitirdikdən sonra əldə olunacaq kvalifikasiya aydın şəkildə müəyyənləşdirilib, müvafiq tərəflərin diqqətinə çatdırılıb və MKÇ-nin müvafiq səviyyəsi ilə əlaqələndirilib.

  4. Tələbənin dərs yükü AKTS-də müəyyənləşdirilib.

  5. Praktika/stajkeçmə proqramın təlim nəticələrinin əldə edilməsinə kömək edir.

  6. Tədris və təlim prosesində müasir tədris materiallarından, innovativ, yaradıcı və interaktiv metodlardan və təhsil texnologiyalarından istifadə edilir.

  7. Təhsil proqramları müntəzəm olaraq monitorinq edilir və qiymətləndirilir; müvafiq maraqlı tərəflər (o cümlədən tələbələr) bu proseslərə cəlb edilir.

  8. Təhsil proqramlarının keyfiyyəti ilə bağlı məzunların məmnunluğu sorğu vasitəsilə yoxlanılır və sorğunun nəticələri təhlil edilir; nəticələr təhsil proqramlarının hazırlanması zamanı nəzərə alınır.



Zəhmət olmasa, universitetinizdə təhsil proqramları və onların hazırlanması ilə bağlı hansı prosedurların (məsələn, əsas praktikalar, proseslər, təlimatlar, dəstək və digər xidmətlər, qərarverici orqanlar və s.) olduğunu yuxarıda göstərilən tələblərə əsaslanaraq təsvir edin. Xeyr/bəli cavablarından istifadə etməyin.







Zəhmət olmasa, təhsil proqramları və onların hazırlanması sahəsində əsas güclü tərəflərin, qabaqcıl praktikaların, təmilləşdirilməli sahələrin və planlaşdırılan təkmilləşdirmə tədbirlərinin icmalını cədvəldə qeyd edin. Qiymətləndirməni aparmaq üçün yuxarıda göstərilən tələblərdən istifadə edin.



Güclü tərəflər



Qabaqcıl praktikalar



Təkmilləşdirilməli sahələr



Planlaşdırılan təkmilləşdirmə tədbirləri




  1. TƏLƏBƏLƏR



Tələblər

  1. Tələbələrin hüquq və vəzifələri aydın şəkildə müəyyənləşdirilib; tələbələrin şikayətlərinin və təkliflərinin nəzərdən keçirilməsi üçün prosedurlar və imtahan nəticələri ilə bağlı appelyasiya mexanizmi mövcuddur.

  2. Akademik saxtakarlığın aşkarlanması və qarşısının alınması (o cümlədən anti-plagiarizm mexanizmləri) üzrə sistem mövcuddur.

  3. Tələbələr qərarverici qurumlarda eləcə də tələbə ittifaqları seçkilərində iştirak edirlər.

  4. Tələbələrin qiymətləndirilməsi obyektiv, düzgün və şəffafdır və təlim nəticələrinin əldə edilməsini dəstəkləyir.

  5. Tələbələrə çevik təlim imkanları ilə təmin edilir. Əvvəlki ali təhsil kvalifikasiyaları, xaricdə təhsil müddətdi və əvvəlki təlim tanınır.

  6. Ali təhsil müəssisəsi tələbələrin beynəlxalq mobilliyini dəstəkləyir və tələbələrin beynəlxalq mobillikdə iştirakı artır.

  7. Müəssisə tələbə kontingentinin beynəlmiləlləşdirilməsini dəstəkləmək üçün mexanizmlərə malikdir.

  8. Məzunlar ixtisas sahələri üzrə əmək bazarında rəqabətədavamlıdırlar və müəssisə məzunlarının məşğulluğunu monitorinq edir.


Zəhmət olmasa, universitetinizdə tələbələrlə bağlı hansı prosedurların (məsələn, əsas praktikalar, proseslər, təlimatlar, dəstək və digər xidmətlər, qərarverici orqanlar və s.) olduğunu təsvir edin. yuxarıda göstərilən tələblərə əsaslanaraq təsvir edin. Xeyr/bəli cavablarından istifadə etməyin.




Zəhmət olmasa, tələbələrlə bağlı əsas güclü tərəflərin, qabaqcıl praktikaların, təmilləşdirilməli sahələrin və planlaşdırılan təkmilləşdirmə tədbirlərinin icmalını cədvəldə qeyd edin. Qiymətləndirməni aparmaq üçün yuxarıda göstərilən tələblərdən istifadə edin.



Güclü tərəflər



Qabaqcıl praktikalar



Təkmilləşdirilməli sahələr



Planlaşdırılan təkmilləşdirmə tədbirləri




  1. TƏDQİQAT FƏALİYYƏTİ



Tələblər

  1. Elmi və tədqiqat fəaliyyətinin məqsədləri müəssisənin missiyası, strategiyası və inkişaf planında əks olunub. Ali təhsil müəssisəsi cəmiyyətin və iqtisadiyyatın ehtiyaclarını diqqət mərkəzində saxlayır və tədqiqat fəaliyyətinin planlaşdırılmasında onları nəzərə alır.

  2. Tədqiqat fəaliyyətinin məqsədlərinin əldə edilməsi və təsiri müntəzəm olaraq yoxlanılır və təhlil edilir (elmi və təhsilyönümlü nəşrlər, doktorantura tələbələri, patentlər və s.)

  3. Müəssisə tədqiqatın yüksək keyfiyyətli akademik və etik standartlarını təşviq və riayət edir; tədqiqat saxtakarlığı ilə bağlı iddialarla məşğul olmaq üçün prosedurlar müəyyənləşdirilib və bu prosedurlara riayət edilir.

  4. Ali təhsil müəssisəsi akademik heyətin elmi tədqiqat üzrə fəaliyyətini dəstəkləmək üçün səmərəli sistemə malikdir (məs., tədqiqatın aparılması üçün stimul, əqli mülkiyyətlə bağlı məsləhətlər, beynəlxalq jurnallarda nəşr olunmaq üçün dəstək, işəgötürənlərlə əməkdaşlığa ruhlandırmaq və s.)

  5. Tələblərə tədqiqat və işləmələr üzrə fəaliyyətə cəlb olunurlar; Tələbələrin tədqiqat işlərinə (referatlar, tətbiqi layihələr, yekun tezislər) rəhbərlik yaxşı təşkil olunub.

  6. Ali təhsil müəssisəsi akademik fəaliyyət sahələrinə uyğun olaraq müxtəlif regional və beynəlxalq elmi tədqiqat şəbəkələrində iştirak edir.

  7. Ali təhsil müəssisəsi elmi tədqiqat fəaliyyəti üçün zəruri hesab olunan maliyyə resurslarına və eləcə də beynəlxalq səviyyədə rəqabətədavamlılığın təmin edilməsi məqsədilə maliyyənin cəlb edilməsi üzrə müvafiq strategiyaya malikdir.


Zəhmət olmasa, universitetinizdə tədqiqatla bağlı hansı prosedurların (məsələn, əsas praktikalar, proseslər, təlimatlar, dəstək və digər xidmətlər, qərarverici orqanlar və s.) olduğunu yuxarıda göstərilən tələblərə əsaslanaraq təsvir edin. Xeyr/bəli cavablarından istifadə etməyin.




Zəhmət olmasa, tədqiqat sahəsində əsas güclü tərəflərin, qabaqcıl praktikaların, təmilləşdirilməli sahələrin və planlaşdırılan təkmilləşdirmə tədbirlərinin icmalını cədvəldə qeyd edin. Qiymətləndirməni aparmaq üçün yuxarıda göstərilən tələblərdən istifadə edin.



Güclü tərəflər



Qabaqcıl praktikalar



Təkmilləşdirilməli sahələr



Planlaşdırılan təkmilləşdirmə tədbirləri





  1. TƏDRİS VƏ TƏLİM RESURSLARI VƏ DƏSTƏK XİDMƏTLƏRİ



Tələblər

  1. Həm işçi heyət, həm də tələbələr üçün müvafiq tədris, təlim və tədqiqat infrastrukturu (sinif otaqları, laboratoriyalar, kitabxana, emalatxanalar və s.) o cümlədən müasir İKT həlləri (o cümlədən e-təhsil imkanları və elektron məlumat bazaları) mövcuddur.

  2. Tədris və təlim prosesində müasir təlim materiallarından istifadə olunur.

  3. Müəssisənin təmin etdiyi tyutor xidməti tələbə kontingentinin ehtiyaclarına cavab verir və tələbələrin fərdi və xüsusi ehtiyaclarını nəzərə alır.

  4. Müəssisə tələbələrə stajkeçmə imkanları, məşğulluq və karyeranın inkişaf etdirilməsi üçün xidmətlər (karyera mərkəzi, məzunların koordinasiya sistemi və s.) təmin edir.

  5. Ali təhsil müəssisəsində milliyyətindən, dilindən, cinsindən, sosial statusundan, tutduqları mövqedən və dinindən asılı olmayaraq tələbələrə bərabər yanaşır.

  6. Müəssisə əlavə dəstək xidmətləri təmin etməklə (yataqxana, yeməkxana, tibbi yardım, idman zalları, maliyyə yardımı və s.) tələbələrin təhsil almasına yardım edir.



Zəhmət olmasa, universitetinizdə tədris və təlim resursları və dəstək xidmətləri ilə bağlı hansı prosedurların və təşkilati proseslərin (məsələn, əsas praktikalar, proseslər, təlimatlar, dəstək və digər xidmətlər, qərarverici orqanlar və s.) olduğunu yuxarıda göstərilən tələblərə əsaslanaraq təsvir edin. Xeyr/bəli cavablarından istifadə etməyin.






Zəhmət olmasa, tədris və təlim resursları və dəstək xidmətləri sahəsində əsas güclü tərəflərin, qabaqcıl praktikaların, təmilləşdirilməli sahələrin və planlaşdırılan təkmilləşdirmə tədbirlərinin icmalını cədvəldə qeyd edin. Qiymətləndirməni aparmaq üçün yuxarıda göstərilən tələblərdən istifadə edin.


Güclü tərəflər



Qabaqcıl praktikalar



Təkmilləşdirilməli sahələr



Planlaşdırılan təkmilləşdirmə tədbirləri





Yüklə 130,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə