Unudulan tarix dəyişdirilən adlar



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə1/96
tarix23.01.2018
ölçüsü2,82 Kb.
#21999
  1   2   3   4   5   6   7   8   9   ...   96



 
 
 
 
 
TÜRK KİTABI 
 
unudulan tarix dəyişdirilən adlar 
 
Azərbaycan Respublikası Təhsil  
Nazirinin 13.08.2009 tarixli 999  
saylı əmri ilə vəsaiti kimi  
təsdiq edilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
 
 
TÜRK KİTABI 
 
unudulan tarix • dəyişdirilən adlar 
 
ВAKI - 2009 
 
QAFQAZ UNİVERSİTETİ 
QAFQAZ ARAŞDIRMALARI İNSTİTUTU 
NO: 11 
 
 
Elmi redaktoru: 
 dr. Mehmet Rıhtım 
 
Rəyçi: 
prof. dr. Nadir Abdullayev 
                               dr. Erdal Karaman 
                               dr. Nəbi Əsgərov 
 
 
Kitabda  tarixən  türk  xalqları  yaşayan  böyük  ərazilərdə,  eləcə  də 
indi  digər  respublikaların  hüdudları  içərisində  qalan  ulu  türk 
torpaqlarında  bir  neçe  yüz  illər  boyunca  adı  dəyişdirilən,  başqa  yad 
adlarla  əvəz  edilən  əski  türk  тəskənlərindən  bəhs  edilir.  Əldə  olunan 
пəticələr  vasitəsillə  Altaylardan  Balkanlara  və Cənubi Qafqazlaradək olan 
əzəli Türk torpaqlarının həqiqi mənzərəsi dks olunur. 
 
 
Qafqaz Universiteti Elmi Şurasının qərarı ilə yayınlanmışdır. 
Adres: Qafqaz Universiteti, Qafqaz Araşdırmaları İnstitutu, 
Bakı-Sumqayıt yolu 16 km Xırdalan, Az 0101 Azərbaycan. 
Url: www.qafqaz.edu.az, www.kaen.edu.az 
E-poçt: minexanim(@) yahoo.com 
Tel: +994(12) 448 28 62/66, Faks: +994(12) 448 28 61/67 
 
Bakı, "Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh 320 
 
 



 
 
ÖN SÖZ 
 
TÜRKÜN AYAQ İZİ POZULMAZ... 
 
Ürəyimi sizə açıram, əziz oxucum... 
Çin  səddindən  Balkanlara,  Sibirdən  Bəsrə  körfəzinə  qədər  yayılan  türk 
xalqları,  ulusları,  uruqları  sanki  göy  üzündə  sıralanmış,  geniş  səmada  səf  çəkib 
düzülmüş milyon  illərin  ulduzları  tək  gözqamaşdıran,  cazibədar  parıltılarıyla  çox 
yaxın  görünsələr  də,  uzaq,  qədim,  qatı  açılmayacaq,  sirri  sorulmayacaq  qədər 
mübhəm bir tarix daşımaqdadırlar. 
Tarixən çox geniş coğrafiyaya malik olan türk xalqları təəssüf ki, tarixin 
çox  ağır  yollarından,  çətin  burulğanlarından  keçib  gələ-gələ  son  yüzilliklərdə, 
xüsusən  sonuncu  XX  əsrdə  bir-birindən  din,  dil,  mədəniyyət  və  bununla  bir  çox 
psixoloji-mənəvi cəhətləriylə də çox aralı düşmüşlər. 
Türk  xalqlarının  bir-birindən  kəskin  surətdə  ayrı  düşməsi  rus 
imperializminin  bir  neçə  yüzilliklər  boyunca  türk  torpaqlarına  qarşı  istilaçı 
yürüşləri və bu yürüşlərin doğurduğu ədalətsiz müharibələrdə həyata keçirilirdi. 
Rus  çarı  III  İoann  Vasilyeviç  zamanından  əsası  qoyulan,  I  Pyotr  və  II 
Yekaterina  dövründə  güclənən,  daha  sonrakı  imperatorlar  tərəfindən  xüsusi 
şiddətlə  aparılan  müstəmləkəçilik  siyasəti  planlarıyla  bir  vaxtda  həyata  keçirilən 
məkrli  tədbirlər  sırasında  tarixin  də  təhrifi,  mənbələrin  saxtalaşdırılması,  bu 
məsələyə yönəlmiş baxışların da kökündən dəyişdirilməsi işi gedirdi. 
İmperatriça II Yekaterina çox mürəkkəb və özündə risq təhlükəsi daşıyan 
siyasət yürüdürdü. Şimalda İsveçlə, imperiyanın cənubunda isə türklərlə vuruşaraq 
o,  öz  dediyi  kimi  Türkiyəni  Avropadan  sıxışdırıb  çıxarmaq,  onun  paytaxtı  qədim 
İstanbulu  "Konstantinopol"u  zəbt  etməklə  Rusiyaya  sadiq  din  qardaşları  olan 
Balkanlarda, habelə  Qara  dəniz  ətrafı  ölkələrdə  Yeni  Yunanıstan  dövləti  qurmağı 
nəzərdə  tuturdu.  Orada  hökmdarlıq  edəcək  çar  isə  Rus  imperatoru  ailəsindən 
çıxmalı  idi.  Bu  uzaqgörənliklə  hazırlanmış,  çox  incə  düşünülmüş  plan  idi.  Hətta 
özünün iki nəvəsinə ad qoyarkən də bu ideyanı unutmamışdı, onların daşıdığı ad da 
Yekaterinanın  siyasi  məqsədindən  xəbər  verirdi.  Böyüyünü  tarixən  isveçlilər 
üzərində  qələbə  çalan  Aleksandr  Nevskinin  şərəfinə  Aleksandr  adlandırmışdı; 
ortancılı  Konstantinin  boynuna  "şanlı"  Çarqradda  -  Konstantinopolda  yunan 
çarlığını qurmağın şərəfi və şöhrəti düşürdü. 
İstila  olunmuş  yerlərin  ruslaşdırılması  çox  qısa,  diqqətlə  düşünülmüş, 
spesifik  üsullarla  həyata  keçirilirdi.  İndi  həmin  dəyişilmə  kompaniyasından 
kənarda qalan yer adlarından başqa heç nə bu yerlərin əski türk torpaqları olduğunu 
xatırlatmır.  Dərsliklərdən  uzaqlarda,  kitabxanalar  küncündə  toz  basmış  tarix 
kitablarındakı bir-iki xəsis səhifələri də oxumaq, ədalətli nəticələr hasil etmək isə 



 
hələ ağıllara belə gəlmir. 
Bütöv  əsrlər  boyu  sürən  gah  fırtınalı  dalğalar  tək  coşan  dəhşətli 
müharibələr, bitib tükənmək bilməyən sonsuz münaqişələr bu torpaqlarda Rus-İran 
və ardıcıl aparılan Rus-Türk müharibələri, amansız istilalar, yerli xalqların saysız-
hesabsız  kütləvi  ixtişaşları,  milli-azadlıq  hərəkatına  qədər  yüksələn  xalq 
həyəcanları,  qan  içində  boğulan  üsyanlar,  qanlı  müstəmləkə  siyasətinin  əsl 
məzmunu idi. 
Zərbənin  ağırı  da  istila  onunan  Böyük  Sibir,  Türküstan,  bütöv  Qafqaz 
haqqındakı  tarixi  həqiqətlərə  dəyir,  bu  yerlərin  əsl  əhalisi  olan  türk  etnoslarının 
varlığını  bilərəkdən  şübhələrə  bürüyən  saxta  tarixlər,  bilgilər  yaradılırdı.  Geniş 
ərazilərin,  türk  torpaqlarının  adları  dərişdirılir,  köçürülmələrlə,  yerli  xalqları 
ucdantutma  xristianlaşdırmaqla  türk  etnoslarını assimliə  edib,  tarixə,  taleyə  hökm 
edilirdi. 
Hələ XIV əsrdən Volqaya çıxmaqla Sibirə yürüşdən başlayan bu məqsəd 
qədim  Bulqar  çarlığının-Kazan,  Astarxan  xanlıqlarının  ləğv  edilməsi  və  artıq 
Avropalaşmış  rus  çarlarının  Qara  dəniz  -  Balkanlar  və  daha  sonra  Qafqaz-
Azərbaycan  istilaları  ilə  genişlənərək  həyata  keçirilirdi.  Yerlərin  istilası 
pravoslavlığın  qəbul  etdirilib  yayılması  ilə  tamlaşdırılırdı;  xaçlama  müstəmləkə 
siyasətinin  əsas  məqsədi  idi,  zorla  xristianlaşmadan  qaçanları  ağır  cəzalar, 
məhrumiyyətlər  gözləyirdi.  Rusiya  Elmlər  Akademiyasının  ilk  qadın  prezidenti 
Yekaterina  Daşkovanın  yazdığına  görə  Nijni  Novqorod  arxiyepiskopu  Dmitri 
Seçenev (1709-1767) Kazan və sonra Nijeqorod quberniyasının yepiskopu olarkən 
buradakı  yerli  sakinlər  (tatarlar,  çuvaşlar,  mordvalılar)  arasında  pravoslavlığı 
yayarkən  çox  qəddar  hərəkətlər  edirdi:  qəbristanlıqları  dağıtdırır,  xaçlamadan 
canını  götürüb  qaçanları  tutdurub  həbs  etdirirdi,  mal-mülkünü  müsadirə  etdirib, 
dilənçi  vəziyyətinə  salırdı.  Hətta  tarixçi  Solovyovun  yazdığına  görə  xristianlığı 
qəbul  etmək  istəməyən  yaşlı  müsəlmanları  kupelo  (xaç  suyuna)  əlləri,  ayaqları 
qandallı atırdılar. Müsəlman ailələrinin yeni doğulan uşaqları ilə iş asan idi; onlar 
elə kilsədəcə suya çəkilir, adı və yeni inancı yazılıb qeyd olunurdu. 
Odur  ki,  bu  yeni  istila  olunan torpaqlarda  yeni  adlar  özü ilə  birlikdə  dini 
məzmun  daşıyırdı.  Troitsk,  Stavropol,  Pavlodar,  Petrozavodsk,  Petropavlovsk, 
Kosmodemyansk  (müqəddəs  həvarilərin  adlarından);  Stavropol  (xaçlı  şəhər), 
Sevastopol  (müqəddos  şəhər),  Pokrovskoe,  Feodosiya  (keçmiş  Kafa  şəhəri), 
Feodora  (keçmiş  Manqup  kala),  qədim  Temernikin  müasir  adı  olan  Rostov-Don, 
Sibirdo  Zlatoust  şəhərləri  kilsə  baş  ruhaniləri  adından  yaranmışdır.  Bu  yeni  adlar 
həmin  dövrün  istilaçılıq  xəttini  yeridən  imperiyanın  başında  duranların  adlarını 
əbədiləşdirməklə də bu ilhaqın məqsədlərini tam ifadə edirdi: Zubovka, Karyagin, 
Yelizavetpol,  Tatişşev,  Perovsk,  Petrovsk,  Yekaterinoslav,  Yekaterinodar, 
Yekaterinburq və s. 
Çox  vaxt  gəlmələr  köhnə  adlarını  gətirib  özlərinin  bu  yeni  məskəninə 
verirdilər.  Məsələn,  1864-cü  ilə  aid  Samara  quberniyası  yaşayış  yerlərinin  adları 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə