Uot 001. 95 Əliquliyev R. M



Yüklə 126,89 Kb.
Pdf görüntüsü
tarix08.10.2017
ölçüsü126,89 Kb.
#3615


İnformasiya texnologiyaları problemləri, 2015, №1, 3-9 

 

 



       www.jpit.az                                                                      3 

 

UOT 001.95 



Əliquliyev R.M.

1

, Ağayev N.B.

2

, Alıquliyev R.M.

3

 

AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan 



rasim@science.az, 

nadir_avia@yahoo.com, 



r.aliguliyev@gmail.com

 

KOMPÜTER PROQRAMLARI PİRATÇILIĞI VƏ ANTİPLAGİAT 

SİSTEMLƏRİNDƏN İSTİFADƏ PROBLEMLƏRİ 

M

əqalədə  proqram məhsullarından  qeyri-qanuni istifadəyə  qarşı  mübarizənin xüsusiyyətləri 

araşdırılmış və plagiatlıqla mübarizədə istifadə  edilən antiplagiat sistemləri analiz edilmişdir. 

Bu sisteml

ərin müsbət və mənfi cəhətləri göstərilmişdir. 

Açar sözl

ər:  plagiat,  piratçılıq,  kompüter  proqramları  piratçılığı,  fərdi  piratlar,  İnternet-

piratçılıq, sifarişli plagiat, haker-piratçılıq. 

Giriş 

Hazırda  qloballaşan  dünyamızda  material,  enerji  və  maliyyə  resurslarından  daha  çox 

informasiya  resurslarına  tələbat hiss edilir. Bu resurslar əsаsən  elmdə,  təhsildə,  səhiyyədə, 

idаrəetmədə,  kütləvi  infоrmаsiyа  vasitələrində  və  s.  sаhələrdə  yaranır.  Burada  intellektual 

əməyin  nəticəsi  maddi və  qeyri-maddi formalarda özünü büruzə  verir və  insan fəaliyyətinin 

bütün sah

ələrində biliklər və ya texniki-texnoloji yeniliklər kimi tətbiq edilir. Nəticədə yaradıcı 

il

ə istifadə edən arasında münasibətləri tənzimləyən xüsusi bazar – elmi-texniki məhsullar bazarı 



formalaşır. Məhz burada daha yüksək iqtisadi mənfəət əldə edilməsi və eləcə də, yüksək rəqabət 

qabiliyy


ətli məhsullar  əldə  edilməsi üçün elmi-texniki informasiya, bilik və  intellektual 

mülkiyy


ətin maddi və  qeyri-maddi formalarının  mənimsənilməsi  uğrunda  mübarizə  gedir.  Bu 

mübariz


ənin qeyri-qanuni  forması  kimi  piratçılıq  –  intellektual mülkiyyətin maddi formada 

qeyri-qanuni m

ənimsənilməsi və  plagiatlıq  –  intellektual mülkiyyətin qeyri-maddi formada 

qanunsuz m

ənimsənilməsidir.  

Birinci halda bu 

əsasən sənaye  casusluğu  kimi  qiymətləndirilə  bilər, çünki intellektual 

əməyin  maddi  forması  adətən yeni texnologiyalara, ixtiralara,  faydalı  modellərə, sənaye 

nümun

ələrinə,  əmtəə  nişanlarına  aid  olmaqla,  onların  qeyri-qanuni yollarla 



özününkül

əşdirilməsidir.  

İkinci  halda  isə  bu,  əsərlərə  (elmi, bədii,  xalq  yaradıcılığı),  yayım  təşkilatlarının 

verilişlərinə,  inteqral  sxem  topologiyalarına,  məlumat  toplularına  və  s. aiddir. Təbii ki, eyni 

zamanda hamı tərəfindən daha operativ, daha dəqiq və tam informasiyanın əldə edilməsi istəyi 

informasiya m

ənbələrindən istifadədə  müəyyən problemlər  yaradır.  Bu  problemlərdən  ən 

başlıcası informasiya mənbələrindən “qeyri-qanuni” məqsədlər üçün istifadə, başqa sözlə desək, 

“informasiy

a piratçılığı”dır. 

Hazırda  intellektual  mülkiyyətin maddi formada qeyri-qanuni mənimsənilməsi 

(m

əqsədindən  asılı  olmayaraq)  elektron  informasiya  vasitələrinin  inkişafı  ilə  əlaqədar olaraq 



daha geniş yayılmışdır. Bu növ cinayətkarlığa qarşı mübarizə beynəlxalq qurumlar tərəfindən də 

diqq


ətdən kənarda  qalmamışdır.  Məsələn,  BSA (The Business Software Alliance)  [1]  təşkilatı 

kompüter proqram t

əminatı  ilə  bağlı  piratçılıqla  mübarizə  aparır.  Bu  təşkilatın  apardığı 

t

ədqiqatlara  əsasən,  dünyada  piratçılığın  səviyyəsi,  demək olar ki, dəyişmir.  2013-cü  il 



m

əlumatına  görə, piratçılıq  səviyyəsi ABŞ-da  –  18%, Yaponiyada –  19%,  İngiltərədə  –  24%, 

Fransada – 36%, Rusiyada – 62%, Az

ərbaycanda isə 85% təşkil edir [2]. 



Proqram m

əhsullarından qeyri-qanuni istifadənin xüsusiyyətləri  

Az

ərbaycan  Respublikasında  kompüter  texnologiyaları  və  proqram təminatı  sistemində 



p

iratçılıq əsasən aşağıdakı formalarda özünü büruzə verir: 




İnformasiya texnologiyaları problemləri, 2015, №1, 3-9 

 

4                                                                  www.jpit.az 



 

-

 



Kontrafakt proqram m

əhsullarının  istehsalı  və  yayılması.  Kontrafakt məhsullar öz 

istehsal formasına görə iki növə bölünür – orijinal məhsuldan fərqlənən və orijinalından praktiki 

olaraq f

ərqlənməyən məhsul. Birinci halda,  adətən proqram məhsulunun nüsxələrini 

hazırlayanda, sadəcə ondan istehsalçı haqqında  məlumatlar silinir, ikinci halda isə  “istehsalçı” 

leqal yolla 

əldə etdiyi nüsxənin çoxaldılması ilə fəaliyyət göstərir [3]. 

-

 



Kompüterl

ərə  qeyri-leqal proqram təminatının  yüklənməsi və  satışı.  Bu hallara 

əsasən orta və kiçik müəssisələrdə rast gəlmək olar. Burada həm kontrafakt məhsullardan geniş 

istifad

ə, həmçinin  əldə  edilmiş  bir  leqal  versiyanın  çoxlu  kompüterlərdə  yüklənməsi  halları 



mövcuddur.  

-

 



F

ərdi piratlar.  Bunlar istifadəçilərin  sifarişi  əsasında  kompüterlərdə  qeyri-qanuni  əldə 

edilmiş proqram məhsullarını yükləyir, sistemdə dəyişikliklər edir və s. 

-

 

İnternet-piratçılıq.  İnternet  vasitəsi ilə  proqram məhsullarının  qeyri-qanuni mənim-



s

ənilməsi ən çox yayılmış haldır. Bu, əsasən aşağıdakı vəziyyətlərdə özünü göstərir: 

 

bir çox saytlar audio, video v



ə proqram məhsullarından azad istifadəyə  icazə verirlər

 



şəbəkədən istifadə edənlərin əksəriyyəti intellektual mülkiyyət və ondan istifadə haqqında 

qanunlarla tanış deyillər. Bu həm istifadəçinin bilavasitə özünün xüsusiyyətlərindən irəli 

g

ələn xarakteristikalarla (yaş, təhsil səviyyəsi, istifadə məqsədi və s.), həm də cəmiyyətdə 



mövcud qanunların tətbiqinin zəifliyindən irəli gələn səbəblərlə izah edilə bilər; 

 



İnternet şəbəkədə istifadəçinin hərəkətlərinə nəzarətin (əsasən hüquq-mühafizə orqanları 

t

ərəfindən) zəif və ya müəyyən hallarda hətta mümkün olmaması. Bu halda qanuni və ya 



qeyri-qanuni istifad

ə yalnız istifadəçinin öz şəxsi təşəbbüsü ilə həyata keçirilir. 

-

 

Xüsusi  şəbəkə  texnologiyaları  vasitəsi ilə  piratçılıq.  Bu texnologiyalar əsasən P2P 



(peer-

to peer) texnologiyaları adlanır. Bu tip şəbəkədə informasiya mübadiləsi, mərkəzi serverə 

müraci

ət etmədən  işçi  stansiyalar  arasında  aparılır.  Müasir  P2P  texnologiyaları  Gnutella, 



FreeNet, Napster 

və  s.  sistemlərdə  tətbiq  edilir.  Əslində  bu  sistemlər  adətən  musiqilərin 

mübadiləsi  üçün  nəzərdə  tutulsa  da,  proqram  təminatı  nöqteyi-nəzərindən  musiqi  fayllarının 

şəbəkə vasitəsi ilə ötürülməsi ilə, digər tip faylların – mətn, qrafik və s. faylların ötürülməsində 

əsaslı fərq yoxdur [4].  

-

 



E-mail vasit

əsi ilə plagiatlıq (piratçılıq). Bu həm adi istifadəçilərin bir-biri ilə elektron 

poçt vasit

əsi ilə proqram məhsullarından qeyri-qanuni istifadə hallarına, həm də xüsusi qruplar 

şəklində birləşərək (Spam-qruplar) reklam vasitəsi ilə pirat məhsullarının yayılmasına aiddir.  

-

 

İnternet  auksionlar  vasitəsi ilə  piratçılıq.  E-mail  məhdud həcmdə  informasiyanın 



ötürülm

əsini təmin edir.  İnternet  auksionlar  vasitəsi ilə  isə  böyük həcmli, praktiki olaraq 

ist

ənilən proqram məhsulu təklif edilir və bu halda sifarişçi əksər hallarda məhsulun pirat məhsul 



olduğunu  bilmir.  BSA-nın  məlumatına  görə,  bu  növ  piratçılıq  İnternetdə  ən  geniş  yayılmış 

növdür. 


-

 

Haker-piratç



ılıq. Bu növ piratçılıqda hakerlər aşağıdakı üsullardan istifadə edirlər: 

 



dövl

ət və  ya  şəxsi  kommersiya müəssisələrinin serverlərinə  daxil  olub,  onların  FTP 

ehtiyatlarından informasiyanı əldə edərək digərlərinə ötürürlər;  

 



kommersiya m

əqsədi ilə yaradılmış proqram məhsullarının kodlarını, seriya nömrələrini 

v

ə s. əldə etməklə,  onların qeyri-qanuni yayılmasını təşkil edirlər; 



 

xüsusi dinamik d



əyişən saytlar. Bu halda pirat məhsul təklif edilən saytdan deyil, digər 

saytdan köçürülür. Bu saytlar xüsusi t

əşkilatlar  tərəfindən (məsələn,  BSA tərəfindən)  

əyyən edildikdə bağlanır və yenisi təşkil edilir.  



Antiplagiat sisteml

ərinin xüsusiyyətləri  

Bel


əliklə,  intellektual mülkiyyətin,  demək olar ki,  bütün  formaları  ənənəvi formalardan 

daha çox piratçılıq yolu ilə bazarlara yol tapır, nəticədə ölkənin iqtisadi durumuna astronomik 

r

əqəmlərlə ifadə olunan maddi ziyan vurulur. Ayrı-ayrı ölkələrdə və beynəlxalq aləmdə aparılan 




İnformasiya texnologiyaları problemləri, 2015, №1, 3-9 

 

 



       www.jpit.az                                                                      5 

 

mübariz



ə informasiya texnologiyasının daim inkişafı ilə əlaqədar yalnız müəyyən sabitləşməyə 

g

ətirib çıxarmışdır.  



H

ər dəfə  yeni  texnoloji  işləmələr meydana gəldikcə, onlarla bərabər həmin 

texnologiyalar

ın nəticələrini daha asan yollarla istifadə etməyin üsulları da meydana gəlir. Bu hal 

xüsusi il

ə audio və video məhsullarda özünü daha çox büruzə verir.  

Müasir dövrd

ə audio və video informasiyaların elektron vasitələr olmadan yayımı, demək 

olar  ki,  mümkün  deyil.  Yaxın  zamanlara  qədər istifadə  edilən patefon diskləri,  maqnitafon və 

foto-video lentl

əri  artıq  tarixi  eksponata  çevrilib.  Belə  bir vəziyyətdə  yalnız  rəqəmli formada 

olan audio v

ə video informasiyanın qeyri-qanuni yayımı öz həcmi və əhatə dairəsinə görə daha 

çox 


əhəmiyyət kəsb edir. Təbii ki, bu sahədə plagiatlığın təzahür formalarının müxtəlifliyi ona 

qarşı  mübarizəni çətinləşdirir.  Hazırda  bu  sahədə  mübarizə  üsullarından  ən  geniş  yayılmışı 

steqanoqrafik üsullardır.  

Steqa


noqrafiya  üsulları  ilə  yaradılmış  audio-video faylı  adi  köçürmə  və  ya müəyyən 

d

əyişikliklər etməklə (məs. şəklin üzərindəki sözləri dəyişməklə, video formatı dəyişməklə və s.) 



özününkül

əşdirmək cəhdi asanlıqla ifşa edilə bilir. 

Steqan

oqrafiya  üsullarında  ilkin  informasiya,  adətən müəyyən konteyner  (konteyner  – 



gizl

ədilmiş informasiya) əlavə etməklə dəyişdirilir. Məsələn, LSB – Least Significant Bit – ən 



kiçik qiym

ətli bit  üsulunda bu ən son qiymətli bitin əvəz edilməsi ilə, exo üsullarda –  audio 

siqnallara  insanın  hiss  etmədiyi amplitudada gecikmələrlə  siqnallar  əlavə  etməklə,  faza 

kodlaşdırma üsulunda – ilkin audio siqnala müəyyən faza sürüşməsi əlavə edilməsi  ilə həyata 

keçirilir. 

Steqanoqrafiya il

ə yanaşı audio-video faylları köçürmə və yadda saxlama kimi əməllərdən 

qorumaq üçün, h

əmçinin rəqəmli  su nişanlarından da istifadə edilir. Rəqəmli su nişanları xüsusi 

qurğularla əlavə edilir və oxunur. Məsələn, müasir printerlərdə hər sətirə kiçik nöqtə əlavə edilir, 

buraya çap edilm

ə  vaxtı,  günü  və  printerin seriya nömrəsi daxildir.  Əksər qrafik paketlərdə 

(Photoshop, CorelDraw

su nişanları əlavə edilməsi üçün xüsusi vasitələr nəzərdə tutulmuşdur. 

Əgər  fayl  su  nişanı  ilə  təchiz  edilmişsə  və  bu sadəcə  köçürmə  vasitəsi ilə  yayılırsa  (adətən 

primitiv texnikadan istifad

ə etməklə), həmin qrafik paketlər vasitəsi ilə bunu asanlıqla müəyyən 

etm

ək  olar.  İnternetdə  yerləşdirilmiş  və  su  nişanları  ilə  təchiz  edilmiş  faylların  qeyri-qanuni 



istifad

əsini müəyyən etmək üçün Digimarc  kompaniyasının  [5]  hazırladığı  MarcSpider  axtarış 

sistemindən istifadə edilir. 

Hazırda  müxtəlif  şəkillərin  satışı  ilə  məşğul olan Getty Images,  FPG    Index Stock 

kompaniyaları  bu  proqram  məhsulundan  istifadə  edirlər.  Qeyd  edək  ki,  su  nişanlarını  fayldan 

kənarlaşdırmaq, demək olar ki, mümkün deyil, hətta əgər bu hansı üsulla isə mümkün olsa da, 

faylın keyfiyyəti (video keyfiyyəti və ya audio səsləndirmə) kəskin şəkildə aşağı düşür.  

Hazırda  audio-video  və  hətta  mətn    fayllarda  rəqəmli  su  nişanlarının  yaradılması  və 

müəyyən edilməsi  məqsədi ilə istifadə edilən  çoxlu proqram paketləri mövcuddur. Bunlardan: 

 



DropWaterMark [6],  

 



EikonaMark [7],  

 



Suresig [8],  

 



Argent [9]  

proqram sistemləri geniş istifadə edilir.  

İntellektual sahələrdə – elmi və ədəbi əsərlərdə, təhsildə müasir texnologiyalar tətbiq edilsə 

d

ə, plagiatlığın müəyyənləşdirilməsi daha çətin başa gəlir. Bu, əsasən plagiatlığın bu sahələrdə 



t

əzahür formalarının müxtəlifliyi ilə izah edilsə də, digər əsas səbəbi plagiatla ona qarşı mübarizə 

aparanın  eyni  texnologiyalardan istifadə  etməsidir. Belə  ki, bu sahələrdə  plagiatlığa,  əsasən 

kompüter 

proqramları və proqram məhsulları, elmi nəşrlər və onların açıq istifadə üçün mövcud 

olan bazalarında rast gəlinir.  




İnformasiya texnologiyaları problemləri, 2015, №1, 3-9 

 

6                                                                  www.jpit.az 



 

Bu m


ənbələr,  eyni  zamanda  plagiatlıqla  mübarizə  üçün də  istifadə  edilir.  Bu  qarşılıqlı 

əlaqəli prosesdə  hər  hansı  texniki-proqram yeniliyi həm mənbələrdən qeyri-qanuni 

m

ənimsəmədə, həm də ona qarşı mübarizədə eyni dərəcədə istifadə edilir. 



Yuxarıda  qeyd  etdiyimiz  kimi,  plagiatlığın  informasiya  texnologiyaları  vasitəsi ilə 

əyyənləşdirilməsi problemləri bir ölkə  çərçivəsindən  çıxıb,  beynəlxalq  status  almışdır. 



Hazırda aşkarlanma prosesinin həm elmi-nəzəri, həm də texniki və proqram təminatı müxtəlif 

istiqam


ətlərdə  şaxələnərək,  demək olar ki, elmi-texniki və  yaradıcılıq  fəaliyyətinin bütün 

sah


ələrini əhatə etmişdir. Məhz bu səbəbdən, yaradılma yerindən asılı olmayaraq, bu sistemlər 

bu v


ə  ya digər ölkələrdə  milli mənbələrin  plagiatlıq  təsirlərindən  qorunmasında  istifadə  edilə 

bilir (c


ədvəl 1). 

C

ədvəl 1 



İngilis dilli antiplagiat sistemləri 

 

Findsame 



Eve2 

Turnitin 

CopyCatch 

Word CHEK 

İnternet ünvan  http://www.findsa

me. com 


www.canexus.com www.turnitin.com  http://www.CopyCat

ch.freeserve. co.uk 

http://www.WordC

HECKsystems. com 

T

əşkilat 


Digital integrity 

CaNexus 


iParadigms 

CFL Software 

Developments 

WordCHECK 

Systems 

Sistemin tipi 

Veb-kontentl

ərin 


axtarış sistemi 

Xüsusi bazalardan 

v

ə İnternetdən 



kontentl

ərin 


axtarış sistemi 

Xüsusi bazalardan 

v

ə  


veb-kontentl

ərin 


axtarış sistemi 

(istifad


əçinin 

yükl


ədiyi fayl 

əsasında) 

Xüsusi bazalardan 

kontentl


ərin axtarış 

sistemi 


Xüsusi bazalardan 

kontentl


ərin axtarış 

sistemi 


Əməliyyat 

sistemi 


 

Veb-kompüter 

(ancaq Windows 

sistemi üçün) 

Kompüter 

 (ancaq Windows 

sistemi üçün) 

Veb-kompüter 

(ancaq Windows 

sistemi üçün) 

Yalnız bir kompüter 

(ancaq Windows 

sistemi üçün) 

Yalnız bir kompüter 

(ancaq Windows 

sistemi üçün) 

İnternetdə\Lokal 

bazada axtarış 

aparılır\aparılmır  aparılır/aparılmır  aparılır/aparılmır 

a

parılır/aparılır 



aparılır/aparılır 

Hesabatın təqdim 

edilm

ə sürəti 



İnternet-trafikdən 

v

ə serverdən asılı 



olaraq 

İnternet-trafikdən 

v

ə serverdən asılı 



olaraq 

24 saat 


prosessorun 

sür


ətindən asılı 

olaraq 


prosessorun 

sür


ətindən asılı 

olaraq 


N

əticələrin 

t

əqdim edilmə 



forması 

Geniş hesabat 

Geniş hesabat 

(ünvanla b

ərabər) 

hesabat hazır 

olandan sonra 

istifad


əçiyə 

gönd


ərilir 

hesabat hazır olandan 

sonra istifad

əçiyə 


gönd

ərilir 


hesabat hazır 

olandan sonra 

istifad

əçiyə 


gönd

ərilir 


Yoxlama üsulu 

– 

– 



– 

m

ətnlərdə sözlərin 



istifad

ə edilməsi 

tezliyini, sözl

ər 


qrupunun xüsusi 

markerl


ərə görə 

eyniliyini 

açar sözl

ərin 


istifad

ə tezliyinə 

gör

ə 

Yoxlamaya 



veril

ən faylın tipi 

ASCII, UTF-8, 

KOI-8v


ə s. 

ASCII ,UTF-8, 

KOI-8v

ə s 


Doc, .docx, .odt, 

.wpd, .ps .eps, pdf, 

html, .rtf, .txt s 

ASCII kodlaşdırma 

il

ə işləyir 



ASCII kodlaşdırma 

il

ə işləyir 



 

 

M



əsələn,  Findsame proqram məhsulu  Kaliforniya, Stenford,  Berkli  və  dünyanın  əksər 

universitetl

ərində antiplagiat sistemi kimi tətbiq edilir. Bu proqramların əksəriyyəti ingilis dilli 

m

ənbələrlə işləyir [10, 11]. 



C

ədvəl 2-də müxtəlif dillərdə, əsasən rus və ingilis dillərində olan mətnlərlə işləyə bilən 

antiplagiat sisteml

ər verilmişdir. Bu sistemlər İnternetin Rusiya seqmentində yerləşmiş və MDB 

ölk

ələri üçün istifadə edilə bilər (daxili şərtləri nəzərə almaqla). Bu sistemlərin əksəriyyəti çoxlu 



dill

ər üzrə yoxlama apara bildiklərini elan etsələr də, faktiki olaraq bir neçə dildə, əsasən rusdilli 

m

ətnlərin yoxlanılmasına imkan verirlər.  




İnformasiya texnologiyaları problemləri, 2015, №1, 3-9 

 

 



       www.jpit.az                                                                      7 

 

C



ədvəl 2 

Çoxdilli antiplagiat sisteml

əri 

Antiplagiat 



sistemi 

Advego 


Plagiatus 

Antiplagiat.ru 

Double content 

finder (DCFinder) 

Istio 

Praide unique 



content analyzer 

İnternet ünvan  www.advego. 

ru/plagiatus 

www.antiplagiat.

ru 

http://www.doccop



.com 

www.istio.com  www.advego.ru/

plagiatus 

Yoxlama üsulu 

şinql metodu 

şinql metodu 

şinql metodu 

şinql metodu  şinql və passaj 

üsulu 

Yoxlamaya 



veril

ən faylın 

tipi 

fayl, URL, 



m

ətn 


html, plain.txt, 

.doc, rtf, pdf, zip 

fayl, 

URL, 


m

ətn 


fayl, URL, 

 

fayl, URL, 



m

ətn 


Kodlaşdırmada

n asılılığı 

ASCII ,UTF-8,  

KOI-8 


v

ə s. 


ASCII 

kodlaşdırma ilə 

işləyir 

ASCII 


kodlaşdırma ilə 

işləyir 


ASCII 

kodlaşdırma ilə 

işləyir 

ASCII 


kodlaşdırma ilə 

işləyir 


İnternetdə/Loka

l bazada axtarış 

aparılır\aparılmır  aparılır\aparılır  aparılır\aparılmır 

Yandeks v

ə 

Yahoo\


aparılmır 

aparılır\aparılmır 

Dil 

m

əhdudiyyəti 



85-d

ən çox dildə 

yoxlama aparır 

ancaq rus dilli 

m

ətnləri yoxlayır 



ancaq rus dilli 

m

ətnləri yoxlaya 



bilir 

rus v


ə ingilis 

dilli m


ətnləri 

yoxlayır 

ancaq rus dilli 

m

ətnləri yoxlayır 



İstifadəçi 

t

ərəfindən 



yoxlama para-

metrl


ərinin 

d

əyişdirilməsi 



 

Mümkündür 

sistem t

ərəfindən 

veril

ən 


s

ərhədlərdə 

sistem t

ərəfindən 

veril

ən sərhədlərdə 



sistem t

ərəfindən 

veril

ən 


s

ərhədlərdə 

mümkündür 

Oxşar hərflərin 

əvəz edilməsi 

əyyən edə 



bilmir 

əyyən edir 



əyyən edə 

bilmir 



əyyən edir 



əyyən edə 

bilmir 

Sinonim 


sözl

ərlə əvəz 

etm

ə 



əyyən edə 

bilmir 


əyyən edir 

əyyən edə 



bilmir 

əyyən edə 



bilmir 

əyyən edə 



bilmir 

M

ətn üzərində 



manipulyasiya 

əyyən edə 



bilmir 

əyyən edir 



əyyən edə 

bilmir 



əyyən edə 



bilmir 

əyyən edə 



bilmir 

N

əticələrin 



t

əqdim edilmə 

forması 

n

əticə faizlə 



verilir, ünvan 

göst


ərilir 

n

əticə faizlə 



verilir, ünvan 

göst


ərilir 

ünvan göst

ərilir 

 

ünvan göst



ərilir 

 

n



əticə hər axtarış 

sistemi üzr

ə 

ayrıca verilir 



 

Bu sisteml

ər  arasında  ən  geniş  istifadə  edilən  “FOREKSIS”  şirkətinin  “Antiplagiat” 

sistemidir. Sistem 2005-ci ild

ən istifadəyə verilib. İstifadəçilər arasında Rusiyanın 180-dən çox 

ali m


əktəbi var. Sistemin 600000-dən çox qeydiyyata düşmüş istifadəçisi var. 

Rusiyanın  əksər universitetləri və  elmi-tədqiqat  institutları  –  Rusiya  Federasiyasının  Ali 

Attestasiya  K

omissiyası, Moskva  Dövlət  Universiteti, Sankt-Peterburq Universiteti, Moskva 

iqtisadiyyat, menecment v

ə  hüquq institutu və  s. “Antiplagiat” sistemindən  istifadə  edirlər. 

Sistemin  bazası  40  milyondan  çox mənbələri özündə  birləşdirir.  Xüsusi proqramın  (robotun) 

köm


əyi ilə  İnternetin Rusiya seqmentinin ümumi istifadədə olan mənbələri hesabına sistemin 

m

əlumat bazası daim yenilənir. Sistem, digər uyğun sistemlərdən fərqli olaraq, hərflərin əvəz 



edilm

əsi  (oxşar  latın  hərfləri ilə), cümlələrin abzasda yenidən  qruplaşdırılması,  abzasların 

yerd

əyişməsi,  cümlədə  sözlərin yerinin dəyişdirilməsi,  sinonimlərlə  əvəz etmə,  durğu 



işarələrinin dəyişdirilməsi (nöqtənin vergüllə  əvəz edilməsi),  boş  yerlərin nöqtələrlə  əvəz 

edilm


əsi və s. əməliyyatları nəzərə alır. 

Qeyd edil

ən xüsusiyyətlərinə  görə  bu  sistem  respublikamızda  ən çox istifadə  edilən 

antiplagiat sistemidir. 

 



İnformasiya texnologiyaları problemləri, 2015, №1, 3-9 

 

8                                                                  www.jpit.az 



 

Plagiatlıqla mübarizədə problemlər 

Qeyd etdiyimiz sisteml

ərdə müasir informasiya texnologiyalarının ən son nəzəri və texniki 

nailiyy


ətlərindən istifadə edildiyinə baxmayaraq, onlar bu və ya digər cəhətdən çatışmazlıqlara 

malikdirl

ər:  

-

 



bu sisteml

ər, adətən kiçik həcmli mətnlərlə (adətən 300 simvola qədər) işləyirlər; 

-

 

sisteml



ər konkret dildə olan mətnlərlə işləyə bilirlər; 

-

 



sisteml

ər yalnız onlara məlum olan konkret bazalarla işləyirlər;  

-

 

sisteml



ərin əksəriyyəti yalnız bir və ya bir neçə kodlaşdırma ilə işləyir; 

-

 



a

xtarış və qərar qəbul etmədə intellektual üsullar zəif tətbiq edilir.  

Bu çatışmazlıqlar, əsasən həmin sistemlərdən bilavasitə praktikada istifadə etdikdə qarşıya 

çıxır.  Digər tərəfdən,  bu sistemlərin tətbiqi həmişə  antaqonist münasibətdə  olan iki tərəfin 

iştirakı  ilə  aparılır  –  plagiatlığı  müəyyən edən tərəf və  plagiat  prosesinin  iştirakçısı.  Hər iki 

t

ərəfin  əldə  etdikləri bilik və  bacarıqlar digərlərinə,  adətən məlum olmur, bu isə  sistemlərin 



çatışmazlıqlarının  aradan  qaldırılmasında  əsas maneələrdən biridir.  Qeyd edilən  çatışmazlıqlar 

sisteml


ərin  yeni  versiyalarında  və  yaxud  yeni  yaradılan  sistemlərdə  nəzərə  alınaraq,  mümkün 

olduqca arada

n  qaldırılır.  Lakin  bu  problemin  həlli təkcə  texniki məsələ  kimi deyil, həm də 

n

əzəri və alqoritmik cəhətdən yeni işləmələr tələb edir. 



Bu  sisteml

ərin  hazırda  mövcud  olan  alqoritm  və  metodlar  əsasında  yaradılmasında  əsas 

mane

ələrdən biri, əksər hallarda nəzəri problemlərdən daha çox dilin filoloji standartlarının və 



sabitl

əşmiş vahid lüğətinin (adi lüğət, orfoqrafik, sinonimlər, omonimlər, texniki terminlər və s. 

lüğətlərinin) olmaması səbəbindən baş verir. Təbii ki, bu halda mövcud alqoritmlərin həmin dilli 

m

ətnlərə tətbiqi gözlənilən nəticəni vermir.  



Mövcud  metod  v

ə  alqoritmlərin eyni zamanda müxtəlif tipli  informasiyalara tətbiqinin 

mümkünsüzlüyü d

ə vahid antiplagiat sisteminin yaradılmasında problemlər  yaradır. Xüsusi ilə 

müxt

əlif  növ  informasiyanın  cəmləşdiyi  halda  (məs. mətn,  qrafika və  s.),  əksər alqoritmlərin 



t

ətbiqi mümkün olmur.  

Dig

ər tərəfdən, mövcud alqoritmlərin intellektual səviyyəsinin aşağı olması müxtəlif qeyri-



ənənəvi (alqoritmlərdə  nəzərdə  tutulan standart hallardan fərqli) üsullardan istifadə  edilərək, 

“dig


ərinin  ideyalarının  mənimsənilməsi”  hallarının  identifikasiya edilməsinə  bir çox hallarda 

imkan vermir.  



N

əticə 

M

əqalədə: 



-  kompüter proqram m

əhsullarından  qeyri-qanuni istifadənin xüsusiyyətləri  araşdırılmış, 

plagiatlıq hallarının yayılmasında kompüter proqramları piratçılığının rolu göstərilmişdir;  

-  ingilis dilli v

ə  çoxdilli antiplagiat sistemləri istifadə  xüsusiyyətlərinə  görə 

sisteml


əşdirilmiş, onlardan istifadənin müsbət və zəif cəhətləri göstərilmişdir.  

Minn

ətdarlıq 

 

Bu iş Azərbaycan Respuiblikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə 



yardımı ilə yerinə yetirilmişdir – Qrant № EİF-RİTN-MQM-2/İKT-2-2013-7(13)-29/20/1. 

Ədəbiyyat 

1.

 



www.bsa.org  

2.

 



www.globalstudy.bsa.org 

3.

 



mha@copag.gov.az 

4.

 



Google News: Google News: news.google.com 

5.

 



www.digimarc.com 

6.

 



www.dropwatermark.com 

7.

 



www.alphatecltd.com 


İnformasiya texnologiyaları problemləri, 2015, №1, 3-9 

 

 



       www.jpit.az                                                                      9 

 

8.



 

www.signumtech.com 

9.

 

www.digital-watermark.com



 

10.


 

Зеленков  Ю.Г.,  Сегалович  И.В.  Сравнительный  анализ  методов  определения 

нечетких  дубликатов  для  Web-документов  /  Труды  9-й  Всероссийской  научной 

конференции  «Электронные  библиотеки:  перспективные  методы  и  технологии, 

электронные коллекции»,  RCDL’2007, Переславль-Залесский, Россия, 2007.

 

11.



 

Лакунин  М.,  Лысенко  Е.,  Семенников  А.,  Счастливцев  Р.  Обзор  автоматических 

детекторов плагиата в программах.  

http://detector.spb.su/bin/view/Sandbox / ProjectOutput 

 

УДК 001.95 

Алгулиев Расим М.

1



Агаев Надир Б.

2

, Алыгулиев Рамиз М.

Институт Информационных Технологий НАНА, Баку, Азербайджан 

1

rasim@science.az, 



2

nadir_avia@yahoo.com, 

3

r.aliguliyev@gmail.com 



Пиратство в компьютерной программе и проблемы использования антиплагиатных 

систем в борьбе с плагиатом 

В  статье  исследованы  особенности  борьбы  с  незаконным  использованием  программных 

продуктов.  Проанализированы  антиплагиат-системы,  показаны  их  положительные  и 

отрицательные стороны. 



Ключевые слова: плагиат, пиратство, программное  пиратство, индивидуальный пират, 

интернет-пиратство, заказной плагиат, хакер-пиратство. 

 

Alguliyev Rasim M.

1

, Aghayev Nadir B.

2

, Aliguliy

ev Ramiz М.

3

 

Institute of Information Technology of ANAS, Baku, Azerbaijan  

1

rasim@science.az, 



2

nadir_avia@yahoo.com, 

3

r.aliguliyev@gmail.com 



Piracy in the computer program and the problems of using antiplagiath systems in the 

fight against plagiarism 

Paper describes  features of the fight against the illegal use of software products. The anti-

plagiarism systems also  have been analyzed and their positive and negative aspects  have been 

presented. 



Keywords: plagiarism, piracy, software piracy, individual pirate, internet-piracy, bespoke 

plagiarism, hacker software piracy. 

 

Document Outline

  • Məqalədə proqram məhsullarından qeyri-qanuni istifadəyə qarşı mübarizənin xüsusiyyətləri araşdırılmış və plagiatlıqla mübarizədə istifadə edilən antiplagiat sistemləri analiz edilmişdir. Bu sistemlərin müsbət və mənfi cəhətləri göstərilmişdir.
  • Açar sözlər: plagiat, piratçılıq, kompüter proqramları piratçılığı, fərdi piratlar, İnternet-piratçılıq, sifarişli plagiat, haker-piratçılıq.
    • Hazırda qloballaşan dünyamızda material, enerji və maliyyə resurslarından daha çox informasiya resurslarına tələbat hiss edilir. Bu resurslar əsаsən elmdə, təhsildə, səhiyyədə, idаrəetmədə, kütləvi infоrmаsiyа vasitələrində və s. sаhələrdə yaranır. Bu...
    • Birinci halda bu əsasən sənaye casusluğu kimi qiymətləndirilə bilər, çünki intellektual əməyin maddi forması adətən yeni texnologiyalara, ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına aid olmaqla, onların qeyri-qanuni yollarla ...
    • İkinci halda isə bu, əsərlərə (elmi, bədii, xalq yaradıcılığı), yayım təşkilatlarının verilişlərinə, inteqral sxem topologiyalarına, məlumat toplularına və s. aiddir. Təbii ki, eyni zamanda hamı tərəfindən daha operativ, daha dəqiq və tam informasiyan...
    • Antiplagiat sistemlərinin xüsusiyyətləri
    • Steqanoqrafiya üsulları ilə yaradılmış audio-video faylı adi köçürmə və ya müəyyən dəyişikliklər etməklə (məs. şəklin üzərindəki sözləri dəyişməklə, video formatı dəyişməklə və s.) özününküləşdirmək cəhdi asanlıqla ifşa edilə bilir.
    • Steqanoqrafiya üsullarında ilkin informasiya, adətən müəyyən konteyner (konteyner – gizlədilmiş informasiya) əlavə etməklə dəyişdirilir. Məsələn, LSB – Least Significant Bit – ən kiçik qiymətli bit üsulunda bu ən son qiymətli bitin əvəz edilməsi ilə, ...
    • Steqanoqrafiya ilə yanaşı audio-video faylları köçürmə və yadda saxlama kimi əməllərdən qorumaq üçün, həmçinin rəqəmli  su nişanlarından da istifadə edilir. Rəqəmli su nişanları xüsusi qurğularla əlavə edilir və oxunur. Məsələn, müasir printerlərdə hə...
    • Hazırda müxtəlif şəkillərin satışı ilə məşğul olan Getty Images, FPG və Index Stock kompaniyaları bu proqram məhsulundan istifadə edirlər. Qeyd edək ki, su nişanlarını fayldan kənarlaşdırmaq, demək olar ki, mümkün deyil, hətta əgər bu hansı üsulla isə...
    • Hazırda audio-video və hətta mətn  fayllarda rəqəmli su nişanlarının yaradılması və müəyyən edilməsi  məqsədi ilə istifadə edilən  çoxlu proqram paketləri mövcuddur. Bunlardan:
    •  DropWaterMark [6],
    •  EikonaMark [7],
    •  Suresig [8],
    •  Argent [9]
    • proqram sistemləri geniş istifadə edilir.
    • Qeyd etdiyimiz sistemlərdə müasir informasiya texnologiyalarının ən son nəzəri və texniki nailiyyətlərindən istifadə edildiyinə baxmayaraq, onlar bu və ya digər cəhətdən çatışmazlıqlara malikdirlər:
    • Bu çatışmazlıqlar, əsasən həmin sistemlərdən bilavasitə praktikada istifadə etdikdə qarşıya çıxır. Digər tərəfdən, bu sistemlərin tətbiqi həmişə antaqonist münasibətdə olan iki tərəfin iştirakı ilə aparılır – plagiatlığı müəyyən edən tərəf və plagiat ...
    • Bu sistemlərin hazırda mövcud olan alqoritm və metodlar əsasında yaradılmasında əsas maneələrdən biri, əksər hallarda nəzəri problemlərdən daha çox dilin filoloji standartlarının və sabitləşmiş vahid lüğətinin (adi lüğət, orfoqrafik, sinonimlər, omoni...
    • Mövcud metod və alqoritmlərin eyni zamanda müxtəlif tipli informasiyalara tətbiqinin mümkünsüzlüyü də vahid antiplagiat sisteminin yaradılmasında problemlər yaradır. Xüsusi ilə müxtəlif növ informasiyanın cəmləşdiyi halda (məs. mətn, qrafika və s.), ə...
    • Digər tərəfdən, mövcud alqoritmlərin intellektual səviyyəsinin aşağı olması müxtəlif qeyri-ənənəvi (alqoritmlərdə nəzərdə tutulan standart hallardan fərqli) üsullardan istifadə edilərək, “digərinin ideyalarının mənimsənilməsi” hallarının identifikasiy...
    • Məqalədə:
    • - kompüter proqram məhsullarından qeyri-qanuni istifadənin xüsusiyyətləri araşdırılmış, plagiatlıq hallarının yayılmasında kompüter proqramları piratçılığının rolu göstərilmişdir;
    • - ingilis dilli və çoxdilli antiplagiat sistemləri istifadə xüsusiyyətlərinə görə sistemləşdirilmiş, onlardan istifadənin müsbət və zəif cəhətləri göstərilmişdir.

Yüklə 126,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə