Uot 004. 04 Alıyev E. M



Yüklə 123,96 Kb.
Pdf görüntüsü
tarix14.10.2017
ölçüsü123,96 Kb.
#4618


İnformasiya texnologiyaları problemləri, 2014, №2, 75-85 

 

 



       www.jpit.az                                                                      75 

 

UOT 004.04 



Alıyev E.M.

1

, Ələskərov

 

E.R.

1

MAKA-nın T.K.İsmayılov adına Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu, Bakı, Azərbaycan  



2

MAKA-nın Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutu, Bakı, Azərbaycan  

1

elvin.aliyev.m@gmail.com



2

elman.ales@gmail.com



 

LIDAR VERĠLƏNLƏRĠNĠN VƏ COĞRAFĠ ĠNFORMASĠYA TEXNOLOGĠYALARININ 

TƏBĠĠ MƏNġƏLĠ FÖVQƏLADƏ HALLARDA TƏTBĠQĠ MƏSƏLƏLƏRĠ 

Coğrafi  informasiya  sistemlərinin  (CİS)  və  aerokosmik  məlumatların  təbii  mənşəli  fövqəladə 

hallarda  tətbiqi  öz  həllini  gözləyən  aktual  məsələlərdəndir.  Məqalədə,  bu  istiqamətdə  CİS  və 

LIDAR  verilənlərinin,  MODIS  TERRA  və  digər  aerokosmik  məlumatlarının  tətbiqi  imkanları 

araşdırılmış,  2010-cu  ildə  baş  vermiş  daşqınlarla  əlaqədar  olaraq  Saatlı  və  Sabirabad 

rayonlarının  su  basmış  sahələri  və  ziyan  dəymiş  əmlakları  müəyyən  edilmiş,  metod  işlənilmiş, 

həmçinin Kür-Araz çaylarının su mühafizə zonaları müəyyənləşdirilmişdir. Məqalədə, həmçinin 

daşqın və su mühafizə zonalarının müəyyən edilməsi ilə bağlı texnoloji və konseptual məsələlər 

də  öz  əksini  tapmışdır.  Bundan  başqa,  məqalədə  aerokosmik  məlumatlardan  istifadə  etməklə 

müqayisəli analiz metodu əsasında Kür çayının bəzi sahələrində meandr əmələgəlmə prosesinin 

daha aktiv olması aşkara çıxarılmışdır. 

Açar  sözlər:  coğrafi  informasiya  sistemi,  LIDAR  verilənləri,  məsafədən  zondlama,  meandr 

prosesi. 

Tədqiqatın məqsədi və onun aktuallığı 

LIDAR  (Laight  Detection  and  Ranging)  lazer  çəkilişi  sistemi  olmaqla  yerüstü  və 

aeroçəkiliş  metodlarından  ibarətdir.  LIDAR  aeroçəkiliş  sistemində  iki  növ  aero  sensorlar 

mövcuddur  ki,  bunlar  da  topoqrafik  və  batimetrik  olmaqla,  ərazilərin  səth  modellərinin 

qurulmasında,  meşə  təsərrüfatında,  hidrologiyada,  həcm  hesablama  məsələlərində  və  digər 

sahələrdə geniş  tətbiq olunması  ilə  səciyyələnir.  Yerüstü  LIDAR sistemi  isə mobil  və stasionar 

olmaqla  arxeoloji  tədqiqatlarda,  mühəndis-axtarış  və  geodeziya  işlərində,  o  cümlədən  digər 

sahələrdə də tətbiq olunur [1]. LIDAR əsasında obyektlərin koordinatlarının və hündürlüklərinin 

dəqiqləşdirilməsi,  həmçinin  formaları  haqqında  dəqiq  informasiyaların  alınması  və  s.  mümkün 

olur.  Bu  baxımdan,  təbii  mənşəli  fövqəladə  hallarda  LIDAR  verilənlərinin  tətbiqi  xüsusi 

əhəmiyyət  kəsb  edir.  Belə  ki,  LIDAR  verilənləri  daşqın  zamanı  obyektlərə  dəymiş  ziyanın 

müəyyən  edilməsində,  su  basmış  ərazilərin  sahələrinin  dəqiqləşdirilməsində  və  nəticədə 

kompensasiyaların  ödənilməsində,  çay  konturlarının  ayırd  edilməsində,  çay  yatağının  3D 

görüntü  modelinin  qurulmasında,  çayda  dibdərinləşdirmə  işlərinin  aparılmasında  və  digər 

istiqamətlərdə geniş tətbiq olunur. 

2010-cu  ildə  Kür-Araz  çaylarında  baş  vermiş  daşqınlar  nəticəsində  sosial  və  ictimai 

tikililər,  o  cümlədən  müxtəlif  təyinatlı  torpaq  sahələri  subasmaya  məruz  qalmış  və  nəticədə 

mövcud infrastrukturaya iri həcmli ziyan dəymişdir (şəkil 1, cədvəl 1) [2]. Məhz bu səbəbdən, su 

basmış  sahələrdə  əmlakların  təyin  edilməsi  görüləcək  tədbirlərin  planlaşdırılmasında  və  icra 

olunmasında  öz  həllini  gözləyən  aktual  məsələlərdəndir.  Eyni  zamanda,  gələcəkdə  daşqın 

hadisələrinin və çay sahillərində eroziya proseslərinin qarşısının alınması, o cümlədən su basmış 

sahələrin  və  orada  mövcud  əmlakların  təyin  edilməsi  istiqamətində  qarşıya  çıxan  əsas 

məsələlərdən biri də ərazinin mütləq hündürlüklərini özündə əks etdirən yüksək həssaslı modelin 

işlənməsidir. Belə ki, Azərbaycan Respublikasının ərazisi dünyanın təbii fəlakətlərə məruz qalan 

regionlarından  biridir.  Regionda  sel,  daşqın,  sürüşmə  hadisələri  və  subasma  halları  ölkənin 

iqtisadiyyatına xeyli zərər vurmaqla səciyyələnir. Miqyasına, əhatə dairəsinə və dağıdıcı təsirinə 

görə  sellər  və  daşqınlar  xüsusi  ilə  təhlükəlidir.  Sel  təhlükəli  dağ  çaylarında  sel  sularının 

müvəqqəti  toplanması  üçün  sututarlar,  seltutucu  və  selötürücü  qurğular  kifayət  qədər  inşa 




İnformasiya texnologiyaları problemləri, 2014, №2, 75-85 

 

76                                                                  www.jpit.az 



 

edilmədiyindən,  yüzlərlə  yaşayış  məntəqəsinin  sel  və  daşqınlardan  etibarlı  mühafizəsinin  təşkil 

edilməsi  mümkün  deyildir.  Belə  olan  halda,  müasir  texnologiyalara  əsaslanan  modellərin 

işlənməsi,  müvafiq  geoinformasion analizlərin aparılmasının təmin edilməsi,  batimetriya və bu 

kimi digər məsələlərin həlli məqsədi ilə LIDAR verilənlərinin tətbiqinə zərurət yaranır. 

 

 



Şəkil 1. Daşqın nəticəsində su basmış sahələrdən fraqmentlər (www.fhn.gov.az

 

Cədvəl 1 



Kür-Araz daşqınları nəticəsində dəymiş ziyandan sonra tikilməkdə olan və təhvil verilmiş fərdi 

yaşayış evləri haqqında (www.fhn.gov.az



 

№ 

Rayonların adı 



Sökülüb, yenidən tikintisi nəzərdə  

tutulan fərdi yaşayış evləri 

Təhvil verilmiş evlər 

Tikilməkdə olan 

evlər 

Cəmi 


Sabirabad 

1154 

75 


1229 

Salyan 



137 

  

137 



Saatlı rayonu və qəsəbələri 

368 

55 


423 

İmişli rayonu və qəsəbələri 



703 

  

703 



Zərdab rayonu və qəsəbələri 

75 

  

75 



Kürdəmir 

316 

30 


346 

Hacıqabul 



66 

  

66 



Neftçala 

42 

  

42 



Beyləqan 

48 



50 



10  Füzuli 

21 


  

21 


11  Şirvan şəhəri 

23 


  

23 


CƏMĠ: 

2953 

162 

3115 

 



İnformasiya texnologiyaları problemləri, 2014, №2, 75-85 

 

 



       www.jpit.az                                                                      77 

 

Qeyd olunan məsələlərdən irəli gələrək, ölkədə su ehtiyatlarının idarə olunmasının 



təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 389 nömrəli 25 fevral 

2011-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin  Su 

Ehtiyatları Dövlət Agentliyi (SEDA) yaradılmışdır [3]. SEDA balansında olan dövlət 

əhəmiyyətli su anbarlarının etibarlı mühafizəsini təmin edən, ölkədə su anbarlarının texniki 

vəziyyətinə müntəzəm nəzarəti həyata keçirən, ölkə ərazisində yerüstü, yeraltı su ehtiyatlarının, 

su obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqlərini aparan və 

ölkə ərazisində su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsini həyata keçirən icra 

hakimiyyəti orqanıdır [4]. 

2010-cu  ildə  baş  vermiş  daşqınlarla  əlaqədar  “Azərbaycanda  Daşqınların  Qarşısının 

Alınması  Proqramı”  Layihəsi  çərçivəsində  SEDA-nın  təşkilatçılığı  ilə  Niderland  şirkətinin 

“FUGRO AERIAL MAPPING B.V.” FLI-MAP LIDAR sistemi vasitəsi ilə Kür-Araz çaylarının 

sahilləri  boyunca  aero-çəkilişlər  aparılmış,  həmçinin  müvafiq  təhlillərin  və  geoinformasion 

analizlərin aparılmasını təmin edən LIDAR verilənlərinin əldə edilməsinə nail olunmuşdur. Belə 

ki,  xarici  və  yerli  ekspertlərin  “Azərbaycanda  Daşqınların  Qarşısının  Alınması  Proqramı” 

Layihəsi çərçivəsində tərtib edilmiş hesabatında da lillənmə mənbəyinin öyrənilməsi ilə əlaqədar 

daha dəqiq məlumatların əldə edilməsi üçün Kür çayının LIDAR verilənləri və digər məlumatlar 

əsasında uzunluğu boyu tədqiq olunması ön plana çəkilmişdir [5].

 

Yüksək sıxlığa malik LIDAR 



verilənləri nəinki relyefin rəqəmsal modelinin (RRM) qurulmasına, həm də yer səthində yerləşən 

obyektlərin  hündürlüyü  və  onların  forması  haqqında  dəqiq  informasiyaların  alınmasına  imkan 

verir. Bu baxımdan, daşqın zamanı su basmış sahələrin təyin edilməsi və qarşıya qoyulmuş digər 

məsələlərin  həllində  məhz  LIDAR  verilənlərinin  tətbiqi  imkanlarının  araşdırılması  və  istifadə 

edilməsi maraq kəsb edən məsələlərdəndir. 

Kadastr  informasiya  sistemində  obyektlərin  konstruksiya  və  digər  materialları  haqqında 

məlumatların  daxil edilməsi  də  tikililərin fiziki  dayanıqlığının təyinində  xüsusi  əhəmiyyət kəsb 

edir.  Qeyd  edək  ki,  baxılan  məsələlərin  həlli  aerokosmik  məlumatlardan  da  istifadəni  nəzərdə 

tutur. Belə ki, obyektlərin spektral xarakteristikaları onların udma və şüalandırma imkanlarından, 

o  cümlədən  fiziki  və  digər  xüsusiyyətlərindən  asılı  olaraq  dəyişir.  Bu  baxımdan  aerokosmik 

üsullarda  çəkilişlər  elə  spektral  diapazonlarda  aparılmalıdır  ki,  həmin  diapazonlarda  obyektin 

xüsusiyyətlərində  fərqlər  müşahidə  edilə  bilsin  [6].  Belə  məsələlərin  həlli  aerokosmik 

informasiyalarda surətlərin tanınmasını, xüsusi proqramlar vasitəsi ilə konturlar üzrə ayrılmasını 

və  obyektin  həndəsi  xassələrinin  öyrənilməsini  təmin  edir.  Aerokosmik  məlumatlarda  təsvir 

edilən  obyekt  və  hadisələrin  müasir  texnologiyalar  vasitəsi  ilə  rəng  çalarlarına  görə  konturlara 

ayrılması, o cümlədən təsnifatlaşdırılması hələ də öz həllini gözləyən aktual məsələlərdəndir.  

Tədqiqat  işinin  məqsədi,  CİS  texnologiyaları  və    aerokosmik  verilənlər  əsasında  2010-cu 

ilin  yazında  baş  vermiş  daşqınlar  nəticəsində  Saatlı  və  Sabirabad  rayonlarının  su  basmış 

sahələrinin  təyin  edilməsi,  həmçinin  bu  istiqamətdə  geoinformasion  analizlərinin  aparılması,  o 

cümlədən  metod  və  alqoritmlərin  işlənməsi  məsələlərindən  ibarətdir.  Bundan  başqa,  məqalədə 

LIDAR verilənləri vasitəsi ilə Kür çayının su mühafizə zonalarının müəyyən edilməsi və bundan 

irəli gələrək su fondu torpaqlarına düşən yaşayış məntəqələrinin təyin olunması, o cümlədən Kür 

çayında meandr prosesinin tədqiqi məsələləri qarşıya qoyulmuş və həll edilmişdir.   

Məsələnin həll üsulları

 

Qarşıya qoyulmuş məsələlərin həlli üçün tərəfimizdən “daşqın zamanı su basmış sahələrin 



təyin edilməsini və daşınmaz əmlaklara dəyən ziyanın operativ qiymətləndirilməsini” təmin edən 

metod  işlənilmişdir  (şəkil  2).  Təklif  edilən  metodun  tətbiqi  üçün  aerokosmik  məlumatlardan, 

LIDAR  verilənlərindən  və  CİS  texnologiyalarından  istifadə  edilmiş  və  tədqiqat  ərazisi  kimi 

daşqın zamanı subasmaya məruz qalan Saatlı və Sabirabad rayonları seçilmişdir.  

Qeyd edək ki,  LIDAR  məsafədən zondlama sahəsində  nisbətən  yeni  sistemdir. Ərazilərin 

elektron topoqrafik xəritələrinin tərtibi məqsədi ilə istifadə olunan LIDAR məsafədən zondlama 




İnformasiya texnologiyaları problemləri, 2014, №2, 75-85 

 

78                                                                  www.jpit.az 



 

sistemlərində  əsas  etibarı  ilə  1040-1060  nm  diapazonlu  yaxın  infraqırmızı  lazer  şüasından, 

batimetrik  xəritələrin  tərtib  olunması  üçün  isə  mavi-yaşıl  lazer  şüasından  (dalğa  uzunluğu 

təqribən 532 nm) istifadə olunmaqla səciyyələnir [7].  

 

 

 



 

Şəkil 2. Su basmış sahələrin və ərazidə mövcud olan daşınmaz əmlakların təyini metodunun blok 

sxemi 

 

Metodun  tətbiqi  üçün  ilkin  olaraq  Saatlı  rayonunun  Nərimankənd  ərazisinin  su  basmış 



sahəsinin  təyin  edilməsi  ön  plana  çəkilmişdir  (şəkil  3).  Bunun  üçün  isə  ərazinin  GeoEye 

peykinin  verilənlərinin  oktyabr-noyabr  (sabit  dövr)  aylarına  aid  LIDAR  verilənlərinin  üzərinə 

gətirilməsi təmin edilmişdir. Bunun nəticəsi olaraq, daşqın zamanı tədqiqat ərazisinin ümumi su 

basmış sahəsinin müəyyən edilməsinə nail olunmuşdur (şəkil 4).  

Qeyd  edək  ki,  su  basmış  sahənin  təyini  metodikasında  kosmik  şəkillərdən  və  ərazinin 

mütləq  yüksəkliklərini  özündə  saxlayan  LIDAR  verilənlərindən  istifadə  edilməsi  daha  optimal 

nəticənin əldə edilməsinə imkan vermişdir. Bunun əsas səbəbləri, istifadə edilən kosmik şəkildə 

su  basmış  ərazilərin  aydın  görüntülü  olmasından  və  çayın  sabit  dövründə  aparılan  LIDAR 

çəkilişlərindən irəli gəlir.  

Növbəti  mərhələdə,  Spatial  Analyst  modulundan  istifadə  etməklə  LIDAR  verilənləri 

əsasında  Araz  çayı  konturlara  ayırd  edilmiş  və  onların  GeoEye  peykinin  verilənlərinin  üzərinə 

gətirilməsi  təmin  olunmuşdur.  Daha  sonra,  su  basmış  sahələrin  3D  modelinin  qurulması  üçün 

RRM yaradılmışdır. Tədqiqat ərazisinin LIDAR verilənlərinin 9 təsvirdən ibarət olması, onların 

hər  biri  üçün  fərdi  şəkildə  RRM-in  yaradılmasını  qarşıya  çıxarır.  Məhz  bu  səbəbdən,  LIDAR 

verilənləri ArcGİS proqramı vasitəsi ilə kombinə edilmiş və ərazinin vahid RRM-i yaradılmışdır. 



İnformasiya texnologiyaları problemləri, 2014, №2, 75-85 

 

 



       www.jpit.az                                                                      79 

 

 



Şəkil 3. Daşqın nəticəsində Nərimankənd ərazisinin su basmış sahəsi 

 

Şəkil 4. Tədqiqat ərazisinin su basmış sahəsi 



Növbəti mərhələ su basmış ərazilərdə əmlakların təyin edilməsi mərhələsi olmuşdur ki, bu 

da ölkəmizdə ən son texnologiyalara əsaslanmış kadastr informasiya sistemlərinin yaradılmasını 

əhəmiyyətli dərəcədə zəruri edir.  

Hal-hazırda  su  obyektləri  ətrafında  əmlakların  artımı  müşahidə  edilir  ki,  bu  da  həmin 

əraziləri riskli zona kimi səciyyələndirir. Bu baxımdan, belə sahələrdə mövcud olan əmlaklarla 

bağlı məlumatlar kadastr informasiya sistemində mütəmadi olaraq yeniləndirilməlidir. Lakin, bu 




İnformasiya texnologiyaları problemləri, 2014, №2, 75-85 

 

80                                                                  www.jpit.az 



 

zaman  aerokosmik  məlumatların  da  periodik  yeniləndirilməsi  nəzərdə  tutulmalıdır.  Kadastr 

informasiya  sisteminin  aerokosmik  məlumatlar  və  CİS  texnologiyaları  əsasında  aparılması 

fövqəladə hallarda aşağıdakı məsələlərin həll edilməsinə imkan verə bilər: 

 

Riskli ərazilərin qiymətləndirilməsi və qabaqlayıcı tədbirlərin görülməsi; 



 

Fövqəladə halda ziyanın qiymətləndirilməsi və kompensasiyaların ödənilməsi



 

İnfrastrukturun gələcək inkişaf istiqamətlərinin planlaşdırılması; 



 

Müxtəlif tematikalı xəritələrin tərtibi və geoverilənlər bazasının yaradılması.  



Su  basmış  sahələrdə  əmlakların  təyin  edilməsi  üçün  tədqiqat  ərazisi  olaraq  Sabirabad 

rayonunun Mürsəlli kəndi götürülmüşdür. Metodiki olaraq https://lpdaac.usgs.gov mənbəyindən 

istifadə  etməklə,  MODIS  TERRA  verilənləri  əsasında  kəndin  ərazisinin  subasmaya  məruz 

qalmış sahəsi təyin olunmuşdur. MODIS verilənləri əsasında geoinformasion analiz aparılmış və 

ziyan  dəymiş  fərdi  evlər  müəyyən  edilmişdir.  Nəticədə  1:50  000  miqyaslı  elektron  topoqrafik 

xəritələr istifadə edilməklə, kəndin tamamilə subasmaya məruz qalması məlum olmuşdur.  

Qeyd edək ki, tədqiqat işində MODIS verilənlərinin istifadə olunmasının əsas səbəbi onun 

spesifik imkanlara malik olmasıdır. Buna misal olaraq, onun zaman və spektral xarakteristikalara 

əsasən  ayırd  edilməsini  (görünən  və  infraqırmızı  spektri  əhatə  edən  36  kanal),  12  bitlik 

radiometrik  deşifrəetmə  qabiliyyətini,  təmin  olunan  əhatə  zolağını  (nadir  çəkiliş  zamanı  trass 

boyu  2300  km  eninə  və  10  km  uzununa)  göstərmək  olar  [8].  MODIS  verilənləri  real  vaxt 

rejimində  əldə  olunması  ilə  səciyyələnir.  MODIS  verilənlərinin  məkanca  ayırdetmə  qabiliyyəti 

aşağı  göstəricilərə  (250  m)  malikdir  ki,  bu  da  duman  qatının  çəkilişə  mənfi  təsir  göstərməsinə 

səbəb olur. TERRA və AQUA kosmik aparatları isə Yerin məsafədən tədqiqində istifadə edilən, 

həmçinin qurunun və suyun, atmosferin öyrənilməsində geniş tətbiqi ilə səciyyələnən 3 peykdən 

(Terra,  Aqua  və  Aura)  ibarət  NASA  EOS  (Earth  Observing  System)  sisteminin  kompleks 

proqramının  bir  hissəsini  təşkil  edir.  EOS  sinfinə  aid  Amerika  peyklərinin  əsas  vasitələrindən 

biri spektroradiometr MODIS (Moderate Resolution Imaging Spectroradiometer) hesab olunr. 

Subasmaların monitorinqində kosmik şəkillərin tətbiqi zamanı onların hansı çəkiliş üsulları 

vasitəsi  ilə  aparılması  məlum  olmalıdır.  Belə  ki,  subasma  hadisələrinin  müşahidəsində  qarşıya 

çıxan  duman  faktorları  ərazinin  təhlil  edilməsində  məhdudiyyətlər  yaradır.  Duman  faktorunu 

aradan  qaldırmaq  üçün  optik  diapazon  çəkilişləri  ilə  yanaşı  radiolokasiya  çəkilişləri  də  tətbiq 

oluna  bilər.  Radiolokasiya  sistemləri  vasitəsi  ilə  alınan  şəkillərin  məkan  ayırdetməsi  1m  və  s. 

tərtibindədir.  

SEDA-nın  əməkdaşları  tərəfindən  2012-ci  ildə  gursululuq  mövsümünün  yaxınlaşması  ilə 

əlaqədar  aparılmış  monitorinqdə  mühafizə  bəndlərində  yan  eroziya  proseslərinin  aktiv  olması 

müşahidə edilmişdir. Məhz bu səbəbdən, növbəti illərin gursululuq mövsumlərində çay sularının 

bəndi aktiv yuması ehtimalı var. Qeyd olunanlarla yanaşı, Kür çayında müntəzəm olaraq məcra 

təmizləmə işlərinin aparılması  və Kürətrafı ərazilərdə qrunt  sularının səviyyəsinin qalxması ilə 

əlaqədar olaraq, subasma hallarının qarşısının alınması üçün şəhərdaxili kanalizasiya xətlərinin 

və kollektor-drenaj şəbəkələrinin yenidənqurma və bərpa işlərinin aparılması vacib hesab olunur.  

Qeyd edək ki, daşqınların qarşısının alınması üçün məsələyə kompleks  yanaşmaqla onun 

zonalarının  müəyyən  edilməsi  də  vacibdir.  Belə  ki,  daşqın  zonalarının  müəyyən  edilməsi 

çayların  hidroloji,  hidrokimyəvi,  hidrobioloji,  sanitar,  ekoloji  vəziyyətinin  yaxşılaşdırılmasına 

zəmin yaradır [9]. 

Tədqiqat işində, 21.04.2010 və 14.05.2010 tarixlərinə aid MODIS TERRA verilənlərindən 

istifadə  etməklə,  daşqın  zamanı  su  basmış  ərazilərin  müşahidə  edilməsi  və  CİS 

texnologiyalarının tətbiqi ilə geoinformasion analizlərin aparılması mümkün olmuşdur (şəkil 5).  

Qarşıya qoyulmuş  Kür-Araz çaylarının su mühafizə zonalarının müəyyən edilməsi və Kür 

çayında meandr prosesinin tədqiqi məsələlərinin həlli üçün Universal Transfer Merkator (UTM) 

proyeksiyası  əsasında  iki  zonaya  (38-39)  əsasən  geoinformasion  analizlər  aparılmışdır. 

Ölkəmizin  UTM  proyeksiyasına  əsasən  iki  sahədə  yerləşməsi  çay  konturlarının  ayrılıqda  təhlil 

edilməsini  nəzərdə  tutur.  Bunun  üçün  konturlar  zonalar  üzrə  LIDAR  verilənləri  əsasında 



İnformasiya texnologiyaları problemləri, 2014, №2, 75-85 

 

 



       www.jpit.az                                                                      81 

 

deşifrəetmə  əməliyyatına  cəlb  edilmişdir  [10].  Çayların  su  mühafizə  zonalarının  təyini  zamanı 



Nazirlər  Kabinetinin  56  nömrəli  24.03.2000-ci  il  tarixli  Qərarı  ilə  çayların  başlanğıcından 

uzunluğu boyu su mühafizə zonalarının minimum enləri üçün göstəricilər qəbul edilmişdir [11]. 

Qərara  əsasən,  Kür  çayının  su  mühafizə  zonasının  qəbul  edilmiş  göstəricisi  500  metr  enində 

müəyyən  edilmişdir.  Bundan  irəli  gələrək,  su  mühafizə  zonasında  mövcud  olan  yaşayış 

məntəqələrinin  sahə  göstəriciləri  də  təyin  edilmişdir  (şəkil  6).  Qeyd  edək  ki,  belə  ərazilərdə 

torpaqayırma  işlərinin  aparılması  xüsusi  nəzarət  altında  saxlanılmalıdır.  Belə  ki,  su  fondu 

torpaqları  Azərbaycan  Respublikasının  Torpaq  Məcəlləsi,  Su  Məcəlləsi  və  digər 

qanunvericiliklərdə  nəzərdə  tutulmuş  qaydada  dövlət  mülkiyyətindən  bələdiyyə  mülkiyyətinə, 

hüquqi  və  fiziki  şəxslərin  istifadəsinə  və  icarəsinə  verilə  bilər.  Su  Məcəlləsinə  əsasən  su 

mühafizə  zonalarında  mövcud  olan  torpaq  sahələrinin  fiziki  və  hüquqi  şəxslərin  istifadəsinə 

verilməsi torpaq qanunvericiliyinə əsasən və müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti 

orqanları  ilə  razılaşdırıldıqdan  sonra  mümkün  ola  bilər.  Bunu  da  qeyd  etmək  lazımdır  ki, 

“Bələdiyyə  torpaqlarının  idarə  edilməsi  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  7-ci 

maddəsinin  2-ci  bəndinə  əsasən  ümumi  istifadədə  olan,  o  cümlədən  hüquqi  və  fiziki  şəxslərin 

istifadəsində  və  icarəsində  olan  bələdiyyələrin  kənd  təsərrüfatı  təyinatlı,  su  fondu  və  meşə 

torpaqları xüsusi mülkiyyətə verilə bilməz.  

 

 

Şəkil 5. MODIS TERRA (a-daşqından əvvəl 21.04.2010, 



b-daşqından sonra 14.05.2010) 

 

Şəkil 6. Kür çayının su mühafizə zonasına düşən yaşayış məntəqələrinin 



0

5

10



15

20

25



Min

çe



vir

 

Ye



vlax

Ağd


rd



ə 

rd



ab

 



ca

b

əd



İm



li

rd



əm

ir

 



Sab

irab


ad

Saa


tlı

H

acıq



ab

u

l



Şirv

an

 ş



əh

Sa



ly

an

N



ef

tça


la

Sah

ə

 (

km

²)

 


İnformasiya texnologiyaları problemləri, 2014, №2, 75-85 

 

82                                                                  www.jpit.az 



 

 rayonlar üzrə göstəriciləri 

Ölkədə  təhlükəli  təbiət  və  antropogen  hadisələrinin  inventarlaşdırılması  da  vacib  hesab 

olunur.  Bu  sahədə  inventarlaşmanın  aparılması  risk  altında  olan  yaşayış  məntəqələrində 

qabaqlayıcı  tədbirlərin  görülməsini,  başqa  yerlərə  köçürülməsini  və  yeni  salınacaq  daşınmaz 

əmlakların təhlükəsiz yerlərdə inşa edilməsini təmin edəcəkdir [12].  

Kür  çayının  LIDAR  verilənləri  və  topo  xəritələr  əsasında  müqayisəli  analizi  aparılmış  (1983-

2010)  və  çayda  meandr  əmələgəlmə  prosesinin  aktiv  olması  aşkara  çıxarılmışdır.  Bu  proses 

UTM  proyeksiyasına  əsasən  697181/4476427  koordinatları  əhatə  edən  sahədə  daha  kəskin 

şəkildə özünü göstərmişdir (şəkil 7).  

 

 

 



Şəkil 7. Kür çayında meandr prosesinin aktiv olmasından təqdimat  

 

Meandr əmələgəlmə prosesinin nəticəsi 717131/4449782 və 732084/4452069 koordinatları 



əhatə edən sahələrdə də  kəskin şəkildə özünü göstərmişdir (şəkil 8 və 9).  

 

 



Şəkil 8. Kür çayında meandr prosesinin aktiv olmasından təqdimat 


İnformasiya texnologiyaları problemləri, 2014, №2, 75-85 

 

 



       www.jpit.az                                                                      83 

 

 



 

Şəkil 9. Kür çayında meandr prosesinin aktiv olmasından təqdimat  

 

Əhalinin  və  ərazilərin  təbii  və  texnogen  xarakterli  fövqəladə  hallardan  qorunması, 



fövqəladə  halların  qarşısının  alınması  məqsədi  ilə  təbii  xarakterli  fövqəladə  hadisələrdən  biri, 

tez-tez  təkrarlanan  və  böyük  əraziləri  əhatə  edən  sel,  daşqın  və  subasma  hadisələrinin 

səbəblərinin  aşkar  edilməsi  üçün  Fövqəladə  Hallar  Nazirliyinin  mütəxəssisləri  tərəfindən 

Azərbaycan  Respublikasının  çay  hövzələrində  çay  ətrafı  ərazilər,  bəndlər  və  çay  məcraları 

haqqında materiallar  təhlil  edilmiş,  mövcud  vəziyyət  qiymətləndirilmişdir.  Təhlil  nəticəsində 

müəyyən  edilmişdir  ki,  gursululuq  dövründə  Kürətrafı  rayonların  ərazisində daşqın  və 

subasmaların  yaranmasının  əsas  səbəblərindən  biri  təbii  amillər  (qısa  müddət  ərzində  leysan 

yağışları, intensiv yağışlar və s.) olsa da, digəri insan amilləridir. Belə ki, Kür çayı boyu yerləşən 

Salyan şəhərində, Qarabağlı, Beşdəli, Çuxanlı, Babacanlı, Cəngan, Kürqaraqaşlı, Parçaxələc və 

s. yaşayış məntəqələrinin sakinləri sahil qoruyucu bəndləri zədələyərək, içməli su, suvarma işləri 

üçün və fekal suların çaya axıdılması məqsədi ilə birbaşa boru xətləri çəkmişlər ki, bu da suyun 

səviyyəsinin qalxdığı  zaman  zədələnmiş  hissələrdən  sızmaların  baş  verməsinə  səbəb  olur.  Baş 

vermiş  subasmaların  səbəblərindən  biri  də  mövcud  Şəmkir,  Yenikənd, Mingəçevir  və  Araz su 

anbarlarından gündəlik su buraxılışının saniyədə 200-300 m3/ nəzərdə tutulmasına baxmayaraq, 

2006-cı  ilin  may  ayında,  təhlükə  ərəfəsində  Fövqəladə  Hallar Nazirliyi ilə  razılaşdırılmadan və 

ya operativ xəbərdar etmə həyata keçirilmədən normadan bir neçə dəfə artıq (uyğun olaraq 1,97 

və  3,3  dəfə)  su  buraxılması  halları  olmuşdur,  bunun  obyektiv  səbəbləri  olsa  da,  mövcud  su 

anbarlarından  buraxılan  su  sərfi  əlaqəli  şəkildə  tənzimlənməmişdir.  2008-ci  ildə  qış  ayları 

olmasına  baxmayaraq,  yanvar  ayının  31-dən  fevral  ayının  20-dək  Mingəçevir  su  anbarından 

buraxılan  suyun  həcmi  daxil  olan  suyun  həcminə  nisbətən  1,47-1,62  dəfə  artırılmış,  bunun 

nəticəsində  Neftçala  rayonunun  Bankə  qəsəbəsində  50-yə  qədər  fərdi  yaşayış  evi  subasmaya 

məruz  qalmışdır.  Subasma  hadisələrinin  səbəblərindən  biri  də  qrunt  sularının  səviyyəsinin 

qalxmasının  qarşısının  alınmasına  xidmət  edən  şaquli  və  üfüqi  drenlərin,  qrunt  sularının 

sahələrdən  xaric  edilməsi  üçün  nəzərdə  tutulmuş  kollektorların  və  suötürücülərin  vaxtında 

təmizlənməməsi, təmir edilməməsi və yenilərinin inşa edilməməsidir. Baxmayaraq ki, ölkəmizin 

ərazisində sel və daşqına qarşı sahilqoruyucu mühafizə bəndlərinin ümümi uzunluğu 1680,49 km 

təşkil edir, onun 1591,3 km-i torpaq bənddir. 89,19 km bəndin 56,78 km-i daşbeton, 32,41 km-i 

isə  hazır  beton  plitələrdən qurulmuş  bəndlərdir  və  digər  selli  çaylarda  sel  və  daşqınlardan 

müdafiəyə  xidmət  edir.  Bu  bəndlər  ayrı-ayrı  rayonların  Suvarma  Sistemləri  İdarələrinin 

balansındadır və bunlar çayın axını istiqamətində inşa edilmişdir. Sel və daşqınlarla mübarizədə 

sahilqoruyucu  bəndlərin  uzunluğu  kifayət  qədər  deyildir.  Kür  və  Araz  çaylarının 

sahilboyu ərazilərində  yerləşən  yaşayış  məntəqələrində baş  verə  biləcək  subasmanın  qarşısının 

alınması  və  nəticələrinin  aradan  qaldırılması  məqsədi  ilə,  mərkəzi  və  yerli  icra  hakimiyyəti 

orqanları  tərəfindən  mövcud  elektrik  nasoslarının,  texnika  və  avadanlıqların  hazır  vəziyyətdə 

saxlanılması təmin edilməli, drenaj, kollektor şəbəkələri və su ötürücülər bərpa olunmalı, lazım 

gəldiyi  hallarda  yeniləri  inşa  edilməlidir.  Onların  işlək  vəziyyətdə  olmaması,  qrunt  sularının 




İnformasiya texnologiyaları problemləri, 2014, №2, 75-85 

 

84                                                                  www.jpit.az 



 

səviyyəsinin  qalxması  nəticəsində  subasmaya,  eyni  zamanda  torpaqların  şoranlaşmasına  səbəb 

olur [13]. 

Nəticə

 

Beləliklə, təqdim olunan işdə CİS texnologiyaları və LIDAR verilənləri, həmçinin MODIS 



TERRA  və  digər  aerokosmik  məlumatlar  əsasında  2010-cu  ilin  yazında  baş  vermiş  daşqınlar 

nəticəsində  Saatlı  və  Sabirabad rayonlarının su  basmış sahələri təyin  edilmiş,  metod işlənilmiş, 

su  mühafizə  və  daşqın  zonalarının  müəyyən  edilməsi  istiqamətində  texnoloji  və  konseptual 

məsələlər  öz  əksini  tapmışdır.  Bundan  başqa,  məqalədə  LIDAR  verilənləri  vasitəsi  ilə  Kür 

çayının  su  mühafizə  zonalarının  müəyyən  edilməsi  və  su  fondu  torpaqlarına  düşən  yaşayış 

məntəqələrinin  təyin  olunması,  o  cümlədən  aerokosmik  məlumatlar  əsasında  müqayisəli  analiz 

metodundan  istifadə  etməklə  Kür  çayında  meandr  əmələgəlmə  proseslərinin  tədqiqi  məsələləri 

öz  həllini  tapmışdır.  Topoqrafik  və  aerokosmik  məlumatların  tətbiqi  ilə  aparılan  araşdırmalar 

nəticəsində Kür çayında meandr əmələgəlmə proseslərinin aktivliyi aşkara çıxarılmışdır. Alınmış 

nəticələrə,  Dövlət  Torpaq  və  Xəritəçəkmə  Komitəsinin  təqdim  etdiyi  topoqrafik  xəritələrdən, 

Niderland şirkətinin Kür-Araz çaylarının sahilləri boyunca LIDAR sistemi vasitəsi ilə aparılmış 

aero-çəkilişlərdən  əldə  olunan  LIDAR  verilənlərindən, 

MODIS  TERRA  və  GeoEye  peykinin 

verilənlərindən istifadə etməklə nail olunmuşdur. 

 

Ədəbiyyat

 

1.



 

http://resources.arcgis.com/ru/help/main/10.1/index.html#//015w00000052000000 

2.

 

www.fhn.gov.az / Daşqınların vurduğu ziyan aradan qaldırılır. 



3.

 

Fövqəladə  Hallar  Nazirliyinin  Su  Ehtiyatları  Dövlət  Agentliyinin  yaradılması  ilə  bağlı 



Azərbaycan  Respublikası  Prezidentinin  25.02.2011-ci  il  tarixli  289  nömrəli  Fərmanı, 

“Azərbaycan” qəzeti, 26 fevral 2011-ci il, № 389. 

4.

 

“Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  Nazirliyinin  Su  Ehtiyatları  Dövlət  Agentliyi 



haqqında  Əsasnamənin  təsdiq  edilməsi  barədə”  Azərbaycan  Respublikası  Prezidentinin 

Fərmanı, 22 Noyabr  2011-ci il, № 525. 

5.

 

“Azərbaycanda  daşqınların  qarşısının  alınması  Proqramı”  çərçivəsində  “Uzunmüddətli 



dibdərinləşdirmə strategiyalarının tədqiq edilməsi” üzrə Texniki Hesabat. 31.07.2012. 

6.

 



Mehdiyev A.Ş., Əzizov B.M., Mehdiyev C.S. Aerokosmik Monitorinq. B.: Elm, 2005, 205 s. 

7.

 



E.R.Ələskərov.  LIDAR  verilənləri  istifadə  edilməklə  torpaq  örtüyünün  obyekt-yönümlü 

təsnifatlaşdırılması  //  Journal  of  Qafqaz  University,  Mathematics  and  Computer  Sciense, 

Bakı, 2013, №2 (1), s.189–198. 

8.

 



http://modis.gsfc.nasa.gov 

9.

 



Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  «Daşqın  zonalarının,  onların  mühafizə 

zolaqlarının ölçülərinin, sərhədlərinin müəyyən  edilməsi  və istifadəsi  Qaydaları»nın təsdiq 

edilməsi  haqqında  2004-cü  il  27  iyul  tarixli  99  saylı  Qərarı.  «Azərbaycan  Respublikasının 

Qanunvericilik Toplusu», 31 iyul 2004-cü il, № 7, maddə 590. 

10.

 

E.M.Aliyev. Problems related to lands of water fund during implementation of cadastre and 



registration of real estate lands // Journal of “European Applied Sciences”, ORT Publishing, 

Germany (Stuttgart), 2012 (№2), February, pp.186–190. 

11.

 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  «Su  mühafizə  zonalarının,  onların  sahil 



mühafizə  zolaqlarının,  ölçülərinin,  sərhədlərinin  və  istifadəsinin  müəyyən  edilməsi 

Qaydaları»nın  təsdiq  edilməsi  haqqında  24  mart  2000-ci  il  tarixli  56  saylı  Qərarı. 

Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49. 

12.


 

http://www.dataplus.ru/news/arcreview/detail.php?ID=2114&SECTION_ID=55&print=Y 

13.

 

http://www.fhn.gov.az/?aze/menu/29/11 



 


İnformasiya texnologiyaları problemləri, 2014, №2, 75-85 

 

 



       www.jpit.az                                                                      85 

 

УДК 004.04 



Алыев Эльвин М.

 1

, Алескеров Эльман Р.

 2

  

1



НАКА Институт  Космических  Исследований  Природных Ресурсов

, Баку, Азербайджан 

2

НАКА


 

Научно-исследовательский  Институт  Аэрокосмической  Информации, 

Баку, 

Азербайджан  



 

1

elvin.aliyev.m@gmail.com



2

elman.ales@gmail.com 



Вопросы  применения  данных  LIDAR  и  географических  информационных 

технологий во время чрезвычайных ситуаций естественного происхождения 

Применение географических информационных систем  и аэрокосмической информации во 

время  чрезвычайных  ситуаций  естественного  происхождения  является  одним  из 

актуальных  вопросов,  ожидающим  своего  решения.  В  статье  изучены  возможности 

применения  в  данном  направлении  ГИС  и  LIDAR-данных,  MODIS  TERRA  и  прочей 

аэрокосмической  информации,  определены  затопленные  местности  при  наводнениях  в 

Саатлинском  и  Сабирабадском  районах  в  2010  году,  разработан  метод,  а  также 

определены охраняемые водные зоны рек Кура и Араз. Кроме того, в статье нашли свое 

отражение  технологические  и  концептуальные  вопросы  в  связи  с  определением 

наводненных  и  водоохраняемых  зон.  Также  в  статье  путем  использования 

аэрокосмической информации  на основе метода сравнительного анализа была выявлена 

большая активность процесса меандрирования на некоторых участках реки Кура.  



Ключевые 

слова: 

географические 

информационные 

системы, 

LIDAR-данные, 

дистанционное зондирование, процесс меандрирования. 

 

 

Elvin M. Alıyev

1

, Elman R. Alaskarov

2

 

1

NASA's Instute for Spase Research of Natural Resources, Baku, Azerbaijan   



2

NASA's Aerospace Research Institute of Informatics, Baku, Azerbaijan 

1

elvin.aliyev.m@gmail.com



2

elman.ales@gmail.com 



Application  issues  of  LIDAR  data  and  geographic  information  technologies  in  emergency 

situations of natural character 

Application  of  geographical  information  systems  and  aerospace  information  during  emergency 

situations of natural origin is one of the actual issues to be solved.  In this paper opportunities of 

application  of  LIDAR  and  GIS  data,  MODIS  TERRA  and  other  aerospace  information  in  the 

stated  direction  are  studied,  the  areas  flooded  in  the  period  of  floods  in  Saatli  and  Sabirabad 

districts in 2010 are determined, methodology is developed and secured water areas of Kura and 

Araz rivers are also distinguished. Besides article reflects technological  and conceptual matters 

connected  with  identification  of  water-secure  and  flooded  areas.  Intensive  activity  of  meander 

within  several  areas  of  Kura  has  been  revealed  on  the  basis  of  comparative  method  by 

application of aerospace information.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                   



Key words: geographic information systems, LIDAR data, remote sensing, meander process. 

 

Yüklə 123,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə