Uot 004. 65: 006. 72 Qurbanova Ə. M



Yüklə 111,97 Kb.
Pdf görüntüsü
tarix08.10.2017
ölçüsü111,97 Kb.
#3696


İnformasiya cəmiyyəti problemləri, 2013, №2(8), 13-20 

 

 



       www.jpis.az                                                                      13 

 

UOT 004.65:006.72 



Qurbanova Ə.M. 

AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan 

afruz@iit.ab.az 

TERMİNOLOJİ İNFORMATİKA SAHƏSİNDƏ APARILAN ELMİ-NƏZƏRİ 

ARAŞDIRMALAR VƏ ONLARIN TƏHLİLİ 

Məqalədə  terminologiya  və  informatikanın  yeni  istiqaməti  olan  terminoloji  informatika 

sahəsində  aparılan  tədqiqatlar  araşdırılıb  və  onlar  təhlil  edilib.  Terminoloji  biliklər  bazasının 

yaradılması istiqamətində beynəlxalq təcrübə tədqiq edilib. Müasir informasiya-kommunikasiya 

texnologiyalarının imkanlarından istifadə etməklə Azərbaycanda terminologiya fəaliyyətinin yeni 

modelinin işlənməsi təklif olunub. 

Açar sözlər: terminoloji informatika, linqvistik informatika, ontologiya, leksik verilənlər bazası, 

leksik biliklər bazası, terminoloji verilənlər bazası,  terminoloji biliklər bazası. 

Giriş 

Son illər həm milli, həm də xarici linqvistikada ayrı-ayrı predmet sahələrində və müxtəlif 

dillərdə  terminologiyanın  problemlərinin  hərtərəfli  öyrənilməsinə  böyük  diqqət  ayrılır.  Milli 

sərhədlərin  açılması  və  genişlənməsi,  elmi-texniki  inqilabın  ictimai  həyatın  bütün  sferalarına 

təsiri  ilə əlaqədar müasir həyat  fəaliyyətinin  yüksəlməsi  tədqiqatçılar arasında  peşəkar ünsiyyət 

dilinə  (Language  for  special  purposes  (LSP)  -  xüsusi  məqsədlər  üçün  dil  –  dilin  müxtəlif 

funksional  formalarıdır,  elmin  və  texnikanın  müxtəlif  sahələrində  təcrübə  mübadiləsi,  xüsusi 

bilik  sahələrində  ünsiyyət,  əsasən  də,  informasiyanın  ötürülməsi  üçün  təyin  olunub)  marağın 

artmasına  səbəb  olub.  Bu  isə  yeni  terminlər,  o  cümlədən  leksikoqrafik  terminlər  axınının 

əhəmiyyətli  dərəcədə  çoxalmasına  gətirib  çıxarıb  ki,  onların  da  sistemləşdirilməsi  və  izahının 

verilməsi zəruridir. 

Bu  gün  sənədlərin  böyük  əksəriyyəti  mütəxəssislər  üçün  nəzərdə  tutulduğundan  onların 

çoxu  terminologiyadan  ibarətdir.  Başqa  sözlə,  formula,  kod,  simvollar  və  qrafika  kimi  dil 

elementlərini  özünə  daxil



 

edən  terminologiya  faktların,  fikirlərin  və  biliklərin  təqdimatı  üçün



 

əsas vasitədir [1].  

Bundan  başqa,  xüsusi  bilik  və  informasiyanın  (birdilli  və  ya  çoxdilli  olmasından  asılı 

olmayaraq) ötürülməsi terminoloji resursların yaradılması və yayılması ilə birbaşa əlaqəlidir. Bu 

proses təkcə elm və texnikada deyil,  həmçinin hüquq, dövlət idarəçiliyi, səhiyyə və digər sahələr 

üçün  də  zəruridir.  Həmçinin  terminologiya  sənədlərin  işlənməsi  və  yayılmasında  da  əsas  rol 

oynayır.  Terminologiya  bir  elm  sahəsi  kimi  biliyin  yüksəkkeyfiyyətli,  effektli  təqdimatı  və 

ötürülməsi  üçün  konsepsiya  və  metodologiya  təklif  edir.  Bu  metodologiyalar  dil  üzrə 

mütəxəssislər  tərəfindən,  eləcə  də,  müvafiq  hazırlıqdan  sonra  digər  sahənin  mütəxəssisləri 

tərəfindən  istifadə  oluna  bilər.  Eyni  zamanda,  bu  metodologiyalar  terminoloji  resursların  və 

biliyin  digər  formalarının  aşkarlanması,  yayılması,  ötürülməsi,  saxlanması  və  dəstəklənməsi 

məqsədilə alətlərin sayının çoxalması üçün də əsas yaradır. 

Elmin  sosial  rolunun  artması,  informasiyanın  həcminin  daim  çoxalması  həm  yeni,  həm 

inkişaf  edən,  həm  də  artıq  formalaşan  bilik  sahələrinin  termin  sistemlərinin  tədqiqatını  zəruri 

etmişdir.  Biliyin  müxtəlif  sahələrinin  termin  sistemlərinin  ayrıca  tədqiqat  obyektinə  çevrilməsi 

hazırkı dövrdə inkişaf edən və tədqiqat metodları təkmilləşən terminoqrafiya və terminşünaslıq 

kimi müstəqil elm sahələrinin meydana gəlməsinə səbəb olmuşdur [2]. 

Terminşünaslıq  (terminologiya)  -  tipologiyası,  mənşəyi,  forması,  məzmunu  və  fəaliyyəti, 

həmçinin  istifadəsi,  nizama  salınması  və  yaradılması  nöqteyi-nəzərindən  xüsusi  leksikanı 

öyrənən elmdir. Terminologiya bir-biri ilə əlaqəli olan bir neçə fənnin tədqiqat obyektidir. Belə 

ki,  terminologiya  linqvistikada  nəzəriyyə  obyekti,  tətbiqi  terminşünaslıqda  unifikasiya, 



İnformasiya cəmiyyəti problemləri, 2013, №2(8), 13-20 

 

14                                                                  www.jpis.az 



 

standartlaşma  və  nizamlanma  obyekti,  informatikada  informasiya  sistemlərinin  süni  dillərinin 

yaradılması  üçün  materialdır.  Xüsusi  bilik  sahələrinin  anlayışlarının  ifadə  edilməsinə  xidmət 

edən  dil  işarələrinin  məcmusu  kimi,  terminologiya  xüsusi  fənndir,  baniləri  Avstriyadan 

E.Vyuster  və  keçmiş  Sovetlər  birliyindən  D.S.Lotte  olmuşdur.  E.Vyuster  terminologiyanı 

linqvistika,  məntiq,  ontologiya,  informatika  və  konkret  bilik  sahələrinin  kəsişməsində  xüsusi 

fənn  adlandırmışdır.  Sovet  alimi  V.M.Leyçik  isə  terminologiyanı  öz  predmet  və  metodları  ilə 

sərbəst fənn hesab edir [3]. 

Digər tərəfdən, informasiya texnologiyaları və sistemlərinin inkişafı, müxtəlif elm sahələri 

və  fəaliyyət  sferalarında  beynəlxalq  əməkdaşlıq  əlaqələrinin  qloballaşması  müxtəlif  dillərin

 

terminologiyalarının  tədqiqatını  aktuallaşdırmış,  yeni  yanaşmalar  və  məsələlər  müəyyən 



edilmişdir. 

İstənilən  terminoloji  tədqiqat  böyük  həcmdə  terminoloji  informasiyanın  yığılması  və 

işlənməsi zərurətini ortaya çıxarır ki, bu məsələlərin də yerinə yetirilməsi üçün effektli alətlərdən 

biri  terminoloji  verilənlər  bazasının  yaradılmasıdır.  Məlumdur  ki,  verilənlər  bazası  müəyyən 

qaydalarla  təşkil  olunan,  ümumi  prinsiplərlə  təsvir  edilən,  saxlanılan  və  idarə  olunan  verilənlər 

məcmusu, eləcə də, müəyyən predmet sahəsinin informasiya modelidir. 

Qeyd edək ki, xüsusi ontologiyanın (biliyin təqdimatı və idarə edilməsi, mətnin analizi və 

s.)  qurulması,  termin  banklarının  yaradılması  və  istismarında  yardımçı  olan  metod  və  alətlərin 

təklif  edilməsi  üçün  təbii  dilin  emalı

 

(Natural  Language  Processing,  NLP)  kifayət  qədər 



təkmilləşib. NLP süni intellekt və riyazi linqvistikanın ümumi istiqamətidir, təbii dilin kompüter 

analizi və sintezinin problemlərini öyrənir.  

Hazırkı  dövrdə  yeni  elmi  sahələrə  (məs.  biotibb  və  s.)  olan  elmi  tələbatın  artması,  digər 

tərəfdən  də  bu  sahələrə  aid  çap  materiallarının  günbəgün  çoxalması  artıq  terminologiyanın 

sistemli şəkildə və avtomatik əldə olunmasının əhəmiyyətinə əlavə maraq oyadır. 

Yuxarıda deyilənlər nəzərə alınaraq, son zamanlar terminologiya və informatikanın ümumi 

istiqaməti  olan  terminoloji  informatika  sahəsinə  xüsusi  diqqət  ayrılır,  bu  sahədə  mühüm 

tədqiqatlar aparılır. 

Terminoloji  informatika  terminoloji  işin  yerinə  yetirilməsində  hesablama  metodlarından 

istifadə  məsələlərini  öyrənir,  mətnin  analizi  (text  mining),  informasiyanın  axtarılması  və  əldə 

edilməsi, sorğu sistemləri, ontologiyanın qurulması və s. sahələrdə mühüm əhəmiyyət kəsb edir. 

Mətnin analizi, yeni biliklərin əldə edilməsi isə ən yaxşı şəkildə terminlərdə əks olunur və onlar 

yeni anlayışlar hesab edilir. 

Terminoloji informatika sahəsində aparılan araşdırmaların nəticələri bu sahə üzrə keçirilən 

beynəlxalq konfrans, simpozium və elmi seminarların materiallarında əks olunur. 

Terminoloji informatika sahəsi üzrə keçirilən beynəlxalq elmi seminarlar və konfranslar  

Terminoloji  informatikanın  müxtəlif  problemləri  və  məsələləri  ilə  bağlı  “Computational 



terminology (CompuTerm)” adı altında beynəlxalq elmi seminarlar keçirilir.  

İlk Beynəlxalq seminar 1998-ci ildə Kanadanın Monreal Universitetində “CompuTerm’98” 

adı altında terminoloji informatika sahəsinin tanınmış alimləri Didye Buriqu (Fransa), Kristyan 

Jakmo  (Fransa)  və  Monreal  Universitetinin  professoru  Mari-Klod  Lomun  təşkilatçılığı  ilə 

keçirilmişdir. 

Seminarda  terminologiyanın  tətbiqi  aspektləri  (əldə  edilməsi,  aşkarlanması,  lüğətlərin 

yaradılması və s.) üzrə maraqlarını bölüşən tədqiqatçılar bir araya gəlmişlər. Seminarın məqsədi 

bu sahələr arasında boşluğu aradan qaldırmaq üçün innovativ ideyalarla və terminlərin avtomatik 

emalının ayrı-ayrı aspektlərinin nəticələri ilə mübadiləyə təkan vermək olmuşdur.   

Seminarın  keçirilməsinin  əhəmiyyəti  və  müvəffəqiyyəti  son  zamanlar  terminologiyanın 

avtomatlaşdırılması  ilə  əlaqəli  elmdə  baş  verən  müxtəlif  proseslərə  marağın  artdığı  qənaətinə 

gəlinməsi olmuşdur [4].

 



İnformasiya cəmiyyəti problemləri, 2013, №2(8), 13-20 

 

 



       www.jpis.az                                                                      15 

 

Terminoloji  informatika  üzrə  “CompuTerm'02"  II  beynəlxalq  seminar  2002-ci  ildə 



Pensilvaniya  Universitetində  (ABŞ)  keçirilmişdir.  Seminarda,  əsasən,  maşın  tərcüməsi,  mətnin 

intellektual  analizi  və  biliyin  avtomatik  əldə  edilməsi  və  s.  məsələlərdə  terminlərin  rolu  və 

terminoloji informatika sahəsində digər tədqiqatlar müzakirə olunmuşdur [5]. 

2004-cü  ildə  Cenevrədə  (İsveçrə)  keçirilən  “CompuTerm'04”  III  beynəlxalq  seminarın 

məqsədi  NLP  üzrə  tədqiqatçıların  terminologiyada  birləşməsi  və  terminoloji  informatika 

sahəsində  son  nailiyyətlərin  və  NLP-nin  tətbiq  olunduğu  bir  çox  sahələrə  təsirinin  müzakirəsi 

olmuşdur. Seminarda terminoloji resursların standartlaşdırılması, xüsusi ünsiyyət lüğətlərinin və 

tezaurusların  yaradılması  və  s.  kimi  məsələlərə  baxılmışdır.  Seminarda  həmçinin 

terminologiyanın  əldə  edilməsi  (mining  terminology),  strukturlaşdırılması  və  idarə  olunması 

(terminlərin  klasterləşdirilməsi,  təsnifatlaşdırılması  məsələləri),  terminoloji  resursların 

inteqrasiyası  və  yeniləndirilməsi,  terminoloji  informasiyanın  tətbiqi,  terminologiyanın  təqdimat 

formatının ümumi qiymətləndirilməsi və s. məsələlər müzakirə olunmuşdur [6]. 

Qeyd  etmək  lazımdır  ki,  linqvistik  informatika  üzrə  “Coling”  adı  altında  beynəlxalq 

konfranslar keçirilir. Bu konfransların ötən əsrin 60-cı illərindən başlayan tarixi var. Belə ki, iki 

ildən  bir  keçirilən  beynəlxalq  konfransa  mütəmadi  olaraq  700  nümayəndə  cəlb  edilir.  İlk 

konfrans  1965-ci  ildə  Nyu-Yorkda  (ABŞ)  keçirilmişdir.  Həmin  vaxtdan  etibarən  keçirilən  bu 

konfrans  NLP  üzrə  dünyada  aparıcı  mövqe  tutur.  Son  beş  konfrans  (Coling  2004)  Cenevrədə, 

(Coling  -  ACL 2006) Sidneydə, (Coling 2008)  Mançesterdə, (Coling 2010)  Pekində  və  (Coling 



2012) Mumbaidə keçirilmişdir. Coling NLP və hesablamalar ilə əlaqəli texniki sahələrin böyük 

spektrini əhatə edir. XXV “Coling” Beynəlxalq konfransı 2014-cü ildə Dublində keçiriləcək [7].  

2000-ci ildən başlayaraq hər il mətnin intellektual işlənməsi və linqvistik informatika üzrə 

CICLing” (Conference on Intelligent text processing and Computational Lingistics) adı altında  

beynəlxalq  konfranslar  keçirilir.  Bu  konfransların  keçirilməsi  mətnin  intellektual  işlənməsi  və 

linqvistik  informatikanın  inkişaf  etdiyi  müxtəlif  sahələrdən  olan  alimlər  arasında  fikir 

mübadiləsini  genişləndirmək  məqsədini  daşıyır.  Əsas  ideya  tətbiqi  linqvistikada  incəsənətin 

vəziyyəti  haqqında  ümumi  təsəvvür  əldə  etməkdir.  2012-ci  ildə  Nyu  Dehlidə  (Hindistan) 

Hindistan Texnologiya  İnstitutu  tərəfindən CICLing” XIII  Beynəlxalq  konfransı keçirilmiş  və 

onun materialları Springer Lecture Notes (kompüter elmləri üzrə) jurnalının xüsusi buraxılışında 

dərc olunmuşdur [8].  

Terminoloji  informatika  üzrə  keçirilən  beynəlxalq  seminarlarda  dünyanın  müxtəlif 

ölkələrindən  bu  sahə  üzrə  tədqiqatlar  aparan  nüfuzlu  alimlərdən  Xurşid  Əhməd  (Böyük 

Britaniya),  Teresa Kabre (İspaniya), Kyo Kaqeura (Yaponiya) İngrid Meyer (Kanada), Padmini 

Srinivasan (ABŞ) və digərləri iştirak etmişlər. 

Terminoloji informatika sahəsi üzrə kitablar 

Terminoloji  informatika  sahəsində  bir  sıra  kitablar  nəşr  olunmuşdur.  Bu  kitablarda 

terminoloji informatikanın müxtəlif problemlərini əhatə edən məsələlər öz əksini tapmışdır.   

Müəllifləri  Didye  Buriqu,  Kristyan  Jakmo  və  Mari-Klod  Lom  olan  “Terminoloji 

informatika  sahəsində  son  yeniliklər”  (“Recent  advances  in  computational  terminology”)  adlı 

kitaba  (2001)  terminologiyanın  avtomatik  təhlili,  saxlanılması  və  istifadəsi  üzrə  araşdırmalar 

aparan  tədqiqatçıların,  eləcə  də,  tətbiqi  terminologiya,  terminoloji  informatika,  informasiya 

axtarışı  və  süni  intellekt  sahəsinin  mütəxəssislərinin  17  məqaləsi  daxil  edilib.  Kitabda 

terminoloji  informatika  üzrə  birinci  beynəlxalq  seminarın  (Bu  seminarda  müxtəlif  elmi 

cəmiyyətlərdən olan tədqiqatçılar bir araya gəlmiş və tədqiqat sahəsini “terminoloji informatika” 

adlandırmışlar) materialları öz əksini tapıb [9].  

Kitaba  daxil  edilən  məqalələrdə  terminoloji  informatikanın  terminologiya,  linqvistika  və 

kompüter  elmləri  ilə  kəsişməsi  sahəsində  innovativ  və  mühüm  nailiyyətlər  əks  olunmuş,  eləcə 

də,  terminoloji  informatikanın  tətbiq  oluna  biləcəyi  sahələrin  geniş  spektri  göstərilmişdir. 




İnformasiya cəmiyyəti problemləri, 2013, №2(8), 13-20 

 

16                                                                  www.jpis.az 



 

Kitabda  həmçinin  ikidilli  lüğətlərin  hazırlanması,  terminoqrafiya  və  avtomatik  referatlaşma 

məsələləri təsvir olunub. 

Terminologiyanın texniki və ictimai-siyasi aspektləri haqqında ətraflı məlumatın toplandığı 

“Terminologiya:  nəzəriyyə,  metod  və  tətbiqlər”  (Terminology:  theory,  methods,  and 

applications)  kitabı  (1999) terminoloqlar və  müvafiq sahə  mütəxəssisləri üçün nəzərdə  tutulub. 

Qeyd  edək  ki,  kitabın  müəllifi  İspaniyanın  Pompey  Fabra  Universitetinin  (linqvistika  və 

terminologiyanı tədris edir) professoru Mari Teresa Kabredir [10]. 

Terminologiya  yaradıcılığının  sistemliliyi  və  dinamikası  üçün  qaydaların  aşkar  edilməsi 

terminologiya  nəzəriyyəsinin  möhkəm  əsası  üçün  mühüm  əhəmiyyət  kəsb  edir.  Tokio  Milli 

İnformatika İnstitutunun professoru Kyo Kaqeuranın müəllifi olduğu  2002-cildə nəşr olunan 

“Terminologiyanın  dinamikası”  (The  Dynamics  of  Terminology)  kitabında  yapon 

terminologiyasının  müəyyən  sahələrində  yuxarıda  deyilən  iki  faktorun  qarşılıqlı  fəaliyyəti 

təqdim olunur [11]. 

Burada terminlər və onların tərkib elementləri arasındakı münasibətlərə, tərkib elementləri 

ilə  terminologiyanın  qurulmasında  istifadə  olunan  konseptual  kombinasiyaların  tiplərinin 

qarşılıqlı  əlaqələrinə  detallarla  baxılır.  Müəllif  terminologiya 

artımının  inkişaf 

qanunauyğunluqlarının kəmiyyət analizini təqdim edir. 

 

Bu  sahədə  daha  bir  kitab  “Leksikoqrafiya  üzrə  praktiki  təlimat”  (A  Practical  Guide  to 



Lexicography)    adı  altında  Leyden  Universitetinin  (Hollandiya)  fəxri  professoru  Piet  van 

Sterkenburqun redaktəsi ilə 2003-cü ildə nəşr olunmuşdur. Kitabda leksika və onun müxtəlif tip 

lüğətlərdə  təsvirində  təlimatların  vəziyyəti  əks  olunur.  Leksikoqrafiyaya  bu  cür  yanaşma 

ekspertlər  qrupunu  birləşdirir,  ümumi  və  konkret  məqsədlər  üçün  lüğətlərin  toplanması  və 

işlənməsində  addım-addım  qərar  qəbuletmə  prosesinə  aparır  [12].  Təbii  ki,  elektron  lüğətlər, 

verilənlər  bazaları  ilə  idarəetmə  kitabın  əsas  mövzusudur.  Leksikoqrafiya  üzrə  praktiki  təlimat 

müasir leksikanın nailiyyətləri, imkanları və problemləri haqqında bilgilər almağa kömək edir. 

2007-ci  ildə  Mayduquri  Universitetinin  (Nigeriya)  professoru  Bassey  Edem  Antianın 

redaktəsi  ilə  nəşr  olunan  “Terminologiyada  qeyri-müəyyənlik  və  təbii  dilin  işlənməsi” 

(Indeterminacy in Terminology and  LSP) kitabında nəzəri, antropoloji və koqnitiv linqvistikaya 

əsaslanan  tematik  tədqiqatlar  və  metodologiya,  həmçinin  terminoloji  tədqiqat  nəzəriyyəsi  və 

tarixi, ontologiyanın qurulması, proqram təminatının lokallaşdırılması və s. təqdim olunur [13]. 

Cənubi  Koreyanın  paytaxtı  Seul  şəhərində  kompüter  linqvistikası  üzrə    keçirilən 

CICLing’2004”  V  beynəlxalq  konfransının  materialları  kitab  şəklində  “Linqvistik informatika 

və  mətnin  intellektual  işlənməsi”  (Computational  Linguistics  and  Intelligent  Text  Processing

adı altında nəşr olunub [14]. 

2004-cü  ildə  nəşr  olunan  “Ontoloji  mühəndislik”  (Ontological  Engineering)  kitabında 

semantik veb, elektron kommersiya və biliklərlə idarəetmə məsələləri təqdim olunur. Məlumdur 

ki, ontologiya ümumi leksikanı təmin edir, terminin mənası və terminlərarası münasibətləri təyin 

edir. Son onilllikdə ontologiyaya çox diqqət yetirilir. Hazırda ontologiya bilik mühəndisliyi, süni 

intellekt  və  kompüter  elmlərində  istifadə  edilir.  Kitabda  ontoloji  mühəndisliyin  əsas  məsələləri 

təqdim olunur [15]. 

Dünyanın müxtəlif ölkələrindən olan alimlər terminoloji informatika sahəsində əhəmiyyətli 

tədqiqatlar aparırlar.  Belə alimlərdən biri olan kompüter elmləri sahəsində doktorluq dərəcəsini 

1997-ci ildə ABŞ-ın Pensilvaniya Universitetində almış Srinivas Banqalor “Supertagging” (təbii 

dilin  işlənməsində  mürəkkəb  leksik  təsvirlərin  istifadəsi)  üzrə  dissertasiyasına  görə  kompüter 

texnologiyalarının innovativ tətbiqinə gətirib çıxaran ən yaxşı tədqiqat işi kimi Morris və Doroti 

Rubinov  mükafatlarına layiq görülüb. O, NLP, nitqin emalı, dil modelinin hazırlanması, maşın 

tərcüməsi  və  s.  sahələrdə  tanınmış  ekspertdir.  S.Banqalor  “Linqvistik  informatika”  jurnalının 

redaksiya heyətinin üzvü, ACL və IEEE-nin bir sıra konfranslarının proqram komitələrinin üzvü, 

həmçinin  2008-ci  ildə  İEEE-nin  keçirdiyi  ünsiyyət  dili  texnologiyası  üzrə  seminarın 

təşkilatçılarından biri olmuşdur. [16]. 




İnformasiya cəmiyyəti problemləri, 2013, №2(8), 13-20 

 

 



       www.jpis.az                                                                      17 

 

Belçikanın  Leven  Katolik  Universitetinin  kompüter  elmləri  fakultəsinin  professoru  Mari-



Fransin  Moens  məzmunun  mətndən  avtomatik  çıxarılması  və  tanınması,  diskursun  qarvanması, 

biliyin  əldə  olunması,  hər  hansı  istifadəçinin  yazdığı  məzmunun  və  anlaşılmaz  səsli  mətnin 

işlənməsi və s. sahələrdə tədqiqatlar aparır [17].  

İrlandiyalı  alim,  kompüter  elmləri  üzrə  professor  Əhməd  Xurşid  neyron  hesablamalar, 

terminologiya  və  ontologiya,  NLP,  xüsusilə,  informasiyanın  əldə  edilməsi  və  s.  istiqamətlərdə 

araşdırmalar aparmışdır. Onun neyron hesablamaları istiqamətində tədqiqatları dilin təkamülünü 

təqlid edən Multi-net neyron sistemlərinə  gətirib çıxarmış və həmin sistem şəkillərin və onların 

mətn  təsvirinin  birgə  axtarışında  istifadə  edilib.  O,  terminologiya  və  ontologiya  sahələrində 

tədqiqatlar  aparmış,  tədqiqatlarının  praktiki  məqsədi  müxtəlif  şərtlərin  öhdəsindən  gələ  bilən 

informasiya sisteminin yaradılması olmuşdur [18].  

Terminoloji  informatika  sahəsində  fundamental  tədqiqatları  ilə  seçilən  alimlərdən  biri  də 

İngrid  Meyerdir.  Ottava  Universitetinin  (Kanada)  professoru  olan  İ.Meyer  terminologiya 

sahəsində  bir  sıra  innovativ  ideyaların  (terminoloji  biliklər  bazasının  yaradılması,  zəngin-bilik 

konteksti (knowledge-rich context), determinləşmə və s.)  müəllifidir. 



Terminoloji informatika sahəsində aparılan araşdırmaların təhlili  

İngrid  Meyerin  fundamental  tədqiqatının  nəticələrini  əks  etdirən,  həmmüəllifi  olduğu 

“Terminoloji resursların yeni nəslinə doğru: terminoloji biliklər bazasının yaradılması təcrübəsi” 

adlı  məqaləsi  COGNITERM  adlanan  terminoloji  biliklər  bazasının  qurulması  layihəsini  təsvir 

edir. Məqalədə leksikoloji informatika və bilik mühəndisliyi sahələrində müasir inkişafla əlaqəli 

tədqiqatlar əsas yer tutur. Tədqiqat işində həmçinin COGNITERM-in strukturunun təsviri təqdim 

edilmiş,  onun  ənənəvi  termin  bankı  ilə  müqayisədə  üstünlükləri  araşdırılmış  və  bu  işdən  əldə 

edilən bir sıra metodoloji məsələlər verilmişdir [19].  

Araşdırmanın  əsas  məqsədi  terminologiyada  olduğu  kimi,  leksikoloji  informatika 

sahəsində  də  xüsusi  dünya  biliklərinin  (terminoloji  anbarda  saxlanılan)  növü  və  sayı  ilə  əlaqəli 

tədqiqatların  həlli  vacib  məsələlərinin  mövcudluğunu  önə  çəkməkdir.  Qeyd  edək  ki,

 

Ottava 



Universitetinin  süni  intellekt  laboratoriyasında  yaradılan  yeni  tip  terminoloji  anbar  olan 

COGNITERM  termin  bankı  ilə  biliklər  bazasının  vəhdəti,  terminoloji  biliklər  bazasıdır  (TBB). 

COGNITERM terminologiyada istifadə olunan bilik mühəndisliyinin ümumi alətləri – CODE-un 

(Conceptually  Oriented  Design  Environment  -  konseptual  yönümlü  təsvir  mühiti)  istifadəsilə 

ikidilli (fransız, ingilis) terminoloji biliklər bazasıdır.  

Dünyada


 

böyük  həcmli  terminoloji  verilənlər  bazaları  mövcuddur,  onlardan  biri  də 

Kanadada  bir  milyondan  çox  termini  özündə  əks  etdirən  TERMİUM  III-dür.  Bu  baza  yalnız 

potensial  istifadəçilər  üçün  nəzərdə  tutulub.  TERMİUM  III-dən  texniki  sənədlərdə,  informasiya 

ilə  idarəetmədə,  tədris  sahəsində,  eləcə  də,  informasiyanın  axtarılması,  maşın  tərcüməsi  və 

ekspert sistemlərdə istifadə olunmasına baxmayaraq, əsas istifadəçiləri tərcüməçilərdir. 

Böyük  terminoloji  verilənlər  bazası  olan  TERMİUM  III-ün  əsas  çatışmazlığı  ondan 

ibarətdir  ki,  termin  haqqında,  əsasən,  linqvistik  informasiyanı  verir.  Burada  konseptual 

informasiya aydın deyil, səpələnmiş, strukturlaşdırılmamış vəziyyətdə, ziddiyyətlidir.  

Bu  problemləri  nəzərə  alaraq,  tədqiqatçılar  biliklərə  əsaslanan  yeni  növ  terminoloji 

anbarların yaradılmasını təklif edirlər.   

Hələ  ötən  əsrin  90-cı  illərində  Kembric  Universitetinin  (Böyük  Britaniya)  professoru 

Branimir  Boguraev  (kompüter  linqvistikası)  və

 

Stenford  Universitetinin  (ABŞ)  professoru  Bet 



Levin  leksik  biliklər  bazası  (LBB)  ilə  leksik  verilənlər  bazasını  (LVB)  müqayisə    etməyə 

çalışmışlar.  Onların  fikrincə,  LBB  və  LVB  iki  xüsusiyyətinə  görə  fərqlənirlər.  Belə  ki,  LVB 

sözün  sinoniminə  əsaslanan  leksik  xarakteristikanı  verdiyi  halda,  LBB  ümumiləşdirməyə, 

həmçinin leksik nəticə çıxarmağa, beləliklə də, leksikonun dinamik genişlənməsinə imkan verir 

[20]. Hər iki xarakteristika TBB üçün vacibdir.  



İnformasiya cəmiyyəti problemləri, 2013, №2(8), 13-20 

 

18                                                                  www.jpis.az 



 

Terminologiya  və  bilik  mühəndisliyi  arasında  əlaqəni  araşdıran  tədqiqatçılar  bu 

münasibətin  əsasında  ekspertin,  bir  tərəfdən,  bilik-ünsiyyət

 

konteksti,  digər  tərəfdən,  biliyin 



təqdimatı texnologiyası kontekstində vasitəçi kimi cəlb edilməli olduğu qənaətinə gəlmişlər. Bu 

tip bilik-ünsiyyət konteksti öz ardınca üç əsas fəaliyyət istiqamətini meydana çıxarır:  

1.

 

Biliyin  əldə  edilməsi  -  üç  elementdən  ibarətdir:  fəaliyyət,  dərketmə  və  ünsiyyət.  Bu 



zaman mütəxəssisdən təcrübəçi, alim və müəllim rolunu oynamaq tələb olunur.  

Ekspertlər tədris vərdişlərinə görə bir-birindən fərqlənirlər. Onlar biliyi təqdim etmək üçün 

dil  qabiliyyətinə  malik  olmaya,  lazımi  biliyi  tələb  etməyə  bilərlər.  Onlar  mühəndis  (iqtisadçı) 

biliklərini  fərqli  və  ziddiyyətli  problemlərlə  təqdim  edərək  sahəni  dəyişə  və  ya  müxtəlif  şəklə 

sala bilərlər.  

2.

 



Biliyin formallaşdırılması. Bilik “rəfdən hazır gəlmir”. Qeyd edildiyi kimi, bilik qeyri-

ardıcıl,  ziddiyyətli  və  çoxölçülü  ola  bilər.    O,  “dərketmə”  üçün  çətin  ola  bilər,  çünki 

daim dəyişir, bu səbəbdən, bilik tam və aydın olmur.

 

3.



 

Biliyin  dəqiqləşdirilməsi.  Bilik  iki istiqamətdə - bilik  sisteminə  əsaslanan test  yolu  ilə 

yoxlanılmaqla və mütəmadi yeniləşdirilməklə dəqiqləşdirilə bilər.  

Xüsusi  biliyin  əldə  edilməsi,  formallaşdırılması  və  həyata  keçirilməsi  sahəsində  ekspert 

olan  və  ya  olmayan  istifadəçiyə  kömək  məqsədilə  CODE  adlanan  bilik  mühəndisliyi  vasitəsi 

işlənmiş  və  testdən  keçirilmişdir.  CODE-un  istifadəsi  TBB-in  daha  dəqiq  konsepsiyasının 

işlənməsinə kömək edir.  

COGNITERM  terminoloji  verilənlər  bazası  ilə  biliklər  bazası  arasında  hibrid  (onların 

cütləşməsindən  alınan  baza)  kimi  nəzərdə  tutulub.  Hər  bir  konsepsiya  informasiyanın  iki  əsas 

kateqoriyasından  ibarət  oxşar  formalı  struktur  şəklində  təqdim  olunur.  Konseptual  informasiya 

kateqoriyası  biliklər  bazası  komponenti,  konseptual  xarakteristikanın  siyahısı  və  onun 

qiymətləndirilməsidir. TBB müxtəlif semantik şəbəkədə qrafik formada vizuallaşa bilər. Hər iki 

iyerarxik (ümumi, hissə-tam və s.) və qeyri-iyerarxik münasibət qrafik formada ola bilər. CODE 

anlayışın  4  koordinatının  bütün  xüsusiyyətlərinin  birləşməsindən  ibarət  olan  Xarakterik 

Müqayisə  Matrisini  təqdim  edir.  Nəhayət,  COGNITERM  üzrə  naviqasiya  CODE  brauzeri 

vasitəsilə həyata keçirilir. CODE biliyin anlayışlar və ya onların xarakteristikalarının adı ilə əldə 

edilməsinə imkan verir.  

TBB  informasiya,  informasiyanın  əldə  edilməsi  və  sistemləşdirilməsinə  dəstək  nöqteyi-

nəzərindən TVB-dən üstündür. Belə ki, TVB-də informasiya aydın, aşkar şəkildə kodlaşdırılmır, 

TBB-də  isə  əksinə,  informasiya  aydın,  aşkar  şəkildə  anlayışlarla  kodlaşdırılır.  TBB  konseptual 

münasibətin aşkar təqdimatına imkan verir və ardıcıllığı asanlaşdırır (məsələn, bütün anlayışların 

koordinatının  təyini  eyni  növ  termindən  olmalıdır).  Konseptual  münasibətin  aşkar  təqdimatı 

biliyin strukturunun qrafik formada təqdimatına uyğundur. Bu aspekt COGNİTERM layihəsində 

xüsusi vurğulanır.  

TVB-dən  fərqli  olaraq,  TBB  olan  COGNİTERM  informasiyanın  saxlanması  üçün  zəruri 

mühiti  təmin  etməklə  yanaşı,  informasiyanın  sistemləşdirilməsi  və  əldə  edilməsinə  kömək 

məqsədi  daşıyan  bir  mexanizmdir.  Bu  mexanizm  terminoloqu  informasiyanın  (bir  iyerarxik 

səviyyədən digərinə) təkrarlanmasından azad edir. 

Adi  TVB  termin-konsepsiya  istiqamətini  təşkil  edir:  termini  bilməklə  onun  izahını, 

sinonimini  və  s.  bilmək  olar.  Terminoloji  tədqiqat,  əsasən,  konsepsiya-termin  istiqamətində 

aparılır.  



COGNİTERM  istifadəçiləri  fikirlərindəki  terminin  adının  artıq  mövcud  olub-olmamasını 

müəyyənləşdirmək  üçün  hər  hansı  konseptual  xarakteristika  vasitəsilə  bu  bazaya  daxil  ola 

bilərlər. 

Tədqiqatçıların fikrincə, təklif edilən  yanaşmanın inkişaf etdirilməsi vacibdir, çünki terminoloji 

iş  üçün  vacib  sayılan  ekspertlər  və  digər  terminoloqlar  tərəfindən  yoxlanılma  burada  çətindir. 

Belə ki, yaradılan TBB, əsasən, hipermətn formasındadır və daha çox “hamar” mətnlərə - ümumi 




İnformasiya cəmiyyəti problemləri, 2013, №2(8), 13-20 

 

 



       www.jpis.az                                                                      19 

 

qəbul  olunmuş  terminoloji  yazılara  tətbiq  oluna  bilir.  Bu  səbəbdən,  təklif  edilən  metodlara 



yenidən baxılması və təkmilləşdirilməsi tələb olunur. 

Bu  tədqiqat  biliyin  əldə  edilməsi  prosesinin  asanlaşdırılması  üçün  TBB  konsepsiyasının 

reallaşdırılması və inkişafına yönəlmişdir.  Müəlliflər ümid edirlər ki, TBB və LBB tədqiqatçıları 

biliyin  əldə  edilməsinin  avtomatlaşdırılması  üsullarının  daha  da  yaxşılaşdırılması  üzrə 

imkanların araşdırılmasında əməkdaşlıq edəcəklər.  

Nəticə 

Terminoloji  informatika  sahəsində  aparılan  elmi-nəzəri  araşdırmaların  təhlili  terminoloji 

biliklər  bazasının  üstünlüklərini  və  perspektivlərini  ortaya  çıxarır.  Terminoloji  verilənlər 

bazasının  ciddi  elmi  tədqiqatların  aparılması  vasitəsinə  çevrilməsi  onun  böyük  praktiki 

əhəmiyyətini göstərir və bu istiqamətdə tədqiqatların perspektivliyinə zəmin yaradır.  

Bu səbəbdən, dünyada terminologiya fəaliyyətinə istər nəzəri, istərsə də praktiki cəhətdən 

böyük diqqət ayrılır. Belə ki, elmi, texniki və iqtisadi fəaliyyətin müvəffəqiyyəti dəqiq işlənmiş 

terminologiyadan əhəmiyyətli dərəcədə asılıdır.  

Yuxarıda 

qeyd 


edilənlər 

Azərbaycanda 

müasir 

informasiya-kommunikasiya 



texnologiyalarının  imkanlarından  istifadə  etməklə  terminologiya  fəaliyyətinin  yeni  informasiya 

modelinin – terminoloji informasiya sisteminin işlənməsini zəruri edir. 

 

Ədəbiyyat 

1.

 



Danzin A. Strategic Planning Study Group: Towards a European Language Infrastructure, 

Why terminology?, 1992,  

http://www.computing.surrey.ac.uk/ai/-pointer/report/section1.html 

2.

 



Хохлова Е.Л. Содержание терминологического поля в многоязычной терминографии: 

Применительно к исторической терминологии в английском, французском, немецком 

и русском языках, 2005, 236 стр., http://www.dissercat.com 

3.

 



Меркель  С.Э.  Семантико-дистрибутивная  верификация  терминологического  знака, 

Волгоград

2001, http://31f.ru/dissertation 



4.

 

First  Workshop  on  Computational  Terminology,  University  of  Montreal  (Canada),  1998, 



http://perso.limsi.fr/jacquemi/COMPUTERM/coling-workshop.html 

5.

 



Second  International  Workshop  on  Computational  Terminology,  Association  for 

Computational Linguistics, Stroudsburg, PA, http://dl.acm.org/citation.cfm?id=111877 

6.

 

CompuTerm  2004  -  3rd  International  Workshop  on  Computational  Terminology, 



Proceedings 

of 


the 

Workshop, 

29 

August 


2004, 

Geneva, 


Switzerland. 

http://acl.ldc.upenn.edu/coling2004/W7/pdf/proceedings.pdf 

7.

 

COLING  2014,  the  25th  International  Conference  on  Computational  Linguistics,



 

Helix 


Conference Centre at Dublin City University (DCU), 23-29 August 2014, http://www.coling-

2014.org 

8.

 

13th International Conference on Intelligent Text Processing and Computational Linguistics, 



March  11–17,  2012,  Indian  Institute  of  Technology  Delhi,  New  Delhi,  India,

 

http://www.cicling.org/2012 



9.

 

Recent  advances  in  computational  terminology.  Edited



  by  Bourigault  D.,  Jacquemin  C., 

L'Homme 


M.-C. 

John 


Benjamins 

Publishing, 

2001, 

379 


pages, 

http://benjamins.com/#catalog/books/nlp.2 

10.

 

Cabré M.T. Terminology: theory, methods, and applications. Terminology and Lexicography 



Research and Practice, 1, John Benjamins Publishing, 1999, 248 p. 

11.


 

Kageura  K.  The  Dynamics  of  Terminology,  Terminology  and  Lexicography  Research  and 

Practice, 5, John Benjamins Publishing, 2002, 322 p. 

12.


 

A  Practical  Guide  to  Lexicography.  Edited  by  Sterkenburg  P.  V.  Terminology  and 

Lexicography Research and Practice, 6, John Benjamins Publishing, 2003, 460 p. 



İnformasiya cəmiyyəti problemləri, 2013, №2(8), 13-20 

 

20                                                                  www.jpis.az 



 

13.


 

Indeterminacy in Terminology and LSP. Edited by Antia B. Terminology and Lexicography 

Research and Practice, 8, John Benjamins Publishing, 2007, 236 p. 

14.


 

 Alexander  Gelbukh  (Ed.).  Computational  Linguistics  and  Intelligent  Text  Processing,  5th 

International Conference, CICLing 2004, Seoul, Korea, February 15-21, 2004, Proceedings, 

Series: Lecture Notes in Computer Science, Vol. 2945, 2004, XVIII, 651 p. 

15.

 

Gómez-Pérez A., Fernández-López M., Corcho O. Ontological Engineering: With Examples 



from the Areas of Knowledge Management, E-Commerce and the Semantic Web, Springer, 

2004, 403 p. 

16.

 

Bangalore 



S. 

Short 


biography, 

http://www.research.att.com/people/Bangalore_ 

Srinivas/index.html 

17.


 

Moens M.-F. Short biography, http://people.cs.kuleuven.be/~sien.moens 

18.

 

Ahmad  K.  Short  biography



,  http://www.tcd.ie/Neuroscience/partners/PI%20Profiles/ 

Khurshid_Ahmad2.php 

19.

 

Meyer  I.,  Skuce  D.,  Bowker  L.,  Eck  K.  Towards  a  New  Generation  of  Terminological 



Resources: 

An 


Experiment 

in 


Building 

Terminological 



Knowledge 

Base, 


http://acl.ldc.upenn.edu/C/C92/C92-3146.pdf  

20.


 

Boguraev  B.,  Levin  B.  Models  for  Lexical  Knowledge  Bases,  in  J.  Pustejovsky,  ed., 

Semantics  and  the  Lexicon,  Kluwer,  Dordrecht,  Also  appears  in  Electronic  Text  Research, 

Proceedings of the Sixth Annual Conference of the Centre for the New OED, University of 

Waterloo, Waterloo, Ontario, 1990, 65-78 pp. 

 

УДК 004.65:006.72 

Гурбанова Афруз М. 

Институт Информационных Технологий НАНА, Баку, Азербайджан 

afruz@iit.ab.az 

Научно-теоретические исследования в области вычислительной терминологии и их 

анализ  

Изучены  исследования  в  области  нового  направления  информатики  и    терминологии  – 

вычислительной терминологии, проведен их анализ. Исследован международный опыт в 

создании терминологической базы знаний. Обоснована необходимость разработки новой 

модели  терминологической  деятельности  в  Азербайджане  с  использованием 

возможностей современных информационных технологий. 



Ключевые  слова:  вычислительная  терминология,  вычислительная  лингвистика, 

онтология,  лексическая  база  данных,  лексическая  база  знаний,  терминологическая  база 

данных, терминологическая база знаний. 

 

Afruz M. Gurbanova  

Institute of Information Technology ANAS, Baku, Azerbaijan 

afruz@iit.ab.az 

Scientific and theoretical research conducted in the field of terminological informatics and 

its comparative analysis 

The  researches  in  a  new  direction  of  terminology  and  informatics  (computer  science),  i.e. 

terminological  informatics  are  studied,  their  comparative  analysis  conducted.  International 

experience  in  developing  terminological  knowledge  base  is  studied.  Development  of  a  new 

model  of  terminological  activities  in  Azerbaijan  using  capabilities  of  modern  information-

communication technologies is proposed.  



Keywords:  computational  terminology,  computational  linguistics,  ontology,  lexical  database, 

lexical knowledge base, terminological database, terminological knowledge base.  

Yüklə 111,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə