Uot 004. 650: 06. 72: 80 Qurbanova Ə. M



Yüklə 65,51 Kb.
Pdf görüntüsü
tarix06.02.2018
ölçüsü65,51 Kb.
#26280


İnformasiya cəmiyyəti problemləri, 2016, №2, 74–79 

 

74                                                                  www.jpis.az 



UOT 004.650:06.72:80 

Qurbanova Ə.M. 

AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan

 

afruz1961@gmail.com  



VERİLMİŞ PREDMET SAHƏSİNDƏ TERMİNOLOJİ İNFORMASİYA SİSTEMİNİN 

İŞLƏNİLMƏSİ 

Məqalədə  terminoloji  fəaliyyət  sahəsinin  geniş  mütəxəssis  dairəsi  üçün  müəyyən  predmet 

sahəsində  qərarların  qəbulunu  dəstəkləyən  informasiya  sisteminin  yaradılması  istiqamətində 

sistemin  arxitekturu  və  konseptual  sxemi  təklif  olunub.  Terminoloji  informasiya  sisteminin 

terminlərin  təhlilinə  yönəlmiş  xüsusi  biliklər  bazasının  qurulmasına  yaratdığı  imkanlar 

müəyyənləşdirilib.  

Açar sözlər: terminoloji lüğət, informasiya sistemi, ontologiya, semantik şəbəkə.  

Giriş 

Müasir dövrdə elm və təhsil sistemində yüksək ixtisaslı kadrların hazırlanması səviyyəsinin 

yüksəldilməsi  üsullarından  biri  müxtəlif  predmet  sahələri  üzrə  bilik  və  verilənlərin  intellektual 

emalı sistemlərinin yaradılması və istifadəsidir. 

Son  illər  elm  və  texnikanın  müxtəlif  sahələrində  baş  verən  əhəmiyyətli  dəyişikliklər  və 

inkişaf ayrı-ayrı predmet  sahələrinin terminoloji bazalarının zənginləşməsinə və dilimizdə  yeni 

terminlərin yaranmasına səbəb olmuşdur. Dünyada və Azərbaycanda terminologiya fəaliyyəti ilə 

məşğul  olan  elm  və  təhsil  mərkəzlərinin  çoxalması,  elmin  və  texnikanın  müxtəlif  sahələrinin 

inkişaf dinamikası, terminlərlə bağlı beynəlxalq standartların daim artan tələblərinə uyğunluq      və 

s. kimi amillər müxtəlif predmet sahələrinin terminlərinin strukturlaşdırılması, vahid bir mərkəzə 

toplanması, işlənməsi və istifadəsini təmin edən terminoloji informasiya sisteminin yaradılması və 

müşayiət edilməsini şərtləndirir. 



Məsələnin qoyuluşu  

Ayrı-ayrı  predmet  sahələrinin  ontologiyasının  yaradılması  həmin  sahələr  üzrə 

mütəxəssislərin  həm  tədris  prosesində,  həm  də  praktiki  işdə  öyrənməsi  və  istifadəsini  təmin 

etməklə yanaşı, bilik səviyyəsinin yüksəldilməsinə xidmət edəcəkdir. 

Verilmiş  predmet  sahəsinin  terminoloji  bazası  müəyyən  məqsədlərə  yönəldilmiş  sistem 

şəklində təqdim edilə bilər [1]. 

S=   (1) 

M – sistemin elementlər çoxluğununu: predmet sahəsinə aid terminlər və onların təriflərini,  

R – predmet sahəsinin terminləri arasında əlaqə çoxluğunu, P – sistemin, verilmiş məqsədə çatmaq 

imkanı verən, xassələr çoxluğunu göstərir. 

Terminoloji sistemin elementləri kimi terminlər aşağıdakı xassələrə malik olmalıdır: 

 



Həyat təcrübəsinin subyektivliyindən azad olmalıdır. Müxtəlif tədqiqatçıların eyni bir 

termini söyləyərkən müxtəlif obyektləri təsəvvür etməsi yolverilməzdir. 

 

Birmənalı olmalıdır, yəni eyni bir elm sahəsinin eyni bir termininin müxtəlif hallarda 



müxtəlif obyektləri təsvir etməsi yolverilməzdir. 

 



Dəqiq  müəyyən  olunmuş  qiymətlər  sahəsinə  malik  olmalıdır,  yəni  bu  terminlə  təsvir 

olunan dəqiq müəyyən olunmuş obyektlər çoxluğu olmalıdır. 

 Bu sistemin elementlərinin əsas xüsusiyyəti ondan ibarətdir ki, hər terminin dəqiq izahı var, 

termini anlamaq üçün onun izahını bilməklə yanaşı, izahında işlənən terminlərin də izahını bilmək 

vacibdir. 

Terminoloji  sistemin  elementləri  arasındakı  əlaqə  bir-biri  ilə  qarşılıqlı  münasibətdə  olan 

anlayışların iyerarxiyasını əks etdirir. Terminlərin özü kimi, terminlər arasındakı əlaqə də sahə 



İnformasiya cəmiyyəti problemləri, 2016, №2, 74–79 

 

       www.jpis.az                                                                      75 



mütəxəssisləri (ekspertlər) və dilçilər tərəfindən müəyyən olunur. Qurulmuş əlaqələrin xarakteri 

isə müxtəlif ola bilər. 

Qeyd  etmək  lazımdır  ki,  terminoloji  sistem  açıq  sistemdir:  bir  tərəfdən,  sistemin 

elementlərinin ümumişlək sözə çevrilməsi – determinləşmə, digər tərəfdən isə, sistemə daim yeni 

elementlərin – terminlərin axınının (daxil olmasının) baş verməsi. 

P  çoxluğunun  ayrı-ayrı  (p

1,

  p


2

,  p


3, 

...  p


n

)  xassələrinin  hər  biri  lokal  funksional  keyfiyyəti 

xarakterizə edir (məsələn, p

1

 – bütövlük, p



2

 – açıqlıq,  p

3

 – dəqiqlik və s.), birlikdə isə bu xassələr 



sistemi bütöv kimi tam xarakterizə edir. 

Burada informasiya sisteminə proqram və texniki vasitələr sistemi, həmçinin reallaşdırılmış 

bank verilənləri (biliklər bankı) kimi baxılır. Bu sistem müəyyən metodlar, metodik və normativ 

sənədlər  (standartlar)  çərçivəsində  xüsusi  işlənmiş  informasiyanın  istifadəçilərin  sorğularına 

uyğun  yığılması,  axtarışı,  tanınması,  əldə  edilməsi,  saxlanması,  qorunması,  işlənməsi  və 

ötürülməsini avtomatik və birqiymətli dəstəkləyir. 



Terminoloji informasiya sisteminin arxitekturunun işlənməsi 

Sistemin  arxitekturu  onun  bütün  komponentlərinin  qarşılıqlı  əlaqəsini  və  funksiyalarını, 

strukturunu, modelini, həmçinin sistemin özünü əhatə edən informasiya mühitini əks etdirir. O, üç 

səviyyədə müəyyən olunur (Şəkil 1). 

 

 

 



 

 

 



 

 

 



Şəkil 1. İnformasiya sisteminin arxitekturu 

Sistemdə ilkin struktur vahidləri bütün informasiya obyektləri, daha dəqiq desək, lüğətlərin 

məqalələridir. Burada obyektin hissəsi, məsələn, məqalənin başlığı fiziki olaraq aşağı səviyyənin 

bir verilənlər bazasında (faylda) saxlanıla bilər, məqalənin mətni və  ya bu mətnin bir fraqmenti 

başqa  bazada  (faylda)  yerləşə  və  tapıla  bilər,  lakin  xarici  interfeysin  sorğusuna  bütün  məqalə 

başlığı ilə birlikdə, bütövlükdə və eyni zamanda, onun ilkin formasında verilir.

 

Sistemin arxitekturunun 3-cü səviyyəsinin reallaşdırılması aşağıdakı kimi həyata keçirilir: 



 

İnformasiya sisteminin biliklər bazasının konseptual modeli (1)-in təqdimatı əsasında 



qurulur.  

 



Vahid biliklər fəzasının təmin olunması üçün predmet sahələrinin ümumi anlayışlarının 

(M – terminlər, anlayışlar çoxluğudur) tabeliyi formasında ontologiyaları qurulur. 

Predmet  sahəsinin  ontologiyası    -  predmet  sahəsinin  formal  təsviri  deməkdir,  adətən,  

predmet sahəsinin ümumi  terminoloji  bazasını  müəyyən etmək üçün tətbiq olunur.  İnformasiya 

texnologiyaları və kompüter elmlərində ontologiya dedikdə, obyektlər çoxluğu və onlar arasındakı 

əlaqələrin  təsviri  nəzərdə  tutulur.  Formal  olaraq  ontologiya  terminlər,  onların  təsviri  və  çıxış 

qaydalarından  ibarətdir.  Beləliklə,  ontologiya  predmet  sahəsinin  modelidir  və  əsasən,  biliklər 

bazası və biliklər bankının əsasını təşkil edir. 

“İstifadəçi-sistem”in interfeysi 

İnformasiyanın işlənməsi proseduru 

 

Biliklər bazası 




İnformasiya cəmiyyəti problemləri, 2016, №2, 74–79 

 

76                                                                  www.jpis.az 



Ontologiyanın  qurulmasında  əsas  məqsəd  bilik  modelini  standartlaşdırmaq  və  maksimal 

(riyazi) təsvir etməkdir [2]. 

Ontologiyanın qurulmasının üstünlükləri aşağıdakılardır: 

 



Predmet  sahəsi  haqqında  informasiyanın  strukturundan  qarşılıqlı  istifadəni 

asanlaşdırması; 

 

Predmet sahəsinin modellərinin müxtəlif hissələrinin uyğunluğunu asanlaşdırması; 



 

Yeni istifadəçilər üçün modellərin əlyetərliliyi və dəyişdirilməsi; 



 

Predmet sahəsinin biliklər strukturunun konkret verilənlərdən ayrılması. 



Ontologiyanın işlənilməsinin bir neçə mərhələsini ayırmaq olar. Predmet sahəsini müəyyən 

etdikdən  sonra  mövcud  ontologiyaların  axtarışını  həyata  keçirmək  və  onların  təkrar  istifadəsi 

imkanına  baxmaq  lazımdır.  Sonra  predmet  sahəsinin  terminlərinin  tam  siyahısını  əldə  etmək, 

siniflərin iyerarxiyasını işləmək və onların xüsusiyyətlərini təsvir etmək vacibdir. Sonrakı addım 

ontologiyanın  elementləri  arasındakı  münasibətin  təsvir  edilməsidir.  Bu  mərhələdə  anlayışın 

iyerarxiyanın hansı mərhələsində olması, obyektin sinfi olub-olmaması və s. müəyyənləşdirilir. 

Son mərhələdə siniflərin ayrı-ayrı nümunələri yaradılır. 

Predmet  sahəsinin  modelləşdirilməsinə  ontoloji  yanaşma  yeni  informasiya  sistemlərinin 

işlənilməsinə  və  ilkin  informasiya  sistemlərinin  interaperabelliyinin  təmin  olunmasına  imkan 

yaradır. Hazırkı dövrdə ikisəviyyəli informasiya sistemləri paradiqması inkişaf edir. 

İnformatikada  ontologiya  müəyyən  bilik  sahələrinin  konseptual  sxeminin  (anlayış  və 

konsepsiyaların müəyyən qaydalar üzrə qarşılıqlı əlaqələrindən ibarət semantik şəbəkənin) köməyi 

ilə müfəssəl təsviridir. Adətən, bu sxem verilənlərin strukturunu əks etdirir, bura obyektin bütün 

uyğun  sinifləri,  onlar  arasında  əlaqə  və  bu  sahədə  qəbul  edilən  qaydalar  (teoremlər, 

məhdudiyyətlər) daxildir [3]. 

Ontologiya  proqramlaşdırma  prosesində  real  dünya  və  onun  hissələri  haqqında  biliyin 

təqdimat forması kimi istifadə olunur, əsas tətbiq sahələri biznes proseslərinin modelləşdirilməsi, 

semantik  veb  və  süni  intellektdir.  Ontologiyanın  təsviri  dili  formal  dildir,  bu  dildən  onun 

kodlaşdırılması üçün istifadə olunur, bir neçə oxşar formal dillər (OWL - Web Ontology Language, 

Veb-ontologiya dili, KIF - Knowledge Interchange Format, Bilik mübadiləsi formatı) mövcuddur. 

Verilənlərin  təqdimatının  müxtəlif  modellərinin  analizi  ontologiyanın  təsviri  üçün 

instrumental vasitə kimi müxtəlif tərkibli semantik şəbəkələrin seçilməsini əsaslandırmağa imkan 

verdi. 

Semantik  şəbəkə  istiqamətlənmiş  qrafdır,  onun  təpələri  anlayışları,  tilləri  isə  anlayışlar 



arasındakı münasibətləri ifadə edir. Anlayış hər hansı abstrakt və ya konkret obyektləri, münasibət 

isə bu obyektlər arasındakı əlaqələri ifadə edir. Semantik şəbəkədə münasibətlər "hissə-tam" tipli 

(sinif-qrup, element-çoxluq), funksional ("baş verir", "təsir edir" və s.), kəmiyyət xarakterli (çox, 

az, bərabər və s.), məkan xarakterli (uzaq, yaxın, altında, üstündə, içində və s.), məntiqi (və, və ya, 

yox), linqvistik və s. ola bilər [4]. 

Semantik şəbəkə tipli biliklər bazasında həllin axtarışı bazaya verilmiş hər hansı altşəbəkəyə 

uyğun sorğunu əks etdirən şəbəkə fraqmentinin axtarışı məsələsinə gətirilir. Bu model amerikalı 

psixoloq M.Quillian tərəfindən təklif olunub [5]. 

Semantik  şəbəkənin  reallaşdırılması  anlayışlar  iyerarxiyasının  əks  olunduğu  tezaurusun 

(ayrı-ayrı predmet sahələrinin təsviri üçün aktiv alət) qurulması əsasında həyata keçirilir. İzahlı 

lüğətdən fərqli olaraq tezaurus mənanın yalnız tərif vasitəsilə deyil, həm də sözün digər anlayış və 

onların qrupları ilə əlaqələndirilməsi vasitəsilə başa düşülməsinə imkan verir. 

Tezaurusa uyğun olaraq 5 tip münasibətə baxılır: daha geniş termin – yuxarıda; daha dar  

termin – aşağıda; əlaqələndirilmiş (bağlı) termin – assosiasiya; termin üçün bütöv – hissə; termin 

üçün hissə - bütöv. 

Qeyd etmək lazımdır ki, ümumi halda, biliklər sahəsi və peşəkar fəaliyyət sahəsi üzrə ontologiyanın 

qurulması sahə standartları səviyyəsinə və texniki materiallara qədər inkişaf tendensiyasına malikdir. 



İnformasiya cəmiyyəti problemləri, 2016, №2, 74–79 

 

       www.jpis.az                                                                      77 



Sistemin  arxitekturunun  2-ci  səviyyəsinin  qurulması  mətn  tipli  informasiyanın  axtarışı 

modelinə əsaslanır. Bu modelə sənəd və sorğuların təqdimatı, məna uyğunluğu meyarı, sorğunun 

nəticəsinin  sıralanma  (əhəmiyyətinə  görə)  mexanizmi  və  sənədin  relevantlığının  (sorğuya 

uyğunluq dərəcəsinin) qiymətləndirilməsi üçün əks-əlaqə mexanizmi aiddir. 

Bu modelin reallaşdırılması bütün sənədlər toplusu üzrə tam mətnin axtarışı ilə əlaqəlidir. 

Axtarışın effektivlilik meyarları qismində istifadəçinin sorğusuna uyğunluq dərəcəsi (relevantlıq), 

axtarış indekslərinin aktuallığı, etibarlılığı, xidmətin çevikliyi müəyyən olunur. 

Sistemin  arxitekturunun  1-ci  səviyyəsinin  qurulması  HTML  proqram  dilindən  istifadə 

etməklə  hipetmətn  formasında  informasiyanın  təqdimatına  əsaslanan  verilənlərə  əlyetərliliyin 

həyata keçirilməsi vasitəsilə yerinə yetirilir. 

Qeyd edək ki, informasiya sisteminin proqram reallaşdırılmasının texniki tapşırıqları üzrə 

istifadənin rahatlığı, dizaynın uyğunluğu, əhatəlilik, açıqlıq, axtarış sisteminin mövcudluğu, sorğu 

sisteminin mövcudluğu, informasiyanın qorunma vasitələrinin mövcudluğu, normativ sənədlər və 

materialların  (terminoloji  fəaliyyətlə  bağlı  kitablar,  terminoloji  lüğətlər  və  s.)  kitabxanasına 

qoşulma və baxış imkanları kimi əsas tələblər müəyyən olunub. 

Bu  sistemin  yaradılması  üzrə  görülən  işlər  Beynəlxalq  Standartlaşdırma  Təşkilatının 

müvafiq standartlarına uyğun aparılmışdır [6, 7]. 

Verilmiş predmet sahəsi üzrə terminoloji informasiya sisteminin konseptual modeli Şəkil 2-

də  verilmişdir.  Beləliklə,  terminoloji  informasiya  sisteminin  işlənilməsi  terminlərin  təhlilinə 

yönəlmiş  xüsusi  biliklər  bazasının  yaradılmasına  və  Azərbaycanda  terminologiya  sahəsində 

səmərəli elmi araşdırmaların aparılmasına geniş imkanlar yaradır [8]. 

   


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 2. İnformasiya sisteminin konseptual modeli 

 

Verilənlərin təsviri 

bloku 

Verilənlərin 



yeniləndirilməsi sistemi 

 

Qrafiki verilənlə-



rin təsviri sistemi 

İstifadəçi interfeysi 

Verilənlərin axtarış 

bloku  


 

Verilənlər 

Bazası 

Verilənlərin axtarış 

sistemi  

 

Axtarış sisteminin 



interfeysi 

Mətn verilənləri-

nin təsviri sistemi 

 

Normativ-



hüquqi sənədlər 

İstifadəçinin autentifikasiya sistemi 

Sorğu sistemi 



İnformasiya cəmiyyəti problemləri, 2016, №2, 74–79 

 

78                                                                  www.jpis.az 



Nəticə 

Azərbaycanda  terminoloji  fəaliyyət  sahəsinin  geniş  mütəxəssis  dairəsi  üçün  qərarların 

qəbulunu dəstəkləyən belə bir sistemin və onun proqram təminatının işlənməsi ilk addımdır. 

Yuxarıda qeyd olunanlardan belə nəticə çıxarmaq olar ki, terminoloji informasiya sistemi 

bütün terminlər çoxluğu üzərində işlənilən semantik şəbəkədir. O, istifadəçilərə müxtəlif interaktiv 

xidmətlər  təqdim  edən  tematik  İnternet  portalının  köməyi  ilə  həyata  keçirilir,  burada  əsas  güc 

portalın axtarış sisteminin üzərinə düşür. 

Qeyd  edək  ki,  terminoloji  informasiya  sisteminin  proqram  təminatı  üzrə  müəyyən  işlər 

görülüb. Proqram  təminatı Linux əməliyyat  sisteminin  idarəçiliyi  altında  işləyən PHP proqram 

dilində  işlənilib.  Burada  hər  hansı  predmet  sahəsinin  axtarılan  termini,  həmin  terminin  mənası 

(izahı), mümkün dillərə tərcüməsi  və s. metaməlumatlar öz əksini tapıb. 

Terminoloji  informasiya  sisteminin  qurulması  kompüter  şəbəkələrində  süni  intellekt 

texnologiyalarının  tətbiqi  üçün  iki  qarşılıqlı  əlaqəli  aspektdən:  şəbəkə  üzrə  verilmiş  predmet 

sahəsində  biliyin  mübadiləsi  və  şəbəkə  üzrə  paylanmış  biliyin  tətbiqi  ilə  məsələnin  birgə  həlli 

baxımından baza ola bilər. 

 

Bu  iş  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Elmin  İnkişafı  Fondunun  maliyyə 



yardımı ilə yerinə yetirilmişdir – Qrant № EİF-2014-9(24)-KETPL-14/02/1 

 

Ədəbiyyat 

1.

 

Новожилова  М.В.,  Ушеров-Маршак  А.В.,  Латорец  Е.В.,  Михеев  И.А..  Разработка 



информационной  терминологической  системы  в  области  бетоноведения.  Харьковский 

государственный технический университет строительства и архитектуры, Тематический 

сборник "Системы обработки информации",  2010, випуск 6 (87), с. 139-142.  

2.

 



Константинова  Н.С.,  Митрофанова  О.А.,  Oнтологии  как  системы  хранения  знаний, 

Санкт-Петербургский 

государственный 

университет, 

Санкт-Петербург, 

http://www.ict.edu.ru/ft/005706/68352e2-st08.pdf  

3.

 

https://ru.wikipedia.org/wiki/Онтология_(информатика) 



4.

 

https://ru.wikipedia.org/wiki/Семантическая_сеть 



5.

 

Quillian  M.R.  Semantic  memory.  Semantic  information  processing,  MIT  Press;  reprinted  in 



Collins & Smith (eds.), Readings in Cognitive Science, section 2.1, 1968, pp. 227-270. 

6.

 



ISO/TR  12618:1994.  Средства  автоматизированной  обработки  терминологических 

данных.  Создание  и  использование  терминологических  баз  данных  и  совокупности 

текстов, http://www.iso.org 

7.

 



ISO 

12207. 


“Процессы 

жизненного 

цикла 

программных 



средств”, 

http://www.klubok.net/pageid313.html 

8.

 

Əliquliyev  R.M.,  Qurbanova  Ə.M.  Azərbaycanda  terminoloji  informasiya  sisteminin 



yaradılmasının konseptual əsasları. İnformasiya cəmiyyəti problemləri, №1, Bakı, 2011, №1, s. 3-8. 

 

 




İnformasiya cəmiyyəti problemləri, 2016, №2, 74–79 

 

       www.jpis.az                                                                      79 



УДК 004.650:06.72:80 

Гурбанова Афруз М. 

Институт Информационных Технологий НАНА, Баку, Азербайджан 

afruz1961@gmail.com 

Разработка  терминологической  информационной  системы  в  данной  предметной 

области 

В  статье  предложены  архитектура  и  концептуальная  схема  информационной  системы 

поддержки принятия решений в отдельной предметной области для специалистов в сфере 

терминологической 

работы. 

Определены 

возможности 

терминологической 

информационной  системы  для  построения  специальной  базы  знаний,  направленные  на 

анализ терминов.   



Ключевые  слова:  терминологический  словарь,  информационная  система,  онтология, 

семантическая сеть.  

 

Afruz M.Gurbanova  

Institute of Information Technology of ANAS, Baku, Azerbaijan 

afruz1961@gmail.com 

Development of terminological information system in the subject field 

The article provides an architecture and conceptual scheme of decision support information for a 

wide  range  of  experts  of  a  certain  subject  in  the  field  of  terminological  activity.  It  defines  the 

opportunities created by the special knowledge database, which is oriented at term development 

of terminological information system.

 

Keywords: terminological dictionary, information systems, ontology, semantic network. 



 

Yüklə 65,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə