Uot 31. 445. Q. M. MƏMMƏdov, Y.Ġ. ġAhverdiyev, H. M. HƏSƏnov, S. Y



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə1/19
tarix11.01.2018
ölçüsü0,67 Mb.
#20449
  1   2   3   4   5   6   7   8   9   ...   19


Ekologiya və su təsərrüfatı  jurnalı, №3, may, 2016- cı il 

 

 



EKOLOGĠYA VƏ ƏTRAF MÜHĠTĠN MÜHAFĠZƏSĠ 

 

 

UOT 631.445.4 

 

Q.M. MƏMMƏDOV, Y.Ġ. ġAHVERDIYEV, H.M. HƏSƏNOV, S.Y. 

AĞAKIġIBƏYOVA, E.P. MAHMUDOVA 

 

AMEA  Torpaqşünaslıq və Aqrokimya İnstitutu 

 

TORPAQ MÜNBĠTLĠYĠNĠN BƏRPASINDA VƏ MÜHAFĠZƏSĠNDƏ  

MEġƏLƏRĠN ROLU 

 

Meşələr təbiətin bəşəriyyətə çox qiymətli 

hədiyyəsidir. Meşənin yarpaqları, tumurcuq-

ları,  budaq  qırıntıları,  kök  qırıntıları  torpaq-

dakı mikroorqanizmlər, soxulcanlar və başqa 

canlılar  tərəfindən  yerin  üst  qatında  parçala-

naraq mineral maddələrlə qarışır, münbit tor-

paq qatı əmələ gətirir və torpağın əmələgəl-

məsində əvəzedilməz əhəmiyyət daşıyırlar. 

Meşə  seli  azaldan,  qarşısını  alan  güclü 

faktordur. Atalar yaxşı deyib: “Meşəli yurdu 

sel  basmaz”.  Selin  iki  böyük  zərəri  var.  Bi-

rincisi  torpaqda  münbitlik  və  suda  həll  olan 

birləşmələri  yuyub  aparır,  ikincisi  tərkibin-

dəki lillə və gillə əkin sahələrinin üstünü ör-

tür  və  sahələrin  transformasiyasına  səbəb 

olur.  Meşə  selin  azalmasına  səbəb  olduğun-

dan torpaqda eroziya prosesinin də qarşısını 

alır.  Azərbaycanda  meşə  sürətlə  azaldığın-

dan  1947-1950-ci  illərdə  çiyələk,  moruq  yı-

ğılan meşə ətəklərində, talalarda indi nə mo-

ruq kolu, nə ağac, nə də çiyələk və başqa ot 

bitkiləri var [1,2]. 

Meşə,  bağ  torpağın  küləklə  sovrulub 

aparılmasının  (deflyasiyanın)  qarşısını  alır, 

dənli  bitkiləri,  tərəvəzləri  küləyin  zərərli  tə-

sirindən  qoruyur.  1991-ci  ildə  norveçlilər 

tropik  meşələrdən  Avropa  ölkələrinə  tikinti 

materialı  gətirən  gəmiləri  daşa  basdılar,  ilk 

baxışda bu gülüş doğurdu, sən demə bu daşa 

basmanın  böyük  ekoloji  faydası  var  imiş. 

Tropik meşələr ildə 145 milyard ton oksigen 

biosintez  edərək  bəşəriyyəti  60-70%  oksi-

genlə təmin edir. Bu fotosintez prosesində il-

də  200  milyard  tona  yaxın  parnik  effektinə 

malik olan karbon qazı sellülozaya, liginə və 

başqa  karbohidratlara  çevrilir.  Atmosferdə 

karbon  qazının  azalması  qlobal  istiləşmənin 

qarşısını  alaraq  bəşəriyyətin  davamlı  daya-

nıqlı inkişafına səbəb olur [3]. 

Meşə havası canlıların sağlamlığına müs-

bət təsir edən fizioloji aktiv maddələrlə zən-

gindir.  Yayda  palıd  və  şam  ağaclarının  bu-

raxdıqları fitonsidlər zərərli mikroorqanizm-

ləri məhv edərək ağacın dibini tam steriliza-

siya edirlər. Meşə həm də meşə quşlarının və 

heyvanlarının, meyvələrin, giləmeyvələrin və 

göbələklərin  məskənidir.  Biz  gələcək  nəsil-

lərimizə  səhra  qoyub  getməməliyik,  torpaq-

larımızı  gülüstana  çevirməliyik.  Özümüz  el-

mi  əsaslarla  üzvi  və  qeyri-üzvi  gübrələrdən 

istifadə  etməklə  meşə  salmalıyıq.  Niyə  son 

100 ildə Almaniyada meşə 1,4 dəfə, Avstri-

ya və Yaponiyada 1,2 dəfə artsın, amma öl-

kəmizdə  3  dəfə  azalsın,  bunun  nəticəsində 

səhralaşma əmələ gəlsin? 

Dahi Karl Marks 1870-ci illərdə yazırdı: 

“Əkinçilik kortəbii aparılırsa və zəka ilə tən-

zimlənmirsə özündən sonra səhra qoyub  ge-

dir”. Onun dostu F.Engels  “Təbiətin  dialek-

tikası”  kitabında  yazırdı:  Orta  əsrlərdə  Me-

sopatomiyada,  kiçik  Asiyada,  Yunanıstanda 

və  başqa  yerlərdə  meşələri  qırıb  yandıraraq 

əkin sahələrini artıran insanların heç xəyalı-

na  da  gəlmədi  ki,  onlar  belə  hərəkətləri  ilə 

bu  yerləri  səhraya  çevirdilər.  İtalyanların 

Alp  dağlarının  cənub  yamacındakı  meşələri 

qıraraq əkinçiliyi və maldarlığı inkişaf etdir-

mək  tədbirləri  cənub  yamacın  səhralaşması-

na  səbəb  oldu.  Dağın  şimal  yamacı  isə  qo-

runduğundan  indi  də  yaşıl  meşələrlə,  biçə-

nəklərlə örtülüdür.  

Meşə  həm  də  iqlimə  güclü  təsir  edən 

amildir.  Ağaclar  transpirasiya  (suyu  yarpaq-

ları  ilə  buxarlandırma)  vasitəsilə  çoxlu  su 



Ekologiya və su təsərrüfatı  jurnalı, №3, may, 2016- cı il 

 

buxarlandırır.  Həmin  su  atmosferdəki  kar-



bon qazı ilə (və başqa maddələrlə) aerozollar 

əmələ gətirir. Aerozollar sıxlaşaraq, böyüyə-

rək  buluda  çevrilir.  Bulud  yağışın  xammalı, 

yağış  isə  bulaqların,  çayların,  çəmənliklərin 

xammalıdır, mənbəyidir. 

Orta yaşlı fıstıq ağacı (200 il) bir vegeta-

siya  periodunda  140  ton  su  buxarlandırır. 

Meşə  bol  olan  yerlərdə  hava  su  buxarı  ilə 

doyduğundan əkin sahələrindən zərərli fiziki 

buxarlanma az olur. 

İnsanlara bu qədər xeyir verən, qlobal is-

tiləşmənin qarşısını alan, bizə bulaqları, çay-

ları, çəmənliyi bəxş edən, havamızı oksigen-

lə,  fizioliji  aktiv  maddələrlə  zənginləşdirən 

meşələri niyə qorumayaq, artırmayaq? 

Meşələr  qırıldığından  iqlim  dəyişir,  tor-

paq  eroziyaya  uğrayır,  səhralaşma  prosesi 

gedir.    Meşələr,  bağlar  güclü  su  buxarlandı-

rıcı vasitə olduğundan bataqlıq olan sahələri 

tez  qurudub  faydalı  əkin  sahəsinə  çevirmək 

üçün  ətrafı  boyunca  sıx  meşə,  bağ  salırlar. 

Bundan  əlavə  yol  ətrafı  salınan  bağ  və  ya 

meşə  ağacları  (göyrüş,  qarağac,  akasiya  və 

başqaları) mator yanacaqlarından alınan kar-

bon qazını xammal kimi mənimsəyərək selü-

lozoya  və  başqa  karbohidratlara  çevirir. 

Ağaclar  həm  də  çox  tozuducu  olduğundan 

yolun təmiz olmasına şərait yaradır. 

İsti vaxtlarda ağacın kölgəsində çətirinin 

sıxlığından  asılı  olaraq  temperatur  5

8˚C 


aşağı olur. Enli yarpaqlı ağaclar karbon qazı-

nı mənimsəməkdə iynəyarpaqlı ağaclardan 2 

dəfə faydalıdır. Belə ki, 1 hektar palıd, ağca-

qayın,  fısdıq  meşəsi  bir  ildə  22

25  ton  kar-



bon qazı, iynəyarpaqlı ağaclar isə 12

14 ton 



karbon qazı mənimsəyirlər. Sakit havada bol 

yağışdan sonra səhərlər enliyarpaq ağacların 

başında  panamaya  bənzər  ağ  duman  görü-

nür.  Fikrimizcə  bu  gündüzlər  buxarlanan, 

transpirasiya  olan  su  ilə  gecələr  ağacların 

buraxdığı  karbon  qazının  fiziki-kimyəvi 

birləşməsi, aerozoludur [4]. 

Parnik  effektinə  malik  karbon  qazı  at-

mosferdəki  azot  və  oksigen  qazından  fərqli 

olaraq  günəşdən  gələn  infraqırmızı  şüaları 

udaraq  yer  səthinin  qızmasına  səbəb  olur. 

Günəşdən 3 gündə  yerə  çatan istilik  yerdəki 

bütün  yanacaqları  (daş  kömürü,  qazı,  meşə-

ləri, torfu) yandıranda alınan istiliyə bərabər-

dir. Bu istiliyin çox hissəsi 70-75% infraqır-

mızı  şüa  şəklində  yerdən  kosmosa  qayıdır. 

Bu  şüaları  udub  saxlayan  karbon  qazı  ha-

vadan  1,5  dəfə  ağır  olduğundan  yerin  səthi 

boyunca  paylanaraq  yerin  qızmasına  səbəb 

olur. 


Üzvi yanacaqlardan, benzinlərədən, dizel 

yanacaqlarından,  meşə  yanacaqlarından  ildə 

atmosferə  100  milyardlarla  ton  karbon  qazı 

daxil olur. Buna görə tezliklə yanacaq siste-

mi  dəyişilməsə  bəşəriyyəti  fəlakət  gözləyir. 

Elmin  indiki  inkişaf  dinamikası  göstərir  ki, 

yaxın  gələcəyin  yanacağı  hidrogenin  özü  və 

izotopları (deyterium, tritium) olacaqdır. 

Hidrogenin enerji törətmə qabiliyyəti tə-

bii qazdan 2,4 dəfə çoxdur. Yanma məhsulu 

və xammalı sudur (2H

2

 + O



2

 



 2H

2

O). 



Hidrogenin  ağır  izotopları  –  deyterium 

və  tritium  günəşin  səthində  neytronla  bom-

bardman edilərək (

)

Q

He

n

H

4

2

1

0

3

1





2



1

H

 

heliuma çevrilməklə 100-104 milyon dərəcə 



istilik  alınır.  Hələlik  hidrogenin  özü  və  izo-

topları  üzərində  intensiv  tədqiqatlar  aparılsa 

da burada böyük problemlər vardır, ona görə 

qlobal  istiləşmənin  qarşısını  almaq  üçün  at-

mosferə  buraxılan  karbon  qazını  ya  azalt-

maq,  ya  da  başqa  birləşmələrə  (sellüloza, 

liqnin və s.) çevirmək tələb olunur [5]. 

Təəssüf ki 2002-ci ildə Yaponiyanın Ki-

oto  şəhərində  keçirilən  Beynəlxalq  Kon-

fransda  karbon  qazını  azaltmaq  tədbirləri 

protokoluna  ABŞ  qol  çəkmədi.  Atmosferə 

daxil  olan  karbon  qazını  azaltmaq  üçün 

mümkün  olan  yerlərdə  bağ,  meşə  salmalı  , 

qarğıdalı  səpməli  və  ümumiyyətlə  kənd 

təsərrüfatını intensiv  inkişaf etdirməli, yaşıl 

iqtisadiyyata keçmək lazımdır. 

Atmosferdə  karbon  qazının  qatılığının 

artması nəticəsində son 100 ildə yer səthində 

temperature 1,8˚C artmışdır. Alimlərin proq-

nozuna  əsasən  yer  səthində  temperatur 

3,5˚C-dək  artsa,  mövcud  olan  4  buzlaqların 

əriməsi  (Antarktida,  Şimal  Buzlu  Okean, 

Qrelandiya  və  Tundra  buzlaqları)  nəticəsin-

də  yer  səthini  124  metr  hündürlüyündə  su 

basa  bilər.  bu  isə  Yer  kürəsinin  90-92%  su 

altında qalması deməkdir. 

1989-cu  ilin  yayında  kosmosda  olan 

ABŞ kosmonavtları dağda buz əridikcə  san-




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə