Uot 327 Fazilə HÜseynli müəllim, Azərbaycan Dövlət Pedaqoji Universiteti



Yüklə 388,51 Kb.
Pdf görüntüsü
tarix26.08.2018
ölçüsü388,51 Kb.
#64431


UOT 327

Fazilə HÜSEYNLİ

müəllim,  Azərbaycan Dövlət 

Pedaqoji  Universiteti

AVROPA ŞURASI VƏ AZƏRBAYCAN RESPUBLİKASI 

QANUNVERİCİLİYİNDƏ İNSAN ALVERİ İLƏ 

MÜBARİZƏNİN SİYASİ ASPEKTLƏRİ*

İnsan  alveri  köləliyin  müasir  forması  olmaqla  insan  hüquqlarının  pozulması,  həm 

şəxsiyyət,  həm də dövlət  əleyhinə yönəlmiş  bir cinayətdir.  Bunun  qəbul edilməsi zəruridir 

və  sözügedən  cinayət  əməlinin  törədilməsi  qanunvericilik  vasitələrlə  cəzalandırılmalıdır. 

Qeyd olunması çox böyük əhəmiyyət kəsb edən məqamlardan biri də odur ki,  insan alveri 

insanın təhlükəsizliyinə qarşı yönəlmiş bir cinayət olduğu kimi, dövlətin təhlükəsizliyinə də 

zərbə  vurur.  Belə  ki,  insan  alverinin  qarşısının  alınması  bu  qəbildən  olan  cinayətlərin  tö­

rədilməsində günahkar  olan  cinayət təqibinin həyata keçirilməsi və zərərçəkənlərin müda­

fiəsi  məqsədi  ilə  görülən  tədbirlər  təkcə  dövlətin  deyil,  insanın  da  şəxsi  təhlükəsizliyinin 

təmin  edilməsinə  yönəldilməlidir.  İnsan  alveri  onun  daha  çox  qurbanı  olan  qadınlara  və 

uşaqlara  qarşı  zorakılığın  formalarından  biridir.  İnsan  alveri  həm  də  beynəlxalq  ailə 

hüququ  sferasına  qanunazidd  müdaxilələrin  formalarından  biri  kimi  dəyərləndirilə  bilər. 

Belə ki, onun ayrı-ayrı növləri qanuni  ailə qaydalarının  təhrif olunması və vicdansızcasına 

istifadəsi  ilə  əlaqədardır.  Adi  praktikanın  müəyyən  dairələrdə  mahiyyətinə  görə  insan 

hüquqlarına  və  ləyaqətinə  zərər  yetirən  kimi  qəbul  edilən  bəzi  növləri  də  insan  alverinin 

yayılmasına rəvac verə bilər.

Mütəşəkkil transmilli  cinayətkarlığın müasir  vəziyyətinin  və  strukturunun  təhlili gö­

stərir  ki,  sözügedən  cinayət  fəaliyyətinin  ayrı-ayrı  növləri  kifayət qədər  aktiv inkişaf edir. 

Müasir  zamanda  gəlirli  biznesə  çevrilən  insan  alverinin  həyata  keçirilməsi  bu  qəbildən 

olan  fəaliyyət iyerarxiyasında xüsusi yer tutur  və mütəşəkkil  transmilli  cinayətkar  qrupla­

rın  başlıca  gəlir  mənbəyini  təşkil  edir.  Yaranmış  vəziyyət  xarici  ölkə  mütəxəssislərinin 

tədqiqatları  ilə  də  təsdiq  olunur.  Belə ki,  alman alimi  Leo  Kaydel  apardığı  elmi  tədqiqat­

lar  nəticəsində  belə  bir  fikrə  gəlmişdir  ki,  insan  alveri  cinayətkar  qrupların  əsas  fəaliyyət 

növlərindən biridir və kriminal fəallıq  iyerarxiyasında  beşinci yeri  tutur (10).  Qadın alveri 

və qadın əmək miqrasiyası problemləri üzrə ilk sosioloji tədqiqatlar Y.V.Tyuryukanova və 

M.M.Malışeva tərəfindən aparılmışdır.  Burada müasir qadın əmək miqrasiyası, onun baş­

lıca ünsürləri, strukturu, istiqamətləri təhlil edilir (5).

Qeyd  olunmalıdır  ki,  müasir  cinayət  hüququ  və  kriminologiya  elmində  insan  alveri 

ilə  bağlı  mövzunun  problemini  tam  əhatə  edən  fundamental  tədqiqatlar  son  vaxtlara  qə­

dər demək olar ki,  yox  idi.  Mövcud  tədqiqatlar  arasında,  ilk  növbədə,  Ümumdünya şəbə­

kəsinin  «Alınmışlar  və  satılmışlar»  (7)  adlanan  məlum  məruzəsini  qeyd  etmək  olar.  Pro­

blemin  beynəlxalq-lıüquqi  bazası  insan  alverinə  qarşı  yönəlmiş  bir sıra regional  sazişlərlə 

tamamlanır.  İnsan  alverinə  qarşı  fəaliyyət  haqqında  Avropa  Şurasının  2005-ci  ildə  qəbul 

edilmiş  Konvensiyası  da  bu  sıraya  aiddir.  Konvensiyada  insan  alveri  qurbanlarına  daha 

çox yardım göstərilməsinə və  onların  müdafiəsinin  təmin  olunmasına  cəhd göstərilir.  Söz­

ügedən Konvensiya təkcə Avropa Şurasına üzv olan dövlətlər deyil, həm də Avropa birliy­

inin üzv olmayan, sənədin hazırlanmasında iştirak edən dövlətləri üçün də açıqdır.

«Elmi əsərlər»,  «Scientific works» 2017



№  2(29)

' Məqalə hüquq ü.f.d. Mirafərim Seyidov tərəfindən çapa məsləhət görülüb.

ts,219 jes



«Elmi əsərlər»,  «Scientific works

» 

2017, № 2(29)

Birləşmiş  Millətlər  Təşkilatının  köləliyin  müasir  formaları  üzrə  İşçi  qrupu  insan 

hüquqlarının  pozulması  siyahısını  hazırlamışdır  ki,  bunlar  da  müasir  köləliyin  formaları 

hesab olunur:

- uşaqların alınıb-satılması;

- uşaq fahişəliyi;

- uşaq pornoqrafiyası;

- uşaq əməyi;

- seksual turizm;

- uşaqlardan silahlı qüvvələrdə istifadə olunması;

- əmək miqrantlarmın istismarı;

- qeyri-qanuni oğulluğa götürmə;

- insan alveri;

- insan orqanları ilə ticarət;

- başqa şəxslərin fahişəliklə istismarı;

- qadınlara münasibətdə zorakılıq;

- nikaha girməyə məcburedilmə;

- borc asılılığı;

- məcburi əmək.

Hal-hazırda  insan  alverinə  qarşı  mübarizədə  beynəlxalq  əməkdaşlıq  intensiv  inkişaf 

edir.  Bu  da  öz  növbəsində  həmin  sahədə  mütəşəkkil  beynəlxalq  qrupların  qurbanlarının 

sayının  artması  və  dövlətlərin  milli  təhlükəsizliyinə  təhdidlərlə  şərtlənir,  tnsan  alverinə 

qarşı mübarizəyə yönəlmiş fəal kodifikasiya prosesi də məhz bununla bağlıdır.  Belə ki, yu­

xarıda qeyd edildiyi  kimi, may 2005-ci ildə Avropa Şurasının Nazirlər Kabineti «Açıq xa­

rakterli  insan  alverinə  qarşı  fəaliyyət  haqqında»  Konvensiya  qəbul  etmişdir.  Böyük  əhə­

miyyətinə baxmayaraq sözügedən sənəd hələ də müfəssəl elmi tədqiqat obyekti olmamışdır 

(

8

).



Konvensiyanın  hazırlanmasının  əsas  səbəblərindən  biri  regional  səviyyədə  elə  bır 

icbari hüquqi sənədin işlənməsi  olmuşdur ki,  bu sənəd insan alveri qurbanlarının müdafiə­

sini, insan ləyaqətinə hörmətlə yanaşılmasını təmin etsin və hüquqazidd təaliyyətlə məşğul 

olan şəxslərin cənayət təqibi və insan hüquqları məsələlərini tənzimləyə bilsin (b.29).  Kon­

vensiya  universal  və  regional  səviyyələrdə  qəbul  edilmiş  digər  aktlarla  rəqabət  aparmır, 

lakin  onların təmin etdiyi müdafiəni yaxşılaşdırır, əhatə etdikləri standartların mahiyyətini 

açır.  İnsan  alverinin qarşısının  alınmasına,  günahkar  şəxslərin  təqib  olunmasına və  cəza­

landırılmasına,  cinayət  əməlinin  qurbanlarının  müdafiəsinə,  habelə  göstərilən  sahələrdə 

beynəlxalq əməkdaşlığın  stimullaşdırılmasına yönəlmiş Konvensiya  alverdən zərər çəkmiş 

insanların  xidmətlərinə  olan  tələbin  azaldılması  üzrə  tədbirlərin  həyata  keçirilməsini  nə­

zərdə tutur.  Konvensiyanı milli və transmilli insan alverinin mütəşəkkil cinayətkarlıqla bu 

və ya digər dərəcədə əlaqədar olan bütün formalarına tətbiq etmək mümkündür.

Konvensiyaya görə «qurban dedikdə,  insan  alverinə məruz qalan istənilən fiziki şəxs 

nəzərdə  tutulur»  (m.  4,  b.  (e)).  Konvensiyada  əsas  diqqət dövlətin insan  alverinin qarşısı­

nın alınması üzrə preventiv  fəaliyyətinin  müxtəlif formalarına yönəldilir,  bununla mübari­

zə  üçün  məsuliyyət  daşıyan  müxtəlif orqanlar  arasında  əlaqələndirmənin  gücləndirilməsi 

risk qrupuna daxil olan şəxslər üçün onların hüquqlarının, uşaqların  maraqlarının, qadın­

larla kişilər arasında bərabərliyin qorunması şərti ilə müxtəlif səviyyəli tədqiqatların, təhsil 

və informasiya xarakterli kampaniyaların aparılması tövsiyə edilir (m.  5). Konvensiya işti­

rakçı dövlətlər üzərinə müvafiq orqanlar tərəfindən qanuni mühacirət etməyə imkan verən 

şərtlər haqqında səhih məlumatların yayılması yolu ilə zəruri tədbirlərin həyata keçirilməsi 

vəzifəsini  qoyur.  Konvensiya  dövlətdən  qurbanların  müəyyən  edilməsi  üzrə  xüsusi  prose­

durların qəbul olunmasını tələb edir (m.  10).  İnsan alveri  qurbanlarının müəyyən edilməsi

'skllQeS



«Elmi əsərlər»,  «Scientific works» 2017, M  2(29)

onların əsas  hüquqlarının qəbul  olunmasına,  vaxtında yardım göstərilməsinə, habelə qur­

banlarla cinayətkar,  qeyri-leqal miqrant kimi  rəftar  edilməsinin  qarşısının  alınmasına im­

kan yaradır.  Konvensiyanın  qurbanlara  yardım  göstərilməsi  üzrə  tədbirlər siyahısı da  ki­

fayət  qədər  genişdir  (m.  12).  Buraya  insan  alveri  qurbanına  bərpa  olunmaq  üçün  30 

günlük müddətin (m.  13), yaşamaq üçün icazənin (m.  14) verilməsi də daxildir (9).

Öz qurbanlarını  tələyə  salan  insan  alveri ümumdünya qul  ticarətinin  müasir forma­

sıdır.  Burada  insanlara  adi  alqı-satqı  predmeti  kimi  yanaşılır,  onları  əsasən  seksual  xid­

mətlər  sahəsində,  habelə  kənd  təsərrüfatı  sektorunda,  gizli  və  leqal  emalatxanalarda  ha­

vayı və ya  cüzi əmək haqqı  ilə işləməyə məcbur  edirlər.  İdentifıkasiya edilmiş  insan alveri 

qurbanlarının böyük hissəsini qadınlar təşkil edirlər, lakin buraya kişilər də daxil ola bilər­

lər.


«İnsan  alveri»  anlayışının  beynəlxalq  səviyyədə  hüquqi  tərifi  (Avropa  Şurası  Kon­

vensiyasının da qəbul etdiyi - müəl.) Palermo protokolunda verilmişdir (Konvensiyanın 4- 

cü  maddəsinin  şərhi).  Bu  mərhələdə  qeyd  olunmalıdır  ki,  insan  alveri  anlayışı  «qeyri- 

qanuni  miqrant  qaçaqçılığı»ndan  fərqlənir.  Sonuncu,  BMT-nin  mütəşəkkil  transmilli  ci­

nayətkarlıqla  mübarizə  Konvensiyasının  ayrıca  protokolunun  tənzimlənmə  obyektidir 

(BMT-nin  mütəşəkkil  transmilli  cinayətkarlıqla  mübarizə  Konvensiyasını  tamamlayan 

miqrantlarm  quru,  dəniz və  hava yolu ilə  qaçaqçılığına  qarşı  Protokol).  Miqrantlarm qa­

nunsuz  qaçaqçılığınm  əsas  məqsədini  onları  birbaşa  və  ya  dolayı  yolla  gəlir  yaxud  digər 

maddi  fayda  əldə  etmək  üçün  sərhəddən  keçirmək  təşkil  edirsə,  insan  alverinin  başlıca 

məqsədi  istismardır.  Bundan  başqa,  insan  alverinə  yalnız  milli  səviyyədə  mümkün  olan 

transsərhəd  elementinin  daxil  olması  vacib  deyil.  Bu  sahədə  mövcud  təcrübə  göstərir  ki, 

milli  səviyyədə  müvafiq  hüquqi  alətlərin  tətbiq  olunması  dünya  birliyi  miqyasında həyata 

keçirilən tədbirlərin güclənməsinə imkan yaradır.

İnsan  alveri  mütəşəkkil  cinayətkar  qruplar  tərəfindən  qanundan  yan  keçmək və  gə­

lirləri gizlətmək üçün korrupsiya əlaqələrindən istifadə edilməklə,  çirkli pulluran yuyulma­

sı məqsədi ilə həyəta keçirilə bilən bir fəaliyyətdir.  Lakin qeyd olunmalıdır ki, bu  fəaliyyət 

göstərilən  kontekstdən  kənara  da  çıxa  bilər.  Elə  buna  görə  də  bu  sahədə  Avropa  Şurası 

tərəfindən  işlənib  hazırlanmış  başqa  hüquqi  alətlər,  xüsusilə  insan  hüquqlarını,  uşaq 

hüquqlarını,  sosial  hüquqları,  insan  alveri  qurbanlarının  hüquqlarını  qorumaq,  habelə 

korrupsiya,  çirkli  pulların  yuyulmasını,  kibercinayətkarlıqla  mübarizə  məqsədləri  güdən 

sənədlər, o cümlədən hüquqi sahədə beynəlxalq əməkdaşlıq haqqında müxtəlif müqavilələr 

də tətbiq oluna bilərlər.

Avropa  Şurasının  Parlament  Assambleyası  özünün  qadın  alveri və fahişəliklə əlaqə­

dar miqrasiya haqqında  1610  saylı (2003-cü il) Tövsiyəsində bu məsələyə münasibət bildi­

rir.  Bu  Tövsiyədə  Parlament  Assambleyası  Nazirlər  Kabinetinə  aşağıdakıları  məsləhət 

görmüşdür:

a) Avropa Şurasının bu sahədə mövcud olan digər beynəlxalq sənədləri tamamlayan 

insan  alveri  ilə  bağlı  və  insan  hüquqlarının  qorunmasına  yönəlik  Konvensiyanın  işlənib 

hazırlanmasına mümkün qədər tez başlamaq;

b)  Avropa  Şurasının  Konvensiyasında  insan  alveri  ilə  bağlı  aşağıdakı  müddəaların 

olmasını təmin etmək:

• insan alveri cinayətinin  Avropa  Şurasına üzv-dövlətlərinin cinayət qanunvericiliyi­

nə daxil edilməsi;

• insan alverinə tətbiq olunan cəzaların harmonizasiyası;

• insan  alverində  şübhəli  bilinən  şəxslərə  münasibətdə  səmərəli  yurisdiksiyanın 

müəyyən  edilməsini  təhvilverilmə  prosedurlarının  sadələşdirilməsi  və  insan  alveri  ilə  əla­

qədar  olan  bütün  məsələlərə  dedere  aut judicare  prinsipinin  tətbiq  olunmasını  təmin  et­

mək.


W 2 2 \

jss



«Elmi əsərlər»,  «Scientijic works» 2017, № 2(29)

İnsan  alverinin  birbaşa və  ya dolayı  yolla  insan  hüquqlarının  pozulması kimi  qəbul 

edilməsinə  bir  çox  beynəlxalq  bəyannamələrdə  və  hüquqi  sənədlərdə  rast  gəlinir.  Avropa 

İttifaqının  19 iyul  2002-ci il  tarixli Çərçivə  qərarında bildirilir ki,  «insan alveri  şəxsiyyətin 

əsas  hüquqlarının  və  insan  ləyaqətinin  pozulmasıdır...»  (paraqraf  3).  BMT-nin  nəzarət 

orqanları,  o  cümlədən  İnsan  hüquqları  üzrə  Komitə  və  Qadınlara  münasibətdə  ayrıseçki- 

liyin aradan qaldırılması üzrə Komitə də insan alverini insan hüquqlarının pozulması kimi 

qiymətləndirir (2,  3).

Müasir dünyada insan alveri əsl fəlakətə çevrilmişdir.  Kişilərə, qadınlara və uşaqlara 

da təsir göstərən  bu fenomen görünməmiş miqyas  almışdır və faktiki  olaraq köləliyin yeni 

bir formasına çevrilmişdir.  İnsan hüquqları haqqında Avropa  Konvensiyasının 4-cü mad­

dəsində  köləlik  və məcburi  əmək qadağan  olunur  və qeyd edilir ki,  «heç  kim  köləlikdə və 

ya  asılı  vəziyyətdə  saxlanıla  bilməz.  Heç  kəs  məcburi  və  icbari  əməyə  (11)  cəlb  edilə  bil­

məz».  İnsan  alverinin  bu  Konvensiyanın  4-cü  maddəsində  verilən  tərifində  «köləlik»  an­

layışına istinad edilir.

Nəticədə,  Avropa  Şurasının  bu  Konvensiyasını  digər  beynəlxalq  hüquqi  sənədlərə 

münasibətdə aşağıdakı kimi yekunlaşdırmaq olar:

- insan alverini insan hüquqlarının pozulması kimi qəbul etmək;

-  insan  alveri qurbanlarına yardım göstərilməsinə və onların müdafiəsinə xüsusi diq­

qət vermək;

- insan alverinin bütün formalarını - transmilli və ya milli, mütəşəkkil cinayətkarlıqla 

əlaqəsi olan və ya olmayan növlərini əhatə edən sahə kimi qəbul etmək;

-  Konvensiya insan alverinin  qurbanı  olmuş  bütün  şəxslərə -   uşaqlara,  qadınlara və 

kişilərə tətbiq olunur;

-  qurbanların  və  şahidlərin  müdafiəsinin  təmin  olunması  üçün  kompleks  şəklində 

hüquqi çərçivənin müəyyən olunması;

-  səmərəli  və müstəqil  nəzarət mexanizmlərinin  müəyyən  olunması.  Təcrübə göstərir 

ki,  belə  mexanizmlərin  tətbiq  olunduğu  sahələrdə  (məsələn,  işgəncələrə  qarşı  mübarizə, 

milli  azlıqların  hüquqlarının  müdafiəsi  və  s.)  iştirakçı  dövlətlər  tərəfindən  onlara  böyük 

etimad göstərilir.

İnsan  alverinin  profilaktikasının  hüquqi və  təşkilati əsaslarının müəyyən edilməsi və 

Azərbaycan  Respublikasında  insan  alveri  qurbanlarının  müdafiəsi  məsələlərinin  tənzim­

lənməsi  üçün  28  iyun  2005-ci  il  tarixində  Azərbaycan  Respublikasının  «İnsan  alverinə 

qarşı mübarizə  haqqında»  Qanunu qəbul edilmişdir.  Azərbaycan  Respublikasının  «İnsan 

alverinə  qarşı  mübarizə  haqqında»  Qanununa  uyğun  olaraq  və  Milli  fəaliyyət  planında 

göstərilən  vəzifələrin  yerinə  yetirilməsinin  səmərəliliyinə  nail  olunması,  insan  alveri  qur­

banlarının  təhlükəsizliyinin  təmin  olunması,  onlara  peşəkar  yardımın  göstərilməsi,  insan 

alveri ilə  mübarizə  sahəsində  məlumatların xüsusi  təlim keçmiş  peşəkar  polis  əməkdaşları 

və  polis  strukturlarında  toplanması  və  saxlanması,  onların zəruri  avadanlıqla  təchiz  edil­

məsi  məqsədi  ilə  Daxili  İşlər  Nazirliyi  strukturunda xüsusi  polis  strukturu yaradılmışdır. 

Azərbaycan Respublikasının «İnsan alverinə qarşı mübarizə haqqında» Qanununda insan 

alveri anlayışı  belə müəyyən edilir.  Qanunun  1.0.1-ci  maddəsinə  görə  insan  alveri zor  tət­

biq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələ­

ri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə,  təsir imkanlarından və ya zəiflik vəziyyətin­

dən  sui-istifadə  etməklə  yaxud  digər  şəxsə  nəzarət  edən  şəxsin  razılığının  alınması  üçün 

maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla insanların istis­

mar  məqsədi  ilə  cəlb  edilməsi,  əldə  edilməsi,  saxlanılması,  gizlədilməsi,  daşınması,  veril­

məsi və ya qəbul edilməsindən  ibarət olan əməlləri əhatə edir (uşağın istismar məqsədi ilə 

cəlb  edilməsi,  əldə  edilməsi,  saxlanılması,  gizlədilməsi,  daşınması,  verilməsi  və  ya  qəbul

a



.

222


jss


«Elmi əsərhr»,  «Scientific works» 2017, №  2(29) 

edilməsi  bu maddədə  göstərilən üsullardan istifadə olunmasa da  insan  alveri hesab edilir)

(D-

Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  144-1-ci  maddəsinin  dispozisiya- 



smda insan alveri cinayətinə aşağıdakı kimi anlayış verilir:  «İnsan alveri, yəni şəxsin  alqı- 

satqısı və ya  ona sahibliklə əlaqədar  digər əqdlərin  bağlanması  yaxud  onun  istismar edil­

məsi  məqsədilə  Azərbaycan  Respublikasının  dövlət  sərhəddindən  keçirilməsi  üçün  və  ya 

eyni məqsədlə digər şəxslərə verilməsi üçün cəlb edilməsi,  əldə edilməsi,  saxlanılması,  giz­

lədilməsi,  daşınması,  verilməsi  və  ya  qəbul  edilməsi».  Göründüyü  kimi,  adı  çəkilən 

Qanunda  insan  alverinə verilən  anlayış  Cinayət  Məcəlləsinin  144-1-ci maddəsində verilən 

anlayışdan daha geniş məzmundadır.  Hesab edirik ki,  adı çəkilən Qanunda insan alverinə 

cinayət-hüquqi  baxımdan,  o  cümlədən  əməlin  tövsifinin  düzgün  həyata  keçirilməsi 

yönündən daha dolğun və dürüst anlayış təsbit edilmişdir.

Azərbaycan Respublikasında insan alveri ilə mübarizə sahəsində əsas tədbirlər həya­

ta  keçirilmişdir.  Belə  ki,  6  may  2004-cü  il  tarixində  insan  alveri  ilə  mübarizə  üzrə  Milli 

Fəaliyyət Planı  təsdiq edilmişdir.  Məhz bu Plana uyğun olaraq Azərbaycan Respublikası­

nın  «İnsan  alverinə  qarşı  mübarizə  haqqında»  Qanunu  qəbul  edilmiş,  Azərbaycan  Res­

publikasının  Cinayət Məcəlləsinə müvafiq əlavələr və düzəlişlər edilmişdir.  İnsan  alveri ilə 

mübarizənin əsaslarının təşkili məqsədi ilə insan alveri ilə mübarizə üzrə məsuliyyətli şəxs - 

Milli  Koordinator  təyin  edilmişdir.  Milli  Fəaliyyət  Planının  iştirakçılarının  vahid  əmək­

daşlıq  və  onlar  arasında  informasiya  mübadiləsi  sisteminin  yaradılması  məqsədi  ilə  mər­

kəzi icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət İşçi  qrupu yaradılmışdır (4). 

Eyni  zamanda  İnsan  Alveri  ilə  Mübarizə  ilə  əlaqədar  Azərbaycan  Respublikası  Nazirlər 

Kabineti  tərəfindən  bir  sıra  normativ-hüquqi  aktlar  qəbul  edilmişdir.  2004-cü  ildə  Daxili 

İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla  Mübarizə Baş  İdarəsi  bazasında insan alveri 

ilə mübarizə İdarəsi yaradılmışdır.  İnsan alveri ilə ədaqədar cinayətlər haqqında məlumat­

ların toplanması, ümumiləşdirilməsi və  təhlili məqsədi ilə İnsan Alveri ilə Mübarizə  İdarə­

sində  mərkəzləşdirilmiş  məlumat  bazası  yaradılmışdır  (məlumatların  məxfiliyinə  təminat 

verilir - müəl.).  Ölkə ərazisində «Qaynar xətt» telefon xidməti yaradılmışdır ki,  insan alve­

ri qurbanlarına və potensial qurbanlara pulsuz xidmət göstərir.

Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsində  bu  qəbildən  olan  cinayətlərlə 

mübarizəni tənzimləyən müvafiq maddələr nəzərdə tutulmuş, potensial cinayət subyektləri 

hesab olunan qadınların və uşaqların hüquqlarının və azadlıqlarının müdafiəsinə yönəlmiş 

bir  sıra normativ-hüquqi aktlar  qəbul  olunmuşdur:  maddə  106  (Köləlik),  maddə  137  (İn­

san orqanlarının  və  toxumalarının  alqı-satqısı),  maddə  144-1  (İnsan  alveri),  maddə  144-2 

(Məcburi  əmək),  maddə  150-1  (Sərnişinlərin  sənədsiz  daşınması),  maddə  171  (Yetkinlik 

yaşma çatmayanların fahişəliyə və ya pozğunluğa cəlb edilməsi), maddə  244 (Fahişəxana- 

ların  saxlanması),  maddə  316-1  (İnsan  alverindən  zərər  çəkmiş  şəxs  haqqında  məxfi  mə­

lumatların yayılması).

Açar  sözlər:  insan  alveri,  köləlik,  zorakılıq,  borc  asılılığı,  məcburi  əmək,  kodifika-

siya.


'& .2 2 3 &


«Elmi əsərlər»,  «Scientific works» 2017, № 2(29)

İstifadə olunmuş ədəbiyyat

1.  Закон  Азербайджанской Республики  о борьбе с торговлей людьми.  Баку,  28  июня 

2005r.URL:http://www.base.spinform.ru.

2.  О плане действий  ОБСЕ по борьбе с торговлей  людьми от 24 июля  2003  года:  ре­

шение  №557  Постоянного  совета  ОБСЕ  от  19-21  марта  2003  г.  URL:http://www,- 

humanrts.tj/public.

3. Об общественном здоровье и торговле людьми: Будапештская декларация от 19-21 

марта 2003 г. URL: http://www.coe.int/t/dg2/trafficking.

4.  План  Национального  Действия  по  борьбе  с  торговлей  людьми  Азербайджанской 

Республики, май 2004 г. URL: http://iadmi.gov.az.

5. Тюрюканова Е. В., Малышева M. М. Женщина. Миграция. Г осударство. М., 2001.

6.  Уголовный кодекс  Азербайджанской  Республики:  угв.  Законом Азербайджанской 

Республики от 30 дек.  1999 г.; вступил в силу с 1  сент. 2000 г. URL:http://www.crime.vl.ru.

7.  Caldwell  G.,  Galster  S.,  Steinzor  N.  Crime  &  Servitude:  An  Expose  of the  Trafficin 

Women  for  Prostitution  from  Newly  Independent  States  //Trends  in  Organized  Crime.  New 

Brunswick, Summer 1998. Vol. 3. №4.

8.  Council  of Europe  Convention  on  Action  against  Trafficking  in  Human  Beings  [Elec­

tronic  resource]  //Council  of  Europe.  Mode  of  access:  URL.:  http://conven-tions.coe.  int/T 

reaty/EN/T reatie s/Html/197. htm.

9.  Explanatory Report to the  Council  of Europe  Convention  on  Action against  Trafficking 

in  Human  Beings  [Electronic  resource]  //Council  of  Europe.  Mode  of  access:  URL: 

http://conventions.coe.int/Treaty/EN/Reports/Ht.ml/197.htm.

10. Keidel L. Menschenhandel als Phenomen Organi-sierter Kriminalitdt. Kriminalistik, no. 

5, p. 325.

11. Trafficking in Human Beings  [Electronic resource] //Council of Europe. Mode ofaccess: 

URL:http://conventions.coe.int/Treaty/EN/Treaties/Html/197.htm.



Фазиля ГУСЕЙН ЛИ

ЕВРОПЕЙСКИЙ СОВЕТ И ПОЛИТИЧЕСКИЕ АСПЕКТЫ 

БОРЬБЫ С ТОРГОВЛЕЙ ЛЮДЬМИ В ЗАКОНОДАТЕЛЬСТВЕ 

АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ

Резюме

Являясь  современной  формой  рабства,  торговля  людьми  -   это  преступление,  на­

правленное  против  нарушения  прав  человека,  а также личности  и  государства,  наказуе­

мо в законодательном порядке. Предложанная статья посвящена вопросам борьбы с тор­

говлей людьми, зафиксированных в решениях Совета Европы, а также в законодательст­

ве  Азербайджанской  Республики.  Автор  исследовал  Конвенцию  Совета  Европы  о  про­

тиводействии  торговле  людьми  и  различные  решения  Совета  Европы  по  борьбе  с  тор­

говлей  людьми,  а  также  законодательство  и  нормативно-правовые  акты  Азербайджан­

ской Республики, касающиеся этих вопросов.

Ключевые  слова:  торговля  людьми,  рабство,  насилие,  долговая  зависимость,  на­

сильственный труд, кодификация.

■&224^г



Fazilya HUSEYNLI

THE EUROPEAN COUNCIL AND POLITICAL 

ASPECTS 

OF THE STRUGGLE AGAINST HUMAN TRADE IN 

THE LEGISLATION OF THE REPUBLIC OF AZERBAIJAN

Summary

Been a modem  form of slavehood, human trade  is  a crime directed  at  the human rights, 

as  well  of personality  and  state,  profitable  in the legislative order.  The  present  article  is  dedi­

cated to the  issues of human trade banned  in the  countries of European Council as  well  in the 

legislation of the Republic of Azerbaijan.  The author investigated the Convention of the Euro­

pean  Council  on protection  of human trade  and  different resolutions  of the  European Council 

on  stuggle  against  human  trade  as  well  as  the  legislation  and  normative-legal  statutes  of the 

Republic of Azerbaijan, concerning these issies.



Keywords:  human trade,  slavehood,  violence,  debt dependence,  forcedlabour,  confisca­

tion.


«Elmi »sorter»,  «Scientific works» 2017, №  2(29)

■23.225^?



Yüklə 388,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə