Ür?k ?m?liyyatisonrasi h?yatiniz



Yüklə 107,66 Kb.
Pdf görüntüsü
tarix02.06.2018
ölçüsü107,66 Kb.
#47150


 

 

 



 

 

 

Silahlı Qüvvələrin Baş 



Klinik Hospitalı 

Ürək-damar mərkəzi 

 

Ürək 


əməliyyatı  

sonrası 


həyatınız

 

 



 

 



 

Ürək əməliyyatı sonrası həyatınız 

 

 



 

 

 



 

Ürək əməliyyatı 

sonrası həyatınız 

 

Silahlı Qüvvələrin Baş Klinik Hospitalı 



Ürək-Damar Mərkəzi 

 



 

Ürək əməliyyatı sonrası həyatınız 

 

 



 

 

 



 

MÜNDƏRİCAT 

 

1.

 



EVDƏKİ İLK GÜNÜNÜZ                                                                       

2.



 

ŞƏXSİ QULLUQ                                                                                      

a.



 

Duş qəbul etmə   

 

 

 



 

 

 



 

 

 



b.

 



Çəkiyə nəzarət                                                                                                           

 



c.

 

Ödemin (Şişkinlik) qarşısının alınması                                                                   



 

d.



 

Yaraya qulluq                                                                                                             

 



e.



 

Ağrıyla mübarizə                                                                                                       

 



f.



 

Dərman istifadəsi                                                                                                      

 



g.



 

Qəbizliyin qarşısının alınması                                                                                  

 



  



3.

 

SAĞLAM QİDALANMA                                                                         

a.

 



Ürək damar sağlamlığınızı qorumaq üçün az yağlı,                                              

 



az xolesterinli qidalanma və pəhriz məsləhətləri 

b.

 



Ürək damar sağlamlığınızı qorumaq üçün istifadə                                                

 



edilməyən qidalar  

 

4.



 

HƏRƏKƏT ZAMANI DIQQƏT EDƏCƏKLƏRINIZ

                                         

a.



 

Əyləşmə və yatma forması                                                                                       

 



b.



 

Gəzinti                                                                                                                          

 

9  


c.

 

Pilləkən qalxma                                                                                                           



 

10 


d.

 

Avtomobil idarəetmə və işə qayıdış                                                                        



 

10 


 

5.

 



CİNSİ HƏYAT                                                                                     

       


11 

6.

 



ÜRƏYINIZ ÜÇÜN FAYDALI QEYDLƏR                                                 

12

 



7.

 

XƏSTƏXANAYA MÜRACIƏT EDILMƏSI LAZIM OLAN HALLAR 

12 

 

 

 

 



 

 


 

Ürək əməliyyatı sonrası həyatınız 

 

 



 

 

 



Ürək əməliyyatından sonra həyat və diqqət edilməsi lazım olanlar 

Bu kitabça, ürək əməliyyatı sonrası xəstə və ailəsinin suallarına cavab almaq üçün 

hazırlanmışdır. Buradakı məlumatlar, bir çox xəstələrə uyğun olacaq şəkildə hazırlanmış 

olmaqla bərabər, öz həkiminizin məsləhətləri ilə fərqlilik göstərə bilər. Buradakı ümumi 

məlumatlar, sizin vəziyətinizi bilən və yaxından izləyən həkiminizin məsləhətlərinin yerini 

tuta  


bilməz. 

 

          Hər xəstə tətbiq olunan cərrahi müdaxiləyə fərqli cavab verir. Eyni zamanda sağalma 



müddəti də fərqlidir. Bu baxımdan hər xəstə “fərdi”dir. Ürək əməliyyatları da bir-birilərinə 

oxşamaqla yanaşı (Aorta koronar şuntlama, qapaq təmiri və ya dəyişdirilməsi, aorta 

damarında olan əməliyyatlar) vacib fərqliliklərə də malik ola bilərlər. Bütün bunlara 

baxmayaraq bəzi ümumiləşdirmələr edilə bilər.

  

 

 



1.

 

EVDƏKİ İLK GÜNÜNÜZ  

Evdəki ilk gününüzdə müəyyən qədər yorğunluq hiss edə bilərsiniz. İlk günü evdə 

dincəlməklə keçirməyi planlaşdırın. Sonrakı günlərdə bir az daha aktiv ola bilərsiniz. 

Ziyarətçi sayını və qalma müddətlərini məhdudlaşdırın, mümdündürsə zirayətçi qəbul 

etməyin. 



 

Ürək əməliyyatı sonrası həyatınız 

 

 



 

 

 



2.

 

  ŞƏXSI QULLUQ 



a.

 

Duş qəbul etmə 

Həkiminizin icazə verdiyi tarixdə duş qəbul edə bilərsiniz. Ümumiyyətlə əməliyyatdan 

4-5 gün sonra duş qəbul edə bilərsiniz. Duş qəbulu zamanı diqqət edilməsi lazım olanlar 

bunlardır: 

 

İlıq sudan istifadə edin (isti su məsləhət görülmür) 



 

Duş alarkən ayaqüstə deyil, stulda oturaraq alın. 



 

Duş almaq enerji tələb edir, bu səbəbdən özünüzü yorğun hiss edə bilərsiniz. 



 

Yanınızda kiminsə yardım məqsədilə olması lazımdır. 



 

Yara nahiyəsini ilıq su ilə və sabunla yavaşca yuyun, ovxalamayın. 



 

Duş qəbul etdikdən sonra yara nahiyəsini quru saxlayın. Həkiminiz məsləhət 



görməyibsə yara nahiyəsinə lasyon, pudra və ya krem sürtməyin. 

 

b.



 

Çəkiyə nəzarət 

 

Ürək əməliyyatından sonra sürətli çəki artırmaq məsləhət görülmür. 



 

Hər gün eyni saatda çəkinizi ölçün və ölçüm əsnasında geyindiyiniz paltarların eyni 



ağırlıqda olmasına diqqət edin. 

 



Gündə 1kg.dan və həftədə 3kg.dan artıq çəkinizi artırdınızsa həkiminizə xəbər verin. 

 

 



c.

 

Ödemin (şişkinlik) qarşısının alınması 



 

Uzun müddət hərəkətsiz qaldığınıza görə ayaqlarınızda bir qədər şişkinlik ola bilər.          



Bunun qarşısını almaq üçün saatda bir dəfə ayağa qalxın və bir neçə dəqiqə gəzin. 

 



 

Ürək əməliyyatı sonrası həyatınız 

 

 



 

 

 



 

Həkiminiz məsləhət görübsə, səhər oyandığınızda varis corablarınızı geyinin və 



yatmadan öncə corablarınızı çıxarın. Varis corabını gün ərzində çıxarıb geyinmək 

lazım olduğunda yataqda uzanaraq ayaqlarınızı 20 dəqiqə müddətində yüksəkdə 

saxlayıb gözləyin və daha sonra corabınızı geyinin. Corabda qırışıqlıq, qatlanma 

olmamasına nəzarət edin. 

 

Oturarkən ayaqlarınızı sallamayın. Oturarkən və ya uzanarkən pəncələrinizin altına 



yastıq qoyaraq ayaqlarınızı bir qədər yuxarıda tuta bilərsiniz. 

 

d.



 

Yaraya Qulluq 

 

Əməliyyatdan sonra sinə nahiyəsindəki kəsik yeri hava ilə təmasdadır və quruyaraq  



qabıq bağlayar. Əməliyyat sahələrini tam sağalana qədər təmiz saxlayın, yara 

nahiyələrinə toxunmadan əvvəl mütləq əllərinizi yuyun. Yumşaldıcı kremlər, pudra, 

kolonya sürtməməli və bu nahiyələrin hava ilə təmasını təmin etməlisiniz.  

 



Əməliyyatdan sonrakı bir il ərzində yara yerlərinizi bir başa düşən günəş işığından 

qoruyun. 

 

Bu müddətdə yara yerlərinin günəş işığına məruz qalması rənginin tündləşməsinə 



səbəb ola bilər. 

 



Yaralarınıza hər gün nəzarət edin və aşağıdakı hallardan birinə rast gəlsəniz 

həkimizə müraciət edin: 

-

 

Yara sahəsində artan həssaslıq və ağrı 



-

 

Yara kənarlarından yayılan və artan qızartı və şişkinlik 



-

 

Yara sahəsində axıntının olması 



-

 

Yüksək olan və davam edən hərarət                        



 

e.

 



Ağrıyla mübarizə                                                                       

 



Çiyin və kürək nahiyələrində ola biləcək ağrılar üçün həkiminizin məsləhət gördüyü 

ağrıkəsiciləri davamlı olaraq istifadə edin. 

 

Öskürmə və asqırma hallarında ola biləcək ağrını azaltmaq üçün əməliyyat 



nahiyəsini əlinizlə ya da kiçik bir yastıqla tutub saxlayın.  

 



Vəziyyətinizə uyğun ağrı hiss edə bilərsiniz. Bu halda vəziyyətinizi dəyişdirmək

çiyin və qolları tez-tez hərəkət etdirib düzgün bədən vəziyyətində yerimək faydalı 

olacaqdır.  

 

 




 

Ürək əməliyyatı sonrası həyatınız 

 

 



 

 

f.



 

Dərman istifadəsi 

 

Dərmanlarınızı asan tapa biləcəyiniz yerlərdə saxlayın. Səyahətə çıxarkən 



dərmanlarınızı lazımi miqdarda götürün. 

 



Dərman istifadəsində yemək öncəsi yeməkdən on beş dəqiqə əvvəl, yemək sonrası 

isə yeməkdən on beş dəqiqə sonra deməkdir. 

 

Dərman qəbul etməyi unutsanız bir sonrakı dərman qəbulu zamanında eyni 



dərmandan iki ədəd birdən qəbul etməyin. 

 



Özünüzü gümrah hiss etdiyinizdə dərman qəbul etməyi dayandırmayın. 

 



Dərmanla bağlı gözlənilməyən yan təsir gördüyünüzdə həkiminizə bildirin.  

 

 



g.

 

Qəbizliyin qarşısının alınması            



 

Ürək əməliyyatı zamanı kəsilən döş sümüyünüzün fəsadsız bitişməsi üçün qəbiz 



olmamanız, tualet sırasında artıq dərəcədə gücənməməniz lazımdır. 

 



Uzun müddət hərəkətsiz qalmayın. Məsləhət görülən şəkildə gəzintilərinizi edin.  

 



Aldığınız mayelərin ilıq olmasına nəzarət edin. Həkiminiz maye qəbulunu 

məhdudlaşdırmadığı halda gündəlik 1.5-2 litr maye qəbul edin. 

 

Çox soyuq və buzlu içkilər, tünd çay, qəhvə içməyin və siqaret çəkməyin.  



 

Defekasiya ehtiyacını tənzimləyin. Hər gün müəyyən bir saatda ehtiyac olmadığı 



təqdirdə belə tualetə getməyi vərdiş halına salın. 

 



Bağırsaqların normal fəaliyyəti üçün həzm artıqları ilə kifayət qədər dolması 

lazımdır. Bu səbəbdən tərkibində karbohidrat miqdarı yüksək olan qidalar istifadə 

etməlisiniz. Kəpəkli çörək, buğda, lobya, meyvə, tərəvəz istifadə edin. 

 



Səhərlər ac qarına ilıq su için. 

 

 



 

 



 

Ürək əməliyyatı sonrası həyatınız 

 

 



 

 

3.



 

SAĞLAM QİDALANMA                                                                    

a.

 

Ürək damar sağlamlığınızı qorumaq üçün az yağlı, az xolesterinli qidalanma və pəhriz 

məsləhətləri 

 



Gün ərzində az yağlı-qaymaqsız süd və ya qatıq (2-3 stəkan) və az yağlı ağ pendir (1 

kibrit qutusu qədər), həftədə 2-3 gün qırmızı ət; 2 yumurta böyüklüyü qədər dana, 

inək əti (yağsız) və həftədə 4-5 gün ağ ət; 4-5 yumurta böyüklüyü qədər toyuq, balıq, 

hind toyuğu əti (həftədə ən az 1-2 gün balıq əti) istifadə edin.  

 

Duru yağlardan zeytun yağı və ya fındıq yağı, qarğıdalı və ya soya ya da günəbaxan 



yağına üstünlük verin. 

 



Gündə ən az 2-4 dəfə bişmiş göyərti yeməyi və çiy göyərtilərdən yağ əlavə etmədən 

məhdudiyyətsiz və bol miqdarda istifadə edin. 

 

Yeməklərdə tam buğdalı, taxıllı, kəpəkli və bənzər çörək növlərinə üstünlük verin.  



 

Qabıqla yeyilə bilən meyvələri soymayın. 



 

Həftədə 2-3 dəfə paxlalılar (lobya, noxud, mərcimək) yeyin. 



 

Həftədə 1-3 dəfə 1 kibrit qutusu qədər ağ pendir və ya 1 küftə qədər ət əvəzinə 1 tam 



yumurta (bişmiş/yağsız) yeyilə bilər. 

 



Yeməklərinizi hazırlayarkən sobada, tavada yağsız bişirin. 

 

 



b.

 

Ürək damar sağlamlığınızı qorumaq üçün istifadə edilməyən qidalar  

 

İçalat (qaraciyər, beyin, böyrək, dil, dalaq, ürək, mədə) və dəniz məhsulları



 

 



 

Kolbasa, sosiska, sucuq və bastırma kimi hisə verilmiş məhsulları ilə yağlı ətlər, 



yağlı balıqlar, yağlı toyuq, toyuq və hind toyuğu dərisi  

 



Marqarin, kərə yağı, quyruq yağı kimi qatı yağlar və yağlı qidalar (qaymaq, krem, 

mayonez, şokalad, cem, susam və susam halvası, kaşar pendiri kimi çox yağlı 

pendirlər) 

 



Ət, tərəvəz, xəmir kimi yağda qızartmalar, xəmir bişirmələri (tort, kətə, keks və 

digər şirniyyat məhsulları)  

 

Quru meyvələr və hazır meyvə suları, konservantlar (coca-cola, pepsi, fanta, 



limonad və b.), spirtli içkilər, südlü qəhvələr və məsləhət bilinən miqdardan artıq 

duz və çox duzlu yeməklərdən çəkinin. 

 

 

 



 


 

Ürək əməliyyatı sonrası həyatınız 

 

 



 

 

4.



 

HƏRƏKƏT ZAMANI DİQQƏT EDƏCƏKLƏRİNİZ 

Əməliyyat zamanı döş sümüyünüz kəsilmişsə, sümüyün əvvəlki bütünlüyünün 

bərpası təxminən 8 həftə müddətində baş verir. Sümüyünüzün bitişməsi üçün səhv 

hərəkət etməməlisiniz. Diqqət edəcəyiniz hallar bunlardır: 

 

Döş sümüyünüzün tam bitişməsinə qədər bədənin yuxarı hissəsinin bükülməsi ağrılı 



ola bilər. Bu səbəbdən bütün bədəninizlə hərəkət edin. 

 



Çiyin səviyyəsində yuxarıda olan yerlərə çata bilmək üçün yaxınınızda olan bir 

şəxsdən kömək istəyin. 

 

3-4 kq ya da daha ağır əşyaları qaldırmanız lazım olanda bir başqasından yardım 



istəyin. 

 



Döşəmə üzərindəki əşyaları qaldırmaq üçün bir başqasından kömək istəyin. 

 



Əməliyyatdan sonra ilk bir neçə həftə qollarınızı və bədəninizin yuxarı hissəsini 

yorucu məşğuliyyətlərdən azad edin (süpürmə, silmə, ağır əşya qaldırma) 

 

Əməliyyatdan sonra yüngül məşğuliyyətlər edə bilərsiniz (kiçik bitkiləri sulama, 



asan yeməkləri hazırlama, süfrə bəzəmə)   

 

a.



 

Əyləşmə və yatma forması                                                       

 



Oturduğunuz yerdən qalxarkən əllərinizdə yük olmasın. Önə doğru bir qədər 

əyilərək, ayaqlarınızın üzərində dikəlin. 

 

Oturacaqlara oturmaq üçün önə doğru əyilməkdə ayaqlarınızdan istifadə edin. Daha 



sonra geriyə doğru getmək üçün qollarınızdan deyil, ayaqlarınızdan istifadə edin.

 



 

Yataqdan qalxarkən, bel üstündə yatarkən yatağın kənarına doğru çəkilin. Dizləri bir 

qədər  bükərək yan tərəfə doğru əyilin. Dirsəyinizi istifadə edərək bədəninizi yuxarı 

doğru çəkin. Yavaşca hər iki ayağı döşəməyə doğru sallayın. Baş dönməsinin 

qarşısını almaq üçün yatağın kənarında bir müddət oturun. Əllərinizi budlarınızın 

üzərinə qoyaraq, qalçadan önə doğru əyilin və bədəninizi ayaqlarınızla yuxarı doğru 

qaldırın.  

 



Ayaqlarınızı uzun müddət sallayaraq oturmayın. Oturarkən ayaqlarınızı əzəcək 

şəkildə ayaq ayaq üstünə qoymayın və ayaqlarınızın altına dəstək qoyun. 

 

Oturmalar arasında otaq daxilində azacıq gəzinin. 



 

Əməliyyatdan 10 gün sonra kürək üstündə düz halda yata bilərsiniz. Ən az 8 həftə 



boyunca sağ ya da sol tərəf üstə yatmayın.    

 

                                                                    




 

Ürək əməliyyatı sonrası həyatınız 

 

 



 

 

b.



 

Gəzinti 


Gəzinti və idman etmək əzələlərinizin əvvəlki gücünü təkrar qazanmasını və əhval-

ruhiyyənizin yüksək olmasını təmin edəcəkdir. Gəzinti zamanı diqqət etməniz 

gərəkənlər aşağıdakılardır: 

 



Gündə 4-6 dəfə olmaqla gəzintinizi başlaya bilərsiniz. Hər bir gəzintinizdə 5-6 

dəqiqəyə qədər gəzin. 

 

Gəzinti zamanı düz yolu seçin. Yorulduğunuzda dayanıb istirahət edin. 



 

Hava çox isti ya da çox soyuq olduğu zaman evin içində gəzinti edin.  



 

Gəzinti müddətində sıxmayan paltarlar və ayaqqabılar geyinin.  



 

İlk həftədən sonra hər həftə gəzintilərinizin hər birinə 2-3 dəqiqə əlavə edin. 



Dəqiqələri artırdıqca, gün ərzindəki sayını da azaldaraq gündə 1 dəfə 25-30 

dəqiqəlik gəzintilərə artırın.  

 

Həftədə ən az beş gün gəzin. 



 

Yeməkdən ən az 2 saat keçdikdən sonra ya da yeməkdən öncə gəzin. 



 

Şəkərli diabet xəstəliyiniz varsa ac qarına ümumiyyətlə gəzinti etməyin. Bu hal qan 



şəkərinizin düşməsinə səbəb ola bilər. Yemək yedikdən 1 saat sonra gəzintiyə çıxın. 

Əgər qan şəkərinizi ölçmə imkanınız varsa mütləq ölçün.              

 

Gəzinti sonrası mütləq dincəlin və kifayət qədər maye qəbul edin. 



 

 

 



Nə zaman sürətinizi azaltmağınız lazımdır? 

 



Döş qəfəsinizdə döyüntü ya da qanad çalma hissi olduğunda 

 



Təngnəfəslik hiss etdiyinizdə 

 



Ayaqlarda və ya yara nahiyələrində ağrı olduğunda 

 



Çox yorulduğunuzda, bayılma hissi və ya baş hərlənməsi hiss etdiyinizdə 

 

Yuxarıdakı əlamətlərdən hər hasısa biri olarsa və daha da artarsa, dinlənmə ilə 

keçməzsə həkiminizlə mütləq əlaqə saxlayın.  


 

Ürək əməliyyatı sonrası həyatınız 

 

 

10 



 

 

 



c.

 

Pilləkən qalxma   

 

Pilləkən çıxmaq düz yolda yeriməkdən daha çox  



enerji tələb edir və ümumilikdə yorucudur.  

Bu səbəblə həkiminiz tərəfdən əksi deyilmədikcə 

 pilləkən çıxa bilərsiniz.  

 



Başlanğıcda pilləkən pillələrini gündə 2-3 dəfə,  

2-3 pillədən bir dinlənərək çıxın və 

yorulduğunuzda 

 dayanıb dincəlin. 



 

 

 



Əməliyyatdan sonra ilk iki ay pilləkən qalxarkən qollarınızdan güc almanız 

əməliyyat nahiyələrinə ziyan edə bilər deyə tövsiyə olunmur. Pilləkən dəstəklərindən 

istifadə edə bilərsiniz ancaq ozünüzü güclə yuxarı çəkməyin, ayaqlarınızdan istifadə 

edin. 

 

d.

 



Avtomobil idarəetmə və işə qayıdış       

 



Avtomobil sürməyə döş sümüyünüz sağaldıqdan sonra (əməliyyatdan 2 ay sonra) 

başlaya bilərsiniz. Masaarxası bir işiniz varsa 1 ay sonra, daha ağır və fiziki güc 

tələb edən işiniz varsa həkiminizə bildirərək 2-3 ay sonra qayıda bilərsiniz.  

 

 



 


 

Ürək əməliyyatı sonrası həyatınız 

 

 

11 



 

 

e.



 

CİNSİ HƏYAT     

 



Əməliyyatdan sonra ilk 4-8 həftə müddətində cinsi əlaqənin məhdud olmasına diqqət 

edin. Bu dövrdəki hərəkət məhdudiyyətləri, ümumi ağrı və şikayətlər keçdikdən 

sonra həyat yoldaşınızla cinsi həyatınıza davam edə bilərsiniz. 

f.

 



Kardiocərrah baxışı 

 



2-ci ayın müayinəsindən sonra sizin kardiocərrahlarla işiniz yekunlaşır. Bundan 

sonra ildə 2 dəfə ürək müayinəsindən keçməyiniz tövsiyə olunur.  Sahə 

kardioloqunuz və ya bizim kardioloq Nazim Səlimov tərəfindən müayinə oluna 

bilərsiniz. Tel : 050-314-26-21   

 

5.

 



Evə yazıldıqdan sonra aşağıdakı şikayətlər olarsa:

 

Nəcisdə qara rəngdə olması və qanın olması 



Dəridə yayılan qızartı 

Sinədə olan ağrı (əməliyyat öncəsi ağrılara 

bənzəyirsə) 

Dərin nəfəs almaqla bərabər olan bıçaq 

batmasına bənzər ağrılar 

Hərarət >38.5

o

 C 


Hərarət 38

C (24 saat ərzində iki dəfə) 



Öskürərkən təzə qan gəlməsi 

Həddindən artıq yorğunluq, əzginlik 

Bayılma 

Baldırda ağrı, şişkinklik (davam etdikcə pisləşən) 

Əl, qol və ayaqlarda anidən əmələ gələn hissiyat 

itməsi və ya gücsüzlük 

Tez-tez və ağrılı sidik ifrazı 

İstirahət zamanı keçməyən təngnəfəslik 

Halın pisləşməsinə səbəb olan təngnəfəslik 

Ani, şiddətli baş ağrısı 

Bir gün ərzində 1-2kq çəkinin artması 

Şiddətli qarın ağrısı 

Yaralardan dayanmadan sızan qan və ya axıntı 

Yeni başlayan qusma, ishal 

Döş qəfəsindən hərəkət və öskürək zamanı xışıltı 

səslərinin gəlməsi  

Təngnəfəsliklə bərabər, aritmik və ya 

150/dəqiqədən artıq nəbz sayısının olması  

Yara nahiyəsi ətrafında ağrıların artması, qızartı, 

şişkinliyin olması 

 

 

Təcili hallarda 103 təcili yardıma müraciət edin.  



 

 

 



Həkiminizə zəng edin və ya ürək-damar 

poliklinikasına müraciət edin 



 

                                                                                    

 

 



 

Ürək əməliyyatı sonrası həyatınız 

 

 

12 



 

 

6.



 

ÜRƏYİNİZ ÜÇÜN FAYDALI QEYDLƏR 

g.

 



Siqaret çəkməyin (Siqaret qanı tündləşdirərək laxta əmələ gətirmək halını 

yarada bilər və damar divarının yağlarla tutulmasını asanlaşdırır, 

damarların sərtləşməsinə səbəb olur) 

h.

 



Stressli hallarınızı nəzarətdə saxlayın və azaldın. 

i.

 



Düzgün qidalanın. 

j.

 



İdman edin. 

k.

 



Arterial təzyiqinizi, şəkərinizi və xolesterinizi norma daxilində saxlayın. 

l.

 



Spirtli içkilər qəbul etməyin. 

m.

 



Həkiminizin söylədiyi tarixlərdə mütəmadi yoxlanışlara gedin.      

 

Həkimə müraciət etdiyinizdə bilməniz lazımdır: 

 

 



Şikayətləriniz nə zamandan bəri davam edir? 

 



Xəstəxanadan evə nə zaman yazılmısınız? 

 



Hansı dərmanları qəbul edirsiniz? 

 



Son yoxlamaya gəlmə tarixi? 



 



Yaradan sızıntı varsa: miqdarı və rəngi 

Yüklə 107,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə