Urmu gölünün nəcat yolu



Yüklə 113,77 Kb.
tarix22.03.2018
ölçüsü113,77 Kb.
#33135
növüYazı

Urmu gölünün nəcat yolu
1. Giriş
Urmu gölünü böyük faciədən qurtarmaq üçün yazılan çoxlu yazı və projələrdən istifadə etdiyimi bildirməklə birlikdə bu barədə elmi araşdırma aparanları alqışlamamaq olmaz. Günüy Azərbaycanın bu probləmi ilə bağlı “ Ark qalası”- “Öyrənci”-“Baybak”- “Azadtribun” sitələri və başqa məlumat qaynaqlarında yayılan, olqun və dolqun elmi araşdırmarın dəyərini bildirmək istərdim. Bu yazılarda olmuyan bəzi fikir, rəqəm və qaynaqların öz təcrübələrimə dayandığını bildirərək bir iki məsələyə toxunmağın faydalı olacağı qənaətindəyəm.

1979 islam inqilabından sonra “bundan sonra ayrı- seçgiliyə son qoyulacaq” düşüncəsi mənidə bəziləri kimi Azərbaycanda fəaliyət göstərib təcrübələrimizdən bölgəmizin inkişafi yolunda faydalanmağa üstünlük vermək fikrinə gətirmişdi. Tehranda, İranın ən böyük inkişaf məhəndis müşaviri olan “ Mahab” şirkətində çalışarkən o şirkətin Azərbaycanda yeni yaradılmış bölməsinə başçılıq etmə təklifini qəbul etdim. Saib xiyabanında bir görkəmli iş yeri tənzimliyərək işə başladıq.

O günlər Şah zamanından başlanıb ancaq yarımçılıq qalmış projələrdə daxil olmaqla mütaliəyə başlanan proyektlər aşağıda sıralanmışdır.

Qoşaçayda- Cığatı, Marağada – Sofi çay, Azərşəhərdə - Gamber çay, Xoyda Ələnd və Qotur çay, Qaraziyaəddində- Ağ çay, Qaraeynidə ( siyah çeşmə)- Qarasu, Makıda - Zəngmar çay, Ərəblərdə ( Poldəşt ) - Araz çay, Salmasda – Zola çay, Urmuda – Nazlı çay – Şəhər çayı və Baranduz çay, Sulduzda Gadar çay və Əhərdə Əhər çay.

Bu çayların böyük əksəriyəti Urmu gölü axar-baxarına ( hovzeie abriz) aid olduğuna görə toplanan məlumtlar bu gölün durumu ilə də bağlı olaraq düzgün analizlərin binüvrəsini təşkil edirdi.

Şah zamanında Yoguslavların “ Elektroprojekt “ məhəndis müşavirlərinin yerini, Romanyadan olan “ Romenkonsult” un tutuduğu bu çalışmaların nəticəsində təkmilləşən projələrin neçəsi icra oldu və neçəsi hələdə su nazirliyinin qəfəsələrində toz

yeyir məsələsi ayrı bir araşdırma mövzusudur. Ancaq burada veriləcək yadımda qalmış məlumtların elmi araşdırmalara dayandığını vurqulamqla birlikdə “milli hakimiyətin” qurulmadığı təqdirdə bu projələrin icra olunacağını düşünməkdə özümüzü aldatmaqdan başqa bir məna daşımaz. Bu isə bu projələrin təqdimi və məlumatların verilməsinin vacibliyini azaltmaz, qında qalan qılınc kəsərini itirər. Pişəvəri zamanı yarımçılıq bir suveren hökümətin güney Azərbaycanda bir il müddətində 50 illik iş gördüyü unudulmaz bir həqiqətdir.
2. Urmu gölü projəsi
Urmu gölü və ətrafındakı probləmlərin meydana gəlməsində çoxlu amillər iştirak etməkdədir. Onun üçün bu tipli projələrdə geniş baxış zaviyəsidən yola çıxaraq təsir edici müxtəlif faktorlar, o cümlədən su qaynaqları, topraq və ətrafdakı əkinçilik

durumu, yüksək duz içəriminin (konsantrasyon- qilzət) qaynaqları, siyasi-ictimai və iqtisadi məsələlər bir arada və ardıcıl araşdırılmalıdır. Ürək yandıraraq ölkəmizin probləmlərinin həlli üçün özəlliklə belə bir mürəkkəb tekniki məsələnin həllində fərdlərin qayqı, təklif və yazıları ancaq giriş mahiyəti daşır. Başqa sözlə bu projənin təkmilləşməsi üçün böyük bir tekniki işçi qrupu hazırlanmalı və düzgün verilərə (məlumatlara- bilgilərə) dayanaraq raportlar hazırlamalıdır. Plan orqanisasyonu, su nazirliyi, topraqşinaslıq enistutusu, kənd təsərrüfatı nazirliyi və başqa ilgili

1

orqanlardakı məlumatlarla birgə bölgədə geniş mütalia aparılaraq planlar tökülməlidir.

Bu elmi araşdırmalarsız təbiətin min illər boyu sağladığı dəngənin pozulması

nəticəsində uygunluq sısqalaşar və yeni faciələr yaranabilər.

İndiki durumda güney Azərbaycan hər tərəfli basqı, boğuntu və təxribə məruz qaldığına görə bu arzuların yerinə yetiriləcyi inanılmazdır. Ancaq hər kəsin əlindən gəldiyi qədər, özəlliklə daxildəkilərin əlləri çatdığı qədər bu məlumatları toplaması gələcəkdə faydalı olabilər. Sıxıldıqca dirəniş, yorqunluğu gedərdiyi kimi olqunluq qucağı açar.
2.1. İndiki durum (mövcud vəziyət)
İndiki durumun dəqiq araşdırılması hər projədə atılan ilk addımdır. Olumsuz, olumlu amillərin yanında iqtisadi potansiyel, ictimai - təbii durum, iş gücü və sairə məsələlerin dərindən öğrənilməsi zərurəti inkar edilməzdir. Bu bilgilərsiz hər hansi bir projənin başarılı olacağı, bölgənin çiçəklənməsi ancaq şans əsərində mümükündür.

2.1.1. ümumi baxış

Urmu gölü güney Azərbaycanın quzey batısında, qərbdən Urmu, şərqdən Təbriz, günüydən Qoşaçay və quzeydən Salmas ərazisi arasında yerləşmişdir. Su səviyəsinə görə deyişgən faktorları nəzərdə alarasq təqribən 5000 – 6000 km2 yüz(sahə) ölçümü olan bu gölün 35 milyard M3 su tutarı vardır. Beləliklədə dünyanın ikinci böyük şor gölü olaraq tanınmış və 1933–də beynalxalq “MAB” ( insan və yer kürəsi ) təşkilatında yer kürəsinin kövrək yaşam qaynaqlarından biri kimi qeydə alınmışdır.

Tarixi sənədlərdə “göygöl“ və “şorgöl“ adları ilə də tanınan bu gölün ən dərin dibi 14 metir, uzuluğu 140 Km və ortalama əni 35 km- dir. 1980- ci illərdə Türk əsilli (mərəndli) məhəndis Kəlantərinin yol naziri olduğu dönəmdə Zənbil dağı ilə böyük ada arasındakı yol və körpü araşdırmaları sırasında geologik çalışmalar göstərmişdi ki, gölün dibindən 40 metrə aşağıya qədər qalın bir batlaq (ləcən) qatı mövcuddur.

Urmu tayında yerləşən Zənbil dağı ilə Təbriz tayında yerləşən və içində 7 kəndin salındığı “böyük ada“ arasındaki fasilə isə 15 Km-dir. Duzluluq dərəcəsi bol su zamanı olan bahar çağından su qıtlığı olan yayın sonlarına görə 220 – 350 gr/ litr arasında deyişər. Gölün şorluğunu təmin edən duzlar əsasən klor ( Cl ), sodiom( Na) yonlarının sulfat tərkibində axdarmaq mümkündür. Bu şorluq dərəcəsi Cığatı çayının gölə töküldüyü güney-batıdan quzeye doğruda fərqlənməkdədir. Urmu gölündə su axımıda bol suyu olan Cığatı çayından şumala doğru olduğu aydındır.

Bu duzları təşkil edən çeşitli iyonlardan böyük iqtisadi fayda verəbiləcək potasyom ( k) haqqında illər öncə fikirlər söylənmişdi. Bu göldə mövcud olan “Artemia” adında bərk

qabıqlı heyvanın da böyük iqtisadi dəyəri kimsəyə sır deyildir. Ancaq su səviyəsi düşdükcə gölün tutarı azalır və nəticədə şorluq dərəcəsinin həddindən artıq çoxalması ilə tərs mütənasib olaraq “Artemia“ sisti azalır.

Xatırlatmaq lazimdir ki “ göygöl “ sifətini farscaya tərcümə edib “kəbud“ sözünü işlədənlər varsa da “Çiçest“ sifətinə rəhmətlik ustad Məhəmməd Tməddünün “Trixi Rizayeh“ adındakı kitabdan başqa bir yerdə rast gəlinməmişdir.


      1. Su qaynaqları və şorluq dərəcəsi


Urmu gölünün su qaynaqlarından axar suları ikiyə ayırmaq şərti ilə 3 bölümdə araşdırmaq mümkündür.

a- Gölə tökülən çay sularının illik miqdarı 5.5 milyard m3 olmaqla Cığatı çayı keyfiyət

2

və kəmiyət cəhətindən birinci yerdədir. Oratalama ildə 2.4 milyard m3 boşalma



qabiləyəti olan bu çayın su keyfiyəti, BMT- yə bağlı olan “dünya yiyəcək

orqanizasyonu“ FAO-un standardlarına görə birinci klas dəyərləndirilməkdədir. Şorluq dərəcəsi 500 mm-in(elektirik condactivity) altında olan bu çay suyunun ancaq ilin iki qıtlıq ayları olan Şəhrivər və Mehr aylarında ( septambr və oktobr) birinci klas dərəcəsini aşar. Bununla belə ikinci klas sərhəddi olan 750 mm dən yuxarı çıxma ehtimali azdır. Həmin standardlara görə (Wilkaks diagramı) sodyom (Na) iyonununda somurulan (tərkib olabilən) yonlara nisbəti düşük olduğu bu çaydan düzgün istifadə edilirsə böyük bərəkət qaynağı təşkil edər.



Bu şirin su qaynaqlarıdan sırası ilə, Soyuqbulaq, Gadar, Baranduz, şəhərçay, Nazlı, Zola, Gamberçay ( Azərşəhr), Sofi çay və Leylan çay olaraq ad aparmaq olar. Şəbüstər mahalından axan kiçik və başqa geçici çayları nəzərdə almasaq bu çaylardan ancaq zola çayı gölün şimal tərəfindən (Salmas) boşalır. Başqa sözlə bu gölü, böyük adanı Zənbil dağına bağlıyan xətt doğrultusunda ikiyə ayırsaq, şirin suların %90 – in cənub bölgəsinə başaldığı aydınlaşar. Həmin məsələ bu gölün quzeyini günydən ayırıb su səviyələrini bir tənzim edici (spillway- suaşıran-aşıq) ilə ayarlıyaraq günüyində balıq və quzeyində potas ürətmə fikirlərini bir zamanlar ortaya çıxarmışdı.

b- Gölə axan çay sularından böyük payı olan ancaq suyu həddindən artıq şor olan Acı çayı təşkil etməkdədir.

Baş bulaqları Səhənd dağlarından qaynayıb bir-birinə qovuşaraq Acı çayını təşkil edən suların qaynağında şorluq olmadığı aydındır. Bu çayı təşkil edən başlangıçdakı kiçik zinə və çaylara diqqət edilirsə bu nəticəyə gəlmək olarki, Acı çayı Təbrizə yaxınlaşdıqca geçdiyi dağların qoynundakı duz daşlarından təsirənərək keyfiyətini ititirir. Bu barədə geçmişdə bəzi fikirlərin söylənildiyi və duz daşlarından gəçən fasilədə çayın axış yolunu deyişmək vəya tunel və borularla təhlükəni atlatmaq düşüncələri ortaya atılmışdı.

Keyfiyətini itirmiş Acı çayı Təbriz ovasına girdikdən sonra ətraf kənd ərazilərini suvararaq Urmu gölünə doğru axar. Yeniş dərəcəsi (şeyb) az olan bölgəyə çatdıqdan sonra təbii olaraq kiçik çaylara və nəhayət arxlara dönüşərək gölün kənarındakı ərazidəki gobularda dağılaraq batar. Ancaq onun əsas məsiri “böyük ada”– nın şimalından gölə boşalmağa çalışar. Beləliklə urmu gölünün şorluğunda ən böyük təsiri olan axar sulardan Acı çayı olduğu düşünülməkdədir.

Ovanın yuxarılarında bu şor su ilə suvarılan ərazi və həmçnin bu su ilə topraqların duzunu yumaq üçün əkinçilərin faydalanması yeraltı suların səviyəsini yüksəldir. Şor olan bu yeraltı sular axaraq daha aşağılardaki saf və düz ərazidə yayılmış çay suları nəticəsndə meydana gəlmiş şor yeraltı sularına qoşularaq gölə doğru yola düşər. Göldəki su səviyəsindən asılı olaraq ona boşalınan bu sular nəhayət dalğalarla gölün ümumi şorluğununa öz təsirini göstərər. Bu barədə daha geniş məlumat gələcək səhifələrdə

topraq qaynaqları” bölüməsində veriləcəyinə görə burada bundan artıq uzandırmaq



yersiz olardı. Ancaq bir məsələni vurqulamaq gərəkirki, Urmu gölünün duzluluğunu sadəcə Acı çayına bağlamaq düz fikir sayılamaz. Gölə tökülən başqa çay sularının şolrluq dərəcəsi hər nə qədər az da olsa buxarlaşma (evaporasyon) nəticəsində uçan hidrogen (H) və oxigen (O) iyonlarının tərsinə duz yaranmasında iştirak edən iyonlardan meydana gəlmiş maddələr doyma dərəcəsinə (işba) çatınca suda həll olar. Onadn sonra isə durumundan asılı olaraq ya çökər, yada sahildə kristallaşar. Son zamanlar bu kristallaşmış duzların təhlükəsini vurquluyanlar az deyil.

c- Yeraltı sular istər gölün ətrafında istərsə də dibində axan bulaqlar olsun gölün su təminində bəlli bir pay alar. Bu sular gölün qərbindəki şor topraqlardan ümumən zinə şəklində, başqa bölgələrdə şirin sulu bulaq formasında axar. Urmu, Salmas və Qarabağ bölgələrindəki çimərliklərə gedən xalq bu şirin sulardan çay qoymaq və yemək pişirmək

3

üçün istifadə etdikləri aydındır.

Bundan əlavə, gölün iç bölmələrində və özəlliklə dərin diblərində böyük çeşmələrin, göl

suyunun təminindəki rolu da böyükdür. Bu sular ya çox uzaq yerlərdən yeraltı qaynaqlı sular, yada gölün öz suyunun dibə süzməsindən meydana gələbilərlər. Ancaq kəmiyət baxımından əsas olan bu çeşmələrin uzaq dağlardan qaynaqlandığı aydındır. Qaynaq və məsirlərindəki daşların keyfiyətinə görə bu suların keyfiyətidə deyişə bilər. Şübhə yoxdur ki, duz daşlarından geçən suların, gölün şorluğunda təsiri qaçınılmazdır.
2.1.3. Topraq qaynaqları
Urmu gölü ətrafındakı ərazinin və əkin qaydalarının bu gölün durumunda böyük təsiri vardır. Onun üçün bu ərazinin araşdırılıb dəyərləndirilməsi və istifadə metodlarının modernləşdirilməsi vacib məsələlərdən biridir.

Bu gölü əhatə edən çox verimli topraqların yanında düşük dərəcəli topraqlarda mövcutdur. Bu verimli topraqların ən başda gələnlərindən “Urmu ovası“ (150 min hektar) olmaqla Qoşaçay ovası (80 min hektar) , salmas ovası (40 min hektar), Sulduz ovası ( 50 min hektar), Sovuqbulaq ovası (20 min hektar), Binab – Əcəbşer- Azərşəhr- və nəhayət Govganla ılxıçı ərazilərini saymaq olar. Gölün güneyində yerləşən “mişov” dağlarının ətəklərindəki yamaçlarda yerləşən Şərəfxana, Şəbüstər, xaminə, Dəryan kimi bölgə ərazilərinin verimlilik dərəcəsi aşağı olsada qabiliyətli əkinçilərin ürətim gücü inkar edilməzdir.

Təbriz şəhərinin qərbində sofiyandan Xasavana qədər uzanan şərit ilə göl arasındakı təqribən 200 min hektar ərazı yarı şor, şor vəya çox şor olduğuna görə ayrı bir kataqoridə araşdırılmalıdır.

Urmu ovası : Bu ova çox qədimdən yerləşim mərkəzi olub Türkiyə sərhəddindəki dağların ətəklərindən gölə doğru ərazinin keyfiyəti deyişir. Bu ovada var olan “kül təpələr” dəki (bunların ən böyüyü Balov kül təpəsi) yaşayış əsərləri olan saxsı qablar vəsairə buradakı yaşayışın çox əski zamanlara dayandığını göstərir. Bu barədə və Türklərin bu bölgədə çoxdan var olduğunu öğrənmək üçün rəhmətlik Prof.Dr. Zehtabının elmi yazılarına müraciət də fayda var. Artırmaq lazimdir ki, 1988- ci il bir məhəndis müşavir (Absaran) şirkəti ilə bağladığım müqavilə əsasında bu ovanın hər bir kilometrəsində “əl burqusu” ilə 6 metirlik quyu qazıb, drenaj (zinəlik) probləmlərini və yeraltı su durumunu araşdırmalı olmuşdum. O qazıntıların bəzisində 2-3 metir dərinlikdə rast gəldiyimiz sınıq saxsı qabların varlığı özü – özlüyündə bu iddeaların sübutudur.

Urmu topraqlarının böyük bir hissəsi beynalxalq (FAO) standartları və Amerikanın “SCS” standardlarının dəyərləndirmələrinə görə birinci və ikinci klasa daxildir

( 70-80%) . Bu dəyərləndirmələrə görə birinci klas ərazi heç bir qısıtlıq (məhdudiyət)

olmadan əkinçilk üçün ən əlverişli və verimli topraqlar və ikinci klas isə lap az məhdudiyət daşıyan ərazidir. Üçüncü klas ərazı, nisbətən vermli sayılsada dördüncü

klas ərazi ancaq zərurət icab edərsə əkilər. Beş və altıncı klaslar isə əkinə əlverişsiz ərazi kimi dəyərləndirilir.

Urmu ovasında dağ ətəklələrindəki 4- cü klas ərazinin məhdudiyəti dərə - təpəlik və yüzeydə daşlıq olsada göl kənarına yaxınlaşdıqca bu məhdudiyət deyişir. Gölə az fasilə qalmışdan yeraltı sularının yuxarı səviyəsi topraqları 4 və 5- ci klasa itələrkən ancaq göl kənarına 50–100 metir fasilədə şorluq və başqa amillər onu 6–cı klasa aid edər. Hətta bu əraziləri xalq paizda yuvaraq şorluq dərəcəsini azaldıb, istifadə edər.

Urmu ovasının göl kənari bölgəsində (Xalid abad, Mərəngəli və sairə) qazılan dərin

quyuların (50–100 arşın – metir) keyfiyət və kəmiyət baxımından yüksək səviyəli suları



4

da maraqlanmağa dəyən bir hadisədir. Başqa sözlə Azərşəhr bölgəsindən fərqli oalaraq gölün Urmu xanlığında (ustanında) ərazi ilə göl arasında geçirgənsiz



(impermeable) bir qatın (laye) ehtimalən yarı-yatay formasında olmasından xəbər

verir. Bu isə gələcəkdə əkinçilik düzgün programla və modern suvarma sistəmləri ilə (yağmur- damcı) dəvam edərsə bir yandan ərazı genişlənə bildiyi kimi bir yandanda gölün su təmininə yardımçı olar.

Bu xüsusiyətlər az-çox Salmas, Qoşaçay ovalarında olsada Sulduz ovası Urmu- Sovuqbulaq yolundan bir az qərbə doğru gen bir boğazla göldən ayrılır. Qoşaçayda isə Cığatıdan axan 2.4 miyard m3 suyun ancaq 800 milyon m3-ü bu ərazidəki əkinə kifayət etdiyinə görə qalan su ərazının batlaq olmasına səbəb olur. Beləliklə oradakı məhdudiyət daha ziyadə yeraltı suların səviyəsinin yuxarı olmasıdır.

Bu isə göstərir ki, bu raportdakı fikirlər vəya başqa təkliflər düzgün dəyərləndirilərək geniş bir araşdırma sonu Urmu gölü və ətraf muhiti probləmləri həll olursa Cığatının geri qalan 1.6 milyard m3 suyu Təbrizin qərbindəki Xasavandan Sofiyana olan 100 min hektar əraziyə axıdıla bilər. Yol boyu ərazlirdən 50 min hektarınıda suvarar.

 Şərqi ovalar : Təbriz Əcəbşer arasındakı yerləşim mərkəzləri olan Ilxıçı, Mamağan Govgan, Azərşəhr kimi bölgələrin ərazi məhdudiyəti toporafik durumla birgə toxu (struktur–baft) və nəhayət şorluqdur. Bu qumsal topraqların gölə (gobuya) yaxın ərazilərində vurulan dayaz su quyularında zaman-zaman probləmlər yaranır. Buralarda bir və iknci klas əraziyə rast gəlinməsədə bacarıqlı əkinçilərin əntansif əkin sistəmində yer alan bu quyuların suyu göldən nisbətən uzaq fasilədə olsada ondan təsir alır. Beləki, çay suyu quruduqdan sonra quyulardan istifadə etməyə başlıyan əkinçilər quyudakı su səviyəsi aşağı yendikcə şor suyu pompaj edirlər. Bilmiyərəkdən şorluğu yüksək olan quyu sularının pompajınin kənd təsərrüfatına vurduğu ziyan ölçüyə gəlməzdir. Bu çayların yuxarı axarbaxarında göl və gölcüklər yaradaraq bol yağış və sulu zamanlarda yeraltı su tutarlarını artırma imkanı var. Ancaq yuxarıda da yazıldığı kimi Urmu gölü probləmi ümum-milli bir anlayışla həll edilməyə başlarsa buralarda istifadə üçün Cığatı çayının suyu gözdən qaçmamalıdır.



Əcəbşer ilə məlikkəndi arasındakı ərazi yuxarıda qeyd edilən iki bölgə ərazisinin

ortasında yerləşən bir durum ərz edər.

Təbriz ovası : Bu ovanı təqribi hüdudlarla 3 bölgəyə bölərək araşdırmanın daha faydalı olacağı düşünülməkdədir. Bu ovada da bir və ikinci klas ərazi tapılmadığı kimi təsir dərəcələrinə görə şorluq, topografi və yeraltı sularının yüksəkliyi başda gələn məhdudiyətlərdəndir.

Dağ ətəklərindən başlıyaraq Azərşəhr- Sofiyan dəmir yolu xəttinə qədər topografi və az şorluq topraq verimliliyini azaldarkən bu dəmir yolundan aşağıya şoran ərazlərin probləmi, yeraltı sular və topraqlardakı şorluqdur. Bundan sonra yavaş - yavaş batlağa

dönüşən tam düz ərazı, bütün məhdudiyətlərlə yanaşı istər gölün istərsə də Acı çayının daşqınlarından təsirlənir. Bu halları ayrıntıları ilə görmək üçün Mamağan–Saray (böyük ada) Yolunu ilin çeşitli zamanlarında seir etmək yetərlidir.



Bu ərazilərində islah və durumu ancaq Urmu gölünün ümumi probləmlərinin həlli

yanında axtarılması məntiqi fikirdir. Bu böyük projənin bir qolu olaraq Acı çayının suyunun şirinləşdirməsi, Cığatının bol suyunun buraya daşınması, gölün ətrafına topraqdan səddin (dike) çəkilməsi kimi əməliyatlardan danışmaq olar. Bu barələrdə təkliflər bölümündə yazılacağına görə sözü bundan artıq uzaltmaq düzgün sayılmır.


5


      1. gölün su səviyəsi və ona təsir edən faktorlar


Urmu gölünün su qaynaqları təbii olaraq ona axan çay suları, yeraltı sular və gölün üstünə doğrudan–doğruya yağan yağışlardan ibarətdir. Bölgədə illik yagış miqdarı təqribən 400 milimetir olduğuna görə ortalama yüz ölçümsü təqribən 5.000. Km2 olan

gölə yağan yağış miqdarı 2 milyard M3 hesablana bilər. Gölün dibində və ətrafındakı

bulaqlar vəya zinə şəklində axan suların miqdarını bəlirtmək mümkün olmasada böyük bir miqdar təşkil edəcəyi düşünüləməz. Gölə axan çay sularının ortalama miqdarı 5.5 milyard M3 olduğuna görə demək bölgənin su balansı 7.5 milyard M3 təşkil edər. Bu rəqəmdən əkinçilik və başqa məsrəfləri çıxarsaq göldəki illik buxarlaşma (evaporation) hündürlüyünə yaxın olduğuna görə geçərli sayılar. Başqa deyişlə göl üzündən buxarlaşaraq havaya uçan və ovalarda işlədilən su miqdarı yəni 7.5 milyard M3 su təmin edilirsə gölün su səviyəsi tarazlaşaraq balans olar. Ancaq həmən artırmaq lazimdir ki, bu buxarlaşma göl üzünün vüsətinin deyişməsi ilə deyişir. Bölgəyə yağan yağış miqdarı ilə gölün su səviyəsindəki tarazlıq, buxarlaşma miqdarını da tarazlar. Nəhayət bütün bu amillər təbii tarazlığı meydana gətirər.

Gölə tökülən çaylardan Sofiçay, Cığatı, Soyuqbulaq və Şəhərçayda tikilən barajlarda anbarlanan (zəxirə edilən) su miqdarı bu su axarlarının %4-6 sını təşkil etdiyinə görə su səviyəsinin 6 metir düşüşündə böyük rolu olamaz. Ən böyük su təminatçısı olan Cığatının uygun su rejiminə görə baraj arxası göl həcminin azlığı, sədlərin (bəndlərin) arxasındakı göllərin ancaq bir vəya iki il başlangıcda doldurulduğu və daha ziyadə suvarma məqsədi ilə tikilən bu barajların suyu çay suları azaldığı zaman boşaltıldığını da nəzərdə alarsaq sözü gedən təsirsizlik dərəcəsi dahada aydınlaşar.

Ona görə Urmu gölündə su səviyəsinin düşməsində təsir göstərən meterolojik amillər olan yağış və buxarlaşma deyişgənliyinin %70, barajların %5 və sudan istifadə metodları, özəlliklə suvarma sistemlərindəki payın % 25 olduğunu qeyd edən raportların doğruluq dərəcəsi yuxarıdır.

Urmu gölünün su səviyəsindəki deyişgənliyi araşdırmaq üçün xoşbaxtlıqdan yetəri qədər məlumat mövcutdur. 1931–ci ildən başlıyaraq bu gölün su səviyəsi ilin çeşitli zamanlarında ölçülərək ortalama yüksəkliyin ortaya çıxması bəzi nigarançılıqları gedərə bilər. Ancaq unutmamaq lazimdir ki, insanların təbiətə müdaxiləsinin artığı indiki zəmanədə su səviyəsinin həddindən artıq düşməsinin qarşısında düzgün tədbirlərin alınmadığı təqdirdə böyük faciələr baş verə bilər. Bu ölçülərə dayanaraq gəçən 70 ildə su səviyəsinin ən aşağı olduğu il :

1961 – ci il 1272,71 ( azad sular səviyəsinə görə-Mean Sea level-MSL) olmuşdur.

Bu dönəmdə ən yuxarı su səviyəsi 1996 – ci ildə 1278,20 metir qeyd edilmişdir.

Bu 35 ildə su səviyəsində yeniş- qalxışlar olsa da geçən 10 ildə şiddətlə yenərək bugün 1272 metrin altına düşmüşdür. Bu isə gəçən 80 ildə ən düşük və təhlükəli rəqəmdir. Ölçü dövründə düşüş-qalxışlar uygun nisbətlər göstərməklə birlikə son 10 ilki düşüşün varyansı, meyardan qaçış dərəcəsi çox yüksəkdir. Bununla bələ bu rəqəmlərə dayanaraq düşüş periodları ilə qalxış periodları arasında bəzi münasibətləri

qurmaq mümkündür. Artan nisbətlərdə artan vəya tərsinə azalan su səviyəsi yeniş və yoqquş zaviyəsindən asılı olaraq zaman istəyi göstərir. Tədrici yeniş və qalxışlarda bu zaman 10-15 ilə təqabül (rasstlanmaq) etdiyi halda yüksək zaviyə ilə yeniş–yoqquşlarda 4-6 ilə ayarlanır. Bu barmaq hesabı model düz olarsa şiddətlə düşən su səviyəsi artıq dayanmalıdır. 10 ildə təqribən 6,5 metir düşüş bu sürətlə dəvam edərsə faciə qaçınılmazdır. Daha uzun müddətli ölçü rəqəmləri əldə olmadığına görə statistik metodlarla bu düşüşün durma ehtimalının nə zaman baş verəcəyini dəqiq olaraq hesablamaqda çətindir. Ona görə uzun müddətli programlara uygun olmasada bəzi

6

təcili tədbirlərin alınması vacibliyi inkar edilməzdir.

Yuxarıda qeyd edilən su səviyəsinin dalgalanmasının amillərindən yağış miqdarında təsir, insan yetgisindən xaric olduğuna görə göl və mühit balansını yaratmaq üçün başqa əməliyatların yanında göl üzündən buxarlaşan su miqdarını azaltmaq asan və imkan daxilindədir. Bu barədə gələcək fəsillərdə daha geniş yazılacağına görə burada bu

məsələyə balaca toxunmaq istərdim.



Göl ətrafında topraq səddin tikilməsi ilə üz ölçümünün azaldılaraq buxarlaşmanı azaltmaq təcili addımlardan biri ola bilər. Özəlliklə su səviyəsinin çox aşağı olduğu bu çağda (illərdə) bu işin daha asan və ucuz görüləbiləcəyi aydındır.

Bunun yanında Acı çayı qollara bölünərək kiçik çay və arxlar halində gobularda batmağa başladığı yerdən, onu arıdıb bütün suyu uygun bir çay axarı kimi “böyük adanın“ şimalından Urmu gölünə boşalmasını təmin etməkdə bu təcili işlərdən biri sayıla bilər.

Burada Zab və Araz çaylarının sularının bu gölə daşınma fikrinin düzgün olmadığını vurqulamaq istərdim. Hər iki təklifin ağır tekniki probləmləri və çox bahalı olmasının yanında bu çayların öz muhitlərindəki probləmləri də gözdən qaçırmaq olmaz. Özəlliklə Araz çayının həm hüquqi həmdə muhitinin qorunması təqdir edilir. Bunu yerinə Qara ziyaəddində axan Ağ çayın uygun su rejimini nəzərdə alaraq orada bir baraj vurub, tənzim edilən suyu Mergit kəndindən Evoğlu və oradan da Yekan düzlüklərinə daşınması o şoran topraqları cənnətə döndərə bilər.
2.2. Önərilər ( təkliflər)
Modern teknolojidən və dünyada yaranmış tikinti və inkişaf üçün tekniklərdən güney Azərbaycanda istifadə olunmaması, olsada çox qısıtlı olması böyük projələrin ortaya çıxmasını da təhdid etmişdir. Başqa deyişlə Urmu gölü və çəvrəsinin ekolojik balansını yaratmaq üçün görülməsi gərəkən işlər bəzilərinin ağlına uygun gəlməsə də bunu onların görüş açılarındakı darlıqdan axtarmaq gərəkir. Günah ölkədəki məhəndislərin bilməməzliyindən deyil, dünyadakı tekniki inkişaf təcrübələrindən uzaq olan o ölkənin durumundan nəticələndiyi də aydındır.

Təklif edilən əməliyatların ekosistəmin sabitləşməsində başarılı olması üçün bir-birinin təkmilləşdiricisi olduğu inkar edilməz bir həqiqətdir. Onun üçün, özəlliklə Azərbaycana göndərilmiş başçıların Tehran havası ilə oynamaları, Urmu gölünün nəcati yolunda çalışmalar arasındakı bu bağ və ardıcıllığı qıra bilər. Başqa sözlə verilən qıt büdcələrin yarısınıda geri qaytararaq mərkəzə ürək yandırmalarını bildirmək istəyənlər, geçici işlərlə millətin gözü qabağına pərdə asmaq üçün bəlli fəaliyətlər edəbilərlər. Ancaq bu xırda-para əməliyatların probləmi həll etmiyəcəyi nəzərdə alınırsa, geniş və qapsamlı bir projənin araşdırılaraq icra edilməsi qaçınılmazdır.

Geçən günlərdə Təbrizdə geçirilən “Urmu gölünü qoruma“ konfrasındakı verilən sözlər və Azərbaycanın müxtəlif qələm sahiblərinin təklifləri millətin gözündən qaçmamalıdır. Xalq məsullardan söz deyil, əməli iş tələb etməlidir.

Bu açıqlamaları göz önündə tutaraq aşağıdakı təkliflərin faydalı olacağı düşünülməkdədir.
2.2.1. Dike (topraqdan sədd-bənd)
Gölün ətrafında topraqdan ənli duvarların tikilməsi dünya təcrübəsində başarılı bir metod olmuşdur. Daha ziyadə çay daşqınlarını önləmək üçün kənarlarında aparılan bu əməliyatın Urmu gölü ətrafında yerinə yetirilməsi ilə sistemdəki müsbət təsiri böyükdür.

7

Özəlliklə indiki şəraitdə, yəni göl suyunun 6-7 metir düşüdüyü bir durumda topraq


səddin tikilməsiı daha da uygun görünməkdədir. Su səviyəsinin 6 metir düşməsi ilə göl üzünün %30 azalması vurqulanmışdır. Təbii olaraq göl ətrafı ərazilərdə yeniş dərəcəsi

(şib) az olan yerlərdə açığa çıxan topraqlar daha böyük vüsət almışdır. Bu şəraitdə gölün ətrafındakı qurumuş ərazilər get-dedə gobi vəya batlaqlıq xususiyətini azda olsa itirmiş olmalıdır. Onun üçün normal su sviyəsindən 2 meteir gölə doğru bu səddin

vurulması adi buldizerlərlə imkan daxilindədir. Ancaq bəlli bölgələrdə bu durumun tərsi görünürsə batlaqda və hətta suda çalışa bilən maşınlardan faydalanmaq

zərurəti yaranar. Şübhəsiz, bu sədd gölün dağlara dayandığı Qarabağ bölgəsi, Sulduz ətəkləri və həmçinin Mişav və əcəbşer dağlarının ətək və yamaclarında işə yaramaz. Bu səddin tikilməsi ilə bir tərəfdən göl üzünün azalaraq buxarlaşma miqdarı azaldığı kimi bir tərəfdəndə açığa çıxan əraziyə su qaynaqları təmin edərək, düzgün drenaj sistəmi, yeraltı borulama sistımi və suvarma metodu tətbiqi ilə yeni ürətim sahələri yaranar. Əldəki xam verilərə (data-məlumatlara) görə bu tədbirin tətbiqindən 100 min hektar ərazi qazanmaqla birgə illk buxarlaşma miqdarını 1,5 miyard m3 azaltmaq mümkündür. Həmən qeyd etmək gərəkir ki, suyun şorluğu artdıqca buxarlaşma miqdarının azalmasıda hesablamalarda göz önündə tutulmalıdır.

Bu səddin özəlliklərinə müxtəlif açılardan diqqət edilməlidir ki, sonralar özəlliklə su səviyəsi yüksəldiyi təqdirdə pozqunluğa yol verilməsin. Yüksəkliyi 3 metrə olabilən bu səddin təpə əni 5 metrədən az olmamaq şərti ilə yan yenişləri (şibe canebi) 1,5 dan az olmamalıdır. Suya baxan yatay- yan duvarın daşla hörülməsi, üstünün qumlanaraq maşın yolu kmi istifadəyə verimlməsi məqsədə uygundur. Dike- ın yüksəkliyinə baxmıyaraq bütün hallarda bugünə qədər göldə qeydə alınmış ən yüksək su səviyəsindən bir metir yuxarı, yəni 1280 yüksəkliyinə qovuşmalıdır.
2.2.2. Acı çayının islahı
Acı çayın islahi çayın yuxarı axarı ilə aşağı baxarı ararsındakı ilişgilər və Azərşəhr- Sofiyan arasındakı (bundan sonra bu ovaya “Qaraməlik- Xorxora” ovası deyiləcək) ərazilərin islahi ilə bağlı olduğu nəzərdə alınararq tənzim edilməlidir.

Daha öncədə deyildiyi kimi Acı çay başlangıcda şor deyil. Bu çay suyunun duz miqdarı yol arasında duz daşlardan geçərkən artığına görə bu məsələ diqqətlə araşdırılıb və düzgün nəticələrə bağlanmalıdır. Suyun şorluğu ovaya çatdıqdan sonrada artdığı göstərir ki bu ərazinin yeraltı sularının zinə kimi çayın şaxələrinə boşalmasıda diqqət çəkicidir.



Çayın orta bölmələrindəki dağlardan geçərkən şorluğuna səbəb olan duz daş yataqlarının fasilə, durum və topografisindən asılı olaraq islah edilməsi məntiqi fikirdir. Ancaq bu məsələ dəqiq araşdırılıb, tekniki və iqtisadi əlverişliliyi ( feasibility) bəyənildikdən sonra həyata geçiriləbilər. Fikrimcə tekniki baxımdan bu imkan təyid edilirsə iqtisadi və milli açıdan qətiyən təyid ediləcəkdir. Bu məsələni bir az açmaqla gələcəkdə bəzi aldatıcı araşdırma vəya hesablamaların qarşısının alınmasını vacib sayıram.

Belə projələrin iqtisadi bəyənilimi (tovcihe iqtisadi) umumiyətlə projənin ömründə qazanc/ çıxar nisbəti ilə ölçülür(benefit / cost – ratio). Bu müddət ərzində artan

gəlirlərlə artan məsrəflər çeşitli faizlərlə hesablanır, bu nisbətin birə bərabər olduğu faiz, dəyərləndirmə ölçüsü olaraq nəzərdə tutulur. Bu dəyər ölçüsü müxtəlif yatırım (sərmayə qoymaq) sektörlərində, yəni sənaye, ticarət, tikinti, topraq- su - əkinçilik

kimi sektörlərdə deyişər. Dünyada cərəyan edən pul faizləri və ölkədə bankaların kredit olaraq verdiyi pul faizindən asılı olmasıda aydındır. Bu oran ( nisbət ) , topraq- su və

8

əkinçiliklə məşqul olan sahələrdə, insan yaşamı və eyni halda stratejik əhəmiyət



daşıdığına görə düşük səviyədə qəbul edilər. Başqa sözlə sənaye, ticarət və başqa sahələrdə qazanc/çıxar nisbəti qətiyən bank faizlərindən yuxarı oranda bərabər olması gərəkərkən, əkinçilik sahəsində ondan aşağı olması umumiyətlə dövlət yardımı ilə cübran edilər. Yəni əgər bank faizləri % 8 dirsə hətta onun yarısı olan % 4 – də əkin sektöründə geçərlidir. Bu müqayisənin sadə dillə açıqlaması bundan ibarətdir ki, bir yatırım bankların verdiyi faizdən aşağı qazanc gətirəcəksə, pul sahibi onu bankaya yatırmağa üstünlük verər.

Bu qısa açıqlama ilə bəyan etmək istədiyim, hər hansı bir ekonomist Acı çayının

islahının iqtisadi olmadığını bəyan edərsə onun cavabının verilməsindən ibarətdir. Çünki Acının tək başına islahi qətiyən iqtisadi zaviyədən müsbət cavab verməz. Ancaq bu hesablamalarda Urmu gölü projəsi və onun ətrafındakı ərazilərin islahı özəlliklə Cığatının “Qaraməlik-Xorxora“ düzünə daşınması hesblara qatılmalı və nəticə çıxarılmalıdır. Onsuzda Urmu gölünün nəcati heç bir ekonomik ölçü ilə dəyərləndirilə bilməz.

Acı çayı ovaya çatdıqdan sonra şaxələrə ayrılaraq nəhayət kiçik arxlar halında ərazidə dağılıb, batıb gobulara qoşulduğu bəyan edilmişdi. Aydındır ki, bu sistem eyni halda ovanın bir bölümünün klasik suvarma şəbəkəsinidə təşkil edir. İstər bu şor su ilə suvarılan ərazidə istərsədə dağıldığı düzlüklərdə yeraltı sularınının səviyəsini qaldırdığı kimi topraq şorluğunuda artırdığı aydındır.



Aşağı Mayan kəndinin günbatanından ikiyə bölünmüş Acı – nin Heris və Şəbüstər istiqamətindəki qolu, biri olmaqla Mehdinli kövşəninə ayrılan qoluda ikinci əsli şaxə olaraq arıdılıb, genishlənib və dərinləşib iki əsas məcranı təşkil edəbilər. Birinci qol direkt olaraq “ada“– nın (böyük ada-əskidən Şahi adası indilikdə islami ada deyilir) quzeyindən şorgölə başalırkən Məhdini–Xorxora arasından ona paralel olaraq ayrılan kiçik şaxədə genişlənib, dərinləşib ada- nın ortalarına doğru yönəltiləbilər. Govgan- ada (Saray kəndi) arası fasilədə bir ana drein (ana zinə su geçidi) qazaraq, xorxoraya qədər uzanmış Acı çay şaxəsinidə ona qataraq Sarayda ada-nın şumal- şərqindən burularaq yuxarıda sözü gedən iki şaxənidə toplayıb gölə boşala bilər.

Bu topraq işləri çox böyük tekniki ixtisas tələb etmədiyinə görə hətta fotogrametri usullarla hazırlanmış topografik xəritələr üzərində yerli nivelman kontrollarına dayanarak dizayn (tərh) edilib icra oluna bilər. Bu işdə hər kəsin tanıdığı və rahatca işlətdiyi buldizer, loder , gradər kimi maşınların işlədiməsi onun tezliklə başlanıb təcili bir çarə kimi dəyərləndirməsini göstərir. Yuxarıda da qeyd edildiyi kimi gobularda vəya gölə yaxın bölgələrdə özəl maşınların işlədilməsi qaçınılmazdır.

Acı çayının islahı özəlliklə ovadakı üstü açıq drenaj sistəmi gələcək projələrə uygun olaraq tərrahlıq edilməlidir. Sudan istifadə metodları modern sisteme qovuşarsa özəlliklə Cığatı suyundan düzgün istifadəyə başlanırsa bu ərazilərdə böyük deyişikliklərin baş verəcəyi göz qabaqındadır. Onun üçün bütün imkanlar nəzərdə alınaraq Qaramelik- Xorxora ovasında 100 min hektar ərazının diriləcəyi və bütün əməliyatların ona uygun olaraq aparılması gözdən qaçmamalıdır.


2.2.3. Su qaynaqlarından istifadə metodları
Urmu gölünün ekosistemində tarzlıq yaratmaq və eyni halda bölgənin ana ürətim

xəttinin əkinçilik olduğuna görə burada iqtisadi inkişafın sudan istifadə metodlarına bağlılığı inkar edilməzdir. Teknolojinin çox gəlişdiyi bu zemanədə yalnız əkin məhsullarına dayanaraq inkişafın gülünc olduğu kimsəyə sır deyil. Ancaq nə etmək olar ki, Pəhləvi öncəsi bölgənin ən gəlişmiş ölkəsi sayılan Azərbaycan, bugün dünyanın ən

9

geri qalmış iqtisadiyatına çevrilmək acısını çəkiri. Onun üçündür ki, indilikdə əlimizdə

olan bu təbii imkanlara söykənərək millətimizin yaşayış səviyəsini yüksəltmək qayqısını çəkməkdən başqa çarəmiz yoxdur. Su qaynaqlarını və ondan istifadə metodlarını daha geniş açıb-anlatmaq üçün aşağıdakı üç bölmədə araşdırılması uygun görülməkdədir.
2.2.3.1. Suvarma metodları
İndiki durumda suvarma sistmindəki pozuqluq nəticəsində umumi suvarma səmərəliliyinin (randumanının) % 40– in altında olduğu bilinməkdədir. Başqa sözlə hətta kontrolsuz su qaynaqlarından əldə edilən suyun yarısından çoxu hədər olur (tullanır). Bu rəqəmlərin sadə ifadəsi ondan ibarətdir ki, əgər bugün dünyada çeşitli metodlarla suyun intiqalı ( ütürülməsi), dağıtımı (paylaşım-distribution) və əkinə verilməsində (suvarma) çatmış olan % 80 – 90 randumana yüksələ bilsək, hər 100 min hektar yerinə təqribən 200 min hektarda sulu əkin bəcərməmiz mümkün olacaqdır. Çoxunu əski su intiqal kanalları təşkil edən su daşıma itgisinin% 15- 25 olması aydın olduğu halda bu kanalların betonlaşdırılmamasının səbəbi aydın deyildir. Hətta Cığatı çayındakı sədd ilə kontrollu suyun dağılımı topraqdan tikilmiş su şəbəkəsi ilə paylanması anlaşılmazdır. Azərşəhrin Gambər çayından Mamağan ərazisinə olan su payını (water right -həqqabə) əski topraq arxı daş hörməsi ilə örtərək faydasını görən məsulların, bunun yayılmamasından məqsədləri aydın deyildir. Zola çayının Salmasda, Gadarın Sulduzda, Nazlı və baranduzun Urmuda sədlərlə birlikdə beton kanalizasyon şəbəkəsinin icrai xəritələri Yoguslavların Elektroprojekt məhəndis müşavir şirkəti vasitəsi ilə hələ 1970– lərdə hazır olduğu halda hələdə qəfəsələrdə toz yeməyinin də səbəbləri aydın deyildir.

Ancaq məlum olduğu kimi bugün dünyanın bir çox ölkəsində həyati önəm daşıyan su, beton kanallarla deyil, üstü ürtülü və eyni halda yağmur suvarma sistminə cavab verəcək basınc (fişar–təzyiq ) ilə borularda daşınmaqdadır. Yuxarıda qeyd etdiyim topraq və əski kanallala suyun intiqalındakı itgi % 25 nisbətinə yüksəldiyi halda bu itgi beton kanallarda %10 və borularda % 3- ün altındadır. Dünya burda ikən Güney Azərbaycanda biz hələ də Səlcuqluların, Elxanlıların vəya Qacarların çəkdiyi vəya çəkdirdiyi su şəbəkə sistəmindən faydalanmaqdayıq.

Bunun yanında eski metod olan kerdi usulu vəya faro(farrovv) metodu suvarmada ortalama hektara verilən illik su miqdarının 10 min m3 olduğu aydındır. Buda aydındırki, bu miqdar suyun topraq dokusundan (toxu- baft) asılı olaraq ancaq % 20- 40- ı toprağın bitki üçün su saxlama kapasitəsi ( field capacity) ilə solma nuqtəsi arasında qalaraq bitkinin məsrəfini təmin edir. Qalan bölüm yəni % 60- 80 - i toprağa sızaraq (nüfuz edərək) yeraltı sulara qarışır yada üz itgisi olaraq parseldən axıb xaric olur. Halbuki məsrəf olunan su miqdarı damcı (drop) metodunda 1/3- ə və çilək (yağmur) sistəmində yarıya düşməkdədir. Bunun yanında bitkilərin bu sudan istifadə nisbətləridə % 90 və % 80 lərə yüksəlir. Urmu gölü ətrafi ərazilərdə bu metodlardan istifadə olunursa su və çəvrə tarazlaşmasındakı rolu inkar edilməzdir. Hələ Azərşəhr, Mamağan, Govgan və Ilxıçının qumsal ərazilərində vəya Şəbüstər- Xaminə bölgəsinin qumsal ərazisində kəndlilərin nə zəhmətlə əldə etdikləri su ilə əntansif ürətimlərini düşünürsək sulama metodlarındaki islahatların dəyərini dahada yaxşı anlamış olarıq.

Bu metodlarla bir tərəfdən suvarılan ərazı miqdarını artırarkən bir tərəfdən də üz ölçüsü azaltılmış şor gölün kontrol edilmiş su qaynaqları ilə səviyəsini və tarazlığını düşünmək çətin olmamalıdır.

10

2.2.3.2. Çay suları
Son zamanlar ortaya atılan bəzi fikirlərin tərsinə Azərbaycanda axan çayların su rejimlərinidə nəzərdə alaraq bu çayların suyu vurulan sədlərlə kontrol altına alınmalıdır. Ancaq bunun yanında su daşıma və paylama ( şəbəkeye intiqal və tizie) metodlarıda yuxarıda qeyd edildiyi kimi yeni karakter almalıdır. İstər Qoşaçay su şəbəkəsində istərsədə Muğan su şəbəkəsində xərclərin azalması üçün topraq kanalizasyon sisteminin hər iki bölgədə yeraltı suların yüksələrək ərazini batlağa çevirdiyi gözdən qaçmamalıdır. Başqa sözlə, dəfələrlə tikrar edildiyi kimi bütün bu təklif və əməliyatlar bir- birinə bağlıdır. Bu koordinasyon səhifəsində qızıl xəttin

doğrultusunda fəaliyət göstərilməzsə umulan nəticə əldə edilmiyə bilər.

Genə Azərbaycanda axan çayların özəlliklərini nəzərdə alaraq su kontrolları təkcə beton vəya topraqdan vurulan böyük barajlarla deyil, eyni halda yüksək bölgələrdə kiçik və sadə topraq sədlərlə su və su daşqınlarını tənzimləmək olar.

Çay axarlarının yuxarı bölmələrindəki kiçik dərələrdə uygun yerlərdə vurulan bu tip sədlərin altında yerləşdirilən bir dəmir vəya beton boru ilə şiddətli yağışlardan nəticələnən selablar başlangıcında tənzimlənir. Səddin altındakı borunun çapı, göldə toplaşacaq su miqdarının tədriclə boşalması üçüç ayarlanır. Bu borunun göl daxilindəki başına bir dirsək verərək bir yandan çöküntülərlə borunu tıxılması (tutulması) önlənir bir yandan isə yüksək təzyiqlərdə təxribi önlənir.

Bugün modern teknolojinin gəlişməsidən istifadə edərək özəlliklə su daşqınlarının vura biləcəyi ziyanları önləmək üçün qaynaqlarda bu iş başarılmışdır. Bu və buna bənzər metodlarla yəni ərazinin ot örtüyünü (vegetation) gəlişdirmək vəya yuğulmamazlıq“watershed” programlar ilə bir yandan topraq aşılmasının (erazyon) qarşısı alınır bir yandanda aşağılardakı təsisat və tikintilərin yıxılıb – dağılması önlənir. Özəlliklə ovalardakı su və sulama mətodları modernləşdirilirsə bu önləmlərin alınması vacibliyi daha ciddi ortaya çıxar.

Məlum olduğu kimi Urmu gölünə axan çaylardan ancaq Sofiçay, Cığatı, Sovuqbulaq və Şəhərçayı vurulan sədlərlə tənzim edilmişdir. Bunun yanında Sovuqbulaq ərazisi xaric, ovaların heç birisində modern su şəbəkələri vəya suvarma sistəmləri həyata geçməmişdir. Başqa ifdə ilə Urmu gölü və ətraf ərazisinin kontrol və inkişafi ilə bağlı qalan işlərin görülən işlərə nisbəti % 95– dən yuxarıdır.

Bu arada Cığatı çayının bölgədə özünə xas yeri vardır. Buna diqqət yetirmədə böyük faydaların varlığı danılmaz bir gərçəkdir.

1974 vəya 75– ci illərdə Cığatı projəsində çalışan “Setiran“ adında Fransalı məhəndis müşavir şirkəti ilə bağladığım bir müqavilə əsasında Cığatı suyundan istifadə modeli hazırlamalı olmuşdum. O raportda da müxtəlif təkliflərlə birlikdə Qoşaçay ovasının su ehtiyacını təmin etdikdən sonra, çayın geri qalan 1,6 milyard m3 suyun üstü açıq beton arx vəya boru vasitəsi ilə Təbrizin qərbində yerləşən və Urmu gölünə qədər dəvam edən əraziyə daşınmasını təklif etmişdim. O zaman içməli su qıtlığı çəkən Təbriz şəhərinin məsrəfini qarşıladığı kimi yol üstündə Binab, Əcəbşer, Azərşəhr kimi yerlərin əkin suyunu təmin edərək Təbrizin qərbində Xasavan – Sofyan xətti ilə Urmu gölü arasındakı ərazidən 100 min hektarınıda su ilə təmin edəcəyi fikriləri ortaya atılmışdı.

Son illərdə Təbrizin içmə suyu ilə bağlı boru xətlərinin çəkildiyi baş tutsada başqa sahələrdə ən kiçik addımın atılmaması aydındır.

Bu barədə 2000- ci il Urmuda çıxan Nəvidi Azərbaycan qazetində “aydınlarımız və milli kimlik“ çağırısına görə yazdığım məqalədə (21 və 24 aban 1379- say 107 və 108) bəzi məsələlərə işarə etdiyim üçün onlardan vaz geçirəm. Ancaq burada anlaşılmazlığa yol verilməməsi üçün bəzi təbii tarazlıq qaydalarına toxunmaq istərdim.

11

İlk baxışda belə nəzərə gələ bilər ki, bir yandan Urmu gölünün su səviyəsi aşağı düşərkən o biri yandan da ona axan çay sularının başqa bölgələrə axıdılması paradoks deyilmi. Bu məsələyə aydınlıq gətirmək üçün dəfələrlə işarə etdiyim kimi Urmu gölü və ətraf muhitin təbii balansının yaranmasında bütün təsir edici amilləri bir–birinin yanında ölçü tərəzisində qoyulmalıdır. Başqa sözlə meterolojik faktorlar olan yağış, istilik, nəmişlik, yel və buxarlaşmadakı dalqalanmalarla (nəvəsan) birlikdə göl üzünüm

dike (topraq duvar- sədd) vasitəsi ilə kiçilməsi və su ilə sudan istifadə metodlarının bu tarazlaşma tərəzisinin gözlərini təşkil edər. Bunun yanında Urmu gölü və ətraf muhiti bağlı bir su axar-baxarını təşkil etdiyinə görə bu çəmbərin daxilindəki qaynaqların qondum- köçdümü umumi taraza böyük təsir edəməz. Bu məsələni bir az daha açarsaq

demək olarki , bu suyun intiqali ilə təbriz ovasında əkiləcək ərazidə batan vəya üçan sular, cari, yeraltı vəya yağış şəklində balansın tərəzi gözündə öz təsirini göstərəcək. Bölgədən çıxan su miqdarı ancaq istihsal edilmiş əkin məhsullarındakı sudan ibarət olacaqdır.
2.2.3.3. Yeraltı su qaynaqları
Urmu gölünün ətrafındakı bütün ovalarda yeraltı su qaynaqlarından istifadə olunmaqdadır. Bəzi bölgələrdə özəlliklə Urmu ovasında bezəndə yuxarı basıncla artezyen su quyularına rast gəlmək olar. Dərin quyuların yanında əl ilə qazılmış dayaz quyular daha çox bəyənilməkdədir. Bu quyuların az məsrəflə qazılması vəya şəxsin tək başına mülkiyətində ola bilməsi üstünlüyünü təşkil edir. Urmu, Salmas, Qoşaçay və Sovuqbulaq ərazisində gölə yaxın yerlərdə dahi qazılan quyuların probləmsiz vəya az probləmli olmasına baxmıyaraq şərqi bölgələrin qumsal ərazisində özəllikə gölə yaxınlarda ki quyularda şorluq probləmi ortaya çıxmaqdadır. Mişov dağlarının ətəyindəki ərazidə yeniş dərəcsinin (şib) çoxluğu göl suyunun şorluq təsirindən uzaq saxlasada axan suların nüfuz edərək yeraltı su qaynaqlarının inkişafına mane olur. Bu bölgə topraqları Azərşəhr, Govgan , Mamağan topraqları qədər qumsal olmasada çoxda yapışqanlıq (clay) daşımadığı üçün quyuların su vermə qabiliyəti yüksəkdir. Ancaq kəmiyəti (yer altında toplaşan su miqdarı) azdır. Bu məsələ bir yandan topraq qatlarının toxusundan asılı olduğu kimi bir yandanda yağan yağışlardan yerə nüfuz edən miqdarla pompaj edilən miqdar arasındakı fərqdən yaranır.

Başqa bölgələrdə yeraltı sudan istifadə umumi topraq-su-əkin münasibətində tarazlaşdırılaraq modern sistem daxilində istifadəyə verilməli olduğu aydındır. Ancaq adı çəkilən iki bölgədə yəni Azərşəhr ətrafı ilə Xaminə ətrafı ərazilərdə yeraltı suların suni artırılması vacibliyi qeyd edilməlidir. İstər Gambər çayda istərsə də Mişov dağlarından qaynaqlanan irili-xırdalı geçici (selab) çayların bəlli bölmələrində kiçik topraq sədlərlə suyu gölləndirib, yerə nüfuzunu sağlamaqla bu qaynaqdan daha çox istifadə etmək mümükündür. Qum topraqlarda ən əlverişli suvarma metodu damcı usulu oldğuna görə bu bölgələrdə, seri formunda bu quyu su şəbəkələrinin borularla çəkilməsi ən vacib məsələdir.
2.2.4. Artemia – potas ürətimi
Potasyom :

Urmu gölünü Zənbil–Ada (xəritə : 1) istiqamətində ikiyə bölərək bir tərəfində balıqçılıq o biri tərəfində minerallarla birlikdə duz ürətimi barədə geçmişdə fikirlər ortaya atılmışdı . Bu haqda kiçik raportlar yazılmış olsada düz və dəqiq məlumatın olmaması vəya yazılı matiryalların itginliyi doğru nəzər üçün yetərli deyildir.

12


Xəritə No : 1 Urmu gölü və ətraf ərazilər
Ancaq bu fikirlər əsasında Zənbil–Ada istiqamətində vurulacaq bir sədd ilə göl ikiyə ayrılarkən dərin bölgədə böyük bir su kontrol aşığı (spilway–dəriçə) tikərək cənubun təmiz suyunu bu aşığın üstündən aşıraraq su səviyəsi tənzimlənməlydi. Cənub bölməsinə axan çay sularının şorluq dərəcəsi az və kimiyəti çox olduğuna görə yavaş-yavaş və uzun müddətdə movcud şorluğun aşağı düşməsi düşünülməkdəydi. Şumal bölmədə duz təşkil edən iyonların yoğunluğu (konsantrasyon) artaraq özəlliklə potasyom istihsalının

böyük qazanclar gətirəcəyi fikirləri ortalıqaydı. Bunun yanında gölün cənub bölməsində nisbi olaraq şirinəşən suda böyük balıqçılıq projələrinin işlədilməsi söz qonusu olmuşdu. Bu fikirlərin geniş araşdırma və bilgələrə ehtiyacının hiss edildiyi inkar edilməzdir.
Artemia :

Urmu gölündə yaşayan qalın dərili diri heyvanlar haqqında yetəri qədər araşdırmalar aparılmışdır. İstər müxtəlif nazirliklər istərsə də elm ocaqlarının araşdırmaları göstərmişdir ki, bu gölün diri varlığından böyük iqtisadi faydalar sağlamaq mümkündür.

Şor suda yaşıyabilən heyvanlardan beziləri o cümlədən “Artemia Urmuiana“ adı verilən kiçik boyutlu qalın dərilinin bu göldə yaşadığı aydındır. Bu canlı 10-20 mm uzunluğu ilə gölün normal şərtlərində optimal olaraq yaşayıb çoxala bilməkdədir.



13

Göl suyunun və mühitin şərtlərinin deyişdiyi halda bu önəmli iqtisadi dəyər daşıyan qalın qabıqlı balığın sonuda gəlmiş olacaqdır. Istilik dərəcəsinin 4–35 santigrad deyişgənliyi, şorluq miqdarının 150–350 gr/ litr nisbətinə dözəbilən Artemia üçün optimom istilik



20-30 C və şorluq dərəcəsi 250 gr/litr və PH 7-9 arası təsbit edilmişdir. Göründüyü kimi Urmu gölü bu heyvanın yaşaması üçün uygun olan mühiti təmin etməkdədir. Göl suyunun səviyəsinin düşməsi vəya üz ölçümünün azalması həcmini azaldacağına görə istilik və şorluğunda da təsir göstərəcəkdir. Bu faktoru nəzərdə alaraq gölün ətrafında çəkiləcək topraq səddin yüksəkliyi dəqiqləşdirilməlidir.

Artemiadan başqa göldə, adalarda və ətrafında təqribi olaraq 30 çeşit məməli, 200 çeşit quş, 40 çeşit süzənlər və 25 çeşit susevərlər yaşamaqdadır. Bu təbiət və canlı varlıq arasındakı tarazlaşma gölün ekosistəmini təyin etdiyi kimi Artemia- nın yaşayıb çoxalmasınıda təmin etməkdədir.

Artemia, su heyvanlarının (balıq-meygo və sairə ) konsantrə yiyəcəyinin sindirimi üçün işləndiyi ilə birlikdə insanlarında protein ehtiyacının qarşılanmasında böyük rol oynar. Artemianın protein yüzdəsi 60, yağ yüzdəsi 10 və karbohidratları % 6 olaraq təsbit edimişdir. Bu rəqəmlər bu canlının yem dəyərinin yüksəkliyini açıqca göstərməkdədir. Onun üçündür ki, bugün dünya çapında özəlliklə balıq istihsalında bu canlıdan geniş istifadə edilməkdədir. Amerikadan başlıyan Artemia sistinin ticari önəmi bugün Çin və Arjantin kimi ölkələridə özünə cəlb etməklə dünyada illik məsrəfi 2000 tona yaxınlaşmışdır. Suni olaraq ürətilən bu Artemia sistinin keyfiyətindən asılı olaraq kilogramı 50-150 dolar arasında deyişməkdədir. Hər 100 hektarlıq göl başına ildə 15 ton quru sist və 100 ton Biomast (yetgin heyvan) istihsali çeşitli raportlarda qeyd edilmişdir.

Araşdırmaların göstərdiyinə görə yem dəyəri çox yuxarı olan “Artemia Urmuiana” elmi üsullarla araşdırılıb, modern teknolijdən istifadə edərək Urmu gölündə ürətilirsə bölgədə və güney Azərbaycanda böyük iqtisadi inkişafa qapı açacağı inkar edilməzdir.

Müxtəlif elmi tədqiqat və hesablamalara görə Urmu gölündə ildə 400 milyon Kg yetgin Artemia və 3 milyon Kg Artemia sisti əldə etmək mümükündür. Bu rəqəmlərin doğruluq dərəcəsi geçərliliyini göstərdiyi halda bu qaynağın güney Azərbaycana milyardlar dolar gəlir gətirəcəyi anlaşılmaqdadır. Bitib tükənmə bilmiyən bu iqtisadi potansyel qısa ömürlü nəft qaynaqları ilə müqayisədə bəzilərinin fikrini aydınlada bilər.
2.2.5. Turizm ( ekoturizm )
Urmu gölü və ətraf ərazisinin təbii gözəlliklərinin yanında tədavi (sağlatma) özəllikləridə bu gölə dünyada tayı tapılmayan bir durum qazandırmışdır. Yiyəsiz qızıl mədəni kimi güney Azərbaycanda sərilmiş bu qaynağı arıdıb, təmizləyərək xalqın istifadəsinə verilməsində bütün çabalar edilirsə təkcə o bölgədəki müsbət təsiri deyil dünya təbiətinin və gözəlliklərinin qorunmasında gərçək bir addım atılmış olacaqdır.

Böyük ada və başqa adalardan yüksək səviyədə turizm sektöründə faydalanmağın yanında Urmu gölünün suyu və sahillərindəki qum və ləcənin xəstəlikləri tədavi

xüsusiyəti ona başqa bir dəyər qazandırmaqdadır.

Göl kənarındaki bu qum- ləcən qarışımı istər onda olan çeşitli mineralların təşkil etdiyi duzların təsiri istərsə də bu suda olan kiçik və bəzəndə göz ilə görünmüyən diri varlıqların nəticəsində daşıdığı sağlıq özəlliyi inkar edilməzdir. Bir zamanlar Tehrandakı SSR xəstəxanasında bu ləcəndən istifadənin təklif edileiyi kimsəyə sır deyil. Nəmişliyi nisbətən yüksək olan Urmu sakinlərinin romatizm probləmləri ilə onların illik şorgöl ənənələri unudulmaz bir mədəniyət olsada sağlıq açısından dəyərli bir ölçüdür. Yayın orta ayının 15– i olan xalq arasında “quyruq donan“ günə qədər qədim Urmu

14

sakinləri mütləqa sahilə gedib, quma quylanıb, ləcənə bulaşmaları əlbətdəki səbəsiz deyildi.

Bugün dünya ekonomisində bəzi ölkələrin əsas gəlir qaynağı olan turizm sənayenin bu bölgədə inkişafina yatırılan sərmayə miqdarı həcmindən asılı olmuyaraq təqdirə layiqdir. Bu barədəki fikirləri ikiyə ayıraraq açıqlamaqla sözlərimə son vermək istəyirəm.

A - Urmu gölü Təbrizdən başlıyaraq Sofiyan, Salmas, Urmu, Sovuqbulaq, Qoşaçay, Əcəbşer, Azərşəhr-dən Təbrizə qədər təqribən 250 Km uzunluq ərz etməkdədir. Bu fasilələrdə hər bir bucaqda gözəl bir təbii varlığa rast gəlmək olar. Başqa sözlə dəyərli ekoturizm imkanlarına yiyələnmiş bu gölün ətrafına 250 Km- lik bir otoyolla onun bütün çəvrəsindəki təbiəti ərzə etmək təqdirə layiq fikirdir. Bəlli nuqtələrdə bu yoldan göl kənarına tikiləcək birinci dərəcəli qırqum (asfalt) yollarla dünya turizminin bir bölümünü oraya çəkmək mümkündür. Göl ətrafında Şərəfxana, Qarabağ, Urmu-dan tutmuş Sulduz- , Qoşaçay- , Əcəbşerə qədər turistik tikintilərin tikilməsi ilə buralarda olan gözəliklərdən istifadə ilə yanaşı tikiləcək çimərliklərdə göl suyundan istifadə imkanı yaradılabilər. Salmasdan Sulduza qədər fasilədə dərman sifəti daşıyan ləcən keyfiyət və kəmiyət baxımından çox əlverişli olması və bu topraqlarda gözəl yeşil alanlar və meyvə ağaclarının yetişməsi bölgəyə özəl bir karekter verməkdədir. İstər Mişov dağları, Quşçu dağları, istərsədə Urmunun cənubunda göylərə çəkilmiş “Çır“ dağları (bu dağlara Urmulular “Sır” dağları da diyərlər, o isə kitabi Dədəqorqutda “geçilməz dağlar” anlamında işlədilmişdir) qışlıq turizm üçün ən əlverişli şərtlərə malikdir. Bölgədə olan mualicə özəlliyi daşıyan isti sular özəlliklə Quşçu–Salmas arasında Muğul kəndinin kövşənindəki isti sular tanrının insanlara verdiyi böyük bir olanaqdır.

Bunun yanında Təbriz–Azərşəhr ana yolundan ayrılaraq Kəndüvan kəndi və onun dərman qabiliyətli suyu çoxlarına tanış olmalıdır. İstər kəndüvanın tikinti özəlliyi istərsə də bulağının suyundakı “böyrək daşı” əritmə vəya qovma qabiliyəti bu bölgənin inkişafında böyük rol oynuya bilər. Bu sudan faydalanara böyrəklərindəki daş probləmini həll edənlərin bu sudan qab-qab smarlıyaraq yaşadıqları yerə göndərilməsi onun əhəmiyətinin sübutudur. Bununla belə elmi tədqiqatlara dayanaraq bu suyun özəlliyinin dünyaya çatdılrılması insanların sağlamlığına edəcəyi yardım üçün bəşəriyətə bir xidmət kimi dəyərləndirilməlidir.

B - Göl içindəki adalar düzgün tərhlərlə(layihələrlə) ekoturizmin xidmətinə girdiyi halda bu bölgə dünyanın ən işlək turizm mərkəzlərindən birinə dönüşə bilər.

Böyük Ada da yerləşən 7 kəndin iriləri olan Saray, Qıpçaq, Borçalı və Gəmiçinin 2000–ə yaxın əhalisi olduğuna görə qalan kəndlərlə birlikdə 3000 nəfəri aşmamalıdır. Bu əhalini Təbriz ovasında Cığatı suyu ilə təmin edilən yeni əkin yerlərinə köçürtməklə bu adanı maşınsız bir turist adasına çəvirmək təqdirə layiq fikir sayılmalıdır. Adanın cənubunda tikiləcək hotellər və çimərliklərlə birlikdə dağlarına təzyiqli borularda su çəkərək meşələr və yeşilliklər yaradaraq təbiəti canlandırmaq düşünülməkdədir. Bu dinc, sakit və səsküydən uzaq dağlarda tam və mütləq dincəlib istirahat üçün kiçik evlər, kolalar və komaların tikilməsi ilə qalabalıq dünya insanlarının dincəlməsi üçün şərait hazırlanırsa faydalarını saymaqla bitməz.

Gölün içindəki başqa irili–xırdalı adalara su çəkərək eyni metodlarla insanlara gözəl yaşamaq imkani yaratmaq bir gün xəyal olmaqdan çıxıb, əziz işçilərimizin əməyi ilə gərçəkləşəcəyini düşüünrəm. Bu iş gücümüz başqa vilayətlərdə alın təri, əl qabarı ilə qazandıqları çörəyi ailələrinə göndərməklə deyil, öz anayurdlarında çalışıb yaradaraq istifadəsini görəcəklər.

15

Əziz soydaşlar !
1- Bu yazını yazarkən istifadə etdiyim rəqəmlər, adlar, tarix və məlumatlar geçmişdə əlimdə olan qaynaqlara dayansada bugün bunlar yazılı olaraq yanımda olmadığına görə

xəta daşıya bilərlər. İlk başda maraqlanan dostlarımdan, düzgün xatırlıyamadığım bilgiləri, faktlar əsasında dəqiqliyi ilə bilən varsa bu mətnin islahi üçün adresimə göndərmələrini əsirgəməmələrini öncədən alqışlayıram. Bu birdə ona görə vacibdir ki, bugün xoşbaxtlıqdan bütün sahələrdə tariximizi özümüz yazırıq. Tarixi, ictimai, ədəbi, siyasi və hətta texniki qonularda Azərbaycan haqqında yazılan yazı və təhlillər, özəlliklə əziz gənclərimizin bu barədəki fikirləri bu iddeanın əyani sübutudur. Onun üçün və bizim xətalarımızdan suistifadə edərək gələcək nəslimizə əyri yol göstərmək istəyən anti- türk, anti- Azərbaycan quvvələrin qələmini təsirsiz etmək düşüncəsi ilə doğru fikir və

məlumatların verilməsini zəruri hesab edək, qarqış və qınaq yerinə qələmlərimizi oynadaq. Qoy millətimizin gələcəyi geçmişdə olduğu kimi qaralanmasın, yeni nəslimiz, bizlər kimi yalançı təbliqatlara uyub, millətin müqəddəratından uzaqda qalmasın.


2- Bu tekniki rapoetu anadilimizdə yazmaqdan bir məqsədimdə Azərbaycan Türkcəsini əzmək istəyən təfəkkürə bir dərs verməkdən ibarətdir. Qoy millətimizi əzib- əritmək üçün onun ən dəyərli varlığı olan dilinə hücum edənlərin qarşısında bu və buna bənzər yazılar qalxan olsun. Qoy dilimizə qənim kəsilən çevrələrin dili bu dillə bağlansın,

cığan- vığanlarıda kəsilsin. Qoy bu dildə yazmaqla, özlüyünü- mənliyini- dilini, daha doğrusu varlığını unudanlara- inkar edənlərə vəya alçaq göz ilə baxanlarımıza diyək ki, ən çətin fəlsəfi anlayışlar- ən mürəkkəb tekniki fikirlər və ən uca ədəbi yaradıcılıqlar bu dil dairəsinin çəmbərində var, özüzü qəflət yuxusundan nəcat verin.
O ölkədə çalışdığım zaman çeşitli projələr üçün bu qonuda fars dilində yazdığım və hər

biri 200 yaprağa yaxın olan 12 raportun hamısına dəyər bu qısa yazı fikrimcə.
Hörmətlərimlə : Böyük Rəsuloğlu 08.11.2008


Diqqət :

  1. Urmu gölü ətrafında açığa çıxan əraziləri, bahalıda olsa, yeraltı drenaj sistemləri ilə şorluğunu yuğub, yeraltı su səviyəsini slıb, verimli topraq halinə gətirmənin neçə faydasını dərc etməkdə fayda var.

  • Zərrəcə şübhə yoxdur ki, yuxarıda qeyd etdiyim damcı ( qətrə) metodu suvarma sistəmində, göl suyu ilə yağış miqdarındakı arasındakı balans yarandığı kimi daha geniş ərazinin əkilərək suvarılması imkanı yaranacaqdır.

  • Bu ərazilərin əkilməsi ilə, şorluğunu çox salamadığımız ərazilərdə dikiləcək şorluğa dayanıqlı, ağac, kol və budaqların əkilməsi ilə şor torpaqların yayılması və ətraf bılgələrdəki mənfi təsiri ortadan qalxaacqdır.

  • Göl ətrafında batlaqlıq yerinə yeşillik, fəlakət yerinə həyat, çirkinlik yerinə gözəllik hakim olacaqdır. Bu isə dünyanın ən gözəl yerlərindən olan Urmu və onun taysız təbiətinin insanlara qazanılması ilə nəticələncəkdir.




  1. Bu işdən anlıyanlar, bölgə iqtisadi inkişaf və gəlişmə projələrindən az çox xəbəri olanlar bilirlərki, bu projənin böyük məsrəflərinə baxmıyaraq, bölgənin sayıla bilən iqtisadi projələrindən birinə dönüşmə imkanı var.

16

Əminəmki, azərbaycanlılar bu məsələyə inanaraq, yorulmadan möhkəm mübarizə aparsalar, Tehranın özünündə gücü çatmasa, dünya sərmayəsini oraya cəlb

edəbiləcək azərbaycanlılar az deyil.


  1. Bu yazının bitiş tarixi qorxunc Əvin tutsağında ağır şkəncələrə dirənən cənablar Əlirza bəy Sərrafi, Səid bəy Muğanlı, Həsən bəy Raşidi və Mehdi bəy Nəiminin azadlıq gününə rast gəlməsini uğur hesab edirəm. Məzlumiyət qılıncının bütün şəmşirlərdən iti olduğu fəlsəfəsinə bütün vücudumla inandığım kimi yaraların qaşınmasının közlərin körüklənməsinə gətirib çıxaracağına da inanıram. Tehran hakimiyətinin huşu varsa nə qədər tez başına gəlməsi bütün bölgə xalqlarının xeyrinədir fikrindəyəm. Milli haqlarımızın tanınıb verilməsində uduzan yox udan çox olacaqdır.

Azərbaycanın boynundakı məzlumiyət boyunduruğunu söküb atmaq üçün bütün çalışanlara özəlliklə zindanlarda dirənərək millətimizin gölnünü fəth edənlərə eşq olsun.

Gün ogün olsunki bu əzab əziyətlərin müsbət nəticələri ışarsın və millətimiz dünyada haqqi olan yerini tapsın. Zəncirlərin qırıldığı o gün sizləri millətin çiynində görərək “haray-haray” mən Türkəm qoşmasını eşitmək arzusu ilə yaşıyıram, sağ olun.
17
Yüklə 113,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə