Uşaq ədəbiyyatı xəzinəsindən



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə1/40
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54269
  1   2   3   4   5   6   7   8   9   ...   40



 

 

 

 

 

Uşaq ədəbiyyatı xəzinəsindən 

 

 

 

Firidun bəy Köçərli 

 

Biblioqrafiya 

 

 

 

 

 

 

 

Bakı-2014 

 

 




Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 



 

KBT   Я19:Ш+Ш5(2=Аз)7-44я1 

UOT   016:821.512.162+821.512.162 

 

Tərtibçilər:    

 

Nazilə Tahirova 

    Lelya 

Qafarova 

 

İxtisas redaktoru və  

buraxılışa məsul:  

Şəhla Qəmbərova

 

 



Ön sözün müəllifi:    

Zaman Əsgərli, 

 filologiya üzrə elmlər doktoru, 

                                               professor 

 

Redaktor:  

 

Gülbəniz Səfərəliyeva, 

Əməkdar mədəniyyət işçisi 

 

Firidun bəy Köçərli:  biblioqrafiya /tərt. N.Tahirova, 

L.Qafarova;  ixt. red. və burax. məsul  Ş.Qəmbərova; red. 

G.Səfərəliyeva; Firidun bəy Köçərli adına Respublika Uşaq 

Kitabxanası.- Bakı, 2014- 176 s.   



 

 

Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifpər-

vər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və  tərcüməçi Firidun bəy 

Əhmədağa oğlu Köçərlinin həyat və fəaliyətinin bütün dövrlərini əhatə 

edən biblioqrafiya iki hissədən ibarətdir. I hissədə F.Köçərlinin əsərləri; 

II hissə isə onun haqqında olan materiallar toplanmışdır. 

Kitab ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraf-

lar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 



 

 

ISBN 978 9952 460 47 6 

 

© F.Köçərli adına Respublika Uşaq Kitabxanası, 2014 

 

Áèáëèîãðàôèéà 

 



 



 

Firidun bəy Köçərlinin 150 illik yubileyi  

haqqında Azərbaycan Respublikası Prezidentinin  

Sərəncamı 

 

2013-cü ildə Azərbaycanın görkəmli  ədəbiyyatşünas alimi, 



tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və 

tərcüməçi Firidun bəy Əhmədağa oğlu Köçərlinin anadan olması-

nın 150 illiyi tamam olur. 

Firidun bəy Köçərli Azərbaycan  ədəbiyyatının tarixi inkişaf 

yoluna dair qiymətli mənbə  təşkil edən  əsərlər yaratmış  və 

çoxcəhətli zəngin fəaliyyəti ilə ictimai-mədəni fikrin təşəkkülünə 

mühüm töhfələr vermişdir. Ölkəmizdə  təhsil sisteminin milli 

əsaslar üzərində qurulması prosesində onun maarifçi ziyalı kimi 

apardığı işlər böyük əhəmiyyətə malikdir. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsi-

nin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan mədəniyyətinin 

inkişafı naminə xidmətlərini nəzərə alaraq, Firidun bəy Köçərli-

nin 150 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə 

qərara alıram: 

1.  Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Res-

publikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan 

Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçı-

lar Birliyinin təklifləri nəzərə alınmaqla, Firidun bəy Köçərlinin 

150 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata 

keçirsin.  

2.  Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərən-

camdan irəli gələn məsələləri həll etsin. 

 

İlham Əliyev, 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 14 fevral 2013-cü il 

 

                                        




Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 



 

 

Müqəddimə 

 

Firidun bəy Köçərli  ən müqtədir,  ən sevgili ədiblərimizdən 

biridir. Onu böyüklü, kiçikli hamı sevir. Mütəxəssislərin də  təs-

diqlədikləri kimi, folklorşünaslığın yaranması, şifahi xalq ədəbiy-

yatının toplanması, sistemləşdirilib nəşr olunmasında Firidun bəy 

Köçərlinin böyük xidmətləri olmuşdur. 

“Azərbaycan ədəbiyyatı”nın müəllifi Firidun bəy Köçərli öz 

xalqının bəşər mədəniyyəti xəzinəsinə verdiyi inciləri sərraf kimi 

tapıb qiymətləndirməyi bacarmış, Azərbaycan  ədəbiyyatının bö-

yük ideallarla, sağlam və yüksək hisslərlə  zəngin olduğunu ifti-

xarla təhlil və sübut etmişdir. Bu görkəmli şəxsiyyət ədəbiyyat ta-

riximizi yazmaqla bütün keçmişimizi diriltdi, şairlərimizin ülvi 

ruhlarını canlandırdı.   

Firidun bəy Köçərli ədəbi şəxsiyyətlər, bədii əsərlər, dərslik 

və tərcümələr haqqında, sülh və xalqlar dostluğu, qadın azadlığı, 

habelə  məişət mövzularında onlarla maraqlı, aktual məqalələri  

ilə dövrünün ən fəal publisistlərindən biri olmuşdur. 

Firidun bəy belə bir həqiqəti təsdiqləyirdi ki, “bir qövm və 

tayfa elmsiz və mərifətsiz olsa, bir o qədər ədəbiyyatı zəif və bi-

məzmun olacaqdır... Xalqın sərvət və dövləti,  şan və  şövkəti 

artdıqca, onun dili dəxi haman qərar üzrə tərəqqi və vüsət tapır və 

bir məqama çatır ki, millət qisim-qisim nağıl və hekayələr düz-

məyə, sinədən sözlər və mahnılar toxumağa başlayır.” 

Bu böyük şəxsiyyət M.F.Axundzadə  və M.Şahtaxtinskidən 

sonra Azərbaycan mədəniyyətinin inkişafı naminə  əlifba islahatı 

aparılması yolunda çalışan xadimlərdəndir. 

Azərbaycan ədəbiyyatı tarixinin bu yorulmaz və vətənpərvər 

tədqiqatçısı bir ədəbiyyatşünas kimi araşdırmalarına folklor nü-

munələrini yazıya almaqla başlamışdır. Şifahi xalq ədəbiyyatının 

növ və janr zənginliyini aşkarlayan görkəmli ədəbiyyatşünas alim 

qeyd edib ki, keçmişdə şan və qüvvət sahibi olan türk milləti öz 

məişətinə, ayin və adətinə dair yaratdığı nağıl və hekayələr, gözəl 

Áèáëèîãðàôèéà 

 



mənzumələr, hikmətamiz məsəllər, atalar sözləri, nazik mənalı 

müəmma və tapmacalar, körpələrin qəlbini açan düzgülər və ya-

nıltmaclar, heyvanat qisminə  məxsus sayaçı sözləri unudulmaq-

dadır. Böyük maarifpərvər bu unudulmaq təhlükəsini duyaraq 

folklorumuzu toplamağa başlamışdı. O dövrlərdə  məktəblərdə 

çalışan soydaşlarına yazdığı məktublarda toxunduğu məsələyə o, 

bir daha qayıdaraq göstərirdi: “O millət ki, öz tarixini, dolanaca-

ğını, vətənini və dilini sevir – bu qism əsərləri kəmali  şövq və 

diqqətlə  cəm edib sərmayə kimi saxlayır və  uşaqların ilk təlim-

tərbiyəsini onları öyrətməklə başlayır.” 

F.Köçərlinin fikrincə uşaq dünyası çox zəngindir. Uşaqlarda 

poetik duyum çox güclüdür. Onların təfəkkürü yazıçı təfəkkürünə 

uyğundur. Firidun bəy Köçərli gənc nəsli düzgün tərbiyə etmək, 

onda vətənə, xalqa, ana dilinə məhəbbət duyğuları oyatmaq üçün 

uşaqları  hələ kiçik yaşlarından  şifahi  ədəbiyyat nümunələri ilə 

tanış etməyi ilkin tərbiyə üsullarından sayır və bunu valideynlərə 

məsləhət görürdü. Heç təsadüfi deyil ki, o, çap etdirdiyi şifahi 

xalq  ədəbiyyatı nümunələri kitabına bu baxımdan çox mənalı 

olan “Balalara hədiyyə” adı vermişdir. 

1912-ci ildə çap olunan “Balalara hədiyyə” kitabçası   min-

lərlə oxucu tərəfindən rəğbətlə qarşılanır. “Balalara hədiyyə” haq-

qında Əli Sultanov yazırdı ki, “bu kitabdan vətən qoxusu, dağla-

rın ətri, köçərilərin tüstüsü gəlir”. Kazımoğluya görə, bu kitabda-

kı nağıl və hekayələr azərbaycanlıların ata-babadan qalma düzgü 

və tapmacaları, misal və nəğmələri “bizi keçmişimizlə aşina edir, 

bizi kəndimizə tanıtdırır və keçmişimizə qarşı bizdə milli bir 

duyğu oyandırır”. 

Abdulla Şaiq belə hesab edirdi ki, “bizim el ədəbiyyatımız o 

qədər vüsətlidir ki, onu yazmaqla qurtaracaq şeylərdən deyil. 

Millətimizin istedad və  məharəti – fitrilərinə  və  əhvali-ruhiyyə-

sinə  aşina olmaq istəyənlər möhtərəm Firidun bəy Köçərlinin 

“Balalara hədiyyə” kitabçasından istifadə edə bilərlər. O, ca-

maatımızın arasındakı nağıl, məsəl, tapmaca və  şeirləri bir yerə 

toplamaqla körpələrimizə böyük hədiyyə etmişdir”. 




Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə