UŞAQ ƏHALİSİ ARASINDA QULAQ, BURUN VƏ BOĞAZ
XƏSTƏLİKLƏRİ İLƏ MÜRACİƏTLƏRİN SƏVİYYƏSİ VƏ NOZOLOJİ
STRUKTURU
H.М.Rüstəmova⃰, N.M.Hüseynov
⃰email: ofakazimova@gmail.com
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu,
otorinolarinqologiya kafedrası, Bakı, Azərbaycan
Xülasə. Tibb xidmətlərinin keyfiyyəti və effektivliyi onların adekvat təşkilindən
asılıdır. Əhalinin sağlamlığının və həyatın keyfiyyətinin pisləşməsində qulaq, burun
və boğaz xəstəlikləri müstəsna rol oynayır. Ona görə də otorinolаrinqoloji yardımın
təşkilatı aspektləri, xüsusən əhalinin tələbatına müvafiq optimal inkişaf variantlarının
əsaslandırılması məsələləri aktualdır.
Məqsəd. Tədqiqatın məqsədi uşaq əhalisi arasında qulaq, burun və boğaz
xəstəlikləri ilə müraciətlərin səviyyəsi və nozoloji strukturunun optimal təmini
yollarının еlmi əsaslandırılmasıdır.
Materallar və metodlar. Müşahidələr Bakı şəhəri ambulator-poliklinika
müəssisələrinin bazasında aparılmışdır. Statistik müşahidə vahidi ambulator-
poliklinika müəssisələrinə qulaq, boğaz, burun xəstəlikləri ilə bağlı uşaq əhalisinin
müraciəti olmuşdur. Araşdırmalar ilkin qeydiyyat sənədləri əsasında retrospektiv
üsulla aparılmışdır. Tədqiqat zamanı alınmış bütün materiallar keyfiyyət
əlamətlərinin statistikası qaydalarına müvafiq fərdi kompyuterdə işlənmiş, intensiv və
ekstensiv kəmiyyətlər, onların standart və orta xətaları, etibarlıq intervalları, dürüst-
lüyü müəyyənləşdirilmişdir.
Nəticələr. Uşaqların ambulator-poliklinika müəssisələrinə müraciəti əsasında
hesablanmış xəstələnmə göstəricisinin səviyyəsinin əsas səciyyələri müəyyən
olunuraq aşağıdakı nəticələrə gəlmək mümkündür: xəstələnmənin ümumi səviyyəsi
yaşla bağlı dürüst dəyişir, yaş artdıqca xəstələnmə azalır; bütün yaş və cins
qruplarında xəstələnmə hadisələrinin böyük əksəriyyəti həkim pediatrın qəbulunda
qeydə alınmış kəskin tonzillit və nazofaringitlə bağlıdır; xəstələnmənin yaşla bağlı
2
azalması əsasən kəskin tonzillit, nazofaringit və otitin səviyyəsinə görə daha çox
özünü biruzə verir.
Açar sözlər: uşaq əhalisi, nozoloji struktur, qulaq-burun-boğaz
Giriş. Əhaliyə göstərilən tibb xidmətlərinin səmərəli təşkili, müvafiq kadr və
maddi ehtiyatların optimal planlaşdırılması və tibbi profilaktikasının əsas istiqamət və
prioritetlərini müəyyənləşdirmək üçün ilk növbədə xəstəliklərin əhali arasında
yayılması və risk amillərini öyrənmək zəruridir.
Oulaq və məməvari çıxıntı xəstəliklərinin yayılması barədə məlumatlar əsasən
əhalinin sağlamlığına həsr olunmuş tədqiqatlarda xəstələnmənin bir qrupu kimi
təqdim olunur. Belə ki, dispanser müşahidəsinin materialları əsasında müəyyən
olunmuşdur ki, Maxaçqalada hər 1000 uşağa 2475,9 xəstəlik düşür və onlardan
329,5-i qulaq və məməvari çıxıntı patologiyalarıdır (13,2%). Poliklinikalara müraciət
materiallarında xəstəliklər arasında qulaq və məməvari çıxıntı patologiyalarının
xüsusi çəkisi 1,1-1,4% olmuşdur. Bir yaşa qədər uşaqların bütün xəstəliklərinin
(685,9‰) 1,2%-i qulaq və məməvari çıxıntı patologiyalarının (8,4‰) payına düşür
[1-5]. Krasnodarda uşaq əhalisi arasında il ərzində hər 1000 uşağa görə 1448-1525
ilkin xəstələnmə hadisəsi qeydə alınmışdır. Qulaq və məməvari çıxıntı xəstəliklərinin
səviyyəsi 47-52‰ olmuş və onların xüsusi çəkisi 3,2% təşkil etmişdir. Ümumi
xəstələnmə göstəricisi müvafiq olaraq 1909-1944‰ və 61,57-61,98‰ olmuşdur.
Beləliklə ümumi xəstələnmə hadisələrinin də 3,2%-i qulaq və məməvari çıxıntı
patologiyaları ilə bağlıdır [6].
Tədqiqatın məqsədi. Uşaq əhalisi arasında qulaq, burun və boğaz xəstəlikləri
ilə müraciətlərin səviyyəsi və nozoloji strukturunun optimal təmini yollarının еlmi
əsaslandırılmasıdır.
Tədqiqtın material və metodları. Müşahidələr Bakı şəhəri ambulator-
poliklinika müəssisələrinin bazasında aparılmışdır. Statistik müşahidə vahidi
ambulator-poliklinika müəssisələrinə qulaq, boğaz, burun xəstəlikləri ilə bağlı uşaq
əhalisinin müraciəti olmuşdur. Araşdırmalar ilkin qeydiyyat sənədləri əsasında
retrospektiv üsulla aparılmışdır. Tədqiqat zamanı alınmış bütün materiallar keyfiyyət
əlamətlərinin statistikası qaydalarına müvafiq personal kompyuterdə işlənmiş,
3
intensiv və ekstensiv kəmiyyətlər, onların standart və orta xətaları, etibarlıq
intervalları, dürüstlüyü müəyyənləşdirilmişdir [7] .
Alınmış nəticələr və onların müzakirəsi. Müraciətlə bağlı xəstələnmənin
səviyyəsi və nozoloji strukturu əhalinin yaşından ciddi asılı olduğuna görə aldığımız
materiallarda uşaq (0-14 yaş) əhalisinin müvafiq göstəriciləri ayrılıqda verilmiş və
təhlil olunmuşdur.
Qulaq, burun və boğaz xəstəlikləri ilə tibb müəssisələrinə müraciətlə bağlı
xəstələnməni öyrənmək üçün müşahidə vahidi kimi pasiyentin konkret məqsədlə
müraciəti götürülmüşdür.
Uşaqların qulaq, burun və boğaz xəstəlikləri ilə bağlı ambulator poliklinika
müəssisələrinə müraciətlərinin tezliyi cədvəldə verilmişdir.
Göründüyü kimi, müraciətlərin böyük əksəriyyəti kəskin tonzillit (angina) və
kəskin nazofaringit ilə bağlı həkim pediatrlara olunmuşdur (bütün patologiyaların
89,9%-i). Qulaq, burun və boğaz xəstəliklərinin az qismi (10,1%) ilə həkim-
otorinolarinqoloqlara müraciət olunmuşdur. Bütün səbəblərlə bağlı oğlanların və
qızların müraciətlərinin səviyyəsi biri-birinə çox yaxındır və statistik dürüst
fərqlənmirlər (p>0,05). (Şəkil)
Şəkil. Qulaq, burun,boğaz xəstəliklər ilə müraciətlərinin həkimlər üzrə bolgüsü
Xəstələnmənin ümumi səviyyəsi orta hesabla hər 100 uşağa görə 65,7
(oğlanlarda 65,7±2,2; qızlarda 65,5±2,3) olmuşdur. Göstəricinin ən yüksək səviyyəsi
0-4 yaş intervalında (80,4 hər 100 müvafiq yaşlı uşağa görə), ən aşağı səviyyəsi isə
89,9
10,1
Pediatr
Otorinolarinqoloq
4
10-14 yaş intervalında (48,9 hər 100 müvafiq yaşlı uşağa görə) qeydə alınmışdır.
Qulaq, burun və boğaz xəstəlikləri ilə bağlı müraciətlərin uşaqların ayrı-ayrı yaş
qruplarındakı səviyyəsi biri-birindən statistik dürüstlüklə fərqlənir (p<0,001). Bu
xəstəliklərdən həkim otorinolarinqoloqun payına düşən müraciətlərin xüsusi çəkisi
(orta hesabla 10,1%; 0-4; 5-9 və 10-14 yaş intervallarında müvafiq olaraq: 9,4; 10,6
və 10,4%) bütün yaş intervallarında statistik dürüst fərqlənməmişdir. Ən çox
müraciətlərə səbəb olan kəskin nazofaringitlərdir: orta hesabla hər 100 oğlan və qıza
görə müvafiq 50,3±2,3 və 50,2± 2,4 xəstələnmə hadisəsi qeydə alınmışdır.
Cədvəl. Qulaq, burun və bogaz xəstəlikləri ilə uşaqların müraciətlərinin səviyyəsi
(hər 100 nəfərə görə)
Bu patologiya ilə bağlı müraciətlərin səviyyəsi 0-4 və 5-9 yaş intervallarında
(hər 100 müvafiq oğlan və qıza görə 62,2± 4,2 və 61,5± 4,3; 55,7±4,2 və 56,1±4,3;
37,2± 3,6 və 37,4±3,7) bir-birindən statistik dürüst seçilir və yaş artdıqca azalır. Qeyd
olunan yaş və cins qruplarında kəskin tonzillitlə bağlı müraciətlərin tezliyi 0-4
(11,1±2,7 və 10,8±2,7) və 5-9 (10,0±2,5 və 9,1±2,5) yaş uşaqların qulaq, burun,
boğaz xəstəlikləri ilə bağlı həkimə müraciəti intervallarında praktik eynidir (p>0,05)
Mütə-
xəssis
Diaq-
nozlar
Yaş və cins qrupları
0 - 4
5 - 9
10 - 14
Cəmi
oğlan
n =135
qız
n=130
oğlan
n=140
qız
n =132
oğlan
n =130
qız
n=174
oğlan
n=455
qız
n=436
Pediatr
(89,9%)
Kəskin
tonzilit
15
1,1±2,7
14
10,8±2,7
14
10,0±2,5
12
9,1±2,5
13
7,2±1,9
10
5,8±1,8
42
9,2±1,4
36
8,3±1,3
Kəskin
nazofa-
ringit
84
62,2±4,2
80
61,5±4,3
78
55,7±4,2
74
56,1±4,3
67
37,2±3,6
65
37,4±3,7
229
50,3±2,3
219
50,2±2,4
Otorino
-larin-
qoloq
(10,1%)
Kəskin
otit
6
4,4±1,8
7
5,4±2,0
4
2,9±1,4
3
2,3±1,3
1
0,6±0,6
1
0,6±0,6
11
2,4±0,7
11
2,5
Xroniki
tonzilit
-
-
-
-
2
1,4±1,0
3
2,3±1,3
3
1,7±1,0
4
2,3±1,1
5
1,1±0,5
7
1,6±0,6
Digər
xəstəlik-
lər
3
2,2±1,3
4
3,1±1,5
4
2,9±1,4
5
3,8±1,7
5
2,8±1,2
4
2,3±1,1
12
2,6±0,8
13
3,0±0,8
Cəmi
9
6,7±2,2
11
8,5±2,4
10
7,1±2,2
11
8,3±2,4
9
5,0±1,6
9
5,2±1,7
28
6,2±1,1
31
7,1±1,2
Yekun
108
80±3,4
105
80,8±3,5
102
72,9±3,8
97
73,5±3,8
89
49,4±3,7
84
48,3±3,8
299
65,7±2,2
286
65,6±2,3
5
və 10-14 ya intervalı ilə müqayisədə (7,2±1,9 və 5,8±1,8) statistik dürüst yüksəkdir
(p<0,05).
Həkim-otorinolarinqoloqa müraciətlə bağlı qeydə alınmış qulaq, burun və
boğaz xəstəliklərinin tezliyi ayrı-ayrı yaş və cins qruplarında 5,0±1,6 – 8,5±2,4 (hər
100 nəfərə görə) arasinda dəyişir və onlar arasında statistik dürüst fərq aşkar edilmir
(p>0,05).
Kəskin otitlə xəstələnmə müqayisə olunan qruplarda 0,6-4,4 arasında (hər 100
nəfərə görə) dəyişir və onun yaşla bağlı azalması statistik dürüstdür (p<0,05).
Beləliklə, uşaqların ambulator-poliklinika müəssisələrinə müraciəti əsasında
hesablanmış xəstələnmə göstəricisinin səviyyəsinin əsas səciyyələri müəyyən olunur:
xəstələnmənin ümumi səviyyəsi yaşla bağlı dürüst dəyişir, yaş artdıqca
xəstələnmə azalır;
bütün yaş və cins qruplarında xəstələnmə hadisələrinin böyük əksəriyyəti
həkim pediatrın qəbulunda qeydə alınmış kəskin tonzillit və nazofaringitlə
bağlıdır;
xəstələnmənin yaşla bağlı azalması əsasən kəskin tonzillit, nazofaringit və
otitin səviyyəsinə görə daha çox özünü biruzə verir.
6
Ədəbiyyat
1.
Муспахова Э.М. Анализ заболеваемости детского населения по данным городских
поликлиник // Проблемы социальной гигиены, здравоохранения и истории
медицины.-2006.-№ 4.-с. 12-14.
2.
Портенко Е.Г. Разработка комплексной диагностики и контроля лечения
хронического тонзиллита на основе метода инфракрасной спектрометрии. Автореф.
дисс. ...докт. мед.наук. СПб. 2007. 45с.
3.
Портенко Е.Г., Каргаполов А.В. Диагностика хронического тонзиллита //
Верховолжский медицинский журнал.-2006 № 1-2.с. 11-13.
4.
Портенко Е.Г., Портенко Г.М. Влияние питания и техногенного воздействия на
частоту заболеваемости хроническим тонзиллитом в подростковом возрасте /
Человек, питание, здоровье. Материалы международной научной конференции. М.
2006.-с. 282-284.
5.
Портенко Е.Г., Портенко Г.М. О пути решения проблемы хронического тонзиллита у
детей / Здоровье молодежи и будущее России. Тверь.-2006.-с. 140-141.
6.
Петручук О.Е., Щепин В.О., Бедрин А.В., Лещева Г.А. Демографическая ситуация и
заболеваемость неинфекционными болезнями населения Краснодара // Проблемы
социальной гигиены, здравоохранения и истории медицины.-2006.- № 5. с. 30-34.
7.
Гланц С. Медико-биологическая статистика. Москва. Практика. 1999 г. 459 с.
РЕЗЮМЕ
УРОВЕНЬ И НОЗОЛОГИЧЕСКАЯ СТРУКТУРА ОБРАЩАЕМОСТИ
СРЕДИ ДЕТСКОГО НАСЕЛЕНИЯ В СВЯЗИ ЗАБОЛЕВАНИЯМИ УХО,
ГОРЛО И НОСА
Рустамова Г.М., Гусейнов Н.М.
Азербайджанский государственный институт усовершенствования врачей
имени А.Алиева, кафедра оторинолорингологии, Баку, Азербайджан
Качество и эффективность медицинских услуг зависит от их адекватной организации.
Болезни уха, горла и носа играет исключительную роль в ухудшении качества жизни и
здоровья населения. Поэтому аспекты организации оториноларингологической помощи, в
частности обоснования оптимальных вариантов по вопросам развития соответствующей
потребностям населения является актуальным.
Цель: Научное обоснование и обеспечение оптимальных путей уровня и нозологическая
структура обращаемости среди детского населения в связи заболеваниями ухо, горло и носа.
Материалы и методы исследования. Исследования проводились на базе амбулаторно-
поликлинических учреждений города Баку. Единицей статистического наблюдения явилась
обращение детского населения по поводу болезней уха, горло и носа в амбулаторно-
поликлиническую учреждение. Исследование проводились ретроспективно на основе
первичных учѐтных документов.
Результаты. Общий уровень заболеваемости в связи с возрастом меняется, рост
заболеваемости с возрастом уменьшается. В большинстве случаях зарегистрированных во
всех возрастных и половых группах на приема у врача педиатра связаны с острым
тонзиллитом и назофарингитом.
7
Ключевые слова: детская населения, нозологическая структура, ухо-горло-нос
SUMMARY
LEVEL AND NOSOLOGICAL STRUCTURE OF NEGOTIABILITY AMONG
THE CHILDREN'S POPULATION DUE TO EAR, THROAT AND NOSE
DISEASES
G.M.Rustamova, N.M.Huseynov
Azerbaijan state advanced training institute for doctors named by A.Aliyev,
department of otorinolaringology, Baku, Azerbaijan
Quality and efficiency of medical services depends on their adequate organization. Diseases of ear,
throat and nose play an exclusive role in deterioration of life and health of the population.
Therefore, aspects of the organization of otolaryngology help are actual in particular justifications
of optimum options concerning development corresponding to requirements of the population.
Purpose: Scientific justification and providing optimum ways of level and nosological structure of
negotiability among the children's population due to an ear, throat and nose diseases.
Materials and methods. Researches were conducted on the basis of out-patient and polyclinic city
institutions of Baku. Unit of statistical supervision was the appeal of the children's population
concerning ear, throat and nose diseases in out-patient and polyclinic establishment. Research was
carried out retrospectively on the basis of primary registration documents.
Results. The general incidence changes in connection with age, incidence growth decreases with
age. In the majority the cases registered in all age and sexual groups on reception at the pediatrician
are connected with sharp tonsillitis and nasopharyngitis.
Keywords: children's population, nosological structure, ear-throat-nose.
Dostları ilə paylaş: |