Uşaq hüquqları Plan



Yüklə 12,78 Kb.
tarix19.11.2017
ölçüsü12,78 Kb.
#11186

Gəncə Şəhər MKS-nin şöbə və filiallarında 2010-cu ildə Uşaq hüquqlarının təbliği ilə əlaqədar keçiriləcək tədbirlər

Planı


Hüquq ən mürəkkəb ictimai hadisələrdəndir. Hüquq anlayışının öyrənilməsi, onun mahiyyətinin izahının verilməsi əsrlərdən bəri davam edir. Bu da təbii və başadüşüləndir. Hüquqa baxışlarda insanların cəmiyyət, onunmeyarları və mənəvi dəyərləri barədə təsəvvürləri əks olunur. Hüquq həmçinin ictimai münasibətlərin əsas nizamlayıcısıdır və onun əsas xüsusiyyəti hüquq normalarının ümumməcburi xarakteridir. Bu da o deməkdir ki, hüquq normalarının müəyyənləşdirilməsi zordan istifadəni də nəzərdə tutur. Bunsuz hüquq ictimai münasibətlərin digər nizamlayıcılarından heç nə ilə fərqlənməz.

Artıq qeyd etdik ki, dövlət kimi hüquq da ictimai inkişafın məhsuludur.

Demokratik inkişaf yolu tutandövlətlərdə insanın hüquq və azadlıqları qanunla müdafiə olunur və fərd öz hüquqlarını reallaşdırarkən problemlərlə qarşılaşmır. İnsan hüquqları fərdin özünəməxsusluğu, bütövlüyü və azadlığı ilə bağlıdır. Sadalanan amillər qruplaşdırılarkən ən böyük pay uşaqlara düşür.

Azərbaycanda uşaqlar dövlətin daim diqqət mərkəzindədir. Məhz bu səbəbdən də Azərbaycan Respublikası müstəqilliyinin ilk ilindən Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulmuş və həmin beynəlxalq sənədin müddəalarına uyğun olaraq öz öhdəliklərini tam həcmdə yerinə yetirir. Uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlətin uşaqlara qayğısının gücləndirilməsi və bu problemə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması, eləcə də körpələrlə bağlı demoqrafik perspektivlərin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2008-ci il tarixli sərəncamı ilə 2009-cu il ölkəmizdə “Uşaq ili” elan edilmişdir.

Hər bir uşaq yaşamaq üçün ayrılmaz hüquqa malikdir. Buna görə dövlət uşağın sağ qalmasını və inkişafını təmin etməyə borcludur. Uşaqlar öz valideynləri ilə yaşamaq , öz baxışlarını azad ifadə etmək hüququna malikdirlər. Özü də həmin uşaqla bağlı hər hansı məsələnin həlli zamanı bu baxışlara diqqət yetirilməlidir.

Uşaq hüquqlarının müdafiəsi problemi həmişə ictimaiyyəti maraqlandıran bir məsələ olmuşdur. Dünyanın bir sıra ölkələrində bu məsələ ilə ciddi məşğul olunur. Azərbaycanda da uşaq hüquqlarının müdafiəsi ilə bağlı mühüm addımlar atılmış, bir sıra qərar və qanunlar qəbul edilmişdir. İctimaiyyəti bu cəhətdən maarifləndirmək, onları öz hüquqları barədə məlumatlandırmaq kitabxanaların üzərinə düşən mühüm vəzifələrdən biridir.

Bildiyimiz kimi bir çox uşaq bəzi hallarda müdafiə oluna bilmədiyi üçün onların hüquqları pozulur. Bu məqsədlə kitabxanaçıların uşaqlara müəyyən məsləhətlər verməsi, onları bu cəhətdən maarifləndirmələri gələcəkdə müsbət nəticə verə bilər. Kitabxanaçıların aşağıdakı məsələlərlə bağlı məsləhət verməsi məqsədə müvafiqdir.


  1. Uşaq evdə tək olduğu zaman nə etməlidir?

  2. Uşaq küçədə necə davranmalıdır? Və s.

Uşaq hüquqlarına dair ədəbiyyatın təbliği məqsədi ilə MKS – şöbə və filiallarında aşağıdakı tədbirlərin keçirilməsi nəzərdə tutulur.

1.Siz öz hüquqlarınızı bilirsinizmi? (Sual-cavab).

2.Uşaq hüquqlarını necə müdafiə edirik. (Söhbət).

3.M.Ə.Sabirin “Oxutmuram əl çəkin”, C.Məmmədquluzadənin “İki alma”, R.Rzanın “Çörək satan qızlar” əsərləri (Ucadan oxu).

4.Mənim hüquqlarım.(Söhbət).

5.Uşaq hüquqlarının müdafiəsi dünyada və Azərbaycanda.(Söhbət).

6.Bütün uşaqlar bərabər hüquqa malikdirlər.(Söhbət).

7.Ceyms Qrinvudun “Balaca səfil”, Cariz Dikkensin “Qliver Tvist” əsərləri.(Ucadan ozu).

8.Hüquq, azadlıq, bərabərlik (Söhbət).

9.Uşaqların rifahı və müdafiəsi naminə, Uşaq hüquqları bəyannaməsi (Ucadan oxu).



10.Hüquq azadlıq ölçüsüdür.(Söhbət).

  1. Sənin hüquqların toxunulmazdır.(Söhbət).

  2. Xoşbəxt olsun uşaqlar. (Ədəbi-bədii gecə).

  3. Uşaqların hüququnu qorumaq hər birimizin borcudur.(Sual-cavab gecəsi).

  4. Uşaq hüquqları hamı üçün (Dəyirmi masa).

  5. Beynəlxalq uşaq hüquqlarının müdafiəsi günü (Söhbət).

  6. Bütün uşaqlar bərabər hüquqa malikdirlər.(Söhbət)

  7. Uşaq hüquqları necə qorunur (Sual-cavab). Və s.



Yüklə 12,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə