Uşaq hüquqlari üZRƏ



Yüklə 8,96 Kb.
tarix19.11.2017
ölçüsü8,96 Kb.
#11187


1 IYUN UŞAQLARIN BEYNƏLXALQ MÜDAFIƏSI GÜNÜNƏ

HƏSR EDILMIŞ TƏDBIRLƏ BAĞLI

MƏLUMAT
Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı 2002-ci ildə yaranmış və özündə uşaq problemləri ilə məşğul olan QHT-lər və uşaq qruplarını birləşdirən yeganə milli şəbəkədir. Yarandığı dövrdən etibarən QHT Alyansı Azərbaycanda uşaqların problemlərinin həllinə səy göstərmiş, BMT-nin müxtəlif agentliklərinin dəstəyilə və Azərbaycan hökumətinin müxtəlif qurumları ilə əməkdaşlıqda xeyli proqram və layihələr həyata keçirmişdir. 2005-ci ildə QHT Alyansı UNİCEF, Save the Children, World Vision International , ATƏT-in Bakı ofisi, Böyük Britaniya səfirliyi və Kanadanın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyilə ilk dəfə olaraq BMT-nin Uşaq Hüquqları Komitəsinə Azərbaycanda Uşaqların vəziyyətinə dair 45-dən artıq QHT və uşaq qruplarının kollektiv fikrini təmsil edən hesabat hazırlamış və təqdim etmişdir.
Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı əhatə etdiyi 85-dən çox təşkilatın fəaliyyətlərini əlaqələndirməklə yanaşı, uşaqların hüquqlarının daha yaxşı müdafiə olunması və təbliğinin gücləndirilməsi məqsədilə paytaxt Bakı da daxil olmaqla, Azərbaycanın müxtəlif regionlarında layihələr və sosial yönümlü tədbirlər təşkil edir, QHT-lərin fəaliyyətinə dəstək olur.
Bildiyiniz kimi, 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı Azərbaycanda uşaq və gənclərin problemlərinə cəmiyyətin diqqətini cəlb etmək, onların həllində bütün qurumların səfərbər olmasına nail olmaq, uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlərə dair məlumatı ictimaiyyətə çatdırmaq, habelə bu proseslərdə uşaqların iştirakını təmin etmək məqsədilə 1 İyun 2013-cü il tarixində Səbail Rayon İcra Hakimiyyəti və “World Vision International” təşkilatının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə uşaqlara həsr edilmiş tədbir (uşaqların müxtəlif əl işləri, rəsm sərgisi, idmançıların nümunəvi çıxışları, uşaq öz fəaliyyət dərnəklərinin çıxışları və s.) keçirilmişdir.

Tədbirdə dövlət qurumları, biznes və beynəlxalq təşkilatlarının, səfirliklərin və uşaq sahəsində çalışan QHT-lərin nümayəndələri iştirak etmişdilər.


Tədbir 1 İyun 2013-cü il, saat 11.00 tarixində Səbail rayonunda yerləşən Sahil bağında keçirilmişdir.
Əlaqə məlumatı:

Ruhanə Əhmədova

Tel: 012 493-21-42

Fax: 012 493-21-42

Mobil tel:(994 50) 592 92 33

e-mail: reliablefuture@ymail.com




Ünvan: Tel: (994-12) 493-21-42 E-poçt: nzseidov@yahoo.com

Nizami küç. 185, AZ-1010 Faks: (994-12) 493-21-42 ngo_alliance@yahoogroups.com

Bakı, Azərbaycan Mobil tel: (994-55) 616 69 64



Yüklə 8,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə