2
Tərtibçilər: Aynurə Əliyeva
Sevil Əhmədova
Redaktor: Səməd Məlikzadə
İxtisas redaktoru və Şəhla Qəmbərova
buraxılışa məsul: Əməkdar Mədəniyyət işçisi
“Azərbaycan mətbuatının məşəli- Zərdabi” metodik vəsait /
tərt.ed.: A.Əliyeva; red. S.Məlikzadə; ixt. red. və burax. məsul
Ş.Qəmbərova; F.Köçərli adına Respublika Uşaq Kitabxanası.-
Bakı, 2017. - 50s.
©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2017
3
Tərtibçidən
Hər hansı ölkə ilə işgüzar, iqtisadi münasibətlər qurmazdan
əvvəl onun hansı dəyərlərə sahib olduğunu anlamağa çalışırsan.
Maddi dəyərlərini araşdırmazdan əvvəl həmin ölkənin milli-
mənəvi dəyərlərini qiymətləndirirsən. Hər dəfə də əmin olursan
ki, maddi dəyərlər yalnız tutarlı, zəngin ənənəli milli-mənəvi
dəyərlər mövcud olduğu halda mümkündür. Əsrlər boyunca
Azərbaycanın müdrik oğulları qeyri-maddi, mənəvi dəyərlərin
yaradılması üçün yorulmadan, əzmlə çalışıb. Bu gün müasir
cəmiyyəti mətbuatsız, mədəniyyətsiz, təhsilsiz, iqtisadi və siyasi
nailiyyətlər olmadan təsəvvür etmirik. İstər mədəni, istər işgüzar
münasibətlərin qurulmasında biz o ənənələrə söykənirik.
Arxalandığımız bu kimi keyfiyyətləri qorumaq, onların təbliğ
olunmasını, unudulmamasını təmin etmək bizim vətəndaş
borcumuzdur. Vaxtılə milli dəyərlər yaradanlar indi artıq özləri
Azərbaycanın milli dəyərinə çevrilib. Hesab edirəm ki, ölkənin
maddi dəyərlərinin yaradılmasında iştirak edənlər hər şeydən
əvvəl milli dəyərləri yaradan insanları xatırlamalı, onların
tanıdılmasına və təbliğ olunmasına dəstək göstərməlidir. Onlar
sübut etdi ki, maddi dəyərlər tükənə bilər, mənəvi dəyərlər isə
əsla! Xoşbəxtlikdən bu tendensiya ölkə rəhbərliyi tərəfindən hər
zaman önə çəkilir və aşılanır. Bu vəsait Azərbaycan xalqının ilk
ali təhsilli müəllimi, milli teatrın və milli mətbuatın qurucusu,
xeyriyyə
cəmiyyətinin
banisi,
millətin
mənəvi
atası,
ensiklopedik biliyə malik, müsəlman dünyasının ilk təbiətşünas
alimi, dahi şəxsiyyət Həsən bəy Zərdabiyə həsr olunur.
Azərbaycanın böyük oğullarından biri olan Zərdabinin həyat və
yaradıcılığına həsr olunan bu vəsait iki hissədən ibarətdir. I hissə
“Zərdabiçilik-millətə təmənnasız xidmət örnəyi”, II hissə isə
“Azad sözün sevinci və acısı” adını daşıyır.
4
Zərdabiçilik-millətə təmənnasız xidmət örnəyi
Həsən bəy Zərdabi (Məlikov) 1837-ci il iyunun 28-də
Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur. İlk
təhsilini mollaxanada almış, sonra Şamaxı şəhər məktəbində
oxumuş, orta təhsilini isə Tiflisdə tamamlamışdır. 1861-ci ildə
Moskva Universitetinə imtahansız daxil olmuş, dörd il sonra
həmin universitetin təbiət-riyaziyyat fakültəsini bitirmişdir. Ali
təhsil ocağında oxuduğu müddətdə tələbələr arasında xüsusi
olaraq seçildiyinə görə fakültəni əla qiymətlərlə başa vurduqdan
sonra elmi iş üçün universitetdə saxlanılması qərarı qəbul
edilmişdir. Lakin vətəninə olan sonsuz məhəbbəti, xalqına,
millətinə xidmət etmək arzusu onu Azərbaycana çəkib
gətirmişdir. Bir müddət Tiflisdə qulluq edəndən sonra Qubada
məhkəmədə işləmiş, daha sonra 1869-cu ildə Bakıya gələrək
burada rusca orta məktəbdə təbiətdən dərs deməyə başlamışdır.
Mütərəqqi fikirlərinə görə dəfələrlə təqib edildiyindən
müəllimlikdən əl çəkmiş, xalqı üçün geniş mədəni tədbirlər
həyata keçirmək uğrunda fəaliyyətə başlamışdır. Vaxtilə
evlərində keçirilən şeir və musiqi həvəskarlarının məclisləri
onda dərin iz buraxmışdır. Həsən bəy Zərdabi Azərbaycan
peşəkar teatrının yaradıcılarındandır. Onun rəhbərliyi və
dramaturqlardan Nəcəf bəy Vəzirov ilə Əsgər ağa Adıgözəlovun
fəal iştirakı ilə 1873-cü ildə M.F.Axundovun “Hacı Qara” və
“Lənkəran xanının vəziri” komediyaları tamaşaya qoyulmuşdur.
O, zəhmətkeş kütlələrin xoşbəxtlik və tərəqqisini elmdə görmüş,
elmin, təhsilin həyatla əlaqəsinə böyük əhəmiyyət vermişdir.
Həsən bəy Zərdabi geniş ictimai fəaliyyət göstərmiş,
N.Nərimanov
ilə
birlikdə
1906-cı
ildə Azərbaycan
müəllimlərinin Bakıda keçirilmiş birinci qurultayının işində
yaxından
iştirak
etmişdir.
Azərbaycan
qadınlarının
maariflənməsinə xüsusi əhəmiyyət vermiş, 1901-ci ildə Bakıda