Uşaq Kitabxanası



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə1/6
tarix28.06.2018
ölçüsü0,78 Mb.
#52018
  1   2   3   4   5   6


                           

        

F.Köçərli adına Respublika

Uşaq Kitabxanası

 

 

 

 

 

Ədalət carçısı 

 

            

Viktor Hüqonun   215 illik yubileyi münasibətilə  mərkəzi 

               kitabxanaların  uşaq  şöbələri, MKS-nin  şəhər, qəsəbə, 

               kənd  kitabxana  filialları üçün  hazırlanmış   metodik  vəsait 

 

 



 

                                          Bakı-2017 


 

Tərtibçilər:                                       Lalə Qəmbərova                                           



 

                                              Sevil Əhmədova   

 

 

İxtisas  redaktoru  və                       Şəhla Qəmbərova 



buraxılışa  məsul:                              Əməkdar Mədəniyyət işçisi                                     

                                                          

 

 



Ədalət carçısı: metodik  vəsait  / tərt.ed. L.Qəmbərova;  ix.  red. 

və burax.  məsul  Ş.Qəmbərova;  F.Köçərli  adına  Respublika 

Uşaq Kitabxanası.-  Bakı,  2017.-28s.  

                                                                                                                                

  

 

 



 

 

     



 

 

 

 

      ©F. Köçərli adına  Respublika Uşaq Kitabxanası,  2017 


 

                                       Tərtibçidən 

Dünya  ədəbiyyatının  ən  məşhur  simalarından  olan  Viktor 

Hüqo  bir  yazıçı  və  şəxsiyyət  kimi  XIX  əsr  tarixinin  və  hər 

şeydən  əvvəl  fransız  ədəbiyyatının  parlaq bir səhifəsidir.  Fransız 

mədəniyyəti  tarixində  o, öncə şair, daha sonra isə roman  və dram 

əsərlərinin  müəllifi  kimi,  dünyada  isə  ilk  növbədə  romançı  kimi 

tanınır. 

Geniş  yaradıcılığa 

malik  olan  Viktor  Hüqo  burjua 

cəmiyyətinin  rəzalətləri  ilə  barışmayıb  onun  fövqünə  qalxan, 

zülmə,  istismara,  haqsızlığa  nifrət  edən,  azadlıq,  bərabərlik, 

haqq-ədalət 

axtaran 


nəcib, 

təqlidə 


layiq 

qəhrəmanlar 

yaratmışdır.  O,  öz  əsərlərində  mövcud  cəmiyyətin  şiddətli 

istismarına  və zülmünə  məruz  qalan  siniflərin  əhval-ruhiyyəsini, 

onların  mübarizəsini  əks etdirmişdir. 

V.Hüqonun  əsərləri  öz dərin  bəşəri  məzmunu,  yüksək  mənəvi 

amalı,  bədii  kamilliyi  ilə  həmişə  olduğu  kimi,  bu  gün  də bütün 

dünya  oxucularını  həyəcanlandırır,  tərəqqi,  insan  şərəfi  və 

ləyaqəti  uğrunda  mübarizədə  onlara  yaxından  kömək  edir. 

Hüqo dühası,  Hüqo  irsi  yer üzünün  bütün  xalqları  üçün  doğma 

və əzizdir. 

Dünya  ədəbiyyatının  inkişafında  mühüm  xidmətləri  olan 

fransız  yazıçısı  V.Hüqonun  anadan  olmasıın  215  illiyi 

münasibətilə  hazırladığımız  bu  vəsaiti  oxucuların  ixtiyarına 

veririk. 

Bu  vəsaitin 

yazılmasında  məqsəd  məktəbli  və 

yeniyetmələrdə,  gənclərdə  onun  haqqında  olan  məlumat ı 

genişləndirmək,  təhsil,  mədəniyyət  müəssisələrində  keçiriləcək 

tədbirlərə  köməklik  göstərməkdən  ibarətdir. 

 

 

 



 

                   Viktor  Hüqonun  həyat və yaradıcılığı 

Dünya  ədəbiyyatının  ən  görkəmli  simalarından  olan  Viktor 

Hüqo  1802-ci  il  fevralın  26-da  Fransanın  gözəl  Bezanson 

şəhərində  Napoleon  ordusunun  batalyon  komandiri  Leopold 

Sijisberin  ailəsində  anadan  olmuşdur. 

Abel  və  Ejendən  sonra  ailənin  üçüncü  övladının  adı  Hüqolar 

ocağının  yaxın  dostu  general  Viktor  Laqoritin  şərəfinə  Viktor 

qoyulmuşdur.  Yaxşı  savada  və  dünyagörüşünə  malik  Hüqonun 

anası  Sofi  uşaqların  tərbiyəsilə  məşğul  olmuşdur. 

Hüqo  1817-ci ildə  Lui  Po Qran liseyinə  daxil  olmuş  və həmin 

dövrdən  də  ədib  əsl  yaradıcılıq  yoluna  qədəm  qoymuşdur.  Bu 

vaxta  qədər  ədəbi  aləmdə  şeirləri  ilə  tanınan  Hüqo  bir  il  sonra 

ilk  böyük  əsərini  –  “Büq  Jarqal”  povestini  yazmışdır.  Əsəri 

ədəbiyyat  aləminə  nəhəng  bir simanın  gəldiyini  xəbər vermişd ir. 

1822-ci  ildə  Hüqonun  “Mədhiyyələr  və  müxtəlif  şeirlər”  adlı 

ilk  kitabı  çapdan  çıxmışdı.  Həmin  ildə  ədibin  həyatında  mühüm 

hadisə  baş  vermişdi.  O, hələ  uşaqlıqdan  tanıdığı  Adel  Fuşe  ilə 

ailə  həyatı  qurmuşdu.  Onu  da  xatırlatmaq  lazımdır  ki,  bu 

izdivacdan  yazıçının  beş övladı  dünyaya  gəlmişdi. 

Hüqo  yaradıcılığının 

birinci 


mərhələsində 

“Odalar”, 

“Balladalar”,  “Şərq  motivləri”,  “Payız  yarpaqları”,  “Şüalar  və 

kölgələr”  şeir  kitabları  ilə  yanaşı,  “Kromvel”  (1827), “Hernari” 

(1830),  “Şahzadə  əylənir”  (1832),  “Mari  Tüdor”,  “Lükses 

Borjiya”  (1833),  “Rü  Bla”  (1838)  dram  əsərlərini,  “İslandiya lı 

Qan”  (1823)  romanını,  “Klod  Kyo”  (1834)  povestini,  məşhur 

“Paris  Notr-Dam  kilsəsi”,  “Edama  məhkumun  son  günü” 

(1829), “Klod  Ge”  (1834) romanlarını  yazmışdır. 

 Həyatının  1850-ci  ilə  qədər  olan  dövründə  Hüqo  bir  sıra 

səyahətlərdə  olmuş,  bir  neçə  əzizlərini  – anası  Sofini,  qızlar ını 

və 1850-ci ildə  böyük dostu Balzakı  itirmişdir.  Dörd dəfə Fransa 

Akademiyasında  iştirak  etmiş,  üç  dəfə  məğlubiyyətdən  sonra, 



Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə