Uşaq Kitabxanası



Yüklə 173,26 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü173,26 Kb.
#32545


 

F.Köçərli adına Respublika



Uşaq Kitabxanası

 

 

 

 

 

 

Azərbaycanın Əfsanələr paytaxtları 

(Gəncə, Şabran, Gədəbəy, Xaçmaz, Qəbələ) 

   

 



 

F.Köçərli adına Respublika



Uşaq Kitabxanası

 

 

 



 

 

 

 

 

 

Azərbaycanın Əfsanələr paytaxtları 

(Gəncə, Şabran, Gədəbəy, Xaçmaz, Qəbələ) 



 

Respublika Uşaq kitabxanaları 

üçün tövsiyə biblioqrafiyası 

 

 

 

 

 

 

 

Bakı-2017 

 

 

 




 

Tərtibçi: 



Nazilə Tahirova 

Əməkdar mədəniyyət işçisi 

 

 

 

Redaktoru və 

Şəhla Qəmbərova 

buraxılışa məsul: 

Əməkdar mədəniyyət işçisi 

 

 

 

 



 

Azərbaycanın  əfsanələr  paytaxtları:  (Gəncə, Şabran, Gədəbəy, 

Xaçmaz, Qəbələ) tövsiyə biblioqrafiyası /tərt. ed. N.Tahirova; red. və 

bur.  məs.  Ş.Qəmbərova;  F.Köçərli  adına  Respublika  Uşaq 

Kitabxanası.- Bakı, 2017.- 26 s. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

©F.Köçərli adına Respublika Uşaq Kitabxanası, 2017 

 

 

 



 


 

Tərtibçidən 



 

Azərbaycanın mədəni zənginliyinin dünyada daha geniş şəkildə 

tanıdılması,  bu  tarixi  mirasın  qorunaraq  gələcək  nəsillərə 

çatdırılması  dövlət  başçısı  İlham  Əliyevin  daim  diqqət 

mərkəzindədir.  Azərbaycan  Prezidentinin  2012-ci  il  29  dekabr 

tarixli  fərmanı  ilə  təsdiq  edilmiş  “Azərbaycan  2020:  gələcəyə 

baxış”  İnkişaf Konsepsiyasında bu sahəyə xüsusi  yer  ayrılır. Ölkə 

rəhbərinin 2013-cü il 27 dekabr tarixli sərəncamı  ilə təsdiq edilən 

“Daşınmaz  tarix  və  mədəniyyət  abidələrinin  bərpası,  qorunması, 

tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və 

inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” da mədəni 

irsə  qayğının  göstəricisidir.  Heydər  Əliyev  Fondunun  prezidenti, 

UNESCO-nun  və  ISESCO-nun  xoşməramlı  səfiri,  vitse-prezident 

Mehriban  xanım  Əliyevanın  bu  sahəyə  ayırdığı  diqqət  də  mədəni 

sərvətlərə  yüksək  dəyər  verilməsinin  əsl  parlaq  nümunəsi  hesab 

olunur.  Məhz  Heydər  Əliyev  Fondunun  təşəbbüsü  ilə  xalq 

sənətkarlığının  inkişaf  etdirilməsi,  muğam  sahəsində  yeni 

istedadların  üzə  çıxarılması,  folklor  yaradıcılığımızın  təbliği  və 

mədəni  irsin  müxtəlif  sahələrində  həyata  keçirilən  layihələr  çox 

geniş məkanda rezonans doğurmaqdadır. 

Bu  sahədə  reallaşdırılan  müvafiq  konseptual  proqram  və 

layihələr  sırasında  “2010-2014-cü  illər  üçün  xalq  yaradıcılığı 

paytaxtları” proqramının xüsusi yeri vardır. Proqramın əsas vəzifəsi 

regionlarda  müvafiq  tədbirlərin  təşkil  olunması  vasitəsilə 

Azərbaycanın  qeyri-maddi  mədəni  irsinin  qorunmasına,  xalq 

yaradıcılığının təşviqinə, tarazlı və davamlı regional sosial-iqtisadi 

inkişafa  töhfə  verməkdir.  Ötən  beş  ildə  proqrama  əsasən  üç 

nominasiya - əfsanələr, sənətkarlıq və folklor üzrə Azərbaycanın 15 

rayon və şəhəri “Xalq yaradıcılığı paytaxtı” elan olundu.  

Bütün  bunları  nəzərə  alaraq  Firidun  bəy  Köçərli  adına 

Respublika  Uşaq  kitabxanasının  Ölkəşünaslıq  və  milli  ədəbiyyat 

şöbəsi  Azərbaycanın  əfsanələr  paytaxtları:  (Gəncə,  Şabran, 




 

Gədəbəy, 



Xaçmaz, 

Qəbələ) 


adlı  tövsiyə  biblioqrafiyası 

hazırlamışdır. 

Geniş  oxucu  kütləsi  üçün  nəzərdə  tutulan    göstərici  tövsiyə 

olunan  ədəbiyyatdan  ibarətdir.  Girişdə  mövzu  haqqında  ətraflı 

məlumat verilmişdir. 

Tövsiyə  göstəricisində  kitablarda,  məcmuə  və  dövri  mətbuat 

səhifələrində dərc edilmiş materiallar öz əksini tapmışdır. Vəsaitdə 

ədəbiyyat  xronoloji  prinsip  əsasında,  daxildə  isə  əlifba  sırasına 

uyğun olaraq qruplaşdırılmışdır. 

 

 



Ünvan: Bakı şəh., S.Vurğun küç.88; 

E-mail: childlibbaku@yahoo.com 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 



GİRİŞ 

 

 

 



Dahi  Nizaminin  vətəni,  qədim  mədəniyyət  abidəsi  -  Gəncə 

şəhəri Kiçik Qafqazın şimal-şərq tərəfində, Gəncə-Qazax düzündə, 

Gəncə  çayının  hər  iki  sahilində  yerləşir.  Azərbaycanın  ictimai-

iqtisadi,  siyasi  və  mədəni  həyatında  mühüm  rol  oynamış  bu  şəhər 

karvan 

yollarının 



kəsişməsində  yerləşirdi.  Zəngin  tarixin 

səhifələrini vərəqləyərkən biz onun hər bir sətrində qədim şəhərin 

izlərinə rastlaşırıq, onun səsini eşidir, nəfəsini hiss edirik.  

Hələ 40-cı illərdə, arxeoloji qazıntılar zamanı, tədqiqatçılar belə 

bir  fikrə  gəlmişlər  ki,  Gəncənin  ərazisində  yaşayış  məskəni  hələ 

eramızdan  əvvəl  var  idi.  «Gəncə»  adının  nədən  başlanması,  hansı 

anlamı  bildirməsi  haqda  elmi  ədəbiyyatda  müxtəlif  fikirlər 

mövcuddur. Araşdırıcılardan bir qrupu onun pəhləvi (parfiya) sözü 

olan  «gəncə»,  yəni  «xəzinə»,  bir  qismi  geniş,  böyük  mənasına 

gələn «gencə» ifadələri ilə, digərləri isə əsgi türk tayfaları hunlar və 

gəncəklərin adı ilə bağlı olması versiyalarını irəli sürürlər. 

Gəncənin  turizm  ixtisaslaşması  istirahət-müalicə,  dərketmə 

istiqamətindədir. Əlverişli iqlim şəraitinə malik dağ-meşə landşaftı, 



 

mineral su ehtiyatları ilə zəngin bölgə turizmin inkişafı baxımından 



perspektivlidir. Qədim tarixə malik bu şəhərdə hazırda 500-dən çox 

tarixi  abidə,  217  qədim  bina,  4  teatr,  5  muzey  var  və  çoxlu  sayda 

digər mədəniyyət obyektləri fəaliyyət göstərir. Nizami Gəncəvinin 

məqbərəsi,  Cümə  məscidi,  İmamzadə  tikililər  kompleksi,  Şeyx 

İbrahim  məqbərəsi,  karvansara  və  s.  Gəncənin  maraqlı  turizm 

obyektləridir.  Böyüklüyünə  və  iqtisadi  əhəmiyyətinə  görə 

respublikanın  ikinci  şəhəri  olan  Gəncənin  cənubunda  dəniz 

səviyyəsindən  1556  m  yüksəklikdə  yerləşən  Göygölün  ətrafında 

Göygöl və Hacıkənd istirahət zonaları, Göygöl DTQ yaradılmışdır. 

Göy Göl qoruğu ərazisində 423 növ ağac, kol, dərman bitkiləri var. 

Bunların  76  növü  sırf  ağac  və  koldur.  Qalanları  isə  çəmən 

bitkiləridir.  Ərazidə  maral,  cüyür,  ayı,  çöl  qabanı,  dağ  keçisi, 

canavar,  tülkü,  çaqqal,  porsuq,  oxatan  kirpi,  çöl  pişiyi,  vaşaq  kimi 

heyvanlar var. Bundan başqa ağ baş kərkəz, dağ hinduşkası və tetra 

kimi nadir quşlar da mövcuddur. 

 

  



      

 

Nizami Gəncəvinin məqbərəsi        Şah Abbas (cümə)məscidi



 


 

Qeyd  edək  ki,  1139-cu  ildə  Gəncədə  baş  vermiş  zəlzələ 



nəticəsində  Kəpəz  dağı  uçaraq  Ağsu  çayının  qarşısını  kəsib. 

Nəticədə  isə  füsunkar  gözəlliyi,  xüsusilə  də  suyunun  şəffaflığı  ilə 

seçilən  məşhur  Göy  Göl  və  Maralgöl,  Çilli  göl,  Qara  göl,  Güzgü 

göl,  Zəli  göl  yaranmışdır.  Həmçinin  ərazidə  çay  kənarında  Yeddi 

bulaq. Göy dağ bulağı. Novruz bulağı, Gişxanım bulağı, Dərzi qaya 

bulağı, Xatın bulağı, Cınqır dağının bulağı vardır. 

Azərbaycan  Respublikası  Mədəniyyət  və  Turizm  Nazirliyi 

tərəfindən  təsdiq  olunmuş  “2010-2014-cü  illər  üçün  Xalq 

Yaradıcılığı Paytaxtları” Proqramına əsasən 2010-cu il üçün Gəncə 

şəhəri “Azərbaycanın Əfsanələr Paytaxtı” elan edilib. 

Təsdiq  edilmiş  illik  tədbirlər  planına  uyğun  olaraq  Gəncə 

şəhərində təntənəli mərasimlər, respublika və beynəlxalq səviyyəli 

elmi-praktiki konfranslar, dəyirmi masalar, konsertlər, müsabiqələr, 

sərgilər və sair tədbirlər təşkil edilmişdir. 



 

 

Ötən  əsrin  30-cu  illərində  aşkarlanan  qədim  Şabran  şəhərini 



Sasanilər sülaləsindən olan Şah Xosrov Ənuşirəvan qala-şəhər kimi 

tikdirib. IX-X əsrlərdə isə bu şəhər iri siyasi-inzibati, ticarət, sənət 




 

və  mədəniyyət  mərkəzinə  çevrilib.  Amma  XIII  əsrin  ortalarında 



monqolların  hücumuna  məruz  qalaraq  dağıdılıb.  Şəhər  sonrakı 

dövrlərdə  özünə  gəlsə  də,  Səfəvi-Osmanlı  müharibələri  zamanı 

tamamilə  məhv  olub.  Burada  aparılan  arxeoloji  qazıntılar  isə  bu 

şəhərin tarixinin daha qədim olduğunu təsdiqləyir. 

Qədim  Şabranda  tapılan  maddi-mədəniyyət  nümunələri  burada 

müsəlmanlarla yanaşı xristian və yəhudilərin də yaşadığını deməyə 

əsas  verir.  Tolerant  bir  şəhər  kimi  məşhur  olan  Şabran  digər 

cəhətləri  ilə  də  fərqlənir.  Tarixçi  Əsədulla  Hüseynovun  sözlərinə 

görə,  qədim  Şabranda  qibtə  ediləcək  səviyyədə  istehsal  sahələri 

olub və şəhərsalma prinsiplərinə əməl edilib. 

O  dövrdə  tikinti  materialı  kimi  geniş  istifadə  olunan  qırmızı 

kərpic  məhz  Şabran  şəhərində  istehsal  edilirdi.  Eləcə  də  qızılın 

əyarını müəyyənləşdirmək üçün burada nəhəng daşları da var idi ki

tarixçilər bunu da maraqlı fakt kimi dəyərləndirirlər. Deyilənə görə, 

bu yerlərdə  40 dəvə yükü qızıl da basdırılıb. Yayılan bu əfsanələr 

Şabranın  qədim  bir  məskən  olmaqla  hələ  sirrinin  də  tam 

açılmadığını göstərir.  

Zəngin  tariximizi  vərəqlədikcə,  onun  hər  səhifəsində  qədim 

yaşayış  məskənlərinin  izləri  ilə  rastlaşırıq.  Şabran  Azərbaycanın 

ictimai-iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayıb. Bu 

şəhərin  xarabalığı  Böyük  Qafqaz  sıra  dağları  ilə  Xəzər  dənizi 

arasında,  dəniz  səviyyəsindən  75  m  hündürlükdə  qərar  tutub. 

Tədqiqatçılar  yazılı  tarixi  mənbələrə  və  şəhərin  müxtəlif 

hissələrində aparılan arxeoloji  qazıntıların  nəticələrinə əsaslanaraq 

burada  yaşayışın  eramızın  əvvəllərindən  XVIII  əsrədək  davam 

etdiyini müəyyən ediblər. Şabranda qaynar şəhər həyatı dövrü IX-

XV əsrlərə təsadüf edib. 

Müxtəlif mənbələr Şabranın qüdrətli Şirvanşahlar dövlətinin ilk 

paytaxtı olduğunu göstərir. Şabranın bu statusu IX əsrə qədər, yəni 

Şamaxı  şəhəri  yüksələnədək  davam  edib.  Şəhərin  Şirvanşahların 

iqamətgahı  olmasını  sübut  edən  faktorlardan  biri  də  burada 

Şirvanşahlar  nəslinə  aid  sərdabənin  olmasıdır.  Monqol  əsarəti 

dövründə Şabran əsas şəhər rolunu oynayıb. Həmin dövrdə monqol 



 

hökmdarının  vəziri,  tarixçi  Fəzullah  Rəşidəddinin  oğluna  yazdığı 



məktubda Şabrandan bəhs edib. 

XIV  əsrdə  Teymurləng  Azərbaycana  hücum  edərkən  Dərbənd 

şəhəri  dağıdılır  və  liman  funksiyasını  itirir.  Həmin  vaxt  Şabranda 

dəniz  ticarəti  də  fəallaşır.  XVI-XVII  əsrlərdə  Səfəvilər  dövləti 

(İran)  ilə  Osmanlı  (Türkiyə)  arasında  gedən  müharibələrdə 

Azərbaycan şəhərlərinin tənəzzülü başlandı. Şabran da gah Səfəvi, 

gah  da  Osmanlı  dövlətinin  hakimiyyəti  altına  keçirdi.  Şəhərə 

hücumlar  əhalinin  başqa  yerlərə  köçməyə  məcbur  edirdi.  XVIII 

əsrin ortalarında əhalinin azalma prosesi daha da sürətlənib. 

Şabranın  tarixi  ərazisinə  gəlincə,  o,  indiki  Şabran  (keçmiş 

Dəvəçi)  rayonunun  Şahnəzərli  və  Rəhimli  kəndləri  arasında, 

Şabrançay sahilində yerləşib. Mənbələrdə 1796-cı ildə Şabranın 96 

kəndinin  və  burada  1196  evin  olduğu  bildirilir.  Bu  zaman  Şabran 

mahal  mərkəzi  kimi  xatırlanır.  XIX  əsrin  əvvəllərində  isə  yalnız 

çay adı kimi qeyd olunur. 

 

 



Cıraqqala tarixi memarlıq abidəsi 

Şabranda bir sıra qədim abidə və tikililər günümüzə qədər gəlib 

çıxıb.  Qədim  Şabran  körpüsü  orta  əsrlər  Azərbaycan  memarlıq 

sənətinin  ən  yaxşı  nümunələrindən  hesab  oluna  bilər.  Üç  tağının 




10 

 

əsasının  qalıqları  aydın  görünən  bu  körpü  hazırda  Bakı-Quba 



magistral  yolunun  sol  tərəfində,  Ərəblər  və  Pirəmsən  kəndləri 

hüdudlarındadır.  Şabran  şəhərinin  abadlığından  bəhs  edərkən 

burada XI-XII əsrlərə aid küçəni, üstü örtülü kanalizasiya sistemini 

qeyd  etmək  lazımdır.  Bunu  qazıntılar  zamanı  tapılan  çay 

daşlarından düzəldilmiş tikinti qalığı sübut edir. Müəyyən yerlərdə, 

uzunluğu  1,5,  eni  20  sm  olan  bütün  daşların  ortası  nov  şəklində 

yonularaq  kanalizasiya  xəttinə  qoşulub.  Aparılan  son  araşdırmalar 

zamanı  Şabran  şəhərinin  yerində  uzunluğu  5  m  olan  su  arxının 

qalıqları, qala bürcləri, IX-X və XVI-XVII əsrlərə aid saxsı qablar, 

mis  pullar,  «sandıq»  formasında  olan  məzar  daşları  tapılıb.  Hər 

addımında qədim rəvayətlərlə qarşılaşdığımız Şabran doğrudan da, 

əfsanələr diyarıdır. 

2003-cü  ildə  ümummilli  lider  Heydər  Əliyevin  sərəncamı  ilə 

Şabran  şəhəri  tarixi  mədəniyyət  qoruğu  elan  edilib.  Ötən  il  isə 

rayona  öz  qədim  adı  qaytarılıb.  Bütün  bunlar  isə  qeyri-maddi 

mədəni irsin daha geniş miqyasda təbliğ və təşviqini zəruri edir. Bu 

məqsədlə  abidələrin  bərpası  və  təbliği  istiqamətində  layihələrin 

həyata keçirilməsini nəzərdə tutan tədbirlər planı artıq hazırdır. 

Əfsanələr paytaxtı elan edilməsi ilə bağlı Şabranda bu il ərzində 

həmçinin bir sıra mərasimlərin, respublika və beynəlxalq səviyyəli 

elmi-praktik  konfransların,  konsert,  müsabiqə,  sərgi  və  digər 

mədəni  tədbirlərin  təşkili  nəzərdə  tutulub.  Mədəniyyət  və  Turizm 

Nazirliyi tərəfindən artıq rayona “Şabran - Azərbaycanın əfsanələr 

paytaxtı”  rəmzi  kuboku  təqdim  edilib  və  gerbi  hazırlanıb.  Bu  il 

Şabranda  Poeziya  və  kitab  evləri  istifadəyə  veriləcək,  şəhərin 

mərkəzində  Əfzələddin  Xaqaninin  heykəli  ucaldılacaq.  Şabranın 

qədim  tarixini,  folklorunu,  turizm  potensialını  və  çağdaş  dövrünü 

özündə əks etdirən kitab da hazırlanır. 




11 

 

 



Ölkəmizdə  qədim  insan  yaşayış  məskənlərindən  olan  Gədəbəy 

təbii  gözəllikləri,  tarixi-mədəni  irs  nümunələri  ilə  zəngindir. 

Keçmişimizin bir çox qatlarına şahidlik edən bu torpağın tarixi ilə 

bağlı  çoxsaylı  əfsanə  və  rəvayətlər  var.  Onları  öyrənib  üzə 

çıxarmaq həm də mədəni irsimizin bir sıra maraqlı səhifələrinə işıq 

salmaq  deməkdir.  Təsadüfi  deyil  ki,  Mədəniyyət  və  Turizm 

Nazirliyinin  “Xalq  yaradıcılığı  paytaxtları  proqramı”na  əsasən, 

Gədəbəy şəhəri 2012-ci ilin “Əfsanələr paytaxtı” elan edilib. 

Gədəbəy sözünün mənası barədə müxtəlif versiyalar irəli sürülsə 

də,  bu  adın  “qada”  (qədim  türkcədə  əziz,  hörmətli)  və  “bəy” 

sözlərindən  yaranması  üzərində  daha  çox  dayanılır.  Bəzi 

mənbələrdə  isə  sözün  albanca  hündürlük,  ucalıq  mənasını  verən 

“keta”,  dağ  anlamında  işlənən  “bay”  sözlərinin  birləşməsindən 

yarandığı deyilir. 

Ərazidəki qədim abidələr eramızdan əvvəl XII-VII əsrləri əhatə 

edən  Xocalı-Gədəbəy  mədəniyyətinin  bir  hissəsi  kimi  tariximizə 

daxil olub.  Bu sırada tunc dövrünün sonuna  aid siklopik  tikililəri, 

Böyükqala,  Qalakənd  qalası  (XVI  əsr)  və  Qız  qalasını  (IX  əsr) 

qeyd  etmək  olar.  Rayon  ərazisində  «Gədəbəy  dəfinələri»  adı  ilə 

məşhurlaşan, içərisində müxtəlif qiymətli əşyalar, boyunbağılar və 

bəzək  nümunələri,  gümüş  sikkələr  olan  qədim  küplər  tapılıb.  Bu 



12 

 

sikkələr  Səfəvi  şahı  Təhmasibin  hakimiyyətdə  olduğu  dövrdə 



(1524-1576)  zəbt  edilib.  Qala  kəndi  ərazisində,  yüksək  yerdə 

tikilmiş  qala  möhtəşəmliyi  ilə  diqqət  çəkir.  Tikilinin  xalq 

qəhrəmanı Koroğlunun istinadgahlarından biri olduğu bildirilir. 

Gədəbəy  rayonu  tarixi  və  arxeoloji  abidələrlə  zəngindir. 

Bölgəyə şöhrət  gətirən təkcə təbiəti və gözəlliyi  deyil, həm də bir 

çox  qala,  qalaça  və  körpülər,  mağaralar,  kilsə  və  məbədləridir. 

Bunların hər birinin öz tarixi, öz taleyi var. Təəssüf ki, onlardan bir 

hissəsinin adları vaxtilə dövlət tərəfindən mühafizə olunan abidələr 

siyahısına salınmayıb. İndi Gədəbəy Rayon Mədəniyyət və Turizm 

Şöbəsi  bunları  dəqiqləşdirərək  müvafiq  təşkilatlar  qarşısında 

məsələ qaldırıb. Rayonda 1 dünya, 81 ədəd ölkə və 24 ədəd  yerli 

əhəmiyyətli abidə qeydə alınıb. Dağlar diyarının hər guşəsində qala 

və qalaçalar, müdafiə istehkamları, məbəd və türbələr diqqəti cəlb 

edir.  Koroğlu  qalası,  Cənnətqala,  Qız  qalası,  Zəngi  qala...  Hərəsi 

bir  sənət  əsəri,  xalqın  mənəvi  tarixinin  əvəzsiz  yadigarı  olmaqla 

özündə əfsanələr yaşadır... 

 

 

Qız qalası



 

Söyüdlü  kəndindəki  dünya  əhəmiyyətli  Böyük  Qalaça  nəhəng 

daşlardan hörülmüş uca bir qala-dağdır. Buradakı Qız qalası isə əsl 



13 

 

möcüzədir.  O  da  yüksək  qayalığın  başında,  son  dərəcə  mənzərəli, 



füsunkar  bir  sahədə  yerləşir.  Yaxınlıqda  çay  axır,  şəlalə  çağlayır. 

Qız  qalası  beş  dairəvi  sütundan  ibarətdir.  Hamısı  da  kərpiclə 

hörülüb.  Cəm  halında  bu  kompleks  qədim  şəhəri  xatırladır. 

Gədəbəyin  ən  baxımlı  yerlərindən  biri  də  Qalakənddir.  Rayon 

mərkəzindən xeyli aralı, Şəmkir çayının sahilində, uca dağların, sıx 

meşələrin qoynunda yerləşir. 

Dağlar  diyarının  turizm  üçün  çox  münbit  şəraiti  var.  Ona  görə 

də bu yerlər həmişə qonaq-qaralı olur. Xüsusən yay aylarında bura 

gəlib-gedən  çox  olur.  XIX  əsrin  ortalarında  Simens  qardaşları  bu 

yerlərə  gəlib  çıxmışdılar.  Filiz  yataqları  kəşf  edilmiş,  dağların 

qoynunda zavodlar tikilmiş, elektrik stansiyası inşa edilmiş, dəmir 

yolu  xətti  çəkilmiş,  körpülər  salınmışdı.  Bütün  bunlarla  yanaşı, 

uzaq  elli  sahibkarlar  bu  səfalı  guşədə  qış  turizminin  inkişafı  üçün 

də  xeyli  iş  görmüşdülər.  Burada  xizək,  konki  yarışları,  hokkey 

oyunları keçirilmişdir. 

“Əfsanələr  paytaxtı”  ili  çərçivəsində  keçiriləcək  tədbirlərdə  bu 

mövzuya  da  yer  verilmişdir:  Əslində  bu  özü  bir  geniş  mövzudur. 

Nəzərə alsaq ki,  hələ XIX əsrin sonlarında Gədəbəydə  yay  və qış 

turizm  növlərinin  mövcudluğu  faktlarla  təsdiq  edilmişdir,  onda 

turizmin Gədəbəy üçün nə demək olduğu daha qabarıq aydın olur. 

Gədəbəydə “Əfsanələr paytaxtı” münasibətilə rayon mərkəzində 

keçirilən  təqdimat  mərasimində  «Arxeoloji  əfsanələr»,  «Memarlıq 

əfsanələri», «Turizm əfsanələri», «Siemens əfsanələri», «Saz - söz 

əfsanələri»,  «Əfsanə  həmyerlilər»  və  «Qəhrəmanlıq  əfsanələri» 

bölmələrində  rayonun  tarix  və  mədəniyyətini  əks  etdirən  500-dək 

fotoşəkil,  müxtəlif  illərdə  mətbuat  səhifələrində  dərc  olunmuş 

yazılar, kitablar nümayiş etdirilmişdir. 

Gədəbəy aşıqları ilə tanınan bölgədir. İl ərzində “Dastan günü”, 

“Ədəbi-bədii  məqamlar”,  “Gədəbəy  mətbuatda”  adlı  elmi-praktik 

konfrans  və  tədbirlər  keçirilmiş,  saz  və  instrumental  musiqi 

nümunələrindən  ibarət  konsert  hazırlanmışdır.  Şifahi  xalq 

yaradıcılığı  ilə  bağlı  tədbirlərə  də  geniş  yer  verilmişdir.  Aşıq 

İslamın  rəhbərliyi  ilə  dastan  gününün  keçirilməsi,  “Şəlalə”  ədəbi 



14 

 

məclisinin  təşkil  edilməsi,  Gədəbəy  rayonunun  Azərbaycan  aşıq 



sənətində  önəmli  rolundan  bəhs  edən  elmi-praktik  konfransın 

təşkili  nəzərdə  tutulan  tədbirlər  sırasındadır.  “Əfsanələr 

paytaxtı”nda bir sıra maraqlı incəsənət tədbirləri də baş tutmuşdur. 

“Dağın yazı - aşığın sazı” ədəbi-bədii kompozisiyasının təqdimatı, 

“Xalq  aşığı”,  “Sudaruşka”  ansambllarının  konsertləri  olmuşdur. 

Gədəbəyin  mədəniyyəti,  tarixi  və  turizmi  ilə  bağlı  telefilmin 

çəkilməsi də planlaşdırılmişdir. 

 

 



 

Mədəniyyət  və  Turizm  Nazirliyinin  “Xalq  yaradıcılığı 

Paytaxtları” proqramı çərçivəsində Xaçmaz rayonu 2013-cü il üçün 

“Əfsanələr paytaxtı” elan edilib. Xaçmazlılar deyirlər ki, bu hadisə 

Xaçmazın  dünəninə,  bu  gününə,  sabahına  qızıl  hərflərlə  yazılıb. 

Ölkənin 


qeyri-maddi, 

mədəni 


irsinin 

qorunması, 

xalq 

yaradıcılığının  təbliği  istiqamətində  aparılan  islahatların  davamı 



kimi  keçirilən  yekun  tədbirlər  Xaçmazda  mədəni  tərəqqinin  yeni-

yeni nailiyyətlərinin ortaya çıxdığını bir daha göstərdi. 

Rayonun  giriş  qapısından  daxil  olanda  istər-istəməz  hamını  bir 

sual maraqlandırır: "Xaçmazın əfsanələri nədən ibarətdir?" 




15 

 

Xaçmaz  adının  vaxtilə  bu  ərazidə  yaşamış  və  mübariz  Hun 



qəbilələri  birliyinə  daxil  olmuş  Xaçmataka  qəbiləsinin  adından 

əmələ  gəlməsi  barədə  fikirlər  var.  Xaçmazla  bağlı  əfsanələrin 

birində  isə  "Xaçmaz  -  xaçı  qəbul  etməyən"  mənasında  işlədildiyi 

bildirilir. Belə ki, tarixən mövcud olan Albaniya feodal dövlətində 

xristianlıq  dövlət  dini  olub.  Lakin  Xəzər  sahilində  indiki  Xaçmaz 

rayonu  ərazisində  yaşayan  tayfalar  atəşpərəst  olduğundan, 

xristianlığı  və  xaçı  qəbul  etmədiyindən  bu  ərazinin  adı  Xaçmaz  - 

yəni “Xaçı qəbul etməyən” yer anlamına gəlib. Vaxtilə Azərbaycan 

ərazisində mövcud olan qədim dövlətlərin üzərinə hərbi yürüşlər və 

basqınlar  etmiş  işğalçıların  yolu  Xaçmaz  ərazisindən  keçib. 

Eramızdan  əvvəl  VIII-VI  əsrlərdə  tikilmiş  məşhur  Bab  əl  Əbvab 

(ərəbcədən  "Qapıların  Qapısı",  Dərbənd  qapıları)  istehkamları  bu 

işğalçıların yolunda dəf edilə bilməyəcək bir maneə kimi dayanıb.  

Rayonda  “Əfsanələr  paytaxtı”  nominasiyasını  orada  yaşayan 

insanların zəhmətinin nəticəsi kimi dəyərləndirirlər. Deyirlər ki, bu 

ad  üçün  həm  də  Xaçmazın  tarixi,  əfsanələri  əsas  götürülüb. 

Xaçmazın  tarixi  əfsanələrlə  zəngindir.  Rayonun  füsunkar  təbiəti, 

tərtəmiz dənizi əfsanələrdə tez-tez hallanır. 

 

 

Bu yerlərin gözəlliyi məni heyran etdi. 

Heydər Əliyev 

Ümummilli lider 



16 

 

Qəbələ  şəhəri  Azərbaycanın  qədim  şəhərlərindəndir.  Böyük 



Plini  yazırdı  ki,  Albaniyanın  əsas  şəhəri  Kabalakadır.  Mənbələrdə 

Qəbələ  adı  Vostani-Martspan  (yəni  fars  canişini  –  mərzbanın 

paytaxtı) adlandırılan Kavaqak kimi də çəkilir.  

I-V  əsrlərdə  Qəbələ  alban  Arşakiləri  sülaləsi  hökmdarlarının 

iqamətgahı  idi.  Lakin  V  əsrdən  o,  Sasanilərin  təyin  etdikləri 

mərzbanlann  iqamətgahına  çevrildi.  VI  əsrdə  xəzərlərin  basqınları 

ilə  əlaqədar  mərzbanların  iqamətgahı  Partava  köçürüldü.  Qəbələ 

737-ci  ildə  ərəblər  tərəfindən  işğal  edilənədək  xəzər  torpaqlarının 

tərkibinə daxil idi. 

Qəbələ  rayonu  indiki  rayon  mərkəzindən  20  km  cənub-qərbdə 

yerləşən  IX  əsrdə  Qafqaz  Albaniyasının  paytaxtı  olmuş  Qədim 

Qəbələ  şəhərinin  adını  daşıyır.  Qədim  Qəbələ  dünyanın  Babil, 

Troya,  Pompey  kimi  qədim  və  məşhur  şəhərlərilə  müqayisə 

ediləcək dərəcədə mühüm, siyasi-iqtisadi və ticarət mərkəzlərindən 

biri olmuşdur. 

1959-cu  ildən  müntəzəm  qazıntı  aparan  Qəbələ  arxeoloji 

ekspedisiyası şəhərin daha qədim və böyük hissəsini aşkara çıxardı 

və buranın e.ə. IV – b.e. I əsrlərinə aid olduğunu müəyyənləşdirdi. 

Müxtəlif tarixi hadisələrlə əlaqədar şəhər bir neçə dəfə dağıntılara 

məruz  qalmışdır.  Eramızdan  əvvəl  60-cı  illərdə  Roma  qoşunları 

Albaniyaya  hücum  etsələr  də,  Qəbələni  işğal  edə  bilməmişlər. 

Sasanilər  dövründə  Qəbələ  çox  böyük  ticarət  və  sənətkarlıq 

mərkəzi  olmuşdur.  Xilafət  dövründə  də  Qəbələ  ticarət  və 

sənətkarlıq  mərkəzi  kimi  əhəmiyyətini  qoruyub  saxlamışdır.  XIII 

əsrdə  monqolların  hücumu  zamanı  Qəbələ  tənəzzülə  uğrasa  da, 

sonralar yenidən dirçəlmişdir. 

XVIII  əsrin  ortalarında  Qəbələ  öz  əvvəlki  əzəmət  və 

əhəmiyyətini  itirmiş,  əhali  tədricən  buradan  köçmüşdür.  Bu  vaxt 

Qəbələ  ərazisində  kiçik  feodal  dövləti  olan  Qutqaşen  sultanlığı 

yaradılmışdır.  Qutqaşen  sonralar  mahal  kimi  Şəki  xanlığının 

tərkibinə  daxil  olmuş,  Şəki  xanlarının  təyin  etdiyi  naiblər 

tərəfindən  idarə  edilmişdir.  Şəki  xanlığının  süqutundan  sonra 

Qutqaşen  mahal  kimi  Şəki  qəzasının  tərkibinə  daxil  olmuşdur.  8 



17 

 

sentyabr  1930-cu  ildə  Azərbaycan  Respublkiasının  İnzibati 



rayonlarından  biri  kimi  Qutqaşen  rayonu  yaradılmışdır.  Qəbələ 

ərazisi 4 yanvar 1963-cü ildə Ağdaş rayonunun tərkibinə qatılmış, 

17  yanvar  1964-cü  ildən  yenidən  ayrıldıqda  inzibati  rayona 

çevrilmişdir.  Rayonun  adı  7  fevral  1991-ci  ilə  qədər  Qutqaşen, 

həmin  tarixdən  isə  rayonun  qədim  adı  bərpa  edilərək  Qəbələ 

adlandırılmışdı 

Rayonda  yüzlərlə  tarix  və  mədəniyyət  abidələri  var.  Onlara 

misal  olaraq  Əməli  kəndində  IV-VIII  əsrlərə  aid  olan  alban 

məbədini,  Bum  kəndində  XIX  əsrə  aid  məscidi,  Bayramkovxalı 

kəndində  IX-XIV  əsrlərə  aid  Ustacan  qalasını,  Şəfili  kəndində 

XVII əsrə aid məqbərəni, Həmzəlli kəndində XVI əsrə aid Şıxbaba 

pirini,  Kov  Murad  dağının  zirvəsindəki  Kov  Murad  pirini,  Nic 

kəndində Hacı Qərib məscidini və XIX əsrdə yaşamış  Bolu bəyin 

yaşayış  evini  göstərmək  olar.  Həzrə  kəndində  Şeyx  Bədrəddin  və 

Şeyx  Mansur  məqbərələri  XV  əsrə  aid  edilir.  Nic  kəndinin 

yaxınlığında  Yalovlu  dağda  eramızdan  əvvəl  III-I    əsrlərdə  insan 

məskəni  olub.  Bu  ərazidə  dəmir  bıçaqlar,  xəncərlər  tuncdan 

hazırlanmış  üzüklər,  qızıl  sırğalar,  dəyirman  daşları  və  başqa 

əşyalar aşkar edilib. Azərbaycanın şimal ərazisində dağlıq və aran 

rayonlarında  həmin  dövrə  aid  olan  arxeoloji  mədəniyyət  elmdə 

Yalovlu  mədəniyyəti  adlanır.  Qəbələ  şəhərində  müdafiə  təyinatlı 

qədim  qüllə  (IX-XI  əsrlər),  XVIII  əsrə  aid  edilən  məscid,  İmam 

Baba məqbərəsi (XVIII-XIX əsrlər), Cümə məscidi, eləcə də böyük 

tarix  diyarşünaslıq  muzeyi  var.  Rayona  gələn  turistlər  də  tarixin 

canlı şahidləri olan bu mədəniyyət abidələri ilə yaxından tanış olur, 

onlar  barəsində  daha  dolğun  informasiyaları  həmin  muzeydən 

öyrənirlər. 

Qəbələ qədim və zəngin qeyri-maddi mədəni irsi min illər boyu 

formalaşan  xalq  yaradıcılığının  nailiyyətlərini  özündə  ehtiva  edir. 

Bu  milli-mənəvi  zənginliyin  dünyaya  layiqincə  təqdim  olunması 

isə  nəticə  etibarilə  ölkəmizin  təbliği  və  beynəlxalq  nüfuzunun 

yüksəlməsində mühüm əhəmiyyət daşıyır. 




18 

 

2014-cü  ildə  Qəbələ  ölkəmizin  “Əfsanələr  paytaxtı  elan  edildi. 



Həmin  layihə  əsasında  bu  bölgəmizdə  120-dək  müxtəlif  forma  və 

məzmunlu  mədəni-kütləvi  tədbirlər  -  festivallar,  konsert 

proqramları, “dəyirmi masa”lar, yaradıcılıq görüşləri, sərgilər və s. 

təşkil edilmişdir. 

Qəbələdə  2013-cü  ildən  keçirilən  “Mürəbbə  festivalı”  mədəni 

irsimizin, eləcə də bölgələrimizin əsrarəngiz gözəlliklərinin, turizm 

imkanlarının  təbliği  baxımından  olduqca  vacib  layihələr,  gələcək 

illər üçün ənənələrin başlanğıcı hesab edilir. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


19 

 

Ədəbiyyat 



 

Kitab 

 

1992 

1.İsayev,  Ə.  Gəncədən  ucalan  yol  /Əhməd  İsayev  (buraxılışa 

məsul); Gəncə və Gəncəlilər Cəmiyyəti.-Gəncə: 1992. 34 s. 



 

2000 

2.Tağıyev,  B.  Gədəbəy  /Bəşir  Tağıyev;  Elmi  red.:  Q. 

Məşədiyev, B. Xəlilov Bakı: Nərgiz, 2000.-79 s. 



 

2012 

3.Oruclu,  E.  Gəncə:  Gəncə  yerdəki  şəhər  /Elcan  Oruclu.- 

Bakı: 2012.-107 s.: ill. 



2009 

4.Abbasova,  F.  Şabran:  Şabran  şəhərinin  tarixi-arxeoloji 

tədqiqinə  dair  materiallar  /F.Ə.Abbasova;  elmi  məsləhətçilər: 

T.Bünyadov [və b.].- Bakı: Elm, 2009. 362, [2] s. 

5.Nuriyev,  N.  Qafqazın  aynası  Qəbələ:  [monoqrafiya]  /N. 

Nuriyev; [red. və ön söz A. Tahirov].-Bakı: Gənclik, 2009. 104, [1] 

s. 

6.Şabran: dünəndən bu günə: (qədim yazılı mənbə və dövrü 

nəşrlərdə)  /burax.  məs.  və  ön  söz.  N.  Novruzov;  toplayıb  tərt.  ed. 

A. Tağıyev; red. Ə. Səmədov.-Bakı: Şirvannəşr, 2009.- 84 s.+[4] v. 

 

2010 

7.Xudiyev,  N.  Xaçmaz  /N.M.Xudiyev;  elmi  red.  Y. 

Mahmudov.-Bakı: “Təhsil” EİM, 2010.- 198, [1] s. 

 

 

 

 



20 

 

Dövrü mətbuat 



2010 

8.Azərbaycan  şəhərləri  əfsanələr,  folklor  və  sənətkarlıq 

paytaxtları  elan  olunmuşdur  //Azərbaycan.-2010.  -25 fevral.- S. 

2. 


9.Gəncə  -  Azərbaycanın  Əfsanələr  Paytaxtı-2010  adlı 

tədbirə start verilib  /Zümrüd //Səs.-2010.- 12 mart.- S.12. 

10.Gəncə  şəhəri  "Azərbaycanın  Əfsanələr  Paytaxtı  elan 

olunub/Zümrüd //Səs.-2010. - 22 sentyabr. - S. 12. 

11.Gəncə şəhəri əfsanələrdə yaşayan ulu tarixin paytaxtıdır  

/Ə.İsayev //Azərbaycan.-2010. - 11 aprel.- S.6. 



12.Xalq  Yaradıcılığı  Paytaxtları  proqramına  start  verildi: 

“Gəncə  -  Azərbaycanın  Əfsanələr  Paytaxtı”,  “Qazax  -  Folklor 

Paytaxtı”,  “Şəki  isə  Sənətkarlıq  Paytaxtı”  elan  olundu    /T. 

Məhərrəmova //Kaspi.-2010. - 25 fevral.- S.11. 



13.Maddi-mədəni  irsin  qorunmasında  daha  bir  addım: 

Gəncə  Azərbaycanın  əfsanələr,  Qazax  folklor,  Şəki  sənətkarlıq 

paytaxtı elan olundu  /Ayxan //Ekspress.-2010.-25 fevral.- S. 10. 

 

2011 

14.Azərbaycanın  əfsanələr  paytaxtı  /A.Nuriyev  //Kaspi.-

2011.- 20-22 avqust.- S. 8. 



15.Azərbaycanın əfsanələr paytaxtı: Turizm ili çərçivəsində 

Şabran şəhərinə gələn turistlərin sayı əvvəlki illərlə müqayisədə 

2 dəfə artacaq //Şərq.-2011.- 7 aprel. - S. 13. 

16.Azərbaycanın  əfsanələr  paytaxtına  infotur  təşkil 

edilmişdir  /A.Tağıyev//Respublika .-2011.- 17 dekabr.- S. 6. 

17.Azərbaycanın  əfsanələr  paytaxtına  infotur  təşkil 

edilmişdir /A.Şirinova//İki sahil.-2011.- 20 dekabr.- S. 22. 

18.Azərbaycanın  Əfsanələr  Paytaxtı–Şabran  /A.Lətifov 

//525-ci qəzet.-2011.- 21 dekabr.- S. 5. 




21 

 

19.Azərbaycanın 



əfsanələr, 

folklor 

və 

sənətkarlıq 

paytaxtları elan olunmuşdur //Azərbaycan.-2011.- 4 mart.- S. 3. 

20.Bir  Şabran  əfsanəsi    /E.Cəbrayıloğlu//Ədalət.-2011.-  17 

dekabr.- S. 6. 



21.Əfsanələr  paytaxtı  –  Şabran  /A.Əliyev  //Azərbaycan.-

2011.-5 mart.- S. 6. 



22.Əfsanələr Paytaxtından təəssüratlar /Ə.Bayramqızı//Xalq 

qəzeti.-2011.- 18 dekabr.- S. 7. 



23.Əfsanələr  paytaxtının  həqiqətləri  /S.Elcanlı  //525-ci 

qəzet.-2011.- 3 noyabr.- S. 4. 



24.Əfsanəvi 

şəhərdən  səfər  qeydləri  /F.Abdullayeva 

//Mədəniyyət.-2011.- 21 dekabr.- S. 9. 



25.Gəncə  inkişaf  yolundadır:  Region  /Y.Nəbiyev//Ədalət.-

2011. - 19 yanvar. - S. 7. 



26.Şabran  –  “Azərbaycanın  əfsanələr  paytaxtı”:  Lənkəran 

"folklor  paytaxtı",  İsmayıllı  "sənətkarlıq  paytaxtı"  elan  edildi 

/Ayxan //Ekspress.-2011.- 2 fevral.- S. 14. 

27.Şabran  –  “Əfsanələr  paytaxtı”  //Zaman.-2011.-  29-31 

dekabr.- S. 3. 



28.Xalq yaradıcılığı  paytaxtları: Şabran, İsmayıllı, Lənkəran 

/A.Sultanova //Mövqe.-2011.- 15 aprel.- S. 4. 



 

2012 

29.Azərbaycanın xalq yaradıcılığı paytaxtlarının təqdimatı 

olmuşdur //Azərbaycan.-2012.- 16 mart.- S. 5. 

30.Əfsanə  kimi  Gədəbəy  /F.Abdullayeva  //Mədəniyyət.-

2012.- 14 dekabr.- S. 9. 



31.Əfsanələr qədim tarixdən söz açır /Ə.İsayev //Azərbaycan 

.-2012.- 18 dekabr.- S.6. 



32.Əfsanələr paytaxtı Gədəbəy /C.Zərbəliyev // Mədəniyyət.-

2012.- 20 aprel.- S. 6. 



33.Əfsanələr 

paytaxtı"na  infotur  /F.Abdullayeva  // 

Mədəniyyət .-2012.- 12 dekabr.- S. 2. 




22 

 

34.Əfsanələr 



paytaxtında 

tədbirlərə 

start 

verildi 

/F.Abdullayeva //Mədəniyyət.-2012.- 6 aprel.- S. 8. 



35.Əfsanələr  real  tarixdən söz açır /Ə.İsayev //Azərbaycan.-

2012.- 14 aprel.- S. 11. 



36.Gədəbəy  Əfsanlər  Paytaxtı  /E.Əliyev  //Mədəni  həyat.-

2012.- № 3/4.- S. 59-61. 



37.Gədəbəy  tarixin  yaddaşında  “Əfsanələr  Paytaxtı”nda 

dəyirmi masa /Fəxriyyə//Mədəniyyət.-2012.-26 sentyabr.- S. 10. 

38.Gədəbəydə  “Miskin  Abdal”  ədəbi  məclisi  yaradılıb 

/Fəxriyyə //Mədəniyyət.-2012.- 8 avqust.- S. 4. 



 

2013 

39.Əfsanələr diyarı /Ü.Həsənli //BakuPost.- 2013.- 28 dekabr. 

- S.11. 


40.Əfsanələr 

Paytaxtı  və  Muzeylər  Şəhəri-Xaçmaz 

/P.Sadıqov //525-ci qəzet.-2013.- 27 dekabr.- 4. 



41.Əfsanələr  paytaxtı  Xaçmaz  /Z.Bayramov//Respublika.-

2013.- 22 dekabr.- 6. 



42.Əfsanələr paytaxtı: Bu ad üçün həm Xaçmazın tarixi, həm 

də  əfsanələri  əsas  götürülüb  /T.Məhərrəmova  //Kaspi.-2013.-  26 

dekabr.- 9. 

43.Əfsanələr  paytaxtı:  Xaçmazın  gecələri  də  gözəldir... 

/A.Əliyev//Azərbaycan.-2013.- 31 dekabr.- S.7. 



44.Əfsanələr  paytaxtına  mediatur  //Mədəniyyət.-2013.-  25 

dekabr.- S. 2.; Palitra.-25 dekabr.-S.6. 



45.Əfsanələr  paytaxtında  dəyirmi  masa  /N.Məmmədov 

//Mədəniyyət.-2013.- 27 noyabr.- S. 13. 



46.Əfsanələr  paytaxtında  sərgi-yarmarka  təşkil  olunub  

/C.Zərbəliyev//Mədəniyyət.-2013.- 23 oktyabr.- S. 8. 



47. Əfsanələr  paytaxtından  zəngin  təəssürat  //Mədəniyyət.-

2013.- 29 dekabr.- S. 8. 



48.Gözəl  Gədəbəyin  özəllikləri:  Ötən  ilin  “Əfsanələr 

paytaxtı” /F.Abdullayeva //Mədəniyyət.-2013.- 15 mart.- S. 10. 


23 

 

49.Qədim  və  həmişə  cavan  Xaçmaz:  Əfsanələr  paytaxtı  /P. 

İlqaroğlu //Mədəni həyat.-2013.- №.- 4.- S.47-48. 

50.Xaçmaz  2013-cü  ili  “Əfsanələr  paytaxtı”  kimi  başa 

vurdu  /Z.Bayramov//Respublika.-2013.- 25 dekabr.- 6 

 

2014 

51.Bizdə şeir də var, sənət də vardır //Mədəniyyət.-2014.- 24 

oktyabr.- S. 5. 



52.Bölgələr  “paytaxt”  olanda  //Mədəniyyət.-2014.-  30 

dekabr.- S. 7. 



53.Bölgələr 

“paytaxt”  olanda...:  “Xalq  Yaradıcılığı 

Paytaxtları”  proqramı  şəhər  və  rayonlarımızın  mədəni  inkişafına 

zənginlik gətirdi//Mədəniyyət.-2014.- 26 dekabr. - S. 2. 

54.Dağlar  qoynunda  musiqi  bayramı:  Ənənəvi  Qəbələ 

festivalı  incəsənətimizin  təbliğinə  töhfədir//Mədəniyyət.-2014.-  26 

dekabr. - S. 7. 

55.Əfsanə  bolluğu:  “Şəxsiyyətlər  Parkı”nda  kimlər  var? 

/E.Cəbrayıloğlu //Ədalət.-2014.- 11 yanvar.- S.6. 



56.Əfsanələr  diyarı  -  Qəbələ  mövzusunda  dəyirmi  masa 

//Mədəniyyət.-2014.- 1 oktyabr.- S. 12. 



57.Əfsanələr  paytaxtında  poeziya  axşamı  //Mədəniyyət.-

2014.- 26 dekabr. - S. 7. 



58.Əfsanələr paytaxtında poeziya axşamı //Palitra-2014.- 20 

sentyabr.- S. 15 



59.Əfsanələr 

paytaxtında 

poeziya 

axşamı 

/Fariz 


Hüseynov.//Mədəniyyət.-2014.- 19 sentyabr.- S. 2. 

60.Əfsanələr  paytaxtında  təntənəli  tədbir  //Mədəniyyət.-

2014.- 17 sentyabr.- S. 2. 



61.Əfsanələr 

paytaxtında 

yeni 

görüşlərədək 

/F. 


Hüseynov//Mədəniyyət.-2014.- 24 sentyabr.- S. 9. 

62.Əfsanələr paytaxtının təqdimatı /Fəxriyyə //Mədəniyyət.-

2014.- 25 aprel.- S. 8. 




24 

 

63.Əfsanələşən  qədim  paytaxtın  yeni  növrağı:  2014-cü  il 

Qəbələnin  tarixində  xüsusilə  əlamətdar  oldu//Mədəniyyət.-2014.- 

26 dekabr. - S. 4. 



64.Əsrlərin  və  nəsillərin  mirası:  Minilliklərin  yaddaşından 

süzülüb  gələn  xalq  yaradıcılığı  irsimizin  gələcək  nəsillərə 

çatdırılması  üzərimizə  düşən  tarixi  borcdur  /Ə.Qarayev 

//Mədəniyyət.-2014.- 26 dekabr. - S. 3. 



65.Xalq  yaradıcılığı  paytaxtlarında  qeyri-maddi  mədəni 

irsimiz  təbliğ  olunur:  Qəbələnin  “Azərbaycanın  əfsanələr 

paytaxtı”,  Balakənin  “Azərbaycanın  folklor  paytaxtı”  və 

Abşeronun  “Azərbaycanın  sənətkarlıq  paytaxtı”  elan  edilməsi  ilə 

bağlı təqdimat olub /A.Miriyev //Palitra.-2014.- 5 mart.- S.13. 



66.Qəbələ - “paytaxtdan paytaxta” yollar görünür: “MDB-

nin 


mədəniyyət 

paytaxtı”  missiyasını  başa  vuran  şəhər 

“Azərbaycanın əfsanələr paytaxtı” kimi yeni tədbirlərə ev sahibliyi 

edəcək //Mədəniyyət.-2014.- 19 mart.- S. 4. 



67.Qəbələ  -  tarixdə  və  əfsanələrdə  //Mədəniyyət  .-2014.-  26 

dekabr. - S. 7.  



68.Qəbələ  Arxeoloji  Mərkəzi  qədim  tarixin  sirlərini  açır 

//Mədəniyyət.-2014.- 26 dekabr. - S. 5.  



69.Qəbələdə  ikinci  mürəbbə  festivalı  //Mədəniyyət.-2014.- 

26 dekabr. - S. 6. 



70.Qəbələnin  teatr  həyatı  //Mədəniyyət .-2014.- 26 dekabr. - 

S. 7. 


71.Mədəni  irs  xalqlar  arasında  körpüdür:  Qəbələnin 

mədəniyyət  işçiləri  Dağıstanda  keçirilən  festivalda  iştirak 

ediblər//Mədəniyyət.-2014.- 26 dekabr. - S. 5. 

72.Mən 

Azərbaycan 

haqqında  nə  bilirəm?:  Yazı 

müsabiqəsində  fərqlənən  əcnəbi  gənclər  “Əfsanələr  paytaxtı”nda 

//Mədəniyyət.-2014.- 26 dekabr. - S. 6. 

73.Milli  atüstü  oyun  ənənələrimiz  yaşadılır  //Mədəniyyət.-

2014.- 26 dekabr. - S. 9. 




25 

 

74.Ölkəmizi 



tanıyaq: 

Maarifləndirici 

tur-aksiyanın 

iştirakçıları  Qəbələyə  səfərdən  zəngin  təəssürat  alıblar  // 

Mədəniyyət.-2014.- 26 dekabr. - S. 6. 

75.Regionarda  mədəni  həyat  //Mədəniyyət.-2014.-  30 

dekabr.- S. 7. 



2015 

76.2014-cü ildə “Azərbaycanın əfsanələr paytaxtı” seçilmiş 

Qəbələ  böyük  xariqələr  ünvanına  çevrilib    /İ.  Həsənov  //Xalq 

qəzeti.-2015.- 12 fevral.- S.6. 



77.Minilliklərin  mənəvi  və  mədəni  yadigarları  qorunur: 

2014-cü  ildə  Qəbələ  “Əfsanələr  paytaxtı”,  Balakən  “Folklor 

paytaxtı”,  Abşeron  isə  “Sənətkarlıq  paytaxtı”  kimi  tanındı 

/M.Nərimanoğlu //Azərbaycan.-2015.- 1 fevral.- S.6. 



 

İnternet resursları: 

www.azertag.com 

www.anl.az 

www.clb.az 

www . mətbuat.az 

www. medya.az 

www.  sia.az 

 

 



 

 

 



 

 

 



 


26 

 

 



 

 

 



 

Azərbaycanın Əfsanələr paytaxtları 

(Gəncə, Şabran, Gədəbəy, Xaçmaz, Qəbələ) 

Respublika Uşaq kitabxanaları üçün  

 tövsiyə biblioqrafiyası 



 

 

    Komputer yığımı  

və dizayn:                          Tünzalə Əzizova  

 

 

 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 



E-mail: info@clb.az 

URL:www.clb.az 

 

 

 

F. Köçərli adına Respublika  

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 2 

Çapa imzalanmışdır: 13.12.2017 

Tirajı:100 

Pulsuz. 


 

 

 



 

 

Yüklə 173,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə