Uşaq Kitabxanası



Yüklə 97,91 Kb.
Pdf görüntüsü
tarix14.06.2018
ölçüsü97,91 Kb.
#49086


              

F.Köçərli adına Respublika

Uşaq Kitabxanası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Detektiv əsərlərin banisi – Cəmşid Əmirov 

 

   


Cəmşid 

Əmirovun  100  illik  yubileyi  münasibətilə  mərkəzi 

kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə,  kənd kitabxana 

filialları üçün hazırlanmış  metodik vəsait 

 

 



 

                                  

 

                                     

                                Bakı – 2017 


 

Tərtibçilər:                                        Aynurə Əliyeva 



                                                            Şəhla Əliyeva 

 

Redaktor:                                          Könül Ağazadə 

 

İxtisas  redaktoru və                        Şəhla Qəmbərova 

buraxılışa məsul:                                Əməkdar Mədəniyyət işçisi 

 

 

 

 

Detektiv əsərlərin banisi – Cəmşid Əmirov: metodik vəsait / 

tərt.  ed.:  A.Əliyeva;  red.  K.Ağazadə;  ix.  red.  və  burax.  məsul 

Ş.Qəmbərova;  F.Köçərli  adına  Respublika  Uşaq  Kitabxanası.- 

Bakı, 2017.-15 s. 



 

   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2017                                  


 

Tərtibçidən 

Yer  üzünə  milyardlarla  insan  gəlib-gedib  və  dünyanın    bu 

insan karvanı yenə öz gedişindədir. Hərəyə bir ömür bəxş edilib. 

Uzun, qısa və s. fərq həmin ömrü necə başa vurmaqdır. Ömür 

var ki,   günü  əsrə bərabər. Belə ömür cild-cild kitaba sığmaz. 

Mənalı  ömür  sürən  insanlardan  biri  də  istedadlı  qələm  sahibi

 

Cəmşid  Əmirovdur.  O,  özünün  dəst-xətti,  yaradıcılıq  üslubu, 



elmi  istiqaməti,  şəxsi  mövqeyi,  nüfuzu  ilə  seçilən  alimdir.  O, 

bütöv bir şəxsiyyətdir. Onun cildlərə sığmayan  ömür kitabının 

hər  səhifəsi  ləyaqətlə,  şərəflə  yazılıb.

 

Cəmşid  Əmirov



  bütün 

əsrlərdə  fəxr  ediləsi,  qədim  və  şərəfli  tarixi  olan  Azərbaycan 

xalqının  ləyaqətli  və  qeyrətli  oğullarındandır.  Qeyrətli  və 

əvəzsiz  Azərbaycan  müdriki    həmişə  qürur  duyduğumuz, 

iftixarımız,  xalqımızın  görkəmli  yazıçı,  jurnalist

 

Cəmşid 



Əmirovun ədəbiyyatımızda öz yeri, öz dəsti-xətti var. Həyatın 

mənası 


yaşanan  illərin  sayında  deyil,  onun  necə 

yaşanmasındadır.  Gözəl,  mənalı  olduğu  qədər  dolu-dolu 

yaradıcılıq  uğurları  ilə  zəngin  həyat  sürən  görkəmli    yazıçı 

Cəmşid  Əmirovun  bu  il  100    illik  yubileyi  qeyd  olunur.  Bu  

münasibətlə bu vəsaiti işləməyi özümüzə borc bildik. Vəsait iki 

hissədən ibarətdir. I hissə şairin  həyat və yaradıcılığından bəhs 

edir. II hissə isə  yaradıcılığından bəhs edən tədbirlərdən söhbət 

açılır.


 

 

                                         Yaradıcılığı 

Cəmşid  Əmirov  1918-ci  il  fevralın  10-da  Azərbaycanın 

Naxçıvan  şəhərində  anadan  olmuşdur.  Orta  məktəbi  bitirib 

Əzizbəyov  adına  Azərbaycan  Sənaye  İnstitutuna  daxil  olmuş, 

eyni zamanda respublika qəzetləri ilə əməkdaşlıq etmişdir. Son 

kursda  institutu  tərk  etdiyinə  görə  öz  ixtisası  üzrə  (mühəndis-

geoloq) işləməyə həvəs göstərməmişdir. “Azərbaycan gəncləri” 

qəzetində məsul katib (1937-1940), “Gənc işçi” qəzetində şöbə 

müdiri (1940-1941), “Bolşevik” qəzetində məsul katib (1941), 




 

“Əzizbəyovneft”  şirkətində  mühəndis-geoloq  (1941-ci  ilin 



mayından  dekabrınadək)  işləmişdir.  İkinci  Dünya  müharibəsi 

zamanı  ön  cəbhədə  Sovet  Ordusu  tərkibində  zabit  kimi 

Almaniya, Polşa, Çexoslovakiya, Avstriya və Çində olmuşdur. 

Ordudan tərxis ediləndən sonra “Amustral”ın tikintisində fəal 

iştirak  etmişdir.  Sonra  “Azərbaycan  gəncləri”  qəzetində  şöbə 

müdiri,  “Sovet  ticarəti”  (Moskva)  qəzetində  xüsusi  müxbir, 

Neftnəşrdə  baş  redaktor,  “Azərbaycan  neft  təsərrüfatı” 

jurnalında  redaktor  müavini,  “Bakı”  qəzetində  şöbə  müdiri 

işləmişdir.  Bir  müddət  Bakı  Maliyyə-kredit  texnikumunda 

direktor (1969-1972) olmuşdur. Sonra fərdi təqaüdə çıxmışdır. 

“Vətən  müharibəsı”    (I  dərəcəli),  “Qırmızı  ulduz”  ordenləri, 

“Döyüşdə fərqlənməyə görə”, “Köniqsberqin alınmasına görə”, 

“Berlinin alınmasına görə”, “Almaniya üzərində qələbəyə görə”, 

“Yaponiya  üzərində  qələbəyə  görə”  medallarına  layiq 

görülmüşdür. Ədəbi yaradıcılığa 1940-cı illərdən oçerk, felyeton 

və hekayələrlə başlamışdır. Onun ilk mətbu oçerki “Dəqiqələr, 

saniyələr...” “Azərbaycan gəncləri” qəzetinin 28 avqust 1946-cı 

il tarixli sayında dərc edilmişdir. 1982-ci il dekabrın 29-da vəfat 

etmişdir.   

     Böyük  insan  Cəmşid  Əmirovun  anadan  olmasının  100  illik 

yubileyi ilə əlaqədar olaraq, kitabxanada bir sıra  tədbirlər: kitab 

müzakirəsi,  oxucu  konfransı,  rəsm  və  şeir  müsabiqəsi,  icmal, 

ədəbi-bədii gecə keçirilə bilər.

 

C.Əmirovun yaradıcılığını gənc 



nəslə  və  oxuculara  tanıtmaq  məqsədi  ilə  kitabxanada  kitab 

sərgisi  də    təşkil  oluna  bilər.  Sərgidə  onun    müxtəlif  illərdə 

çəkilmiş foto stendi, kitabları ilə yanaşı digər müəlliflərin onun 

haqqında  yazdığı kitablar, araşdırmalar, ona ithaf edilən  şeirlər, 

kəlamlar  və  dövri  mətbuatda  yer  alan  məqalələr  öz  yerini 

almaqdadır.  Sərgiyə  müxtəlif  başlıqlarlar  verilə  bilər: 

“Xatirələrdə  yaşayan  yazıçı”,  “Cəmşid  Əmirov 100”,  “Həyata 

bağlı  sənətkar  –Cəmşid  Əmirov”,  “Novator  yazıçı  –

 

Cəmşid 


Əmirov”,  “Yenilikçi  yazıçı”,  “Naxçıvandan  doğan  günəş  – 

Cəmşid Əmirov” və s. 




 

Kitab Sərgisi 

 

 

 



             

 

  



 

 

 



             

 

 



 

 

 



 

 

 



 

 

 




 

Cəmşid  Əmirovun  100  illik  yubileyi  ilə  əlaqədar  olaraq, 



keçirilən maraqlı tədbirlərdən biri də sərgi ətrafında oxucularla 

söhbət  adlanır.  Tədbir  zamanı  kitabxanaçı  yazıçı,  jurnalist  

Cəmşid  Əmirovun  kitabları  əsasında  sərgi  təşkil  edir. 

Kitabxanaçı növbə ilə yazıçının kitablarını, xüsusən də “Brilyant 

məsələsi”  kitabını    oxucularla  tanış  edərək  geniş  və  maraqlı 

məlumatlar verir.  



Kitabxanaçı: Azərbaycan  ədəbiyyatı tarixində ilk dəfə macəra 

janrına  müraciət edən yazıçı məhz görkəmli şəxsiyyət Cəmşid 

Əmirovdur. Altmışıncı illərin  Azərbaycan mətbuatından  bu  ad 

hər kəsə  yaxşı tanışdır. O, istedadlı, macəraçı, yazıçı, mübariz 

jurnalist,  kinossenari  müəllifi  kimi  imzasına  keçmiş  ittifaq 

respublikalarının  da mətbuatında tez-tez rast gəldiyimiz və bu 

günlər 100 illiyi tamam olmuş, Cəmşid  Cabbar oğlu Əmirovdur.  

     Onun  bir  çox  əsərləri  kimi  “Brilyant  məsələsi”  kitabı  

oxucunun yaddaşında silinməz izlər qoydu. “Brilyant məsələsi” 

kitabına maraq  o qədər güclü idi ki, artıq əl-əl gəzən bu əsər öz 

məcrasından çıxmışdı. Artıq həmin dövrdə bu kitabı əldə etmək 

bir müşkülə düşmüşdü. Əsər sözün əsl mənasında o dövrdə bir 

hadisəyə çevrilmişdi. Əsərin sevilməsinin səbəblərindən biri də 

Azərbaycan    ədəbiyyatında  detektiv  janrına  ilk  dəfə  müraciət 

olunması, həm əsərin  yazıçı tərəfindən yüksək professionallıqla 

yazılmasıdır.   

Qeyd etmək lazımdır ki, C.Əmirov “Brilyant məsələsi” ndən 

öncə artıq oxucuların qəlbinə yol tapan, Azərbaycan polislərinin 

həyatından,  onların  ağır,  çətin  işindən  bəhs  edən  “Sahil 

əməliyyatı” povesti ilə nəinki respublikamızda, hətta ondan çox-

çox uzaqlarda tanınmağa başlamış və əsər bir neçə dilə tərcümə 

olunmuşdur. Təsadüfi deyil ki, respublikadan kənarda da oxucu 

marağına səbəb olan bu əsər kinematoqrafçıların diqqətini cəlb 

etməyə  bilməzdi.  Məhz  buna  görə  də  əsərin  ssenarisinin 

yazılması üçün yazıya müraciət olunur və nəticədə həmin povest 

əsasında “İstintaq davam edir” filmi çəkilib. 




 

        Cəmşid Əmirovun “Brilyant məsələsi” povesti 1962-ci ildə 



yazılıb.

 

Əsərin  yazılmasında  yazıçının  məqsədi  Azərbaycan 



polis  kollektiv  gücünü  Azərbaycan  xalqına  göstərə  bilməkdir.

 

Əsər detektiv janrındadır. İkiyüz əlli  səhifə olsa da, roman deyil, 



povestdir. Dünya ədəbiyyatının detektiv nümunələrindən fərqli 

olaraq,  bu  əsərdə  konkret  cinayət  və  o  cinayətin  üstünü  açan 

konkret  xəfiyyə  yoxdur.  Burda  polisin  komanda  şəklində 

fəaliyyətindən və drujinaçıların onlara köməyindən bəhs olunur.

 

“Brilyant məsələsi” povestinin baş qəhrəmanlarını – Yədullanı 



və Zerkola Klaranı əsərə real həyatdan gətirib. Povest boyunca 

oxucu  bu  mənfi  obrazlarla,  kapitan  İsayevin  timsalında  onlara 

qarşı  mübarizə  aparan,  aman  vermədən  onları  təqib  edən 

personajların başına gələnlərə şahidlik edirlər və bu müddətdə 

nə zaman baş verdiyini hiss etmədən gözlərini açarkən özlərini 

qarışıq  cinayət  hadisələrinin  düz  ortasında  tapırlar.

 

Brilyant 



məsələsi  povestindəki  Yədulla  və  Klara  obrazları  həyatdan 

götürülüb. Hər ikisi cibgir olub. Elə əsərdə də mənfi qəhrəman 

kimi təsvir olunublar. Povestin məzmununa görə, Yədulla polis 

tərəfindən ifşa olunur, amma o polisdən yaxasını qurtarıb qaça 

bilir  və  bir  müddət  Ukraynada  gizlənir.  Yədulla  bir  də  əsərin 

sonlarında peyda olur. Bu müddət ərzində isə mənzil oğurluğu 

baş  verir.  İttiham  olunan  şəxs  günahsızlığını  etiraf  edə bilmir. 

Ev sahibəsi  isə  polis  şöbəsinin  əməliyyatçısı  kapitan  İsayev 

tərəfindən  nəzarətdə  saxlanılır.  Ev  sahibəsinin  telefon 

danışıqları dinlənəndən sonra o, həbs olunur. 

Yazıçı əsərdə möhtəşəm drujinaçı obrazları  yaratmışdı. Bu 

drujinaçılar  təhlükəli  cinayətlərin  üstünün  açılmasında  polisə 

əvəzsiz xidmət göstərirdilər, əksər hallarda polisi əvəz edirdilər. 

Epiloqda  Yədullanın  həbsini  də  drujinaçı  meşəbəyi  təşkil 

etmişdi. Ləqəbi Zerkola, tam adı Klara Yusifzadə olan bu qadın 

C.Əmirovun onu azadlıqda olduğu vaxt yedizdirdiyini, ata kimi 

rəftar  etdiyini  deyirmiş.  Ev  sahibəsinin  telefon  danışıqları 

dinlənəndən sonra o, həbs olunur. “Brilyant məsələsi” oxucular 

tərəfindən sevinclə qarşılandığı, əsərdə olan surətlərin həyatdan 



 

götürülüb-götürülmədiyi haqda C.Əmirova gələn məktublarda, 



öz əksini tapıb. S. Mümtaz adına  Azərbaycan Dövlət Ədəbiyyat  

və  İncəsənət    arxivində  yazıçıya    müxtəlif    bölgələrdən  gələn 

məktublar saxlanmaqdadır. Məhz həmin məktublarda oxucular 

əsərdə  olan  Yədullanın,  Klaranın  şəxsiyyəti  ilə  maraqlanır, 

həmin  cinayətkarların  doğrudan  da  həyatdan  götürülüb-

götürülmədiyini  bilmək  istəyirdilər.  Oxucular,  həmçinin  bu 

cinayətkar  dəstə ilə mübarizədə fədakarlıq göstərən  kapitan  Əli 

Rüstəmov  haqqında da məlumatlandırılmalarını xahiş edirdilər.  

     Bu suallara cavab verməzdən əvvəl qeyd etmək mümkündür 

ki,  yazıçı  görüşlərində  qələmə  aldığı  insanları  həyatdan 

götürdüyünü  etiraf  etmiş,  lakin    həmin  şəxslərin    bəzilərinin 

adlarında  müəyyən dəyişikliklər etdiyini də bildirmişdi.   

     C.Əmirov böyük ürək sahibi olan yazıçılardan idi. Təsadüfi 

deyil  ki,  əsərlərinin  qəhrəmanı  olan  kapitan  Əli  Rüstəmov  da 

onun    qayğıkeşliyi    nəticəsində    hüquq  mühafizə  orqanlarına 

yenidən  qaytarılmışdır.  Onun  əsl  adı  Səfərli  Rüstəm  oğlu 

Rüstəmovdur. O, vaxtı ilə polis sıralarından kənarlaşdırılarkən 

C.Əmirov  ona  dayaq  durmuş,  haqqın  zəfər  çalmasına  nail 

olmuşdur. Sonra  isə əsərlərində onu bacarıqlı, qayğıkeş, işinin 

öhdəsindən gələn, cinayətkarlarla mübarizə aparan bir zabit kimi 

göstərmişdir.  Onu  da  qeyd  etmək  istərdim  ki,  povest  o  vaxt 

Azərbaycan Yazıçılar İttifaqının və Respublika İctimai Asayişi 

Mühafizə Nazirliyinin mükafatına layiq görülmüşdür.   

Kitabxanaçının dəyərli məlumatından sonra iştirakçılar əsərdən 

parçalar nümayiş etdirirlər.  

     Kitabxanada  oxucular tərəfindən sevilən tədbirlərdən biri də 

rəsm  müsabiqələridir.  Bildiyimiz  kimi  Cəmşid  Əmirov    bir-

birindən gözəl əsərlər  müəllifidir. Müsabiqə zamanı xeyli sayda 

məktəblilər 

müsabiqəyə  cəlb  olunur  və  bu  haqda 

məlumatlandırılırlar.  Oxucular  əsərləri  oxuyaraq  tanış  olur  və 

həmin 


hekayələrə 

uyğun  rəsmlər  çəkirlər.  Şəkillərin 

hazırlanması üçün uşaqlara iki həftə vaxt verilir. Bu vaxt ərzində 

oxucular  həm    Cəmşid  Əmirovun    əsərlərini  oxuyur,    həm  də 




 

oxuduqları  və çox bəyəndikləri  əsərlərə uyğun şəkillər çəkirlər. 



Ən gözəl məna kəsb edən rəsm işləri mükafatlandırılır. 

     Cəmşid  Əmirovun  100  illik  yubileyi  ilə  bağlı  keçirilən 

maraqlı  tədbirlərdən  biri  də  kitab  müzakirəsidir.  Bu  məqsədlə 

kitabxanaçı bir neçə məktəblə sıx əməkdaşlıq edir. O, şagirdləri, 

xüsusən də,  yuxarı sinif  şagirdlərini kitabxanaya  cəlb  etməklə 

yazıçının    gördüyü  işlər  və  onun    kitabları  ilə  tanış  edir. 

Kitabxanaya  abunə  olan  şagirdlər  Cəmşid  Əmirovun  gördüyü 

işlərlə  yaxından  tanış  olurlar.  Daha  sonra  kitabxanaçı  sözü 

gedən  tədbir  üçün  müəyyən  olunmuş  tarixdə  oxucuları 

kitabxanaya  dəvət edir.  



Kitabxanaçı    iştirakçıları  və  qonaqları  salamladıqdan  sonra 

C.Əmirov haqqında dəyərli məlumatlarla onları bilgiləndirir.   

Kitabxanaçı: Qədim Naxçıvan diyarında Əcəmi Naxçıvanidən 

tutmuş  Hüseyn  Cavidə qədər sayı  məlum olmayan  neçə-neçə 

dühalar  bu  torpaqda  doğulmuşdur.  Bu  dühalardan  biri  olan 

Naxçıvan şəhərin “Sarvanlar  məhəlləsi”nin   aşağı  hissəsində, 

“Böyük bağ” deyilən səfalı yerdə, “Kərbəla Musa” çeşməsinin 

yaxınlığında  Azərbaycan    ədəbiyyatı  tarixində  ilk  dəfə  olaraq 

detektiv janrının banisi olan Cəmşid Əmirov dünyaya göz açıb. 

1918-ci ildə Azərbaycan Demokratik Cumhuriyyətinin “azadlıq 

günəşi yaydığı”  günlərdə  Cabbar  kişinin ailəsində bir sevinc 

var idi. Dünyaya yenicə göz açan  körpəyə həyat bəxş edən  gənc 

ana bilmirdi ki,  bu uşaq  Əmirovlar ailəsini, hətta Azərbaycanı 

istedadı  ilə  neçə-neçə  ölkələrdə  tanıtdıracaq.  Cəmşid  Əmirov 

dövrünün    yeganə  yazıçısı  idi  ki,  onun  kitabları  oxucuların 

davamlı  təkidi  ilə  nəşr  edilirdi.  Onu  qeyd  etmək  lazımdır  ki, 

Cəmşid Əmirovun  yalnız “Qara Volqa”sı  qısa müddət ərzində 

iki dəfə və hər dəfə də 50 min tirajla çap olunurdu.  Maraqlıdır 

ki, C.Əmirovun nəşriyyatlara verdiyi gəlirləri o zaman heç bir 

qələm sahibi  verə bilməmişdi. Yazıçının əsərləri dəfələrlə çap 

olunsa da, lakin hər dəfə bu əsərləri tapmaq müşkilə çevrilirdi. 

Oxucuların  yazıçıya  hədsiz  sevgisi  olduqca  çox  idi.  Cəmşid 

Əmirovun bir yazıçı kimi səciyyələndirən, ona şöhrət gətirən ən 



10 

 

başlıca məziyyət əsərlərinin əsas etibarı ilə vahid bir mövzuya 



bağlı olmasıdır. Bu mövzu ilk növbədə onun tərəfindən ictimai 

asayiş sahəsində çalışan adamların çətin və ağır həyatını təsvir 

etməkdir.  Müəllif  məhz  bu  mövzu  vasitəsilə  insanda 

məğrurluğu, təmizliyi, paklığı, düzlüyü, əxlaqi,  mənəvi saflığı 

göstərmək  istəyi  idi.    “Sahil  əməliyyatı”,

 

“Brilyant  məsələsi”,



 

“Qara  Volqa”  və  başqa  əsərləri  bu  baxımdan  yazıçının  bədii 

uğuru sayıla bilər. Asayişimizin keşiyində duranların gündəlik 

həyatından    bəhs  edən  bu  əsərlərdə  polis  işçilərinin  qatı 

cinayətkarlarla  ölüm-dirim  mübarizəsindən  və  canilərin  

havadarlarının açıqlığı  ilə əsərdə öz əksini tapmışdır. 

     Dəyərli  iştirakçılar,

 

budəfəki  seçimimiz  Cəmşid  Əmirovun 



“Qara Volqa” romanıdır. “Qara Volqa” romanı 1966-cı ildə işıq 

üzü  görüb.  “Qara  Volqa”  romanı  Azərbaycan  detektiv 

ədəbiyyatının ilk və ən parlaq nümunələrindən biridir. Əslində 

bu  əsər  yazıçı  Cəmşid  Əmirovun  bir  müddət  əvvəl  yazdığı 

“Brilyant məsələsi” romanının davamıdır. Doğrudur, kitablarda 

baş  verən  hadisələr  müxtəlifdir.  Əgər  birinci  romanda  söhbət 

Yədullanın yaratdığı kriminal qruplaşma ilə mübarizə aparılırsa, 

ikincidə obrazlar dəyişir: burda qəhrəman Pəncəli Aslan və onun 

cinayətkar dəstəsidir. Ancaq cinayətkar qruplara qarşı mübarizə 

aparan  hüquq-mühafizə  orqanlarının  nümayəndələri,  təxminən 

eyni  adamlardır.  Xüsusən  hər  iki  kitabın  baş  qəhrəmanı  Əli 

Rəsulov!  Üstəlik,  romanlarda  bəhs  olunan  hadisələrin  zaman 

ardıcıllığı var. Söhbət müharibədən sonranın Bakısında cərəyan 

edən  hadisələrdən  gedir.  Hansı  ki,  Həsən  Seyidbəylinin 

təxminən eyni illərdə məşhur olan “Cəbhədən cəbhəyə” əsərində 

olduğu kimi...  

Pəncəli  Aslan  qadındır.  Atası  qız  övladı  istəmir,  ancaq 

taleyin  əksinə  gedə  bilməyincə  onun  adını  Aslan  qoyur. 

“Aslanın  erkəyi,  dişisi  olmaz”  məntiqi  bu  qızın  taleyinə  hələ 

uşaq yaşlarından təsir edir. O, tezliklə qəddar, əzazil, rəhmsiz, 

eyni  zamanda  qoçaq,  ağıllı,  tədbirli  və  hiyləgər  bir  insana 

çevrilir.  Kriminal  dünyaya  meyl  Aslanın  təbiətindədir.  Fiziki 




11 

 

gücü ilə oğlan tay-tuşlardan da seçilən Aslan tezliklə “Pəncəli” 



ləqəbini qazanır. Sonrası isə məlumdur... 

O,  özünün  sağ  əli  olan  “Paxan”la  böyük  cinayətkar  dəstə 

yaradır. Bu dəstə yüksək ustalıqla idarə olunur. Hətta dəstənin 

ən  fəal  üzvləri  belə  kimə  qulluq  etdiklərini,  başçılarının  kim 

olduğunu bilmir. Onlarla günahsız insanı öz qurbanına çevirən 

bu cinayətkar şəbəkəni ilmə-ilmə söküb araşdırmaq heç də asan 

deyil.  Oxucu  bacarıqlı  hüquq-mühafizə  orqanları  işçiləri  ilə 

birlikdə  bu  düyünlərin  açılmasında  iştirak  edir.  Bütün 

qurbanlara  rəğmən  əsər  nikbin  sonluqla  bitir,  günahkarlar 

cəzasını alır. 

Budəfəki  seçimimiz  Cəmşid  Əmirovun  “Qara  Volqa” 

romanıdır. “Qara Volqa”  filmini indiki detektivlərlə müqayisə 

eləmək çətindi. Ona görə ki, o filmdə Muxtar Maniyev, Zərnigar 

Ağakişiyeva, Nəsir Sadıqzadə, Fuad Poladov, Rasim Balayev, 

Laləzar  Mustafayeva,  Nəsibə  Eldarova...  kimi  peşəkarlar 

oynayıblar.     

“Qara  Volqa”  bir  çox  digər  əsərlər  kimi  bütünlüklə  yazıçı 

təxəyyülünün məhsulu deyildi. Hər bir obrazın prototipi olmaqla 

və  bütün  ədəbi  qayda-qanunlara  riayət  etməklə  bədii  cəhətdən 

ustalıqla  yazılmışdır.  Ən  başlıca  səbəb  isə  illərlə  haqqında 

yazılması  yasaq  olunmuş,  məxfi  hesab  edilən  bir  sahəni  –

barəsində  çəkinə-çəkinə  danışılan  sirli  oğru  aləmini,  milisin 

oğrularla mübarizəsini ədəbiyyata gətirilib oxucunun ixtiyarına 

verilməsi idi.  

Əsərdə  Pəncəli  Aslanın  başçılıq  etdiyi  cinayətkar  dəstənin 

törətdiyi  saysız-hesabsız  cinayətlərdən  və  hüquq-mühafizə 

orqanları  tərəfindən  cinayətkar  qrupun  dağıdılmasından 

danışılır.  “Qara  Volqa”  yazıçının  ilk  romanı  deyildi,  yazıçı 

ondan əvvəl də, sonra da bu ruhda əsərlər yazmışdı. Ancaq  onu 

da  qeyd  edək  ki,  bu  əsər  bədii  məziyyətləri,  süjeti, 

kompozisiyası daha  cəlbedici və zəngindir.  



12 

 

      Detektiv  əsərlər müəllifi  Bəhram  Çələbinin sözlərinə  görə, 



“Qara  Volqa”  kifayət  qədər  maraqlı  əsərdir  və  həyat 

həqiqətlərinə uyğun qələmə alınıb.   

Sonda  onu  deyə  bilərik  ki,  Cəmşid  Əmirovun  “Qara 

Volqa”sı heç vaxt öz cazibədarlığını itirmir. 



Tədbirin  sonunda  oxucular  əsərdən  müəyyən  parçalar 

səhnələşdirirlər.  

       Yazıçının  100  illik  yubileyi  münasibəti  və  eyni  zamanda 

onu oxuculara tanıtmaq məqsədi ilə kitabxanada “Həyata bağlı 

sənətkar  –  Cəmşid  Əmirov”  adlı  xatirə  gecəsi  keçirilə  bilər. 

Tədbirə  Azərbaycanın  görkəmli  ədib  və  yazarları;  sənət-söz 

adamları,  oxucular,  məktəblilər  toplaşır.  Qonaqlar  yazıçının  

şəkilləri, müxtəlif adda əsər başlıqları və şeir misraları yazılmış 

çərçivərələrlə bəzədilmiş zalda öz yerlərini alırlar. Gecəyə keçid 

almaq üçün aparıcılar səhnəyə yaxınlaşır. 

I aparıcı:

  

Salam, dəyərli qonaqlar, bu il böyük insan  bənzərsiz, 



yenilikçi  və  eyni  zamanda  novator  yazıçı  Cəmşid  Əmirovun 

anadan olmasının 100 illiyi tamam olur. Bu münasibətlə buraya 

yığışmışıq.  Onun  keçdiyi    yarpaq-yarpaq  ömür  yoluna  işıq 

salmaq üçün  bu vacib gecəyə toplanmışıq.

 

Bu il görkəmli yazıçı, 



tanınmış  nasir  Cəmşid  Əmirovun  anadan  olmasından  100    il 

ötür.  Bilindiyi  kimi  yazıçı  Cəmşid  Əmirov  ədəbiyyatımıza 

gətirdiyi  yeniliklə  Azərbaycan  detektiv  ədəbiyyatının  banisi 

kimi tanınmışdır.

 

Sağlığında  yazıçının dörd kitabı çap olunub 



və  bu  əsərləri  ilə,  o,  milli  ədəbiyyatımızda  detektiv  üslubun 

yaradıcısı haqqını qazanıb və kitabları kütləvi şəkildə oxucuların 

ixtiyarına  verilib.  Yazıçı  1966-cı  ildə  “Azərbaycanfilm”  də 

çəkilmiş  “İstintaq  davam  edir”  (rejissor  Əlisəttar  Atakişiyev) 

adlı  bədii  filmin  ssenarisini  də  yazıb.  1994-cü  ildə  onun  əsəri 

əsasında “Qara Volqa” da ekranlaşdırılıb. Elşən Məmmədovun 

ərsəyə  gətirdiyi  bu  ekran  əsərinin  ssenarisini  Nəriman 

Əbdülrəhmanlı  yazıb.  Filmin  məsləhətçisi  Cəmşid  Əmirovun 

oğlu Çingiz Əmirov olub. 



13 

 

II aparıcı: Hələ gənc yaşlarından ədəbi bədii yaradıcılığa xüsusi 

həvəs  göstərən  Cəmşid    cəbhə  illərində  bir  sıra  mətbuat 

orqanlarında  məqalə  və  xəbərlərlə  çıxış  etmiş,  jurnalistlik 

peşəsinə  meyli  artmışdı.  Görünür,  cəbhədən  qayıdanda  özünü 

jurnalistliyə  həsr  etməsi  də  bu  meyildən  irəli  gəlib.  Sonralar 

Cəmşid  Əmirov  ciddi  felyetonlar,  tənqidi  yazılarla  peşəkar 

jurnalist  kimi  çıxış  edir.  1950-ci  illər  Cəmşid  Əmirovun  bir 

yazıçı kimi yetişdiyi illər olmuşdur. 1955-1957-ci illərdə o, ilk 

böyük macəra əsərini – “Sahil əməliyyatı” povestini yazmışdır. 

Bu  əsər  təkcə  respublikamızda  deyil,  bir  sıra  başqa  xalqların 

dövri  mətbuatında  da  dərc  olunmuşdur.  Təkcə  bunu  demək 

kifayətdir ki,  “Sahil əməliyyatı” povesti bütünlüklə “Molodyoj 

Estonii” qəzetində oxuculara çatdırılmışdır. Povest Azərbaycan 

Yazıçılar  İttifaqı  və  Respublika  İctimai  Asayişi  Mühafizə 

Nazirliyinin  təşkil  etdiyi 

müsabiqədə  mükafata  layiq 

görülmüşdü.  Əsər  həm  də  ekranlaşdırılmışdır  və  onu  da  qeyd 

edək ki,  əsər bu gün də ekranlardan düşmür və maraqla izlənilir.  

     Bundan sonra Cəmşid Əmirov bir-birinin dalınca neçə-neçə 

povest və roman yazmışdır. Ömrünün son çağlarında “Çətin iş” 

romanı, “İki mənalı teleqram” hekayəsi üzərində işləmişdir.  

 I  aparıcı:  Təəssüf  ki,  amansız  ölüm  istedadlı  yazıçı  və 

jurnalisti,  zəhmətkeş,  qayğıkeş  və  mərd  xasiyyət,  fədakar 

şəxsiyyəti  vaxtından  tez  dünyasını  dəyişdirməyə  vadar  etmiş, 

onun  bir  sıra  yaradıcılıq  planlarını  yerinə  yetirməyə  aman 

verməmişdir.  Yazıçı  1982-ci  il  dekabrın  29-da  vəfat  etmişdir. 

Onun  hələ  işıq  üzü  görməmiş  ədəbi  irsinin  də  oxuculara 

çatdırılması qayğısına qalmaq lazımdır.  

     Azərbaycan  xalqının  yetirdiyi  böyük  yazıçı,  söz,  fikir  və 

əməl  adamı,  tanınmış  ədib    idi.  Onun  haqq  dünyasına 

qovuşmağından uzun illər keçsə də, o, əsərlərində, əməllərində 

və parlaq ideyalarında bu gün də yaşayır. Necə ki, Azərbaycanın 

zəngin ədəbi  məktəb və ədəbiyyatı var, deməli, Azərbaycanda 

detektiv əsərlərin banisi – Cəmşid Əmirovun adı və əsərləri hər 

zaman yaşayacaqdır. 




14 

 

Ədəbiyyat siyahısı 



 

Əsərləri kitablarda 

 

Qara "Volqa" : roman. - Bakı : Qanun, 2013. - 412 s. - KQB-

nin arxiv sənədləri əsasında yazılmış ilk Azərbaycan detektivi.  

 

Sahil əməliyyatı. - Bakı : Azərnəşr, 2007. - 308 s.  



 

Brilyant məsələsi : Roman. - Bakı : Azərnəşr, 2008. - 360 s.  



 

Şəhər yatarkən : Povestlər. - Bakı : Yazıçı, 1982. - 200 s. - kiril 

əlifbası ilə. 

 

 



Haqqında mətbuatda 

 

Abdullayev, Ş. Yazıçı, jurnalist// Ədəbiyyat qəzeti. - 1993. - 

19 mart. - № 11. - S. 7. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


15 

 

           



Detektiv əsərlərin banisi – Cəmşid Əmirov 

                                    (metodik vəsait) 

 

 

 

 

 

 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail:info@clb.az 

URL:www.clb.az 

 

 



 

F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 47 

Çapa imzalanmışdır:15.01.2017 



Tirajı:100 

Pulsuz 

Yüklə 97,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə