Uşaq Kitabxanası



Yüklə 428,45 Kb.
səhifə1/16
tarix25.06.2018
ölçüsü428,45 Kb.
#51417
  1   2   3   4   5   6   7   8   9   ...   16


 

 

 



 

 

 



 

            

 

F.Köçərli adına Respublika



Uşaq Kitabxanası

 

 

   



 

 

 



       Tarixin dönüş anı-

 

15  iyun Milli   Qurtuluş  Günü 



 

 

        

 

    15  iyun Milli   Qurtuluş  Günü münasibəti ilə  respublika uşaq 

           kitabxanaları  üçün hazırlanmış  metodik vəsait

 

 

 

 

 

 

 

 

 

                                              Bakı – 2016  

 

 

 




 

 

 



 

 

 



 

            

 

Tərtibçi:                                



    Aynurə Əliyeva  

                                                               Sevil Əhmədova 

 

Redaktor və buraxılışa məsul:               Şəhla Qəmbərova 



                                                Əməkdar Mədəniyyət İşçisi 

                             

 

 

15  iyun Milli   Qurtuluş  Günü münasibəti ilə respublika uşaq  

kitabxanaları  üçün hazırlanmış metodiki vəsait /tərt. ed. A. Əliyeva; 

red.  və  burax. məsul Ş.Qəmbərova; F.Köçərli adına Respublika 

Uşaq Kitabxanası.- Bakı, 2016.-33s.

 

 



 

 

 

 

 

 

 

 

 

 

©F. Köçərli adına Respublika Uşaq Kitabxanası 

 

 

2016 

 


 

 

 



 

 

 



 

            

 

 



                                   Tərtibçidən.  

Tarixin  yaddaşına  möhürünü  vurmuş  fövqəladə  şəxsiyyətlərin 

zəngin,  şərəfli  və mənalı ömür  yolunu  nəzərdən  keçirmək bütöv  bir 

millətin,  dövlətin  salnaməsini  yaratmaq  qədər  çətindir.  Ümummilli 

lider  Heydər  Əliyev  də  Azərbaycan  xalqının  tarix  boyu  yetirdiyi 

nadir  və  qeyri-adi  şəxsiyyətlərdən  biri  olaraq  bu  gün  milyonların 

qəlbində  yaşayır.  Həyatının  mənasını  xalqa  və  dövlətə  xidmətdə 

görən  ulu  öndər  bu  müqəddəs  amal  uğrunda  ən  çətin  maneələrə, 

problemlərə  mərdliklə  sinə  gərən  millət  fədaisi  kimi  böyük 

ehtiramla,  rəğbətlə  xatırlanır.  Ümumilli  lider  Heydər  Əliyev 

Azərbaycan  xalqınının  tarixinə  və  taleyinə  parlaq  və  silinməz  iz 

qoymuş böyük şəxsiyyət, qeyri adi zəka, fitri istedad sahibi, müdrik 

dövlət  xadimi  kimi  düşmüşdür.  O,  Azərbaycanın  tərəqqi  və 

inkişafını    müəyyənləşdirmiş,  milli-mənəvi  dəyərlərimizin  müstəqil 

dövlətçiliyimizin 

konseptual 

əsaslarını 

işləyib 


hazırlamış,  

ehkamlaşmış  köhnə  stereotiplər  çərçivəsini  dağıdaraq  milli  ruhun, 

milli ideologiyanın yüksəlişinə təkan vermişdir.  

 Respublikamızın  bütün  vətəndaşları  Milli  Qurtuluş  Gününü 

təntənə  ilə  qeyd  edirlər.  Bu  gün  bütün  içtimaiyyətimiz  haqlı  olaraq 

dərin  iftixar  və  qürur  hissi  keçirir  ki,  dahi  şəxsiyyət,  ümumilli 

liderimiz  Heydər  Əliyevin  gecəli-gündüzlü  gərgin  əməyi  sayəsində 

Azərbaycanda  iqtisadi  və  sosial  sahə  surətlə  inkişaf  etmiş  içtimai-

siyasi  sabitlik  bərqərar  olmuşdur.  Bu  böyük  öndər  ümumilli 

liderimiz Heydər Əliyevin uğuru və bizə olan töhfəsidir.  




 

 

 



 

 

 



 

            

 

    1993-cü  il  iyunun  9-da  Heydər  Əliyevi  Naxçıvandan  Bakıya 



gətirən  yol  Azərbaycan  xalqının  və  dövlətçiliyinin nicat  və  qurtuluş 

yoluna  çevrildi.  Bu  gün  o  uğurlu  yolun  ildönümüdür.  Bu  yubiley 

münasibəti  ilə  vəsait  işləməyi  özümüzə  borc  bildik.  Böyük  fəxarət 

hissi  ilə  yazdığımız  bu  vəsait  iki  hissədən  ibarətdir.  I  hissə  “Əzablı 

yollarla  qurtuluşa  doğru”  adlanır  və  görkəmli  şəxsiyyət

 

Heydər 



Əliyevin  həyat  yolundan  və  təkrarsız  siyasətindən  bəhs  edir.  II 

hissədə  isə  “Qurtuluş-Tarixin  unudulmaz  səhifəsi”  adlanır  və 

kitabxanada təşkil olunan tədbirlərdən söhbət açılır. 

 

 



          Əzablı yollarla qurtuluşa doğru 

1991-ci  ilin  oktyabrında  Azərbaycan  müstəqillik  əldə  etdi. 

Lakin  müstəqilliyin  ilk  illəri  siyasi  hakimiyyət  boşluğu  və  dövlətin 

əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, 

dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi. Ermənistanın 

işğalçılıq  niyyəti  güdən  təcavüzü  respublikada  vəziyyəti  daha  da 

gərginləşdirirdi. 

Vətənin  bu  ağır  dövründə  Azərbaycan  Kommunist  Partiyası 

Mərkəzi  Komitəsinin  birinci  katibi  (1969-1982)  olmuş,  daha  sonra 

Sovet  İttifaqı  Kommunist  Partiyası  Mərkəzi  Komitəsi  Siyasi 

Bürosunun  üzvü,  SSRİ  Nazirlər  Soveti  sədrinin  birinci  müavini 

vəzifələrində çalışmış, Moskvada istefa verdikdən sonra 1991-1993-

cü  illərdə  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  sədri  kimi 

bu  diyarın  xilası  yolunda  fədakarlıq  nümunələri  göstərən  Heydər 

Əliyev  xalqın  təkidli  tələbləri  ilə  hakimiyyətə  qayıtdı.  1993-cü  il 

iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin 




Yüklə 428,45 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə