Uşaq Kitabxanası



Yüklə 251,93 Kb.
səhifə1/8
tarix25.06.2018
ölçüsü251,93 Kb.
#51752
  1   2   3   4   5   6   7   8


                           

        

F.Köçərli adına Respublika

Uşaq Kitabxanası

 

 

 

 

 

Mənəvi sərvətimiz - Fikrət Əmirov 

 

               Fikrət Əmirovun 95 illik yubileyi münasibətilə mərkəzi 

               kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, 

               kənd kitabxana filialları üçün hazırlanmış  metodik vəsait 

 

 

 

 

Bakı-2017 


 

Tərtibçilər:                                      Könül Ağazadə                                          



 

                                              Sevil Əhmədova  

 

 

İxtisas  redaktoru və                       Şəhla Qəmbərova 



buraxılışa məsul:                            Əməkdar Mədəniyyət işçisi                                    

                                                          

 

 



 

Mənəvi sərvətimiz - Fikrət Əmirov: metodik vəsait / tərt.ed. 

K.Ağazadə; ix. red. və burax. məsul Ş.Qəmbərova; F.Köçərli 

adına Respublika Uşaq Kitabxanası.- Bakı, 2017.-40s.  

                                                                                                                                

  

 

 



 

 

     



 

 

 

      ©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2017 


 

Tərtibçidən 

                           Əsl sənət fitri istedad və zəhmət tələb edir. 

                         İstedad bir aləmdir, zəhmət bir aləm.  Bu iki 

  aləm bir-birinə qovuşanda milli sənət ümum- 

        bəşəri sənət səviyyəsinə yüksəlir. 



                                                                        Fikrət Əmirov 

 

Bu fikir tam mənada Fikrət Əmirovun öz yaradıcılığına şamil 



oluna  bilər.  Çünki  o,  istedadın  və  zəhmətin  sayəsində  yüksələ 

bilmişdir. Fikrət Əmirovun əsərləri buna gözəl nümunədir. Belə 

ki,  bəstəkarın  simfonik  muğamları  və  digər  əsərləri  dünyanın 

müxtəlif  ölkələrində  səslənərək  həm  müəllifin,  həm  də 

Azərbaycanımızın  adını  yüksək  zirvələrə  qaldırmışdır.  Onun 

əsərləri peşəkarlar tərəfindən daim yüksək qiymətləndirilmiş və 

böyük  xalq  məhəbbəti  ilə  qarşılanmışdır.  Yaradıcılığının  ilk 

dövrlərindən  uğurlara  nail  olan  Fikrət  Əmirov  üçün  sevgi  və 

məhəbbət  məfhumu  onun  özü  kimi  əbədiyaşardır.  Xalq  öz 

müdrik sənətkarını əbədi məhəbbətlə sevir və onun əsərlərindən 

mənəvi güc alır.  

İnsanlara  öz  musiqisi  ilə  mənəvi  zənginlik  aşılayan  Fikrət 

Əmirovun irsi çoxşaxəlidir. Bəstəkarın əsas qayəsi milli köklər 

zəminində  professional  əsərlər  yaratmasıdır.  O,  şifahi  ənənəli 

klassik  musiqi  janrı  olan  muğam  dəstgahlara  müraciət  edərək 

“simfonik  muğam”  janrını  yaratmışdır.  Fikrət  Əmirov  bu 

yaradıcılıq işi ilə dünya  musiqisində heç bir  analoqu olmayan 

yeni  bir  janr  yaratdı.  Onun  yaratdığı  “simfonik  muğam”  janrı 

digər bəstəkarlar üçün də bir yaradıcılıq mənbəyi oldu. 

 Fikrət  Əmirov  pedaqoq  və  ictimai  xadim  kimi  də 

mədəniyyətimizə  gözəl  töhfələr  bəxş  edib.  Yaradıcılığında 

olduğu kimi, ictimai fəaliyyətində də Fikrət Əmirovun öz yeri, 

öz  dəst-xətti  var.  Xidmətləri  dövlət  tərəfindən  yüksək 

qiymətləndirilən  sənətkarın  ən  böyük  mükafatı  ona  olan  xalq 

məhəbbətidir.  Çünki  o,  qazandığı  bu  sonsuz  məhəbbətlə 



 

əbədiyaşardır.  Fikrət  Əmirovun  öz  təbirincə  desək  –  “Xalq 



məhəbbəti sənətkar üçün hər şeydir”.  

2017-ci  ilin  noyabr  ayında  görkəmli  Azərbaycan  bəstəkarı, 

tanınmış ictimai xadim, Fikrət Əmirovun anadan olmasının 95 

illiyi  qeyd  olunur.  Bu  münasibətlə  respublikamızın  müxtəlif 

təhsil 

ocaqlarında,  həmçinin  kitabxanamızda  tədbirlər 



keçirilməsi nəzərdə tutulmuşdur. 

Fikrət Əmirovun yubileyi ilə bağlı tərtib olunan bu vəsait iki 

bölmədən  ibarətdir.  Birinci  bölmə  bəstəkarın  həyat  və 

yaradıcılığından, ikinci bölmə isə yubileyi ilə bağlı keçiriləcək 

tədbirlərdən bəhs edilir. Hazırladığımız bu metodik vəsait yalnız 

musiqi  ictimaiyyəti  üçün  deyil,  geniş  oxucu  auditoriyasının 

istifadə edə biləcəyi bir vəsait olacaq.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

Böyük Azərbaycan bəstəkarı 



 

Gələcəyin böyük siması olan Fikrət Əmirovun ömrü və sənət 

taleyi 1922-ci il noyabr ayının 22-dən qədim Gəncə torpağında 

məşhur  musiqiçi  Məşədi  Cəmil  Əmirovun  ailəsindən  başlayır.  

Fikrət  Əmirovun  milli  musiqini  mənimsəməsində  onun 

böyüyüb, boya-başa çatdığı mühitin müstəsna rolu olub. Çünki 

bəstəkarın  böyük  musiqiçi  kimi  yetişməsində  fitri  istedadı  ilə 

bərabər  atası  Məşədi  Cəmilin  də  böyük  təsiri  olmuşdu. 

Musiqimizin beşiyi sayılan Şuşada doğulan, dövrünün məşhur 

tarzəni  kimi  tanınan  Məşədi  Cəmil  İstanbulda  professional 

musiqi sənətinə yiyələnmiş, bir sıra musiqi alətlərində ifa etməyi 

öyrənmişdi.  Məşədi  Cəmil  Əmirov  İstanbuldan  qayıtdıqdan 

sonra  Gəncədə  yaşamağa  başlamışdı.  1912-ci  ildə  “Heyratı” 

muğamını nota yazaraq “Şəhbalı” jurnalında çap etdirən ustad, 

həmçinin  Riqa  şəhərindəki  “Qrammofon”  şirkətində  bir  sıra 

muğam  və  xalq  mahnılarını  vala  yazdırmışdı.  Bəstəkarlığa  da 

meyl  göstərən  sənətkar  1915-ci  ildə  “Seyfəl-Mülk”  adlı  opera 

yazaraq  tamaşaya  hazırladı.  1923-cü  ildə  Gəncədə  ilk  musiqi 

məktəbinin  yaradıcısı  da  Məşədi  Cəmil  olmuşdur. O, məktəbə 

direktor  təyin  ediləndən  sonra  Üzeyir  Hacıbəylinin  iştiraki  ilə 

tədris  ocağının  təntənəli  açılışı  oldu.  Üzeyir  bəy  musiqi 

məktəbinin  tədris  planlarının  hazırlanmasında,  məktəbə 

Moskvadan,  Kiyevdən,  Sankt-Peterburqdan  ali  musiqi  təhsili 

olan  müəllimlərin  dəvət  edilməsində  Məşədi  Cəmil  Əmirova 

yaxından köməklik göstərmişdir. Böyük sənət eşqi ilə direktor 

kimi  işə  başlayan  sənətkar  bəstəkarlıq  fəaliyyətini  də  davam 

etdirirdi.  1923-cü  ildə  bəstəkarın  “Namuslu  qız”  operettası 

Gəncədə  tamaşaya  qoyuldu.  İlk  tamaşada  Ü.Hacıbəyli  şəxsən 

iştirak etmişdi.  

İstedadlı sənətkar Məşədi Cəmil  Əmirov 1928-ci ildə Gəncə 

şəhərində vəfat etmişdir. Onun zəngin irsi bu gün də Azərbaycan 

milli mədəniyyətinin əvəzsiz sərvətidir. 




Yüklə 251,93 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə