Uşaq Kitabxanası



Yüklə 383,49 Kb.
Pdf görüntüsü
səhifə1/15
tarix04.11.2017
ölçüsü383,49 Kb.
#8408
  1   2   3   4   5   6   7   8   9   ...   15


 

                 



F.Köçərli adına Respublika

Uşaq Kitabxanası

  

 



 

Vətənpərvərlik  tərbiyəsi ümummilli  

             xilas yolumuzdur

 

 



                 

Bakı-2016 

 


 

Redaktor və buraxılışa məsul:               Şəhla Qəmbərova 



Tərtibçi:                                                Ruhiyyə Məmmədli 

                                                               Sevil Əhmədova 

 

 

“Vətənpərvərlik  tərbiyəsi ümummilli  xilas yolumuzdur” 



vətənpərvərlik mövzusunda hazırlanmış metodik vəsait / 

red. və bur. məs. Ş.Qəmbərova; tərt. ed. R. Məmmədli, S. 

Əhmədova. F.Köçərli adına Respublika Uşaq Kitabxanası. – 

Bakı. – 2016. – 60 s.  

 

 

 



 

 

 

 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanası  2016 

 

 


 

                               Tərtibçidən  

Vətən!  Bu  söz  insanlarda  daha  dərin  və  əziz  hisslər 

oyadır.  Vətənə  məhəbbət  öz  xalqına  məhəbbətdir.  Vətən 

uğrunda  hər  cür    fədakarlığa  hazır  olmaq  lazımdır. 

Vətənpərvərlik  əsrlərlə  insanların  qan  yaddaşına  həkk 

olunmuş  hisslərdəndir.  Vətəni  sevmədən,  qorumadan,  ata-

babalarımızın  keçdikləri  yollara  nəzər  salmadan,  onların 

qəhrəmanlıq nümunələrini öyrətmədən vətənpərvər yetirmək 

olmaz.  Vətənə  məhəbbət  insanın  qəlbində  yaşayan,  onu 

vətənin  çiçəklənməsinə  təhrik  edən  ən  güclü  mənəvi-əxlaqi 

hissdir.  Bu  hissi  hələ  uşaqlıq  illərindən  aşılamaq  başlıca 

vəzifədir.  Hərbi-vətənpərvərlik  tərbiyəsi  bu  gün  böyük 

əhəmiyyətə  malikdir.  Dağlıq  Qarabağ  münaqişəsi  ilə  bağlı 

müstəqil  respublikamızın  bugünkü  durumu  bunu  bizdən 

tələb  edir.  Zəngin  tarixi  keçmişimizdən  tutmuş  bugünkü 

tariximizə  qədər  gənc  nəslə  örnək  olası  kifayət  qədər 

qəhrəmanlıq  səhifələrimiz  var.  Gənclərimizi  Koroğlu, 

Babək,  Cavanşir,  Mübariz  və  s.  ruhunda  tərbiyələndirmək 

ümdə  vəzifəmiz  olmalıdır.  Bu  baxımdan  gənclərin 

vətənpərvərlik  ruhunda  tərbiyə  olunması,  hər  bir  oxucunun 

milli  soykökümüzə,  tariximizə,  folklorumuza,  min  illərdən 

bəri  xalqımızın  yaratdığı  mənəvi  dəyərlərə  dərindən 

yiyələnməsi üçün uşaq kitabxanalarında geniş imkanlar var. 

Vətənpərvərlik  vətəndaşlıq  tərbiyəsinin  əsasında 

duran ən ülvi bir hissdir. Bu gözəl və nəcib əxlaqi keyfiyyəti 

gələcəyin  qurucularına  aşılamaq  biz  kitabxanaçıların 

borcudur.  Bu  metodik  vəsait  məktəbli  oxucular  arasında 

hərbi-vətənpərəvrliyə  aid  ədəbiyyatın  təbliğində  uşaq 

kitabxanalarında 

çalışan 

kitabxanaçılara 

köməklik 

məqsədilə tərtib edilib.Vəsait 2 hissədən ibarətdir: 

I. Vətənpərvərlik tərbiyəsi -ümummilli xilas yolumuzdur.  

II.Vətənpərvərlik tərbiyəsi ilə bağlı keçiriləcək tədbirlər. 




 

 



   Vətənpərvərlik  tərbiyəsi -ümummilli xilas yolumuzdur 

Vətən  onun  gözəlliyinin  şahidi  olan  atlas 

çəmənlərdən, dibi görünməyən yamyaşıl meşələrdən, durna 

gözlü 


bulaqlardan, 

çoşqun 


çaylardan, 

mavi 


göllərdən   başlanır.  Vətən  müqəddəsdir,  ülvidir.  Onun hər 

şeyi  dağı,  daşı,  torpağı,  suyu,  səması  bizim  üçün  əzizdir, 

doğmadır.  Əgər  öz  yaşadığın  yerin,  oxuyub  təhsil  aldığın, 

boya-başa  çatdığın  torpağın  keçmişini,  bu  gününü  yaxşı 

bilməsən,  onun  sərvətini  qorumaq,  çoxaltmaq  və  gələcək 

nəsillərə saxlamaq qayğısına qalmasan, sən əsl vətəndaş ola 

bilməzsən. 

Vətən…Bu  kəlmə  nə  qədər  də  mənalı  və  dərindir. 

Deyilişi  şirin  olduğu  kimi,  məzmunu,  qayəsi  də  yüksək  və 

hikmətlidir. Biz ana dedikde vətəni, vətən dedikdə anamızı 

düşünürük.  Çünki  vətən  də  bizə  anamız  qədər  doğma, 

anamız 


qədər 

əzizdir. 

Ana müqəddəsliyi 

vətən 


müqəddəsliyi, vətən ucalığıdır. 

Azərbaycanımın, 

Odlar 

diyarının 



gözəllikləri 

haqqında  şairlərimiz,  yazıçılarımız  çoxlu  əsərlər  yazmış, 

bəstəkarlarımız  musiqi  bəstələmiş  yazıçılarımız  öz 

əsərlərində  dolğun  əks  etdirmişlər.  Vətən  sevgisi  əzəli  və 

əbədi  bir  qəlb  odudur,  heç  vaxt  öz  təravətini  və  gücünü 

itirmir və elə buna görədir ki,  insan bu sevgiyə köklənəndə 

dünyanın  bütün  gücü  onun  qoluna  toplanır,  göyün  bütün 

işığı  və  nuru  onun  qəlbinə,  fikrinə  dolur.  Biz  bütün 

qəlbimizlə  ana  ocağa,  ata  yurdum  Azərbaycana  –  Odlar 

diyarına, bu müqəddəs torpağa bağlıyıq. Onun fərəhi  bizim 

fərəhimiz, onun kədəri bizim kədərimizdir. 

İnsan qəlbinin ən böyük nəğməsi Vətən nəğməsidir. 

Sonsuz  əngəlliklərə,  doğma  torpağa  dikilmiş  bütün 

məhəbbətli  gözlər,  hələ  beşikdə  çırpınan  balaca 

körpələrimizin 

ürək 


qəlbləri 

ancaq 


bu 

nəğməni 



Yüklə 383,49 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə