Uşaq xəstəxanaya yerləşdirilmişdir



Yüklə 22,01 Kb.
tarix14.05.2018
ölçüsü22,01 Kb.
#44130

Məsələ №1.

11 yaşlı oğlan uşağı kəskin xəstələnib: bədən temperaturunun 38°C qədər qalxması, sağ tərəfdə qulaqətrafı vəz nahiyəsində şişkinlik, çeynəmə zamanı ağrıların olması qeyd olunurdu. Qarnın epiqastriy nahiyəsində ağrılardan şikayət edib. 2 gündən sonra sol qulaqətrafı vəz nahiyəsində şişkinlik və ağrı əmələ gəlib.

Anası həkimə müraciət etməyib, uşağı evdəki vasitələrlə, isti kompesslərlə müalicə edib. Xəstəliyin 5-ci günü uşaq xayada və sağ qasıq nahiyəsində ağrılardan şikayət edib, ağrılar gəzəndə güclənirdi.

Uşaq xəstəxanaya yerləşdirilmişdir.

An.Vitae - Xəstənin heç bir dərmana allergiyası yoxdur.

Obyektiv: Vəziyyəti orta ağır, bədən temperaturu-39°C. Sağ xayanın ölçüsü 2 dəfə böyüyüb, bərkdir, ağrılıdır, dərisi hiperemiyalaşıb. Digər orqanlar tərəfindən dəyişikliklər yoxdur. Hər iki qulaqətrafı vəzlər böyüyüb.



Əlavə müayinələrin nəticələri:

Qanın ümumi analizi: Hq – 140 q/l, Eritr. - 4,З х 1012/l, rəng göst. - 0,95, Leyk - 8,2 х 109/l, çubuqnüv.-3%, seqmentnüv.-.63%, limf.- 21%, mon. - 12%, plazmatik hüceyrələr - 1%, EÇS - 8 mm/saat.

Əsnəkdən seliyin əkilməsində - patogen mikroflora aşkar edilməyib.

Sidiyin ümumi analizi: rəngi - açıq-sarı, sıxlığı - 1020, zülal - yox, şəkər - yox, leyk.- 2-3 g/s, eritr. - tək-tək.
Suallar:

1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

2. Klinik diaqnoz nədir?

3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
Məsələ №2.

8 yaşlı oğlan uşağı, sağ qoltuqaltı nahiyədə, sağ dirsək oynağında bükülmə zamanı əmələ gələn ağrılardan şikayət edir. Əllərində cırmaq yeri var (sıyrıltı). Sağ ovucun daxili səthində 0,2-0,3 sm qartmaq altında olan papula görsənir, papuladan limfanqoit “izi” uzanır. Sağ tərəfdən kubital limfa düyünü 2x2 sm, qoltuqaltı limfa düyünü 1,5×2,0 sm ölçüyə qədər böyüyüb. Limfadenit diaqnozu qoyulub və əzələdaxili penisillin inyeksiyası ilə müalicə başlanılıb. Vəziyyəti yaxşılaşmayıb, kataral əlamətlər, ekspirator tipli təngnəfəslik əmələ gəlib, bədən temperaturu - 38°C-dir. Xəstə stasionara göndərilib.

Anam. vitae - Xəstənin heç bir dərmana allergiyası yoxdur.

Xəstəxanaya qəbul olan zamanı: vəziyyəti ağırdır, intoksikasiya simptomları nəzarə çarpır, dəri örtükləri avazıyıb, burun-dodaq üçbucağının yüngül sianozu qeyd olunur. 1,2×2,0 sm ölçüdə çoxsaylı bütün qrup

limfa düyünləri palpasiya edilir. Kubital limfa düyünün palpasiyası ağrılıdır, 2×4 sm ölçüdədir, dərisi hiperemikdir, ödemlidir, mərkəzdə flyuktuasiya zonası qeyd edilir. Ürək tonları karlaşıb. Təngnəfəslik, sol ağciyərin aşağı medial nahiyəsində xırdaqabarcıqlı xırıltılar eşidilir.

Qarın ağrılıdır, qaraciyər +1,5 sm. Dalaq palpasiya edilmir.



Müayinələrin nəticələri:

Qanın ümumi analizi: Hq - 130 q/l, eritt. - 4,2×1012/l, Rəng göst. - 0,86, leyk.- 14,0 х 109/l, çubuqnüv.- 7%, seqmentnüv.- 72%, eoz.- 3%, limf. - 10%, mon. - 8%, EÇS - 27 mm/saat.

Burun-udlaq seliyinin immunofluoressent müayinəsi: qripp - mənfi, adeno-virus - mənfi, paraqripp - mənfi, RS – virus – mənfi.

Seroloji markerlər:

Xəstəlik – IgM, IgG.

SMV — +

I tip Herpes— +



II tip Herpes— —

Toksoplazmoz— +

Listerioz— —

Xlamidioz +—


Suallar:

1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

2. Klinik diaqnoz nədir?

3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004

Məsələ№1.

Uşaq ananın I hamiləliyindən vaxtında (hestasiya yaşı 39 həftə) baş gəlişində doğuşundandır. Doğularkən çəkisi 3900 q, boyu 52 sm, cinsi kişidir. Apqar şkalası ilə vəziyyəti 7/8 balla qiymətləndirilmişdir. Doğuşdan sonra vəziyyəti kafi olub, ananın döşünə qoyulub, döşü yaxşı əmir, təbii qidalanmadadır. Həyatının 12-ci saatında uşaqda vizual sarılıq (Kramer şkalası üzrə I- II zona) müşahidə olunub. Ümumi vəziyyətində dəyişiklik qeyd olunmayıb (ÜDS-140 vurğu/dəq., TS- 42', SpO2 - 98%, t-36,70C). Anamnezdən məlumdur ki, hamiləlik müddəti fəsadsız keçib. Hamiləlik və doğuş zamanı dərman preparatlarından istifadə olunmayıb. Ananın qan qrupu O (I) Rh (+), uşaqda isə A (II) Rh (+).


Suallar:

  1. Diaqnostika taktikası: Ən optimal diaqnostik ya əlavə müayinə metodu hansıdır?

  2. İlkin diaqnoz nədir?

  3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.


Ədəbiyyat: Yenidoğulmuşların hiperbilirubinemiyası üzrə klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Bakı 2013)
Yüklə 22,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə