Uşaqlara qarşı seksual zorakılığa son qoyulması haqqında pakt avropa Şurasının «BEŞDƏn biRİ»



Yüklə 316,3 Kb.
Pdf görüntüsü
tarix26.08.2018
ölçüsü316,3 Kb.
#64424


Şəhərlər və regionlar:

 

uşaqlara qarşı  

seksual zorakılığa  

son qoyulması  

haqqında pakt

avropa Şurasının  



«BEŞDƏN BİRİ» kampaniyasına 

Konqressin töhfəsi



Toolkit

 

Qiymətləndirmələrə əsasən, avropada beş uşaqdan biri müəyyən formada seksual zorakılığın, məsələn, 

insest, pornoqrafiya, fahişəlik, insan alveri, korrupsiya, İnternet vasitəsilə təqibetmə, seksual istismar və ya 

nalayiq seksual hərəkətlərin qurbanına çevrilir. Problemin miqyasını nəzərə alaraq, avropa Şurası 2010-

cu ildə «BeŞDən Bİrİ» kampaniyasına başlayıb, bunda məqsəd hər kəsin (uşaqların, valideynlərin və 

uşaqlarla işləyən şəxslərin) problem barədə məlumatlılığını artırmaqdan və Uşaqların seksual istismardan və 

nalayiq seksual hərəkətlərdən müdafiəsi haqqında avropa Şurası Konvensiyasının (o, həmçinin «lansarote 

Konvensiyası» adı ilə tanınır) avropa Şurasının üzvü olan 47 dövlət tərəfindən, eləcə də daha geniş miqyas-

da ratifikasiya olunmasını və həyata keçirilməsini təşviq etməkdən ibarətdir.  

Milli hökumətlər kimi yerli və regional hakimiyyət orqanlarının mühüm vəzifəsi vətəndaşların insan hüquqlarını 

qorumaq və təşviq etməkdir və bu vəzifə onların ərazisində yaşayan uşaqların və gənclərin təhlükəsizliyinin 

və rifahının təmin olunmasını və təşviqini özündə ehtiva edir. Seksual zorakılığın və nalayiq seksual 

hərəkətlərin qurbanlarına yardım xidmətləri əsasən yerli səviyyədə göstərilir. Məhz bu səviyyədə görülən 

qabaqlayıcı və məlumatlandırıcı tədbirlər daha səmərəli ola bilər. Buna görə də yerli və regional hakimiyyət 

orqanları uşaqlar barəsində zorakılığa qarşı mübarizənin ön cərgəsindədirlər və belə halların araşdırılmasına 

və onların gələcəkdə baş verməsinin qarşısının alınmasına yönələn fəaliyyət planları və strategiyalar 

hazırlamalı və həyata keçirməlidirlər. 

avropa Şurasının Yerli və regional hakimiyyət orqanları konqressi Şəhərlərin və regionların uşaqlara qarşı 

seksual zorakılığa son qoyulması haqqında bu Paktını ona görə hazırlayıb ki, hakimiyyət orqanları seksual 

istismara və nalayiq seksual hərəkətlərə qarşı mübarizədə onu rəhbər tutsunlar. Bu sənəddə uşaqların 

tələbatlarına uyğunlaşdırılmış xidmətlərin göstərilməsi, cəmiyyətdə uşaqların seksual zorakılıqdan müdafiə 

edilməsi və belə halların qarşısının alınması məqsədi ilə yerli və regional səviyyələrdə həyata keçirilməli olan 

praktiki təşəbbüslər və siyasətlər sadalanır.

Avenue de l

’Eur

ope – F 67075 S



trasb

ourg C


edex / 

Tel.


 : +33 (0)3 88 41 21 10 / F

ax : +33 (0)3 88 41 37 47



www.c

oe.in

t/congr

ess-oneinfive – c

ongress

.oneinfive@c

oe.in

t

CongrESS


 o

F Lo


CAL

 An


D r

Eg

Ion



AL A

UTHor


ITIES o

F THE


  C

OUNCIL OF

 EUROPE

1949-cu ildə təsis edilmiş siyasi təşkilat olan avropa Şurası qitə miqyasında 

demokratiyanın və insan hüquqlarının təşviqi üçün çalışır. avropa Şurası 

həmçinin onun üzvü olan 47 dövlətdə sosial, mədəni və hüquqi problemlərin həlli 

üçün ümumi tədbirlər işləyib hazırlayır. avropa Şurasının Yerli  və regional 

hakimiyyət orqanları konqressi yerli və regional hakimiyyət orqanlarını təmsil edir 

və yerlərdə demokratiyanı təşviq edir. o, iki palatadan – Yerli hakimiyyət 

orqanları palatasından və regionlar palatasından ibarətdir və avropanın 

200.000-dən artıq ərazi icmalarını təmsil edən 318 tam hüquqlu üzvü və 318 

əvəzedici üzvü özündə birləşdirir. 



Pr

Em

S 51614



AZE

Yüklə 316,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə