Uşaqlarda yalan problemi



Yüklə 13,96 Kb.
tarix14.04.2018
ölçüsü13,96 Kb.

Uşaqlarda yalan problemi

Ey valideyn, yalan sənin uşağının probleminə çevrilirsə necə hərəkət edirsən? Psixoloqlar məsləhət görür ki, uşaqlarınızda belə bir şeyi erkən aşkar etdiyiniz təqdirdə mümkün qədər tez aradan qaldırmağa çalışasınız.

Əgər uşağınız beş yaşına çatıbsa və hələ də həqiqəti söyləmək əvəzinə xəyali, uydurma hekayələrdən istifadə edirsə, nə edirsiniz?

həqiqətən nə baş verdiyini öyrənmək üçün ən yaxşı üsul müxtəlif vaxtlarda hadisəni təkrar- təkrar soruşmaqdır. Bununla yanaşı öz şərhinizdə yalanın nəticəsini izah etməklə, heyvanlara aid hekayələr danışaraq - məsələn anasına yalan danışarkən dovşanın necə problem yaratmağından- yalanın pis iş olduğunu başa salmağa çalışın.

Uşağınız 8 və ya 9 yaşına çatdığı zaman şübhəsiz ki, bu yaşda hansı əhvalatın həqiqət olduğunu dərk edir. Həmçinin uşaq bu yaşda başa düşməlidir ki, yalan cəmiyyətdə adətən sevilməyən bir şeydir.

Yalan üçün cəza necə olur?

Əgər hiss eləsəniz ki, sizə uşağınız hadisələrdən birində yalan danışır, hər hansı bir yolla ondan həqiqətən nə baş verdiyini öyrənə bilmirsiniz, cəzanı yüngülləşdirməyə və ya yalanı görməməzlikdən gəlməyə çalışmayın. Ona görə ki, uşaqlar bizim hesab etdiyimizdən daha zəkalı olurlar; onlar cəzanın yollarının öyrənmək üçün öz üsullarından istifadə edirlər. Söylədiyi yalandan gözlənilən nəticəni ala bilməyən uşaq təbii olaraq bu əməl tərk edəcək. Lakin az da olsa məqsədinə nail olsa, yalanı tərk etməyəcək. Ona görə də əgər yalan kiçik olsa, cəza da bəsit olmalıdır. Yalan böyük olduqda cəzası ona uyğun olmalıdır.

Digər bir cəhət budur ki, cəzanın növü və müddəti aydın olmalıdır. Belə ki, uşağa müəyyən müddətə televizorda hər hansı proqramı izləməyi, və ya gəzintiyə çıxmağı qadağan etmək, xərclərindən mərhum etmək və s. bu kimi vasitələrdən istifadə etmək olar.

Yalan artıq bir problem olarsa.

Bəzi vaxtlarda uşaqlar yalan danışarkən şikayət edərək camaatı narahat etmək lazım deyil, bu təbii bar şeydir, lakin uşaqların davamlı surətdə yalan danışması artıq məsələnin problemə çevrildiyindən xəbər verir. Uşaqların yalan danışmaq mərhələsi üç növdür:

1.- Olan bir şeyi gizlətmək üçün. Məsələn uşaq deyir ki, məktəbdə dostlarından biri onun kitabını cırıb, əslində isə bu işi o özü edib. Yaxud xərcliyini itirdiyi halda başqa bir şəxsi oğurluqda ittiham edir. Belə bir yalana müraciət edən uşaq əslində imkan yaradır ki, onun problemini, bu hərəkətlə nə demək istədiyini anlasınlar. Digər bir cəhət də odur ki, uşaqlar cəzadan, ya da atasından qorxaraq yalana müraciət edirsə bu işin səhvi təkcə uşaqda deyil. Bu davranış ataların uşaqları ilə münasibətdə müraciət elədikləri sərtlik və şiddət yolu də kök salmışdır.

2.- Öz mənlik və şəxsiyyətlərini sübut etmək məqsədi ilə olan yalan. Bəzi uşaqlar belə bir yalana tez müraciət edirlər. Bu, onların özlərini isbat etmək və valideyinin tərif və minnətdarlığını qazanmaq istəyindən irəli gəlir. Məsələn, uşaq yalandan dərsdən əla qiymət aldığını söyləyə bilər. Ata və ya ana imtahanın nəticəsini soruşanda isə uşaq gizlətməyə çalışaraq cavab verəcək ki, məktəb nəticələri bildirməyib.

Bəs onda bu növ yalanın müalicəsi nədir?

Bunun müalicəsi bəsit və sadədir. Bu da odur ki, bu növ yalana müraciət edən uşağın mehribanlıq və məhəbbəti hiss etməyə ehtiyacı var. Onun daha çox davamlı surətdə mükafatlandırılmağa və ruhlandırılmağa ehtiyacı var.

3.- Şər və incidici yalan. Bununla uşağın əvvəlcədən planlaşdırdığı yalan nəzərdə tutulur. O əvvəlcədən bilir ki, bu yalan digər şəxsə ziyan verəcək, lakin o bunu edir. Məsələn, özü etdiyi işi başqasının üstünə yıxır, ona böhtan atır.

Bunun həlli odur ki, onların diqqətini daha faydalı işlərə yönəldək. Uşaqlar digər bir səbəbdən də yalana müraciət edə bilərlər. Məsələn valideynlərini təqlid eləməyə çalışa bilərlər. Kiçik ailələrdə böyüyənlər isə daim diqqət mərkəzində olmağa alışdıqları üçün böyüdükləri zaman və cəmiyyətdə əlaqə dairələri genişlənəndə yalana müraciət edirlər.

Ona görə də uşaqlar böyüyənə qədr yanlarında yalan danışmamaq olmaz. Onlar bunu özlərinə qayda edərək digərləri ilə də belə rəftar edirlər və ya da üzləşdikləri hər hansı problemdən xilas olmaq üçün ilk növbədə bu yola əl atırlar.

Uşaq səhv edərsə…

Əgər sənin uşağın qonaqların yanında səhv hərəkət edərsə onun üstünə qışqırmağa və tənbeh etməyə çalışma – qonaqların qarşısında belə şeyi etmə.Bu, bir neçə baxımdan düzgün hərəkət deyil:



1.- Bu sizin qonaqlarınıza da təsir edə bilər; o düşünər ki, sən onların bu gəlişindən narazısan və bunu da uşağı cəzalandırmaqla göstərirsən.

2.- Digər bir cəhət də odur ki, bu uşağın davranışına ziyan vurur. Belə hallarda cəzalar və bu məqsədlə edilən işlər nəinki nəticəsiz olur, hətta əks təsir verir. Belə hallarda cəzanı digər bir vaxta saxlamaq, uşaq təklikdə qalanda səhvini başa salmaq və digərlərindən kənarında tənbeh eləmək lazımdır.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə