Uşaqların vətənpərvərlik ruhunda tərbiyə



Yüklə 57,09 Kb.
Pdf görüntüsü
tarix04.11.2017
ölçüsü57,09 Kb.
#8406


jrS.VURĞUN ADINA MƏRKƏZİ 

KİTABXANANIN 

TƏŞKİLATİ – METODİKİ ŞÖBƏSİ 

 

 

 

 

 

 

Uşaqların  vətənpərvərlik ruhunda 

tərbiyə olunmasında  kitabxanaların 

rolu 

 

                             

METODİK VƏSAİT 

 

 



 

 

 

 

 

 

 

 

 

 


SUMQAYIT - 2008 

                         

 

 



 

 

Tərtib edən: Axundzadə Natəvan - S.Vurğun adına mərkəzi kitabxananın təşkilati – metodiki   



şöbəsinin böyük metodisti 

    Redaktor:    Qasımova Pərvanə   - MKS-in elmi katibi 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

Uşaqların  vətənpərvərlik ruhunda tərbiyə 

 olunmasında kitabxanaların rolu 

 

“Hamımızın ümumı vəzifəmiz xalqımızda vətənpərvərlik, 



Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhıdliyə hazır olmaq 

hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir” 

                                         Heydər Əliyev 

 

    Azərbaycan xalqı gələcəyımiz olan gənc nəslin vətənə məhəbbət, xalqa elinə və 



obasına  hörmət,  soykökünə,    öz    ata-babalarının  ənənələrinə  sədaqət  ruhunda 

tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyatı əhəmiyyətli 

məsələ  kimi  baxmışdır.  Bu  bir  həqiqətdir  ki,  vətənpərvərlik  insanda  fədakarlıq, 

qəhrəmanlıq  və  məğlubedilməzlık  hissi  yaradır,  apardığı  mübarizədə  onda  inam 

hissini gücləndirir.   

    Vətənpərvərlik  qəhrəmanlığın  əsasını  qoyan  amildir.  Biz  şanlı  tariximizlə, 

əfsanəvi  qəhrəmanlarımızla  həmişə  fəxr  edirik.  Cavanşır,  Babək,  Şah  İsmayıl 

Xətai, Səmədağa  Mehmandarov, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi 

Aslanov,    İsrafil  Məmmədov,  Mehdi  Hüseynzadə  kimi  igid  və  cəsur 

sərkədələrimizin  şəxsi  nümunəsi  bizə  əsas  verir  deyək  ki,  Azərbaycan  xalqı 

qəhrəman  xalqdır.  Və  bu  xalq  öz  vətənini  göz  bəbəyi  kimi  qorumağa  hazır  olan 

mətin gənclər yetirmişdir. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında   həlak 

olmuş  qəhrəmanlarımızın  ibrətamiz  həyatı,  şəxsi  nümunəsi  apardığımız  hərbi 

vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir.  

     Yaxın  keçmişin  acı  təcrübəsi  bir  də  onu  sübut  etdi  ki,  müstəmləkə  siyasətinə 

xidmət  edən  ,  əslində  Azərbaycan  xalqına  müsibətlər  gətirən  beynəlmiləlçılık 

tərbiyəsi sən demə genosid planının və antitürk siyasətinin tərkib hissəsi imiş. Rus 

imperiyası  işi  qəsdən  elə  qurmuşdu  ki,  xalq  öz  soykökündən,  qəhrəmanlıq 

tarixindən,  adət-ənənələrindən  uzaq  düşsün.    Respublikamızın    ümumtəhsil  ,  orta 

ixtisas və ali məktəblərində tədris olunan təbiət və cəmiyyət elmlərinin, humanitar 

fənlərin,  ümumilikdə  bütün  fənlərin  gənclərdə  hərbi-vətənpərvərlik  hissləri 

aşılamaq üçün çox böyük imkanları vardır.  

      Gənclərdə  hərbi-vətənpərvərlik  tərbiyəsini  o  zaman  daha  yaxşı  aşılamaq 

mümükündür  ki,  orta  məktəbin  X-XI  siniflərində  oxuyan    şagirdlərə    və  alı 

məktəbdə  təhsil  alan  tələbə-gənclərə  ayrı-ayrı  fənləri  və  ixtisas  kurslarını  tədris 

edərkən  hərbi  məzmunlu  biliklər  də  verilsin.  Keçmiş  Sovetlər  birliyi  dövründə 

mövcud  dərsliklərdə  ,  dərs  vəsaitlərində  və  metodik  ədəbiyyatda  hərbi-

vətənpərvərlik  hissləri  aşılayan  məlumatlar  və  hərbi  məzmunlu  biliklər  məxfilik 

üzündən  verilmirdi.  Əslində  bu  şüurlu  surətdə  edilirdi  ki,  gənclər  vətənpərvərlik 

duyğularından  məhrum  olsunlar,  vətənin  müdafiəsi  üçün  lazımi  bilikləri 

almasınlar.  

     Artıq  bu  gün  müstəqil  Respublikamızın  inkişafı  ilk  növbədə  böyüyən  nəslin 

təlim-tərbiyə  işinin  düzgün  təşkilindən,  vətəndaşlıq    hazırlığından  asılıdır. 



Uşaqların bir vətəndaş kimi böyüməsində ailənin, cəmiyyətin-ümumilikdə mühitin 

rolu  böyükdür.  Uşaqlar  bir  insan  kimi,  vətəndaş  kimi  ilk  tərbiyəni  ailədən  alır. 

Burada  onlar  əxlaqi-mənəvi  keyfiyyətləri,  fiziki  möhkəmliyi,  əmək  vərdişlərini, 

davranış qaydalarını, bədii-estetik duyumu və s. kimi keyfiyyətləri qazanır.  

      Tərbiyənin  əsas  məqsədi  kamil  şəxsiyyət-insan-vətəndaş  yetişdirməkdir. 

Vətəndaş  tərbiyə  etmək-mənsub  olduğu  dövlətin  inkişafına  çalışan,  mənafeyini 

gözləyən,  onun  təhlükəsizliyi  üçün  məsuliyyət  daşıyan,  dövlətin  cari  və 

perespektiv işlərində iştirak edən,  insan yetişdirmək deməkdir. 

       İnsan  fərd  kimi  doğulub,  vətəndaş  kimi  fəaliyyət  göstərərək  tərbiyə-təhsil 

prosesində,  əmək  prosesində  vətəndaş  hazırlığı  keçir.  Əsl  vətəndaş  dedikdə, 

bilavasitə  vətənə,  dövlətə  gərəkli  fəaliyyəti  ilə  xidmət  edən,  böyük  mənəvi 

keyfiyyətlərə malik olan  insan nəzərdə  tutulur.   Vətəndaşlıq tərbiyəsinin mənbəyi 

ailədir. Təcrübə göstərir ki, ailədə vətəndaşlıq tərbiyəsi yalnız özbaşına axınla kor-

koranə  deyil,  planlı,  sistemli,  məqsədli  şəkildə  təşkil  olunmalıdır.  Uşaqların 

vətənaşlıq  təriyəsi  dedikdə,  yüksək  əxlaqi,    mənəvi  keyfiyyətlərə  yiyələnmə  və 

şəxsiyyət kimi yetişmə nəzərdə tutulur. Onlar davranış qaydalarını, nizam-intizamı, 

savadlı  olmağı,  vətəninin  tarixini,  coğrafiyasını,  mədəniyyətini,  milli  adət-

ənənələrini bilməlı, vətəni sevməlıdirlər.  Uşaqlar ideyaca savadlı olmalı, işə şüurlu 

yanaşmalı,  məsuliyyətli,  vicdanlı,  mübariz  olmalı,  pis  niyyətlə,  əliəyriliklərlə 

barışmamalıdır.  Mənəviyyat  tərbiyəsini  qiymətləndirmək  üçün  uşaqlarda  yaxşını 

pisdən  ayırmaq,  həqiqətə,  ədalətə,  insanlara-böyüklərə,  ailə  üzvlərinə  hörmət 

etmək  kimi  insani  keyfiyyətlər  aşılanmalıdır.  Onların  davranış  xüsusiyyətlərini 

uyğun  qiymətləndirməli,  yaxşı  davranış  və  qarşılıqlı  əlaqə  təmin  olunmalıdır. 

Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğu inkişaf etdikcə 

vətənpərvərlik  tərbiyəsinə,  o  cümlədən  böyüməkdə  olan  nəslin  hərbi-

vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilməlidir.   Böyük  Atatürk deyirdi ki, 

sülh istəyən xalq hərbə hazır olmalıdır. Bu çox dəyərli kəlamdır. Azərbaycan xalqı 

müharibəni arzulamır, həmişə sülhün, əmin-amanlığın tərəfdarı olmuşdur.  Hərbi –

vətənpərvərlik  tərbiyəsini  sadəcə  olaraq  quru  sözlərlə,  nəsihətlərlə  də 

məhdudlaşdırmaq    olmaz.  Bu  sahədə  məqsədəuyğun  müvəffəqiyyət  əldə  etmək 

üçün    məktəblərlə  yanaşı  kitabxana  da    hər  şeydən    əvvəl  öz  işini  düzgün 

planlaşdırmalı,  il  ərzində  görəcəyi  işləri  müəyyənləşdirməlidir.  burada  tədbirlər 

arasında yaradılacaq əlaqə nəzərə alınmalı, işin təşkili əsaslandırılmalıdır. 

 

  



Uşaqların vətənpərvərlik tərbiyəsinin kitabxanalarda təbliği 

 

Oxucularla  aparılacaq  söhbətlər,  keçiriləcək  tədbirlər  planlaşdırılmalıdır. 

Kitabxanada  söhbət,  biblioqrafik  xülasə,  oxucu  konfransı,  ədəbi-bədii  gecə 

keçirmək  olar.    Gənclərin  hərbi  vətənpərvərlik  ruhunda  böyüməsində  ailə  və 

məktəbin üzərinə düşən məsuliyyət, eyni  zamanda kitabxanaya da aid  edilə bilər. 

Bu  gün  kitabxna  hərbi-vətənpərvərlik  anlayışını oxuculara  necə  çatdırmalıdır.  İlk 

növbədə  uşaq  və  yeniyetmələrdə  müharibə  ilə  bağlı  təsəvvür  yaratmaq  məqsədilə 

kitabxanada  sərgi  təşkil  olunmalıdır. Sərgidə  kitab,  qəzet  və  jurnal  məqalələri  ilə 

yanaşı  hərbi-vətənpərvərlik  mövzusuna  həsr  olunmuş  şəkillər  və  foto  şəkillər  də 



nümayiş  oluna  bilər.  Sərginin  yanında  ədəbiyyat  siyahısı  və  kartoteka  qutusu 

qoymaq olar.  Sərgi aşağıdakı başlıqlar altında təşkil oluna bilər: “Tariximizin şanlı 

səhifələri”, “Heç kim və heç nə unudulmur” və s. Sərgidə görkəmli şəxsiyyətlərin 

vətənpərvərlik  haqqında söylədikləri  fikirlərdən,  sitatlardan  istifadə  etmək  sərgini 

daha da məzmunlu və dolğun edər. 

  Müasir dövrümüzdə uşaq kitabxanalarının qarşısında duran  əsas vəzifələrdən biri 

də  gənc  nəsilə  vətənpərvərlik  hissləri  aşılamaqdır.    Bu  baxımdan  uşaq 

kitabxanalarında oxucularla aparılan fərdi söhbətlərin əhəmiyyəti böyükdür.   

Kiçik  və  orta  yaş  oxucular  arasında  müharibə  mövzusunda  icmallar,  söhbətlər 

aparmaq  yerinə  düşər.  Söhbət  apararkən  oxucuların  yaş  xüsusiyyətinə  və  dil 

sadəliyinə  diqqət  yetirilməlidir.  Azərbacan  ədəbiyyatında  müharibə  mövzusu  ilə 

bağlı  yazıçı  və  şairlərimizin  gözəl  əsərlərindən  istifadə  edərək    söhbət  zamanı 

oxucuya məlumat vermək olar.  

Ə. Cəmilin “Can nənə bir nağıl de...”şeiri,  Ə. Məmmədxanlının  “Buz heykəl”,  

T. Hüseynovun “Qolsuz kukla”, Ə. Hacızadənin “İki əsgər” hekayələrini oxumağı 

uşaqlara təbliğ etmək məqsədilə kitabların icmalını  keçirmək lazımdır.  

          Orta  yaş qrup oxucular  arsında “Müharibə  uşaqların  gözü  ilə”  mövzusunda        

rəsm müsabiqəsi keçirmək olar: 

           Müsabiqə  keçirilməzdən  əvvəl  kitabxanaçı  oxucuları  mövzu  haqqında 

məlumatlandırmalı,  uşaqlara  şərait  yaratmalıdır  ki,  onlar  öz  düşüncələrini 

çəkdikləri  şəkillərdə  əks  etdirə  bilsinlər.  Müsabiqə  uşaqlar  arasında  demokratik 

səsvermə  yolu  ilə  keçirilir.  Rəsm  işləri  əvvəlcədən  nömrələnir,  kitabxananın  oxu 

zalında divardan və yaxud rəsm sərgisi üçün nəzərdə tutulan guşədə öz əksini tapır. 

Müsabiqə  günü  təyin  olunur  və  elan  kitabxananın  girəcəyində  asılır. 

Tədbirdəoxucular bəyəndikləri  işlərin nömrəsinə uyğun olaraq  1, 2, 3-cü yerlərin 

qaliblərinə  səs  verirlər.  Ən  çox  səs  toplayan  iştirakçılar  –müsabiqənin  qalibləri 

tutuduqları 

yerə 


görə 

kitabxana 

rəhbərliyi 

tərəfindən 

hədiyyələrlə 

mükafatlandırılırlar.  

         Bundan  başqa  kitabxanada  orta  və  böyük  yaş  qrup  oxucular  üçün    Milli 

qəhrımanlarımızla,   müharibə veteranları ilə görüş təşkil etmək daha maraqlı  olar. 

Çünki  uşaqlar  görüşdə  müharibənin    canlı  şahidləri  ilə  yaxından  tanış  olar, 

kitablardan  oxuduqları,  filmlərdən  gördükləri  hadisələri  bir  daha  onların  dilindən 

eşidərlər.  Kitabxanaçı  görüşə  dəvət  olunan  veteranlarla  əvvəlcədən  görüşüb  vaxtı 

müəyyənləşdirməlidir.  Qeyd  etmək  lazımdır  ki,  görüş  keçiriləcək  yerdə  sərginin 

təşkili  olduqca  zəruridir.  Həmçinin  yaxşı  olardı  ki,  sərgidə  görüşə  dəvət  olunan 

veteranlar haqqında məqalələr nümayiş olunsun.  

Aparıcı  görüşə  çağrılan  şəxs  haqqında  məlumatlar  əldə  etməli,  bu  məlumatlar 

əsasında  çıxış  edərək  onu  oxuculara  təqdim  etməlidir.  Bundan  sonra  qonağa  söz 

verilir. Görüşün sonunda oxucular qonağa suallarla müraciət edə bilər.  

Uşaqlara vətəndaşlıq hissinin  təbliğ formalarından biri də disputdur. 

Disputun sualları : 

Vətəni nə üçün sevmək lazımdır? 

Siz böyüyəndə hansı sənəti seçəcəksiniz? 

Yaxşı insan kimdir? 

Valıdeynlərinizi nə üçün sevirsiniz? 



Ermənilər kimdir, vətəndaşlıq borcu nədir?  

 Xocalı faciəsi nə vaxt baş verib?  və s.  

Belə suallar uşaqların vətəndaşlıq tərbiyəsinin səmərəliliyini artırır.   

    Kiçik yaşlı oxucuların vətənpərvərlik tərbiyəsi ailədə, tərbiyə müəssisələrində və 

orta  ümumtəhsil  məktəbində  uşaq  və  yeniyetmələrə  verilən  vahid  tərbiyə  işinin 

vacib  tərkib  hissəsidir.    Bu  məqsədlə  kiçik  yaşlı  oxucularımızla  söhbət  keçirmək 

olar.  Söhbət  əsasında  –Məsələn:  B.  Vahabzadənin  “Bayraq”  şeirində  vətəndaşlıq 

qüruru  aşılamaq  üçün  çox  ibrətamiz  fikir  aşılanır:-Bayraq  mənliyimdir,  bayraq 

kimliyim!  Bayraq  öz  yurduma  öz  hakimliyim!  bu  fikri  uşaqlara  belə  izah  etmək 

olar:  Bəli  müstəqil  yurdu,  dövləti  olan  xalqın  bayrağı  olur!  Xalqımızın  üçrəngli, 

ayulduzlu bayrağı  onun müstəqilliyinin rəmzi  kimi tərənnüm olunur!  Şair Davud 

Aslanın  “Ən  şirin  şey”  şeirində  göstərir  ki,  ən  şirin  ən  əziz  nemət  öz  obamız, 

elimizdir,  dağımızdır,  gölümüzdür!  Ana  deyən,  Vətən  deyən  bizim  doğma 

dilimizdir.  T.  Bayramın    “Azərbaycan  deyəndə”,  Mədinə  Gülgünün  “Hərkəsə 

şirindir öz yuvası”  kimi şeirləri  kiçik yaşlı oxucuların  diqqətinə çatdırmaq olar.  

   Kiçik  yaşlı  oxucularla  onların  tarixi  yaddaşını  formalaşdırmaq  üçün    “Tarixi 

şəxsiyyərlərimiz” adlı söhbət keçirmək olar.  Həmçinin söhbəti uşaqların triximizi 

nə  dərəcədə  bildiklərini  yoxlamaq  üçün  sual-cavab  formasını  da  tətbiq    etmək 

zəruridir.  

  Qan  yaddaşımıza  yazılan  tariximizi  də  yaddan  çıxartmamalıyıq.  Belə  ki,  Xocalı 

bizim  qan  yaddaşımıza  yazilan  böyük    facıəmizdir.  Bu  hiss  bizdə  Xocalı 

soyqırımını törədən düşmənlərimizə qarşı kin-küdurəti gücləndirir,  hər an  intiqam 

hissi oyadır. Kiçik yaşlı oxucularımıza daim intiqam hissini yaşatmaq üçün Xocalı 

soyqırımı  ilə  bağlı  “Xocalı  göynərtisi”,  “Xocalı  qan  yaddaşımız”  Qisas qiyamətə 

qalmayacaq”,  “Əsrin  faciəsi”,  “Bu  yaranın  izi  getməz”  və  s.  adlarda  ssöhbət, 

xülasə, xatirə günü, sərgi təşkil etmək olar.  

  Müdriklərimizdən  birinin  belə  bir  kəlamı  var:  “Əgər  keçmişinə  güllə  atsan, 

gələcək  səni  topa  tutar.  Bu  fikrə  əsaslanıb  hərbi-vətənpərvərlik  hissinin  təbliği 

dedikdə  II Dünya  Müharibəsinin  iştırakçılarını da yaddan çıxatmamalıyıq. Çünki, 

bəşəriyyəti faşizm taunundan xilas edən bu nəslin nümayəndələri yüksək hörmətə, 

ehtirama  layiqdirlər.  Bu  gün  ölkəmizdə  müharibə  getdiyi  bir  vaxtda  vətənin 

azadlığı  üçün  çox  şey  öyrənəcəyimiz  bir  məktəbin  ,  nəslin  nümayəndələri  kimi 

onlara çox ehtiyacımız var. 

   Vətənpərvərlik hisinin təbliği bədii ədəbiyyatdan da yan keçməyib. Bu məqsədlə  

təbliğ  forması  kimi    kitab  üzrə  söhbət  keçirmək  olar.  Məsələn:  Süleman 

Rəhimovun  “Minnətsiz  çörək”,  M.  Rzaquluzadənin    “Babəkin  andı”  adlı 

hekayələrini,  X.  R.  Ulutürkün  “Mənim  dilim”  adlı  şeirini  kiçik  yaşlı  uşaqların 

müzakirəsinə  verməklə,  onların  fikirini  öyrənmək    olar.  Digər  böyük  həcmli 

əsərlərdən yazıçı  Fazil Güneyin “Qara qan”, İnqilab Vəlizadənin “Xocalı faciəsi” 

oxucu  müzakirəsinə  vermək  olar.  Bu  kimi  bəii  ədəbiyyatlar  uşaqlarda  milli  qürur 

hissinin  formalaşmasına  səbəb  olur.    Şəhidlər  xiyabanının  ziyarət  edilməsi, 

Qarabağ  döyüşlərində  həlak  olanların  abidələrinin  ziyarət  edilməsi  də  gənclərin 

vətəndaş kimi yetişməsində az rol oynamır.   



  Bütün  sadalanan  bu  tədbirlər  uşaqlarda  vətəndaşlıq,  vətənpərvərlik  duyğularını 

formalaşdırmaq  üçün  zəruri  vasitələrdir.  Çünki  vətən  sevgisi  gənc 

vətəndaşlarımızın məqsədyönlü davranışının və fəaliyyətinin leytmotividir.  

Ədəbiyyat siyahısı 

1. İqtisadiyyat- 26.X.2006. 

2. Azərbaycan-22.IX.2007. 

3. Azərbaycan müəllimi- 9.X.1997. 

4. Azərbaycan ordusu-27.VII.1999. 

5. Elmi məqalələr toplusu-III buraxılış. 2005.  

6. Naxçıvan müəllimlər institunun xəbərləri-2007.№1 

7. Mədəni-maarif-2006. №8 

8. Azərbaycan dili və ədəbiyyat tədrisi-2006. №3 

9. Tarix. İnsan və cəmiyyət-2006. №2 

10. Azərbaycan müəllimi-2.XII.2005. 

11.Mədəni-maarif-2005. №3 

12.Azərbaycan müəllimi-11.III,2005 

13.Azərbaycan məktəbi-2001. №2. 

14.Azərbaycan məktəbi -2002. №4  

15. Azərbaycandili və ədəbiyyatı tədrisi-2001. №1 



 

 

 



Yüklə 57,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə