Üzvi maddələrin neft sirasi karbohidrogenlərə çevrilməsi



Yüklə 13,54 Kb.
tarix08.04.2018
ölçüsü13,54 Kb.
#36740


Üzvi maddələrin neft sirasi karbohidrogenlərə çevrilməsi


Çökmə süxurlarda saxlanılan üzvi qalıqların neft sırası karbohidrogenlərə çevrilməsinin ilk sxemini, əvvəldə qeyd edildiyi kimi, 1948- ci ildə V.A.Sokolov vermişdir (şəkil II.l). Çökmə qatın kəsilişində o, dörd zona ayırmışdır. 50 m dərinliyə qədər olan zonanı V.A.Sokolov biokimyəvi zona adlandırmışdır. Bu zonada üzvi maddələrin çevrilməsində yalnız biokimyəvi proseslər əsas rol oynayır və bu proseslər nəticəsində CO2 CH4 əmələ gəlir.


50-1000 m dərinlikdə olan zonanı o, katalitik zona adlandırmışdır. Bu zonada üzvi maddələrə əsasən katalizatorlar (alüminium-silikat və s.) təsir göstərir və çox miqdarda CH4 və az miqdarda CO2 əmələ gəlir.

1000-6000 m dərinlikdə olan zonanı o, termokatolitik zona adlandırmışdır. Bu zonada əsasən üzvi maddələrin termokatalitik çevrilmələri fəal inkişaf edir. Bu proseslər karbohidrogenlərin intensiv əmələgəlməsinə gətirib çıxarır.

6000 m-dən böyük dərinliklərdə əsasən metan qazı əmələ gəlir və bu zonanı o, termik zona adlandırmışdı.

1949-cu ildə V.A.Uspenski üç sərbəst karbohidrogenlər mənbəyi seçirdi:

1. Canlı maddədə iştirak edən və onunla çöküntüyə keçən karbohid-rogenlər.

  1. Çöküntünün ilkin çevrilməsi nəticəsində yaranan karbohidrogenlər.

  2. Əmələ gəlmiş süxurun metamorfızmləşməsi nəticəsində yaranan karbohidrogenlər.

N.B.Vassoyeviç isə hesab edirdi ki, karbohidrogenlərin əmələgəlmə "mənbələrindən" yox, litogenezin mərhələlərinə uyğun olan karbohidrogenlərin əmələ gəlmə mərhələlərini nəzərə almaq daha düzgündür. Bu mənbələr litogenezin aşağıdakı mərhələlərinə uyğun gəlirlər:

    1. Sedimentogenez

    2. Diagenez

    3. Katagenez

Yüklə 13,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə