V bölmə İş vaxtı



Yüklə 40,76 Kb.
Pdf görüntüsü
tarix24.02.2018
ölçüsü40,76 Kb.
#27799
növüQaydalar


Azərbaycan Respublikası Əmək Məcəlləsindən çıxarış

 

I

V bölmə

 

İş vaxtı

 

 

 



On üçüncü fəsil : İş vaxtının növlərİ və tənzimlənməsi qaydaları

 

 



Maddə 89. Tam iş vaxtı və onun müddəti

 

 



1. Tam iş vaxtı 

müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi 



üçün müəyyən edilmiş zamandır.

 

 



2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.

 

 



3. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.

 

 



Maddə 90. Həftəlik tam iş vaxtının müəyyən edilməsi

 

1. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.



 

 

2. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş 



vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər.

 

 



3. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş 

vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.

 

 

Maddə 91. Qısaldılmış iş vaxtı



 

1. İşçilərin ayrı 

ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq 



bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış

 

iş vaxtı müəyyən 



edilə bilər.

 

 



2. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1

-ci, 2-


ci qrup əlil olan 

işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır.

 

 

Maddə 92. Əmək şəraiti zərərli olan işlərdə çalışan işçilər üçün iş vaxtının qısaldılmış müddəti



 

1. Əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud

 

olan əmək şəraitli 



istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin 

istehsalatların, peşə və vəzifələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

 

 

2. Əmək şəraiti zərərli olan işlərin siyahısı və bu işləri yerinə yetirən işçilər üçün iş vaxtının



 

qısaldılmış müddəti kollektiv müqavilələrlə, həmin 

müqavilələr bağlanmadığı hallarda isə, işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasındakı məsləhətləşmələrdən sonra, bu maddənin birinci 

hissəsində göstərilən siyahı nəzərə alınmaqla müəyyən edilir.

 

 

Maddə 93. Xüsusi xarakterli işlərdə çalışan işçilərin qısaldılmış iş vaxtı



 

Yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan

 

əmək şəraitli iş 



yerlərində (həkimlərə, müəllimlərə, elektrotexniki qurğularda, cihazlarda və qanunvericilikdə nəzərdə tutulan digər iş yerlərində işləyənlərə) 

həftə ərzində 36 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin iş yerləri üzrə peşələrin, vəzifələrin siyahısı iş 

vaxtının konkret müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

 

Maddə 94. Natamam iş vaxtı

 

1. Əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş



 

vaxtı 


natamam i

ş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər.

 

 



2. Natamam iş vaxtının müddəti və onun qüvvədə olduğu zamanın 

ayın, ilin davamiyyəti tərəflərin razılığı ilə müəyyən edilir.



 

 

3. İşçinin səhhəti və fizioloji vəziyyəti (hamiləlik, əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu), habelə xroniki xəstəliyi olan 



uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, 

habelə on dörd yaşına çatmamış, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlara ərizələrlə işəgötürən natamam iş vaxtı (iş günü, 

yaxud iş həftəsi) müəyyən etməlidir.[75]

 

 



4. Natamam iş vaxtı əməyin ödənilməsi ya əmək funksiyasının icrasına sərf olunan vaxta mütənasib, ya da tərəflərin qarşılıqlı

 raz


ılığı ilə 

müəyyən edilir.

 

 

5. Əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən işçilərin bu Məcəllə və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının 



hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir.

 

 



 

 

On dördüncü fəsil: İş vaxtının rejİmİ və İş vaxtından artıq vaxtda İşİn tənzİmlənməsİ qaydaları

 



 

Maddə 95. İş vaxtının rejimi

 

1. İş vaxtının rejimi qaydaları 



gündəlik iş vaxtının müddəti, onun

 

başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı 



növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin 

istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya 

əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.

 

 



2. İş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl 

olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş 

rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır.

 

 



3. İşçilərin ümumi sayı 50 nəfərədək olan sənaye, nəqliyyat, tikinti, ticarət və digər xidmət müəssisələrində işçilərin bu Məcəllə ilə müəyyən 

edilmiş əmək, sosial və iqtisadi hüquqlarını məhdudlaşdırmamaq şərti ilə işəgötürən bu maddədə nəzərdə tutulmuş qaydadan fərqli olan iş 

vaxtının rejimi qaydalarını müəyyən edə bilər.

 

 



Maddə 96. İş vaxtının cəmlənmiş uçotu

 

1. Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının 



cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola 

bilməz.


 

 

2. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya 



əmək müqaviləsi ilə tənzim edilir.

 

 



Maddə 97. Gecə vaxtı işin müddəti

 

1. Saat 22-



dən səhər saat 6

-

dək olan müddət gecə vaxtı sayılır.



 

 

2. Əgər işçinin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına



 

düşərsə, onda həmin iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır.

 

 

Maddə 98. Gecə vaxtı işlərinə cəlb edilməsinə yol verilməyən işçilər



 

1. Gecə vaxtı görülən işlərə hamilə və üç yaşınadək uşağı olan qadınların, yaşı on səkkizdən az olan işçilərin cəlb edilməsinə yol verilmir.

 

 

2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə 



çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşdükdə,

 

iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır.[76]



 

 

Maddə 99. İş vaxtından artıq iş

 

1. İş vaxtından artıq iş 



işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından 

artıq müddət ərzində yerinə yetirməsi sayılır.

 

 



2. Təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, habelə 

tezkorlanan malların itkisinin qarşısını almaq məqsədi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla işçinin iş vaxtından artıq 

işlərə cəlb edilməsinə yol verilir.

 

 



3. Xüsusilə ağır və zərərli sahələrdə işləyən işçilərin və bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda iş vaxtından artıq işə cəlb edilməsinə 

yol verilmir. 

 

4

. Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü (növbəsi) ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz.



 

 

5. İş vaxtından artıq işlərin görülməsinə cəlb olunmuş işçilər üçün işəgötürən bu Məcəllənin «Əməyin mühafizəsi» bölməsində nəzərdə 



tutulmuş normalara uyğun istehsalat və sosial

-

məişət şəraiti yaratmalı, əməyin təhlükəsizliyini təmin etməlidir.



 

 

Maddə 100. İş vaxtından artıq işlərin son həddi

 

1. Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından 



artıq işlərə cəlb edilə bilməz.

 

 



Maddə 101. İş vaxtından artıq işlərə yol verilən müstəsna hallar

 

1. İş vaxtından artıq işlərə yalnız aşağıdakı müstəsna hallarda yol verilir:



 

 

a) dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini arada



qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə;

 

 

b) su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan 



gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün;

 

 



c) başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin 

qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda;

 

 

ç) işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin 



görülməsi zərurəti olduqda;

 

 



d) əvəz edən işçinin işdə olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda.

 

 



2. İşəgötürən işdə olmayan işçinin başqa işçi ilə əvəz olunmasını, habelə bu maddədə nəzərdə tutulan müstəsna hallarda iş vaxtından artıq 

işlərə işçilərin cəlb edilməsini doğuran səbəblərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməyə borclud

ur. 



 

Maddə 102. İş vaxtının uçotu

 

1. İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur.



 

 

2. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir.



 

 

Yüklə 40,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə