V mövzu. DƏRi öRTÜKLƏri sistemi



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə1/9
tarix12.10.2018
ölçüsü2,77 Mb.
#73656
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9


V Mövzu.  

 

 

 

DƏRI ÖRTÜKLƏRI SISTEMI 

                  Mühazirənin planı

 

o

 



Dərinin inkişafı, tərkib hissələri, funksiyaları.  

o

 



Dəri törəmələri: tüklər, dırnaqlar, piy və tər vəziləri.  

o

 



İnnervasiya, vaskulyarizasiya, yaş xüsusiyyətləri.  

o

 



Tənəffüs sistemi: inkişafı, tərkib hissələri, quruluş-funksiya səciyyəsi.  

o

 



Respirator şöbə. Hava-qan səddi (aero-hematik baryer).  

o

 



İnnervasiya, vaskulyarizasiya, yaş xüsusiyyətləri. 

 

Təxminən  ümumi  bədən  çəkisinin  16%-ni  təşkil  edib,  ətraf  mühitlə  əlaqələnən  səthinin 



sahəsi isə 1, 5-2 m

2

 olan örtük sistemi- integument orqanizmi xaricdən örtərək həzm sistemində 



dodaq  və  anusun,  tənəffüs  sistemində  burun  boşluğunun,  ifrazat-cinsiyyət  sistemlərində  səthdə 

yerləşən  selikli membranın  davamını  təşkil  edir.  Örtük  sistemi  epidermis  (çoxqatlı  yastı  epitel) 

və  dermadan  (lifli  birləşdirici  toxuma)  -  dəri  və  onun  törəmələrindən  (epitelial  və  birləşdirici 

toxuma  komponentlərindən  ibarət  dəri  vəziləri,  tük  və  dırnaqlar)  ibarət  iri  orqan  hesab  edilir. 

Qeyd  etməliyik  ki,  göz  qapağının  konyuktivasının  davamını  təşkil  edən  dəri  xarici  qulaq 

keçəcəyi və təbil pərdəsinin xarici səthini örtür.  



Inkişafı.  Dəri  müxtəlif  mənşəyə  malik  2  əsas  komponentdən:  epidermis  və  dermadan 

ibarətdir.  Epidermis  (epitel  örtüyü)  ektodermadan,  derma  (xüsusi  dəri)  isə  mezenximdən  əmələ 

gəlmişdir.  Embrional  dövrün  ilk  həftələrində  embrionun  üzəri  tək  qatda  yerləşən  ektodermal 

hüceyrələrlə  örtülür.  Bu  hüceyrələr  bazal  qat  hüceyrələri  adlanır.  İkinci  ayın  əvvəlində  bu 

hüceyrələrin  səthində  periderm  və  ya  epitrixium  adlanan  tək  qatda  yerləşən  yastı  hüceyrələr 

əmələ  gəlir.  Adətən  periderm  hüceyrələri  bətndaxili  inkişafın  II  yarısında  tökülərək  amniotik 

mayenin  tərkibində  aşkarlanır.  Bazal  qatdakı  hüceyrələrin  proliferasiyası  nəticəsində  ara  zona 

formalaşır. Artıq dördüncü ayın sonunda epidermis 4 qatdan ibarət olur: 

1.

 

Bazal qat – yeni hüceyrələrin əmələ gəlməsini təmin edən germinativ qat; 



2.

 

Qalın tikanlı qat – tərkibində tonofibrilləri olan iri çoxbucaqlı hüceyrələrdən ibarət qat; 

3.

 

Dənəli qat – xırda keratohialin dənələrə malik olan hüceyrələrdən təşkil olan qat; 



4.

 

Buynuz qat – tərkibində keratin olan həyat fəaliyyətini başa vurmuş ölü hüceyrələrdən 

ibarət qat.  

İnkişafın  üçüncü  ayında  sinir  darağından  epidermisə  miqrasiya  edən  hüceyrələrin  (bu 

hüceyrələr  melanositlər  adlanır)  tərkibindəki  melanosomlarda  melanin  piqmenti  sintez  olunur. 

Melanositlərin  sitoplazmasında  toplanan  melanosomlar  onun  çıxıntılarından  keratinositlərə  və 

tük soğanağına ekzositozla ötürülərək dəri və tükün piqmentasiyasına səbəb olur.  

Mezenximdən  inkişaf  edən  derma  3  mənbədən  başlanğıc  götürür:  lateral,  paraksial 

mezoderma və sinir darağı hüceyrələrindən (neural crest). 3-4 aylarda mezenximdən formalaşan 

struktur  -  corium  epidermisə  daxil  olaraq  (çökərək)  çoxsaylı  qeyri-müntəzəm  dermal 

məməciklər  (dermal papillae)  əmələ  gətirir.  Bu  törəmələr  epidermal  hündürlüklərlə  (epidermal 

ridges)  müşayiət  olunub,  kiçik  kapilyar  və  sinir  ucları  ilə  zəngin  epidermis  -  dermal  birləşməsi 

əmələ gətirir. Hər iki struktur birgə tor şəbəkə (rete apparatus) adlanır (şək 1). 

 



 

 

 



 

 

 



 

 

Şək 1 

 

Dermisin  daha  dərin  qatlarında  piy  toxuması  ilə  zəngin  subcorium  adlanan  struktur  –



Funksiyaları. Epidermis  və dermadan ibarət olan dəri orqanizmi xaricdən örtərək bir çox vacib 

funksiyalar yerinə yetirir: Mühafizə. Sağlam dəri orqanizmi xarici mühitdəki təsirlərdən qoruyan 

ilkin  baryer-səddir;  həmçinin  epidermisdə  olan  melanin  piqmenti  bu  qatdakı  hüceyrələri 

ultrabənövşəyi  şüalanmadan  qoruyur;  antigen  təqdim  edən  Langerhans  hüceyrələri  və  T-

limfositlər  yerli  immun  cavabda  iştirak  edir;  orqanizmi  zədələnmə,  bakterial  invaziya, 

qurumaqdan,  yəni  mexaniki,  fiziki  və  kimyəvi  təsirlərdən  mühafizə  edir;  eyni  zamanda  qeyd 

etmək  lazımdır  ki,  dəri  sədd  kimi  funksiya  yerinə  yetirsə  də  bəzi  dərman  maddələri,  xüsusən 

lipofil steroid hormon tərkibli məlhəmlər və izafi maye (su) üçün keçiricidir; bədən temperaturu 

və su mübadiləsini tənzimləməklə orqanizmdə homeostazın qorunmasında iştirak edir. İmmun-

müdafiə  və  endokrin.  İmmunoloji  aktiv  dəridəki  keratinositlər  nəinki  dəri  səthində  müdafiə 

mənşəli  keratin  qatı  əmələ  gətirir,  həm  də  T  limfositlərin  differensiasiyası  və  populyasiyasının 

tənzimlənməsini təmin edən bioloji aktiv maddələr, iltihab mediatorlari hasil edir. Sensor. Xarici 

mühitdən  müxtəlif  qıcıqların  (toxunma,  hərarət,  ağrı)  dəridəki  çoxsaylı  reseptorlar  vasitəsilə 

qəbulu  nəticəsində  orqanizmlə  ətraf  mühit  arasında  əlaqə  yaranır;  Termotənzim.  Sabit  bədən 

temperaturunun  təminatı  dəri  və  onun  törəmələri,  dərialtı  piy  qatının  istilik  mübadiləsində 

iştirakı;  xüsusən  epidermisin  altında  yerləşən  səthi  kapilyar  torun  hesabınadır;  orqanizm  ətraf 

mühit  temperaturuna  dəridə  olan  isti  və  soyuq  termoreseptorların  köməkliyi  ilə  adaptasiya 

olunur. Mübadilə. Tər vəzilərinin iştirakı ilə su - duz mübadiləsində iştirak edir; keratinositlərdə 

sintez olunan 7-dehidroxolesterol ultrabənövşəyi şüaların təsirindən vitamin D

3

-ə (xolekalsiferol) 



çevrilərək  Ca  metabolizmi  və  osteogenezə  təsir  edir;  qan  üçün  depo  vəzifəsini  yerinə  yetirir; 

Ekskretor funksiyanı dəri törəmələri – tər və piy vəziləri ekzokrin sekresiya ilə yerinə yetirirlər.  

Quruluşu. Dəri 2 qatdan ibarətdir: çoxqatlı  yastı buynuzlaşan epiteldən ibarət epidermis və lifli 

birləşdirici toxumadan təşkil olan derma (şək 2).  

 

 

 



 

 

 



Şək 2 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə