V. Q. QƏDĠrov



Yüklə 218,01 Kb.
Pdf görüntüsü
səhifə1/57
tarix23.01.2018
ölçüsü218,01 Kb.
#22401
  1   2   3   4   5   6   7   8   9   ...   57


V.Q.QƏDĠROV 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
AZƏRBAYCANIN KÜR ÇÖKƏKLĠYĠNDƏ  
NEFTLĠ-QAZLI STRUKTURLARIN 
AXTARIġINDA QRAVĠ-MAQNĠT 
KƏġFĠYYATININ TƏTBĠQĠ
 
 
 
 
 
 
 
 
 
 
 
 
ààí óí
 
– 2010 


 

       
Аз 2
                             
 
UOT 550.831(550. 838):553.98 
 
       Redaktor:   Raqib R.Rəhmanov, geologiya-mineralogiya  
                            elmləri doktoru, professor (Geofizika ETĠ) 
 
       Rəyçilər:    ġ.Ə.BalakiĢibəyli, geologiya-mineralogiya elmləri 
                          doktoru, professor (AMEA Respublika Seysmoloji 
                          Xidmət Mərkəzi) 
                          
    
   
    B.M.Qarayev, geologiya-mineralogiya elmləri  
                          doktoru  (Geofizika ETĠ) 
 
 
Vaqif Qədir oğlu Qədirov.  
Azərbaycanın Kür çökəkliyində neftli-qazlı strukturların 
axtarıĢında qravi-maqnit kəĢfiyyatının tətbiqi.  
Bakı: “Qanun” nəĢriyyatı – 2010, 224 səh. 
 
Kitabda qravi-maqnitometrik kəĢfiyyat üsullarının tətbiqi ilə Dağlararası Kür 
çökəkliyində  neft-qaz  perspektivli  strukturların  axtarıĢının  nəzəri  və  təcrübi 
məsələlərinə  toxunulur.  Lokal  strukturların  və  neftlilik-qazlılığın  qravitasiya  və 
geomaqnit  sahələrdə  əks  olunmasının  fiziki-geoloji  amilləri  araĢdırılır  və 
əsaslandırılır.  Qravi-maqnit  kəĢfiyyatla  Kür  çökəkliyinin  ayrı-ayrı  sahələrində 
aĢkar  edilmiĢ  yeni  lokal  qalxımlar  və  onların  neft-qazlılığı  haqqında  məlumat, 
axtarıĢ-kəĢfiyyat  geofiziki  və  qazıma  iĢlərinin  istiqamətləndirilməsi  üzrə 
tövsiyələr verilir. 
Kitab  neft-qaz  yataqlarının  axtarıĢı  məsələləri  ilə  məĢğul  olan  geofiziklər, 
geoloqlar, qravi-maqnit kəĢfiyyatı üzrə mütəxəssislər üçün nəzərdə tutulmuĢdur. 
 
 
 
          
 
0900090029 
            ÀÁ 022051   
 
    
    Àç 2 
© Ãàíóí, 2010 
© V.Qədirov, 2010 
Ã
 


 

Мцяллиф щаггында 
                                              
 
 
QƏDĠROV  VAQĠF  QƏDĠR  OĞLU 1954-cü il may ayının 28-də 
Azərbaycan  Respublikası  Sabirabad  rayonunun  Qəzli  kəndində  anadan 
olmuşdur.1978-ci  ildə  indiki  Azərbaycan  Dövlət  Neft  Akademiyasının 
geoloji-kəşfiyyat  fakultəsini  dağ  mühəndisi-geofizik  ixtisası  üzrə  bitir-
mişdir. 
1975-ci ildən Geofizika ETİ-də texnik, mühəndis, aparıcı mühəndis, 
elmi işçi, böyük elmi işçi, 1993-cü ildə elmi katib, 1994-2003-cü illərdə 
isə  elmi  işlər  üzrə  direktor  müavini  vəzifələrində  çalışmışdır.  2003-cü 
ildən  “Qravi-maqnitometrik    tədqiqatlar  laboratoriyası”nın  müdiri 
vəzifəsindədir. 
1991-ci  ildə  namizədlik  dissertasiyasını  müdafiə  etmiş,  geologiya-
mineralogiya elmləri namizədi elmi dərəcəsini almışdır. 2006-cı ildə ona 
AR  AAK  tərəfindən  “Geofizika,  faydalı  qazıntıların  geofiziki  axtarış 
üsulları” ixtisası üzrə dosent elmi adı verilmişdir. 
V.Q.Qədirovun  elmi  fəaliyyətinin  əsas  istiqamətini  geoloji  kəsilişin 
öyrənilməsində və neft-qaz yataqlarının axtarışında qravi-maqnit kəşfiy-
yatın tətbiqinin fiziki-geoloji əsasları problemləri, onun nəzəri və praktiki 
məsələləri tutur. Alim neft-qaz yataqlarının, o cümlədən dərində yatan və 
az  qalınlıqlı  yataqların  qravi-maqnit  sahəsində  əks  olunmasını 
əsaslandırmış,  yataq  üzərində  öz  fiziki  parametrləri  ilə  fərqlənən 
subvertikal  zonanın  varlığını  göstərmiş,  nəzəri  və  model  tədqiqatları 
əsasında bu zonanın parametrlərini kəmiyyətcə qiymətləndirmişdir. Onun 
tərəfindən  Orta  Kür  çökəkliyində  geomaqnit  sahəni  yaradan  amillərin 
aydınlaşdırılması  üzrə  tədqiqatlar  aparılmışdır.  V.Q.Qədirov  digər 
mütəxəssislərlə birlikdə lokal neftli-qazlı strukturların qravimetrik üsulla 
aşkar  edilməsi  metodikasını  işləyib  hazırlamışdir.  O,  sonradan  seysmik 
kəşfiyyat  ilə  təsdiq  edilmiş  və  dərin  qazıma  quyuları  vasitəsilə  neftliliyi 
müəyyənləşdirmiş  Cəfərli  və  Bozqobu  kimi  strukturların  mövcudluğunu 
göstərmiş ilk müəlliflərdən biridir. 
V.Q.Qədirov  eyni  zamanda,  Yer  qabığı  ilə  əlaqədar  bir  sıra 
geodinamik  proseslərin  baş  vermə  qanunauyğunluqlarının  və  neft 
veriminə təbii təsirlərin öyrənilməsi məsələləri üzrə də tədqiqatlar aparır. 


 

O,  Yer  qabığında  baş  verən  təbii  proseslərin,  o  cümlədən  müxtəlif 
yataqlarda neft hasilatının dövri olaraq dəyişildiyi və bu hadisələrin Yer 
qabığının  qlobal  sıxılıb  geniışlənməsi  ilə  əlaqədar  olduğu  fikrini  irəli 
sürmüşdür. 
V.Q.Qədirov  50-dan  artıq  nəşr  edilmiş  elmi  əsərin,  1  ixtira  və  1 
patentin,  axtarış-kəşfiyyat  işlərini  istiqamətləndirmək  üçün  AR  DNŞ-yə 
verilmiş 12 tövsiyənin, 25 elmi həsabatın müəllifi və həmmüəllifidir. 
V.Q.Qədirov  Bakı  (1998,  2002,  2004,  2007,  2010),  Ankara  (1994), 
İstanbul  (1997),  Sankt-Peterburq  (1997)  şəhərlərində  keçirilmiş  beynəl-
xalq  səviyyəli  konfrans  və  sərgilərdə  elmi  məruzələrlə  və  nümayiş  ma-
terialları ilə iştirak etmişdir. 
1990-cı ildə Türkiyə Cumhuriyyətinin Ərzurum-Horasan bölgəsində 
çöl qravimetrik tədqiqatlar aparmış, Ərzurum universitetinin tələbələrinə 
gravimetrik  çöl  işlərinin  metodikasını  öyrətmişdir.  2003-2006-cı  illərdə 
BDU-də  “Seysmologiya  və  Yer  təkinin  fizikası”  kafedrasında  pedoqoji 
fəaliyyətlə  məşğul olmuşdur. 
O, Azırbaycan Milli Geofizika Komitəsinin, Avropa-Asiya Geofizika 
Cəmiyyətinin,  Amerika  Neftçi  Geoloqlar  Cəmiyyətinin    Azərbaycan 
bölməsinin üzvüdür. 
 
 
 


Yüklə 218,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə