V siNİFDƏ Dİl qaydalari məzmun xəTTİNİn reallaşdirilmasi imkanlari



Yüklə 41,12 Kb.
Pdf görüntüsü
tarix14.10.2017
ölçüsü41,12 Kb.
#4644
növüQaydalar


 



V SİNİFDƏ DİL QAYDALARI MƏZMUN XƏTTİNİN REALLAŞDIRILMASI 



İMKANLARI 

Artıq  yeddinci  ildir  ki,  orta  ümumtəhsil  məktəblərində  Kurikulum 

konseptual  sənədi  əsasında  hazırlanmış  dərsliklər  və  dərs  vəsaitləri  tətbiq 

olunmağa  başlanmışdır.  Kurikulum  hərfi  mənada  latın  sözü  olub  kurs,  yol 

mənalarını  versə  də,  Azərbaycan  Respublikasının  Təhsil  qanununda  belə  təsbit 

olunmuşdur:

 

“Təhsil  prоqramı  (kurikulum)  –  təhsilin  hər  bir  pilləsi  üzrə  təlim 



nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar 

məşğələ  saatlarının  miqdarını,  pedaqоji  prоsesin  təşkili,  təlim  nəticələrinin 

qiymətləndirilməsi  və  mоnitоrinqinin  aparılması  sistemini  özündə  əks  etdirən 

dövlət sənədi[6, 19].  Bu sənədlər toplusu içərisində tədris fənləri xüsusi yer tutur. 

Çünki  digər  sənədlərin  nə  dərəcədə  reallaşdırılması  bir  başa  müxtəlif  fənlərin 

tədrisində əldə edilmiş nailiyyətlərlə ölçülür. Ana dili fənn Kurikulumu isə bunlar 

içərisiində  mühüm  əhəmiyyətə  malikdir.  Çünki:  “Ümumtəhsil  məktəblərində  ana 

dilinin  tədrisi  milli  maraqlar  və  dövlətçilik  baxımından  vacib  məsələlərdən  biri 

hesab  edilir...  Təhsilin  ümumi  inkişaf  səviyyəsini  müəyyənləşdirmək  keçiriləçən 

beynəlxalq  və  milli  qiyətləndirmələrdə  ana  dili  üzrə  standartların 

mənimsənilməsinə xüsusi diqqət yetirilir” [1, 9] 

 

Məlumdur  ki,  hər  bir  fənnin  tədrisüindən  əvvəl  müəllim  məzmun  xətlərini 



bilməli  və  onları  reallaşdırmağın  yollarını  mənimsəməlidir.  Məzmun  xətti  fənn 

üzrə  ümumi  təlim  nəticələrinin  reallaşmasını  təmin  etmək  üçün  müəyyən  olunan 

məzmunun  zəruri  hissəsidir  [1,  128].  Kurikulumun  tələblərinə  uyğun  olaraq 

mövcud  Azərbaycan  dili  dərslərində  əsas  məqsəd  şagirdlərin  praktik  nitq 

bacarıqlarını  formalaşdırmaq  və  inkişaf  etdirmək.  Odur  ki,  məzmun  xətləri 

proqrama əsasən belə sıralanır:1. Dinləyib anlama və danışma. 2. Oxu. 3. Yazı. 4. 

Dil qaydaları. 

Dil qaydaları məzmun xətti dolayı da olsa, şagirdlərin nitq baqcarıqlarının 

inkişafına xidmət etməlidir. Ümumiyyətlə, bu xətdə aşağıdakıların əhhatə olunması 

nəzərdə  tutulmuşdur:  a)  dilin  fonetik,  leksik  və  qrammatik  quruluşu  ilə  bağlı  ən 



 

zəruri  biliklərin  yığcam,  sadə,  aydın  qaqyda  və  şərhlər  formasında  şagirdlərə 



çatdırılasın,  b)    orfoqrafiya  qaydalarına  riayət  edilməsi,  c)  durğu  işarələrindən 

yerli-yerində  istifadə  edilməsi,  d)  şagirdlərin  şifahi  və  yazılı  nitq  bacarıqlarının 

formalaşmasında  mühüm  rol  oynayan  ən  zəriri  linqvistik  biliklərin  öyrənilməsi, 

ədəbi  dilin  funksional  və  fərdi  üsülublarının  səciyyəvi  xüsusiyyətlərinin  dərk 

olunaraq fərqləndirilməsi və təcrübədə tətbiqi [1, 11]. 

 

Konkret  olaraq  V  sinifdə  isə  dil  qaydaları  məzmun  xəttində  nəzərdə 



tutulanlar bunlardır: 

1. Cümləni məqsəd və intonasiyaya görə növlərinə ayırmaq. 2. Sözün səs tərkibini, 

semantik  xüsusiyyətlərini,  tərkibini,  yaranma  üsullarını  və  qrammatik  mənasını 

(ad, əlamət, hərəkət bildirməsini) izah etmək. 3. Cümlənin sonunda və dialoqlarda 

durğu  işarələrindən  məqsədyönlü  istifadə  etmək.  4.  Sait  və  samitlərin,  mürəkkəb 

sözlərin yazılış qaydalarına əməl etmək. [1, 27]. Göründüyü kimi, proqrama əsasən 

V sinifdə həm fonetika (sözün səs tərkibi, sait və samitlərin yazılışı), həm leksika 

(sözün  semantik  xüsusiyyətləri),  söz  yaradıcılığı  (sözün  yaranma  üsulları),  həm 

morfologiya  (sözün  qrammatik  mənası,  ad,  əlamət,  hərəkət  bildirməsi),  həm  də 

sintaksis  (cümlənin  məqsəd  və  intonasiyaya  görə  növləri,  cümlənin  sonunda  və 

dialoqlarda  durğu  işarələri)  bölməsinə  dair  elə  qaydalar  öz  əksini  tapmalıdır  ki, 

onlar  şagirdlərin  nitq  mədəniyyətinin  inkişafına  yardımçı  olsun.  Proqramda 

sadaladığımız  bölmələrə  aid  hansı  qaydaların  öz  əksini  tapması  göstərilmir.  Bu, 

dərslik  müəlliflərinin  öhdəsinə  buraxılır.  Demək,  digər  məzmun  xətləri  kimi,  dil 

qaydaları  məzmun  xətlərinin  reallaşdırılması  daha  çox  dərslikdən  və  dərslik 

müəlliflərində asılı olur. Artıq üçüncü ildir ki, V siniflərdə yeni nəsil dərsliklərdən 

– Kurikulum proqramı əsasında yazılan dərsliklərdən istifadə olunur. Müşahidəılər 

göstərir  ki,  istər  dərsliklərdə,  istərsə  də  proqramda  dil  qaydaları  arxa  plana 

keçmişdir,  bu  məsələ  səthi  əks  olunmuşdur.  Bunu  əsas  tutan  müəllimlər  dərs 

prosesində  daha  çox  mətnin  məzmununun,  hətta  ideyasının  öyrədilməsinə  diqqət 

yetirir,  nitq  mədəniyyətinin  inkişafına  çox  önəm  verirlər,  dil  qaydalarının 

mənimsədilməsini  arxa  plana  keçirirlər.  Nəticədə  praktik  nitq  bacarıqları  qeyri-

şüuru mənimsədilir və çox vaxt elmi əsasdan məhrum olur. V sinfin dərsliyində də 



 

[3] məhz bu istiqamət əsas götürülmüşdür. Kurikulum proqramının tələbinə uyğun 



olaraq dərslikdə fonetika, leksika, söz yaradıcılığı bölmələrinə, isim, sifət və feilə 

aid qaydalar öz əksini tapmışdır. Proqramda nəzərdə tutulsa da, cümlənin  məqsəd 

və  intonasiyaya  görə  növləri,  cümlənin  sonunda  və  dialoqlarda  durğu  işarələrinə 

aid heç bir nəzəri məlumat, qayda verilməmişdir. Bu isə şagirdləri morfologiyanın 

sintaktik əsasda öyrənilməsindən məhrum edir, cümlənin düzgün oxusunu və bəzi 

durğu işarələri qaydalarının işlədilməsini mexaniki məcraya yönəldir.  

Sadaladığımız bölmələrə və nitq hissələrinə aid verilmiş dil qaydalarında da 

qeyri-dəqiqliyə, yanlışlıqlara yol verilmişdir. Onlardan bəzilərini nəzərdən keçirək. 

Fonetika  bölməsi  haqqında  heç  bir  məlumat  verilmədən  saitlərin  və  samitlərin 

növləri,  ahəng  qanunu  və  s.  məsələlər  barədə  şərhlər  verilir.  Saitlərin  əvvəlki 

dərsliklərdə  üç  prinsip  (dilin  vəziyyətinə,  alt  çənənin  vəziyyətinə  və  dodaqların 

vəziyyətinə  görə)  əsasinda  verilən  bölgüsü  belə  təqdim  olunur:  “Sait  səslərin 

aşağıdakı növləri var: qalın saitlər – a, ı, o, u; incə saitlər - ə, e, i, ö, ü; dodaqlanan 

saitlər  –  o,  u,  ü,  ö....”  [3,  12]  və  s.  Göründüyü  kimi,  bölgü  ilə  bağlı  məntiq 

pozulmuş, hansı növün əsasında hansı prinsipin dayandığı göstərilməimşdir. Bu dil 

qaydasına  aid  verilən  3  çalışmadan  (11,  12,  13-cü  çalışmalar)  heç  birində 

şagirdlərin  yazı  bacarıqlarının  inkişafına  aid  tapşırıq  yoxdur.  13-cü  çalışmada 

şagirdlərə Aşıq Ələsgərin dodaqdəyməz qoşmalarından bir bənd nümunə verilir və 

şagirddən  tələb  olunur  ki,  şeir  parçasında  hansı  saitlərin  iştirak  etmədiyini  və 

həmin səslərə aid olan xüsusiyyətləri müəyyənləşdirsinlər. Əvvəla, yaxşı olardı ki, 

işlənməyən yox, işlənən səslər təhlilə cəlb oluna idi, çünki şagird oxuduğu, tələffüz 

etdiyi  səsi  daha  əyani  təhlil  edə  bilər.  İkinci  də,  guya  bu  çalışma  ilə  fənlərarası 

əlaqə  yaradılır  və  şagirdlər  dodaqdəyməz  haqqında  müəyyən  məlumata 

yiyələnirlər.  Bu  tələb  dolayı  yolla  müəllim  üçün  vəsaitdə  də  təsdiq  olunur:  “Bu 

tapşırığı yerinə yetirərkən şagirdlər şeir parçasında dodaqların iştirakı ilə yaranan 

samitlərin  və  dodaqlanan  saitlərin  işlənmədiyini  müəyyənləşdirməlidir”  [4,  38]. 

Şeirdə bu səslərlə bərabər j, x, c samitləri də iştirak etmir. Dodaqdəyməz haqqında 

verilən ilkin təəssürat da yanlışdır. Çünki bu şeir formasında dodaqlanan saitlər də 

işlənə bilər, əsas şərt qoşadodaq samitlərinin işlənməməsidir. 



 

Hər kəs istər qana aşıq sirrini, 



Axtarsın dayazı, gəzsin dərini, 

                                                Qilüqala salan olsa sərini 

                        Siyah rəngi qızıl çalar qıjhaqıj (Aşıq Ələsgər) 

 

Dərslikdə  “K”  samitinin  tələffüzü  və  yazılışı”  başlığı  altında  belə    bir 



qayda verilmişdir: “Bir çox sözlərdə (?! – A. M.) k samiti y samitinin kar qarşılığı 

olan [x'] səsi işlənir məktəb [məx'təb], çiçək [çiçəx']. 

 

Son samiti [x'] kimi tələffüz olunan sözlərə saitlə başlanan çəkilçi artırdıqda 



k samiti y samitinə keçir: ürək – ürəyin, kəpənək – kəpənəyə” [4, 33]. Məlumdur 

ki, K hərfi Azərbaycan dilində dörd səsi ifadə edir: öz səsini ([kağız]), k-nın kar 

qarşılığını  ([k'artof]),  [y]  səsini  ([kəpənəy  uçdu])  və  y-nın  qarşılığını  ([kürəx']). 

Başlıq  altında  bunlardan  təkcə  biri  haqqında  danışılır.  Başqa  bir  tərəfdən,  son 

samiti k hərfi ilə yazılan və bu səsi təkcə y-nın kar qarşılığı kimi deyil, həm də [y] 

kimi tələffüz olunan sözlərdə də orfoqrafik qaydaya görə k samiti y samitinə keçir. 

Külək əsdi [küləy əsdi]– küləyə və s. Dil qaydalarında verilməsə də, təqdim olunan 

7  –  11-ci  çalışmalarda  yuxarıda  bəhs  etdiyimiz  dil  qaydalarına  aid  bacarıqların 

formalaşdırılması  qismən  əhatə  olunmuşdur  [3,  33].  Q  samitinin  yazılışı  və 

tələffüzünə  aid  verilmiş  qayda  da  yarımçıqdır  [3,  36].  Burada  da  soz  sonunda 

yazılan  q  hərfinin  [ğ]  kimi  tələffüzü  “unudulmuşdur”.  Məlumdur  ki,  belə 

məqamlarda həmin sözlərdən sonra saitlə başlanan söz gəldikdə sondakı q hərfi [ğ] 

kimi tələffüz olunur. Məsələn, qulaq aparatı [qulağ aparatı]və s. 

Dərsliyin  53-cü  səhifəsində  sual  cümləsindən  ibarət  belə  bir  başlıq  vardır: 

“Sözün  məcazi  mənası  necə  yaranır”.  Ancaq  verilən  dil  qaydasında  suala  cavab 

əvəzinə, həqiqi və məcazi mənaya aid nümunələr verilir. Əslində izah olunmalı idi 

ki, məcazi məna həqiqi mənaya bənzədilərək yaranan sonrakı mənalardır.  

Bəzən dil qaydalarında sistem gözlənilmir. Məsələn, antonimlərin şərhindən 

sonra  belə  bir  izahat  təqdim  olunur:  “Antonimlərə  bədii  ədəbiyyatda,  xüsusilə 

şifahi xalq ədəbiyyatında (?! – A. M.)  tez-tez rast gəlmək olur” [3, 67]. Fənlərarası 



 

əlaqə  yaratmaq    üçün  bu,  məqbul  haldır.  Lakin  yaxşı  olardı  ki,  bu  tipli  izahlar 



omonimlər, sinonimlər, sözün məcazi mənasının şərhində də verilə idi.  

Dərslikdə dil qaydaları ilə bağlı  müşahidə  etdiyimiz  hallardan  biri də odur 

ki, şagirdlərin müxtəlif məqsədlə (dinləmək, anlamaq, oxu və yazı vərdişləri və s.) 

üzərində  işləmələri  üçün  təqdim  olunan  mətnlərdə  həmin  dərslərdə  öyrənilən  dil 

qaydalarına  aid  materiallar  ya  yoxdur,  ya  da  çox  azdır.  Bu  halı,  demək  olar  ki, 

bütün mətnlərdə müşahidə etmək olur.  

Dil  qaydalarına  aid  bəzi  şərhlərdə  isə  elmi  yanlışlıq,  qeyri-dəqiqqlik 

müşahidə olunur. Onların bir neçəsini qısa şərhlərlə oxuculara təqdim edirik. 



“Qoşa samitlə bitən bəzi təkhecalı sözlərin  deyilişi zamanı qoşa samitlər 

arasında  sait  səs  tələffüz  olunur.  Məsələn,  hökm  [höküm],  dövr  [dövür]”  [3, 

39].  Konkret  olaraq  bu  qaydanın  müxtəlif  cinsli  qoşa  samitlə  bitən  sözlərə  aid 

olduğu və əlavə olunan samitlərin qapalı samitlər olduğu göstərilməli idi. 

“Sözün  ifadə  etdiyi  anlayışa  sözün  mənası,  daha  dəqiq  desək,  leksik 

(lüğəvi)  mənası  deyilir”  [3,  49].  Qayda  belə  ifadə  olunsa  idi,  daha  düz  olardı: 

“Sözün ifadə etdiyi anlayış onun leksik mənasıdır”. 



”Qrammatik şəkilçilər sözün mənasını dəyişmir” [3, 84]. Yanlış fikirdir. 

Çünki  artıq  şagirdlər  sözün  mənası  dedikdə  həm  leksik,  həm  də  qrammatik 

mənanın  nəzərdə  tutulduğunu  bilirlər.  Qrammatik  şəkilçilər  isə  sözün  qrammatik 

mənasını dəyişir. 



“Sözün  başlanğıc  formasına  qrammatik  şəkilçiyə  qədər  olan  hissə 

daxildir”  [3,  86].  Əslində  isə  başlanğıc  forma  sözün  leksik  məna  bildirən 

hisssəsidir.  Şagirdlər  bu  qaydaya  əsaslansalar,  qrammatik  şəkilçisi  olmayan 

(böyürtkən, dəmirçilik və s.) və yaxud qrammatik şəkilçisi leksik şəkilçidən əvvəl 

gələn  sözlərdə  (qardaşımgil,  xəyalındakı,  səninki  və  s.)  başalanğıc  formanı 

tapmaqa çətinlik çəkəcəklər. 

Ümümiyyətlə, dil qaydaları məzmun xəttinin reallaşdırlması sahəsində istər 

dərslikdə,  istər  dərs  vəsaitində  bir  çox  problemlər  mövcuddur.  Bunlar  da 



 

şagidrlərin praktik nitq bacarıqlarını elmi əsasdan məhrum edir. İnanırıq ki, təcrübə 



toplandıqca bunlar aradan qaldırılacaq. 

 (“Humanitar elmlərin öyrənilməsinin aktual problemləri”, Bakı, 2015, № 2, səh. 

186 - 190) 

 

 



Yüklə 41,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə