Vahid qazi



Yüklə 4,45 Kb.
Pdf görüntüsü
səhifə1/29
tarix16.11.2017
ölçüsü4,45 Kb.
#10500
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   29


 
 
VAHİD QAZİ 
 
 
 
 
 
 
YADDAŞ LƏPİRLƏRİ 
 
 
Demokratiya yazıları 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI 

 2011 


 

 
 
 
 
 
Redaktorlar: Hikmət Sabiroğlu, İmran Bədirxanlı 
 
Üz qabığının dizaynı: Rauf Kərimli 
 
 
 
 
 
Vahid Qazi 
Yaddaş ləpirləri. Demokratiya yazıları.  
 
Bakı, «MHS – poliqraf», 
2011, 140 сящ. 
 
 
Publisist  Vahid  Qazinin  “Yaddaş  ləpirləri.  Demokratiya 
yazıları”nda toplanan esselərin, məqalələrin izinə düşüb dün-
yanın dörd bir yanına getmək olar. Amma apardığı yol axırda 
gətirib eyni  ünvana  çatdlracaq səni. Bu dalğa  səni Bosniya-
dan  Cənubi  Afrikaya,  Krımdan  Polşaya,  Ukraynadan  Qırğı-
zıstana, Özbəkistandan Amerikaya aparıb eyni sahilə çıxara-
caq.  Ağdamdan  Ağdərəyə,  Şuşaya  yön  alıb  yenə  eyni  yerə 
gələcəksən.  
 
Bu  ünvan,  bu  sahil,  bu  yer  –  azadlıq  dəlisi  insandır. 
Sənsən, əziz oxucu...   
 
 
İSBN: 978 – 9952 – 459 – 10 – 4 
 
©  «MHS – poliqraf», 2011
 


 

MÜNDƏRİCAT 
 
Ön söz yerinə. Cəmil Həsənli: “Qəm naxışları” ....... 4 
 
Yaddaş ləpirləri  
Ölü şəhərlər muzeyi ........................................... 12 
Partlamayan minaların serenadası ...................... 19 
Qəmli gözlərin süitasi ......................................... 26 
Açılmayan süfrənin qonağı ................................ 35 
Şərq hüzuru ........................................................ 44 
Bekar(a) ömür .................................................... 50 
Qara çörəyin ağ üzü  ........................................... 54 
Özünü axtaranlar ölkəsi və ya  
maydan sonra gələn aprel ................................... 58 
Şahmat taxtasında beysbol: genosid  
düşüncələri ......................................................... 66 
Kerolayn Koks, Yelena Bonner və  
genosid debatları ................................................ 79 
Unudulmaz Gülsarı ............................................ 86 
Yelena................................................................. 91 
 
Demokratiya yazıları 
Ağ Rusiyanın qara taleyi .................................. 103 
Susmaq hüququ ................................................ 114 
Bizim saziş  ...................................................... 119 
Rusiya səfirinə məktub ..................................... 122 
İntibah təməlçiləri ............................................ 125 
Xilas missiyalı ölüm  ........................................ 129 
Cahillər və snoblar ........................................... 133 
Demokratiyanın yarımçıq təbəssümü ............... 136 


 

Ön söz yerinə 
 
Qəm naxışları 
 
Qələmindəki dərdlə oxuculara çoxdan tanış 
olan  Vahid  Qazinin  “Yaddaş  ləpirləri.  Demok-
ratiya yazıları” əlyazmasını vərəqlədim. Müəlli-
fin uğurlu qələm təcrübəsi kimi ruhumuzu titrə-
dən  “Ruhlar  şəhəri”ndən  sonra  nə  yazacağı, 
oxuculara  nə  təqdim  edəcəyi  mənim  üçün  ma-
raqlı idi. Dünyanın müxtəlif ölkələrinə səfər tə-
əssüratlarının  maraqlı  müşahidələri,  ev  içində 
olan  söhbətlərin  bayırlıq  tərəfləri  müəllif  təhki-
yəsində  maraqlı  görünürdü.  Lakin  kitab  olacaq 
bu  əlyazmada  mənim  üçün  maraqlı  süjet  xətti 
bütün  mətləblərin  Qarabağ  dərdi  üzərində  qu-
rulması  idi.  Başımıza  gələn  müsibətlərin  ən  fa-
ciəlisi də budur: Qarabağ olayları nəinki ədəbiy-
yatımıza, bütövlükdə milli həyatımıza, yaşayışı-
mıza, əxlaqımıza daxil ola bilməyib.  
Hərdən mənə elə gəlir ki, bu faciə toylarımız-
da, şənliklərimizdə Azərbaycan gəncinin, qızının, 
gəlininin və hətta ziyalısının “Yanıq Kərəm”ə qol 
açıb  oynadığı  gündən  başladı.  Kərəm  tarixə 
yanmaq  nümunəsini  verdi,  biz  isə  onun  hələ  bu 
gün də qövr edən dərdinin külü üstündə rəqs edi-
rik.  Bir  vaxtlar  axına  qarşı  gedənləri  Kərəm  kimi 
yanmaqla  qorxudurdular.  Vahid  Qazinin  əlyaz-


 

masını  oxuyanda  istər-istəməz  Nazim  Hikmətin 
həmişəyaşar bir şeiri yadıma düşdü: 
 
– Sen kendi sesinle kül olursun ey!  
Kerem  
gibi  
     yana  
yana... 
«Deeeert  
çok,  
    hemdert  
yok»  
Yüreklerin  
kulakları  
sağır...  
Hava kurşun gibi ağır... 
Ben diyorum ki ona:  
– Kül olayım  
Kerem  
gibi  
yana  
yana.  
Ben yanmasam  
sen yanmasan  
biz yanmasak,  
nasıl  
çıkar  
karanlıklar  
aydınlığa… 


 

Kitabda yer alan yazıların coğrafiyası və möv-
zusu  çox  geniş  olsa  da,  bütövlükdə  bu  kitab  öz 
əriş-arğacı,  öz  həşyələriylə  dərdin  ilmə-ilmə  to-
xunduğu  Qarabağ  xalısıdır  –  oxucunu  keçmişin 
bəxtəvər günlərinə qaytaran, bugünkü dərdimizin 
rəng çalarlarından aynalanan Qarabağ xalısı.  
Ayrılığın,  həsrətin  uzunluğundan  yaddaşı 
korşalmış  insanlarımızın,  Qarabağın  gözəlliklə-
rini  gözləri  ilə  görməyən  bu  günkü  gənclərin 
yurd həsrətindən mayalanmış belə kitablara bö-
yük ehtiyacı var. Kitabda yer alan “Ölü şəhərlər 
muzeyi”,  “Partlamayan  minaların  serenadası”, 
“Qəmli  gözlərin  süitası”,  “Açılmayan  süfrənin 
qonağı” və digər yazılar öz orijinallığı, səmimi-
liyi, dərd yükünə görə oxucunu sehrinə salır. 
Qeyd etdiyimiz kimi, kitabda yer alan məqa-
lələrin  coğrafiyası  çox  genişdir.  Şimali  Amerika-
dan  tutmuş  Cənubi  Afrikaya  qədər  iştirakçısı  ol-
duğu tədbirlərin qayəsi, gəzdiyi, gördüyü yerlərin 
mənzərəsi, yol  yoldaşı olduğu adamların mənəvi 
dünyası  Vahid  Qazinin  sətirləri  arasından  çox 
canlı  görsənir.  Kitab  axtarışlar  üzərində  qurulub: 
müəllif  olduğu  hər  yerdə  ədalət,  vətənində  isə 
bütövlük  və  demokratiya  axtarır.  Bu  baxımdan 
oxuculara təqdim edilən “Ağ Rusiyanın qara tale-
yi”, “Rusiya səfirinə məktub”, “Susmaq hüququ”, 
“Demokratiyanın  yarımçıq  təbəssümü”  və  digər 
yazılar kitabı kifayət qədər maraqlı edir. 


Yüklə 4,45 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə