Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu 7 noyabr 2001-ci IL, 30 aprel 2002-ci IL, mart 2006-cı IL, 17 aprel



Yüklə 326,37 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix17.09.2018
ölçüsü326,37 Kb.
#68805
  1   2   3   4   5   6   7


Valyuta tənzimi haqqında 

Azərbaycan Respublikasının Qanunu 

 

(27 noyabr 2001-ci il, 30 aprel 2002-ci il, 3 mart 2006-cı il, 17 aprel 

2007-ci il, 7 dekabr 2007-ci il, 30 iyun 2009-cu il, 04 mart 2016-cı il, 25 aprel 

2017-ci il və 13 iyun 2017-ci il tarixli qanunlarda edilmiş dəyişikliklərlə) 

 

Bu  qanun  Azərbaycan  Respublikasında  valyuta  əməliyyatlarının  həyata 



keçirilməsi  prinsiplərini,  valyuta  tənzimi  və  valyuta  nəzarəti  orqanlarının 

səlahiyyətlərini və funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib 

olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində 

hüquqlarını və vəzifələrini, valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyəti 

müəyyən edir. 

 

I fəsil. Ümumi Müddəalar 

 

Maddə 1. Əsas anlayışlar 

 

Bu qanunda aşağıdakı anlayışlardan istifadə edilib: 

1. «Azərbaycan Respublikasının milli valyutası» (bundan sonra «milli valyuta»): 

a)  tədavüldə  olan,  eləcə  də  tədavüldən  çıxarılan,  lakin  tədavüldə  olan  pul 

nişanlarına  dəyişdirilə  bilən  Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  buraxdığı 

kağız və metal pul nişanları; 

b)  Azərbaycan  Respublikasında  banklarda  və  digər  kredit  təşkilatlarında 

hesablarda olan manat vəsaiti; 

v)  Azərbaycan  Respublikasından  kənarda  yerləşən  banklarda  və  digər  kredit 

təşkilatlarında hesablarda olan manat vəsaiti. 

2. «Milli valyutada qiymətli kağızlar» - manatla ifadə edilmiş ödəniş sənədləri 

(çeklər, veksellər, akkreditivlər və s.), fond sərvətləri (səhmlər,  istiqrazlar) və digər 

borc öhdəlikləri. 

3. «Xarici valyuta»: 

a) müvafiq xarici dövlətin və ya dövlətlər qrupunun ərazisində tədavüldə olan və 

qanuni ödəniş vasitəsi sayılan, eləcə də tədavüldən çıxarılmış və ya çıxarılan, lakin 

həmin  ərazidə  tədavüldə  olan  pul  nişanlarına  dəyişdirilə  bilən  banknotlar,  xəzinə 

biletləri və sikkələr şəklində pul nişanları; 

b)  xarici  dövlətlərin  pul  vahidlərində,  beynəlxalq  pul  və  ya  hesablaşma 

vahidlərində hesablarda olan vəsaitlər. 

4. «Valyuta sərvətləri»: 

a) xarici valyuta

b)  xarici  valyutada  qiymətli  kağızlar  -  xarici  valyutada  ifadə  edilmiş  ödəniş 

sənədləri (çeklər, veksellər, akreditivlər və s.), fond sərvətləri(səhmlər, istiqrazlar) və 

digər borc öhdəlikləri

v) qiymətli metallar - istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj 

olunmuş  (saflaşdırılmış,  təmizlənmiş  halda),  habelə  xammalda,  xəlitələrdə, 

yarımfabrikatlarda,  sənaye  məhsullarında,  kimyəvi birləşmələrdə,  zərgərlik və digər 




məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan 

qızıl, gümüş, platin və platin qrupu metalları (palladium, iridium, osmium, rodium və 

rutenium); 

q)  qiymətli  daşlar  -  işlənilmiş  və  işlənilməmiş  şəkildə  olan  təbii  almazlar, 

zümrüdlər, yaqutlar, sapfirlər, aleksandritlər. 

Qiymətli  metallardan  və  qiymətli  təbii  daş-qaşdan  hazırlanmış  məmulatın, 

zərgərlik və digər məişət məmulatına, yaxud onların qırıntılarına aid edilməsi qaydası 

və şərtlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. 

5. «Rezidentlər»: 

a) Azərbaycan Respublikasında daimi yaşayış yeri olan, o cümlədən Azərbaycan 

Respublikası hüdudlarından kənarda müvəqqəti qalan fiziki şəxslər

b)  Azərbaycan  Respublikası  qanunvericiliyinə  müvafiq  surətdə  yaradılmış 

hüquqi şəxslər; 

v)  Azərbaycan  Respublikasında  yerləşən  və  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə  müvafiq  surətdə  yaradılmış,  lakin  hüquqi  şəxs  olmayan  müəssisə 

təşkilatlar

q)  Azərbaycan  Respublikası  hüdudlarından  kənarda  yerləşən  Azərbaycan 

Respublikasının diplomatik və digər rəsmi nümayəndəlikləri

ğ) bu bəndin «b» və «c» yarımbəndlərində göstərilmiş rezidentlərin Azərbaycan 

Respublikası hüdudlarından kənarda yerləşən filialları və nümayəndəlikləri. 

6. «Qeyri-rezidentlər»: 

a)  Azərbaycan  Respublikası  hüdudlarından  kənarda  daimi  yaşayış  yeri  olan,  o 

cümlədən Azərbaycan Respublikasında müvəqqəti qalan fiziki şəxslər; 

b)  xarici  dövlətlərin  qanunvericiliyinə  müvafiq  surətdə  yaradılmış  Azərbaycan 

Respublikası hüdudlarından kənarda yerləşən hüquqi şəxslər və hüquqi şəxs olmayan 

müəssisə və təşkilatlar

v)  Azərbaycan  Respublikasında  yerləşən  xarici  diplomatik  və  digər  rəsmi 

nümayəndəliklər, habelə beynəlxalq təşkilatlar, onların nümayəndəlikləri və filialları; 

q)  bu  bəndin  «b»  yarımbəndində  göstərilmiş  qeyri-rezidentlərin  Azərbaycan 

Respublikasında yerləşən filialları və nümayəndəlikləri (büro və agentlikləri). 

7. «Valyuta əməliyyatları»: 

a)  valyuta  sərvətlərinə  mülkiyyət  hüququnun  və  digər  hüquqların  keçməsi  ilə 

əlaqədar  əməliyyatlar,  o  cümlədən  valyuta  mübadiləsi  əməliyyatları,  habelə  ödəniş 

vasitəsi  kimi  xarici  valyutadan  və  xarici  valyutada  ödəniş  sənədlərindən  istifadə 

edilməsi; 

b) valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və göndərilməsi, 

eləcə də Azərbaycan Respublikasından çıxarılması və göndərilməsi; 

v) beynəlxalq pul köçürmələrinin həyata keçirilməsi. 



7-1.  “Valyuta  mübadiləsi  fəaliyyəti”  –  Azərbaycan  Respublikasında  xarici 

valyutanın qanunla müəyyən edilmiş qaydada alınması, satılması və dəyişdirilməsi. 

7-2.  “Valyuta  mübadiləsi  fəaliyyətinə  lisenziya  almış  şəxslər”  –  bu  Qanunla 

müəyyən  edilmiş  qaydada  valyuta  mübadiləsi  fəaliyyətinə  lisenziya  almış  rezident 

hüquqi və fiziki şəxslər və qeyri-rezident hüquqi şəxslərin filialları. 

8. Xarici valyuta ilə və xarici valyutada qiymətli kağızlarla əməliyyatlar cari və 

kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına bölünürlər. 



Yüklə 326,37 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə