Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə1/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
  1   2   3   4   5   6   7   8   9   ...   101


 

 



 

VAQİF NƏSİR 

 

 

 

 

 

 

SEÇMƏLƏR 

II 

 

 

 

 

 

 

İKİ  CİLDDƏ 

 

 



 

 

 



 

 

 



 

 

BAKI – 2016 




 

 



 

Redaktoru və ön sözün müəllifi:    filologiya üzrə 

elmlər doktoru,   professor Mahmud 

Allahmanlı 

 

 

 



 

 

Vaqif Nəsir 



Seçmələr: 2 cilddə, II cild. ġeirlər, poemalar, dram 

əsərləri, nəsr və publisistika. Kitab 2016-cı ildə 

”Ləman nəĢriyyat poliqrafiya” MMC-də çap olunub 

448 səh. 

 

Vaqif Nəsirin “Seçmələr”inin II cildinə yaradıcılığının  



müxtəlif illərində yazdığı Ģeirlərinin mühüm bir 

hissəsi, poemaları, səhnə əsərləri, nəsri və 

publisistikası daxil edilmiĢdir. 

 

 



 

 

 



 

N

            



    

 

© Vaqif Nəsir - 2016 



 

                                        

 

 



 

 



 

 YARADICI  ZƏNGİNLİYİ  VƏ    DÜŞÜNCƏ           



MÜKƏMMƏLLİYİ 

 

ÇağdaĢ ədəbi mühitin istedadlı nümayəndələrindən olan 



Vaqif Nəsirin “Seçmələr”inin ikinci cildi yaradıcı potensialının 

imkanlarını  aydınlaĢdırmaq,  haqqında  dolğun  təsəvvür 

yaratmaq  baxımından  daha  çox  əhəmiyyət  kəsb  edir.  Elmi-

mədəni  mühit  onu  fizika-riyaziyyat  elmləri  doktoru,  məĢhur 

Kitayqarodski  məktəbinin  nümayəndəsi,  istedadlı  Ģair  kimi 

tanıyır.  Lakin  “Seçmələr”  V.Nəsirin  yaradıcılığının  digər 

tərəflərini, dramaturji fəaliyyətini, bədii nəsrini, publisistikasını 

da  bir  bütöv  olaraq  ədəbi  ictimaiyyətə  çatdırmaq  məqsədi 

daĢıyır.  Düzdü,  poemaları,  nəsri,  dramaturgiyası  haqqında 

müxtəlif  vaxtlarda  fikir  və  mülahizələr  irəli  sürülmüĢ,  ədəbi 

tənqid ona öz münasibətini bildirmiĢdir. Təəssüf doğuran odur 

ki, 


ciddi 

problemləri 

iĢarələyən,  zəngin  faktura  ilə 

səciyyələnən,  qaynağını  xalqın  zəngin  həyat  faktlarından  alan 

bu nümunələr elə də sistemli təhlillərin faktına çevrilməmiĢdir. 

Sovetlər imperiyasının dağılmasından sonra  ədəbi  prosesdə  bu 

bir problem olaraq özünü göstərmiĢ və indi də göstərməkdədir. 

Daha  doğrusu,  bədii  sferada  hökm  sürən  loyallıq    ciddi 

təhlilləri,  sistemli  mülahizələrin  yürüdülməsini  arxa  plana 

keçirdi.  Tənqid  öz  funksiyasında  həqiqi  söz  demək,  ədəbi 

mühiti Ģərh etməkdən çox münasibətli yazılara üstünlük verdi. 

Beləliklə də ədəbi mühitdə bir kitab bolluğu  yarandı.  Ġstedadlı 

Ģairimiz V.Nəsirin və bu sıradan olanların yaradıcılığının geniĢ 

təhlili aparılmadı.  

Kitabda,  yuxarıda  qeyd  etdiyimiz  kimi,  müəyyən  bir 

hissəni  lirik  Ģeirlər  tutur.  Əvvəlki  cild  sırf  lirikasını  əhatə 

etdiyindən və baĢlanğıc sözümüzdə də lirikasının geniĢ təhlilini 

verdiyimizdən burada olan poetik nümunələrin sistemli təhlilini 

verməkdən  uzağıq.  Bir  onu  deməyi  lazım  bilirik  ki,  buradakı 

Ģeirlər də əvvəlki cilddə gedənlərin ümumi ruhu, məzmunu ilə 

bağlanır.  “Dünya  fırlanır”,  “Birisinə”,  “Oynayır”,  “Ġndi”,  “Bir 



 

 



 

dosta”,  “Təbrizim”,  “Sanatoriyada  düĢüncələr”,  “Metro 

hekayəti” və s. Ciddi məzmunu, semantic gücü ilə seçilən “Ana 

ürəyi”,  GörüĢ”,  “Məhəbbət  balladası”,  “Doğma  yurda  salam” 

poemaları  V.Nəsir  yaradıcılığında  mühüm  hissəni  tutur. 

Orijinal  düĢüncə,  yaradıcı  özünəməxsusluğu  ilə  səciyyələnən 

bu  poemalarda  qaldırılan  problemlər  mətnin  semantik  gücü, 

mənalandırmanın  yaddaĢ  sxemləri  ilə  bütün  əsrlər,  zamanlar 

üçün  örnək  olacaq  məzmuna  hesablanır.  Burada  həyat,  onun 

reallıqları,  rəngarəng  münasibətlər  sistemi,  arxaik  yaddaĢın 

davranıĢ  sistemləri  tipik  xarakter  və  tipik  Ģərait  müstəvisində 

canlandırılır.  Xalq  düĢüncəsində  olan  əfsanə,  rəvayət,  nağıl 

elementləri, təhkiyə formulları ilə Ģair  mətnə canlılıq, yaĢarılıq 

gətirir.  Məhz  bu  yanaĢmanın  nəticəsidir  ki,  “GörüĢ”,  “Ana 

ürəyi” poemalarını birnəfəsə oxumaq olmur. Hadısələrin gediĢi 

oxucunu  yerindən  oynadır,  onu  qəzəb  və  göz  yaĢı  arasında 

saxlayır.  Sonda  poema  tipik  bir  sonluqla  qızın  oğlandan 

anasının  ürəyini  istəməsinin  mahiyyətinin  aydınlaĢması  ilə 

yekunlaĢır: 

Dedi: -Əziz ana, ürək deyəndə

Səndən səxavəti istəmiĢəm mən. 

Oğluna məhəbbət böyükdür səndə

Mənə məhəbbəti istəmiĢəm mən. 

Bu  yaradıcı  istedadının  reallığıdır.  Vaqif  Nəsir  xalq 

arasında  yaĢayan  “Ana  ürəyi”  əfsanəsinə  öz  yaradıcı 

düĢüncəsini,  münasibətini  əlavə  etmiĢ  və  original  bir  sənət 

nümunəsi  ortaya  qoymuĢdur.  Poema  klassik  ənənədən  gələn 

təhkiyə, nağıl elementlərinin çoxluğu ilə səciyyələnir. 

Qoy sənə nəql edim bu əfsanəni, 

Oxucum diqqətlə gəl dinlə məni. 

Qədim zamanlarda bir ana varmıĢ, 

Bircə övladıyla o yaĢayarmıĢ. 

Azərbaycan  ədəbiyyatı  tarixinə  fikir  verdikdə    epic 

ənənə  ciddi  folklor  elementləri,  rəngarəng  nağıl  formulları, 

dastan  strukturunda  özünə  yer  almıĢ  təsvir  tipləri  ilə 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə