VasiTƏLİ VƏ vasiTƏSİz niTQ



Yüklə 19,86 Kb.
Pdf görüntüsü
tarix17.04.2018
ölçüsü19,86 Kb.
#38755


VASİTƏLİ VƏ VASİTƏSİZ NİTQ 

 

Danışıqda başqasının dediyi sözləri özgə nitqi şəklində işlətmək üçün iki üsuldan istifadə 

olunur.  Birinci  halda  danışan  şəxs  özgə  nitqini  olduğu  kimi  saxlayır,  yəni  danışan  şəxs  onu 

söylənilən şəxs tərəfindən olduğu kimi saxlayır, heç bir dəyişiklik etmədən söyləyir. İkinci halda 

isə başqasının nitqi ya nəql yolu ilə,  ya da arzu formasında verilir.  

 

Başqasının nitqi heç bir dəyişiklik edilmədən olduğu kimi verilərsə, bu nitq vasitəsiz nitq 



adlanır.  Bu  cür  cümlələr  iki  hissədən  -  müəllifin  sözlərindən  və  vasitəsiz  nitqdən  ibarət  olur: 

Müəllifin sözü  (M, m) vasitəsiz nitq (V, v).  

Vasitəsiz  nitqdə  başqası  tərəfindən  söylənilmiş  sözün  və  ya  cümlənin  leksik  və 

qrammatik xüsusiyyətləri olduğu kimi saxlanılır, heç bir dəyişiklik edilmədən çatdırılır. Məsələn, 

Həkim Validə xanım mehriban bir səslə: 

-

 



Narahat olma, hər şey keçib, sağalacaqsan, - dedi. 

Vasitəsiz nitqdə müəllifin sözləri çox zaman  demək, əmr etmək, deyinmək, düşünmək, 



fikirləşmək, soruşmaq, cavab vermək, əlavə etmək və s. kimi nitq felləri ilə işlənir və daha çox 

müəyyən şəxsli cümlə şəklində formalaşır. 

Yazıda  vasitəsiz  nitqi  fərqləndirmək  üçün  dırnaq  işarəsindən  və  tiredən  istifadə  edilir. 

Vasitəsiz nitq müəllif təhkiyəsinə daxil olduqda 



 dırnaqda, dialoqun tərkib hissəsi olduqda tire ilə verilir.  Məsələn: 

 





Yox,  onun  barəsində  belə  sadə  hökm  çıxarmaq  olmaz!”  –  deyib  Kamal  Rəhimli 

düşüncələrinə yekun vurdu… (M. İbrahimov). 

 



Meşə keşikçisi Sadıq əmi gələnlərin qabağını kəsib deyirdi: 

-

 



Bura baxın,  meyvə dərməyinizə sözüm yoxdur, ancaq bir  budaq qırılsa, məndən inciməyin 

(A.Ş.).     

 

Vasitəsiz nitq beş vəziyyətdə işlənə bilər: 



 

1.

 

Müəllifin sözlərindən sonra: Şərəf bildirdi: "Getsək yaxşıdır". (M: "V".) 



2.

 

Müəllifin sözlərindən əvvəl:"İmtahan başlayıbmı?" - deyə Akif soruşdu. ("V?"-m.) 



3.

 

Müəllif sözlərinin arasında: O, əlini qaldırıb: "Tezliklə görüşərik", - dedi. (M: "V", - m.) 



4.

 

Müəllifin sözlərindən əvvəl və sonra: "Narahat olma, - dedi, - hər şey yaxşı olacaq". ("V, -m, 

-v".) 

5.

 

Müəllif  nitqi  ilə  vasitəsiz  nitq  ardıcıl  növbələşə  də  bilir:  Mahir  silahını  götürüb:  "Hər  şey 

yaxşıdır, - dedi, - nigaran qalmayın". (M: "V, -m, -v".) 

 

Vasitəsiz nitqdən həm şifahi, həm də yazılı nitqdə istifadə edilir.  



Bəzən  müəllif  özünün  və  ya  başqasının  sözlərini  vermək  üçün  önu  öz  nitqi  ilə  bağlayır,  

başqasına məxsus olan sözləri öz danışıq üslubuna uyğunlaşdırır, onda bəzi dəyişikliklər əmələ 

gətirərək işlədir.  

Başqasının nitqinin əsas məzmununu saxlamaqla onun formasını  

müəyyən dərəcədə dəyişilmiş şəkildə ifadə etmək vasitəli nitq adlanır.  

Vasitəsiz nitq: 

Vidadi soruşdu: 

-

 

Ana, qardaşım zəng edibmi? 



Vasitəli nitq: 

Vidadi anasından soruşdu ki, qardaşı zəng edibmi? 

Vasitəsiz nitq vasitəli nitqə çevrildikdə dırnaqlar və tire atılır. Bu zaman xitablara, nidalara 

ehtiyac qalmır. Vasitəli nitq budaq cümlə şəklində formalaşır və müəllif nitqindən sonra işlənir. 




Vasitəsiz  nitqi  vasitəli  nitqlə  əvəz  etdikdə  ki  bağlayıcısı  vasitəli  nitqdə  baş  və  budaq 

cümlələrin arasında gəlir. Müəllifin sözlərindən sonra gələn vasitəsiz nitqə  ki  bağlayıcısı əlavə 

edilir, dırnaqlar atılır, deyə sözündən istifadə olunmur, şəxs əvəzliyi və feillər dəyişir.   

 

SİTATLAR 

 

Bəzən öz fikrini əsaslandırmaq və  ya aydınlaşdırmaq üçün başqasının söylədiklərindən, 



yazdıqlarından misallar gətirilir. Məsələn,  

Başqasının  söylədiklərindən,  yazdıqlarından  gətirilən  dəqiq  çıxarışlar  sitat  adlanır. 

Məsələn: 

“Ən böyük qələbələrin, tarixi zəfərlərin taleyi döyüş meydanlarından əvvəl insanların 

ürəklərində həll olunur. Çünki ən böyük qüdrət fəzilətdən doğur”. (K. Pautovski) 

Sitatlar  formasına  görə  vasitəsiz  nitqə  oxşayır.  Amma  fərq  ondan  ibarətdir  ki,  vasitəsiz 

nitqdə  başqasının  fikri  digərlərinə  çatdırılmaq  üçün  ifadə  olunur  və  məlumat  xarakterlidir. 

Sitatlardan  isə  müəllif  öz  fikrini  gücləndirmək,  fikrin  ilkin  mənbəyini  göstərmək  məqsədilə 

istifadə  edir.  Məsələn: 

“Etikanın  əsas  məqsədi  insanları  nəşəli  yaşamağa,  dünyadan  həzz 

almağa  öyrətməkdir.  Demokritə  görə  fəzilətin  insan  həyatında  əsas  rolu  xarakteri  tənzim 

etməkdən ibarətdir: “Kimin xarakteri nizamlıdırsa, onun həyatı da nizamlıdır””. (Z. Göyüşov) 

Bəzən sitatlar tam şəkildə verilmir, ixtisar edilir. Bu zaman buraxılmış sözlərin yerinə üç 

nöqtə qoyulur. 

Sitatlar müəllifin nitqinin tərkibində də verilə bilər. Sitatlardan belə istifadə vasitəli nitqə 



oxşayır. Bu zaman dırnaqlar saxlanılır, sitat kiçik hərflə başlayır. Məsələn: 

“Təsadüfi deyildir ki, 

bir  çox  əsərlər  hələ  müəllifləri  sağ  ikən  ölmüş,  oxucular  tərəfindən  unudulmuşsa  da,  “Qabus-

namə”,“Kəlilə  və  Dimnə”,  Şeyx  Sədinin  “Gülüstan”  və  “Busitan”...  və  bunlara  bənzər  əxlaqi 

əsərlər  yüz  illər  ərzində  maraqla  oxunmuş  və  oxucuların  neçə-neçə  nəslinin  zehninə  hakim 

olmuşdur”(Z. Göyüşov). 

 

Yüklə 19,86 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə