Vazomotor rinitlər ,formaları .Klinikasının ,müalicəsinin
xüsusiyyətləri
İnhalasiyon allergenlərlə əlaqədar inkişaf edir və hədəf orqan burun boşluğunun
selikli qişası ilə yanaşı konyuktiva , eyni zamanda digər selikli qişalar
da ola bilər
.Xəstəlik adətən ,irsi- ailəvi xarakter daşıyır .Əgər yaz ,yay aylarında ( ağaclar
çiçəklənən zaman ) meydana çıxarsa , buna mövsumi allergik rinit , il boyu davam
edərsə , daimi allergik rinit adlanır .Daimi alllergik rinit , əsasən , göbələk ,heyvan
tükləri ,ev tozu , ev bitkiləri , müxtəlif qidalarla əlaqədar inkişaf edir. Bu zaman
burun boşluğunun selikli qişasında tosqun hüceyrələr , makrofaqlar tərəfindən
çoxlu miqdarda İgE ifraz olunur ,müxtəlif bioloji aktiv maddələr –histamin
,leykotrien ,trombosit aktivləşdirici amil sintez edilir.Nəticədə kavernoz ciblər
genişlənir ,damar keçiriciliyi artır və damarlardan burun boşluğuna çoxlu maye
xaric olur .Allergik rinitin xarakterik simptomları :
-burun tutulması
-su xarakterli burun axıntısı
-paroksizmal asqırma (15-20 dəfə )
-burunda və boğazda qaşınma
Gündəlik olaraq allergenin qəbuluna cavab olaraq burunun selikli qişası
şişkinləşərək burun yollarını tutur və bu səbəbdən allergik rinit (zökəm)
inkişaf
edir. Uşağın burnu axır, vaxtaşırı olaraq ağızla nəfəs almaq üçün qida ilə
doldurulmuş qabın əmziyini ağzından çıxarır. Bu iltihab əksər hallarda qulaqlara
da keçərək, hərarətin yüksəlməsi və kəskin ağrılarla müşayiət edilən allergik otitə
(orta qulağın iltihabı) keçir. Allergik rinit gah sakitləşərək, gah da kəskinləşərək
illərlə davam edə bilər.
2-3 yaşdan yuxarı olan uşaqlarda allergik rinitin kəskinləşməsi burunda çoxlu
miqdarda maye ifraz olunması ilə müşayiət olunur və onları burun damcıları ilə
dayandırmaq mümkün olmur. Zökəmdən başqa, uşaqda gözlərin qızarması, göz
qapaqlarında şişkinlik və qaşınmanın olması, gözlərdən yaş axması əlamətləri də
qeyd edilir.