Vena daxili inyeksiyanin icra edilmə texnikasi bütün inyeksiyalar həkim təyinatına uyğun icra edilir



Yüklə 40,88 Kb.
tarix26.09.2017
ölçüsü40,88 Kb.
#1501
növüQaydalar

VENA DAXILI INYEKSIYANIN ICRA EDILMƏ TEXNIKASI
Bütün inyeksiyalar həkim təyinatına uyğun icra edilir.

Inyeksiyanı yerinə yetirməzdən əvvəl əlləri gigiyena qaydalarına riayət edərək yumaq, dərini dezinfeksiya etmək, şprislərin və onların içərisindəki maddənin sterilliyinə əmin olmaq lazımdır.







Venalar palpasiya edilmə dərəcəsinə və dəri altından görünmə tipinə görə 3 qrupa bölünür.

1. Konturları aydın görünən venalar dəri səthindən qalxır, həcmlidir və qalındır, ön və yan divarları aydın seçilir. Daxili divarı istisna olmaqla vena bütünlükdə yaxşı palpasiya (əllənir) edilir.

2. Konturları zəif görünən venalar dəri səthindən qalxmır, lakin nisbətən yaxşı görünür. Təkcə ön divarı palpasiya edilir.

3. Konturları bilinməyən venalar praktik olaraq görünmür, yalnız təcrübəli mütəxəssisin icra etdiyi palpasiya zamanı aşkar oluna bilər. Palpasiya edilməyən və ümumiyyətlə görünməyən venalar da bura aiddir.

Venalar həm də təsbit olunmuş və sürüşən venalara bölünür.



1. Təsbit olunmuş vena dəri altında yerini çox zəif dəyişir və ya heç dəyişmir.

2. Sürüşən vena dəri altında öz yerini asanlıqla dəyişir.
Venanın seçilməsi.

Konturları aydın görünən, təsbit olunmuş və ya konturları aydın görünən qalın divarlı sürüşən venaları seçmək lazımdır. Digər seçimlər əlverişli deyil.



Konturları zəif görünən venalar barmaqla təsbit edilib çox nazik iynə ilə aparılmalıdır.
Məqsəd: Müalicəvi

Göstəriş: Həkim təyinatı

Vurulduğu yer: Bədəndə olan bütün venalar venadaxili inyeksiya üçün istifadə oluna bilər. Adətən venadaxili inyeksiya üçün dirsək çuxurunda olan venalar istifadə olunur. Onlar böyük ölçülü və yerini az dəyişəndirlər.

Lazımı şərait: Tibb müəssisələrində prosedura otaqlarında aparılır.
Təchizat:


1.

Sabun, fərdi dəsmal


7.

Steril birdəfəlik şprislər və steril salfetlər.

2.

Steril əlcəklər, maska

8.

Steril material və alətlər yığılmış biks, steril pambıq kürəciklər, 70%-li etil spirti.

3.

Dərman ampulları, ampul kəsən


9.

Dəri üçün antiseptik məhlulu (Lizanin və s.).

4.

Venoz turna, müşəmbəli yastıqca, kiçik ölçülü mələfə.

10.

İİV/QİÇS-lə əleyhinə dərman qutusu

5.

Şprislər üçün steril ləyən və steril pinset


11.

Şok əleyhinə dəst, birdəfəlik şprislə.

6.

İstifadə olunmuş materiallar üçün konteyner


12.

Tonometr, fonendoskop

İnyeksiyadan əvvəl xəstəyə özünüzü təqdim edin, onu psixoloji hazırlayın, manipulyasiya haqqında ona məlumat verin, işlədiləcək dərmana qarşı həssaslığını və qandan qorxub qorxmadığını öyrənin, xəstənin razılığını alın.
Venadaxili inyeksiyanın icra edilmə texnikası:

1.

Əlləri gigiyiyena qaydalarına riayət edərək yuyun, fərdi dəsmalla silin, dəri üçün antiseptik məhlulu ilə işləyin, steril əlcəkləri geyinin, maska taxın.


2.

İnyeksiyanı icra etməzdən əvvəl həkimin təyinatını nəzərdən keçirin, təyin vərəqi ilə dərmanın etiketinin uyğunluğunu yoxlayın.


3.

Şprisin istifadə tarixini və hermetikliyini yoxlayın. Şprisi açın, yığın və steril ləyənə qoyun.

4.

Dərmanın adını, istifadə müddətini və dozasını, fiziki xassələrini yoxlayın.

5.

Steril pinsetlə 2 spirtli pambıq kürəciyi götürün, əllərinizi silin, ampulun boynunu silin, tamponla dəstəkləyib, ampul kəsənlə kəsin və ampulu qırın.

6.

Şprisə dərmanın lazım olan miqdarını yığın, sprisdə hava qabarcıqlarının olmamasına diqqət edin, şprisin qoruyucu qapağını təkrar taxın.


7.

Boş ampulu istifadə olunmuş materialları yığmaq üçün ləyənə atın (güclü təsirli və narkotik təsirə malik dərman preparatları istisna olmaqla).


8.

Şprisi steril ləyənə qoyun, steril ləyənə ən az 4 ədəd steril salfet qoyun.


9.

Xəstəyə uyğun vəziyyət verin (oturaq və ya uzanmış), hər iki qoluna baxın, sizə uyğun venaları seçin. Punksiya ediləcək venanı dəqiqləşdirdikdən sonra xəstənin qoluna rahat vəziyyət verin. Artıq dəqiqləşdirilmiş nahiyənin altına müşəmbəli yastıqca qoyun, nəbzini yoxlayın.


10.

Bazunun orta 1/3-nə rezin turna qoyun (steril salfetin üzərinə), turnanı arterial qan cərəyanına mane olmayacaq şəkildə venanın






11.

Xəstəyə bir neçə dəfə əlini yumub – açmağı (əl venalarının qanla daha yaxşı dolması üçün) və əlini yumruq kimi büküb saxlamağı söyləyin, sizin komandanızı gözləməsini tapşırın.


12.

Təyin edilmiş, daha yaxşı dolğunluqda olan venanı palpasiya edin, spirtli steril salfetlə iynə vurulacaq nahiyəni əvvəlcə geniş, daha sonra isə bilavasitə iynə vurulacaq yeri aşağıdan yuxarıya doğru silin. Sol əllə punksiya sahəsinin dərisini özünə tərəf və bir qədər yana çəkmək lazımdır.




13.

Venaya giriləcək sahənin 1sm altından, əvvəlcə venaya paralel 30-450 bucaq altında dəriyə girdikdən sonra, 150-dərəcəli bucaq altında venaya girin. Şprisi sağ əldə tutaraq, şəhadət barmağı iynənin konyulasının üstünə qoyun, iynənin uc kəsiyi yuxarı olmaq şərtilə səthə paralel, dərini və venanı deşin (bir momentli və iki momentli) və iynənin 1/3 hissəsinin venaya yeridin. Bu zaman sanki boşluğa düşmə hissi yaranır və ya şprisdə qan görünür.




14.

Porşeni özünüzə elə çəkin ki, porşenin silindrində qan görünsün.




15.

Turnanı açın, xəstədən əlini açmağı xahiş edin, iynənin venada olduğuna əmin olmaq üçün porşeni bir dəfə də özünüzə doğru geriyə çəkin.




16.

Şprisin vəziyyətini dəyişmədən dərmanı yavaş-yavaş yeridin.





17.

İnyeksiya yerinə steril salfet və ya steril pambıq qoyun, basın, və iynəni eyni bucaq altında, sürətlə venadan çıxarın.




18.

Pasiyentə əlini dirsək oynağında bükməyi tapşırın, iynə yerində pambığı bir neçə dəqiqə saxlayın.


19.

Xəstədən özünü neçə hiss etdiyini soruşun, inyeksiyaya qarşı reaksiyasının olub –olmamasına diqqət edin, hər hansı reaksiya baş verdikdə mütləq həkimi çağırın.



20.

İstifadə olunmuş materialları xüsusi zibil qutusuna atın.


21.

Əlcəkləri çıxarın.

22.


Əllərinizi yuyun.



Venadaxili inyeksiyanın icra edilməsi zamanı aşağıdakı ağırlaşmalar baş verə bilər:
- Kövrəklik venaların anatomik xüsusiyyətlərindən biridir. Vizual və palpator olaraq kövrək (tez qırılan, partlayan) venalar adi venalardan heç nə ilə fərqlənmir. Punksiyanı çətinləşdirmir, iynənin venaya normal, düzgün daxil olmasına baxmayaraq hematoma qısa bir vaxtda əmələ gəlir.
- İynənin venada fiksasiya texnikasının pozulması da ağırlaşmaya səbəb ola bilər. Zəif təsbit olunmuş iynə damara əlavə travma verir, bu adətən yaşlı adamlarda daha çox rast gəlinir. Bu halda venaya dərmanın yeridilməsi dayandırılır, və başqa vena punksiya edilir. Hematoma olan sahəyə kip sarğı qoyulur.
- Bəzən məhlul venaya yox, dərialtı toxumaya daxil olur. Bəzi hallarda iynə venanı deşib keçir, belə olduqda məhlul həm venaya, həm də dərialtı toxumaya düşür.
-Pasiyentdə periferik və mərkəzi qan dövranı pozğunluğu olduqda damarlar yapıxdığından venaların punksiyası çox çətinlikliklə yerinə yetirilir. Hər hansı bir ağırlaşma baş verdikdə dərhal həkimə müraciət etmək lazımdır.
Bir momentli venapunksiya zamanı dəri və vena divarı eyni anda deşilir, iynə venanın mənfəzinə 5-10 mm dərinliyə yeridilir.

İkimomentli venapunksiya zamanı əvvəlcə venanın üstündəki və ya yanındakı dəri deşilir, sonra isə venanın divarı deşilir. Qan göründükdə iynə 5-10 mm dərinliyə yeridilir.
**********************************************************************
Yüklə 40,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə