Vətən müharibəsində erməni faşizmi üzərində qələbə



Yüklə 14,77 Kb.
tarix27.02.2022
ölçüsü14,77 Kb.
#84188
Etibarın çıxışı


Vətən müharibəsində erməni faşizmi üzərində qələbə

Bu gün Ermənistan kimi dünyada faşist ideologiyasını təbliğ edən və bu ideologiyanın nümayəndələrini milli qəhrəman səviyyəsinə yüksəldən ikinci bir dövlət yoxdur. Uzun illər xalqımıza qarşı aparılan təcavüzkarlıq siyasəti və mövcud vəziyyət bunu aydın göstərir. Prezident İlham Əliyevin çıxışlarında vurğuladığı kimi 44 günlük savaşda təkcə Ermənistan dövləti üzərində yox erməni faşizmi üzərində qələbə əldə edilib. Biz ərazilərimizi düşmən tapdağından azad etməkdən başqa, həm də erməni faşizminin iç üzünü, əsl mahiyyətini ifşa etmişik. Erməni vandallarının viran qoyduğu şəhər və kəndlərimizdən, donuz saxladıqları məscidlərimizdən, dağıtdıqları qəbiristanlıqlarımızdan, müharibə zonasından uzaqdakı yaşayış məntəqələrimizə atılan minlərlə raketin, ballastik bombaların qətlə yetirdiyi dinc sakinlərdən bəhs edən reportaj və görüntülər erməni faşizminin nə qədər amansız və qaniçən olduğunu bütün dünyaya göstərdi. Azərbaycanın informasiya məkanındakı əks həmlələri, ən başlıcası isə Prezident İlham Əliyevin xarici jurnalistlərə verdiyi 30-a yaxın müsahibə erməniçiliyin ideologiyasına ağır zərbə vurdu. Dünya əsl reallıqlarla tanış oldu. Sonuncu müharibədə ermənilər anladı ki, hətta erməni diasporu belə, ifşa olunmuş erməni nasist ideologiyasını müdafiə etməkdə acizdir. Yüz il ayaq tutub yeriyən erməni yalanları axır ki, iflic olmaqdadır. Nasizm ideyaları bu gün əbədi düşmən axtarışında olan erməni liderlərini Yerevanda qarşı-qarşıya qoymuşdur. Ümumiyyətlə, son 19 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu diplomatik fəaliyyətin, çevik siyasətin nəticəsində vaxtilə Ermənistanda hakimiyyətdə olmuş Koçaryan-Sarkisyan hərbi xuntası, daha sonra isə Nikol Paşinyan çıxılmaz vəziyyətə düşüblər. Onların  iştirakı ilə keçirilən bütün beynəlxalq tədbirlər, sammitlər Azərbaycanın maraqlarına uyğun nəticə ilə yekunlaşıb: İlham Əliyev yüksək siyasi-diplomatik peşəkarlıqla Ermənistan rəhbərliyini daim ifşa edib, rəzil hala salıb və dünya erməniliyinin əsl məkrli mahiyyətini əsaslı faktlarla dünya ictimaiyyətinə çatdırıb. Vətən müharibəsində Koçaryan-Sarkisyan hərbi xuntanın dörd il bundan əvvəl devrilməsinə baxmayaraq, bu gün də Ermənistanda belə etiraflara rast gəlinir: ölkənin, onun keçmiş rəhbəri Serj Sarkisyanın siyasi fiaskosunun müəllifi İrəvanı uğurla təcrid durumuna salmağı bacaran Azərbaycanın dövlət başçısı İlham Əliyevdir. Azərbaycan Prezidenti öz siyasəti ilə hərbi xuntanın iflasını təmin etdi, müharibə canilərini tarixin arxivinə göndərdi. Bu canilər nə müharibə günlərində, nə də ondan sonra ortalıqda görünmədilər. Ermənistan yalnız Paşinyanın təxribatlarının deyil, həm də Koçaryan və Sarkisyanın həyata keçirdikləri işğal siyasətinin faciəsini yaşayıb, yaşayacaq. Hətta bu gün məğlub erməni dövləti faşist ideologiyasından, millətçilik niyyətlərindən əl çəkib qonşu dövlətlərlə münasibətləri yaxşılaşdırmaq əvəzinə ardıcıl şəkildə təxribatlar törədir, Düşmən isə təxribatları davam etdirəcəyi halda yenidən Azərbaycanın dəmir yumruğunun işə düşə biləcəyini təəssüf ki, anlamaq istəmir.
Yüklə 14,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə