Vətəndaş Cəmiyyəti Haqqinda Qisa Məlumat: Azərbaycan



Yüklə 124,48 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü124,48 Kb.
#42841


VƏTƏNDAŞ CƏMIYYƏTI HAQQINDA QISA MƏLUMAT

AZƏRBAYCAN

Ölkə və dövlət haqqında məlumat

Azərbaycan Qafqaz dağlarının cənub-şərq 

hissəsində yerləşir. Ərazi 86,600 kvadrat kilometri 

əhatə edir. Ölkə şimaldan Rusiya Federasiyası ilə, 

şimal-qərbdən dağlıq ərazi boyunca Gürcüstanla, 

cənubdan İran və Türkiyə ilə və qərbdən 

Ermənistanla həmsərhəddir. Xəzər Dənizinin 

sahilində yerləşən Bakı liman şəhəri Azərbaycan 

Respublikasının paytaxtıdır.

Ümumi 9,2 milyon əhalinin

a

 təxminən 52%-i şəhər 



əhalisidir. Azərbaycan müxtəlif dini qrupların 

sülh şəraitində birgə mövcudluğunun müsbət 

nümunəsidir. Əsasən müsəlmanların məskunlaşdığı 

ölkə müxtəlif etnik qruplar, dinlər və mədəni 

ənənələr üçün etibarlı sığınacaq rolunu oynamışdır. 

Burada həmçinin Azərbaycanın tarixi boyunca 

xristian və yəhudilərin geniş icmaları yaşamışdır. 

Dünyəvilik və Dövlətin din məsələlərinə cəlb 

olunmaması qanunla dəstəklənən möhkəm yerli 

ənənədir.

Azərbaycan prezident sistemi ilə idarə olunur. 

Azərbaycan Hökuməti səlahiyyətlərin qanunverici, 

icraedici və məhkəmə hakimiyyəti arasında 

bölünməsi prinsiplərinə əsaslanır (Konstitusiyanın 

7-ci maddəsi). Konstitusiya ilə icraedici 

hakimiyyətin Prezident tərəfindən, qanunverici 

hakimiyyətin Azərbaycan Respublikasının 

parlamenti – Milli Məclis tərəfindən və məhkəmə 

hakimiyyətinin müstəqil məhkəmələr tərəfindən 

həyata keçirildiyi müəyyən edilir. 

Azərbaycan Cənubi Qafqazda ən böyük və sürətlə 

inkişaf edən iqtisadiyyata malikdir.

b

 Ölkənin üçdə 



ikisi neft və təbii qazla zəngindir. Ölkə həmçinin 

regionda ən geniş kənd təsərrüfatı sahəsinə malikdir; 

Azərbaycanın təxminən 55 faizi kənd təsərrüfatı 

torpaqlarıdır. Turizm ölkə iqtisadiyyatında mühüm 

rol oynayır. Azərbaycan həmçinin Şərqi Avropanı 

Mərkəzi Asiya və Xəzər Dənizi ilə birləşdirən əsas 

nəqliyyat əlaqələrini təmin edir. 

a

  Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi.



b

  The Economy Watch. 2010-cu ildə sürətlə inkişaf edən 

12 iqtisadiyyat.

Vətəndaş cəmiyyəti: Ümumi məlumat

Azərbaycanda müasir qeyri-hökumət təşkilatı (QHT) sektorunun 

yaradılması 1980-ci illərin sonlarında başlamışdır. Sovet 

İmperiyasının təqibindən ehtiyat edən insanlar gizlicə bu fəaliyyətlə 

qoşulur, daha sonra ətraflarındakı eyni düşüncəli insanları cəlb 

etməyə başlayırdılar. Bakıda yaşayan ziyalılar sosial fəaliyyətlərlə 

məşğul olmağa meylli olan ilk şəxslər idi. Dağlıq Qarabağın

1

 

erməni təcavüzü və işğalı ilə xarakterizə olunan faciəli dövrdən 



xalqı xilas etməyə çalışan ziyalılar öz siyasi iştirak dairələrini 

genişləndirir, eləcə də müxtəlif sosial təşkilatlar və xeyriyyə 

cəmiyyətlərini yaradırdılar. SSRİ-nın dağılmasından sonra 

vətəndaşları təsisatlarda birləşdirən xeyriyyə və mədəniyyət 

mərkəzləri yarandı. İlk təşəbbüslərdən biri 15 avqust, 1989-cu ildə 

yaradılmış “Qarabağa Xalq Yardımı Komitəsi” olmuşdur; həmin 

ilin dekabr ayında Azərbaycan Qaçqınlar Cəmiyyəti yaradılmışdır. 

Hər iki təşkilat Dağlıq Qarabağın müharibədən zərər çəkmiş əhalisi 

və məcburi köçkün düşənlər üçün maliyyə dəstəyini təmin edirdi. 

Həmçinin bu Komitə Azərbaycan müstəqil mətbuatının əsasını 

qoyan “Azərbaycan” qəzetini nəşr etmişdir. Bu qəzet alternativ 

ictimai fikrin təbliğ edilməsində müstəsna rol oynamışdır.

1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra, vətəndaş 

cəmiyyəti daha əlverişli şəraitdə inkişaf etmək imkanı əldə etdi. 

1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul 

edildi. Konstitusiya həm dövlətçilik, həm də vətəndaş cəmiyyəti 

üçün mühüm tarixi sənədə çevrildi. Əslində müasir və beynəlxalq 

standartlara əsasən yaradılmış və fəaliyyət göstərən QHT-lər yalnız 

Azərbaycanın müstəqillik qazanmasından sonra, əsasən 1995-ci ildə 

Konstitusiyanın qəbulundan sonra yaradılmışdır.

2000-ci ildə Qeyri-Hökumət Təşkilatları (ictimai birliklər və 

fondlar) haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edildi 

və bu qanunla milli QHT platforması, Milli QHT Forumu (MQF) 

yaradıldı. Azərbaycanda milli donor təsisatının yaradılması üçün 

Hökumət, QHT-lər və ekspertlərin səyləri gücləndirildi, bu da 

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət 

Dəstəyi Şurası oldu.

Avrasiyada Sosial Hərəkat və Yenilənmə üçün Təşəbbüs (İSAR) – 

Azərbaycan, Avrasiya Fondu, Açıq Cəmiyyət İnstitutu  Yardım 

Fondu (ACİYF-Azərbaycan), Counterpart İnternational və 

digərləri kimi beynəlxalq təşkilatlar peşəkar sosial xidmətlər 



2011-ci ilin iyun ayına olan 

məlumata görə təxminən 

2 700 QHT rəsmi qeydiyyatdan 

keçmişdir, buna baxmayaraq, 

bunlardan təxminən 1 200 QHT 

fəal deyil. QHT-lərin çoxu 

Bakıda fəaliyyət göstərir. 

Şəhər mərkəzlərindən kənarda 

QHT-lər çox fəal deyillər və kənd 

yerlərində yerləşən QHTlər 

daha az xidmətlər təmin edir və 

maliyyələşdirmə ilə bağlı xeyli 

məhdudiyyətləri var.

donorlardan əsaslı texniki yardım alır. Fəaliyyətinin 

2008–2011-ci illərində Şura müsabiqə əsasında təxminən 

600 QHT-yə təxminən ümumi 10 milyon ABŞ dolları 

məbləğində qrant yardımı ayırmışdır. QHT-lərə dövlət 

dəstəyinin prioritet sahələrinə sağlamlığın qorunması, 

gənclərin inkişafı, təhsil, kənd yerlərində inkişaf, 

və qaçqınlar və məcburi köçkün düşmüş şəxslərin 

dəstəklənməsi daxildir.

Qeydiyyatdan keçmiş QHT-lərlə yanaşı Azərbaycanda 

həmçinin qeydiyyatdan keçməmiş QHT-lər də fəaliyyət 

göstərir. Bu qeydiyyatdan keçməmiş QHT-lərin çoxu 

kənd yerlərində yerləşir. Onların qeydiyyatsız olmalarının 

əsas səbəblərindən biri bilik bazalarının zəif olmasıdır. 

Maliyyə və texniki dəstəyin çatışmazlığı Azərbaycanın 

kənd yerlərində xüsusilə vacib olan bu sektoru tədricən 

zəiflətmişdir. Kənd yerlərində yerləşən QHT-lərin maliyyə 

dəstəyinə ehtiyacı var, lakin bundan daha da vacibi 

onların təşkilati inkişafda yardıma ehtiyacı olmasıdır. 

Maliyyələşdirməyə məhdud əlçatanlıq və ümumi zəif 

idarəetmə təcrübələri nəticəsində durğunluq vəziyyətində 

olan kənd QHT-ləri öz cəmiyyətləri üçün daha çox tələb 

olunan sosial, təhsil və müdafiə xidmətlərini təmin edə 

bilmir, bu isə öz növbəsində gələcək regional inkişafı 

kökündən zəiflədir.

MQF ölkə ərazisində paylanmış, Şirvan, Quba, Qəbələ, 

Şəmkir və Mingəçevirdə beş QHT Resurs və Təlim 

Mərkəzi (QRTM) vasitəsilə QHT-lərin əməkdaşları üçün 

potensial imkanların artırılması fəaliyyətlərini təmin edir.

Azərbaycanda QHT sisteminə baxış

a

 

„



Qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatları  

(QHT-lər) – təxminən 2 700 (İyun, 2011)

 

„

Fəal QHT-lər – təxminən 1 200 (İyun, 2011)



 

„

QHT-lər tərəfindən təmin olunan daimi məşğulluq – 



4 000 nəfər

 

„



QHT-lər tərəfindən təmin olunan müvəqqəti məşğulluq – 

3 000 n-dən çox

 

„

Üzvlər və könüllülər – 500 000 nəfər



 

„

QHT fəaliyyətlərindən faydalananlar – 1 900 000 nəfər



a

  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi 

Şurası.

təklif edən yerli, regional, milli və beynəlxalq QHT-ləri 



yaratmaq üçün səylərini birləşdirdilər. Onların yaratdığı 

vətəndaş cəmiyyəti təşkilatları artıq bu günkü Azərbaycan 

cəmiyyətində üçüncü sektor kimi təmsil edilmək 

iqtidarında oldu.

Hazırda QHT-lər ölkədə həyata keçirilən böyük layihələrə 

töhfələr verməklə ölkənin siyasi və sosial-iqtisadi həyatında 

fəal rol oynayırlar, buraya Mədən Sənayelərində Şəffaflıq 

Təşəbbüsü vasitəsilə Bakı-Tbilisi-Ceyhan boru kəməri və 

Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət 

Proqramına cəlb olunma daxildir.

2011-ci ilin iyun ayına olan məlumata görə təxminən 

2 700 QHT rəsmi qeydiyyatdan keçmişdir,

2

 buna 


baxmayaraq, bunlardan təxminən 1 200 QHT fəal 

deyil. QHT-lərin çoxu Bakıda fəaliyyət göstərir. Şəhər 

mərkəzlərindən kənarda QHT-lər çox fəal deyillər və kənd 

yerlərində yerləşən QHTlər daha az xidmətlər təmin edir 

və maliyyələşdirmə ilə bağlı xeyli məhdudiyyətləri var. 

Ümumiyyətlə, QHT-lər Azərbaycanın hüquqi və sosial-

iqtisadi inkişafına cəlb olunur. QHT-lər əsasən ölkədə 

vətəndaş cəmiyyətinin formalaşdırılması, demokratik və 

hüquqi dövlətin qurulması, Azərbaycanın qlobal məsələlərə 

inteqrasiyası, insan hüquqlarının, sosial-iqtisadi və milli-

mənəvi dəyərlərin qorunması və qaçqınlar və məcburi 

köçkün düşmüş şəxslərin problemlərinin həllinə kömək 

edir. QHT-lər həmçinin Azərbaycanın dünya birliyinə 

inteqrasiyası və Azərbaycanın ərazi bütövlüyünün bərpasını 

və suverenliyini dəstəkləyir.

Müəyyən sahələrdə inkişaf olsa da, QHT sektoru hələ də 

çətinliklərlə üzləşir. QHT-lərin əksəriyyəti beynəlxalq 

donorlar tərəfindən maliyyələşdirmədən asılıdır, buna 

baxmayaraq, çoxu öz maliyyələşdirmə mənbələrini 

dəyişdirmək üçün ciddi səylər edir. 2007-ci ildə yaradılmış 

QHT-lərə Dövlət Dəstəyi Şurası beynəlxalq qabaqcıl 

təcrübələrin qəbul edilməsi üzrə xarici təşkilatlarla 

əməkdaşlıq etmək üçün səy nümayiş etdirir və müxtəlif 



Hökumət–Vətəndaş Cəmiyyəti 

Əlaqələri

2000-ci ildə Qeyri-Hökumət Təşkilatları (QHT-lər) (ictimai 

birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının 

Qanunu ilə QHT-lər və Hökumət arasında əlaqələrdə yeni 

mərhələ başladı. Qanunda QHT-lərin hüquqlarının dövlət 

müəssisələri tərəfindən müdafiə edilməsi nəzərdə tutulur. 

Qanunda həmçinin dövlət müəssisələri tərəfindən QHT-lərə 

göstərilən maliyyə və digər yardımlar nəzərə alınır.

Son dövrlərdə Azərbaycanda QHT-lərin fəaliyyətinin 

inkişafı üçün müxtəlif hüquqi aktlar qəbul edilmişdir. 

Bunlar arasında Azərbaycan Respublikasında qeyri-hökumət 

təşkilatlarına dövlət dəstəyi konsepsiyasının Təsdiqi 

haqqında Azərbaycan Respublikası Prezidentinin 27 iyul, 

2007-ci il tarixli (2 288 saylı Sərəncam) Fərmanı xüsusilə 

2000-ci ildə Qeyri-Hökumət 

Təşkilatları (QHT-lər) (ictimai 

birliklər və fondlar) haqqında 

Azərbaycan Respublikasının 

Qanunu ilə QHT-lər və Hökumət 

arasında əlaqələrdə yeni mərhələ 

başladı. Qanunda QHT-lərin 

hüquqlarının dövlət müəssisələri 

tərəfindən müdafiə edilməsi 

nəzərdə tutulur.



əhəmiyyətlidir. Bu Sərəncam və əlaqədar Konsepsiya QHT-

lər istiqamətində münasibətlərin dəyişməsi, və vətəndaş 

cəmiyyəti haqqında yeni siyasi və hüquqi şərtlərin müəyyən 

edilməsinin əsasını qoymuşdur. Azərbaycanın dövlət 

təşkilatları bir qayda olaraq konsepsiya sənədlərini hazırlayır 

ki, bunlar da ümumi planlaşdırma və istiqamətləndirmə 

sənədləridir.

Konsepsiya ümumilikdə aşağıdakılardan ibarət olmuşdur:

 

„

Azərbaycan Respublikasında qeyri-hökumət 



sektorunun vəziyyətinin təhlili; 

 

„



QHT-lərə dövlət dəstəyinin əsas prinsip və formaları; 

 

„



QHT-lərə dövlət dəstəyinin prioritet sahələri; 

 

„



QHT-lərə dövlət dəstəyinin təmin edilməsinin əsas 

vasitələri; 

 

„

Dövlət orqanları və vətəndaş cəmiyyəti 



institutları arasında əməkdaşlıq mexanizmlərinin 

təkmilləşdirilməsi; 

 

„

Problemlərin həll edilməsi məqsədini daşıyan ünvanlı 



proqramlar, layihələr və fəaliyyətlər üçün dövlət 

tərəfindən maliyyələşdirmənin həyata keçirilməsi üçün 

şərtlər.

Konsepsiyaya uyğun olaraq, QHT-lər üçün Dövlət 

dəstəyinin beş növü var:

 

„



Məlumat dəstəyi (Azərbaycanda QHT sektorunun 

inkişafı haqqında kütləvi informasiya vasitələri, xüsusi 

rubrikaların yaradılması, radio və televiziya verilişləri 

vasitəsilə sosial məsələlərin həll edilməsində QHT 

sektorunun fəaliyyətinin işıqlandırılması nəzərdə tutulur.) 

 

„



Konsultativ dəstək (qanunverici və digər hüquqi-

normativ aktların təfsiri, eləcə də dövlət dəstəyinin əldə 




edilməsi üçün imkanlar, ölkədə mövcud olan QHT-lər və 

digər vacib məsələlər haqqında məsləhətlə ifadə olunur.) 

 

„

Metodiki dəstək (metodiki tövsiyələr, materiallar, 



informasiya kitabçaları və digər vasitələrin işlənib 

hazırlanması ilə həyata keçirilir.) 

 

„

Təşkilati dəstək (QHT-lər ilə birlikdə sosial 



problemlərin həll edilməsi üzrə “dəyirmi masaların”, 

seminarların, konfransların, təlimlərin və digər 

tədbirlərin təşkili vasitəsilə təmin edilir.) 

 

„



Maliyyə dəstəyi (dövlət büdcəsinin vəsaiti vasitəsilə 

cəmiyyət üçün əhəmiyyətli olan problemlərin həll 

edilməsinə yönəldilmiş ünvanlı proqramlar, layihələr 

və tədbirlərin maliyyələşdirilməsini nəzərdə tutur.)

Azərbaycan Respublikasının Prezidenti Azərbaycan 

Respublikasının Prezidenti yanında Qeyri-hökumət 

Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması 

haqqında 13 dekabr, 2007-ci ildə Fərman imzalamışdır. 

Bu Fərmana əsasən, QHT-lərə Dövlət Dəstəyi Şurası 

yaradılmış və Əsasnaməsi təsdiq edilmişdir. Azərbaycan 

Respublikası Prezidentinin 16 aprel, 2008-ci il tarixli 

Sərəncamına əsasən, QHT-lərə Dövlət Dəstəyi Şurasının 

3 nəfər dövlət orqanlarının və 8 nəfər QHT-lərin 

nümayəndələrindən ibarət olan strukturu təsdiq edilmişdir.

Ümumiyyətlə, Azərbaycan Hökuməti əhalinin müdafiəyə 

daha çox ehtiyacı olan qruplarına sosial xidmətlərin 

göstərilməsində və yaxşı idarəçiliyin inkişaf etdirilməsində 

vətəndaş cəmiyyətinin rolunun fəal olmasını nəzərdə tutur. 

Azərbaycan Respublikasında 2008–2015-ci illər üçün 

Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf haqqında 

Dövlət Proqramında (YADİDP) YADİDP-nın həyata 

keçirilməsi müddətində “yerli problemlərin həll edilməsində 

ictimaiyyətin rolunun artırılması və ictimaiyyətin inkişafının 

dəstəklənməsi kimi mühüm proseslərdə” QHT-lərin daha 

böyük rolunun olması xüsusilə qeyd edilir.



1998–2009-cu illərdə QHT-lər 17 müxtəlif istiqamətdə 

40-dan artıq tədbirlə 13 Dövlət proqramının həyata 

keçirilməsində iştirak etmişlər. Buraya aşağıdakılar daxildir:

 

„



Avropa Sosial Xartiyasının Normalarının Tətbiqi 

haqqında Dövlət Proqramı

 

„

Azərbaycanda Ədliyyə Sisteminin İnkişafı haqqında 



Dövlət Proqramı

 

„



Azərbaycan Gəncləri üçün Dövlət Proqramı

 

„



Azərbaycan Kinosunun İnkişafı üzrə Dövlət Proqramı

 

„



Azərbaycan Respublikasında Demoqrafiya və Əhalinin 

Məskunlaşmasının İnkişafına dair Dövlət Proqramı 

 

„

Dövlət Uşaq Təşkilatlarından olan Uşaqların ailə 



və alternativ qayğı ilə Təmin edilməsi üzrə Dövlət 

Proqramı


 

„

Azərbaycan Respublikasında Məşğulluq Strategiyasının 



Həyata keçirilməsi üzrə Dövlət Proqramı 

 

„



Dövlət Anti-Korrupsiya Proqramı

 

„



Narkotik Vasitələrin, Psixotrop Maddələrin və 

Prekursorların Qeyri-qanuni Dövriyyəsi, narkotik 

Vasitələrin Yayılması ilə Mübarizə üzrə Dövlət 

Proqramı 

 

„

Qaçqın və Məcburi köçkünlərin Problemlərinin Həll 



edilməsi üzrə Dövlət Proqramı

 

„



İstedadlı Uşaqlarda (Gənclərdə) Yaradıcılığın İnkişafı 

üzrə Dövlət Proqramı

 

„

Şəkərli Diabet üzrə Dövlət Proqramı 



 

„

Azərbaycan Respublikasında Yoxsulluğun Azaldılması 



və Davamlı İnkişaf haqqında Dövlət Proqramı


Vətəndaş cəmiyyəti üçün hüquqi çərçivə

Azərbaycanda QHT-lərə təsir edən hüquqi çərçivə 

həm QHT-lərin yaradılması, həm də fəaliyyətlərini 

istiqamətləndirir. Belə ki, QHT-lərin yaradılması və 

fəaliyyətləri üçün əlverişli və səmərəli hüquqi çərçivə 

ölkədə üçüncü sektorun inkişafının əsas şərtlərindən biri 

kimi qiymətləndirilir.

Son dövrlərdə Azərbaycanda QHT-lər üçün hüquqi 

çərçivə inkişaf etdirilmişdir. Bir çox çatışmazlıqların 

olmasına baxmayaraq, mövcud qanunvericilik müsbət 

olaraq xarakterizə edilə bilər. Hazırda, bu sahəni bir neçə 

sənəd, o cümlədən Konstitusiya, Mülki Məcəllə, QHT-lər 

(ictimai birliklər və fondlar) haqqında Qanun, hüquqi 

şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında Qanun, 

Qrantlar haqqında Qanun, Könüllülük fəaliyyəti haqqında 

Qanun, Azərbaycan Respublikası Prezidentinin müvafiq 

fərman və sərəncamları, eləcə də bu sahəni idarə edən 

digər normativ hüquqi sənədlər idarə edir. Eyni zamanda 

Konstitusiyaya əsasən həmçinin bir sıra beynəlxalq hüquqi 

sənədlər QHT-lərin hüquqi çərçivəsinin əsasını təşkil 

edir. Bu beynəlxalq aktlara İnsan Hüquqları haqqında 

Ümumi Bəyannamə, Mülki və Siyasi Hüquqlar haqqında 

Beynəlxalq Pakt, İnsan Hüquqları və Əsas Azadlıqlarının 

Qorunması üzrə Avropa Konvensiyası və s. daxildir.

QHT-lərin vergi münasibətləri

Qanunvericiliyə uyğun olaraq, qeyri-kommersiya 

təşkilatları

3

 (QKT) tərəfindən əldə edilən gəlirin üç növü 



Vergi Məcəlləsi əsasında vergidən azaddır: xeyriyyə pul 

köçürmələri, üzvlük haqları və ianələr. Bu gəlir növləri 

Vergi Məcəlləsi çərçivəsində müəyyən edilmir. Bundan 

başqa, Azərbaycanın Mülki Məcəlləsində “ianələr” 

müəyyən edilmir.

Dördüncü gəlir növü – qrantlar təcrübədə gəlir vergisindən 

azaddır, baxmayaraq ki, Vergi Məcəlləsində qrantlar xüsusi 

olaraq vergidən azad edilmir. Qrantlar haqqında Qanuna 

əsasən, “qrant” dövlət və cəmiyyət üçün faydalı olan 

layihələrin hazırlanması və həyata keçirilməsi üçün Qrantlar 

haqqında Qanunda nəzərdə tutulan prosedur əsasında təmin 

edilən məqsədli, təmənnasız, geri ödənilməyən yardım kimi 

təsvir edilir. Qrantı almaq hüququna malik olmaq üçün yerli 

hüquqi şəxsin əsas nizamnamə məqsədlərində aşağıdakılardan 

biri qeyd edilməlidir: (i) xeyriyyə fəaliyyəti; və ya (ii) qrant 

almaq üçün uyğun olan – qrantdan birbaşa gəlir etmək 

məqsədini daşımayan layihələr və proqramların həyata 

keçirilməsi. Qrantlar haqqında Qanunun əvvəlki variantında 

qrantlar gəlir vergisindən azal edilirdi, lakin cari qanunda qeyd 

edilir ki, “….. qrant, və ya digər maddi yardımın alınması ilə 

əlaqədar vergi məsələləri Azərbaycan Respublikasının Vergi 

Məcəlləsi ilə tənzimlənir”. Vergi məcəlləsində qrantlar xüsusi 

olaraq vergidən azad edilmədiyindən, (və vergi qoyuluşu 

və vergi nəzarəti ilə əlaqədar məsələlərin digər qanunverici 

aktlara daxil edilməsi istisna olunduğundan) belə nəticəyə 

gəlmək olar ki, qrantların vergidən azad edilməsi qaydası 

Vergi Məcəlləsində istifadə edilən “ianələr” ifadəsinin qrantları 

əhatə etməsi anlayışına əsaslanır.

4

Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir istisna 



olmaqla, xeyriyyə təşkilatları

5

 tərəfindən əldə edilən bütün 



gəlirlər vergidən azaddır. Vergi Məcəlləsinə əsasən qeyri-

kommersiya təşkilatlarının sahibkarlıq fəaliyyətlərindən 

əldə edilən gəlirdən vergi tutulur. Vergi Məcəlləsi 

sahibkarlıq fəaliyyətinin həyata keçirilməməsi və ya 

əlaqədar olmayan fəaliyyətlər üzrə digər gəlir növlərini 

(ianələr, haqlar və s.) vergidən azad etmir.

Azərbaycanın Vergi Məcəlləsində 18 faizli vahid əlavə 

dəyər vergisi (ƏDV) müəyyən edilir. Sıfır norması Vergi 

Məcəlləsinin 165-ci Hissəsində sadalanan sövdələşmələrə 

tətbiq edilir, buraya digərləri ilə yanaşı “xaricdən alınan 

təmənnasız maliyyə yardımı (qrantlar) ilə [maliyyələşdirilən] 

malların alınması, işlərin həyata keçirilməsi və xidmətlərin 

təmin edilməsi, eləcə də qeyd edilənlərin idxalı” daxildir. 

Sıfır ƏDV norması yalnız xarici qrantlara tətbiq edilir.

QHT-lər üçün Qeydiyyat Tələbləri

Qeyri-Hökumət Təşkilatları (QHT-lər) (ictimai birliklər və 

fondlar) haqqında Azərbaycan Respublikasının Qanunu 

ictimai təşkilatlar və fondların yaradılmasını və fəaliyyətini 

tənzimləyir. Qanun qeyri-hökumət təşkilatlarının 

yaradılması, fəaliyyəti, yenidən qurulması və ləğv edilməsi 

üçün qaydaları müəyyən edir və onların fəaliyyətləri, 

idarəçiliyi və hökumət orqanları ilə əlaqələrini təyin edir. 

Qanuna uyğun olaraq QHT-lərin dövlət qeydiyyatından 

yalnız aşağıdakı hallarda imtina edilə bilər:

 

„

Eyni ad altında mövcud olan digər qeyri-hökumət 



təşkilatı olduqda; və ya 

 

„



Dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlər 

Konstitusiya, Azərbaycan Respublikasının qanunları 

ilə ziddiyyət təşkil etdikdə və ya həmin sənədlərdə 

saxta məlumat olduqda.

Ədliyyə Nazirliyinin nəzdində Hüquqi Şəxslərin Qeydiyyat 

Departamenti QHT-lərin qeydiyyatı üçün məsuliyyət 

daşıyır. Qeyri-kommersiya hüquqi şəxslərinin qeydiyyatdan 

keçirilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə 

Nazirliyinə (və ya birliklər və həmkarlar ittifaqlarının 

qeydiyyatı üçün Ədliyyə Nazirliyinin müvafiq regional 

bölməsinə), və ya yurisdiksiya ilə əlaqədar olaraq, Naxçıvan 

Respublikasının Ədliyyə Nazirliyinə müraciət etmək lazımdır.

Qeyri-Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) 

haqqında Qanuna Milli Məclis tərəfindən 30 iyun, 2009-cu 

ildə qəbul edilmiş düzəlişlərdə qeyd edilir ki, QHT-lərin 



filialları və xarici QHT-lərin nümayəndəliklərinin 

qeydiyyatı həmin təşkilatlarla imzalanmış saziş əsasında 

həyata keçirilə bilər.

Çətir və əlaqələndirici orqanlar

Azərbaycanda QHT koalisiyalarının diqqəti əsasən 

vətəndaş cəmiyyətinin ümumi imkanlarını gücləndirmək 

üçün resursların səfərbər edilməsinə yönəldilmişdir. QHT 

koalisiyaları yerli hökumət fəaliyyətləri, genderlə əlaqədar 

siyasət və proqramlar, təhsil islahatları, büdcə məsələləri, 

tənzimləyici islahatlar, kommunal təsərrüfat və məişət 

problemləri və kənd təsərrüfatı və ətraf mühit məsələlərinin 

monitorinqi vasitəsilə yerli ictimai xidmət təchizatında 

islahatlara kömək etməkdə fəal rol oynayır. Son 10 ildə 

şəhər və kənd yerlərindən müxtəlif QHT-lərin iştirakı 

ilə Azərbaycanda 17 müxtəlif koalisiya yaradılmışdır. 

Azərbaycanda ən böyük və ən fəal QHT koalisiyası MQF-

dur (Milli QHT Forumu). 1999-cu ildə formalaşdırılmış 

MQF 533 yerli QHT-ni bir araya gətirir və əlaqələndirir.

6

 

Bəzi əsas koalisiyalar haqqında informasiya aşağıda verilir:



1999-cu ildə təsis edilmiş Azərbaycan MQF Birləşmiş 

Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan 

Hökuməti arasında əməkdaşlıq nəticəsində yaranmışdır. 

O, QHT-ləri informasiya, konsultativ, texniki və təşkilati 

yardımla təmin etməklə, Azərbaycanda vətəndaş 

cəmiyyətinin qurulmasının yeni mərhələsinin əsasını 

qoymuşdur. MQF yerli QHTlərin fəaliyyətlərini 

əlaqələndirən və şəbəkə yaradan və istənilən fövqəladə 

vəziyyətə cavab verən QHT-dir. O, təşkilati inkişaf 

bacarıqlarının bütün aspektləri üzrə yerli QHT-lərə təlim 

keçir, eləcə də, yerli QHT-ləri müxtəlif forumlardan 

təmsil etmək üçün yerli QHT-lərin dövlət, yerli və 

beynəlxalq donorlar, texniki təsisatlar, və özəl agentliklərlə 

əlaqələndirilməsinə yardım edir. MQF həmçinin yerli 

QHT-lərin hüquqi və dayanıqlı şəraitdə inkişaf etməsi üçün 

imkanlar yaradan mühitin təmin edilməsində kömək edir.



Milli QHT Forumu

Azərbaycan, Bakı, m. Elmlər Akademiyası,

H.Cavid prospekti 33A

Tel +994 12 510 7601/510 1553

www.mqfxeber.az

Mədən Sənayelərində Şəffaflıq Təşəbbüsü (MSŞT) 

2002-ci ilin sentyabr ayında Yohannesburqda Dayanıqlı 

İnkişaf üzrə Dünya Sammitində Birləşmiş Krallığın Baş 

Naziri Toni Bleyr tərəfindən yaradılmışdır. MSŞT-nün 

məqsədi “mədən sektorunun resurslarından ciddi asılı olan 

ölkələrdə mədən sektorunda ödəniş və gəlirlər üzərində 

şəffaflığı artırmaqdır”. Azərbaycan Hökuməti təşəbbüsün 

yaradılmasından sonra onu dəstəklədiyini qeyd etmiş və 

ölkə səviyyəsində MSŞT-də iştirak etməyə hazır olduğunu 

göstərmişdir.

7

2004-cü il 13 may tarixində 30-dan artıq Azərbaycan 



QHT memorandum imzalamış və ölkənin təbii 

ehtiyatlarının istismarı və onların səmərəli istifadəsi 

vasitəsilə əldə edilmiş gəlirlər üzərində dövlət nəzarətini 

təmin etmək məqsədilə Mədən Sənayelərində Şəffaflığın 

Yaxşılaşdırılması üçün Koalisiyanın yaradılmasını elan 

etmişlər.



Mədən Sənayelərində Şəffaflığın 

Artırılması Koalisiyası

Azərbaycan, Bakı,

Cəfər Cabbarlı küçəsi 95/44,

Caspian Plaza 3,9-cu mərtəbələr

Tel +994 12 437 1320

www.eiti-az.org

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı Azərbaycan 

uşaqlarının səsinin daha güclü olması və eşidilməsini təmin 

etmək üçün ölkədə Azərbaycan uşaqları ilə və onlar üçün 

işləyən yerli QHT-lər və uşaq və gənclər qruplarının milli 

koalisiyasıdır. Proqram və fəaliyyətləri vasitəsilə Alyans 

demək olar ki ölkənin bütün bölgələrini əhatə edir. İşin əsas 

prioritet sahələrinə uşaq hüquqlarının müdafiəsi, uşaq təhsil 

hüquqları, uşaqların səhiyyə, sosial və mədəni hüquqları 

xüsusi ehtiyacları və əlilliyi olan uşaqlar, uşaq əməyi, uşaq 

alveri, uşaqlara qarşı zorakılıq, uşaqların istismarı və cinsi 

istismarı daxildir.

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı

Azərbaycan, Bakı,

Nizami küçəsi 59/117

Tel +994 12 493 2142

www.ngoalliance.net

Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli 

Şurası (NAYORA) gənclərlə bağlı fəaliyyət göstərən əsas 

QHT və Azərbaycan gənclərinin yeganə koordinasiya 

qurumudur. NAYORA 21 noyabr 1995-ci ildə 12 gənclər 

təşkilatı tərəfindən yaradılmış və 31 yanvar 1996-cı ildə 

Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. Əsas 

məqsədlərə gənclər təşkilatlarının işinin əlaqələndirilməsi; 

milli əhəmiyyət daşıyan məsələlər üzrə gənclər arasında 

həmrəyliyin əldə edilməsi; gənclər QHT-lərinin yaradılması 

və inkişafına dəstək və gəncləri Azərbaycanda demokratik 

proseslərdə fəal iştirak etməyə həvəsləndirmək; gənclərin 

problemlərinin həlli və onların hüquqlarının müdafiəsi; 

beynəlxalq gənclər qurumu və digər təşkilatlarla 

əməkdaşlığın inkişaf etdirilməsi və digər fəaliyyətlər 

daxildir.



Azərbaycan Respublikasının Gənclər Təşkilatları 

Milli Şurası (NAYORA)

Azərbaycan, Bakı,

Olimpiya küçəsi 66/14

Tel +994 12 564 9014

www.nayora.az



Vətəndaş Nəzarəti Şəbəkəsinin əsas prinsiplərindən 

biri vətəndaş cəmiyyətinin bilik və bacarıqlarını 

təkmilləşdirmək və onu mədən sənayesində işləyən şirkətlər 

və əlaqədar dövlət qurumları ilə səmərəli və bərabər 

hüquqlu dialoq üçün hazırlamaqdır. Dialoq mədən sənayesi 

ilə əlaqədar problemlərin həllinə nail olmaq, başqa sözlə 

problemlərin səmərəli həllinə nail olmaq üçün qurulur. 

Əsas məqsəd mədən sənayesinin təsir etdiyi sahələrdə 

mülki fəaliyyəti artırmaq və ictimaiyyətin səfərbərliyi ilə 

mülki nəzarət mexanizmlərini yaratmaqdır.



Vətəndaş Nəzarəti Şəbəkəsi

Azərbaycan, Bakı,

Həsən Əliyev küçəsi 58/117a

Tel +994 12 564 3474 / 564 3475

www.crn.az

Vətəndaş Cəmiyyəti üzrə Bələdçi

Azərbaycanda vətəndaş cəmiyyəti haqqında informasiya 

QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən yenilənmiş 

vəziyyətdə saxlanılır, Şura dəstək, informasiya və müsabiqə 

prosesi vasitəsilə maliyyələşdirməyə əlçatanlıq üçün 

Azərbaycanda bütün qeydiyyatdan keçmiş QHT-lər üçün açıqdır.

Şuranın əsas məqsədləri vətəndaş cəmiyyətinin 

gücləndirilməsi və dayanıqlı inkişafa nail olmaq

hökumət və QHT-lər arasında körpü rolunu oynamaqla 

onlar arasında sıx əməkdaşlığın dəstəklənməsi; və sosial 

problemlərin həllində QHT-lərin cəlb edilməsidir.

MQF həmçinin 2010-cu ildə sayı 533 olan üzv 

təşkilatlarının soraq kitabçasını tərtib etmişdir. QHT-lərin 




onlayn soraq kitabını görmək üçün www.azerweb.com/en/

sectors.php linkinə daxil olun.



Azərbaycan Respublikasının Prezidenti yanında 

QHT-lərə Dövlət Dəstəyi Şurası

Azərbaycan, Bakı,

Fikrət Əmirov küçəsi 1

Tel +994 12 493 1581/493 1780/493 1732

www.cssn.gov.az

Milli QHT Forumu

Azərbaycan, Bakı, m. Elmlər Akademiyası, H. Cavid 

prospekti 33A

Tel +994 12 510 7601/510 1553

www.mqfxeber.az

Azərbaycanda Vətəndaş Cəmiyyətinin 

Güclü və Zəif Cəhətləri

Son illərdə özlərini idarə etmək və öz işlərini strukturlu 

təşkil etmək qabiliyyətinə malik olan QHT-lərin sayı 

artmışdır. QHT-lərin çoxu öz daxili idarəçiliyində struktur 

dəyişikliyi etmiş və beynəlxalq qabaqcıl təcrübələri qəbul 

etmişdir, baxmayaraq ki, bu əvvəlcə donor tələbləri ilə 

idarə olunurdu.

QHT-lərin çoxu tam müəyyən edilmiş məqsədlər üzərində 

diqqəti cəmləyir, bəziləri isə qrantları təmin etmək üçün öz 

əsas diqqət sahələrindən kənar fəaliyyətlərlə məşğul olmanı 

davam etdirirlər. Bəzi QHT rəhbərləri strateji idarəetmə ilə 

bağlı lazımı təlim keçmədiyindən və yalnız qısa müddətli 

fəaliyyətlər üçün plan qura bildiklərindən, QHT-lər hələ də 

strateji planlaşdırmada zəifdirlər.

QHT-lərin çoxu əsas ofis avadanlığına daimi əlçatanlığa 

malikdirlər, buna baxmayaraq, kəndlərdə yerləşən 

təşkilatlar bununla bağlı hələ də çətinliklərlə üzləşir. 

QHT-lərin çoxu öz məlumat vermə imkanlarını 

təkmilləşdirmişdir və artıq veb saytları və tez-tez keçirilən 

ictimai təqdimatlar vasitəsilə öz proqramları haqqında geniş 

informasiya təmin edirlər. Yalnız bir neçə QHT öz maliyyə 

bəyanatlarını ictimaiyyətə açıqlayır.

QHT fəaliyyətlərində könüllülər işə götürülür və geniş 

miqyasda işə cəlb edilir. Az sayda QHT daimi işçi heyətini 

işə götürmək imkanına malikdir. QHT-lərin çoxu öz cari 

layihələri və qrantların birbaşa tələbləri əsasında işçiləri işə 

götürür. Uzunmüddətli donor dəstəyini təmin etmiş bəzi 

QHTlər kadr dövriyəsini azaldır, lakin hələ də yüksək əmək 

haqqı və karyera inkişafı imkanlarına görə beynəlxalq 

təşkilatlar, səfirliklər və ya özəl şirkətlərdə işləmək üçün 

işdən çıxan işçilərlə problemlər yaşayırlar.

Vətəndaş Cəmiyyətinin 

Maliyyələşdirilməsi

QHT-lər (ictimai birliklər və fondlar) haqqında 

Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, 

Hökumət QHT-ləri maliyyə və digər dəstəklə təmin edə 

bilər. QHT-lərə dövlət dəstəyi məlumat, konsultasiyalar, 

metodologiya, təşkilati-texniki dəstək, qrantlar və s. 

vasitəsilə təmin edilə bilər. Azərbaycan Respublikası 

Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 

QHT-lər üçün qrantları təmin edir.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə 

Dövlət Dəstəyi Şurasının verdiyi məlumata görə, 2010-cu 

ildə 352 yerli QHT layihəsi (QHT-lər tərəfindən təqdim 

edilmiş 845 layihə təklifindən) maliyyələşdirilmişdir. 



Müxtəlif layihələrə ayrılmış vəsaitlərin ümumi dəyəri 

2 683 544 ABŞ dollarından artıq olmuşdur. Layihələr 

əsasən ictimai, sosial, ətraf mühit və mədəniyyət 

aspektlərini və Azərbaycan cəmiyyətinin problemlərini 

əhatə etmişdir.

Lakin QHT-lərin çoxu hələ də bütün büdcələri həcmində 

xarici donorlardan asılıdırlar. ACİYF-Azərbaycan; ABŞ 

Beynəlxalq İnkişaf Agentliyi; Avropa Komissiyası bir neçə 

iki tərəfli (Norveç, Britaniya, Alman, Danimarka, İsveçrə 

və s.) və çox tərəfli (Dünya Bankı) təşkilatlar Azərbaycanda 

ən fəal donorlar arasındadırlar.

Azərbaycanda AİB–Vətəndaş 

Cəmiyyəti Əməkdaşlığı

2000-ci ildən 2006-cı ilə kimi Asiya İnkişaf Bankı 

yoxsulluq haqqında məlumatların toplanması və təhlilini 

yaxşılaşdırmaq və hökuməti yoxsulluğun azaldılması üzrə 

milli strategiyanın hazırlanmasında dəstəkləmək üçün 

Azərbaycan Hökumətinə texniki yardım göstərmişdir. 

Texniki yardımın məqsədi strategiyanın həyata keçirilməsi 

prosesində tərəflərin geniş iştirakını təmin etməklə, 

2003–2005-ci illər üçün Yoxsulluğun Azaldılması və 

İqtisadi İnkişaf üzrə Dövlət Proqramının hökumət tərəfindən 

həyata keçirilməsini dəstəkləməkdən ibarət olmuşdur.

Texniki yardımın əhatə dairəsinə (i) YAİİDP strategiyasında 

siyasət tədbirlərinin həyata keçirilməsinin monitorinqinin 

daxil olduğu mandatını həyata keçirmək qabiliyyətinə 

malik olan YAİİDP-nın yaradılmasına dəstək; (ii) qaçqın 

və məcburi köçkünlərə yardım, ticarət və yoxsulluq, sosial 

inkişaf və yoxsulluq, ətraf mühit və yoxsulluq, və makro-

iqtisadi məsələlər kimi sahələrdə çarpaz dəstəyin təmin 

edilməsi; (iii) YAİİDP katibliyi heyətinin xüsusilə zəif 

büdcə tərtibatı, yoxsulluğun təhlili üzrə standart metodlar 

və təlim ehtiyaclarının qiymətləndirilməsində müəyyən 

edilmiş digər sahələrdə bacarıqlarını gücləndirmək üçün 

təlim prqoramına dəstək (iv) siyasəti tərtib edənlər və 

vətəndaş cəmiyyəti arasında dialoqu davam etdirmək və 

YAİİDP strategiyasının həyata keçirilməsinin vacibliyi 

haqqında tərəflərin məlumatlılığını artırmaq məqsədilə 

regional seminarlar və görüşlərin təşkil edilməsi üçün 

yardım vasitəsilə iştirak prosesinə dəstək daxildir.

Yerli QHT-lər MQF vasitəsilə regional seminarlar və 

görüşlərin təşkili prosesi, kənd və şəhər yerlərində 

ictimaiyyətin səfərbərliyi, proqram təbliğatı və digər 

fəaliyyətlərə cəlb ediliblər.

Aşağıdakı tapşırıqlar bu texniki yardıma əsasən MQF 

tərəfindən həyata keçirilib:

Haşiyələr

1

 



Həmçinin Dağlıq (Naqorno) Qarabağ kimi məlumdur.

2

 



Bax Haşiyə 5.

3

 



Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun 

olaraq “Qeyri-kommersiya fəaliyyəti məqsədi gəlir yaratmaq 

olmayan hüquqi fəaliyyətin həyata keçirilməsidir.” Qeyd 

etmək lazımdır ki, qeyri-kommersiya təşkilatı və qeyri-

hökumət təşkilatı Azərbaycanda bir-birini əvəz edən ifadələr 

kimi istifadə olunur.

4

 

Azərbaycan Respublikasının Vergi Məcəlləsi.



Azərbaycan Respublikasının 

Prezidenti yanında QHT-lərə 

Dövlət Dəstəyi Şurasının 

verdiyi məlumata görə, 2010-cu 

ildə 352 yerli QHT layihəsi 

(QHT-lər tərəfindən təqdim 

edilmiş 845 layihə təklifindən) 

maliyyələşdirilmişdir. Müxtəlif 

layihələrə ayrılmış vəsaitlərin 

ümumi dəyəri 2 683 544 ABŞ 

dollarından artıq olmuşdur.

Təyinatın adı:

“Yoxsulluğun Aradan qaldırılması strategiyası üzrə Texniki 

Yardım” haqqında seminarın təşkili

Vaxt çərçivəsi:

Noyabr 2000



Büdcə:

4 000 ABŞ dolları



Təyinatın adı:

YAİİDP-da QHT və ictimaiyyətin İştirakının artırılmasına 

Yardım

Vaxt çərçivəsi:

May 2004–Yanvar 2005



Büdcə:

18 485 ABŞ dolları



QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən  

QHT-lərə maliyyə dəstəyi

İl 

Layihələrin sayı 

Maliyyələşdirmə məbləği 

(ABŞ dolları ilə) 

2008

191 layihə



1 518 987

2009


248 layihə

2 617 722 

2010

352 layihə



2 683 544 

2011 (Yan–İyun)

263 layihə

2 287 038 



Total 

1 055 layihə

9 107 291

QHT-lər = qeyri-hökumət təşkilatları.

Mənbə: Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası.



Bu nəşrdə “$“ ABŞ dollarını ifadə edir.

Çap Fond Xeyr ARM114076    Dekabr 2011

Azərbaycan Rezident Missiyası

Azərbaycan, Bakı AZ1010, Xəqani küçəsi 45A,

Landmark II, 3-cü mərtəbə

Tel +994 12 437 3477

Fax +994 12 437 3475

www.adb.org/AZRM

Vətəndaş Cəmiyyəti Əməkdaşlığı Anlayışı və onun Məqsədləri

Vətəndaş cəmiyyəti Asiya İnkişaf Bankı (AİB) və onun borc götürənləri və sifarişçilərinin əməliyyatlarında çox mühüm tərəfdir. Vətəndaş 

cəmiyyəti hökumət və özəl sektordan ayrıdır və müxtəlif fərdlər, qruplar və qeyri-gəlir təşkilatlarından ibarətdir. Onlar ümumi maraqlar, 

məqsədlər və dəyərlər ətrafında müxtəlif formallıq dərəcəsi ilə fəaliyyət göstərir və qeyri-rəsmi mütəşəkkil olmayan ictimai qruplardan 

geniş beynəlxalq həmkarlar ittifaqı təşkilatlarına qədər geniş dairəni əhatə edir. AİB üçün qeyri-hökumət təşkilatları, ictimai təşkilatlar və 

xalq təşkilatları, fondlar, peşə birlikləri, tədqiqat institutları və universitetlər, həmkarlar ittifaqları, kütləvi təşkilatlar, sosial hərəkatlar, və 

koalisiyalar və vətəndaş cəmiyyəti təşkilatlarının (VCT) koalisiyaları və şəbəkələri və çətir təşkilatlar xüsusi əhəmiyyət daşıyır.

a

AİB VCT-nı səyləri hökumət və özəl sektorun səylərini tamamlayan, və Asiya və Sakit Okean ərazisində inkişafda mühüm rol oynayan, 



öz hüquqlarına malik inkişaf tərəfləri kimi qəbul edir. AİB siyasət və ölkədə strategiya səviyyəsində məsləhət vasitəsilə müxtəlif 

kontekstlərdə və layihələrin hazırlanması, həyata keçirilməsi və monitorinqində VCT-ı ilə uzun müddətli əlaqə təcrübəsinə malikdir.

2008-ci ildə AİB Strategiya 2020-yə başlamışdır, burada 2020-ci ilə kimi təşkilatın gələcək istiqaməti və baxışları nəzərdə tutulur.b 

Bundan başqa, Strategiya 2020 AİB əməliyyatlarını istiqamətləndirmək üçün üç əlavə strateji planı təqdim edir: hərtərəfli iqtisadi inkişaf, 

ekoloji cəhətdən dayanıqlı inkişaf, və regional inteqrasiya.

b

 Bu planlar bölgədə yoxsulluğun azaldılmasında əhəmiyyət daşıyan inkişaf 



tempi deyil, eyni zamanda inkişaf nümunəsi olması fikrini əks etdirir. Bu yeni strateji kontekstdə müxtəlif təşkilatlar, o cümlədən VCT-ı ilə 

əməkdaşlıqlar AİB layihələrinin planlaşdırılması, maliyyələşdirilməsi, həyata keçirilməsi və qiymətləndirilməsində əsas olacaq.

a

  AİB. Gözlənilən. İnkişaf Nəticələri üçün İştirakın Gücləndirilməsi. Manila.



b

  AİB. 2008. Strategiya 2020: Asiya İnkişaf Bankının uzun müddətli strateji çərçivəsi, 2008–2020. Manila.



AİB-nın Azərbaycanda apardığı iş haqqında əlavə məlumat 

üçün aşağıdakı linkə daxil olun www.adb.org/Documents/

Fact_Sheets/AZE.pdf 

5

 



Azərbaycan Respublikasının Vergi Məcəlləsində xeyriyyə 

təşkilatı “xeyriyyə fəaliyyətini həyata keçirən qeyri-kommersiya 

təşkilatı kimi müəyyən edilir”. Vergi Məcəlləsi xeyriyyə 

fəaliyyətini “fiziki şəxs və / və ya xeyriyyə təşkilatı tərəfindən 

həyata keçirilən, birbaşa yardımın göstərilməsi, o cümlədən 

kompensasiya olmadan maddi və ya digər yardıma (kömək) 

ehtiyacı olan fiziki şəxslərə və ya birbaşa olaraq belə yardım 

göstərən təşkilatlara və xeyriyyə təşkilatlarına, o cümlədən bu 

Məcəllədə digər formada göstərilənlər istisna olmaqla, xeyriyyə 

təşkilatları və ya ictimai maraqlarla həyata keçirilən elm, təhsil 

və ya digər fəaliyyətlərə maliyyə vəsaitlərinin verilməsindən 

ibarət olan fəaliyyət kimi müəyyən edir.”

6

 

Azərbaycan Respublikasının Prezidenti yanında 



Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, 

AzərbaycanRespublikasında QHT sektoru üzrə Milli 

Hesabat, 2010.

7

 



www.eiti-az.org

Yüklə 124,48 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə