Vətəndaşlıq borcumuz



Yüklə 45,02 Kb.
tarix04.11.2017
ölçüsü45,02 Kb.
#8319

Vətəndaşlıq borcumuz

"Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir"


    HeydərƏliyev
       
   
   
Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlub edilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. 
     Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Səmədağa Mehmandarov, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirmişdir. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir. 
   
   Yaxın keçmişin acı təcrübəsi bir də onu sübut etdi ki, müstəmləkə siyasətinə xidmət edən, əslində Azərbaycan xalqına müsibətlər gətirən beynəlmiləlçilik tərbiyəsi sən demə, genosid planının və antitürk siyasətinin tərkib hissəsi imiş. Rus imperiyası işi qəsdən elə qurmuşdu ki, xalq öz soykökündən, qəhrəmanlıq tarixindən, adət-ənənələrindən uzaq düşsün. Respublikamızın ümumtəhsil, orta ixtisas və ali məktəblərində tədris olunan təbiət və cəmiyyət elmlərinin, humanitar fənlərin, ümumilikdə bütün fənlərin gənclərdə hərbi-vətənpərvərlik hissləri aşılamaq üçün çox böyük imkanları vardır. 
   
   Gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsini o zaman daha yaxşı aşılamaq mümkündür ki, orta məktəbin X-XI siniflərində oxuyan şagirdlərə və ali məktəbdə təhsil alan tələbə-gənclərə ayrı-ayrı fənləri və ixtisas kurslarını tədris edərkən hərbi məzmunlu biliklər də verilsin. Keçmiş Sovetlər Birliyi dövründə mövcud dərsliklərdə, dərs vəsaitlərində və metodik ədəbiyyatda hərbi-vətənpərvərlik hissləri aşılayan məlumatlar və hərbi məzmunlu biliklər məxfilik üzündən verilmirdi. Əslində bu, şüurlu surətdə edilirdi ki, gənclər vətənpərvərlik duyğularından məhrum olsunlar, vətənin müdafiəsi üçün lazımi bilikləri almasınlar. 
   
   Artıq bu gün müstəqil respublikamızın inkişafı ilk növbədə böyüyən nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq hazırlığından asılıdır. Uşaqların bir vətəndaş kimi böyüməsində ailənin, cəmiyyətin, ümumilikdə mühitin rolu böyükdür. Uşaqlar bir insan kimi, vətəndaş kimi ilk tərbiyəni ailədən alır. Burada onlar əxlaqi-mənəvi keyfiyyətləri, fiziki möhkəmliyi, əmək vərdişlərini, davranış qaydalarını, bədii-estetik duyumu və s. kimi keyfiyyətləri qazanır. 
   
   Tərbiyənin əsas məqsədi kamil şəxsiyyət-insan-vətəndaş yetişdirməkdir. Vətəndaş tərbiyə etmək mənsub olduğu dövlətin inkişafına çalışan, mənafeyini gözləyən, onun təhlükəsizliyi üçün məsuliyyət daşıyan, dövlətin cari və perspektiv işlərində iştirak edən insan yetişdirmək deməkdir.
   
   İnsan fərd kimi doğulub, vətəndaş kimi fəaliyyət göstərərək tərbiyə-təhsil prosesində, əmək prosesində vətəndaş hazırlığı keçir. Əsl vətəndaş dedikdə, bilavasitə vətənə, dövlətə gərəkli fəaliyyəti ilə xidmət edən, böyük mənəvi keyfiyyətlərə malik olan insan nəzərdə tutulur. Vətəndaşlıq tərbiyəsinin mənbəyi ailədir. Təcrübə göstərir ki, ailədə vətəndaşlıq tərbiyəsi yalnız özbaşına axınla kor-koranə deyil, planlı, sistemli, məqsədli şəkildə təşkil olunmalıdır. Uşaqların vətəndaşlıq tərbiyəsi dedikdə, yüksək əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnmə və şəxsiyyət kimi yetişmə nəzərdə tutulur. Onlar davranış qaydalarını, nizam-intizamı, savadlı olmağı, vətəninin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrini bilməli, vətəni sevməlidirlər. Uşaqlar ideyaca savadlı olmalı, işə şüurlu yanaşmalı, məsuliyyətli, vicdanlı, mübariz olmalı, pis niyyətlə, əliəyriliklərlə barışmamalıdır.

Mənəviyyat tərbiyəsini qiymətləndirmək üçün uşaqlarda yaxşını pisdən ayırmaq, həqiqətə, ədalətə, insanlara-böyüklərə, ailə üzvlərinə hörmət etmək kimi insani keyfiyyətlər aşılanmalıdır. Onların davranış xüsusiyyətlərini uyğun qiymətləndirməli, yaxşı davranış və qarşılıqlı əlaqə təmin olunmalıdır.



Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğu inkişaf etdikcə, vətənpərvərlik tərbiyəsinə, o cümlədən böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilməlidir. Böyük Atatürk deyirdi ki, sülh istəyən xalq hərbə hazır olmalıdır. Bu, çox dəyərli kəlamdır. Azərbaycan xalqı müharibəni arzulamır, həmişə sülhün, əmin-amanlığın tərəfdarı olmuşdur. Hərbi-vətənpərvərlik tərbiyəsini sadəcə olaraq quru sözlərlə, nəsihətlərlə də məhdudlaşdırmaq olmaz. Bu sahədə məqsədəuyğun müvəffəqiyyət əldə etmək üçün məktəblərlə yanaşı, kitabxana da hər şeydən əvvəl öz işini düzgün planlaşdırmalı, il ərzində görəcəyi işləri müəyyənləşdirməlidir. Burada tədbirlər arasında yaradılacaq əlaqə nəzərə alınmalı, işin təşkili əsaslandırılmalıdır.
   
   Uşaqların vətənpərvərlik tərbiyəsi ailədə, tərbiyə müəssisələrində və orta ümumtəhsil məktəbində uşaq və yeniyetmələrə verilən vahid tərbiyə işinin vacib tərkib hissəsidir. Bu məqsədlə də orta məktəblərdə yeniyetmələr arasında ədəbiyyata marağı artırmaq lazımdır. Çünki B. Vahabzadənin "Bayraq" şeirində vətəndaşlıq qüruru aşılamaq üçün çox ibrətamiz fikir yer alıb: 
   
   - Bayraq mənliyimdir, bayraq kimliyim!
   
    Bayraq öz yurduma öz hakimliyim!
   
   Bu fikri uşaqlara belə izah etmək olar: Bəli, müstəqil yurdu, dövləti olan xalqın bayrağı olur! Xalqımızın üçrəngli, ay-ulduzlu bayrağı onun müstəqilliyinin rəmzi kimi tərənnüm olunur! Şair Davud Aslanın "Ən şirin şey" şeirində göstərir ki, ən şirin, ən əziz nemət öz obamız, elimizdir, dağımızdır, gölümüzdür! Ana deyən, Vətən deyən bizim doğma dilimizdir. T.Bayramın "Azərbaycan deyəndə", Mədinə Gülgünün "Hər kəsə şirindir öz yuvası" kimi şeirlərini orta məktəb şagirdlərinin diqqətinə çatdırmaq lazımdır. 
   
   Hələ kiçik yaşlarından şagirdlərin tarixi yaddaşını formalaşdırmaq üçün onlara "Tarixi şəxsiyyətlərimiz" haqqında məlumat vermək lazımdır. 
   
   Müstəqilliyini bərpa etmiş dövlətimizin ideologiyasının, həmçinin Azərbaycançılıq və yurdsevərlik ideyalarının gənclər arasında təbliğ olunmasına böyük ehtiyac var. Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək böyük gələcəyimiz naminə ən mühüm vəzifə kimi təhsilimizin və mədəniyyətimizin qarşısında durur. Doğrudur, dövlətçilik, vətəndaşlıq orta məktəb dərsliklərində və ya hansısa əyani vəsaitlərdə əks olunmalı deyil, bütün sahələrdə təbliğ edilməli, sevgi və ehtiram hədəfinə çevrilməlidir. Amma digər sahələrə nisbətən bu məsələdə əsas vəzifə orta məktəblərin və dərsliklərin üzərinə düşür. Ekspertlər necə düşünür, orta məktəb dərsliklərində şagirdlərə aşılanan vətənpərvərliyin səviyyəsi necədir? Daha çox hansı dərsliklər vasitəsilə bu hissləri onlarda oyatmaq lazımdır?
   
    Aşağı siniflərdən bütün şagirdlərə vətəni sevmək və onun milli dəyərlərinə hörmət etmək aşılanmalıdır. Yeniyetmələrə bu duyğunu aşılamaqda hər bir fənnin öz yeri var. Şagirdlərə hərbi vətənpərvərlik duyğusu 9-11-ci siniflərdə öyrədilməlidir. Və bu zaman şagirdlərə əsasən hərbi quruluş haqqında bəhs etmək lazımdır. Rütbələr, silahların növləri haqqında hər bir şagird məlumatlandırılmalıdır. Milli ordumuzun istifadə etdiyi atıcı silahlarla tanış edilməlidir. Yeniyetmələrə hərbi duyğuları aşılarkən fənn seçimi edilməməlidir. Hətta riyaziyyat, astronomiya dərsləri vasitəsilə belə şagirdlərdə milli ruhu artırmaq lazımdır. Doğrudur, orta məktəblərdə bu mövzuya daha çox tarix və ədəbiyyat dərsliklərində rast gəlinir. Çünki tarix vasitəsilə şagirdlər öz ölkəsinin uzaq və yaxın tarixini öyrənir. 

  İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir, artır. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub.


   
   Müasir dövrdə təhsilin qarşısında qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi də məhz sistemli, ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır.
   
   Ulu öndərimiz, müstəqil Azərbaycanımızın memarı və qurucusu Heydər Əliyev məhz buna görə də vətənpərvərlik tərbiyəsinə, uşaq və gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi əhəmiyyət verir və bunu çıxışlarında dönə-dönə biz müəllimlərə tövsiyə edirdi. Təhsil işçiləri ilə çoxsaylı görüşlərinin birində böyük öndər demişdir: "Bizim gənclər, təhsil alan nəslimiz gərək məktəblərdə ilk addımlarından vətənpərvərlik əhvali-ruhiyyəsi ilə tərbiyə olunsun. Bütün dərslər, xüsusən də humanitar fənlər gərək gənclərimizə Vətənə sədaqət, vətənpərvərlik ruhu aşılasın, tərbiyə etsin".
   
   Məlumdur ki, təlim-tərbiyə işinin bütün sahələrində, istiqamətlərində olduğu kimi vətənpərvərlik tərbiyəsinin də əsası ibtidai siniflərdə qoyulur və o, sonrakı təlim pillələrində daha da inkişaf etdirilir. Bu mənada böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində ibtidai sinif müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. Onlar məktəbə qədəm qoyan körpə fidanların qəlbində elə ilk günlərdən Vətənə məhəbbət aşılamağa, onu güclü vətənpərvərlik hissinə çevirməyə çalışmalıdırlar. Şagirdlərin vətənpərvərlik və Vətənə məhəbbət hissi tərbiyəsinin ən vacib məqamlarından biri onların yaşadığı kənd, şəhər, ölkə haqqında geniş məlumata malik olmaları və onu tanımalarıdır. 
   Ölkəmizin tarixi haqqında sistemli, uşaqların başa düşəcəyi tərzdə verilən məlumatlar da vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. İstər dərsliklərdəki ayrı-ayrı mətnlərdə, istərsə də aparılan tərbiyəvi söhbətlər, tədbirlər zamanı verilən belə məlumatlardan şagirdlər Vətənimizin zəngin tarixi, xalqımızın zaman-zaman öz varlığını qorumaq üçün apardığı mübarizələr, azadlıq və müstəqillik uğrunda gedən mücadilələr haqqında biliklər əldə edir, bu biliklər əqidəyə çevrilərək onlarda vətənpərvərlik hisslərini daha da artırır.
    Vətənpərvərlik tərbiyəsində xalqımızın qəhrəman oğulları, tarixi şəxsiyyətlər haqqında şagirdlərə verilən məlumatlar, aşılanan biliklər də güclü təsir qüvvəsinə malikdir. 
   Şagirdlərin vətənpərvərlik tərbiyəsi işi onların Vətənə məhəbbət və sədaqət ruhunda böyümələrinə, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrinə müsbət təsir göstərir.

Uşaqların vətənpərvərlik tərbiyəsinin kitabxanalarda təbliği

Oxucularla aparılacaq söhbətlər, keçiriləcək tədbirlər planlaşdırılmalıdır. Kitabxanada söhbət, biblioqrafik xülasə, oxucu konfransı, ədəbi-bədii gecə keçirmək olar. Gənclərin hərbi vətənpərvərlik ruhunda böyüməsində ailə və məktəbin üzərinə düşən məsuliyyət, eyni zamanda kitabxanaya da aid edilə bilər. Bu gün kitabxna hərbi-vətənpərvərlik anlayışını oxuculara necə çatdırmalıdır. İlk növbədə uşaq və yeniyetmələrdə müharibə ilə bağlı təsəvvür yaratmaq məqsədilə kitabxanada sərgi təşkil olunmalıdır. Sərgidə kitab, qəzet və jurnal məqalələri ilə yanaşı hərbi-vətənpərvərlik mövzusuna həsr olunmuş şəkillər və foto şəkillər də nümayiş oluna bilər. Sərginin yanında ədəbiyyat siyahısı və kartoteka qutusu qoymaq olar. Sərgi aşağıdakı başlıqlar altında təşkil oluna bilər: “Tariximizin şanlı səhifələri”, “Heç kim və heç nə unudulmur” və s. Sərgidə görkəmli şəxsiyyətlərin vətənpərvərlik haqqında söylədikləri fikirlərdən, sitatlardan istifadə etmək sərgini daha da məzmunlu və dolğun edər.

Müasir dövrümüzdə uşaq kitabxanalarının qarşısında duran əsas vəzifələrdən biri də gənc nəsilə vətənpərvərlik hissləri aşılamaqdır. Bu baxımdan uşaq kitabxanalarında oxucularla aparılan fərdi söhbətlərin əhəmiyyəti böyükdür. Kiçik və orta yaş oxucular arasında müharibə mövzusunda icmallar, söhbətlər aparmaq yerinə düşər. Söhbət apararkən oxucuların yaş xüsusiyyətinə və dil sadəliyinə diqqət yetirilməlidir. Azərbacan ədəbiyyatında müharibə mövzusu ilə bağlı yazıçı və şairlərimizin gözəl əsərlərindən istifadə edərək söhbət zamanı oxucuya məlumat vermək olar.

Ə. Cəmilin “Can nənə bir nağıl de...”şeiri, Ə. Məmmədxanlının “Buz heykəl”, T. Hüseynovun “Qolsuz kukla”, Ə. Hacızadənin “İki əsgər” hekayələrini oxumağı uşaqlara təbliğ etmək məqsədilə kitabların icmalını keçirmək lazımdır.

Orta yaş qrup oxucular arsında “Müharibə uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsi keçirmək olar:

Müsabiqə keçirilməzdən əvvəl kitabxanaçı oxucuları mövzu haqqında məlumatlandırmalı, uşaqlara şərait yaratmalıdır ki, onlar öz düşüncələrini çəkdikləri şəkillərdə əks etdirə bilsinlər. Müsabiqə uşaqlar arasında demokratik səsvermə yolu ilə keçirilir. Rəsm işləri əvvəlcədən nömrələnir, kitabxananın oxu zalında divardan və yaxud rəsm sərgisi üçün nəzərdə tutulan guşədə öz əksini tapır. Müsabiqə günü təyin olunur və elan kitabxananın girəcəyində asılır. Tədbirdə oxucular bəyəndikləri işlərin nömrəsinə uyğun olaraq 1, 2, 3-cü yerlərin qaliblərinə səs verirlər. Ən çox səs toplayan iştirakçılar –müsabiqənin qalibləri tutuduqları yerə görə kitabxana rəhbərliyi tərəfindən hədiyyələrlə mükafatlandırılırlar.

Bundan başqa kitabxanada orta və böyük yaş qrup oxucular üçün Milli qəhrımanlarımızla, müharibə veteranları ilə görüş təşkil etmək daha maraqlı olar. Çünki uşaqlar görüşdə müharibənin canlı şahidləri ilə yaxından tanış olar, kitablardan oxuduqları, filmlərdən gördükləri hadisələri bir daha onların dilindən eşidərlər. Kitabxanaçı görüşə dəvət olunan veteranlarla əvvəlcədən görüşüb vaxtı müəyyənləşdirməlidir. Qeyd etmək lazımdır ki, görüş keçiriləcək yerdə sərginin təşkili olduqca zəruridir. Həmçinin yaxşı olardı ki, sərgidə görüşə dəvət olunan veteranlar haqqında məqalələr nümayiş olunsun.

Aparıcı görüşə çağrılan şəxs haqqında məlumatlar əldə etməli, bu məlumatlar əsasında çıxış edərək onu oxuculara təqdim etməlidir. Bundan sonra qonağa söz verilir. Görüşün sonunda oxucular qonağa suallarla müraciət edə bilər. Uşaqlara vətəndaşlıq hissinin təbliğ formalarından biri də disputdur. Disputun sualları : Vətəni nə üçün sevmək lazımdır? Siz böyüyəndə hansı sənəti seçəcəksiniz? Yaxşı insan kimdir? Valıdeynlərinizi nə üçün sevirsiniz? Ermənilər kimdir, vətəndaşlıq borcu nədir? Xocalı faciəsi nə vaxt baş verib? və s. Belə suallar uşaqların vətəndaşlıq tərbiyəsinin səmərəliliyini artırır.

Kiçik yaşlı oxucuların vətənpərvərlik tərbiyəsi ailədə, tərbiyə müəssisələrində və orta ümumtəhsil məktəbində uşaq və yeniyetmələrə verilən vahid tərbiyə işinin vacib tərkib hissəsidir. Bu məqsədlə kiçik yaşlı oxucularımızla söhbət keçirmək olar. Söhbət əsasında –Məsələn: B. Vahabzadənin “Bayraq” şeirində vətəndaşlıq qüruru aşılamaq üçün çox ibrətamiz fikir aşılanır:-Bayraq mənliyimdir, bayraq kimliyim! Bayraq öz yurduma öz hakimliyim! bu fikri uşaqlara belə izah etmək olar: Bəli müstəqil yurdu, dövləti olan xalqın bayrağı olur! Xalqımızın üçrəngli, ayulduzlu bayrağı onun müstəqilliyinin rəmzi kimi tərənnüm olunur! Şair Davud Aslanın “Ən şirin şey” şeirində göstərir ki, ən şirin ən əziz nemət öz obamız, elimizdir, dağımızdır, gölümüzdür! Ana deyən, Vətən deyən bizim doğma dilimizdir. T. Bayramın “Azərbaycan deyəndə”, Mədinə Gülgünün “Hərkəsə şirindir öz yuvası” kimi şeirləri kiçik yaşlı oxucuların diqqətinə çatdırmaq olar.

Kiçik yaşlı oxucularla onların tarixi yaddaşını formalaşdırmaq üçün “Tarixi şəxsiyyərlərimiz” adlı söhbət keçirmək olar. Həmçinin söhbəti uşaqların triximizi nə dərəcədə bildiklərini yoxlamaq üçün sual-cavab formasını da tətbiq etmək zəruridir.

Qan yaddaşımıza yazılan tariximizi də yaddan çıxartmamalıyıq. Belə ki, Xocalı bizim qan yaddaşımıza yazilan böyük facıəmizdir. Bu hiss bizdə Xocalı soyqırımını törədən düşmənlərimizə qarşı kin-küdurəti gücləndirir, hər an intiqam hissi oyadır. Kiçik yaşlı oxucularımıza daim intiqam hissini yaşatmaq üçün Xocalı soyqırımı ilə bağlı “Xocalı göynərtisi”, “Xocalı qan yaddaşımız” Qisas qiyamətə qalmayacaq”, “Əsrin faciəsi”, “Bu yaranın izi getməz” və s. adlarda ssöhbət, xülasə, xatirə günü, sərgi təşkil etmək olar.

Müdriklərimizdən birinin belə bir kəlamı var: “Əgər keçmişinə güllə atsan, gələcək səni topa tutar. Bu fikrə əsaslanıb hərbi-vətənpərvərlik hissinin təbliği dedikdə II Dünya Müharibəsinin iştırakçılarını da yaddan çıxatmamalıyıq. Çünki, bəşəriyyəti faşizm taunundan xilas edən bu nəslin nümayəndələri yüksək hörmətə, ehtirama layiqdirlər. Bu gün ölkəmizdə müharibə getdiyi bir vaxtda vətənin azadlığı üçün çox şey öyrənəcəyimiz bir məktəbin , nəslin nümayəndələri kimi onlara çox ehtiyacımız var.

Vətənpərvərlik hisinin təbliği bədii ədəbiyyatdan da yan keçməyib. Bu məqsədlə təbliğ forması kimi kitab üzrə söhbət keçirmək olar. Məsələn: Süleman Rəhimovun “Minnətsiz çörək”, M. Rzaquluzadənin “Babəkin andı” adlı hekayələrini, X. R. Ulutürkün “Mənim dilim” adlı şeirini kiçik yaşlı uşaqların müzakirəsinə verməklə, onların fikirini öyrənmək olar. Digər böyük həcmli əsərlərdən yazıçı Fazil Güneyin “Qara qan”, İnqilab Vəlizadənin “Xocalı faciəsi” oxucu müzakirəsinə vermək olar. Bu kimi bəii ədəbiyyatlar uşaqlarda milli qürur hissinin formalaşmasına səbəb olur. Şəhidlər xiyabanının ziyarət edilməsi, Qarabağ döyüşlərində həlak olanların abidələrinin ziyarət edilməsi də gənclərin vətəndaş kimi yetişməsində az rol oynamır.

Bütün sadalanan bu tədbirlər uşaqlarda vətəndaşlıq, vətənpərvərlik duyğularını formalaşdırmaq üçün zəruri vasitələrdir. Çünki vətən sevgisi gənc vətəndaşlarımızın məqsədyönlü davranışının və fəaliyyətinin leytmotividir

Ədəbiyyat siyahısı

İnternetdə: www.google.az

Kitablar:

1. Ağayev Ə. Qanlı gündəlik.- B.: Azərnəşr, 2002.- 240s.

2. Ağayev Ə. Əsgər anası.- B.: Qanun, 2008.- 244s.

3. Cəfərov R. Ləğv edilmiş tapşırıq.- B.: Çıraq, 2005.- 368s.

4. Hicran F. Qarabağda talan var.- B.: Gənclik, 1992.- 160s.

5. Hüseynov M., Cəlilzadə H. Alovdan alova.- B.: Azərbaycan “Bilik” Maarifçilik Cəmiyyətinin “Bayatı” Sifariş Ədəbiyyatı Mərkəzi, 1996.- 32s.

6. Xəlilbəyli M.R. Qəhrəman Təbrizim.- B.: Gənclik, 1994.- 356s.

7. İbadoğlu İ. Sərkərdə.- B.: İşıq, 1995.- 180s.

8. Kərimli A.V. Zəngilan şəhidləri.- B.: İşıq, 1994.- 200s.

9. Kərimli A.V. İşğal.- B.: Azərnəşr, 1994.- 165s.

10.Kərimli K. Hələ Şuşalıykən... (II kitab) – B.: Azərnəşr, 1995.- 120s.

11.Quluzadə Ə. Qadan mənə Qarabağ.- B.: Ozan, 2006.-456s.

12.Məhərrəmli Z. Qırx qız dastanı.- B.: Nurlan, 2003.- 314s.

13.Müslümqızı S. Qar üstünə qan yağırdı.- B.: Azərnəşr, 1993.- 184s.

14.Nuruqızı S. Qisas.- B.: Vektor Nəşrlər Evi, 2005.- 140s.

15.Səmədli Ə. Qanlı bənövşə.- B.: “Azərbaycan Ensiklopediyası” NPB, 1996.- 48s. 16.Səmədov V., Aslanov S. Təki Vətən yaşasın.- B.: Azərnəşr, 1993.- 120s.

17.Səmədov V., Aslanov S. Vətən üçün lazım gəlsə.- B.: Azərnəşr, 1994.- 190s.

18.Sultanov Z. Xocalı faciəsi.- B.: İşıq, 1993..- 104s.

19Süleymanov M. Milli Qəhrəmanlar.- B.: Azərnəşr. 1994.- 228s.

Dövri mətbuatda:

1. Ağababa A. Vətənpərvərlik tərbiyəsində folklor materiallarından istifadə.// Azərbaycan müəllimi.- 2003.- 26 sentyabr.- S.7.

2. Baharlı M. Sərhəd rayonunun uşaqları // Azərbaycan müəllimi.- 2006.- 26 may.- S.7.

3. Cəfər R. Qoçu Nəcəfqulu – quldur, yoxsa vətənpərvər: 31 Mart qırğınlarında Bakını müdafiə edən Qoçu Nəcəfqulu haqqında // Mədəniyyət.- 2008.- 3 aprel.- S.14.

4. Cəfərov H. Gənclərdə vətəndaşlıq və vətənpərvərlik hisslərinin formalaşdırılması // Mədəni-Maarif.- 2006.- №1.- S.44-45.

5. Cəfərov H. Gənclərdə vətəndaşlıq və vətənpərvərlik hisslərinin formalaşdırılması // Mədəni-Maarif.- 2006.- №3.- S.43-44. 16

6. Dadaşov C. Yeniyetmələrin hərbi-vətənpərvərlik tərbiyəsi // MədəniMaarif.- 2006.- №8.- S.18-20.

7..İmanov V. Hərbi-vətənpərvərlik tərbiyəsi ordumuzun döyüş ruhunu yüksəldir // Xalq qəzeti.- 2008.- 10 yanvar.- S.3.



8.Mirzəliyev C. Milli vətənpərvərlik və milli qürur hissi // Mədəniyyət.- 2008.- 22 fevral.- S.5. 9.Olaylar.- 2015.- 6 mart.- S.15.

Tərtib etdi: Metodika və biblioqrafiya şöbəsinin müdiri M.Hüseynova
Yüklə 45,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə